FƏLSƏFƏ VƏ BİZ

öyrən və öyrət, qorxuzmaBiz fəlsəfəni onun quru mücərrədliklərində və formal tərəflərində deyil, filosofların canlı həyatına hopmuş şəkildə öyrənəcəyik; biz, sadəcə olaraq, fəlsəfələri deyil, filosofları əxz edəcəyik. Biz öz vaxtımızı zəka müqəddəsləri və əzabkeşləri ilə keçirəcəyik. Biz onların işıqlı ruhlarına imkan yaradacağıq ki, bizim ətrafımızda dolaşsınlar. Əgər biz onlara lazımınca müraciət edə bilsək, bu filosoflardan hər biri bizim üçün bütöv bir məktəb ola bilər.  Emerson maraqlı bir sual qoyur və bu suala da maraqlı bir cavab verir:

“Bilirsənmi əsl alimin sirri nədədir? Hər kəsdə elə bir şey var ki, onu yalnız həmin şəxsdən öyrənə bilərsən. Bu halda həmin şəxs mənim müəllimim olmuş olur.”
Beləliklə, biz üzümüzü, əlbəttə ki, öz qürurumuza bir zədə yetirmədən tarixin ustad zəkalarına çevirməliyik. Bu həmin fikirlərdir ki, biz o nə zamansa qabiliyyətsizliyimiz və cəsarətsizliyimiz ucbatından onlara bir forma verə, onları tələffüz edə bilmirdik. Əslində, böyük insanlar bizimlə yalnız o qədər və o qaydada danışa bilərlər ki, bu bizim qulağımızın və ruhumuzun onları eşitmək qabiliyyətlərinin ölçülərinə uyğundur; biz onları yalnız o ölçüdə başa düşə bilərik ki, ən azı öz daxilimizdə üzərinə çiçəklərin cücərəcəyi köklərə malik olaq. Onların malik olduqları təcrübəyə, əlbəttə ki, biz də malikik. Amma biz bu təcrübələrdən onların sirrini və zərif mənalarını çəkib çıxara bilmirik. Biz reallığın ətrafımızda səslənən gizli eyhamlarına (vəhy) o qədər də həssas deyilik. Filosof bu eyhamların və kainatın musiqisini daha yaxşı eşidir.

Zanqın özünüqiymətləndirmə cədvəliBİZ NƏ EDƏK?

Beləliklə, gəlin bu insanlara qulaq asaq, onların keçmiş səhvlərini bağışlayaq, onların bizə öyrətmək istədiklərini öyrənməyə çalışaq. Sokrat Kritona bir vaxt belə deyirdi:
“Dərrakəli ol, fəlsəfə müəlliminin yaxşı və ya pis olduğuna etiraz etmə, yalnız fəlsəfənin özünü düşün. Çalış ki, onu yaxşıca və həqiqi sınaqdan keçirəsən. Əgər o şərdirsə, çalış bütün insanların üzünü ondan döndərəsən, amma əgər o mənim inandığım kimidrsə, onda onun ardınca get, onun xidmətində dur  və özünü də  rahat hiss et.”

Mənbə: “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus