YAŞ ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. XRONOLOJİ, yəni pasport yaşı
2. BİOLOJİ və ya funksional yaş
3. SOSİAL, yaxud vətəndaşlıq yaşı
4. PSİXOLOJİ, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir. Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.
Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın , qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur.

Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar.
Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir. Bioloji yaş orqanizmin inkişafı,yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.

Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər.
Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.

Psixologiyada xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.

Mənbə : Ələddin Qədirov “Yaş Psixologiyası”
Hazırladı : Psixoloq Rübabə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +26 (from 30 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

HEÇ HAQQINDA HƏR ŞEY

Keçmişdəkilər guya hər şeyi tək başına bilmək və yenə hər şeyi tək başına etmək istəyirdilər. Bu isə həm elmin, həm dövlətin yöndəmsizləşməsi demək idi. Bilinməsi və edilməsi lazım olanlar bölünməli, qısaca əhəmiyyətli olan ixtisas (mütəxəssislik) olmalı idi. Belə ki, əhəmiyyət verildi də. Dahası bu əhəmiyyət verilmə işi o qədər şişirdildi ki, ingiliscədə belə bir deyimin ortaya çıxmasına vəsilə oldu.

“A specialist is a man who knows more and more about less and less, until he knows everything about nothing.”
“Mütəxəssis, az, lap az şey haqda çox, lap çox bilən; nəhayətində heçnə haqda hər şeyi bilən adamdır.”

Mütəxəssis, az, lap az şey haqda çox, lap çox bilən; nəhayətində heçnə haqda hər şeyi bilən adamdır.

Mütəxəssis, az, lap az şey haqda çox, lap çox bilən; nəhayətində heçnə haqda hər şeyi bilən adamdır.

Doğrudur, bu günün mütəxəssisləri “hər şey” haqqında “heç bir şey” bilirlər. Müasir dövrdə, çox şey bilmək bir növ “çoxbilmişlik” olaraq qəbul edildiyindən, tək bir mövzunu bilmək, fəqət o mövzunu dərinləməsinə, hər yönüylə bilmək, istər-istəməz daha çox sayda şeyi biraz bilməkdən daha məqbul görülürdü (burda keçmiş zamandadırmı? Keçmiş zaman cümlənin halına uymur.). Mütəxəssis, tək bir mövzunu nə qədər mümkündürsə o qədər çox bilməyə çalışan adam idi.
Bu, metafizikanın fəlsəfədən həm də böyük bir həvəslə ələnmək istənildiyi illərin, qısaca intibah aydınlanmasının bir hədiyyəsidir. Çünki fəlsəfə, əsrlərdir insanı və təbiəti bütünü ilə qavramaq məqsədilə  öyrənilir, həqiqətin elminə nail olmaq istəyən taliblər, mümkün olub olmaması bir yana, həqiqətin bütününə, hətta tamamına nail olmaq istəyirdilər.
Həqiqət isə, sırası ilə əvvəl simvolların (yazı), sonra sözlərin (dil), sonra anlayışların (məntiq-riyaziyyat), sonra cismlərin (obyektlərin) və ən nəhayət sonda bütünün (metafizika) məlumatına (elminə) çatmağı lazım edirdi. Bilmək, “bilməyibilmək idi. İnsan özünü bilməyə, özünü tanımağa çalışmadığı təqdirdə, yəni həqiqi məqsədi özünü tanımaq olmadığı təqdirdə, cəhdlərinin boşa gedəcəyini əsla ağlından çıxartmamalıydı.
Elmlər yavaş-yavaş fəlsəfədən, yəni bütünün elmindən ayrıldıqca, ortada işarə ediləcək hər hansı bir bütün(lük) qalmadığı kimi, hər elm öz sahəsinə qarışacaq başqa bir qonşu da istəmədi.
Elmlərin sinifləndirilməsi, daha əvvəl metafizikanın işi idi. Çünki metafizika valığın, yəni bütünün elmi idi, bütün elmlərin üstündə idi. Bu vəzifə fəlsəfənin əlindən alındı məntiqə verildi. Bu səbəbdən məntiq də iki yerə ayrıldı. İlki tamamilə zehnə, ikincisi elmlərin təsnifinə yönəldi.
Bu da işə yaramayınca, Psixologiya (İlm’un-Nefs) elmlərin təsnifindən özü məsul olmaq istədi. Çünki, biraz da Kantın təsiriylə, təsnif işi zehnin vəzifəsi qəbul edilmiş, istər-istəməz zehni araşdırma inhisarını öz əlində saxlamaq istəyən Psixologiya alimləri, bu işin ancaq özləri tərəfindən edilə biləcəyinə inanmışdılar.
Olmadı. Bu dəfə də Metodologiya deyə yeni bir elm inşa edildi. Onun da ömrü çox uzun çəkmədi. Yeni çıxmış sosyoloqlar, riyaziyyatın müasir dövrdə qazandığı etibardan istifadə ilə statistika hesabları ilə oynamağı mərifət bildilərsədə heç cürə bu məlumat toplusuna elm (dəqiq məlumat) ünvanını qazandira bilmədilər. Bütünlük sona çatmış, elmləri bir iyerarxiya daxilində sıralamaq imkanı az qala tarixdə qalmışdı.
heç haqqında hər şeyTəbiət ilə insan arasina çəkilən qalın xətt, təbiət elmləri ilə cəmiyyət elmlərini, sadəcə mövzu etibarı ilə deyil, metod etibarı ilə də fərqli hücrələrə həbs etdi. Təbii ki, hər biri öz aralarında ayrıldıqca ayrıldılar. İnsan məlumatı üzərinə əvvəl binalar sonra müəssisələr tikildi və ancaq buralarda ixtisas arxasından qaçan mütəxəssilər, daha az şey haqqında get-gedə daha çox şey bilən, sonunda heç haqqında hər şeyi bilən kadrlar halına gəldilər.
Dini elmərin başına gələn bəla da təəssüf ki eynidir. Din kimi insanın, həyatın, düşüncənin, duyğuların, xülasə varlığın bütününə məna verən, bu bütünü şərh edən bir dərk etmə-şərh etmə ənənəsinə mənsub olmalarına baxmayaraq, günümüzdə ilahiyyatçılıq ve parçaçılıq arasında az qala fərq qalmamasının ən əhəmiyyətli səbəbi bu əmək bölgüsü anlayışıdır. Nəticədə Təfsir elmində ixtisaslaşanlar Hədis elmindən, Hədis elmində ixtisaslaşanlar Fiqh elmindən xəbərsiz qaldılar. Nə bu elm sahələrilə maraqlananların Bəlağat, Məntiq, Kəlam, Təsəvvüf, Fəlsəfə, Riyaziyyat elmləriylə, nə də bu elmlərə yönələnlərin digərləriylə ciddi qəbul ediləcək heç bir təmasları olmadı. Tarix, Ədəbiyyat, Şeir, Musiqi kimi xüsusi sahələrə gəldikdə, çoxu ümumi dünya görüşü səviyyəsində də bu sahələrə maraq göstərməyi bacarmadı.
Nəticədə, sahəsi nə olursa olsun mütəxəssisin payına düşən heç bir şey haqqında hər şeyi bilmək olduğu halda, mütəxəssis olmayanın payına hər hansı bir şey haqqında az qala heç nə bilməmək düşdü. Əfsuslar olsun ki, bir vaxtlar bilmək bilməyi bilmək idi. Bilmək özü etibarı ilə özünü bilmək idi.

Müəllif: Dücanə Cündioğlu
Tərcümə edən: Bəhruz Nurməmmədov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus