ƏQİDƏDƏN İMANA

əqidə-imanHz. Muhamməd əqidə gətirmədi, əksinə, əqidələşmiş və qəlibləşmiş təsəvvürləri İMAN mərkəzli bir dinamikaya səslədi.

“Müşriklərdən göyləri və yeri kim yaradıb? -deyə soruşsan, Allah” -deyərlər.” Qurani-Kərim

Yəni statik olaraq, əqidələşmiş Allah təsəvvürü zatən var idi, həmişə olub və olacaq da. Amma məsələ dinamik Allah təsəvvüründədir. O təsəvvür qəlibləşməz, mahiyyətin saxlayaraq daim mövcud zaman və məkanın bağrına səslənər, inşa edər. Bütün zamanların Tanrı təsəvvürləri ilk öncə belə ortaya çıxmış, ilahi mesajlar diri və inşaedici olmuşdur. Zamanla insanlar bu dinamik silsilənin ətrafında kütləviləşərək dindarlaşmış və əqidə qəlibində dini istismar etmişdirlər.

İnanmaq diridir, hər an ayaqda tutar, əminlik üçün sorğulayar və yenilənər. Mərkəzində sağlam inam olan həyat dinamik həyatdır. Amma bu iman mərkəzli dinamik həyat da bir əqidə formalaşdırar zamanla, amma ümumbəşər. Din və dindarlıq adına deyil, insanlıq adına bir əqidə. Hansı ki, orda hər kəsə yer var və bu mühitin yalnız bir adı var:

Mədinə – mədəniyyət və barış. Rəsulullah bunu formalaşdırdı və bizlərə miras buraxaraq belə dedi:

Burda dediklərimi bizdən sonrakılara da çatdırırn, bəlkə onlar daha yaxşı anladılar. Yəni ey dostlar, ey iman ailəmin əhli, siz də davam edib quracaqsız bu iman mərkəzli dinamik həyatı. Statikləşdirsəz donacaq, bütləşəcək və həyatdan çəkiləcək. Necə ki, bu gün bax belədir. Və Quran deyir:

“Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdir”-deyəcək.” Qurani-Kərim

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

“MƏN”-dən “BİZ”-ə. ÜNSİYYƏT

MƏN – ÜNSİYYƏT – HİKMƏT – BİZ

Vahidlik, vəhdət – müxtəlifliklərin ünsiyyətindən, ünisyyət mədəniyyətindən formalaşır. Ünsiyyətin üzərində dayanmaq çox vacibdir, məncə də. Ünsiyyət ülfətdir, bağdır, əlaqədir. Hər bir şeyin arasında:

Allah insan
İnsan insan
İnsan təbiət

ünsiyyət-ülfət

“Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.

İnsan bu ünsiyyətlə BİZ olur. Allahla Biz, insanlarla BİZ, təbiətlə BİZ. Amma bu biz var olan hazır bir şey deyil məncə, bu ünsiyyətdən doğan halın adıdır. Bu sadəcə toplum deyil, bu şüurun köklənməsidir, bir prosesdir. Kökündə var olan MƏN durur. Bunu nəzərə almassaq nə ünsiyyəti, nə hikməti, nə də BİZ anlayışını qavraya bilmərik məncə.
Var olan MƏN-dir. “Biz”, “mən”-lərin ünsiyyət mədəniyyətində təzahür edər.
O üzdən fərdlərin şüurlanmasında, ünsiyyyətli şəkildə formalaşmasında böyük fayda görürəm.

Toplumun fərdi dəyişmədikcə, Biz o toplumu dəyişmərik. 13/11

Fikir verirsizsə, ön plana çəkilən toplum-camaatdır. Amma rasional olaraq bu toplum belə, fərdlərdən təşkil olunmuşdur. Demək, ən azı riyazi olaraq bir fərdin dəyişməsi, onun təşkil etdiyi toplumun dəyişməsinə bərabərdir. Fərqli bir baxış:
Dəyişən fərd topluma başqa gözlə baxmağa başlayır. İnsanlığa xas olan sevgi, mərhəmət və müjdə gözü ilə. Və bu halda da, onun gözündə toplum dəyişir. Hamının sui-zənn etdiyi bir cəmiyyətə o hüsnü-zənnlə baxır…

Bunun üçün nə etməliyik?
Məncə ilk öncə durumumuzu tədqiq etməliyik. Şübhələnməli, sorğulamalı və araşdırmalıyıq:
Kimik biz, kimin safında yer alırıq?
Baxın, artıq suallar verməyə başladıq. Məncə bu suallar bir atəş yaradar, içimizdə. Buna dərd də deyə bilərik. Dərd düşüncəyə götürər. Orda alacağınız var. Oxumaq, ifadə etmək, təmizlənmək, bəyan etmək, nurlanmaq və nurlandırmaq…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

SİMVOLLAR AÇILMAZSA, İNSANLIQ AC QALAR!

1797453_10203203005577214_468901274_nSİMVOL VƏ BÜT

Həyatımız – zamanla formalaşmış və hal hazırda davam edən, gələcək üçün cızdığımız toplu simvollar, bu simvollar üzrə oxuyub ifadə etdiklərimizin cəmidir. Onların oxunaraq ifadə olunduğu prosesə hadisə dedik. Hadisələr, olaylar baş vermədikcə dinamikanı hiss edə, durumumuzun fərqində ola bilmərik. O üzdən insan olaylarda özünü sınamalı, yeni hadisələrdən qaçmamalı və dəyişikliyinin fərqinə varacaq bir dinamika ilə irəli doğru davam etməlidir.

İnsan zaman-zaman ortaya çıxardığı, kəşf etdiyi anlam və dəyərləri, maddi və mənəvi bütün nemətləri simvollaşdıraraq, konservləşdirərək gələcəyə buraxmağa meyl edir. İzlər buraxır. Bunu həm şifahi, həm də yazılı yolla həyata keçirir. Amma çox zaman gələcək nəsillər, onlar üçün saxlanılan bu simvolların mahiyyətindən daha çox onların şəkli ilə başlarını qataraq passivləşir, yeni hadisə və olaylardan qaçır, müqəddəslik adı altında özlərini istismara açıq buraxırlar. Əslində simvollar mahiyyətcə açılmalı, çözülməli və insanların önünə təqdim olunmalıdır.
Dahi insanların işi də elə budur. Bu qalıblaşmış simvolları açmaq. Bu bilirsiz nəyə bənzəyir? Bir məsəl-bənzətmə verim:

Təsəvvür edək ki, bir qrup insan mövsimi bitkilərdən toplayıb digər mövsüm üçün, yəni gələcək üçün konservlər hazırlayır, tədarük edirlər. Lobya, pomidor, qurudulmuş ət və meyvə, sonradan qidaya çevrilə biləcək bir çox şeylər. Bəli, qış gəlir. Ərzaq yoxdur. Aclıqdır. İnsanlar isə konservləşmiş ləvazimatların sadəcə şəklinə baxır, onların qablarını yalayır, öpür və sanki doyurmuş kimi özlərini aparırlar. Hamı onların ağzını açmaqdan çəkinir. Və bir gün bu acınacaqlı halı görən və dözməyən daha cəsarətli birisi ortaya çıxır, hamının qorxaraq etmədiyi bir işi edir. Konservləri açır. Onları qidaya çevirir və insanlar aclıqdan xilas edir. Əvvəlcə bir çox insan qalıblaşmış və eksponata çevrilmiş bu konservlərin açılmasına qarşı çıxsa da, zamanla aclıq problemi həllini tapır və hər kəs bu qəlibdən xilas olur.

Büt – arxasından məqsəd və mahiyyəti çəkilmiş hər bir maddi və mənəvi şeydir.
Büt – insanın öz dəyərini ona verdiyi hər şeydir.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FƏLSƏFƏ HAQQINDA

fəlsəfəFəlsəfə – Qədim Yunan dilində  (philosophía φιλοσοφία) -“müdriklik sevgisi” mənasını verməkdədir. Filosof (Philósophos φιλόσοφος) isə “müdriklik sevən” deməkdir. Ümumi qənaətə görə,  bu kəlimə “müdrik” sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi, özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu təvazökarlıq, ancaq “müdriklik sevən” deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir. Fəlsəfə ilə məşğul olmaq, Antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir. Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir. Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil. Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik. Bu tamamlamaq, düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd, əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.

Fəlsəfəyə, müdriklikdən sonrakı mərhələdir, deyilə bilər. Müdrik olmağı aşmaq isə təvazökarlıq ilə reallaşar. İnsan müdrik/bilikli olduqdan sonra bundan sıyrıla bilərsə, fəlsəfə ilə məşğul ola  bilər. Bunu, həyatın hər anında da yaşaya bilər, müəyyən bir mövzu üzərinə də cəmlənə bilər. Fəlsəfəni yaşayanlara filosof deyilir. Həyatlarının hər anında fəlsəfi yaşayar, gündəlik hadisələri fəlsəfələrinin bir nümunəsi olaraq görərlər. Fəlsəfə, hadisələrin, faktların təməllərinə və dayaqlarına enər. fəlsəfə-haqqındaBir mövzuda məlumat sahibi olmaq adamı ağıllı edə bilər. Yalnız bilgi ilə filosof olunmaz. Filosof məlumatın kənarındadır. Öyrənmək, əldə etmək deyil, onu sorğulamaq, şübhə etmək istəyindədir. Araşdırmaq, incələmək, ardına baxmaq onların fəaliyyətidir. Fəlsəfə xaricdən əldə edilməz, xaricdən öyrənilməz. Məlumatı başqa insanlardan əldə edə bilərik, amma fəlsəfəyə özümüz çatmalıyıq. İnsan ancaq məlumat, şəxsiyyət, zənginlik, zövq kimi istəkləri tərk edə bilsə, filosof ola bilər. Fiziki dünya, fəlsəfi sorğulamanı çətinləşdirər. Ən yaxşı və ən sadə düşüncələr belə xaricdən gəlməz. Fəlsəfə öyrənilməz. Fərd öz-özünə fəlsəfi sorğulamalar etməlidir. Fəlsəfə üçün təvazökar və maraqlanan olmaq lazımdır. Bunun səbəbi də əvvəlcə maddi dünyadan sıyrılmaq, ardından çöldən baxaraq hadisələri anlaya bilmək üçün maraqlanmaqdır. Əvvəl gündəlik ehtiraslardan sıyrılmaq, sonra da izah edə bilmək üçün sadə və təvazökar olmaq filosofun təməl xüsusiyyətlərindəndir.

FƏLSƏFƏNİN SAHƏLƏRİ

Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:
Məntiq -təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
fəlsəfə haqqındaEstetika -ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu-sənətin fəlsəfəsidir.
Etika -ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq -cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, domekratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika -hər bir şeyin “son reallığ”-ı haqqında təlimdir. Bu, fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır; qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca, mənası: idrak nəzəriyyəsi).

Mənbə:  www.dmy.info , “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı:  Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +18 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus