ALLAH ANCAQ MÜSƏLMANLARIN DEYİL

Etiraf edək ki, tez tez, xüsusilə də dini müstəvidə olan müzakirələrdə avtomatik Şərq və Qərb yarışdırması ortaya çıxır. Bir tərəf Avropanın sosial rifah halından bəhs edərkən, digər tərəf də Avropanın sadəcə siyasi güc olaraq formalaşmasından və Şərqi pis vəziyyətə saldığından bəhs edir. Hər iki tərəfin kifayət qədər əsasları var. Amma mən fərqli yöndən baxmaq istərdim:

dünya dinləriAvropadakı indiki siyasi güc, dünən ortaya çıxıb. Şərqin dünyaya meydan oxuduğu vaxtlar Avropa siyasi güc olraq meydanda yox idi. O vaxtlarından bəri məhz özləri didib bir-birini. Türk türkü, müsəlman müsəlmanı, ərəb əcəmi qırıb. İbn Sinanın mədrəsələrini, Farabinin, Zəkəriyyə əl- Razinin külliyatlarını Avropa deyil, məhz müsəlmanlar dağıdıb, məhv edib. Böyük İslam mütəfəkkirlərinin başını elə özününkülər yeyib. Əksinə, Avropa İbn Sina, İbn Rüşd, Farabi, Qəzzali kimi alimləri araşdırıb, öyrənib, mənimsəyiblər. Bəli, bu təkcə Şərqdə olmayıb. Bəli, Bruno, Kopernik kimilərini də yandırıblar, alimləri təqib ediblər. Amma buna qarşı mübarizə aparıb bunu edənləri layiqli yerlərinə qədər sıxışdırıblar. Otur yerində, öz işinlə məşğul ol, misalı. Böyük intibah dövru, Dekartla başlayıb Kantla davam edən, Nyutonla, Eynşteynlə, Tesla ilə dünyaya güc bəxş edən bir təkamülə yol açıblar. Şərqdə isə bu yersiz təəssübkeşlik, bölgəsəl Tanrı təfəkkürü hələ də davam edir. Diqqətlə baxsaq, burax təfəkkürü, az qala zahiri forma belə orta əsrlərdən də geri qalır.
Bəli, güclər, imperiyalar, istismarçılar hər yerdə eynidir, Qərbdə də, Şərqdə də. Amma bu bir faktdır ki, bu gün Avropada sosial həyat tərzi və yaşam modeli müqayisədə İslam coğrafiyasındakı ölkələrdən qat-qat üstündür. Sosial yaşam isə, düşüncə və fikirlərdən formalaşan bir təkamül yolçuluğunun təzahürüdür. Qurani Kərim deyir:

Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah çoxunu əfv edər. 42/30

Allah heç bir topluluğu, doğru yolu göstərdikdən sonra (belə)-qorunub çəkinəcəkləri şeyləri onlara bütünüylə açıqlamadıqdan sonra sapıklıqla günahlandırmaz. Əlbəttə, hər şeyi bilən sadəcə Allahdır. 9/115

böyük dinlərBəli, siyasi güc olaraq Avropaya baxsaq, heç də hər şey göründüyü kimi deyil. Avropa bu gün bütünü ilə model alınası da deyil, məncə. Amma mən insan şüurlanmasından bəhs etmək istədim. Və deyərdim ki, elementar normativ insanı dəyərlər, sadə həyat yanaşmaları baxımından Avropanın demək olar ki, bütün dövlətləri yaxşı şərtləndirilib və bu cür inkişaf edirlər. “Təzahürdür, sadəcə” desək də bu belədir. Yəqin ki, bunun üzərində ciddi institutlar işləyir. Düşünürəm ki, bu bizə təbliğ olunan aqressiv dövlət modeli və qınayıcı ateist baxışlar toplusu deyil. Əksinə, çox tolerant və dünyanın bütün dəyərlərindən məharətlə istifadə edib öz regionları üçün əla modellər qoyan bir bazadır. Faydalılıq bazası.

SİTATIN SONU:

Təməl olaraq, burada bir problem görürəm:
Əslində, hər kəs Avropanın tam və ya qismən də olsa sosial durumunun daha yaxşı olduğunu qəbul edir. Hətta İslam coğrafiyasındakı neqativ davranışlara qarşılıq nümunə göstərilir, məhz müsəlmanlar tərəfindən. Sadəcə bir məsələ var. Tanrının ancaq Şərqə, daha dəqiq desək İslam coğrafiyasına aid olması və Qərblə əlaqəsinin olmamasıdır, sanki. Bu, Qərbin ateist etiketlənməsinin təzahürüdür. Avropa deyən kimi, qeyri-ixtiyarı qarşı tərəf, qarşı komanda görürük sanki.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +20 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

EMPEDOKL

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə ” həm ziyarət, həm ticarət” prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi. 

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu. Bu təbliğat xüsusi ilə həmin dövrdə tüğyan edən malyariya epidemiyasına qarşı aparılan mübarizədə öz bəhrələrini verməyə başladıqda M.ö. V əsrdə Selinunt şəhəri ətrafında böyük bir bataqlığı qurutmaqla öz əhəmiyyətini bir daha göstərmiş oldu. Bu ideyanın banisi kimi malyariya xəstəliyinə qarşı elmi əsaslarla mübarizə xətti onun həkimliyinə şübhə edənləri də ram etdi. Bütün bunlar sözsüz ki, Empedoklun özünə də ilham verir və daha ciddi elmi axtarışlar və müşahidələr aparmağa sövq edirdi. Təbabətlə məşğul olarkən anatomiyanın sirrlərinə bələd olmağa çalışması bu elm sahəsində ilk dəfə olaraq orta qulaq labirintinin elmi təsvirinin və anatomik quruluşunun müəyyən edilməsi ilə nəticələndi. Bu orqanın mürəkkəb quruluşu haqda təsəvvürlər bu günə kimi də aktuallığını itirməmişdir. Onun külliyatında tənəffüs orqanları, ürək fəaliyyəti və qan dövranı, görmə və iybilmə haqqında müfəssəl fikirlər işıqlandırılmışdır.

Bu qəribə insan həm də vegeterian idi. Prinsipiallığı həyat tərzinə də təsirsiz ötüşməmişdir. Belə ki, o, dəri ayaqqabılardan imtina edərək mis və gümüşdən hazırlanmış xüsusi səndəllər geyər və musiqiyə qulaq asmağı xoşlayardı. Musiqiyə olan aludəliyi onda musiqi vasitəsi ilə bir çox xroniki xəstəliklərin müalicəsini həyata keçirməsinə əsas vermişdir. Bu zaman o belə xəstələrin müalicəsində Homer və Hesidonun əsərlərindən istifadə edirdi.
elementy
Hec nə boşdan yaranmır. İlahi quvvəsiz hec na yaranıb, məhv ola bilməz. Empedokl irsiyyət, gen, qan, toxuma və orqanizm haqqında özünəməxsus təsnifatlar hazırlamış və onların elmi əsaslarını tibbi, fəlsəfi biliklərlə izah etmişdir. Onun fəlsəfəsinə görə təbiətdə hər şey öz başlanğıcını 4 elementdən götürür: od, su, hava və torpaq. Bu kimi dəyişməyən substansiyaların müxtəlif proporsiyaları üzvi maddələr və orqanların yaranmasına səbəb olur. O qanı düşüncənin substratı, sümüyü isə 2 hissə sudan, 2 hissə torpaqdan və 4 hissə oddan ibarət substrat hesab edirdi.

Gözəl müşahidə qabiliyyətinə malik olan həkim həm də cütlüklər haqqında özəl fikir və mülahizələrlə çıxış etmişdir. İsti və soyuq regionlara görə kişi və qadın cütlüklərinə təsnifat verərək belə bir fikir irəli sürmüşdür: əgər doğulan uşaq oğlandırsa demək ata isti torpaqdandır, əksinə qızdırsa, valideyinləri şimaldan soyuq iqlimdən gəlmədirlər. Onun nəzəriyyəsinə görə kişilər isti iqlim qurşağı olan cənub və şərqi ölkələrdən, qadınlar isə şimal soyuq iqlim ölkələrin mənsublarıdırlar.

Fəlsəfə və tibbi baxışları, musiqi və poeziyaya sevgi onun həm də gözəl natiq kimi formalaşmasında istisna rol oynayırdı. Bəzən də öz fəlsəfi fikirlərini poema şəklində qələmə alır və çıxışları zamanı öz auditoriyasını bu şerləri ilə valeh edirdi. Onun 2 poeması «Təbiət haqqında», «Təmizlənmə» və 450 şeri günümüzədək gəlib çıxmışdır.

Empedoklun atom, nüvə, ilahi yaranış və s. elmi və dini biliklər haqqında da özəl mülahizə və şərhləri olmuşdur. Empedokl Siciliyanın ilk demokratik partiyası Akraqantanın yaradıcısı olub.

Heraklitə görə Empedokl «canlı olaraq» göylərə çəkilib. Ölümünü görən olmayıb. Başqa mənbələrə görə isə o, özünü Etnanın kraterinə ataraq yandırmışdır. 
«Heç nə boşdan yaranmır. İlahi qüvvəsiz heç na yaranıb, məhv ola bilməz». 
«Dünya məhəbbət va düşmənçiliyin daimi antoqonizmi üzərində qurulub. Bu, dialektikanın ilk himnidir». (Empedokl)

Mənbə: «Tibb xəbərləri» jurnalı
Hazırladı: Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

QISA FƏLSƏFƏ TARİXİ

Milet məktəbi (M.ə  7 əsr)-Fales, Anaksimandr, Heraklit, Anaksaqor
Kainatın hansı maddədən yarandığını araşdırdılar. Fales su, Heraklit atəş dedi. Elmi inkişafına da yol açan bir maraq anlayışı inkişaf etdirdilər. Həqiqətlər yığıb fərziyyə çıxarmaq və bunları sınamaq bu filosofların fikirlərindən törəmişdir.

Sokrat Öncəsi Fəlsəfə (M.ə. 7-5 əsr)-Empedokl, Parmenid, Zenon, Evklid, Pifaqor
Bu mütəfəkkirlər şeylərin özüylə maraqlandılar. Birlik və çoxluq haqqında fikirlər inşa etdilər. Zaman və hərəkət nəzəriyyəsi (Zenon), məntiq və riyaziyyat nəzəriyyəsi (Evklid və Pifaqor)  əhəmiyyətlidir. Parmenidin birlik və Pifaqorun riyaziyyat düşüncələri Platonun formalar fikrinə təsir etmişdir.

Şərq Fəlsəfəsi (M.ə. 6 -5 əsr)-Lao-Tse, Konfutsi, Budda
Konfutsi haqq, ədalət, cəmiyyət və davranışlar haqqında bürokrat gözüylə əsərlər vermişdir. Budda-işıqlanmış adam- həyatın bir sinə gərmək olduğunu, bu ağrını aşmaq (nirvana ) üçün həddindən artıq uclardan çəkinmək lazım olduğunu söylədi. Lao-Tse hər şeyin altındakı həqiqəti axtardı. Tao-yol-adlı anlayışı keçmiş, gələcək və ətraf mühit kimi ünsürlərlə uyğun yaşamağı nəsihət edər.

Böyük üçlük  (M.ə. 5 -4 əsr)-Sokrat, Platon, Aristotel
En böyük üç filosof olaraq xatırlanırlar . Söylədikləri bu gün də fəlsəfənin mərkəzindədir. “Böyük üçlük” deyə adlandırıla bilərlər. Platon Sokratın şagirdi; Aristotel də Platonun şagirdidir. Sokrat insanlarla söhbət edərək onların həyatı sorğulamasını təmin edirdi, buna da doğurtma deyirdi. Fəlsəfəni bir həyat yolu olaraq gördü. Bir şey yazmadı, amma dövlətə qarşı duruşu çox filosofa dərindən təsir etdi. Onunla əlaqədar məlumatların çoxunu Platon dialoqlar halında yazmışdır. Platon “Akademiya” adlı qərbdəki ilk yüksək təhsil mərkəzini quraraq yüzlərlə filosofun yetişməsini təmin etdi. Formalar nəzəriyyəsi maddi dünyanın ideyaların bir əksi olduğunu söyləyər. Bilgi bir xatırlamadır. Gerçək, ideal formaların təzahürüdür. Aristotelə bilginin ən böyük çalışanı deyilə bilər. Biologiya, etika, məntiq, metafizik və s. bütün elmlərin inkişafına gətirib çıxarmışdır. O da ” Kollec” adlı ali təhsil mərkəzini qurmuşdur. İlk məntıqçı və bioloq olaraq təyin olunar. Xristian, İslam, Naturalist ya da Materialist kimi çox müxtəlif fəlsəfi anlayışlarda adı keçər. Platonun formalar nəzəriyyəsini naturalist baxımdan şərh etmişdir.

Hedonizm (M.ə. .4 əsr)-Epikür
Həzzçı əxlaq sistemini inkişaf etdirdi. Zövq ən yaxşı şeydir dedi. Zövqün keyfiyyəti miqdardan daha əhəmiyyətlidir dedi. Atomçu bir anlayışa sahib idi. Hər şeyin görünməz parçacıqlardan yarandığını yazdı. Epiküristlər sərhədsiz dünyalar-qalaktikalar-olduğuna inanırdılar.

Stoacılar  (M.ə. 3-4  əsr)-Zenon, Epiktet, Mark Aurelio
Stoa Zenonun dərs verdiyi heyyətə verilən addır. Dünyanın tanrı tərəfindən qoyulan sarsılmaz qanunlarla idarəsinə inanarlar. Hər şey bir səbəblə olar. İlahi qanunlara uyğunlaşma həyatın məqsədi olmalıdır. Tanrı bir uyğunlaşma yaratmaq məqsədini güdür.

Septiklər -Şübhəçilər (M.ə. 5  M.s. 2 əsr)-Timon, Antisfen, Sektus Empirik
Var olan bütün fikirləri tənqid amacındaydılar. Bütün doqma və doktrinaları rədd etdilər. Heç bir şey tam olaraq bilinə bilməz. Şübhə ağılın ən müdafiə olunan yanıdır. Empirizm və elmi üsulun doğumunu təmin etmişlər.

Kiniklər (M.ə. 4  M.s. 6 əsr)-Dioqen
Zövqlər təbii deyil və zərərlidir. İnsanın özünü tərbiyə etməsi tək yoldur. Doqmalardan və fərziyyələrdən uzaq dayanmaq lazımdır. Fərdi ehtiraslar, zənginlik, şöhrət  pis şeylərdir. İnsanı sürüyən, iştaha bağlı impulsların aradan qaldırılması lazımdır. Həyat sadə bir şəkildə sürdürülürsə  anlamlandırıla və dözülə bilinən olar.

Orta Çağ Fəlsəfəsi (M.s. 6 -15 əsr)-İbn Rüşd, İbn Meymun, İbni Sina, Dante, Dun Skot
Rasionalizmə möhkəm bağlılıq vardır. Bu dövr Xristian fəlsəfəsi və İslam Fəlsəfəsi ilə formalaşır. Ümumiyyətlə tanrı oxlu bir fəlsəfə vardır. Tanrı elm və əxlaqın səbəbi-nəticəsi olaraq xarakterizə edilmişdir. Var oluşa  və ilahi dizaynlara şərhlər gətirildi. Səbəb axtarmanın insanlığı tək başına qurtaramayacağı müdafiə olundu.

Böyük Elmi Addımlar (15-17 əsr)-Bekon, Kopernik, Kepler, Qalileo
Köhnə düşüncələr nəzərdən keçirildi. Ptolomeyin dünya mərkəzli kainat fikri Kopernik tərəfindən tənqid olundu. Onun Günəş mərkəzli sistem və göy hərəkətləri haqqındakı şərhləri kilsəyə zidd idi. Bütün dünyanın içində olduğu ruh halı bu astronomik səylələr dəyişdirildi. Kepler bunu riyaziyyat təməllərə dayandırdı . Qalileo riyaziyyat və elmi birləşdirərək yeni elmi fikirlər ortaya  qoydu. Teleskopu ilk dəfə istifadə etdi. Kopernikin fikirlərinin doğruluğunu sübut etdi. Francis Bekon elmin atalarından biridir. Vəkil və yazar olmasına və bir kəşf belə etməməsinə baxmayaraq induktiv metoda səs gətirdi. Bilginin müşahidə və təcrübə ilə işlənməsini müdafiə etdi. Skolastisizmin tam əksinə olan fikirləri müasir fəlsəfəyə yol açdı.

Müasir Fəlsəfənin Doğuşu (17-18  əsr)-Hobbes, Dekart, Nyuton
XVII əsr və sonrası Bekon və Qalileonun açdığı yoldan gedən Hobbes kimi mütəfəkkirlər formalaşdı . “Elmlərin elmi” ya da öncül bilgi qurulmağa çalışıldı. Beləliklə təbiət , insan və cəmiyyət bilgisinə fəlsəfə ilə yaxınlaşıldı. Maddi kainatın varlığın hərəkəti olduğu Hobbes tərəfindən müdafiə olundu. Hobbes “Levifan” adlı kitabında avtoritar rəhbərliyi müdafiə etmişdir. Həyatın yorucu, acı, tək və qısa olduğunu söyləmişdir. Müasir fəlsəfənin atası olaraq xarakterizə edilən Dekart isə şübhəçiliyin binasını inşa etmişdir. Yalnız özünün düşündüyündən şübhə etməmişdir. Qalan hər şey şübhəlidir. “Düşünürəm o halda varam” cümləsi ilə tanınan filosof  rasionalizmi bu günlərə daşıyan düşüncələrə malikdir. Riyaziyyat və metafizikaya əhəmiyyətli qatqılarda olmuşdur. Nyuton  isə fizikanı elmləşdirən adamdır. Klassik fizikanın qanunlarını qeydə keçirmişdir. Kainatın işləyişi baxımından filosofların böyük bir köməkçisi olmuşdur. Onun fizikanı  qaydalaşdırdığı kimi, daha sonra İmmanuel Kant  fəlsəfənin qanunlarını meydana gətirməyə çalışacaq.

Müasir Fəlsəfənin əsasları (17- 19 əsr)- Spinoza, Leybniz, Lokk, Berkli, Yum , Russo, Kant
Spinoza və Leybniz, Dekartın “Kartezyen dualizmi” adını verdiyi düşüncədən təsirləndi. Öz metafizik sistemlərini meydana gətirdilər. Dekart, Spinoza və Leybniz yaxşılıq xəttli bir tanrı düşünmüşdülər. Spinoza kainatın təşəkkülü ilə tanrını bir tutdu. Panteizmin bu dövrdəki mərkəzidir deyilə bilər. Deus Sive Natura-Yəni “tanrı ya da təbiət” cümləsi ilə tanınır. İkisi bir-birinin yerinə istifadə edilə bilər. Leybniz “Monadoloji” adlı işiylə tanınır. Monad adını verdiyi metafizik vahidlərin maddəni meydana gətirdiyini söyləyir. Zehni və ya fiziki hər şeyin Monad adını verdiyi birimlərlə meydana gəldiyini söyləyir. Bunlar bölünə bilməz . Kainatdakı dəyişmələr də hər Monadın işinə görə formalaşır. Şeylər-hadisələr yalnız tanrının müdaxiləsi asılıdır. Con Lokk, Bekon təcrübəsi ilə Dekartın şübhəçiliyini birləşdirdi. Fəlsəfəni problem həll etmə vasitəsi olaraq təyin etdi. İnsanın boş bir lövhə kimi doğulduğunu hər şeyin təcrübədən gəldiyini söylədi. Corc Berkli adlı yepiskop isə maddənin yalnız zehinin bir təmsili olduğunu söylədi. Berkli  Lokka ,David Yum da Berkliyə  qarşı çıxdı. Şübhəçiliyin bilgi və gerçək yolunda var sayıla biləcək ən əhəmiyyətli nöqtə olduğunu söylədi. Kantı yuxudan oyandırdı. Russo etik və siyasi fəlsəfə ilə maraqlandı. “Cəmiyyət müqaviləsi”, “Etiraflar”  kimi işlərində insanın  “yaxşı” olaraq doğulduğunu və cəmiyyətin onu pozduğunu söylədi. İmmanuel Kant fəlsəfə tarixində ən çox başa düşülməyə çalışılan adamdır. Çox adama görə ən fəlsəfi sualları o soruşmuşdur.  Dekart, Spinoza və Leybnizin Rasionalizmi ilə Lokk, Berkli və Yumun təcrübəsini eyni məxrəcə gətirmişdir. Ziddiyyəti eyni fəlsəfədə birləşdirdi. “Saf ağılın tənqidi” adlı işində ifadə etdiyi kimi: “Gerçəklər ( numenlər ) bilinməz, görünənlər ( fenomenlər ) isə qanunlarla idarə olunur və bilinə bilər.” Bilginin duyğudan gəlmədiyini müdafiə etdi. Davamlılıq, lazımlılıq, bilgi  kimi anlayışların bizə birləşmiş bir dünya bilgisini verdiyini, əxlaqi hərəkətlərin “vəzifə duyğusu ” ilə formalaşdığını söylədi

Kant Sonrası mütəfəkkirlər (19 əsr)-Şopenhaur, Hegel,  Marks
Şopenhaur gerçəyin itələyici gücünün ” istək” olduğunu söylədi. Ona görə həqiqəti anlamaq üçün içəri baxmalıyıq , çölə deyil. Yəni kainatın xarici ya da ruh kimi sirrlərini deyil, özümüzü araşdırmalıyıq. Ona görə bütün insanlıq məşğuliyyət boşunadır. Həyatın dərmanı ” Vaz keçməkdir “. Hegel tez, antitez, sintez üçləməsini məşhur hala gətirdi. Tanrı və ağıl birliyini müdafiə etdi. Dövləti ən yüksək əxlaqi təşkilat olaraq təyin etdi. Karl Marks Hegelin diyalektindən yola çıxaraq sinif qarşıdurmasını təsvir etdi . Marks, Siyasi fəlsəfənin və siyasətin ən məşhur adıdır. Kapitalist-idarə olunan iqtisadi bərabərsizliyi və sənayeləşən cəmiyyətin görünüşünü ən yaxşı o izah etdi.

Humanist Fəlsəfə – Modern Elmin Doğuşu  (19-20 əsr)-Komte, JS Mill, Darvin
Komteni ümumiyyətlə pozitivist fəlsəfə ilə əlaqələndirilər . Metafizikanı mənasız görən bu fəlsəfəyə görə elmi metod problemlərin həllində yeganə yoldur . İnsanın sorğulamalarına müşahidə və təcrübə ilə cavab verilə bilər. “İnsanlıq Dini” dediyi bir fakt ilə dünyəvi bir anlayış gətirməyə çalışdı. JS. Mill ondan təsirləndi. “Azadlıq Üzərinə” adlı çalışması ifadə və qadın azadlıqları üzərinə baş əsəridir. Bioloq Darvin “Növlərin Mənşəyi” adlı işiylə insanlıq qəbulunu kökdən dəyişdirmişdir. Təkamül və təbii seçimə fikirləri tarixi təsir edən ciddi addımlardandır .

Nihilizm – Eqzistansiyalizm (19-20 əsr)-Kyerkeqor , Heydeqqer, Nitşe, Dostoevski, Kafka, Hesse
XIX  və XX  əsr  varoluşçularına görə var olmaq özdən əvvəl gəlir. Kyerkeqor düşüncənin qurucusu olaraq məşhurlaşar. Qorxu və titrəmə insanı var olması fərq etməyə sürüyər. Heydeqqerə görə ölüm fikri bir heçlik hissi meydana gətirər , insanlar təbii olmayan vərdişlərə sığınaraq azad iradələrini tərk etmək istəyərlər. “Biz özəlliklə təkik ” deyər. Dünyaya tək gəlib tək getməkdəyik. Nihil-Latınca ” heç” həqiqətə dair bəyanları rədd edən, doğru ya da səhvə inanmayan düşüncəyə verilən addır. Nitşe, “Güc İstənci”-də Nihilizmin köklərini izah etmişdir. Kölə və əfəndi əxlaqını izah etmiş, ikisinin ayrimlarini ifadə etmişdir. Xristianların kölə əxlaqına sahib olduğunu , insanlığın əzik tərəfini təmsil etdiyini söyləyər. Gerçək və fakt deyə bir şey yoxdur. Bunlar bir şərhdir. İnsanlığın tək ümidi “Üstinsan”-a çatmaq və dini aşmaq olmalıdır.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus