YAŞ ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. XRONOLOJİ, yəni pasport yaşı
2. BİOLOJİ və ya funksional yaş
3. SOSİAL, yaxud vətəndaşlıq yaşı
4. PSİXOLOJİ, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir. Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.
Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın , qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur.

Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar.
Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir. Bioloji yaş orqanizmin inkişafı,yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.

Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.

Yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaş.Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər.
Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.

Psixologiyada xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.

Mənbə : Ələddin Qədirov “Yaş Psixologiyası”
Hazırladı : Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +22 (from 26 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

RALF UOLD EMERSONDAN SEÇMƏLƏR

EmersonRalf Uold Emerson (18031882) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi. Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.VordsvortS.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər.

Emersonun Transsendentalizminə görə “fəlsəfənin əbədi problemi” RuhMateriyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: “Təbiət ruhun rəmzidir”. Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır. Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarını qeyd etmişdir. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. “Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir”.

RALF UOLD EMERSONDAN SEÇMƏLƏR:

Dualarınıza diqqət edin, reallaşa bilərlər.

Düşüncələr, yaxşı insanların və cəsurların beyinlərində, qollarında inkişaf etməlidir, yoxsa röya olmaqdan o tərəfə keçə bilməzlər.

Tərbiyənin sirri uşağa hörmətlə başlayır.

Mən sitatları sevmirəm, mənə sənin nə bildiyini söylə.

Həyatda rast gəldiyim hər insan hansısa bir baxımdan məndən üstündür və mən onlardan bir şey öyrənə bilərəm.

Ulduzları, kifayət qədər qaranlıq olduğunda görə bilərsiniz.

Gördüklərim məni görmədiyim yaradıcının varlığına inanmağa məcbur edir.

Həyatın ən gözəl tarazlıqlarından biri, başqasına içdən..səmimiliklə kömək edən bir insanın əslində özünə yardım etməsidir.

Əlimə bir az pul keçsə, kitab alaram.Əgər bir neçə qəpik qalsa,onunla da yemək və geyim alaram.

Hər gün bitəndə, unut getsin. Əlindən gələni etdin. Dərs çıxar. Sabah yeni bir gündür.

Bir adam bütün gün nə düşünürsə, o adam olar.

Dostunuzun evinə tez-tez gedin; çünki istifadə olunmayan yolu kollar bürüyər.

Hara getdiyini bilən adama, bütün dünya yol verər.

İnsanların düşünmə zəhmətindən qurtulmaq üçün edə bilməyəcəkləri şey yoxdur.

Bir nöqtəyə çatmağın 20 müxtəlif yolu ola bilər. Amma bir an əvvəl bunlardan birinə başlayın.

Anlaşılmaq bir lüksdür.

Başqalarının yalnışları və pislikləri ilə məşğul olaraq ruhunu qaralama, düzəldilməsi gərəkən tək insan özünsən.

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

LƏYAQƏT (ƏRDƏM) NƏDİR?

ləyaqət-ərdəmLəyaqət / Ərdəm (İngiliscə-virtue)

1. Əxlaq görə: Yaxşı olma, təvazökarlıq, igidlik, düzgünlük kimi xüsusiyyətlərin ümumi adı, fəzilət
2. Fəlsəfəyə görə: İnsanın ruhi kamilliyi.
Fəlsəfə tarixi boyunca ləyaqət anlayışına dəyişik mənalar verilmişdir. Müdriklik, igidlik, düzgünlük, ölçülülük təməl ləyaqətlərə nümunədir.
Qısaca: əxlaqi baxımdan hər zaman və davamlı olaraq yaxşı olma meyli, yaxşı və doğru hərəkətlərə uyğun olma vəziyyətidir. Böyük maneələri aşmaq bahasına, əxlaqi yaxşılığın təmin edilməsi, yaxşılıq uğrunda hərəkət etmə gücüdür. Ümumiyyətlə əxlaq, hikmət, fəzilət sözləriylə birlikdə, ya da bunların yerinə istifadə edilməkdədir. Antik Yunan fəlsəfəsində çox müzakirə olunub. Fəlsəfə tarixinin digər qisimlərində sözün digər ifadələri də istifadə edilmişdir.

Sofistlərə görə:
Sofistlər, ləyaqətin öyrədilə biləcəyini müdafiə edir və öyrədirdilər. Ləyaqətin insanlarda hazır olaraq olmadığını, müəyyən bir müddətcə əldə ediləcəyini bildirirdilər. Müəyyən bir səy nəticəsində əldə edilə bilən ləyaqət, Pifaqora görə, Sokratın nəzərdə tutduğu mənada, yəni hər kəsə istənildiyi səviyyədə tam olaraq öyrədilə bilməz . İstəyən hər kəsə hər mövzuda eyni ölçüdə təhsil verilməsə də, az ya da çox, müəyyən ölçüdə tərbiyə verilmişlər, özlərinə heç tərbiyə verilməmiş olanlara nisbətən hər mövzuda daha yaxşı hala gəlmişlər. Demək ki, hər kəs müəyyən ölçülərdə tərbiyə edilə bilər, yəni ləyaqət sahibi ola bilər.

Sokrata görə:
Bütün insanlar yaxşını istəyərlər və ləyaqət bir bilgidir. Xoşbəxtlik, bilgi ilə əldə edilən ərdəmlərlə yaşanan bir əxlaqi həyatla mümkün ola bilər. Hər kəs, əxlaqi baxımdan yaxşı olanı  istəməkdədir. Lakin əsas problem, insanların yaxşı ad altında hər istədiyinin həqiqətən yaxşı olub-olmadığıdır. İnsanın xoşbəxt olmaq üçün necə bir həyat sürməsi lazım olduğunu, yəni layiqli bir həyatın necə olmasını bilmək lazımdır. Bu bilgi, bir tərəfdən bütünə bağlı bir bilgi ikən, bir yandan da tək-tək vəziyyətlərə bağlı etibarlı olamalıdır. Layiqli bir həyat sürmənin tək yolu bu mövzularda bilgi sahibi olmaqdır.

Platona görə:
Platon, “Ləyaqət nədir?” Sualına ilk dəfə “Gorgias” dialoqunda  cavab verməyə cəhd etmişdir. Bu dialoqda Platon, ləyaqəti ilk dəfə  “ruhun nizamı” olaraq tərif edir. Yalnız ruhun deyil, özündə bir ərdəm olduğundan söz edilə biləcək hər şeyin ərdəmi nizamından gəlir. Ləyaqət, insanların məqsədinə uyğun olaraq təyin olunmuşdur. Məsələn, insana xas fəziləti təsvir etmək istəyən adam, insanın yaranma məqsədini, insan üçün yaxşı olanın nə olduğunu axtarmalıdır. Ləyaqət yaxşılığın, yaxşılıq isə insanın və cəmiyyətin ən yüksək məqsədi olan xoşbəxtliyin reallaşmasını təmin edəcək. Platona görə  ləyaqətli olmaq üçün yalnız ruhun təşkil edilmiş olması deyil, insanın dövlət içində doğru işlə məşğul olması da lazımdır.

israf-ehtiyac-ərdəmAristotelə görə:
Aristotel “Nikhomakos’a Etik” adlı əsərində ləyaqət nədir, ədalət nədir suallarını soruşar. Aristotelin görə yaxşı olma ya da xoşbəxtlik, ərdəmə uyğun fəaliyyətlərlə əldə edilə biləcək bir amacdır . Ləyaqət, ən ümumi mənasıyla ələ alındığında insanın öz məqsədinə uyğun bir vəziyyətdə olmasıdır. Yəni insan, daim təbiətinə uyğun şəkildə fəaliyyətdə olmalıdır . Platonun əxlaq anlayışı kimi Aristotel əxlaqı da bir xoşbəxtlik əxlaqıdır. Çünki insan fərdlərinin və bir bütün olaraq cəmiyyətin yaxşılığını, xoşbəxtliyini məqsəd edər. İnsanın bütün hərəkətləri bu ən yüksək hədəfin əldə edilməsi məqsədinə yönəlmişdir . Ləyaqəti ikiyə ayırar. Etik ləyaqət insanın gündəlik həyatındakı hərəkətləriylə, dianoetik ləyaqət elm, sənət, praktik və nəzəri kimi hərəkətlərlə əlaqədardırlar. Ləyaqət, layiqli davranışı vərdiş edənlər üçün çıxılacaq bir məqsəddir. Ləyaqət , seçimlərə bağlı bir xasiyyətdir.

Sitatlar:

“Xoşbəxtlik sadəcə əxlaqın nəticələrindən biridir. Ləyaqəti bəyənməyən yoxdur, amma tək başına ləyaqət kimsəyə zövq verməz, əks təqdirdə hər kəs ləyaqətli olardı.”  Zenon

“İnsanın özünü islah etməsi ləyaqətlə, başqalarını islah etməsi isə bilgi  ilə olar.”  Konfuçsi

“Yalnız ləyaqətli kimsə azaddır, çünki yalnız o öz istəyinə uyar, çünki onun ruhunda suveren olan ağıldır; ancaq ləyaqətli kimsə öz içində zəngindir, xoşbəxtdir və dincdir.”  Bedia Akarsu

“Ləyaqət, yaxşı insanın bacarığıdır.”  Alister Makintayr

“Ölçülü olmaq ən böyük ləyaqətdir. Müdriklik təbiətə qulaq verərək həqiqəti söyləmək və doğru olanı etməkdir.”  Heraklit

“Bütün ləyaqətlərin təməl xüsusiyyəti, yüksəlmə yolunda davamlı bir səy, daha böyük və dərin bir safa, müdrikliyə, yaxşılıq və sevgiyə istiqamətli doymaq bilməyən bir istəkdir.”  Göte

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +5 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus