LİDER VƏ LİDERLİK

Xüsusi

lider funksiyaCəmiyyətimizdə lider(lər)in olmadığından gileylənən çoxdur. Gileyin təməlində yanlış qavrama var. Lider – insan deyil, funksiyadır (oynanılan roldur). Bu funksiyaya ehtiyac olmayanda, lider də olmur. Daha doğrusu, heç kəs lider ola bilmir. Liderlik “bugündən mən sizin lideriniz olacağam” sayağı iddialarla gerçəkləşmir. Bəzən liderlik iddiasız bir adamın əlinə keçə bilir. Liderlik funksiya olduğuna görə, şəraitdən doğan məqsədə çatmaq gözləntisindən asılıdır. Elə bir gözlənti (şərait) yoxdursa, lider də olmur.

Örnək:
Sürücülər bilir, Bakı’da yaranan böyük tıxaclarda, hərəkət işıqlarının işləmədiyi və ya onlara önəm verilmədiyi, ortada polisin görünmədiyi hallarda, bir də görürsən, sözün əsl mənasında yoldankeçən bir nəfər, çıxır yolun ortasına və başlayır sürücülərə göstəriş verməyə. Ona qədər sürücülər aramsız siqnal verir, pəncərələrdən bir-birinə söyüş söyürdü, amma bir adamın ortaya çıxıb hərəkəti nizamlamağa başlamasından sonra, hər kəs onun göstərişlərinə əməl etməyə çalışır. Nə ondan kim olduğunu soruşan olur, nə də səlahiyyətini yoxlayan. Niyə? Necə olur ki, heç kəsin tanımadığı, heç maşını da olmayan (bəlkə heç maşın sürməyi bacarmayan, yol hərəkəti qaydalarını bilməyən), heç bir səlahiyyəti belə olmayan bir adamın göstərişlərinə tıxacda olan sürücülər əməl edir, üstəlik, yanından keçəndə, həmin adama ‘çox sağ ol’ da deyirlər? Məsələ şəraitdədir! Tıxac hamını bir yöndə düşünməyə vadar edir – tıxacdan çıxmaq. Yoldankeçən adam olur həmin şəraitin (məqsədə aparan yolun) lideri – yəni, öndəri, yolgöstərəni.

Siyasətdə çox şey daha mürəkkəb olsa da, mahiyyət etibarilə eynidir. Lideri konkret bir adam kimi düşünməyin heç bir anlamı yoxdur. Lider – funksiyadır, onu şərait doğurur. Liderlik – şəraitin doğduğu məqsədə doğru getməyə girişməkdir. Liderin etdiyi heç də hər bir şey, dediyi heç də hər bir söz doğru olmur. Məsələ ondadır ki, ‘doğru’ sözü burada haqqı deyil, yönü ifadə edir. Liderdən gözlənilən tək bir şey var – məqsədə doğru gedən yolda azmamaq.

Odur ki, cəmiyyətimizdə lider(lər)in olmadığını düşünməyi buraxın, bu gileyləri başınızdan atın, ürəyinizə yaxın qoymayın. Şərait yetişəndə, hamının çatmaq istədiyi eyni məqsəd yarananda (tıxacdan çıxmaq örnəyində olduğu kimi) bir də gördünüz, heç tanımadığınız, amma daha yüksək ehtimalla tanıdığınız, amma əvəllər önəm vermədiyiniz (lider kimi təsəvvür etmədiyiniz) bir adam(lar) çıxacaq ortaya.

Müəllif: Erkin Qədirli

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DÜNYANIN ƏN YAXŞILARI UĞURA NECƏ NAİL OLDU?

Xüsusi

Jason Jennings-fitretJason Jennings, dünyanın ən müvəffəqiyyətli iş və liderlik qürurlarından biridir. İlk kitabı “Böyük balıq kiçik balığı deyil, cəld balıq yavaş balığı ovlayar” və ikinci kitabı “Az, daha çoxdur” ilə bütün dünyanın özünü tanımasına nail oldu. Onun bazara çıxardığı üçüncü kitabı isə “Böyük düşün, təvazökar davran”dır. O, bu dəfə ən qazanclı şirkətləri hədəf altına alır. Minlərlə şirkət arasından müəyyən etdiyi 9 şirkəti uğurlu edən səbəbləri ortaya qoyur. Beləliklə, Jenningsə görə “Dünyanın ən qazanclı şirkətlərini” zirvəyə aparan 10 təməl strategiya.

Jennings, kitabında yer alan şirkətləri 22 min şirkət arasından seçti. Müəyyən edilmiş kriteriyalara görə də seçmələrdən keçirdi. Ardından sabit şəkildə böyüyən 9 şirkəti təyin etdi. Onların strategiyalarını və sirlərini ortaya çıxardı. Jason Jennings ən yaxşıların 10 sirrini belə izah edir:

1. TƏVAZÖKAR İDARƏÇİLƏR

Tapdığımız ən heyrətləndirici özəlliklərdən biri, sözügedən şirkətlərdəki bütün idarəçilərin, yəni CEO ( Chief Executive Officer ) və bütün idarəçi kadrların olduqca təvazökar insanlar olması idi.Nümayişdən uzaq ofislərdə işləyir,təvazökar evlərdə yaşayır və təvazökar maşınlar idarə edirdilər.
Bir başqa heyrətləndirici ünsür isə evlərində istifadə etdikləri telefonların kontakta qeydli olması idi.Hətta bir CEO ilə bu heyrətimi paylaşdığımda, mənə baxıb belə dedi : “Sadəcə 2 qrup insan məni evdən axtarmaq ehtiyacı hiss edə bilər. Bunlar da həll edə bilmədikləri problemlər üçün işçilərim və müştərilərim. Hər ikisinin də məni axtardıqlarında tapmaqlarını istəyərdim.” Bildiyimiz klassik liderlərin əksinə bu liderlər özlərini öyrədici və yol göstərən olaraq görürlər.

zaman2. ZAMANIN YÜZDƏ ƏLLİSİ MÜŞTƏRİDƏ

9 şirkətin bütün liderləri zamanlarının ən az yüzdə əllisini müştərilərə xərcləyirlər. Onlar vaxtlarının yarısını müştəriləri axtararaq, onların ehtiyaclarını birə-bir təsbit etməklə keçirirlər. Bu da idarəçilərin işin tam qəlbində yer almaqlarını təmin edir. Bazarda nələrin baş verdiyini anında öyrənirlər. İşçilər də liderlərinin özləri kimi və onlarla birlikdə işləməsi ilə daha çox motivasiya olurlar. Halbuki bir çox böyük şirkətlərdə idarəçilər və CEO`lar, insanların onlardan uzaq durması üçün assistentlərlə əhatə olunmuş mərkəz ofislərində otururlar.

3. İŞÇİLƏRƏ GERÇƏK DƏYƏR

Şirkətlərin ortaq özəlliklərindən biri də işçilərinə verdikləri dəyər və bu dəyəri ən yaxşı şəkildə ortaya qoymaqdır. Bu mövzuda həqiqətən çox uğurludurlar. CEO və idarəçilərin mediaya verdikləri müsahibələrdə və ya illik şirkət iclaslarında işçilərini nəzərdə tutaraq “biz bir ailəlik” deyə nitq söyləmələri çox populyardır. Amma bu qətiyyən səmimiyyətsiz və yalan bir ifadədir.
Bizim araşdırdığımız şirkətlər isə işçilərinə gerçək dəyər verir və bunu sözdə deyil, hər şəkildə göstərirlər. Əvvəla işçilərinə, yaratdıqları dəyərin qarşılığını verirlər. Ödənişlər barədə ədalətlidirlər. Doğru insanları əllərində tutmaq və onlardan səmərə almaq üçün əməklərinin qarşılığını ədalətli bir şəkildə verməli olduqlarının fərqindədirlər.
Ən önəmlisi, işçilərinin fikirlərinə dəyər verirlər. Bu şirkətlərdə yüksək eqolar yoxdur. Bu şirkətlərdə fikrin kimdən gəldiyi də önəmli deyil. Önəmli olan sadəcə fikrin yaxşı olmasıdır.

müştəri4. İŞÇİLƏR QƏRAR MEXANİZMASINDA

Bu şirkətlər, işçilərinin qərar mexanizmasının içində yer almaqlarını təmin edirlər. Bu mövzuda sizə bir örnək verim. Koch İndustries, bir çox sektora məsləhətçilik xidməti verən Kansas mərkəzli beynəlxalq bir şirkətdir. Şirkətin illik gəliri 60 milyon dollardır. Koch İndustries`in CEO`su ilə görüşməyə getdiyimdə, “Tanış olmağını istədiyim biri var” deyərək məni 26 yaşındakı gənc bir adamın yanına apardı. Tanış olarkən də, “Beləliklə, bizim 4 milyard dollarlıq adamımız” dedi. İlk əvvəl nə demək bir şey anlamadım və 4 milyard dollarlıq adam deyərkən nə demək istədiyini soruşdum. Qarşılığında bu cavabı verdi: “5 ay əvvəl bizim üçün 4 milyard dollarlıq bir qərar verdi.“ Ofisinə geri dönərkən yolda ona, niyə 26 yaşındakı birinə dörd milyard dollarlıq qərar alma hüququnu verdiyini soruşdum. Bir axmağa baxar kimi mənə baxdı və “Çünki qərar veriləcək mövzuda məndən daha çox bilgisi var” dedi.

5. QAZAN-QAZAN STRATEGİYASI

Şirkətdə hər kəs qazan-qazan mövqeyini yaratmağa çalışır. Heç bir kəs işinin sadəcə məhsul və ya xidmət satmaq olduğunu düşünmür. Şirkət içindəki rollarını, həm işlədikləri şirkət həm də xidmət verdikləri müştərilər üçün qazan-qazan vəziyyəti meydana gətirəcək nəticələr yaratmaq olaraq görürlər. Fikrimcə Oracle, bütün dünyada müştəriləri tərəfindən ən çox nifrət edilən şirkətlərdən biridir. Şirkətin çox ağır işləyən bir çalışma üsulu var. Məhsul və xidmətləri çox tez köhnəlir və bu vəziyyət müştəriləri yenidən məhsul almağa məcbur edir. Kitabda yer alan heç bir şirkətdə belə bir vəziyyətin varlığından söhbət belə gedə bilməz.

6. İŞÇİ VƏ MÜŞTƏRİ İLƏ ÖZƏL BAĞ

Mən San-Fransisko yakınlarında bir neçə min insanın yaşadığı kiçik bir qəsəbədə yaşayıram. Bu qəsəbədən ayrılıb başqa bir yerdə yaşamağı isə əsla düşünmürəm. Bunun səbəbi qəsəbənin gözəlliyi deyil. Mənim o qəsəbədə insanlarla qurduğum bağdır. Bu şirkətlər də işçiləri və müştərilərinə bir cəmiyyətə aid olma duyğusunu yaratmaqda müvəffəqiyyətlidirlər.
Məsələn, Strawer Universiteti , bunu ən uğurlu olaraq edənlərdəndir. Strawer, 30 kampusu və 30 min tələbəsi olan bir universitetdir. Amma hər hansı bir universitet deyildir. Strawerə yalnız 25-45 yaş arası heç universitet oxumamış və artıq universitet diplomu almaq istəyən şəxslər qəbul edilir. Bu şəxlər də adətən işlədikləri üçün, dərslər gecə saatların və həftə sonlarında keçirilir. Universitet, eyni məqsəd və təməldə və eyni şərtlər altında görüşən insanları bir araya gətirdiyi üçün də tələbələri arasında digər universitetlərdəkindən daha fərqli və güclü bir bağ yaranmasını təmin edir.

rəqabət-rəqib7. RƏQİBLƏRİNİN KİM OLACAĞINI BİLİRLƏR

Bu mövzu araşdırmalarımda məni ən çox heyrətləndirən mövzulardan birisidir. Çünki, bütün bu şirkətlər rəqiblərinin kim olacağınıa dəqiqliklə qərar verirlər. Bilirsiniz, bir çox şəxs bir mağaza ya da bir şirkət açar və sonra hər kəslə rəqabət etməyə başlar. Amma bizim araşdırdığımız şirkətlərdə vəziyyət biraz fərqli idi.
Bunu da bir örnəklə açıqlamaq istəyirəm. Kitabdakı şirkətlərdən də biri Petco. Bu şirkət ev heyvanları üçün yemək və lazımi məmulatlar satan bir pərakəndə mağazadır. Amerikada toplam 700 mağazası yerləşməkdədir. Şirkət illər öncə kimlərlə rəqabət etməyəcəyinə qərar verdi. Bunlar da Wal-Mart və baqqallar idi. Əgər Wal-Mart ilə rəqabət etsə idilər, mütləq şəkildə uğursuz olacaqdılar. Eyni şəkildə ev heyvanları üçün yemək satan baqqallar ilə də rəqabət uğursuz olacaqdı. Bu səbəblə də özlərinə xas məhsullar satmağa qərar verdilər. Onların məhsulları həm təzə, həm də bəsləyici olacaqdı. İnsanlar istədikləri miqdarda ala biləcəklərdi.
Petco mağazalarında güvənli məhsullara kiçik qablarda yer verdi. Ev heyvanlarını uşaqları kimi görən qadınlara da istiqamətlənmiş özəl qablar dizayn etdi. Beləliklə, həm sadəcə ucuzluq konsepti üzərində qurulmuş Wal-Martla, həm də məhsulları böyük paketlərdə satan və özəl dizayn qabları olmayan baqqallarla rəqabət etmək məcburiyyətində qalmadı.

8. ÇOX MÖHKƏM RƏQABƏTÇİLƏRDİR

Kitabda yer alan hər bir şirkət gerçəktən rəqabətin sıx yaşandığı bazarlarda fəaliyyət göstərir. Ancaq, az öncə qeyd etdiyim kimi, rəqabətdə kiminlə qarşı-qarşıya gələcəklərinə qərar verirlər. Bugün iş dünyasında getdikcə daha çox tətbiq olunan və mənim çox mənasız gördüyüm bir iş görmə tərzi var. Bir çox şirkətdə bir çox idarəçi və lider bütünlüklə zaman itkisi olan iclaslarda oturub onun üçün strategiyamız nə olacaq, bunun üçün strategiyamız nə olacaq deyə davamlı olaraq qərar almağa çalışırlar. Halbuki bu kitabdakı idarəçi və liderlər belə tətbiqlərə gülürlər və sadəcə müştəri və işçilərini məmnun etməyə çalşırlar.

təşəbbüskar rol9. TƏŞƏBBÜSKAR ROLA SAHİBDİRLƏR

Mən təşəbbüskar kəliməsini bir neçə kəliməylə yan-yana düşünürəm.Yani təşəbbüskar deyincə həmin an bərabərində ağlıma şövq, əyləncə, bağlılıq, həyacan və ümid kəlimələri gəlir. Təşəbbüskar ruhu daşıyanlar sanki bir şeyləri gerçəkləşdirmə məqsədiylə bir araya gələn tanışlarmış kimi.Əslində bizim bu 9 şirkətdə tapdığımız da tam mənasıyla bu təşəbbeskar ruhu idi. Bəziləri yüz ildən daha çox keçmişə sahib olan bu şirkətlərdə biz şövqü, ümidi, həyacanı, bağlılığı və həvəskar ruh deyincə ağla gələn bütün digər ünsürləri tapdıq. Bu şirkətdə işləyənlərin hamısı canı-qəlbdən bir şəkildə orada olmaqdan xoşbəxt idilər.

10. SABİT VƏ DOZASINDA BÖYÜMƏ

Sürətli böyüməyə əsla getmədilər. Bir çoxu böyüdüklərindən daha çox böyüyə bilərdilər, bunu özləri də bilirlər. Lakin onlar daha çox böyüməməyi seçdilər. Bu 9 şirkəti uğura aparan ən önəmli faktoru qətiliklə insanlar meydana gətirir.

SABİT BÖYÜMƏ NECƏ TƏMİN EDİLƏR?

• Öncəliklə təvazökar, işin içində bütünlüklə yer alan liderlər. Davamlı olaraq yeni işlər inkişaf etdirə biləcək bir mühit. Rəqiblərini diqqətlicə seçmək. Gələcəyin liderlərini öz içində yetişdirmək
• Əgər məndən bu şirkətlərin uğurlarını sadə bir şəkildə izah etməm istənsəydi, belə deyərdim: şirkətlərdəki ən üst səviyyə (idarəçilər də daxil) hər kəsin özünü bəsit bir işçi olaraq görməsi bu şirkətlərə uğuru gətirdi.
• Məqsədləri sahildə villa almaq deyil. Hər nə qədər zəngin olsa da, məqsədləri zənginliklərini artırmaq deyil. Yəni, sahildə villa almaq, bahalı bir Mercedes sürmək və 5 min dollarlıq bir Armani dəst geyinmək üçün çalışmırlar.
• Yeniliyə çox açıqdırlar. Bir vaxtlar onların uğurlu olmalarına səbəb olan məhsulu istehsal etmək artıq daha parlaq bir fikir kimi görünmürsə, o məhsuldan rahatlıqla imtina edə bilərlər.
• Heç biri ilk işlərini görmür. 9 şirkətin 9-na da baxdığımızda heç birinin əslində ilk başladıqları işlərdə olmadıqlarını görürük. Bu arada sizinlə paylaşmaq istədiyim bir örnək var. Kitabda yer alan şirkətlərdən biri evli bir cütlük tərəfindən qurulan “Medline”-dir. “Medline” istehsalçı olmalı ikən satın almacı oldu. Cütlük şirkəti qurduqları ilk illərdə xəstəxanada işləyən həkim və tibb bacıları üçün uniforma tikirdilər. Zamanla işi böyütdülər və xəstəxanada istifadə edilməsi üzərinə, yenə uniformadan, yataq çarşaflarına qədər məhsul çeşidlərini yüz minə qədər çıxartdılar. Beləliklə tam bir istehsalçı şirkət halına gəldilər. Bugün isə şirkət fərqli bir yöndə fəaliyyətlərinə davam edir. Artıq uniforma tikib xəstəxana ləvazimatları istehsal etmir, xəstəxanaların bütün satın alma işlərini gerçəkləşdirirlər.

Mənbə: Business Ideas
Hazırladı: Nərmin Heydərova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 11 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

ŞƏRQ VƏ QƏRB

ŞƏRQ VƏ QƏRB

Şərq hiss edir, Qərb fikirləşir.
Qərb fikirləşir, Şərq danışır.
Qərb danışır, Şərq ya susur, ya da bağırır.
Şərqdə bərabərliyin torpağı sevgi və inancdır,
Qərbdə faydalılıq və güvənmək düşüncəsi insanları birləşdirir.
Böyük sözləri Şərqdə yaşlılar, Qərbdə elm adamları və filosoflar söyləyirlər.
Şərqdə sevgi düşüncədən öndədir, Qərbdə isə əksinə.
Qərbli böyük işlərini peşəsi daxilində yaradır, Şərqli isə peşəsi xaricində yaratmağa çalışır.
Şəqlinin təbiiliyi Qərbliyə bir şəlalə qarşısında imiş kimi təsir edir. Qərblinin mədəni olmağı isə Şərqlini bir böyük su anbarı qarşısındaki heyranlığa sürükləyir. Birinin görünüşü o birinin işləməsi digərinə xoş gəlir.
Şərqli sevsə, Qərbli isə inansa fədakarlıq göstərir.
Qərbli əvvəlcə edlməsi lazım olan şeyləri öyrənir, Şərqli isə edilməməsi lazım olanları.
Qərbli öz ağlı ilə duyğularını tarazlayır. Şərqli isə öz duyğuları ilə ağlına yol göstərmək sevdasındadır.
Şərqli təbiətin ulu gücünə o qədər heyrandır ki, özünü ona təslim edir, Qərbli isə təbiətin gücünü bildiyi üçün ona hakim olmağa çalışır.
Şərqli keçmişinə bağlıdır, Qərbli özünü keçmişə bağlı saymır, ancaq ondan ibrət almağı bilir.
Şərq ölkələrində liderlər fikirlərə liderlik edir, Qərbdə fikirlər liderlərə yol göstərir.
Qərbdə fədakarlığın ən gözəl örnəklərini cavabdeh olanlar göstərir, Şərqdə fədakarlığı sadə vətəndaşdan, yoxsul xalqdan gözləyirlər.

Mənbə: Mömin Sikman – “Hər şey səninlə başlar.”
Hazırladı: Məhəmməd Mustafayev

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus