KANDİDA İLƏ ƏTRAFLI TANIŞLIQ

Xüsusi

Əvvəlcə, Kandidanın nə olduğundan başlamalıyıq:

Kandida nədir?Kandida, bədəndə çoxalan bir göbələk növüdür. Original adı “Candididasis” olub, ona çox bənzəyən kiflər kimi ətrafımızda xeyli miqdarda mövcuddur. Bu sinifdən olan “Candida Albicans” bədəndə mukoza zəri olan hər bölgədə olur. Məsələn bağırsaqlar, gözlər, qulaqlar, sidik kisəsi, mədə, ciyərlər, vagina və s..

Bədənimizdə olan milyardlarla orqanizm kimi bizə fayda verir. Vəzifəsi, zərərli bakteriyaları tapıb yox etmək olan kandida, biz yaşadığımız müddətcə əsla çoxalmamalı və idarədən çıxmamalıdır. Çoxalma işini biz öldükdən sonra gerçəkləşdirib, bədənin parçalanıb yox olmasını təmin etmək vəzifəsi üçün görməlidir.

Kandida bizə necə təsir edir?

Candida Albicans, nəzarət altında olanda heç bir problem yaşamır, ondan yararlanırıq. Lakin, həyat keyfiyyətimizdə yalnışlıqlar olur və biz bunları düzəltmək üçün səy göstərməsək, işlər yolunda getmir və Candida nəzarətdən çıxır.  

Bu zaman bədənimizdə nələr baş verir?

Daxildə və xaricdə bədənimiz reaksiyalar verməyə başlayır. Miqren başda olmaqla, müxtəlif əzələ, sümük və orqan ağrıları , beyində zədə, dırnaq göbələyi, ekzema kimi gözlə görülən əlamətlər, hətta zehni və ruhi çöküntülər bədənimizin bizə göndərdiyi çoxalan Candida göbələyinin siqnallarıdır. Özümüzü çox yaxşı müşahidə edib Candida səviyyəmizi nəzarət alatında saxlaya bilərik.

Kandida çoxalmasının əlamətləri:

Alergiyalar, rütubətli və yağışlı havalarda pisləşən həssaslıqlar və dözümsüzlüklər

Astma
Parfum, qoxu, yumuşaldıcı, ot, it, pişik digər ev heyvanları, siqaret tüstüsü, kimyəvi maddələr, kiflər, toz, çiçək tozu, duman, çən və havada uçuşan maddələrə qarşı allergik reaksiyalar və aşırı həssaslıq
İdmançı ayağı
Körpə uşaqlarda qızartı, səpki
Zərbələr zamanı dərinin asanlıqla göyərməsi
Almacıq sümüklərində və alında həssaslıq və ağrı
Əllərdə və ayaqlarda üşümə, bədən temperaturunun aşağı düşməsi
Soyuqlamış kimi hiss etmək. Sinusların, burun, boğaz və ciyərlərin bəlğəmlə dolması
Asılılıq dərəcəsində şəkər, çörək, makaron kimi yüksək karbohidrat ehtiva edən qidaları, hətta alkoqol istəmək
Boyun, boğaz yumurtalıq bölgəsi, sidik kisəsi  kimi bölgələrdə kist və ya formal dəyişikliklər
Həzm problemləri; ishal, qəbzlik, qarın bölgəsində şişkinlik və ağrı, qaz, nəcisdə bəlğəm, xora və s.
Qulaqlarda cingildəmə, səs eşitmə, iltihablanma, quruluq və qaşıntı, ağrı.. acı hissi, qulaq axıntısı, içəridə maye yığılması, eşitmə pozğunluğu, aşırı qulaq kirinin yığılması
Gözlərdə; görmə pozğunluğu, uçuşan nöqtəciklər, işıq saçması, qızarıqlıq, quruluq, qaşıntı, aşırı göz yaşarması kimi problemlər
Xroniki yorğunluq, enerjisi çəkilmiş kimi hiss etmək, uyuşuqluq, yuxulama
Qrip əlamətləri
Vəzlərdə şişkinlik, ağız quruluğu, tüpürcək vəzlərində tıxanıqlıq, limfa vəzlərində şişkinlik
Saş tökülməsi, kəpək, saç diblərində qaşıntı, ağrı, quruluq
Ürək döyüntüsü, ürəkdə nizamsız vurma
Baş ağrısı, miqren, baş fırlanması
Hemoroid, anus dəliyində qaşıntı və qızarıqlıq
Aşağı şəkər ( hipoqlikemiya )və şəkər xəstəliyi
Hipotiroid, Wilson tiroid sendromu, Haşimato xəstəliyi , hiper tiroid, nizamsız tiroid hərəkətləri və s.
Hüzursuzluq, əsəbilik, panik ataka
Dəridə toxumaların pozulması, bəzən də daxili orqanlarda pozulmalar. Məsələn, beyin toxumasında pozulmalar
Kişilərdə: cinsiyyət orqanlarında qaşınma, cinsi istəkdə azalma, ereksiya problemi, prostat, penis infeksiyaları, sidiyə getmədə çətinlik çəkmə, təcili sidik gəlməsi hissi, cinsi əlaqə zamanı ağrı və ya acı, xaya torbalarında şişkinlik
Qadınlarda: sonsuzluq, pis qoxu, nizamsız və ağrılı menstruasiya, spazmlar,  vaginal axıntı, cinsi əlaqə zamanı ağrı və ya acı, cinsi istəkdə azalma, cinsiyyət orqanlarında şişkinlik və qızarıqlıq, vaginal qaşınma və səpkilər, yanma hissi və ya inadkar infeksiyalar
Dəridə və dırnaqlarda: göbələk infeksiyası, açıq və ya tünd rəngli ləkələr
Oynaq ağrıları, sərtləşmə və ya şişkinlik ( artrit )
Böyrək və sidik kisəsində: infeksiya, sistit, sidiyə tez-tez getmə və ya təcili sidik gəlməsi hissi, az sidik gəlməsi, sidikdə qoxu, sidiyə gedərkən yanma hissi
İştahsızlıq
Ağıl və ruh sağlamlığı: anksiyete krizləri, ağlama krizi, yaddaş itkisi, boşluqda hiss etmək, depressiya ( intihara meyilli olmaq da daxil ) , kosentrasiya pozğunluğu, ruh halının tez-tez dəyişməsi, tərslik etmə
Ağızda: yaralar və ağrılar, nəfəsdən pis qoxu gəlməsi, ağzın içərisndə ağ ləkələr
Əzələlərdə: ağrılar, uyuşuqluq, yanma və va qıdıqlanma hissi, koordinasyada pozulma və güc əksikliyi
Burun tıxanıqığı, burun axıntısı, burunda qaşınma, quruluq
Ayaq qoxusu, yuyunmaqla keçməyən bədən və saçda qoxu problemi
Tənəffüs sistemi: öskürək, bronxit, xırıltı, sinədə ağrı və sxılma hissi, nəfəsin daralması, astma, sətəlcəm
Sinus iltihablanması, şişmə və infeksiyalar
Dəridə: quruluq, qırmızı ləkələr, akne, sızanaq, qızarıqlıq, qaşınma, ekzema, sədəf xəstəliyi, ayaq göbələyi
Mədədə: Heliceobacter pylori infeksiyası ( xoraya səbəb olur ), mədə yanması, həzm problemi, mədə yırtığı, qusma, mədə ağrısı, iynə batması hissi, yeyilən yeməyin mədəyə oturmağı, qaz çıxarma, gəyirmə
Yuxu: Yuxusuzluq tez-tez oyanma, qorxulu yuxu, yuxuda dincələ bilməmək
Boğaz ağrısı, səsdə dolaşıqlıq, boğazda dayanmadan qıcıqlanma, səs itkisi və s. 

Kandidanın idarədən çıxmasının səbəbləri nələrdir?

Sağlam bir orqanizmdə immun sistemi bədəndəki bakteriyaları mukozadakı mikroorqanizmləri rahatlıqla balansda saxlayır. Lakin bəzi vəziyyətlər bu balansı pozur. İmmun sisteminin pozulması çox çeşidli və qarışıq olmaqla bərabər, ən böyük günahkar, həzm sistemindəki bizim üçün faydalı olan mikroorqanizmləri yox edən antibiotiklərdir. 

Bunun səbəbi isə antibiotiklərin Kandida üzərində bir təsirinin olmaması və digər mikroorqanizmlərin balansının pozulmasıyla, Kandidanın bədəni ələ keçirməsidir. Bu mərhələdə, formaları dəyişməyə başlayır və koloniya deyilən geniş qruplar halında çoxalır.

Bu koloniyalarin istehsal etdiyi toksinlər bədənin içində hərəkət etməyə başlayır və immun sisteminin daha da zəifləməsinə səbəb olaraq bədənə zərər verməyə başlayır. Kandida, kökə bənzər bir forKandidamalar yaradır və bunlar bağırsaq divarlarında hərəkət edərək toksinlərin, həzm oluna bilinməyən qidaların və bakteriyaların ilişib qana qarışmasına səbəb olan mikroskopik dəliklər açır. Bu sindrom, qida alergiyası kimi bir çox xəstəliyə səbəb olan “Sızıntılı bağırsaq sendromu” olaraq tanınır.

Bundan başqa, kökə bənzər formaların bağırsaq divarlarına verdiyi bu zərər, qidalardan aldığımız xeyirli şeylərin əmilməsinə də zərər verir. 

Qidaların bağırsaqda düzgün həzm oluna bilməməsi isə immun sistemimizin daha da zəifləməsinə səbəb olur. Bugün, yemək yemə vərdişlərimiz onsuz da ehtiyacımız olan lazımlı qidaları qarşılaya bilmədiyi üçün yaxşı bir immun sistemi təmin edə bilmir. Günümüzdə istehlak edilənlər, aşırı yüksək şəkər ehtiva edən qidalar, karbonhidratlar, hidrogenləşdirilmiş yağlar ( trans yağlar ) , ağ undan hazırlanan qidalar, üzərində işlənmiş qidalar, asılılıq yaradan madələr, qoruyuclar, böcək dərmanları ( kənd təsərrüfatında istifadə olunan dərmalar ) və ağır metallardan ibarətdir. Eyni zamanda bütün bu qidalar “uzun rəf ömrü” təmin edə bilmək üçün radiasiyaya məruz qalmış və onsuz da ən başda heç bir qida dəyəri təmin edə bilməyən torpaqlarda yetişmiş, uzun bir müddət depolanıb daşınmış, evlərimizə girdiyi zaman isə yalnış metodlarla bişirilmiş və ya mikrodalğalı sobaya qoyulmuş olduğundan qida dəyərini çoxdan itirmiş olurlar. Bütün bunlar isə zəif immun sisteminin başlıca səbəbləridir.

Kandida testi evdə necə edilə bilər?

Həkiminiz, daha dəqiq nəticələrə əldə edə biləcəKandidayiniz  Kandiaa testini təbii ki edə bilər. Lakin sadə bir testi evdə özünüz də edə bilərsiniz. Səhər oyananda hələ heç bir şey yeyib içmədən, təmiz bir stəkana otaq temperaturunda içməli su tökün. Ağzınızda yaxşıca tüpürcəyinizi toplayın və suyun içinə tüpürün. Suyu hər 15 dəq-dən bir 1 ssat boyunca müşahidə edin. Əgər suyun üzərində dayanan tüpürcəkdən aşağıya doğru sallanan iplər ( lif kimi ) görürsünüzsə, suyun içində üzən kəfə bənzəyən bir görüntü varsa və ya bu kəfli kimi görünən tüpürcək stəkanın dibinə çökübsə, sizdə də Kandida problemi ola bilər.

Mənbə: www.endogalhakkiniz.com
Hazırladı: Fidan Aslanova

 

 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

VİTAMİNLƏR VƏ SAĞLAMLIĞIMIZ

Vitaminler və sağlamlığımızVitaminlər, bədənimizin normal funksiyalarını yerinə yetirə bilməsi üçün gərəkli olan orqanik maddələrdir. Kalori ehtiva etmirlər. Bədəndə  sintezlənmələri azdır ya da heç sintezlənməzlər. Bu səbəblə xaricdən qidalar yolu ilə təmin edilirlər. Vitaminlər olmadan bir çox həyati funksiya yerinə yetirilə bilməyəcəyi üçün vitaminlərin insan bədəni üçün önəmi müzakirə olunmazdır . Bu səbəblə, vitamin əskikliyi yaşamamaq və sağlam bir bədənə sahib olmaq üçün sağlam və balanslı şəkildə qidalanmada vitaminlərin önəmi böyükdür.

Vitaminlər, ərimə özəlliklərinə görə:

Yağda əriyən vitaminlərSuda əriyən vitaminlər olaraq iki yerə ayrılır.

Yağda əriyən vitaminlər  A, D, E, K vitaminləridir və bu vitaminlər bədəndə yığıla bilir.

Suda əriyən vitaminlər isə B qrupu vitaminlər və C vitaminidir. Bu vitaminlər bədəndə kifayət qədər yığılmadığı üçün qidalar yolu ilə nizamlı olaraq qəbul edilməlidirlər.

«A» vitamini.

A vitamininin faydaları:

A vitamini, bədən toxumalarının və dərinin sağlam olmasını və immunitet sisteminin güclənməsini təmin edir. Sağlam bir sümük quruluşu üçün də lazımlıdır. A vitamini, antioksidant olaraq fəaliyyət göstərərək hüceyrələri xərçəngə və digər xəstəliklərə qarşı qoruyur, yaşlanma müddətini yavaşıdır, yağ yığılmasına köməkçi olur. A vitamininin bədən baxımından digər bir əhəmiyyəti də, zülalların A vitamini olmadan istifadə olunmamasıdır. Bundan başqa, görmə duyğusu üçün də faydalıdır. Xüsusilə, ana bətnindəki körpənin sağlam inkişafı üçün hamilələrin kifayət qədər A vitamini qəbul etməsi lazımdır.

A vitamini nələrdə var:

Heyvani qidalarda daha bol olur. Başda balıq yağı və qaraciyər olmaqla, böyrək, süd, yumurta sarısı, buğda, kök , göbələk, paxlalılar, fıstıq, qoz və pomidor A vitaminini  tərkibiVitaminlər və sağlamlığımızndə daşıyan qidalar arasındadır. Bundan başqa, şirin kartof, ispanaq, şalğam, balqabaq,  mərcimək, qovun, qırmızı bibər, qeryfurt, noxud, qarpız, qaysı, brüssel kələmi, keşniş də A vitamini ehtiva edən qidalardır.

A vitamini əskikliyi :

Normal şərtlərdə çatışmazlığına çox rast gəlinməsə də qeyri-kafi və balanssız qidalanma nəticəsində ortaya çıxa biləcəyi kimi spirt istifadəsi , bəzi dərmanlar və E vitamini əskikliyi A vitamininin sovurulmasını azaldaraq A vitamini çatışmazlığına səbəb ola bilər. Əskikliyində, tez və asanlıqla xəstələnmə, dəri quruluğu, saçlarda kəpək, ağızda yara, gecə korluğu, halsızlıq, iştahsızlıq, diş əti xəstəlikləri kimi sağlamlıq problemləri görülür. Bundan başqa, xüsusilə uşaqlarda kilo ala bilməmə və boyun uzanmaması qeyri-kafi A vitamini qəbul edilməsinin nəticəsi ola bilər.

“E” vitamini.

E vitamininin faydaları:

E Vitamini çox güclü bir antioksidantdır. Hüceyrə quruluşunun pozulmasına mane olur. Yaraların yaxşılaşmasını sürətləndirir. Xərçəngə qarşı qoruyucudur. Damar sərtliyinə və tıxanmalarına mane olur. Dərini gözəlləşdirir . İmmunitet sistemini gücləndirir. Göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədənə qəbul edilən ağır metallar, zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorunmanı  təmin edir. Yaşlanma ilə bağlı yaddaş itkilərinin (Alzheimer) qarşısının alınmasında müsbət təsiri olduğu sübut edilmişdir.

E vitamini nələrdə var:

Başda taxıllar oVitaminlər və sağlamlığımızlmaq üzrə ispanaq, balqabaq, kələm, kahı kimi yaşıl tərəvəzlərdə , zeytun yağı, balıq yağı, fındıq, qoz, yumurta sarısı, pomidor və kartofda bol miqdardadır. Əsasən də bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını ən yaxşı şəkildə qarşılayır.

E vitamini əskikliyi:

Son dərəcə nadir hallarda görülməklə birlikdə, həm də E vitamini çatışmazlığından; başda qansızlıq və göz pozğunluqları olmaq üzrə, asanlıqla  yorulma, yaraların gec sağalması, sonsuzluq ortaya çıxa bilər. E Vitamini çatımazlığı ürək xəstəlikləri və xərçəng riskini də artırır. Bundan başqa, bədəndə su toplanması səbəbiylə şişkinliklər də görülə bilər. Xüsusilə yetkinlik dövründə E Vitamini ehtiyacı kifayət qədər qarşılanmalıdır.

“C” vitamini.

C vitamininin faydaları:

Bədəndə sümüklərin , dişlərin , dərinin və oynaqların inkişafını və güclənməsini təmin edir. Yaraları yaxşılaşdırır və toxumaları yeniləyir. Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucudur. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı müqaviməti artırır. Enerji istehsalında və stressə qarşı hormonların istehsalında vəzifəlidir. Xüsusilə uşaqlar üçün böyüməyə və inkişafa kömək olur. Qanı zəhərlərdən təmizləyir. Təzyiqi salır . Qandakı şəkər miqdarını azaldır.

C vitamini nələrdə var?

Ehtiyac duyulan C vitamininin hamısı xaricdən alınmaq məcburiyyətindədir. Başda sitrus bitkiləri olmaqla, yaşıl yarpaqlı təzə tərəvəVitaminlər və sağlamlığımızzlərdə, cəfəridə, balqabaqda, soğanda və pomidorda bol miqdardadır.

C vitamini əskikliyi :

C vitamini immunitet sistemini dəstəklədiyi üçün kifayət qədər alınmadığı təqdirdə immun sistemi zəifləyir və tez xəstələnməyə gətirib çıxarır. Bundan başqa, enerji azlığı , bədənin asanlıqla göyərməsi , burun qanaması , yaraların gec sağalması, dişəti qanamaları kimi problemlər görülür.

“D” vitamini:

D vitamininin faydaları:

Kalsium və fosfor sorulmasını düzənləyərək sümüklərin və dişlərin güclənməsini təmin edir. Raxit xəstəliyinin  qarşısını alır. Sümük və diş inkişafı üzərindəki təsirləri səbəbiylə xüsusilə körpələrdə və böyümə dövründəki uşaqlarda D vitamini ehtiyacını qarşılamaq önəmlidir. Həzm sisteminə yaxşı təsir edir, bağırsaqların nizamlı işləməsini təmin edir. Əzələlər, cild və mədəaltı vəzi üçün də faydaları vardır.  Tiroit funksiyaları və normal qan laxtalanması üçün gərəklidir.

D vitamini nələrdə var?

Normalda kifayət qədər günəş işığı alan yetkin insanlarda və uşaqlarda D vitamini bədən tərəfindən kifayət qədər istehsal edilir. Bununla birlikdə yeni doğulan körpələrdə, böyümVitaminlər və sağlamlığımızə dövründəki uşaqlarda, hamiləlikdə və süd əmizdirən qadınlarda D vitamini ehtiyacı artdığı üçün qidalarla xaricdən daha çox miqdarda alınmağı lazımdır. Günəş, başlıca D vitamini qaynağı olmaqla yanaşı D vitamini hansı qidalarda var,  desək.. balıq əti, balıq yağı, süd və yumurta sarısı, D vitamini ehtiva edən qidalar olaraq sayıla bilər.

D vitamini əskikliyi:

Əskikliyi sümük və diş quruluşunun pozulmasına, sümüklərin gücünü və sərtliyini itirməsinə səbəb olur. Uşaqlarda raxit deyilən sümüklərdə inkişaf pozğunluğu və dişlərin gec çıxması kimi xəstəlik və şikayətlərə səbəb ola bilər. Yetkin insanlarda isə sümük yumşalması, diş çürüməsi, narahatlıq, yuxu pozğunluqları D vitamini əskiklikləri əlamətləri arasındadır.

“K” vitamini:

K vitamininin faydaları:

Qanın laxtalanmasında vəzifə alan vitamin olaraq önə çıxır və ən önəmli vəzifəsi də budur, yəni qanın laxtalanmasını təmin etməsidir.

K vitamini nələrdə var?

Tərəvəzlərin yaşıl hissələri, ispanaq, balqabaq, kələm, Brüssel kələmi, gül kələm, kahı, yaşıl pomidor, paxla, noxud, qatıq, yumurta sarısı, kartof, yaşıl bibər Vitaminlər və sağlamlığımızvə yaşıl çay bol miqdarda K vitamini daşıyan qidalar arasındadır. K vitamini insan bağırsağındakı yararlı bakteriyalar tərəfindən də istehsal edilir. K vitamininin sadəcə kiçik bir bölümü qaraciyərdə yığılır.

K vitamini əskikliyi:

K vitamini kifayət qədər alınmazsa, qanın laxtalanma özəlliyi azalır və bunun nəticəsi olaraq da diş ətlərində, həzm sistemində, sidik yollarında, ağciyərlərdə və dəridə qanamalar müşahidə edilir. K vitamini əskikliyi, burun qanaması, menstruasiya zamanı aşırı qanama kimi nəticələr doğura bilər.

Mənbə: tr.mydearbody.com
Hazırladı:  Fidan Aslanova

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

SAĞLAM ÇÖRƏK HANSIDIR?

Əvvəlcə çörək növləri ilə yaxından tanış olaq:

ağ çörəkAğ çörək: Süfrəmizdə geniş yer alan və ağ buğda unundan bişirilən çörəkdir. Buğda ununun mayalanması ilə bişirilən ağ çörəyin digər çörəklərdən əsas fərqi, istehsalında rəfinə edilmiş buğda ununun istifadə olunmasıdır. Taxıl məhsulları rəfinə edildikcə tərkibindəki lif və vitaminlər azalır. Ağ çörəyin qlisemik indeksi digər çörəklərinkinə nisbətən daha yüksək olduğu üçün,qan şəkərini daha sürətlə yüksəldir və daha sürətlə aşağı salır. (Qlisemik indeksi nədir? Qlisemik indeks, qida şəkərinin qan dövranına daxil olma sürətidir) Həmçinin, digər çörək növlərinə görə daha qısa müddət toxluq təmin etdiyi bilinir. Digər çörək növlərinə görə daha az seçilməsi sağlamlıq baxımından daha yaxşı olar.

kəpəkli çörəkKəpəkli çörək: Rəfinə edilmiş buğda ununa sonradan əlavə xam kəpəyin qarışdırılması ilə əldə edilən kəpək çörəyi, hər nə qədər ağ çörəklə müqayisədə sahib olduğu aşağı qlisemik indeksi və tərkibində saxladığı liflə üstün olsa da, əslində vəziyyət tam olaraq görüldüyü kimi deyil. Xam kəpəyin tərkibində olan bəzi maddələr kalsium, dəmir və sink kimi bəzi mineralların effektli istifadə olunmamasına səbəb olur. Bu səbəblə tam taxıl çörəklərindən daha sağlam deyil. Bundan başqa, tez-tez edilən qidalanma səhvlərindən biri də uşaqlara kilo almasın deyə, kəpəkli çörək verilməsidir. Böyümə və inkişaf çağındakı kəslərdə mineralların effektli istifadəsi üçün kəpəkli çörək istehlakından qaçınmaq lazımdır.

tam buğda çörəyiTam Buğda çörəyi : Rəfinə edilməmiş olan buğda unundan ( tam buğda unu ) hazırlanmış olan tam buğda çörəyinin ağ çörəkdən və kəpəkli çörəkdən daha fərqli və sağlam olduğu bilinir. Kəpəkli və ağ çörəkdə olmayan vitaminlər tam buğda çörəyində vardır. Tam buğda çörəyinin sağlamlığa bir çox faydası olduğu elmi işlərdə dəfələrlə göstərilmişdir. Kalorisinin daha az olması və tərkibinə görə həzm sistemində dolğunluq yaradaraq daha uzun bir müddət toxluq hissi təmin etməsi, tam buğda çörəyinin arıqlamaq istəyənlər tərəfindən seçilməsinin səbəbləridir. Tərkibi və sahib olduğu aşağı qlisemik indeks səbəbi ilə tam buğda çörəyi qan şəkərinin daha nizamlı olmasını təmin edir. Bu səbəblə şəkər xəstələrinin dostudur. Tərkibindəki həllolmayan lif ilə qəbizlikdən qoruyan və bağırsaq xərçənginə tutulma riskini azaldan bu çörəyin qan xolesterolu üzərində də müsbət təsir yaratdığı bilinir. Lakin həllolan lif tam buğda ununda yüksək səviyyədə olmadığından bu təsiri yulaf çörəyinə görə daha azdır. Çörək növləri içərisində sağlamlığa müsbət təsiri ən yüksək olanlardandır.

tam çovdar çörəyiTam Çovdar çörəyi: Tam buğda unu ilə çovdar ununun və ya dənələrinin qarışdırılaraq hazırlandığı çörək növüdür. Çəki idarəsində, qan şəkərinin tənzimlənməsində, ürək sağlamlığının qorunması, qəbizliyin qarşısının alınması və bağırsaq sağlamlığının qorunmasında tam buğda çörəyi ilə oxşar təsir göstərir.

yulaf çörəyiYulaf çörəyi: Tam buğda unu ilə yulaf kəpəyinin qarışdırılması ilə hazırlanan yulaf çörəyinin özünə xas ləzzəti kimi özünə xas sağlamlığa faydaları da vardır. Yulafda, digər taxıl məhsullarına nəzərən daha yüksək səviyyədə həllolan lif var. Tərkibindəki beta-glukan adlı həllolan lifin ürək sağlamlığı üzərində müsbət təsirləri olduğu elmi araştırmalarda da sübut edilmişdir. Qan xolesterolunun tənzimlənməsində müsbət təsirlərə malikdir. Bir çox elmi işlərdə, yulaf əzməsi, unu və ya kəpəyinin pis xolesterol olan və ürək sağlamlığını təhdid edən LDL xolesterolunu azaltdığı göstərilmişdir. Bundan başqa 2-ci tip diabet (şəkər) xəstələrində də yemək sonrası qan şəkərinin sürətlə yüksəlməsinə mane olur.

Seçiminizi doğru edin.
Çörəyin düşünüldüyü kimi düşmən olmadığını, tam əksinə vücudunuza enerji verən karbohidratların kifayət qədər alınmasında başlıca rolu öhdəsinə götürdüyünü unutmadan qidalanın. Hər yeməkdə adamın yaşına , cinsiyyətinə və fiziki fəaliyyət vəziyyətinə görə ortalama 1-2 dilim çörək istifadə etməsi lazım olduğunu unutmayın. Plov , makaron  kimi taxıl məhsulları və unlu qidaların çörək yerinə keçdiyini bilin və bu cür yeməklər süfrənizdə yer aldığında əlavə çörək istifadə etməyin.Tam buğda və ya tam çovdar çörəyi ilə yulaf çörəyini seçin. Həftənin yarısında tam buğda və ya çovdar çörəyi digər yarısında yulaf çörəyi istifadə edin.

Müəllif: Dietoloq N.Gizem ŞEBER
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 32 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus