“TESTDAF” İMTAHANI NƏDİR? (İKİNCİ YAZI)

Xüsusi

TestDaF sizə nə qazandırır?

  1. TestDaF sənədi, Almaniyadakı bütün universitetlər tərəfindən qəbul
    edilməkdədir. İmtahanın dörd hissəsindən də TDN 4 alsanız, və seçdiyiniz
    universitet də digər müraciət sənədlərinizi qəbul etdiyi təqdirdə, Almaniyadakı
    hər hansı bir universitetdə təhsil ala bilərsiniz. TDN 4 səviyyəsinin altında
    qalan qeydlərin tanınması və universitetə qəbulunuz, seçdiyiniz hissəyə,
    sahəyə və təhsil müddətinə bağlı olaraq sözü gedən universitetin
    qiymətləndirməsinə qalmışdır.
  2. TestDaF, elm, ali məktəb və universitet təhsili ilə əlaqədar mövzu və sualları
    ehtiva etməkdə və universitet təhsili üçün lazımlı və əhəmiyyətli olan dil
    bacarığını ölçməkdədir.
  3. TestDaF, qrammatikanın səviyyəsini, oxuma anlama, dinləmə anlama, yazılı
    ifadə və şifahi nitq olmaq üzrə dörd ayrı hissədə ölçməkdədir. Bu
    səbəblə TestDaF sənədində hər hissənin balı ayrı olaraq hesablanır.
    Beləcə bu dörd hissədəki əskikləriniz və müsbətləriniz haqqında detallı məlumat
    ala bilərsiniz.
  4. TestDaF imtahanına öz ölkənizdə qatıla bilərsiniz. Artıq bu imtahana
    qatıla bilmək üçün Almaniyaya gəlməyiniz lazım deyil. TestDaF sənədiniz sizə
    məktubla göndəriləcək, beləcə Almaniya səyahətinizdən əvvəl universitet
    müraciəti üçün lazımlı olan sənədlərinizi də hazırlaya bilər və həm
    zamandan, həm də puldan qənaət etmiş olarsınız.
  5. TestDaF imtahanın məzmununa uyğun olaraq özünüz hazırlana bilərsiniz. İmtahan
    istənilən vaxt web səhifəsindəki və TestDaF tərəfindən hazırlanmış olan
    imtahan nümunələrində görə biləcəyiniz formadadır. İmtahana nə vaxt girsəniz
    girin, hissələrin çətinlik dərəcəsi eynidir.
  6. TestDaFın bütün dünyada lisanslı test mərkəzləri vardır. Bu mərkəzlərdən
    imtahan haqqında məlumat ala bilər, TestDaF personalı ilə mövzuyla əlaqədar
    məsləhətləşə bilərsiniz.
  7. Ayrıca DAAD mütəxəssisləri, Goethe-İnstitutu, dil məktəbləri, universitetlərin
    fililoji və Almanca təhsil hissələri, Federal Almaniya səfirliyi və
    konsolluqlarından da imtahan haqqında məlumat əldə edə bilərsiniz.
  8. TestDaF sənədlərinin etibarlılıq müddəti sərhədsizdir.
  9. Əldə etdiyiniz imtahan nəticəsindən məmnun deyilsinizsə və balınızı yüksəltmək
    istəyirsinizsə, imtahanı istədiyiniz sıxlıqda təkrarlaya bilərsiniz.

TestDaF imtahanına necə hazırlana bilərəm?

testdafTestDaF imtahanına fərqli yollardan hazırlana bilərsiniz. Öz özünüzə öyrənərək,
(www.deutsch-uni.com) ünvanından online, dil kurslarında və ya
bir almandilli yoldaşınız ilə. Bu mövzuda daha çox məlumat əldə etmək istəsəniz Testdafın Web
səhifəsinə (TestDaF hazırlıq) baxın.

Nə vaxt və harada TestDaF imtahanı keçirilməkdədir?

Bu imtahana ölkənizdəki lisenziyalı bir test mərkəzində və ya Almaniyada olan
170 test mərkəzindən birində qatıla bilərsiniz. İmtahan ildə bir neçə dəfə
keçirilməkdədir. İmtahan tarixləri TestDaF-İnstitutunun web səhifəsində və test
mərkəzinizdə elan olunur.

İmtahan ödənişi nədir?

testdaf prüfüngTestDaF imtahanı üçün müəyyən bir haqq ödənməkdədir. Hər ölkəyə görə fərqlilik göstərdiyindən,
imtahana girəcəyiniz test mərkəzinə bu mövzuda məsləhətləşə bilərsiniz.

 

Nə vaxt və necə imtahana üçün müraciət etməliyəm?

TestDaF imtahanına internet üzərindən müraciət edirsiniz: www.testdaf.de. Orada
imtahana qatılmaq istədiyiniz ölkəni, şəhəri və imtahan mərkəzini seçirsiniz. İmtahan
müraciətləri imtahan tarixindən təxminən dörd həftə əvvəl başlayır və dörd həftə davam edir. İmtahana
müraciət tarixi müddətində imtahan müraciətinizi ləğv edə bilərsiniz. Bu vəziyyətdə imtahan
ödənişinin 15%-i qədər olan bir məbləğ əməliyyat xərci olaraq tutulur. İmtahan müraciət
tarixləri bitdikdən sonra imtahan müraciətinizi sildirsəniz ödənişiniz geri qaytarılmayacaq.

İmtahan nəticəsini necə öyrənə bilərəm?

İmtahandan 6 və ya 8 həftə sonra test mərkəzi sizə imtahan nəticəsini bildirməkdədir.
Sizə göndəriləcək imtahan nəticənizin arxa səhifəsində girdiyiniz imtahandakı hər
hissə ilə əlaqədar müvəffəqiyyətinizi izah edən bir ifadə vardır. Bu şərh sizə dil kafiliyinizi
qiymətləndirmənizdə kömək edəcəkdir.

Hazırladı: Müşviq Osmanlı

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

“TESTDAF” İMTAHANI NƏDİR? (BİRİNCİ YAZI)

Xüsusi

TestDaF, Federativ Almaniya Respublikasında ali təhsil almaq istəyən və ya ən
azından dil səviyyəsini göstərən rəsmi bir sənədə ehtiyac duyan almanca öyrənənlər üçün
bir imtahandır.
testdaf nedirTestDaF imtahanı Hagendəki TestDaFİnistutu tərəfindən mərkəzi şəkildə inkişaf etdirilib, qiymətləndirilən və təxmini 80 ölkədə lisenziyalı test mərkəzləri tərəfindən tədbiq edilməkdədir.
Bütün imtahan iştirakçılarına eyni suallar təqdim edilir. İmtahanlar bu sahədə kifayət qədər təcrübəsi olan mütəxəssislər tərəfindən qiymətləndirilməkdədir.
İmtahan nəticəsi, 3 səviyyədə qiymətləndirilir.

TestDaF Səviyyə 5 (TDN 5)

TestDaF Səviyyə 4 (TDN 4)

TestDaF Səviyyə 3 (TDN 3)

Bu dil səviyyələri B2.1C1.2 səviyyələri ilə eynilik təşkil edir

Ali Təhsil İcazəsi üçün Hansı TestDaF səviyyəsi lazımlıdır?

imtahanƏgər hər imtahan hissəsində TDN 4 səviyyəsinə çatdınızsa artıq yolunuzda
Almaniyada təhsil almaq üçün rəsmi mənada heç bir maneə yoxdur (təbii
olaraq digər lazımlı rəsmi şərtləri də yerinə yetirməlisiniz ). Əgər əldə etdiyiniz
imtahan nəticəsi TDN 5 isə Yüksək Təhsilə başlamaq üçün lazımlı olan səviyyənin
üstündə çox yaxşı dil səviyyəsinə çatmısınız deməkdir.
Almaniyadakı bəzi ali məktəblərdə təhsilə başlaya bilmək üçün, TDN 4
səviyyəsindən daha aşağı səviyyələr də kafi ola bilməkdədir.
Hər bir ali məktəbin öz qəbul şərtləri vardır. Ali təhsil üçün müraciət etmədən
əvvəl hansı dil səviyyəsi və şərtlərin istəndiyini araşdırın. Bəzi ali məktəblər qeydiyyat
şərtlərini internet səhifələrində elan edirlər.
Almaniyada ali təhsil üçün məlumat əldə edə biləcəyiniz Web ünvanları:

 http://www.daad.de

http://www.hochschulkompass.hrk.de

http://www.uni-assist.de

http://www.deutsch-uni.com

http://www.sprachnachweis.de

http://www.deutsche-kultur-international.de

http://www.campus-germany.de

Kimlər TestDaF imtahanına qatıla bilər?

  • Yaxşı və irəliləmiş səviyyədə Almanca biliklərinə sahib olanlar və bu səviyyələrini fərqli şəkildə yoxlamaq istəyənlər
  • Almaniyada ali təhsil almaq istəyənlər öz ölkələrində Almanca səviyyələrini sənədləşdirmək istəyən universitet tələbələri
  • Almaniyada bir ali məktəbdə akademik iş görməyi düşünən və dil səviyyələrini yoxlamaq istəyən elmi işçilər

testdafƏgər ki, xarici dil təhsilinizin ən başındasınızsa TestDaF imtahanına müraciəti üçün bir az daha səbr etməli və Almancanızı inkişaf etdirməlisiniz. “TestDaFa hazır” olub olmadığınızı sınamaq istəyirsinizsə TestDaF İnstutunun Web saytındakı səviyyə təyin etmə imtahanını verə bilərsiniz.
Orada 10 dəqiqə içində dil səviyyənizlə əlaqədar təxmini bir nəticəyə gələcəksiniz

Hazırladı : Müşfiq Osmanlı

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)