ERİX FROMM – “SEVMƏK SƏNƏTİ”

Xüsusi

nailolma-hərislikBizim mədəniyyətimiz bütünlüklə nailolma hərisliyinə və qarşılıqlı mənfəət mübadiləsi ideyasına əsaslanır. Müasir insan üçün xoşbəxtlik mağaza vitrinlərini həyəcanla seyr etmək və maddi şəraitin imkan verdiyi hər şeyi almaqdan ibarətdir, nağd və ya kredit yolu ilə. O (kişi və yaxud qadın) insanlara da eyni gözlə baxır. Kişi üçün cazibəli bir xanım və ya qadın üçün cazibəli bir kişi onların “əldə etmək istədiyi” bir varlıqdır. “Cəlbedicilik” adətən şəxsiyyət bazarlarında tələbatı böyük olan xoş keyfiyyətlərin nəfs toplumu deməkdir. İnsanın həm cismani, həm də mənəvi baxımdan cəlbedici olması dəbin tələbatlarından asılıdır.
Beləliklə, bir birinə aşiqlik o vaxt baş verir ki, hər iki tərəf, özünün mübadilə dəyərini nəzərə almaqla, şəxsiyyət bazarında olan ən yaxşı obyekti tapır.

Qəfil yaxınlıq möcüzəsi, cinsi meyl və cismani yaxınlıqdan irəli gəlirsə, daha da asanlaşır. Lakin belə bir məhəbbət mahiyyətcə heç də möhkəm və davamlı olmur. İki insanın getdikcə bir-birini daha yaxşı tanıması ilə onların yaxınlığı möcüzə olmaqdan çıxır və nəticədə müxtəlif fikir toqquşmaları, məyusluqlar və darıxdırıcılıq ilkin sevincdən və coşqunluqdan qalan hər şeyi məhv etmək iqtidarında olur. Lakin ilk vaxtlarda bu insanlar baş verən dəyişikliklərin heç də fərqinə varmırlar, əslində onlar səhvən düşüncəsiz ehtiras qüvvəsini öz sevgilərinin gücünün sübutu kimi qəbul edirlər. Halbuki bu, sadəcə, “onların əvvəllər nə qədər tənha olduqlarının təsdiqidir”.

Yad bir insanı yaxından tanıdıqdan sonra hansısa maneələri aradan qaldırmağa və ya qəfil yaxınlaşmağa heç bir ehtiyac qalmır. Artıq biz “sevgilimizi” özümüz qədər yaxşı və ya başqa cür ifadə etsək, “özümüz qədər az tanıyırıq”. Başqa adamın şəxsiyyətinin hüdudsuzluğunu hiss etməyimiz daha dərin olsaydı, həmin adam heç zaman bizə belə yaxşı tanış olmazdı və maneələrin aradan qaldırılması möcüzəsi həyatımızda hər gün yenidən təkrarlana bilərdi. “İnsanların əksəriyyəti həm özünü, həm də başqasını çox az müddətə tanıyır və xərcləyir”. Onlar ilk növbədə cinsi əlaqə vasitəsilə yaxınlaşırlar. O adamlar ayrılığı ilk növbədə cismani ayrılıq kimi anladıqları üçün, cismani birləşmə də onlar üçün bu ayrılığın aradan qaldırılması deməkdir.

cinsi meylCinsi meyl bir anlığına qovuşma xülyasını yaradır, lakin sevgi olmadan birləşən insanlar bir-birlərinə əvvəlki kimi yad qalırlar. Bəzən bu duyğu onlara utanc verir, onlar hətta bir-birinə nifrət belə edirlər, çünki xülya yox olduqdan sonra onlar bir-birlərinə yad olduqlarını daha kəskin bir şəkildə hiss edirlər. “Bu, özlərini bir-birlərinə oxşadan və təkliyi qoşaya çevirməklə, tənhalıq problemini həll edən iki nəfərdir”. Onlar özlərini tənhalığın öhdəsindən gəlmiş hesab edirlər, lakin başqalarından ayrılmış olmaqla, onlar bir-birlərindən də ayrılmış və təcrid olunmuşdurlar. Belə ki, onların qovuşma duyğusu xam xəyaldır.

Məhəbbətlə bağlı cəmiyyətdə yanlış bir təsəvvür var. Bir çoxları məhəbbətdə öyrənməli bir şey yoxdur, deyə düşünürlər. Bu ehtimal ondan ibarətdir ki, məhəbbət problemi sevmək qabiliyyətinin deyil, müəyyən obyektin problemidir. Cəmiyyətdə formalaşmış düşüncə ondan ibarətdir ki, sevmək asandır, sevgiyə və ya sevilməyə layiq olan bir obyekt tapmaq isə çətindir.

Məhəbbəti ilk növbədə, müəyyən bir insana münasibət kimi dəyərləndirmək yanlış olardı. O, fərdin təkcə məhəbbət obyektinə yox, bütün dünyaya olan münasibətini müəyyən edən şəxsiyyət xarakterinin oriyentasiyası və məqsədidir. Bir insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq, başqa sözlə desək, geniş yayilmış eqoizmdir.
Onlar sevgilisindən başqa heç kimi sevməməsini hətta məhəbbətlərinin gücünün sübütu hesab edirlər. Bu yanlış fikir yuxarıda qeyd olunanlara yaxınlaşdırılmışdır. İnsanlar məhəbbətin fəaliyyət, daxili qüvvə olduğunu anlamadıqları üçün, ilk növbədə həqiqi bir obyekt tapmağın önəmli olduğunu, yerdə qalan hər şeyin isə öz-özünə yoluna düşəcəyini düşünürlər. Bu yanaşmanı rəsm çəkməyi istəyən, lakin bu sənətə yiyələnmək əvəzinə, uyğun bir naturanın tapılmasını gözləmək lazım olduğunu, natura tapılan kimi onun gözəl bir rəsm əsəri yarada biləcəyini zənn edən bir insanın düşüncəsi ilə müyayisə etmək olar.

Kimisə sevmək sadəcə güclü bir hiss deyil, bu, həm də qərar, hökm, əhd-peymandır. Məhəbbət yalnız hiss olsaydı, onda bir-birini ömür boyu sevməyə dair vədlərə gərək qalmazdı. Hisslər gəldi-gedərdir. Mənim hərəkətlərim düşüncəli qərara əsaslanmasaydı, onların əbədi olacağını necə müəyyən etmək olardı?

Müəllif: Bəhruz Nurməmmədov

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DUYĞULAR

duyğularHissi idrak duyğudan başlayır. Onun başlıca funksiyası ətraf aləmdə, eləcə də bədəndə baş verən hadisələr haqqında subyektə məlumat verməkdir. Bütün idrak proseslərinin bünövrəsini duyğular təşkil edir. Duyğu orqanizmlə mühit arasında ilkin əlaqədir. Duyğu vasitəsilə insan varlığı dərk edir. Duyğular həmişə müəyyən emosional boyaya malik olur. Məsələn: yaşıl rəng insanı sakitləşdirir, qırmızı rəng coşdurur. Yaxud iki eyni həcmli yeşiyin biri ağ, biri qara rənglənmişsə, ağ qaraya nisbətən yüngül olduğu təsirini bağışlayır.

DUYĞULAR – indiki anda hiss üzvlərinə təsir edən cisim və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikasıdır.
Duyğuların növləri müxtəlifdir. Qıcıqlandırıcıların təsir etdiyi reseptorlara əsasən duyğuların üç növü var:
1  Ekstroseptiv və ya xarici duyğular. Onların reseptorları bədənin səthində yerləşir, xarici aləmdə olan cisim və hadisələrin xassələrini əks etdirirlər. Görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları bu qrupa daxildir.
2 Interoseptiv və ya daxili duyğular. Onların reseptorları daxili üzvlərdə, həmçinin, bədənin toxumalarında yerləşir və daxili üzvlərin vəziyyətini əks etdirir. Aclıq, toxluq, susuzluq duyğuları və s. interoseptiv duyğulara daxildir.
3  Proprioseptiv duyğular. Onların reseptorları oynaq və əzələlərdə yerləşir, bədənimizin hərəkəti və vəziyyəti haqqında məlumat verirlər. Hərəki və müvazinət duyğuları bu qrupa daxildir.
Lakin duyğuları mütləq şəkildə xarici və daxili duyğulara ayırmaq olmaz. Ağrı, dadbilmə, temperatur duyğulalarını mahiyyət etibarilə xarici duyğular kimi təhlil etmək olar.
duyğular, mimikaİnsanın duyğu analizatorları qıcığın müəyyən kəmiyyətinə; aşağı və yuxarı həddinə uyğunlaşır. Bu analizatorların həssaslığı ilə bağlıdır. Çünki hər cür qicıq duyğu əmələ gətirmir. Duyğunun əmələ gəlməsi üçün qıcıq müəyyən kəmiyyətə malik olmalıdır.
Qıcıqlayıcının ilk dəfə ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti duyğunun mütlər həddi adlanır.
Ən zəif qıcıqlayıcını duyma qabiliyyəti mütləq həssaslıq adlanır.
Mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi tərs mütənasibdir.
E=1/p
E-mütləq həssaslıq
p-mütləq hədd

Eynicinsli qıcıqlayıcıların qüvvələri arasındakı güclə duyulan ən zəif fərqə duyğunun fərqləndirmə həddi deyilir. Məs: 300 lampa işığına 1 və ya 2 lampa əlavə etsək işığın artdığını duymarıq, amma 3,4 lampa əlavə etsək bu fərqi duya bilərik.
Eynicinsli qıcıqlar arasındakı ən zəif fərqi duyma qabiliyyətinə  fərqləndirmə həssaslığı deyilir. Məs: Xalça toxuyan qızlarda rəng çalarlarına həssaslıq adi adamlardan dəfələrcə artıq olur.

Mənbə: Ə.Əlizadə, Ə.Bayramov “Psixologiya”
Hazırladı:  Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +28 (from 34 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

ŞƏRQ VƏ QƏRB

ŞƏRQ VƏ QƏRB

Şərq hiss edir, Qərb fikirləşir.
Qərb fikirləşir, Şərq danışır.
Qərb danışır, Şərq ya susur, ya da bağırır.
Şərqdə bərabərliyin torpağı sevgi və inancdır,
Qərbdə faydalılıq və güvənmək düşüncəsi insanları birləşdirir.
Böyük sözləri Şərqdə yaşlılar, Qərbdə elm adamları və filosoflar söyləyirlər.
Şərqdə sevgi düşüncədən öndədir, Qərbdə isə əksinə.
Qərbli böyük işlərini peşəsi daxilində yaradır, Şərqli isə peşəsi xaricində yaratmağa çalışır.
Şəqlinin təbiiliyi Qərbliyə bir şəlalə qarşısında imiş kimi təsir edir. Qərblinin mədəni olmağı isə Şərqlini bir böyük su anbarı qarşısındaki heyranlığa sürükləyir. Birinin görünüşü o birinin işləməsi digərinə xoş gəlir.
Şərqli sevsə, Qərbli isə inansa fədakarlıq göstərir.
Qərbli əvvəlcə edlməsi lazım olan şeyləri öyrənir, Şərqli isə edilməməsi lazım olanları.
Qərbli öz ağlı ilə duyğularını tarazlayır. Şərqli isə öz duyğuları ilə ağlına yol göstərmək sevdasındadır.
Şərqli təbiətin ulu gücünə o qədər heyrandır ki, özünü ona təslim edir, Qərbli isə təbiətin gücünü bildiyi üçün ona hakim olmağa çalışır.
Şərqli keçmişinə bağlıdır, Qərbli özünü keçmişə bağlı saymır, ancaq ondan ibrət almağı bilir.
Şərq ölkələrində liderlər fikirlərə liderlik edir, Qərbdə fikirlər liderlərə yol göstərir.
Qərbdə fədakarlığın ən gözəl örnəklərini cavabdeh olanlar göstərir, Şərqdə fədakarlığı sadə vətəndaşdan, yoxsul xalqdan gözləyirlər.

Mənbə: Mömin Sikman – “Hər şey səninlə başlar.”
Hazırladı: Məhəmməd Mustafayev

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

GÖZLƏNTİSİZ YAŞAMAQ

Necə ola bilər, deyə, soruşmayın! Elə gözəl olar ki. Hamımız, həyatımızda möcüzələr olduğuna inanarıq və bunlar hər zaman gözlənilməz anlarda gerçəkləşir. Bir şey üçün niyyət etsəniz, tam onu unutduğunuz zaman gerçəkləşər. Qəflətən bir dostunuzla qarşılaşarsınız, həyatınız dəyişər.

Almağı çox istədiyiniz bir şey, onu axtarmadığınız  zaman qarşınıza  çıxır. Ümüdsüzlüyün içində ikən birdən biri bir şey söyləyər, ümüdünüz olar.

Eşq də gözlənilməz bir anda gerçəkləşdiyi üçün inanılmaz deyilmi? Bizi arxasınca sürükləyər. Gözləntilər dövrəyə girməyə başladığı zaman da  bitər…. Bir düşünün.. hər an həmişə möcüzə olacaqmış kimi yaşamaq və yaşadıqlarımızı  yaxşıca həzm etmək necə də gözəldir!

Gözləntisiz yaşamaq anda qala bilməkdir. Olanı olduğu kimi görə bilməkdir. Təcrübələrin içində özümüzün fərqində ola Gözləntisiz yaşamaqbilməkdir. Ən önəmlisi, keçmiş narahatlıq, qorxu  təcrübələrindən əldə etdiyimiz qeydlərimizi gələcəyə yansıtmamış olarıq. Beləcə, gələcəyimiz, anda yaşadığımız duyğularımız və hiss etdiklərimizlə gerçəkləşər.

Gözləntisiz anlarda qorxu, narahatlıq, qayğı, məyusluq, stress, kədər, sevgisizlik yoxdur. Çünki yaşayacaqlarınızı öncədən qurğulamamısınız, yazılmış bir ssenariniz yoxdur. Olan olduğu kimidir. Özünüzü görərsiniz, bütün çılpaqlığınızla.. Zehniniz istifadə xaricində qalar. Hər şey anda yaranar, fərq edilər, yaşanar, hiss edilər… Bu prosesdə təkcə sevinc və həyəcan vardır. “Dayan, görək.. indi nə olacaq?”.. Anlam yükləmədiyiniz  hər təcrübə sadəcə təcrübə olaraq yaşanacağı üçün qeydə də alınmayacaqdır. Ya da, “Vəziyyət budur!” düşüncəsi ilə olanı olduğu kimi qəbul edə bilməkdir.

Gözlənti ən çox partnyor kimliyimizdə, dost kimliyimizdə, iş kimliyimizdə bizə xaos yaşadar. Gözləntisizlik ən bədahətən , valideyn-uşaq münasibətində  mövcuddur.  Çünki orada şərtsiz sevgi vardır. Şərtsizlik, gözləntisizliklə birlikdədir. Heç bir ön şərtiniz olmaz, uşağınızla ya da ata-ananızla olan münasibətinizdə. Hər şəkildə qəbul gördüyünüzü, sevildiyinizi bilərsiniz. Özünüzü sübut etmək ehtiyacınız heç yoxdur.

Halbuki, digər kimliklərimizdə vəziyyət heç də belə deyil. Məsələn, sevgidə partnyor kimliyimizə baxaq. Əks cinsə özümüzü bəyəndirmə səyimiz və bu səyin nəticəsində bir gözləntimiz vardır. Davranışlarımızın qarşılığını gözləyərik. Əgər münasibətdə sevgi ehtiyacı duyuruqsa, sevgi verməyə başlayarıq, qəbul ehtiyacı duyuruqsa, qarşımızdakının davranışlarını xoş görməyə başlayarıq, bəyənmədiyimiz davranışları  görməzdən gələrik. Vermək Gözləntisiz yaşamaqistədiyimiz mesaj, özümüzə də eyni şeylərin edilməsidir, əslində. Yəni               davranışlarımzıda şərt vardır. Qarşılıq tapmadığı zaman da məyusluq yaranır. Necə yaşamağı arzulayırıqsa, öncə onun ssenarisi zehnimzidə yaranır. Yəni istədiklərimizi, bir şablonun içinə sığdırırıq və onlar gerçəkləşsin deyə, gözləyirik. Beləcə, yaşamlarımızın sərhədlərini cızar, o dayaz düşüncələrin içində yaşamalarımızı sürdürərik. Qarşımızdakından asılı olaraq!

Dost kimliyində də vəziyyət elə də fərqli deyil. Şərtsizliyi, təcrübə etmiriksə,  şərtli müasibəti təcrübə edirik, demək ki. Təsir və reaksiyanın olduğu sevginin şərtlərlə verildiyi bir münasibət. Bu vəziyyətdə,  münasibətdə gözlənti qaçınılmazdır.

İş kimliyimizdə kariyera anlamında, uğurlu olmaq, daha çox pul qazanmaq anlamında gözləntilərimiz vardır. Ən böyük stress burada özünü göstərir. Bu sahələr,  duyğunun olmadığı.. mübarizənin olduğu yerlərdir. Burada gözləntilər qarşılıq görmədiyi zaman  güc itkisi və qorxu yaşanır. Gözləntilərin ardında görülməyən bir asılılıq vardır. Güc asılılığı, uğur asılılığı, pul asılılığı, titul asılılığı. Bütün bunların gətirdiyi gözləntilərlə öz mən-imizə olan inancımızı da zamanla ya qazanarıq ya da itirərik.

Halbuki,  yaşam sonsuz və sərhədsizdir. Ucu açıq hadisələri düşünün. İçində olabilərliklərin və ehtimalların olduğu yaşamları xəyal edin. Münasibətləriniz üçün şərtinizin, gözləntinizin olmadığı , özünüzü olduğu kimi qəbul etdiyiniz, özünüzü olduğunuz kimi sevə bildiyiniz, bütün duyğularınızı dilədiyiniz kimi ifadə edə bildiyiniz , eşqlə dolu bir yaşamı arzulayın… İstəsəniz, bu mümkünGözləntisiz yaşamaqdür! Gözləntiləri, şərtləri aradan qaldırdığınız zaman,  yaşam sonsuzluğun içində möcüzələrlə doludur. Təki, siz onları  seçin, özünüzü sərhədləndirməyin. Təki özünüzü fərq edin və o möcüzələrə toxunun, möcüzənin özünüz olduğunu görəcəksiniz.

Gözləntisiz olmaq, möcüzələrə qucaq açmaqdır.

Hamımız həyatımız üçün planlar qururuq və hədəflər qoyuruq, bəzən bu hədəflərə çatar, bəzən də çata bilmərik. Çatılmayan hədəflər adətən, ən çox istədiklərimiz, haqqında ən çox narahatlıq keçirdiklərimiz olur. Bunun səbəbi çox istəmək və eyni nisbətdə böyük gözlənti içində olaraq  narahatlıq keçirməkdir.

Gözlənti və gözləmə arasındakı fərqdən bəhs etmək istəyirəm. Gözləmək, pozitivdir. Gözləmək bir nəticəyə çatmaq üçün keçirilən zamandır.  Halbuki, gözlənti neqativdir, bir nəticəni arzu etməkdir, narahatlıq keçirmək və qorxmaqdır.

Gözlənti içində olmaq bir növ əsarətdir, asılılıqdır. Öz cızdığımız sərhədlərlə, istəklərimizi stress içində gözləməkdir.  Həyatın axışına, sərhədsizliyinə, möcüzələrinə qəlbimizi qapamaq, təslim olmamaqdır. Daima idarə etmə ehtiyacı ilə insanları və vəziyyətləri olduğu kimi qəbul edə bilməmək və təbii ki, məyusluqlar yaşamaqdır.

Mənbə:  www.gayet.net; arsiv.indigodergisi.com
Hazrıladı:  Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +18 (from 18 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

GERÇƏK, YOXSA HƏQİQƏT?

“Gerçək” kəlməsi çox nisbi anlayışdır. Biz fərqində olaraq və ya olmayaraq öz gerçəyimizi yaradırıq. Qəbul etmə şəkillərimiz, qarşılıqlı əlaqələrimiz və keçmişdən yaddaşımıza həkk olunanlar “bizə görə” bir gerçək anlayışını yaradır. Ancaq bu gerçək  “mütləq gerçək” olmaya da bilər. Çünki tərkibində təhrif olunmalar, yayınmalar, ümumiləşdirmələr var. Bütün bunlar, “mütləq gerçək”dən uzaqlaşdıran vəziyyətlərdir. Yaratdığımız gerçək, bizim psixoloji idarə olunmağımızı qısa müddətə təmin edir və müəyyən mənada kompensasiya (bərpa) mexanizmidir. Daha uzun müddətə isə bu kompensasiya mexanizmi artıq qeyri-kafi  hala düşür. Buna görə də “sənə görə, mənə görə” anlayışlarının yerinə mütləq gerçək mənasını verən “həqiqət” kəlməsindən istifadə etmək istəyirəm. “Həqiqət” özümüzü aldatmadığımız gerçəkdir, mütləq gerçəkdir və insana sadəcə həqiqət mənəvi sakitlik gətirə bilər. Həqiqət və gerçək anlayışları arasındakı fərq daha aydın görünsün və anlaşılsın deyə bəzi nümunələr göstərmək istəyirəm.

Həqiqət təməl, gerçək ondan doğandır.

Həqiqət təməl, gerçək ondan doğandır.

Məsələn, bir ana və atadan yarandığımız həqiqətdir. Amma valideynlərimiz üçün işlətdiyimiz “yaxşı/pis”, “kafi/qeyri-kafi”… kimi qiymətləndirmələr isə bizə görə gerçəklərdir və həqiqət olduğu anlamına gəlməz. Bu anlayışlar arasındakı fərqi göstərmək üçün başqa bir nümunəyə nəzər salaq. Qadın və ya kişi olduğumuz həqiqətdir. Ancaq necə bir kişi və ya qadın olduğumuz isə hər kəsə görə dəyişə biləcək gerçəklərdir. İnsan həyatda gerçək kimliyini-həqiqətini tapmaq üçün, özünü aldatdığı saxta gerçəklərdən qaçmaq üçün mövcuddur. Biz həqiqət və gerçək kəlmələrini eyni mənada işlədirik və aradakı fərqi görməkdə çətinlik çəkirik. Eyni şəkildə duyğu və hiss kəlmələrini də eyni mənada işlədirik. Burada da diqqət yetirilməsi vacib olan bir məqam var. Hiss təməldə olan, duyğu isə onun əsasında formalaşdırılandır. Hiss təbii olaraq mövcuddur, duyğu isə sonradan qazanılandır. Zərərli duyğulardan olan “əsəb”ə nəzər salaq. Əsəb, birincili (primer) hiss deyil. Əsl hiss, “çarəsizlik” hissidir. Özünü çarəsiz hiss edən insan əsəbləşir. Beləcə biz əsl təməl hiss olan çarəsizliyin fərqinə varmadan o şəxsi əsəbi insan kimi qiymətləndiririk. Ən acınacaqlı hal isə həmin şəxsin öz çarəsizliyinə yox, hirsinə əhəmiyyət verməsidir. Əksər hallarda, insanlar alt seqmentə, əsas olana görə yox, görünən (ikincili-seconder) duyğulara görə qiymətləndirilir. Həqiqətə doğru getmədiyimiz, özü, özəyi tapmadığımız müddətdə görünən duyğuları həll etməyə çalışdıqca. sadəcə vaxt itkisinə məruz qalırıq. Çünki həqiqətdən uzağıq. Buna görə də qazanılmış, formalaşdırılmış, özdən uzaq, özü örtməyə çalışan “duyğu” ilə həqiqətdə var olan, təməl anlayış olan “hiss”i fərqləndirmək lazımdır. Duyğuları düşüncə sistemləri də yarada bilər. Düşüncələrimiz eyni hiss üzərindən istər müsbət, istərsə də mənfi duyğular yarada bilər. Duyğu qazanılmış vəziyyətdir və öyrənilə biləndir. Hisslər isə təməldəki əsl anlayışlardır. Ancaq adətən, əhəmiyyət verilmir və ya duyğularla üzəri örtülür. Duyğu, hissi örtə bilər, amma yox edə bilməz. Həmçinin, fərqinə varmadığımız müddətcə narahat edə və hər an üzə çıxa bilər. Hiss eyni zamanda metafizik anlayışdır.
İstər hisslərin, istərsə də duyğuların öz qıcıqları, dalğaları var. Bu qıcıqlar, dalğalar bədənimizin müəyyən nahiyələrində toplanır və rezonans verir (dalğaların üst-üstə düşərək toplanması). Hisslərimiz bədənimizin qəbul edəbiləcəyi qədər qıcıq yaradır. Bu qıcıq sayı çox ola bilər. Amma təbiidir və sağlamlığa zərər yetirmir. Duyğuların qıcıqları isə təbiilikdən uzaqdır və uzun müddət çox sayda qıcıq olması bədənin qıcıq qəbul edəbilmək ritmi ilə üst-üstə düşməyən nəticələrə gətirib çıxara bilər. Biz qısa formada buna “qazanılmış xəstəliklər” deyirik. Bu “qazanılmış xəstəliklər” düşüncə gücü ilə yaranmış psixoloji problemlərdir və bədənin cavab verə bilmək bacarığına uyğun olmayan qıcıqlara verdiyi reaksiyadır. Adətən, biz bunun səbəbini anlaya bilmirik. Səbəb isə çox sadədir. Anlamağa, anlam verməyə çalışdığımız üçün anlamırıq. Anlam qazandırmaq zehnin işidir və zehin anlaya bilsəydi dərk edərdi. Burada isə “anlamaq” yox,  “hissetmək” lazımdır. Daha yaxşı anlaşılsın deyə bir nümunəyə nəzər yetirək.”Yazığı gəlmək” duyğu yaratmaqdır və fayda verməyə də bilər. Hiss edə bilmək isə qarşılaşdığımız vəziyyəti eyniylə “yaşaya bilmək”dir. Qısası, hiss etmək, o şeyi yaşaya bilməkdir. Burada empatidən (qarşındakını anlamaq) daha fərqli bir vəziyyət meydana çıxır. Belə ki, empatidə duyğu işbirliyi olsa da,yenə müəyyən dərəcədə “anlamlandırmaq ” istəyi var. “Hiss edə bilmək” xüsusiyyətimiz isə heç bir anlam verməyə çalışmadan bütün hisslərinlə “o olabilmək” halıdır. Bunun isə zehinlə əldə edilə bilinməsi mümkün deyil. Çünki zehnimizdə böyük bir senzura mövcuddur. Bu senzura vasitəsilə, məlumatlar sanki, zehnimizin filtr sistemindən keçir və beləcə məlumatlar qəlibləndirilir. Çünki zehnin anlaya biləcəyi qəliblər var və o məcburən məlumatları bu qəliblərə salmağa ehtiyac duyur. Zehnin işi anlamaqdır. Ancaq hiss edəbilmədiyiniz bir məlumatı nə anlamaq, nə də dərk etmək mümkündür. Dərk etmək sanki tənlik həll etmək kimidir.

həqiqət və gerçəkZehin bərabərsizliyi bərabərlik halına salmaq üçün doğru məchulu tapmalıdır. Halbuki, zehnimizin sahib olduğu parametrlər duyğu və düşüncələrimiz üçün keçərlidir. “Hiss” isə zehnimizin parametrlərinə sığmayan anlayışdır. Buna görə də zehnimizin aldığı nəticə, hər dəfə ya artıq ya da əksik çıxar.  2 ilə 2 ni topladığınızda hər zaman nəticə 4 alinar. Çünki biz əlimizdəkilərin 2 və 2 olduğunu zənn edirik. Hisslərimizə yetişsək, əlimizdəkilərin sadəcə 2 və 2 olmadığını anlayarıq. Bədənimiz şüuraltında mövcud olan məlumatları bilir. Şüur isə bundan xəbərsizdir. Şüur olanları sadəcə görünənlərə görə qiymətləndirir. Şüur sadəcə gördüyünü dərk edir. Aysberqin suyun altında qalan hissəsini nəzərə almayan gəmi qəzaya doğru getdiyinin fərqində olmaz. Şüur hər dəfə “2+2=4” deyir və inadkarlıqla bu qərarının üzərində durur. Həqiqət isə hiss edilməyi səbrlə və səssizcə gözləyir. Bədənimiz suallarına cavab tapmalı olduğumuz şüuraltının binasıdır. Daşıdığı məlumatlardan xəbərdar olsa da onları dərk etməyə çalışmaz. Çünki dərk etmək zehnin, şüurun işidir. Zehnimizin isə bir şüarı var:
– Nə qədər qarışıq və çətindirsə, o qədər qiymətlidir.

Hazırladı: Murad Xəlilli

 

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus