TANRI VƏ İBLİSLƏRİMİZ

bakis-acisiXırda münaqişələrdən tutumuş müharibələrə, dini və ideoloji savaşlara qədər hər şeyin kökündə bir şey dayanır: Fərqli tanrı təsəvvürləri

İnsanlar müxtəlif olduğu kimi həyatı qavramaları da müxtəlifdir, tam olaraq eyni ola bilməz. Baxın, azacıq eynilik dostuğa, dostluq ailəyə, ailələr icmaya, icmalar cəmiyyətə,cəmiyyətlər isə dövlətə, millətə çevrilir. Bunlar öz içlərində bir uyğunlaşma halındadırlar. Sadalananların hərəsinin öz miqyası olduğu üçün, hərəsinin toqquşması da öz miqyası qədər olur. Tanrı təsəvvürü bütün bunların üzərində olmaqla ən böyük uyğunlaşma və ən böyük mübarizə ilə təzahür edib həmişə. Onun miqyası ən böyük miqyasdır.

Müxtəlif duyğular, qavrayışlar, düşüncələr müxtəlif tanrı təsəvvürləri yaradır. Beləliklə də, müxtəlif tanrılar yaranır. Hər kəsin xasiyyətinə uyğun tanrısı formalaşır. Bax əsl dəhşət də bu müxtəlifliklərin toqaquşması zamanı baş verir. Hər bir tanrı özünə qarşı olana tanrıya iblis deyə bir ad qoyur. Nəticədə isə iblis də bir tanrıdır. Öz tanrısını haqq bilən, o birininkinə iblis deyir, onun iblisə uyduğunu zənn edir. O iblisə uyan isə özününkünü tanrı, digərininkini isə iblis zənn edir. Beləcə tanrıların savaşı baş verir, insanların simasında. Ya da insanlar tanrıların simasında savaşırlar.

Untitled-1İnsan özü ilə də bu cür savaş içindədir. Özündə qəbul etdiyi yönlərinə tanrı təcəllisi, qəbul etmədiyinə isə şeytan vəsvəsəsi deyir. İnsan öz-özündə ikiləşir. O üzdən özünü tanıması da çətinləşir. Bu azmış kimi, cəmiyyətin içində olduqca müxtəlif fərdlərin müxtəlifliyini, ikili yönlərini də görür. Əslində özündə olan tanrı və tanrı olmayandan (iblis deyir buna) başqalarında da olduğunu görür. Uyğun olanla dostlaşır, uyğun olmayanla düşmən olur. Beləcə öz içindəki dost və düşmənçiliyi cəmiyyətə də daşıyır. Bax bu üzdən, xırda münaqişələrdən tutmuş böyük fəlakətlərə qədər, hər şey ilk öncə insan zehniyyətində bir savaşa çevrilir, sonra cəmiyyətə daşınır.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +20 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

15 DAŞ OYUNUNDA 16-CI DAŞ

adəm-iblis-kəşf

Və o çatışmayan yerdən istifadə edərək bütün həyat düzənimizi qururuq.

Həyat fəaliyyətimizin nə qədər genişlənməsinə baxmayaraq, daim bir yerlərdə boşluq hiss edirik. Sanki nəsə çatmır. Bu belə olmalıdırmı, ya biz nəyisə düz etmirik görəsən? Bu haqda çox düşünmüşəm mən. Gəldiyim qənaətə görə bu boşluq labüddür və bir funksiyası vardır. Əslində, inkişaf dediyimiz şey də elə buradan başlayır. Qüsurlu haldan daha yaxşısını düzəltmək və müqayisəli baxış bucağı formalaşdırmaq. Bunların cəm adı çatışmamazlıqdır. Və o çatışmayan yerdən istifadə edərək bütün həyat düzənimizi qururuq.

Bu 15 daş oyununa bənzəyir. O vaxtlar belə bir oyun var idi:
Əl boyda bir qutuda 16 xanaya 15 rəqəmdən ibarət pərakəndə şəkildə daşlar yerləşdirmişdilər. Qalan o bir boşluqdan istifadə etməklə o rəqəmləri ardıcıl düzmək lazım idi. Boş qalan 16-cı xananın anlamı nədir?
Quranda insanlıq obrazı kimi təsvir olunan Adəm və onunla birgə İblis (ümidsizlik) dialoqu qurulur. Adəmi yer üzündə memar olaraq vəzifələndirilir, inkişaf və təkamülə yol alır. Bəşər halında ikən qan tökən və fitnə salaraq yaşayan bu varlıq anlam və dəyər (ruh) sayəsində insanlıq tarixinə qovuşur.
Və bu zaman mələklər buna etiraz edir, sanki. Bu zaman Adəm meydana çıxır və kəşf etmə, ortaya çıxarma, istehsal etmə qabiliyyətinə görə ən dinamik olduğunu sübut edərək qalib olur.

Bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin...

Bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin…

Bu zaman mələkə-kələmə (kəlam) çevrilir. Kəlam insanlığı ən böyük silahına çevrilir.
Hər şey Adəmə səcdə edir. Səcdə sadəcə əyilmək deyil, qulluğa girməkdir. Yəni insan məsul olduğu qədər hər şey onun istifadəsinə verilir.
Amma bir şey bu vəhdətə qovuşmur, bir boşluq yaranır sanki. Bu İblisdir, ümidsizlik… Hamı elə bilir ki, İblis Allahın əmrinə girmir. Amma elə deyil… Allah İblisin özünü qəsdən insana təslim etmir. Hər şey, insan qarışıq nizama tabe oldu, təslim oldu. Yeganə şey- ümidsizlik təslim olmadı, çünki Allah belə istədi. O dedi ki:
Məsul ola biləcəyiniz hər şeyi ixtiyarınıza verirəm, bircə İblisi (ümidsizliyi) özünüzə təslim etməyin, ona salam verməyin və ona yaxın olmayın. Bu bir boşluq yaradacaq sizdə, eybi yox. Zatən həyat fəaliyyətiniz bu boşluqdan istifadə etmək və orada qalmamaqla bir düzən yaratmağınızdır.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DÜŞMƏN KİMDİR?

1466288_10202547415747878_321985464_n

Düşmən, həmişə insanlara lazım bir faktora çevrilib. Amma zaman-zaman insanlar düşmənin, düşmənçiliyin nə olduğunu aramaq və anlamaq əvəzinə, kimi düşmən seçəcəyini və düşmən olma gərəkliyini aramış və formalaşdırmışdır. İnsan, düşmənçiliyin nə olduğunu öyrənərək insanları bu kateqoriyadan uzaq tutmaq əvəzinə, insanları bu kateqoriyaya zorla salaraq özünü qəhrəman düzəltmək istəyir.

Düşəmçilik.. Nədir bu düşmənçilik anlayışı?
DÜŞ MƏN… Sən olduğun yerdən düş, ora mənimdir. Sən düş, mən olum orda. Maraqlıdır, Quran da Adəm və İblis dialoqunda düşmən olaraq “DÜŞÜN ORDAN!” deyir. Bəlkə də DüşMən-l
iyin tarixi burdan başlayır. Bəlkə də bunları bir bütünün mübarizəsi kimi anlamalıyıq.
Yuli Sezar deyir:
-Ən böyük düşməniniz, ən son baxdığınız yerdədir.

İnsan isə ən son özünə baxar… 🙁

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +26 (from 28 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus