NİFRƏT EDƏN İNSANIN PSİXOLOJİ DURUMU

Xüsusi

Hansısa üstünlüyə sahib insanların həyatında, onları davamlı şəkildə izləyən iki növ insanlar olar bilir:

1. Onları xoşlayanlar.
2. Onlara nifrət edənlər.

Biz indi nifrət edən şəxslərdən və onların psixoloji durumlarından söhbət açacağıq.
Üstün insanların həyatında çox zaman onu izləyib, onun davranışlarına baxaraq, haqqında yersiz müzakirələr açan və özü-özlüyündə guya onu lağa qoyub ittiham edən “özgüvəni” zəif insanlar mövcud olmuşdur. Və ya belə insanlar ancaq zəif və aydınlanmamış insanlardan təşkil olunur. İnsanlara yersiz şəkildə lağ və paxıllıq etməkdə və ya nifrət bəsləməkdə israr edən bu insanların əsil xarakterlərini və xarakter çeşidlərini sadə şəkildə belə sıralayacam:

1) Üstünlüyünə görə.

Bir insanın edə bildiklərini edə bilməyən, çata bildikərinə çata bilməyən və ya qazandıqlarını qazana bilməyən bir şəxs, həmin insanda qüsur axtarmağa başlayır və özünün onunla müqaisədə ortaya çıxan zəifliyini şüurunda netrallaşdırmaq üçün onu həmin qüsuruna görə tənqid edir. Beləcə gücünün çatdığı tək şey olan qüsur axtarışı onun köməyinə gəlir və özünün hansısa sahədə qismən üstün cəhətlərini şişirdib əsas gətirərək, həmin şəxsin həmin nöqtəsi ilə müqaisə edir. Bununla da natamam mənliyini doyurur. Bu paxıllıqdır. Belə insanlar başqalarını da həmin insanın pis olduğuna inandırmaq istəyərlər.

2) Zəifliyinə görə.

Belə şəxslər özlərindən üstünlərin aşağılayıcı təsirindən və ya üstünlər tərəfindən aşağılanmaya məruz qaldıqdan sonra, ortaya çıxan aşağılıq komplekslərini və ya “dışlanma” duyğularını şüurlarında ört-basdır etmək üçün, özlərindən hansısa bir işdə zəif olanları qurban olaraq seçərlər. Həmin şəxslərə ancaq zəifliklərinə görə nifrət edər, onlara yersiz kin bəsləyər (özlərindən üstünlərə olan paxıllığın nəticəsində yaranmış kinlərini zəiflərin üstünə tökər) və bununla da zəifliklərinin və komplekslərinin qəzəbini onlardan çıxmağa və özlərini onlardan güclü kimi hiss etməyə çalışarlar. Bəzən heç onların yanında olmasalar belə hər dəfə israrlı şəkildə etdikləri qeybət, tənqid nəticəsində özləri də bilmədən tədricən nifrətə fokuslanar və həmin şəxsləri hər gün daha çox öz gözlərindən salarlar. Bunun üçün isə onların davranışlarındakı hansısa qüsurları şişirdərək bəhanə gətirərlər.

3) Əldə edə bilmədikdə.

Məlumdur ki, paxıl şəxslər özlərindən güclü şəxslərin varlığının onları narahat etməsindən iki yolla qurtula bilirlər:
a) Öz tərəflərinə çəkməklə.
b) Mübarizə aparmaqla.
Biz indi B planından söhbət açacağıq ki, bu da çox zaman A planı baş tutmayanda dövrəyə keçir. Belə bir insan, qarşı tərəfi onun yanında olmadığı və onu seçmədiyi üçün və ya onu özündən təcrid edib uzaqlaşdırdığı üçün yersiz şəkildə tənqid edər, onun qüsurlarını tapıb lağ etməklə ondan qisas almağa çalışar. Hətta onun gələnəklərinə, dini inanclarına, siyasi baxışına analiz etmədən tənqidi fikirlər söyləyib özünü ondan üstün göstərməyə çalışa bilər və uzaqlaşdırılmaya layiq olmadığını sübut etmək istəyər.

4) Qisas ala bilmədikdə.

Belə bir şəxs onu nə vaxtsa incitmiş, ya da ona qarşı bilmədən hansısa kobudluğu etmiş insandan qisas ala bilmədikdə, natamam qalır. Bu zaman o, qarşı tərəfə nifrət bəsləyə bilir. O, qarşı tərəfin hər uğurunu, hər üstünlüyünü aşağılamağa çalışmaqla, qismən də olsa öz qisas hissini gerçəkləşdirmiş olur. Lakin bu kin-kidurət uzun müddət davam etdikdə, məsələ xarakterik pozuntunun varlığını -aşağılıq kompleksini- önə çəkir. Belə insanlar qarşı tərəflə tam barışmayınca sakitləşə bilmirlər. Bəzən barışsalar da belə, sonra tək qalanda olub-bitənləri yenidın düşünür və yenidən nifrətə geri qayıda bilirlər.

5) Öz gizli işləri bəlli olduqda.

Bəzi şəxslər etdikləri pis işləri bəlli olan və onların yanında olmayan insanlara böyük kin bəsləyərlər. Hətta o insanlara qarşı iftiralar atar, onlar barəsində çox pis fikirlər söyləyər, sui-zənnə qapılıb həmin şəxsləri öz ətraflarındakı şəxslərə pis kimi göstərər və guya əksinə, həmin şəxslərin onun özünə iftira ata biləcəyi görkəmini yaradarlar. Beləcə başqa insanları onlardan uzaqlaşdırarlar ki, sirrləri onlara bəlli olmasın. Belə insanlar böyük yalanlar danışmağa, hər cür iyrənc və namərd işlər görməyə hər zaman hazır ola bilirlər.

Bunlar nifrətli şəxslərin mümkün psixoloji hallarıdır. Sadaladığım hallar sizdə də varsa, tez bir zamanda onlardan qurtulmağa çalışın. Amma əgər bu halların hədəfi siz olmusunuzsa, o zaman üzülməyinizə gərək yoxdur. Əgər siz təmiz insansınızsa, yersiz tənqid olunmağınız başqa insanların sizə qarşı edilən ittihamları araşdırmalarına səbəb ola bilər. Əgər özləri də dürüstdürlərsə, çıxarılan nəticədə sizə olan rəğbəti daha da artıracaqdır. Necə deyərlər, həqiqi insanlıq və sevgi vəfalıdır, sadiqdir. Məsafələr, əngəllər, fitnələr, böhtanlar sevgini və dostluğu tükətməz, onu daha da gücləndirər. Heç vaxt pislik etmədiyiniz halda qeyri-normal insanlardan başqa heç kimin gözündə pis adam ola bilməzsiniz. Bu mümkün deyildir. Əgər sizə qarşı yersiz kin bəsləyənlər israrlıdırlarsa, yenə də üzülməyin. Lazım olduqca özünüzü müdafiə edin, amma buna ciddi gərək yoxdursa, şübhələnib durmayın, sadəcə o insanlara yoxluğunuzu göstərin. Mahatma Qandinin dediyi kimi: “İlk öncə sizi sanki görməzlər, sonra sizə gülərlər, sonra sizinlə mübarizə apararlar və sonda siz qələbə qazanarsınız.”

Unutmayın ki, aşağılayıcı gülüşün, məsğərənin və ya yersiz tənqidin, nifrətin arxasında taptalanmış bir şəxsiyyətin və dışlanmanın qisası gizlənə bilir. Bu qisas illərlə yığılır, insanı saxtalaşdırır və şəxsiyyətini darmadağın edərək, onu aidiyyatı olmayan şəxslərə qarşı belə paxıl və eqoist bir varlığa çevirə bilir. Belə durumlarda bizim vəzifəmiz isə nə olursa-olsun təmkinli olmaq və bacardığlmız qədər bunlara cavab verməməkdir.

Müəllif: Coşqu İsmayılzadə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

KİŞİLƏRİN XOŞLANMADIĞI QADIN TİPLƏRİ

Hər kişinin və qadının beynində canlandırdığı, münasibət qurmaq istədiyi və xəyallarını qurduğu insan obrazı var.
Bəs kişilər hansı qadınları xoşlamırlar?

Əlbəttə, göstərilən tiplər insana görə dəyişə bilər. Birinin tamamilə xoşlamadığı bir xüsusiyyət, başqa biri üçün münasibəti davam etdirməyə səbəb ola bilər. Bir də kişilərin heç vaxt yaxınlaşmaq istəmədiyi tiplər var:

ÇOX DANIŞAN QADINLAR;
Danışdıqları ilə kainatın sirlərini vermiş olsalar belə, kişilərin birlikdə olmaqdan nifrət etdikləri qadın tipləri arasında çox danışan qadınlar ilk sıradadır. Hələ eyni səs tonu ilə, bəzən qışqırıq şəklində hər hadisəni bütün detalları ilə, bitməz-tükənməz bir uzunluqda danışırlarsa… Əslində, bu tip qadınlar təkcə kişiləri deyil, bütün sosial həyatlarını itirmə riski ilə qarşı-qarşıya qala bilərlər.

ÇARƏ;  Bu qadınlar özlərini və yaşadıqlarını hər kəsin maraqla dinləmək istədiyini düşünər və heç kimə danışmağa imkan verməzlər. Amma insanları maraqlı edən, həmsöhbətinin diqqətinə səbəb olan danışmaq deyil, dinləmək.. ifadə etmək deyil, qarşısındakına ifadə etmək imkanı yaratmaqdır.

UŞAQ XASİYYƏTLİ QADINLAR;
Nə qədər sevimli xüsusiyyətlərə sahib olsalar da, kişilərin gözünə girməyi bacarmayan digər bir qadın tipi də özünü uşaq kimi aparan, daim naz-qamzə göstərən qadınlardır. Uşaq kimi danışan, kaprizli, çox hərəkətli bu qadınlar, bu cəhətlərlə əks cinsin diqqətini çəkmək istər. Lakin əksinə, uzaqlaşdırar. Həddən artıq uşaq kimi, ərköyün davranışlarla sevgi münasibətini valideyn-uşaq münasibətinə çevirən bu tip qadınlar, onsuz da məsuliyyətdən, ata olmaqdan qorxan kişilərin uzaqlaşmasına səbəb ola bilər.

ÇARƏ;   Yalnız qadınlar deyil, bütün insanlar yaşlarının tələb etdiyi şəkildə, yetkin biri kimi davransalar, daha gözəl təsir bağışlaya bilərlər. Olduğundan böyük və ya kiçik görünmək istəyən insanlar cəlbedici deyil, uzaqlaşdırıcı təsir bağışlayırlar. Əgər davranışlarınız 5 yaşında uşağı xatırladırsa, bunu təcili dəyişin, hər yaşın öz gözəlliyi var, bu gözəlliyi yaşayın.

HƏR ŞEYİ BİLƏN QADINLAR;
Hər söhbətə qarışan, özünü hər işin biləni kimi göstərən qadınlar da kişilər tərəfindən arzu olunmaz. Kişinin bütün həyatına, işinə qarışmaq, onu idarə  etmək istəyən qadınlar bu davranışla onları olduqca narahat edər. Həm də bu  vəziyyət, sevgi enerjisini yox edən bir haldır. Hər şeyi bildiyini zənn etmənin bir addım sonrası günahlandırmaqdır. Bu tip qadınlar günahlandırıcı rolu öz üzərlərinə götürürlər.

ÇARƏ ;  Müşavir davranışı əgər professional bir müşavir olsanız, işə yaraya bilər. Amma bunun xaricində münasibətlərdə belə bir missiyanı üzərinizə gotürmək, həm yersiz, həm də qeyri-kafi bir davranışdır. Hər mövzuda fikir yürütmək, hətta mövzunu əla bilsəniz belə yersiz görünər, qarşınızdakı insanı sizdən uzaqlaşdırar. Bildiyiniz söhbətdi də dinləməyə üstünlük verin, ağıl verməkdən çəkinin.

PUL HƏRİSİ QADINLAR;
Kişilərin uzaq durmağa çalışdığı tiplərdir. Pulu olan kişilərlə münasibət qurmağa çalışar, yaxın olduğu insanın bu münasibət əvəzində onlara hədiyyələr almasının vacib olduğunu düşünərlər. Çox zaman bunu əldə etməyə bacarıqları da olur. Amma əsasən kişilərin sevmədiyi qadın tipidir. Kişilər bu qadınların onları sevmədiyini , yalnız ondan faydalanmaq üçün bu münasibəti davam etdirdiyini düşünürlər. Bu tip qadınlar artıq kişilərin də müstəqil, öz karyerasını qurmuş, şəxsi həyatını öz imkanları hesabına davam etdirə biləcək gücdə olan qadınları seçdiklərini bilməlidirlər.

ÇARƏ ;  Münasibətlərdə əvəz ödəmək deyə bir şey olmaz, tərəflər bir-birlərinə içdən gələn jestlər edə bilərlər, amma bu bir məcburiyyət deyil. Bu cür düşünə bilirsinizsə, öz münasibətinizdə hər şeyi qarşı tərəfdən gözləməməli, ortaq nöqtənin sevgi olmasına şərait yaratmalısınız.

İSRARÇI QADINLAR;
Kişilərin ən qorxduqları qadın tipidir. Kişilər onlarla birlikdə olsalar, həyat boyu qurtula bilməyəcəklərini düşünürlər. Bu tip qadınlar qarşılıq görmədikdə hətta zərərverici ola bilirlər. Davamlı olaraq zəng edər, görüşmək istəyər, ayrılıq olarsa bunu qəbul etməz, problem çıxarmağa çalışarlar.

ÇARƏ ;  Hər insan qarşısında hörmətə, sevgiyə layiq insan görmək istəyər. Obsesiv (israrçı) qadınlar əks cinsin sevgisini, eyni zamanda hörmətini itirərlər. Əgər bu tip xüsusiyyətləriniz varsa, münasibətinizi başqa bir yönə çevirib, həyatınızdakı sevgini hədəf halına çevirməməyi öyrənməlisiniz.

DEPRESSİV QADINLAR;
Kişilərin anlaya bilmədiyi və birlikdə olanda çox sıxıldığı qadın tipidir. Daim bir dərdləri, yana-yana danışacaqları bir problemləri olur. Davamlı olaraq diqqət mərkəzində olmaq istəyər, bir an diqqət çəkilən kimi tragik bir vəziyyət yaradar, diqqəti yenidən üzərlərinə çəkmək istəyərlər. Daim qaş-qabaqlı, kimsənin anlamadığı bir dərdləri olan “dərin” qadınlardır.

ÇARƏ;   Əgər həqiqətən depressiyadasınızsa, bir psixoloqa müraciət edin, probleminizi həll etməyə çalışın. Yox, əgər ancaq diqqət görmək üçün belə davranırsınızsa, yanılırsınız. Çünki kişilər adətən xoşbəxt, şən, birlikdə əylənəbiləcəyi qadınlara üstünlük verirlər, bütün insanlar kimi…

GÖRÜNÜŞÜNƏ ÖNƏM VERMƏYƏN QADINLAR;
Tər qoxusu gələn, geyimləri çirkli, əl-ayaq təmizliyinə fikir verməyən qadınların kişilərin dünyasında heç şansı yoxdur. Kişilər daxili gözəllik qədər xarici gözəlliyə, ən azından təmizliyə önəm verirlər.

ÇARƏ;   Görünüşünüzə, geyimlərinizə önəm vermək şəxsiyyətinizin bir hissəsi, özünüzə verdiyiniz dəyər, göstərdiyiniz sevgi və hörmətin nəticəsidir. Dünya gözəli olmağa ehtiyac yoxdur, sadəcə ola biləcəyinizin ən yaxşısı olmağa çalışın.
Mənbə:  Hürriyyət.com.tr
Hazırladı:  Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +33 (from 33 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı