DOĞRU PEŞƏ NECƏ SEÇİLİR ?

Xüsusi

Doğru peşəni seçmək çətindir. Lakin yaxşı müəyyən edilmiş bir  kariyera yolunuz olsa, iş tapmağınız asanlaşar. Öz üzərinizdə çalışaraq, biraz planlama ilə və biraz da daxili müşahidə ilə sizin və ailənizin ehtiyaclarını qarşılayacaq qazanclı və qane edici bir yol müəyyənləşdirə bilərsiniz.

“Doğru peşə necə seçilir?” deyənlərdənsinizsə, özəl bir peşə seçimi kitabçası kimi bu yazımızı sona qədər diqqətli bir şəkildə oxumağınızı tövsiyyə edirik.

Peşə seçimində maraq dairələrinizi nəzərə alın

1 – Xəyallarınızdakı peşəni düşünün

Peşə seçməyə çalışarkən işləmək məcburiyyətində olmasanız belə, məşğul olmaq istədiyiniz bir peşəni düşünməlisiniz. Tutaq ki, çox varlısınız və işləməyə ehtiyacınız yoxdur. Buna rəğmən fürsətiniz olsa, hansı işlə məşğul olmaq istəyərdiniz? Bu suala verəcəyiniz cavab ən yaxşı peşə seçimi olmasa da, sizə nə etmək istədiyinizlə bağlı fikir verəcək. 

Aktyor və ya aktrisa olmaq istəyirsinizsə, konservatoriyaya və ya rabitə fakültəsinə daxil olmaq haqqında düşünə bilərsiniz.

Dünyanı gəzmək istəyirsinizsə, host\hostes ola bilərsiniz. Bu, dolanışğınızı təmin etməyin və xəyallarınızı gerçəkləşdirməyin ən yaxşı yoludur.

2 – Xobbilərinizi düşünün

Xobbilərinizi və ya etməyi sevdiyiniz şeyləri işə çevirmək çox asandır. Xobbilərin bir çoxu gerçək dünyanın ehtiyacları ilə və durumları ilə uyğundur. Etməyi sevdiyiniz şeyləri və bunları necə işə çevirə biləcəyinizi düşünün.

Məsələn, video oyunları oynamağı sevirsinizsə, video oyunu dizayneri, proqramçısı və ya keyfiyyətə nəzarət mütəxəssisi ola bilərsiniz.

İncəsənəti və ya şəkil çəkməyi sevirsinizsə, qrafiki dizayner ola bilərsiniz.

İdmanı sevirsinizsə, müəllim\müəllimə olun və sertifikat alaraq məşqçi kimi işləyin.

3 – Zövq aldığınız şeyləri və ya məktəbdə olarkən zövq aldığınız dərsləri düşünün.

Nəzəri fənlər gələcəkdəki peşənizin təməlini qoya bilər. Lakin bəzi peşələr üçün daha çox oxumalı ola bilərsniz. Yuxarı sinifdə oxuyarkən ən sevdiyiniz fənn, gələcəkdəki peşəniz ola bilər.   

Məktəbdə oxuyarkən ən çox kimya fənnini sevirdiniz? Laboratoriya texniki və ya əczaçı ola bilərsniz.

Məktəbdə oxuyarkən ən çox ədəbiyyat dərsini sevirdiniz? Onda,  redaktor və ya mətn yazarı ola bilərsniz.

Məktəbdə oxuyarkən riyaziyyat dərsini sevirdiniz? Onda, mühasib və ya sığorta mütəxəssisi ola bilərsniz.

Bacarıqlarınızı nəzərə alın

1 – Məktəbdə oxuyarkən və ya indi bacarıqlı olduğunuz sahələri düşünün

Məktəbdə oxuyarkən ən yaxşı oxuduğunuz dərsləri düşünün. Bacarıqlı olduğunuz sahə, etmək istədiyiniz şey olmaya bilər , lakin bacarıqlı olduğunuz bir sahəni seçməyiniz gələcəyinizi qarantiyaya almağınıza və uğurlu olmağınıza kömək edəcəkdir.

Fikrə ehtiyacınız varsa, bir öncəki addımda olan misalları incələyin.

2 – Nədə çox yaxşı olduğunuz barədə düşünün

Nəyisə təmir etmək və ya nəsə düzəltmək kimi müəyyən bir bacarıqlarda çox yaxşısınızsa, bu bacarıqlarınızdan istifadə edərək uğurlu ola bilərsniz. Təhsil almalı ola bilərsiniz v

ə ya ehtiyac olmaz,  lakin ixtisaslı işçilərə olan tələbat daha yüksəkdir və bu insanlar daha asan iş tapır.

Məsələn, dülgər, avtomobil təmiri, inşaat və elektrik işlərindən başı çıxan insanlar əlləri ilə çalışaraq və ya bir şeyləri təmir edərək qazanc təmin edə bilərlər. Bu peşələr davamlıdır və qane edicidir.

Aşbazlıq kimi bacarıqlar da asan bir şəkildə işə çevrilə bilər.

3 – İnsanlararası münasibətlərinizi gözdən keçirin

Bacarıqlarınız digər insanlara kömək etmək və digər insanlarla ünsiyyət qurmağa uyğundursa, sizin üçün münasib olan bir sıra iş seçimi var. Digərləri ilə yaxşı ünsiyyət quran və digərlərinə təsir edə bilən insanlar marketinq, satış və ya oxşar  pozisiyalarda asan bir şəkildə kariyera qura bilərlər.

Başqalarına göz qulaq olmağı sevirsinizsə, tibb bacısı\qardaşı ola bilərsniz, inzibati sahədə köməkçi və ya ofis meneceri ola bilərsiniz.

4 – Bilmirsinizsə, soruşun!

Bəzən, bacarıqlı olduğumuz sahələri müəyyənləşdirməkdə çətinlik çəkirik. Heç bir mövzuda yaxşı olmadığınızı düşünürsünüzsə, ailənizdən, qohumlarınızdan və ya müəlimlərinizdən soruşun. Onların fikirləri sizi təccübləndirə bilər!

Hal-hazırda olan vəziyyətinizi nəzərə alın

1 – Özünüzü kəşf edin

Nə etmək istədiyinizə qərar verməyiniz üçün özünüzü çox yaxşı tanımalısınız. Sizi həqiqətən də xoşbəxt edəcək bir işlə məşğul olmaq istəyirsinizsə, nə istədiyinizi və nələrdən zövq aladığınızı aydın bir şəkildə anlamalısınız. Bəzi insanlar özləri üçün önəmli olan şeyə qərar vermək üçün bir müddət işdən icazə alırlar.

Bunda yalnış bir şey yoxdur. Həyatınıza nifrət etməyinizə səbəb olacaq bir işlə məşğul olmaqdansa, bir müddət ara verib tezliklə nə istədiyinizə qərar verməyiniz gərəkdir.

2 – Maddi durumunuzu nəzərə alın

Kariyeranızı dəyişdirmək şansınız maddi durumunuza bağlı olaraq dəyişəcək. Bəzi karyera yolları üçün xüsusi təhsil lazım olur və bu təhsil  bahalı ola bilər. Lakin, təqaüd ala bilərsiniz.

3 – İstədiyiniz peşədə çalışmaq üçün gərəkli olan təhsili düşünün

Sahib olduğunuz təhsili və ya alacağınız təhsili nəzərə almağınız önəmlidir. Maliyyə durumunuz daha çox təhsil almağınıza əngəldirsə, sahib olduqlarınızdan isifadə etmək sizin üçün daha yaxşı olacaq. Vaxt məhdudiyyəti və başqa məhduduiyyətlər varsa, əlinizdəki attestat və ya universitet diplomunuzla kifayətlənməli ola bilərsiniz.

4 – Məktəbə qayıtmaq barədə fikirəşə bilərsiniz

Məhdudiyyətlər səbəbiylə daha çox təhsil almağınız gərəklidirsə, bu seçimi nəzərə  ala bilərsiniz. Hamının universitet diplomu yoxdur, amma bir çox peşə üçün təhsil önəmlidir və daha sürətlə irəliləməyinizə kömək edəcək.

Məsələn, texniki məktəblər ənənəvi təhsili istəməyənlər üçün yaxşı bir seçimdir.

5 – Daha çox araşdırın

Hələ də bir qənaətə gələ bilmirsinizsə, biraz da araşdırın.

Gələcəyinizi düşünün

1 – Daha əlçatan peşələri düşünün

Asan bir şəkildə istifadə edə biləcəyiniz kariyera fürsətlərini düşünün. Bu peşələr həm bacarıqlarınızın, həm də güzəştinizin olduğu peşələr ola bilər. Məsələn, ailənizlə eyni şirkətdə çalışa bilərsiniz, ailə şirkətiniz və ya dostunuz üçün işləyə bilərsiniz. Seçimləriniz məhduddursa, sürətli şəkildə giriş edə biləcəyiniz bir peşə seçmək, ən yaxşı seçim olacaqdır.

2 – Gələcəkdəki maddi rifahınız barədə fikirləşin

Diqqət etməli olduğunuz ən önəmli şeylərdən biri, seçdiyiniz sənətin məqbul bir maddi rifah səviyyəsində olmasıdır. Başqa sözlə desək, ailənizi və özünüzü dəstəkləyəcək kifayət qədər pul qazana biləcəksiz?

Unutmayın ki bu, çox pul qazanmalısınız demək deyil. Önəmli olan yeganə şey, özünüzə və etmək istədiklərinizə çatacaq qədər pul qazanmağınızdır.

3 – İşinizin gələcəkdəki davamlılığı barədə fikirləşin

Kariyeranızın davamlılığına diqət etməyiniz həyati önəm daşıyır. Toplum fərqli zamanlarda fərqli şeylər istədiyi üçün iş bazarı dalğalıdır. Müəyyən peşələrə hər zaman tələbat varkən, bəziləri sabit deyil. Bu səbəblə, seçdiyiniz peşənin sizin üçün və arzularınız üçün kifayət qədər qalıcı olduğuna əmin olun.

Məsələn, bəzi universitetlərin hüquq fakültəsi ödənişləri çox yüksək olsa da, insanların çoxsu hüquq fakültəsinə gedir, çünki gələcəkdə yüksək maaş alacaqlarını düşünürlər. Bununla yanaşı, hüquq fakültəsi məzunları üçün son bir neçə ildə elə də çox tələbat yoxdur.

Digər bir misal da, yazar olaraq çalışmaq və ya freelance

 işlərlə bağlı kariyera qurmaqdır. Bəzən xeyli iş ala bilərsiniz, bəzən də əlinizdə heç iş olmaz. Bu şəkildə işləmək üçün qərarlılıq və disiplin səviyyəniz yüksək olmalıdır və bu da hamıda yoxdur.

İpucları

İnsanların bir çoxu, onlar üçün hansı peşənin doğru olduğunu bilməzlər və bunu anlamaqları illər sürər. Buna görə də, geridə qaldığınızı düşünməyin!

Peşənizi semirsinizsə, dəyişin! Bəzən, bu daha çox çalışmalısınız deməkdir, lakin bu hər kəs üşün mümkündür.

Xəyalını qurmadığınız bir işi seçməyiniz dünyan sonu deyil. Həyatınız zindan etməyən, sizin və ailənizin gələcəyini qarantiyaya alan bir işiniz varsa, həyatınız və işinizlə bağlı xoşbəxt olmağa çalışın.


Mənbə:      www.yeniisfikirleri.net
Hazrıladı:   Fidan Aslanova 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EQZÜPERİ – NİN DUASI

Xüsusi

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, sEqzüperinin duasıəndən hər günüm üçün güc verməyini diləyirəm.
Mənə kiçik addımların sirrini öyrət.
Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə.
Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazimi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası, ölçü hissini qorumağı öyrətməyini istəyirəm.
Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et.
Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə.
Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların, həyatın təbii tərkib hissəsi olmasını  adi qəbul edim.
Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin.
Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət.
Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat.
Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.
Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin.
Həyatda nəyinsə gözümdən qaçmağına mane ol.
Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver.
Mənə kiçik addımalrın sirini öyrət, İlahi!


Mənbə: Antuan dö Sant-Eqzüperi – “Balaca Şahzadə” kitabı

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

MÜBAHİSƏ ELƏMƏK

disput-paypal-Çağdaş-mübahiseÇağdaş zamanımızda da mübahisələr, çəkişmələr, ziddiyyətlər yeni formalarla davam etməkdədir. Yeni texniki vasitələr çəkişmələrin daha geniş kütlələr arasında aparılması üçün imkanlar vermişdir. Artıq çəkişmələrə millionlarla insan cəlb olunmuşdur. Hal -hazırda siyasi xadimlər, iqtisadçılar, siyasətçilər, incəsənət adamları, alimlər, filosoflar və başqa sahələrin nümayəndələri televiziya, radio, internet vasitəsi ilə bütün ölkələrdə çeşidli səviyyələrdə mübahisələr aparırlar.

Bununla belə, mübahisələrin mənfi cəhətləri də üzə çıxmışdır. Birinci növbədə çəkişmələrdə məğlub olanlar ağır psixiki zərbə alırlar, qalib tərəf isə heç də həmişə üstünlüyü həqiqəti ifadə etməklə əldə etmir. Mübahisələr fiziki zorakılığa da gətirib çıxara bilər. Lakin onlar olmasa inkişaf da ola bilməz. Hər bir alim tənqid olunduqca inkişaf edir, rəqiblərinə cavab vermək üçün əsərlər axtarır, elmi nəzəriyyələr qurur. Həm də elm adamları arasında mübahisələr zamanı bir-birlərinin mövqelərini anlaması, tanıması prosesi gedir. Onlar bir-birindən çox şeyləri öyrənib öz elmi işlərini təkmilləşdirirlər.

Çağdaş-mübahisəAlimlər üçün elmi və ya fəlsəfi nəzəriyyə yalnız həqiqətin axtarılmasıdır, həqiqətin özü deyildir. Buna görə də nəzəriyyələr arasındakı ziddiyyətlər təbiidir. Çəkişmələr zamanı bu ziddiyyətlər sağlam düşüncəli adamların bir-birinə qarşı dözümlülüyünə, öz elmi və həyat nəzəriyyələrinin təkmilləşdirilməsinə, bütün suallara cavabların tapılmasına gətirib çıxarır. Bununla da elmi nəzəriyyələr yetkinləşir.

Beləliklə, çağdaş mübahisələr çəkişmədə qalib gəlmək, söz ustalığı, şəxsi ambisiyaları təmin etmək üçün deyil, ehkamlardan ayrılıb obyektiv həqiqətin tapılması üçün aparılmalıdır. Həqiqəti axtaran adam heç vaxt çəkişmədə öz dediklərini yeganə həqiqət saymaz, rəqibinə qəzəblənməz, təkəbbürlük göstərməz. Həqiqət rəqibində varsa, onu qəbul edər. Buna görə də hər adamla mübahisəyə girmək olmaz.

Həqiqətin araşdırılmasını heç də hamı istəmir. Çox vaxt buna onların bilikləri, səviyyəsi və tərbiyəsi imkan vermir. Nadanlıq hətta yüksək elmi, siyasi və iqtisadi rütbələrə çatmış adamlarda da ola bilər. Eyni zamanda hansısa bir sadə əkinçi, fəhlə, sıravi mühəndis müdrik və tərbiyəli ola bilər. Nadanla çəkişməyə girmək özünü hörmətdən salmaqdır, onun səviyyəsinə enməkdir. Çəkişməni yalnız bilikli, tərbiyəli, öz ambisiyalarını və maraqlarını yeritmək məqsədini güdməyən, özünü göstərmək istəməyən, yalnız həqiqəti axtaran adamla keçirmək olar.

Çağdaş-mübahisəLakin bəzi hallarda bu qaydadan istisnalar da ola bilər. Bəzən həqiqət o qədər ucuzlaşır, cəfəngiyat və nadanlıq hər yeri o qədər bürüyür ki, artıq doğru söz, həqiqət, ədalət uğrunda çarpışmaq lazım olur. Bu halda müdrik insanlar, həqiqəti söyləmək üçün hətta alçalmalara və təqiblərə məruz qalsalar belə, doğru sözü deyib nadanlığın, ədalətsizliyin qarşısını imkanları çərçivəsində almalıdırlar. Onların doğru sözünü insanlar eşidib, çox şeylər haqqında düşünə bilərlər. Bununla da cəmiyyət saflaşa bilər.

Bəzi filosoflar bu yolda hətta canlarını da qurban veriblər. Buna ən gözəl örnək Sokratdır. Hətta onu ölümə məhkum edəndən sonra zindandan qaçırmaq imkanı yaranmışdır. Lakin Sokrat qaçmadı. Çünki o, ömrü boyu həqiqət və doğru söz uğrunda çarpışmış, bu yolda lazım gələrsə canından keçməyi insanlara öyrədirdi. İndi o, zindandan qaçsaydı, öz sözlərini təkzib etmiş olardı, özünü insanlar arasında rüsvay edərdi. Buna görə də Sokrat qaçmadı, ölümü qəbul etdi. Beləliklə o, həqiqət, ədalət və doğru sözün şəhidi oldu; həyatı və ölümü ilə əbədi olaraq tarixə düşdü. Sokratın həyatı və ölümü nadanlığın, lovğalığın, təkəbbürün, savadsızlığın, fırıldaqçılığın üzərində qələbə rəmzinə çevrilmişdir.

Çağdaş-mübahisəBeləcə, doğru söz və həqiqət heç də hamının xoşuna gəlmir, özəlliklə də bizim zamanımızda. Bu gün bütün dünyada yalnız şəxsi maraqlar ortalığa qoyulur, əxlaqi və mənəvi dəyərlər ucuzlaşır, həqiqət deyil, hansısa şəxsin iqtisadi və siyasi maraqları güdülür. İncəsənət, elm, savad, istedad, peşəkarlıq, əxlaq və başqa bu kimi kateqoriyalar yalnız piarla, reklamla, səs çoxluğu ilə dəyərləndirilir. Bu şəraitdə həqiqət ucuzlaşıb ortalıqdan çıxmış olur. Yalnız az saylı müdrik insanlar hələ də öz şəxsi təşəbbüsləri ilə onu araşdırır və doğru sözü şəxsi maraqlardan üstün tuturlar. Bu da onların təbiətindən irəli gəlir. Onlar, sadəcə, kütlənin, səs çoxluğunun, güc sahiblərinin, pullu adamların arxasınca getmirlər, həqiqəti axtarırlar. Bu adamlar, Sokrat kimi, lazım gələrsə yoxsulluğa və təhqirlərə dözməyə hazırdırlar. Onlar həqiqəti yüksək tutur, yalnız onu tanıyırlar.

Müəllif: Aydın Əlizadə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

SIXINTIMIZ NECƏ KEÇƏR?

sıxıntı Can sıxıntısı, diqqətin yönələ bilmədiyi duyğusal vəziyyətdir. Boşluqda qalma hissidir. Bir çox mənanı içində saxlayan bir sözdür. İstənən bir vəziyyət olmadığı aşkar, ancaq qaçınılmaz bir vəziyyət olduğunu da söyləməliyik.

Hədəfinə çatan canlı daha yüksək, başqa, dəyişik məqsədlər istər. Mədəniyyətin bir çox elementi fizioloji ehtiyaclarını tamamlamış insanların can sıxıntısından qaynaqlanar. Yemək, sığınma, təhlükəsizlik ehtiyacını qarşılayan insanlar qalan zamanlarında sənətlə məşğul oldular, görüşlər edib özlərini əyləndirməyin fərqli yollarını tapdılar. Əksəriyyətlə oyun oynadılar. Çox azı can sıxıntısından dolayı pis şeylərə cəhd etdi. Can sıxıntısından dolayı yaxşı şeylərin edildiyini isə cəmiyyət formalaşdırmamızda görə bilərik. Hər nə qədər can sıxıntısından istismar edən, döyüşən, pislik edənlər mövcudsa da, insanlığın təbiətdəki mövqeyi onun birlikdəlik anlayışına dəlildir. İnsanlar birlik olub, yaxşı şeylər etməsəydi, bir-birimizi öldürüb yeməklə məşğul olardıq. Bunu edənlər hələ də var, ancaq bunu islah edilməsi lazım olan kiçik bir səhv olaraq düşünə bilərik.

SIXINTIYA QARŞI NƏ ETMƏLİ?

Can sıxıntısı nələr etdirmişdir, bunu bütün insan mədəniyyətində görə bilərsiniz. Hər şey qarınını doyuran insanın oyunlarıyla meydana gəlmişdir. Can sıxıntısının necə keçəcəyi də burada ortaya çıxar. İnsanlığın tarixində ən çox müraciət edilən həllər mədəniyyətin də gedişatını təyin etmişdir.

  1. Ünsiyyət: Ən müvəffəqiyyətli olduğumuz mövzu. İnsanların ilk çarəsi. Özümüzü güvəndə hiss etdiyimiz ilk şey. Bəziləriylə söhbət etmək, danışmaq ən primitiv, sadə və müvəffəqiyyətli həlldir. Ətrafınızla ünsiyyətə keçin. Yaxınlarınızı axtarın. Onlara yazın. Kimsə dostca bir salamı səhv anlamaz. Uzaqlara da yaza bilərsiniz. Penpal (qələm yoldaşı) və postcrossing (poçt keçmək) ilə kağız-qələmə sarıla bilər, sadə bir Google axtarışıyla “chat” (söhbət) mühitlərinə girə bilərsiniz.
  2. İctimailəşmək: Həyat yoldaşınızı, dostlarınızı, ailənizi, ətrafınızı xoşbəxt etməyə cəhd edin. Bəzən yaxınları güldürmək ən böyük xoşbəxtlikdir. Uşağınız varsa onunla vaxt keçirin. Bundan daha yaxşı bir məşğuliyyət ol ola bilməz. İnsanlığa bir şeylər vermək, özünü gələcəyə daşımaqdır. Twitter, Facebook və s. Bunlar heç bir yenilik gətirməyən, amma bütün dünyanın bildiyi məcralardır. Bunun səbəbi insanlara böyük bir toplumlaşma, ictimailəşmə fürsəti tanımağındadır.
  3. İncəsənət: Təbiətdən çox ayrıldıq, təbii istiqamətimiz korşaldı. Bəlkə də bunu kompensasiya etmək üçün sənəti icad etdik. Quşlar qədər olmasa da, bir şəkildə təbiətə gözəllik qatdıq. Musiqi ən böyük motivasiya edici, birləşdirici, əyləndirici mədəniyyət məhsullarımızdan oldu. Musiqi dinləyə, bəstələyə bilərsiniz. Ayrıca, sənətin minlərlə fərqli yolu vardır. Hər hansı bir sənət növünü  öyrənmək və onunla məşğul olmaq sıxıntınızı alır, yerinə estetika gətirir. Çalğı çalmağı öyrənin, gözəl yazı, qrafik, şəkil, heykəl kimi yüzlərlə alternatifdən birini seçin. İncəsənət tarixində özünüzə uyğun bir variant tapın.
  4. Oyun: Oyun mədəniyyətin təməli ola bilər. Fərqli bucaqlardan bir çox əsas tapmaq mümkündür, ancaq çoxumuz üçün oyun hər şeydir. Oyunla dünyanı öyrənirik. Oyunla gerçəyi sınayırıq. Oyun əylənmənin ən böyük təzahürüdür. İnsana aid hər şeyin oyun oynayaraq inkişaf etdiyini, oyunun gerçəyin özü olduğunu qeyd etmək lazımdır. Bilgi yarışması, söz oyunları, zəka oyunları, bulmacalar kimi bir çox variantı seçə bilərsiz.
  5. İdman: İnsan hər zaman özünü sınamaq istəmişdir. Çox köhnə zamanlardan bəri fiziki fəaliyyətləri oyuna çevirərək bədəni gümrah tutduq. On minlərlə ildir davam edən mübarizəmizə, başlanğıcda həyata hazırlıq üçün; sonraları da fiziki hazırlığa çatmaq üçün idman etdik. İnsan bədəninə aid yeni təcrübələri, qeyri-mümkünə çatmağı idman adı altında yaşadıq. İdman növlərindən birini seçə bilərsiniz. Ya da çalışa bilərsiniz. Fiziki iş də çox vaxt bir idmandır. Məsələn, bir neçə şitil alıb ağac əkə bilərsiniz. Küçə heyvanları üçün su və yemək gətirə, bunu qaçaraq edə bilərsiniz.
  6. Könüllülük: Könüllü işlər edərək enerjinizi həm özünüzə, həm də başqalarına faydalı şəkildə sərf edə bilərsiniz. Tema, Qızıl Ay, BMT könüllüləri olmaq həm təcrübə, həm də xoşbəxtlik gətirəcək qiymətli fəaliyyətlərdir. Ən böyük xoşbəxtlik başqalarını xoşbəxt etməkdir. Niyə tək başınıza olasınız? Xoşbəxtlik həmişə birlikdə təyin olunan bir duyğusal durumdur. Bunu digərləri ilə paylaşmaq xoşbəxtliyimizi artıracaq.
  7. Təbiətə qarışmaq: Təbiəti sadəcə izləmək belə, böyük bir əyləncə qaynağıdır. Bir ağaca eləcə baxmaq belə ovsunlayıcıdır. Səmaya doğru uzanan, çölə qarşı güclü, amma bir o qədər də köməksevər bir ağac. Hər şeyiylə canlı bir abidə. Bir bitki yetişdirmək, təbiət möcüzələrini görmək, onları araşdırmaq həyata qarışmaqdır. Evinizin eyvanında heç bir xərc etmədən belə bunu reallaşdıra bilərsiniz. Zibilə ataraq təbiətə zərər verəcəyiniz plastik qaplarınıza bitki əkə bilərsiniz. Mən edirəm. Balkon da su şüşələrinə bitki yetişdirirəm. Hər gün onları sevir və nəzarət edirəm. Betonla dolu həyatımıza canlılıq əlavə edirəm.
  8. İzləmək: Televiziya, kompüter ekranlarının həyatımıza ən böyük qatqısı ünsiyyət oldu. Fantastika yapımlardansa məlumatlandırmağı məqsəd hesab edənləri seçim edin. İnternetdəki minlərlə sənədli filmləri izləyin. Sizi düşünməyə sövq edəcək filmlərə göz atın. Youtube, Vimeo saytlarından sevdiyiniz hər hansı bir mövzunu axtarın.
  9. Məqsədlilik: Məqsədsiz bir şey etməyin. Daha çox sıxılarsınız. Müəyyən bir hədəfiniz olsa yaxşı olar. Vaxt keçirmək də bir hədəfdir, ancaq öyrənmək, düşünmək, anlamağa çalışmaq daha yaxşı hədəfdirlər. Məsələn mən, fəlsəfə üçün vaxt keçirərəm. Həyatı anlamağa çalışaram. Fərqli təcrübələr əldə etməyə çalışaram. Oradan-oraya süründürülmək yerinə sorğulayıram. Fəlsəfə üçün izlər və oynayaram.
  10. Düşünmək: Unutmayın, çətinlik zehni bir vəziyyətdir, fiziki deyil. Siz sıxıldım deməmiş sıxılmış sayılmazsınız. Çətinliyin səbəbi nədir? Niyə digər zamanlar bezdirici da indi bezmisiniz? Çətinlik müalicə edilməsi lazım olan bir şey deyil. Anlamaq və düşünmək lazımdır. Müalicəsi olmayan, müalicə lazım olmayan bir vəziyyət üçün çarə axtarmayın. Çətinliyi zehnimizdə formalaşdırdığımıza görə, cavabını da ancaq özümüzdə tapa bilərik.

    Mənbə: www.dmy.info
    Tərcümə edən: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +24 (from 26 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus