NİTSŞENİN DƏCCALI VƏ MƏSİHİ

Xüsusi


Heçlik. Düşünən insanın müəyyən bir zamandan sonra, suallarına cavab tapmaq üçün başladığı axtarışların sonunda gəlib çatdığı önəmli bir nöqtə. O nöqtə ki, insana onun indiyə kimi düşündüklərinin mənasız, inanclarının əsassız, dəyərlərinin əhəmiyyətsiz olduğunu anladacaq. Və budur, düşünərək özünə davamlı sual verən insan artıq kim bilir nə qədər sürəcək və bəlkə də heç vaxt bitməyəcək nihilizm dövrünü başlatmış oldu.

Biz hər zaman dəyərlərin yıxılmasından çox bəsit bir hadisəymiş kimi danışır və bununla onun mahiyyətini əks etdirməmiş, hətta gizlətmiş oluruq. Axı insanın həyat boyu inandığı Tanrının mövcud olmamasını dərk etməsi, öz varlığına olan inanc və bağlılığının yox olması, qoruduğu əxlaq normalarının çökməsi ağrılı və acılı bir prossesdir… Amma insanı üstün edəcək, güclü iradəsini və xarakterini formalaşdıracaq şey də elə həmin prosses boyu çəkdiyi acı və ağrılardır. Bizim mövzumuz bax burda açılır.

nihilizm-nitsşe-dəccal-məsihÇöküş

Fəlsəfə hər zaman insanlar üçün cəlbedici görünüb. Amma eyni zamanda, həqiqətən öz sualları doğrultusunda müəyyən bir nöqtəyə gəlməyən, sadəcə fikirlərin təsirinə düşərək həyatını bu fikirlər üstündə qurmağa çalışan bir insan üçün böyük təhlükədir. Çünki uçuruma düşən insanın o uçurumdan çıxması üçün zəkası və gücü olmalıdır. Əks halda o, düşdüyü yerdə ilişib qalacaq və heç vaxt çıxa bilməyəcək. Düşüncələrlə zarafat etmək olmaz. Nihilizm düşünən insan üçün qaçınılmazdır. Çünki həyatın mənasını, mövcudluğunu və Tanrını sorğulayırsansa, gerçəklərlə mütləq üzləşirsən. Və bu zaman çöküş baş verir. Səni indiyə kimi ayaqda saxlayan bütün sütunlar, dirəklər çökür. Ancaq bu həmçinin tamamlanma və zərurətdir. Çünki əgər axtarırsansa, sorğulayırsansa demək ki, bütün bunların kökündə bir ehtiyac var. İllərlə filosofların öz fikirləri ilə anlamını daha da genişləndirdiyi bu hadisəyə ilk dəfə Şopenhauer maraqlı və yeni bir fəlsəfi cərəyan yaradacaq şərh verdi. Yuxarıda qeyd edilən fikir məhz onun fəlsəfəyə qazandırdığı yeni baxışdır. O, çöküşü insan üçün qaçınılmaz hesab edirdi və buna iradə adı qoyurdu.

İradə

Şopenhauerin bu fikiri ən çox Nitsşe üçün cəlb edici və düşündürücü görünürdü. Axı mükəmməllik axtarışında olan insan köhnəldiyini, öz gücünü itirdiyini düşündüyü dəyərləri yıxdıqdan sonra necə daha möhtəşəm olanını yaratmaya bilərdi? Bununla da Nitsşe iradə fəlsəfəsini insanlar üçün başa düşülə biləcək hala gətirmiş oldu. Bütün köhnəlmiş dəyərlər, əxlaq normalarını yıxdıqdan sonra insan daha mükəmməl olanını yaradacaq və üst insan olacaq. Bu iradədir. Güclü və zəif insanların ayrıldığı önəmli nöqtə.

Dəccal və Məsih

İnsanlar hər zaman çarəsizlikdən, çöküşdən azad olmaq üçün xilaskarlara ehtiyac duyurlar. Əslində xilasın hər hansısa bir insanda yox fikirdə, onun şəxsində deyil, daşıdığı ideyada olduğunu anlamırlar. Bunun üçün peyğəmbərlər hər zaman məcazi şəkildə həqiqətləri yazmağa və çatdırmağa çalışıblar. Bütün müqəddəs kitablar əslində həqiqətin kodlaşdırılmasıdır. Axı peyğəmbərlər əslində öz dövrlərinin aydını və yenilikçiləridir…

antixrist-nihilizmNitsşenin “Antixrist” (Dəccal) əsərini oxuyanda obrazlaşdırılma mənə çox maraqlı gəlmişdi. Həqiqətən də yaradıcı insanlar öz fikirlərini müəyyən kodlaşdırma ilə göstərməyi… məhz göstərməyi sevirlər. Bütün səmavi dinlərdə bir dağıdıcı var. Yəhudilikdə Armilus, Xristianlıqda Antixrist, İslamda isə Dəccal. Hər kəs bilir ki, Dəccal gələcək, insanları Tanrıya olan inancdan döndərəcək, bir sözlə mövcud dəyərləri yıxacaq. Sonda isə Məsih gələrək onu məğlub edəcək və Tanrının krallığını quracaq, yəni hər şey əvvəlkindən daha yaxşı olacaq. Bu sizə nəyisə xatırladır? Nitsşenin nihilzm zəruridir, mövcud köhnəlmiş dəyərlər yıxılmalıdır və üstün insan yeni və möhkəm olanını qurmalıdır fikiri ilə eyni deyil? Dolayısı ilə mif gerçəklə uzlaşır. Əfsanə realdır.

Dəccal nihilizmdir. O inancları, daxili əxlaq normalarını məhv edəcək. Cəmiyyətin bütün saxta dəyərləri darmadağın olacaq. Sonda isə Məsih, yəni üst insan (və ya yeni fikir) gələcək nihilizmi bitirərək Tanrının krallığını – üstün cəmiyyəti formalaşdıracaq. Çünki Məsih xilaskar deməkdir. Konkret olaraq bir şəxs deyil. Yəhudiliyin Maşiahı, Xristianlığın İsa Məsihi və İslamın Mehdisi əslində Nitsşenin üstün insanıdır. Bütün dahilər hər zaman bir həqiqətdən danışıb, lakin şərhlər və anlayışlar fərqlidir. Güclü insanlarla zəif insanlar bunu hər zaman bir-birindən fərqli şəkildə qavrayır.

Mənbə: Etatist.com
Müəllif: Həbib Rüstəm (Kabus)
Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

LEV TOLSTOYUN ALLAH ARAYIŞI

 Lev Tolstoyun Allah arayışı“Həyatıma necə son verim?”- deyə düşündüyüm zamanda qəlbim hüzünlü duyğularla dalğalanırdı. Bu duyğulara bir ad vermək gərəksəydi,  “Allah arayışı” deyərdim. Bu düşüncə ilə deyil, duyğuyla aranan bir anlayış idi. Bu bir tərkedilmə qorxusu, bir yalnızlıq duyğusuydu, kainatın orta yerində bilinir bilinməz yardım gözləmək, ümid duyğusuydu. Allahın varlığının isbatlanmasının qeyri-mümkün olduğunu qəbul etmişdim. Çünki, Kant bunu isbatlamış, mən də qəbul etmişdim. Buna rəğmən arayışdaydım. Zamanla yaşamaq üçün ehtiyacım olan şeyi itirirdim. Ruhumu qorxu sarmışdı, dualara sarıldım, ondan yardım dilədim. Duymurdu. Qəlbim onun yoxluğu şübhəsiylə dolmuşdu. Bu dünyadan və məndən qopmuş olan allah bir buz parçası kimi gözlərim önündən əriyib getdi, sonda bir heçlik içindəydim. Yaşam mənbəm qurumuşdu. İntihardan başqa çıxış yolu olmamaq duyğusu, fəqət, ən pisi bunu belə bacara bilmirdim. “Allah yoxdur!” çığırdım özümə, yoxdur, heç bir möcüzə onu isbatlaya bilməz. Çünki, möcüzələr mənim xəyal gücümün məhsulu və üstəlik də məntiqə zidd. Bəs mənim aradığım yaradıcı qavramı? O haradan gəlir? Bu düşüncəylə birgə içimdə yaşam sevinci dalğalanmağa başladı. Çevrəmdəki hər şey yaşam gücü və anlam qazandı. Bu da uzun sürmədi, ağıl öz işini görürdü, sorğulayırdı.

Sonda daxilimə döndüm və orada nələr olur, deyə özümə baxdım. Ölüb dirilməyə dair yüzlərlə olay xatırladım. Anladım ki, mən yalnız inandığımda yaşayırdım, inanmadığım zamanlarda yaşam da yox olurdu. Allahın varlığına dair inancım qalmadığında yaşamla əlaqəli bağlarım da qopurdu. Onu aradığım zaman yaşayırdım. Onda, o vardır. Allahı bilmək və yaşamaq bir ve eyni şeydir. Allah yaşamdır. Allahı arayaraq yaşadığın təqdirdə, yaşam Allahsız olmaz.

Mənbə: L. Tolstoy “Hz. Məhəmməd” kitabı (T. Əliyev, V. Xəlilov, A. Arslan)
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 21 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook