2017-Cİ İL BİTMƏDƏN ETMƏLİ OLDUĞUNUZ 3 ŞEY

Xüsusi

Yaxşısı ilə, pisi ilə bir ilin də bitməsinə sayılı günlər qaldı. Bəzən 5 dəqiqənin belə nə qədər gec keçdiyinə şahid olarkən, hər il bu zamanlarda o boyda ilin gedişinə şahid oluruq. Düşü2017-ci il bitmədən etməli olduğunuz 3 şeynəndə umuzun gələn və 12 ayın bitməsini  simvolizə edən ilin son ayı, həm xəyal qırıqlıqlarına, həm də ümüdlərə ev sahibliyi edə bilər. Kimimiz, 2017- cil il üçün gözəl   xəyallar qurduq, kimimizin də heç bir gözləntisi olmadı. Yeni il ruhunun ətrafımızı bürüməyə başladığı dekabr ayı, sanki  bir səhfənin qapanacağının və yepyeni bir səhfənin açılacağının xəbərçisi kimidir, deyə bilərik. Yaxşı bəs, bu dəyişiklik üçün günləri saymağa başladığımız bu aralar nələr edilə bilər?

BU İLİ ANALİZ EDİN

Öncəliklə bu ilin müsbətlərini və mənfilərini ortaya çıxara biləcəyiniz detallı bir analiz edə bilərsiniz. Bəzilərimiz üçün olduqca gözəl, bəzilərimiz üçün isə olduqca pis keçən bu ilin bizdən apardıqları ola biləcəyi kimi, bizə qatmış olduqları da ola bilər. Bunları daha dəqiq bir şəkildə görə bilmək üçün kağızı qələmi əlinizə alaraq, bu il yaşadığınız və həyatınıza toxunduğunu düşündüyünüz hadisələri yaza bilərsiniz. Bu hadisələri məhsuldarlıq və duyğu əsaslı olaraq  dəyərləndirə bilərsiniz. Yəni bütün bunlar yaşanarkən\yaşandıqdan sonra sizin üçün müsbət və mənfi tərəflərinin nələr olduğunu müəyyənləşdirə bilər, bu durumların təsiri ilə duyğu durumunuzda nə kimi dəyişikliklərinin olduğunun fərqinə vara bilərsiniz.

HƏDƏFLƏRİNİZİ İNCƏLƏYİN

Elə ya da belə 365 gün 6 saatdan ibarət olan,  lakin əslində gözümüzü açıb yum017-ci il bitmədən etməli olduğunuz 3 şeyana kimi keçən bir ilin də sonuna yaxınlaşırıq. Bir çox il olduğu kimi, 2017-ci ilə girməzdən öncə də, “Bu il mütləq bunu edəcəm”, “Bu il 100 faiz belə belə  olacam” kimi hədəflər barındıran cümlələr qurmuş ola bilər, bəzi qərarlar almış ola bilərsiniz. Sizin təxminən 1 il əvvəl müəyyənləşdirmiş olduğunuz hədəfləriniz nələr idi? Hədəflərinizi incələyərkən, onları gerçəkləşdirmək adına necə bir yol izlədiyinizi özünüzə xatırlada bilər, hədəflərinizin bugünkü durumu üzrə  dəyərləndirmə apara bilərsiniz. Hansısa bir hədəfiniz gerçəkləşdisə, həmin vaxt atmış ola biləcəyiniz ən doğru addımın hansı ola biləcəyini düşünə bilər, gerçəkləşmədisə də “Necə bir yol izləsəydiniz, hədəfinizə çata bilərdiniz ?” sualını öz-özünüzə müzakirə edə bilərsiniz.

2018-i PLANLAYIN

Həyatın nə zaman nə gətirəcəyi və götürəcəyi bəlli olmadığı üçün zamanı planlamaq olduqca çətin və xəyali ola bilər. Lakin yenə də etmək istədiklərimiz istiqamətində bir layihə yarada bilərik. Layihənizi formalaşdırarkən, özünüzlə olan münasibətiniz, başqaları ilə olan münasbətiniz, iş həyatınız, şəxsi həyatınız kimi bir çox mövzunu ələ ala bilrəsiniz. Məsələn sizin layihənizdə,  bu il “Əlimdə olmayan şeylər üçün özümə hirslənməyəcəm” kimi bir maddə ola bilər. 2017-ci il bitmədən etməli olduğunuz 3 şeyYeni ildə özünüzə əlavə etmək istədiyiniz müsbətləri müəyyənləşdirə bilər, hədəflərinizi bu istiqamətdə qura bilərsiniz. Hədəf deyəndə ağlınıza mütləq çox böyük işlər gəlməsin, sizin bu ilki hədəfiniz müəyyən bir sayda kitab oxmaq, sizə ən maraqlı gələn şəhərləri gəzmək də ola bilər. Yeni başlayan hər bir ili, yazılmağı gözləyən bir ssenari kimi düşünə bilər və öz ssenarinizin səhnələrini yarada bilərsiniz. Beləcə, yaşamaq məqsədiniz və hədəfləriniz istiqamətində  irəliləyərkən daha az ilişə bilər, daha sürətli və keyifli bir sürüş təcrübəsi yaşaya bilərsiniz.

Müəllif: Bilge Aydoğan
Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ÖZÜNÜZƏ DAHA ÇOX ZAMAN AYIRMAĞIN 3 YOLU

Xüsusi

İnsanlardan, etmək istədikləri şeyləri niyə etmədiklərini soruşanda, aldığımız cavab, adətən “Vaxtım yoxdur!” formasında olur. Lakin bu doğru deyil və ola da bilməz, çünki vaxt həmişə var, lakiÖzünüzə zaman ayırmağın 3 yolun insanlar ondan istifadə etməyi bilməz. İnsanlar iş yerində saatlarını keçirər, məsuliyyətlərini şişirdər və əsl zaman ayrılmalı olan şeylərə zaman ayıra bilməyəcək hala gələrlər. Çoxumuzun həyat məqsədi belə yoxdur, bəzilərimiz isə həyat məqsədlərini necə gerçəkləşdirəcəyini bilmir. Özünüzdən soruşun.. bizi, davamlı olaraq bir şeyləri istehlak etməyə yönləndirən hal-hazırkı dünyada, xobbiləriniz, maraq sahələriniz varmı və bunlar üçün nə edirsiniz? Özünüzə necə zaman ayırırsınız?

Yaradıcı və məhsuldar olmaq, insanın, həyatını davam etdirməsi üçün birinci dərəcədə önəm daşıyır. Bir çoxumuz, bunu təməl bir ehtiyac olan yemək hazırlamaq məşğuliyyəti ilə gerçəkləşdiririk, lakin, məhsuldarlıq, eyni zamanda bağla məşğul olmaq, şəkil çəkmək, yazı yazmaq, qaralamaq, bəstələmək kimi saysız- hesabsız məşğuliyyətlə də gerçəkləşdirilə bilər. Doyumlu bir həyat üçün, fiziki, psixoloji, duyğusal və intellektual yönlərimizə  yaxşı baxmalı və onları qidalandırmalıyıq.

Elə buna görə də, gerçəklə üzləşməyimiz çox önəmlidir: Həyatımızın, məhsuldarlıqla əlaqədar olan bu yönləri ilə nə qədər vaxt keçiririk? Toplamda, nə üçün nə qədər zaman ayırdığımızı hesablayanda, nə qədər çox zamanımızın zibil qutusuna getdiyini anlamağımız mümkün olar.
3 yol ilə özümüzə daha çox və daha keyfiyyətli zaman ayırmağımız mümkündür. İndi, bunlara yaxından baxaq.

1. İŞ YERİNDƏ KEÇƏN ZAMAN

Çoxumuz, iş yerimizdə saatlar keçiririk. Bu da bəs deyilmiş kimi, evə işi gətiririk. İş əslində gün boyu və gecə belə zehnimizdə yer alır. Davamlı olaraq ediləcək şeyləri düşünür və yoruluruq. Fərqinə varmırıq. İşin əsli budur: iş, iş yerində edilər və iş yerindən çıxdıqdan sonra başqa bir şey etmək vaxtıdır. İş sonrası rejiminizə keyfiyyətli vaxt qalması üçün iş yerindəki zamanınızı doğru planlayın. Əslində, hər gününüzü diÖzünüzə daha çox zaman ayırmağın 3 yoluqqətli və məhsuldar keçəcək şəkildə planlamalısınız. Əgər işiniz, aşırı intensiv və tələbkardırsa, şəxsi sahənizə yer aça bilmirsinizsə, bu iş, sizin üçün çox da uyğun olmaya bilər. Nəhayətdə, sağlamlığınız və əhval-ruhiyyəniz, iş yerindəki məhsuldarlığınıza da birbaşa təsir edir.

2. İŞ SONRASI REJİMİNİZ

İşdən sonra vaxtınızı necə keçirirsiniz? Məhsuldar keçirilən bir iş gününün ardınca dincəlməli, sizi xoşbəxt hiss etdirən bir məşğuliyyətin içində olmalı və ya yaxınlarınızla vaxt keçirməlisiniz. İşdən sonra olan rejiminizi sorğulayın, TV-dəki lazımsız proqramlarla, səmərəsiz internet gəzintiləri ilə vaxt keçirirsiz bəlkə.. ?
Daha erkən yatmağı, daha erkən oyanmağı və özünüzə səhərin məhsuldar enerjilərini hədiyyə etməyi seçə bilərsiniz. TV-dəki hipnozedici proqramlardan uzaqlaşıb ailəniz və ya sevdiklərinizlə zövqlü bir piyada gəzinti edə bilərsiniz. İş sonrası saatlarınıza uyğun bir kurs tapıb bu kursda səmərəli vaxtlar keçirə bilərsiniz. İndi oturun və hesablayın. İşdən sonrakı saatlarınızı necə keçirirsiniz və əslində necə keçirməyi istəyərdiniz? İstəyiniz istiqamətində dərhal bir addım atmağı unutmayın.

3. DİGƏR İNSANLARLA KEÇİRDİYİNİZ VAXTLAR

Vaxtınızın nə qədərini digər insanlarla birlikdə keçirirsiniz? Vaxtınızın çoxunu uşaqlarınız, partnyorunuz və ailənizlə keçirirsiz bəlkə..? Bu təbii ki mükəmməl bir şeydir, sağlam və keyifli bir ailə həyatı üçün onlarla vaxt keçirməyiniz və bunun sayəsində zənginləşməyiniz çox normaldır. Lakin,  zamanınızın hardasa hamısı bu şəkildə keçirsə, burda biraz problem olduğu söylənə bilər.
“Özünüzü sevmədən digərlərinizi sevməyiniz qeyri-mümkündür.”
Özümüzə yaxşı baxmasaq, digərlərinə də yaxşı baxa bilmərik. Özünüzə daha çox zaman ayırmağın 3 yolu

Nə yaxşı ki, zərərin harasından qayıtsaq, xeyirdir. Həyatlarımızı dərhal indi gözdən keçirə bilər, həyatlarımıza yeniliklər gətirə bilərik. Təki istəyək və səmimi bir niyyətlə yola çıxaq. Ağlımızın, bədənimizin və ürəyimizin ən yaxşı baxmalı olduğumuz şeylər olduğunu və həyatda məhsuldarlığımızı artıran seçimlər etməli olduğumuzu xatırlayaq. 

Həyatda arzularımızın, yaradıcı xobbilərimizin arxasınca getmək qədər bizə zövq verən bir şey yoxdur. Əgər bunlara vaxt ayırmasaq, qalan hər şey ( iş, uşaqlar, ailə, alış-veriş, ev işləri…) bir müddət sonra bizə boğucu gəlməyə başlayacaq. Sizi hansı məşğuliyyətin və ya xobbinin həyəcanlandırdığını hələ kəşf edə bilməmiş ola bilərsiniz. Bunu tapmaq üçün niyyətinizi dilə gətirin. Və unutmayın, həqiqətən istədiyiniz şeyi etmək üçün hər zaman vaxtınız var. 

Mənbə: yeniboyutlar.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

YARADICILIĞIMIZI VƏ MƏHSULDARLIĞIMIZI ÖLDÜRƏN ŞEY- MULTİTASKİNG

MULTİTASKİNG – ingilis sözü olub, “eyni anda birdən çox işlə məşğul olmaq” anlamında işlənən bir anlayışdır.  Günümüzdəki insanlar, hardasa , gündə 8 saatını internetdə gəzişərək keçirir və bunun nəticəsi, yorğun bir beyin olur. ForensicPsychology tərəfindən  edilən bir araşdırmaya əsasən, bu şəkildə edilən çoxlu işlər, stress səviyyəsini artırmultitaskingır və yaradıcı düşünməni azaldır. Online mühitdə eyni anda bir çox işlə məşğul olmaq,  beynimizə və zehin durumumuza müsbət təsir etmir. Ağır internet istifadəçiləri depressiyaya girməyə 2,5 qat daha meyillidir.
Yaradıcılıq tələb edən bir layihə üzərində çalışırsınız. Birdən telefon zəng çalır və sizi dərin bir konsentrasiyadan çəkib çıxarır. Telefona cavab verməsəniz belə, öncədən etdiyiniz işə dönmək bir neçə dəqiqənizi alır.
Bu zaman aralığı, bəlli bir hədəfi və “qaydalar” dəsti olan bir vəzifədən tamamilə fərqli bir hədəfi və qaydalar dəsti olan bir başqasına keçməkdə olan “zehni CEO” nuzdur. Bu keçid  zaman alır. Vəzifələr nə qədər qarışıqdırsa,  keçid o qədər uzun çəkir.
Bu məqaləni oxuyarkən başqa nə etməyə çalışırsınız?
Əlbəttə, birdən çox işi eyni anda edə bilərik. Məhsuldarlığı itirmədən bunu edə biləcəyimizə belə inana bilərik. Amma özümüzü aldatmış oluruq.
İşləri  bir-birinə bağlamağın, beyni yavaşıtdığı  elmi olaraq sübut edilmişdir. Əslində, eyni anda birdən çox işlə məşğul olmaq bizi bir anlıq sərsəmləşdirir; öncəlikləri, fokus nöqtəsini müəyyən etmə ya da yeni bir şeyi inteqrasiya etmək bacarığımızı itirir.
Bir yandan toplantıya qatılarkən bir yandan da e-poçtunuzu oxumağı heç yoxlamısınız? Yaxşı,  bəs bir yandan avtomobil idarə edərkən bir yandan da mobil telefonunuzla ciddi bir danışıq aparmağı?
Cavabınız, “hə” dir? O halda, heç bir için tam iştirak ya da məhsuldarlıqla edilə bilmədiyini bilirsiniz. Sanki zamanın yarısında orada yoxsunuz kimidir. Nə, e-poçtları tam anlaya bilirsiniz, nə də toplantının təqdim etdiklərini tam qavraya bilirsiniz. Ya da avtomobil idarə edərkən telefonla danışdığımız zaman şüurumuzun çox azı avtomobil idarə etməyə həsr olunur və ya telefonda etdiyimiz söhbətə tam olaraq daxil ola bilmirik.
Hamımız, eyni anda birdən çox işlə məşğul olmağın həqiqətən bir bədəli olduğunu bilirik. Elə isə niyə hələ də belə davranmağa davam edirik?
Bu davranış, alışqanlıqlarımızda yer almışdır. Texnologiya dövrümüzün bütün zaman qazandıran cihazları, bizi bemultitaskingyni  qarışıq olmağa və fokuslanma bacarığımızı itirməyə təşviq edir. Bu da önəmli bir itkidir; çünki fokuslanma, uğuru gətirər. Diqqət dağınıqlığı, bizi bundan uzaq tutar.
Fokus, diqqətinizi tam olaraq toplama anlamına gəlir. Müəyyən olunmuş fokusa çatmağınız və eyni anda birdən çox işlə məşğul olmağı buraxmağınız üçün gündəlik tətbiq edə biləcəyiniz beş üsul təqdim edirik.

1. Mövcud hədəfinizlə əlaqədar olmayan heç bir şeyi masanızda saxlamayın. Əşyalar, diqqətə hökm edərlər. Önünüzdə nə qədər az şey olarsa, diqqətinizin dağılma ehtimalı o qədər azalar.

2. Zamanınızı hissələrə ayırın, beləcə bir dəfədə tək bir işə fokuslana bilərsiniz. Vacibliyi yüksək  olan işləri, e-poçt göndərməyi, müştərilərlə çalışmağı, planlamağı və başqa işləri  bitirmək üçün ayrı hissələr yaradın. Ardınca, bu işlərin ətrafına müqəddəs sərhədlər çəkin. Birini tamamladıqdan sonra digərinə keçin.

3. Ən önəmli şeyi, ən öncə edin. Vacibliyi yüksək olan işlər, uğurunuzda ən böyük pozitiv təsiri yaradacaq şeylərdir. İstədiyiniz nəticələri sizə ən sürətli gətirəcək şey nədir? Buna hər zaman öncəlik verin.

4. Zaman blokları ya da işlər arasında texnologiyadan uzaq qısa aralar verin. Piyada gəzintiyə çıxın, musiqi dinləyin, fiziki ya da yaradıcı bir şeylə məşğul olun. Bu, zehninizi təmizləyəcək və zehni CEO-nuza , bir sonrakı iç üçün yenidən nizamlama etməkdə yardımçı olacaqdır.

5. Sabahı planlaşdırın. Bir sonrakı iş günü üçün 1-3 vacibliyi yüsək fəaliyyətlər  proqramı hazırlayın.Multitasking

Tək bir işi etməkdə usta olun!

Sonrakı “30 gün”  təcrübə  edin. Eyni anda birdən çox işlə məşğul olmaq kimi alışqanlıqlarınızın yerinə,  hər gün bu beş üsulu yoxlayın və necə daha az stresslə daha çox uğur əldə etdiyinizi görün.

Mənbə: blog.aku.edu.tr
Hazırladı: Fidan Aslanova 

 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook