FƏLSƏFƏNİN İNSANA FAYDALARI NƏLƏRDİR?

Fəlsəfənin insana faydaları nələrdir?Bu mənada, fəlsəfə də xoşbəxtlik məqsədi üçün bir vasitə ola bilər. Hər insan, maddi zənginliklərə sahib olmaqdan həzz duymaz. Bəzi insanlar, təfəkkürdə olmaqdan, yəni dərin düşünməkdən, insan həyatının anlamını araşdırmaqdan həzz alır. Bu həzzə yad olan insanlar belə onun, keyfiyyət baxımından olduqca zəngin bir həyat təcrübəsi olduğunu qəbul edərlər. Demək ki, fəlsəfə, hər şeydən öncə insana intellektual bir zövq, mənəvi bir həzz verir. İnsanın sadəcə bir bədəndən ibarət olmadığını, onun eyni zamanda mənəvi bir varlıq olduğunu diqqətə alsaq, bu vəziyyət daha açıq hala gələr. İnsan, məqsədinə, sadəcə maddi ehtiyaclarını qarşılayaraq çata bilməz; onun, mənəvi ehtiyaclarını da təmin etməsi gərəklidir. İnsanın mənəvi ehtiyaclarının ən başında isə, marağını qarşılama, öyrənmə, kainatı və özünü anlama, bu dünyada keçən həyatını mənalandırma istəyi vardır. Bu istəyi də, böyük ölçüdə fəlsəfə qarşılaya bilər.

Həqiqətən də fəlsəfə, insanın əhatə edici bir bilgi və ya əhatə edici bir qavrayışa çatma tələbinə cavab verə bilən yeganə disiplin olmaq vəziyyətindədir. Həyatının axarı içində öz qaynaqları xaricində başqa yerlərdən çox zaman əlaqəsiz  inanc və bilgilər, seçim və davranış tərzləri mənimsəyən insan varlığı həyat, dünya və cəmiyyət qarşısında müəyyən bir rəftar inkişaf etdirmək, bu rəftarı  yaşamının təməlinə yerləşdirmək üçün sözü gedən  dağınıq materialı tutarlı bir quruluş içində sistemləşdirmə ehtiyacı duyar. Bunu isə, sözü gedən materialın ünsürləri üzərinə inkişaf etdirilə biləcək  tənqidi və sorğulayıcı düşünmə ilə ancaq fəlsəfə təmin  edə bilər.

Daha da önəmlisi odur ki, fəlsəfə, bizə özümüzü tanımaq imkanı verər. Bu ümumi doğrunu da ilk olaraq və ən yaxşı antik Yunanlılar göstərmişdir. Əslində, hər mədəniyyətdə olan “Özünü tanı!” sözünü ən erkən istifadə edən qövm olan Yunanlılar, bu sözü məbədlərinin qapısına yazıblar. Həqiqətən də insan nə və kim olduğunu ancaq fəlsəfədən və ya fəlsəfənin köməyi ilə öyrənə bilər. Bizim yalın bir ət və sümük yığını olmayıb, eyni zamanda bir ruh varlığı olduğumuzu bizə ən yaxşı fəlsəfə göstərə bilər. Dünyaya, sadəcə nəfəs alıb vermək və ya yalın kef almaq üçün yox, bir az da təbiətə və başqalarına olan vəzifələrimizi yerinə yetirmək üçün gəldiyimizi fəlsəfədən öyrənə bilərik. Çünki fəlsəfə, hər şeydən öncə insan olaraq varoluşumuzun anlamıyla ilgili bəzi təməl sualları ələ alır. İçimizdən hər birinin bu təməl, böyük fəlsəfi suallar üzərində düşünməsində varoluşumuzu mənalandırmaq baxımından böyük yarar vardır. Bu səbəblə, Sokrat, “incələnməmiş, sorğuya çəkilməmiş bir həyatın yaşanmağa dəyər olmadığını” söyləmişdir. Demək ki, fəlsəfəyə prinsipli bir həyat sürmək üçün gərək duyarıq. Çünki insan, heyvanlardan fərqli olaraq ağıllı bir varlıqdır; bu Fəlsəfənin insana faydaları nələrdir?özəlliyi səbəbi ilə, həyatını bəzi  prinsiplərə söykəyir. Prinsipsiz bir həyat, hətta prinsipləri sorğulanmamış bir varoluş, bayağı və təməlsiz bir varoluşdur; həyatımızın bu cür prinsipsiz bir varoluşa çevrilməməsi üçün fəlsəfəyə ehtiyacımız vardır.

Fəlsəfə, yenə fərdi olaraq bu dünyadakı qısacıq həyatımızda bizə, nəyin bizim əlimzidə olub, nəyin olmadığını göstərir. Sadəcə Sokrat yox, 20-ci əsrin önəmli mütəfəkkirlərindən olan Jean paul Sartre (1905-1980) də, faktiki şərtlərimizi dəyişdirməyin, bizim əlimizdə olmadığını söyləyirdi. Yəni bu dünyaya gəlmişiksə, gəlməmiş olmaq əlimizdə deyil. Anamızı-atamızı, doğulduğumuz coğrafiyanı, mənsubu olduğumzu dini, üzvü olduğumuz millət və ya etnik qrupu seçmək əlimizdə olmadı. Boyumuzu, cinsiyyətimizi, digər bioloji özəllilərimizi seçmək də əlimizdə deyildi. Bütün bunlar biz insanlar üçün verilmiş olan, dəyişdirməyin mümkün olmadığı şeylərdir. Lakin xarakterimizi və insanlığımızı inkişaf etdirmək, daha yaxşı və daha ərdəmli insan olmaq üçün çalışmaq, bizim əlimizdə olan bir şeydir. Buna görə də, Sartre, “insan özündən nə yaradarsa, ondan ibarətdir” deyirdi.

Fəlsəfəyə, həyatın axışı içində, qarşılaşdığımız problemlərin öhdəsindən gəlmək üçün ehtiyac duyarıq; ondan, bizi çətinə sala biləcək  biləcək müxtəlif olaylar qarşısında dik duruş sərgiləyə bilmək üçün dəstək alarıq. İsveçrəli psixoloq və mütəfəkkir Karl Qustav Yunqun (1875-1961) söylədiyi kimi, “həyatın axıntılarında  heç kim dərdsiz qalmaz.” Fəlsəfə, qayğılarımızı xəfiflətməyimizi, dərdlərimizi aşmağımızı, bu dünyadakı həyatımız əsnasında yolumuzu itirməməyimizi təmin edən ən önəmli vasitədir. Fəlsəfənin yolumuzu tapmağımızı təmin edən ən önəmli vasitə olduğunu gözlər önünə sərmək üzrə, Wittgenstein, məşhur bənzətmələrindən birində inanın bu dünyadakı vəziyyətini bir butulka içindəki ağcaqanadın vəziyyətinə bənzətmişdir. Wittgenstein-ə görə butulkanın içində qalmış olan ağcaqanad butulkadan bayıra çıxmaq istəyər amma bunu necə bacara biləcəyini bilməz. Fəlsəfənin əsas vəzifəsi, ağcaqanada, butulkadan necə çıxacağını göstərməkdir. Onun bu bənzətməsinə görə, biz insan varlıqları bu dünyadakı həyatımız əsnasında  bəzən özümüzü kəməndə salınmış hiss edər və yolumuzu tapmaqda çətinlik çəkərik. Beləcə, fəlsəfə biz insan varlıqlarının kəməndə salınmışlıq duyğusundan qurtulmağımızı təmin edər, istiqamətimizi tapmağımıza kömək edər.

Fəlsəfə, yenə eyni istiqamətdə, beyin və anlayış qarışıqlığımızı aradan qaldırmağa kömək edər. Çünki, günümüzdə bir çox insan, bəzi zehni qarışıqlıqlar üzündən dərdlər və qayğılar içində qıvrılıb durur. Həqiqətən də insanlar, son zamanlardFəlsəfənin insana faydaları nələrdir?a, artan bir sıxlıqla, imtiyazları hüquqlarla, tərəfsizliyi subyektivliklə, qiyməti dəyərlə, varlılığı müvəffəqqiyyətlə qarışdırırlar. Beləcə, bu beyin qarışıqlığını aradan qaldıracaq, qavramsal açıqlığı təmin edəcək olan  şey, fəlsəfədir. Çünki fəlsəfə, insana bir çox mövzuda doğru və açıq düşünə bilməyi öyrədir. Fəlsəfi düşüncənin üsulları, insana hardasa hər mövzuda ağıl önə sürə bilməsi üçün gərəkli təməlləri hazırlayar. Belə bir düşüncə növü, insanın bir çox problemə bir çox yöndən baxa bilməsini, problemlərə, mühakiməsiz yaxınlaşa bilməyini təmin edər; o insanın heç bir şeyi mütləqləşdirməyib, hər şeyi tənqid süzgəcindən keçirə bilməyini təmin edər. Bütün bunlar bir araya gətirildiyi zaman, fəlsəfənin insanın özgürləşməyində qatqısı olduğunu rahatlıqla söyləmək olar.

Mənbə: www.felsefe.gen.tr
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

FƏLSƏFƏNİ SEVMƏK ÜÇÜN 10 SƏBƏB

Əsrlər öncə Aristotel, insanların fəlsəfə ilə məşğul olmaq məcburiyyətində olduğunu irəli sürmüşdür. Bu gün isə, Amerikalı filosof Martimer Adler, “fəlsəfə hər kəsin işidir”, deyərək, Aristotelin mühakiməsini təkrar edir. Bu mühakimələrdən yola çıxaraq, biz də deyirik ki, fəlsəfə, həyatımızın bir parçasıdır. O zaman, ön mühakimələrimizdən qurtularaq qapımızı fəlsəfəyə açmalı və şüurlu olaraq fəlsəfə etməliyik.

Fəlsəfəni incələmək və sevmək üçün bir çox səbəb var. Bunları, qısaca olaraq, bu cür yekunlaşdıra bilərik:

Fəlsəfə, “müdriklik-hikmət sevgisi” mənalarını ehtiva edir.
Düşünmənin sistematik yoludur, yolda ( bilgi yolu ) olmaqdır. Düşünmə və sual vermək sənətidir. Filosof, bir şeyləri özünə dərd edər və sorğulayar. Sokratın da dediyi kimi: “Sorğulanmamış həyat, yaşamağa dəyməz.”

Fəlsəfə, zehni zənginləşdirər; çünki fəlsəfə oxuyan insan, bir çox bilgi növünü də incələmək məcburiyyətindədir.
Fəlsəfi sualları verə bilməsi üçün, insan, mövzudan xəbərdar olmalıdır. Filosof, bilgini səthi deyil, dərindən təhlil edər. Heç kimin ağlına gəlməyən, əhəmiyyət verilməmiş- sorğulanmağa dəyər görməmiş detalları belə sorğulayar.

Hər kəsin, həyat haqqında müəyyən bir dünyagörüşü, düşüncəsi və sualı vardır.
Filosofun sualları, gündəlik suallardan fərqlidir: Sistemlidir. İnsanın sualları, uşaqlıqda başlayar. Bəziləri, zamanla sual verməyi buraxıb, özünü həyatın axarına buraxar. Bəziləri isə, sualların arxasınca gedər; bu sualların müşayiəti ilə həyatına bir istiqamət verər. Fəlsəfə, bizi yenidən uşaqlıq dövrümüzdəki maraq ruhuna aparar.

Fəlsəfə, fərdi həyatlarımızı zənginləşdirər.
Dünyamızı genişləndirər. Yeni dərinliklər qazanar, yüni üfüqlərə açılarıq. Yeni fikirlər, bizim üçün təhlükəli ola bilər; çünki, bizi sabit fikirli, sakit həyatdan ayırıb, fırtınalı bir həyata sürükləyə bilər. İnsan, ancaq bunu gözə alarsa, hədəfinə çatması mümkün olar.

Fəlsəfə, problemləri həll etməkdə bizə kömək olar.
Filosoflar, “bilgi bilgisizlikdən yaxşıdır, şüur məsumiyyətdən daha dəyərlidir” prinsipinə bağlıdır. Doğruluqla yalnışlıq, gerçək ilə gerçək olmayan arasındakı fərq haqqında açıq bir fikirə sahib olmalıyıq. Fəlsəfə, bizi yalnış olanı təsdiqləməkdən, əhəmiyyətsiz-bəsit şeylərlə kifayətlənməkdən qoruyar. Bunu təmin edən şey, bilgiləri kor-koranə qəbul etmək ya da sorğulayıb mühakimə etmədən qəbul etmək deyil. Onu təmin edən şey; tənqidi şəkildə ayırd etməyimizi təmin edən fərziyyələrin, üsulların və meyarların, israrla və sistematik bir şəkildə ararşdırırlıb tədqiq edilməsidir.

Fəlsəfə, insanların gündəlik həyatlarına dair anlayışımızı zənginləşdirər. Öz həyatımızdakı peşə məqsədləri, əxlaqi dilemmalar və dini bağlanmalar kimi əhəmiyyətli problemlər mövzusunda rasional qərarlar verməyimizə imkan verər.

Fəlsəfə, inanclarımızı diqqətli bir şəkildə araşdırmağımızda, onların doğruluğunu göstərməyimizdə bizə kömək edər.
Beləcə, bağlılıqlarımızın köklərinə enməyə  köməkçi olar. Ön mühakimələrin və alışılmış inancların tiranlığı, sorğulanmamış sabit və qatı inancların qarşısında, insanı azadlaşdırar.

Fəlsəfə, ön fərziyyələri və dəyər mühakimələrini fərq edib tanıya bilməyimiz üçün müəyyən duyğular, düşüncələr və vərdişlər qazandırar. Şeylərin “necə”sini bilməyin xaricidə, şeylərin, “nə üçün” ünü soruşar, çünki bilməklə kifayətlənməz, anlamaqla da maraqlanar.

Fəlsəfə, insana, tutarlı bir şəkildə, müzakirə ustalığı qazandırar.
Filosof, müzakirə edərkən, qarşısındakının fikirlərinə, baxışlarına hörmətsizlik edib, onu təhqir etməz. Bu ustalıqdan istifadə edərək bir çox sahədə müvəffəqqiyyətli ola bilər. İnsan mövcudluğunun təbiəti haqqında qazandıqları qavrayışları, sənət sahəsində də istifadə edən filosoflar, bu sahədə də olduqca müvəffəqqiyyətli olmuşdur.

Fəlsəfə, bəlkə bizə daha yaxşı bir iş imkanı təqdim etməz, amma daha yaxşı-keyfiyyətli bir həyat təqdim edər.
Yaşadığımız şeylərin fərqindəliyinə vararaq yaşayarıq. Bir çox filosof yoxsul olaraq yaşamış, bəziləri isə düşüncələrinə görə mühakimə olunmuşdur. Amma Sokratın da dediyi kimi: “Ən əhəmiyyətli şey, həyat yox, yaxşı həyatdır.”

Fəlsəfə, ön mühakimələrimiz səbəbi ilə uzaq durmalı olduğumuz  bir şey deyil, əksinə, həyatımızın hər sahəsində, faydalanmalı olduğumuz bir şeydir.

Mənbə:  hepsi10numara.com
Müəllif: Safure Nermin Öz
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

XÖŞGÖRÜLÜ OLMAQ (TOLERANTLIQ)

295

Aktual  lüğətə görə : Xoş-fars, görmək-türkcə. Hər şeyi anlayışla qarşılayaraq ola bildiyi qədər xoş görmə vəziyyəti deməkdir. Eyni anlamda olduğu  tolerantlıq, dözümlülük: tolérer-qaldırmaq, dözmək.

Xoş görmək, hadisələrə ön mühakiməsiz yaxınlaşmaqdır. Ümumiyyətlə xor görülən məsələlərə tənqidi baxmaqdır. Xoş görmək bağışlamaq, ya da icazə vermək deyil. Hadisələri və faktları “rədd etməmək”dir. Əslində bir hərəkət deyil . Hərəkətsizlik olduğu deyilə bilər. Çünki bir iş tələb etmir. Tam əksinə, tolerant olmamaq bir hərəkətdir. Xoşgörülu olmayan kimsənin bir əskiklik çəkdiyi və artıqdan məşğul olduğu deyilə bilər.

Tolerant olmamaq, ictimai bir canlı olan insanın birlikdə yaşamaq, fərqlilikləri eyni məxrəcdə görüşdürmək xüsusiyyətini rədd etməkdir. Ən böyük qabiliyyət olan ünsiyyətə maneçilik törətməkdir. Hər hansı bir hadisəyə xoşgörüşsüz yaxınlaşmaq təbiətə və kainata ziddir . Heç bir şey tam olaraq rədd edilə bilməz. Ən qatı qaydaların belə istisnaları vardır. Yazı tolerantlıq haqda olduğu üçün tolerant olmamağa da xoşgörülü baxmalıyıq. Çünki bu, o cümlədən bütün təriflər üzərində uzlaşdığımız şeylərdir və hər şey hər an dəyişə bilər. Bu dəyişməyə varkən heç bir şeyi tam olaraq rədd etməməli, ən azından düşünə bilməliyik. Bir hadisə, obyekt ya da davranışdan çox , ən azından bir fikirə dözə bilməliyik. Nəyin doğru olduğu hər kəsə bağlı olduğu üçün tək olanı göz ardı edə bilmərik.

Tolerantlıq fəlsəfi bir işdir. Fəlsəfə dediyimiz “sonsuz maraq anlayışı”, təbii olaraq xoşgörüşlüdür. Yalnız bunu ifadə etmək əbəsdir. Hazırda bir dözümsüzlük yoxdur. Fərqli fikirlərə qatlanmayan, eqoist şəxsiyyətlərin olmadığı hallara, xoşgörüşlü vəziyyətlər deyilir. Tarixdən və insanlıqdan nümunələr verilə bilər. İlk insanlardan bəri bir yerdə yaşamaq, bir-birinə dözə bilmək ortaq bir anlayışdır. Fərqli kəsləri və bununla birlikdə fərqli fikirləri ortaq bir ideala fokuslamaq xalqların, inancların meydana gəlməsində ana faktordur. İnsanlar bir-birini xoş görməmiş olsaydı hələ də bir-birini öldürüb oğurladıqlarını yeyən primitiv canlılar olardıq. Empati qurmasaq, mərhəmət etməsək danışmaq belə mümkün olmazdı.

Başqa bir adamın həyatını mühakimə mənə görə deyil. Yarğılamalı, seçməli, heçə saymalıyam, ammayalnız özüm üçün. HermanHesse

Anlaşılmazlıq insanın ən böyük xəstəliyidir. Tolerantlıq isə ən böyük çarəsi. Volter

Adam öz yoluna inandıra bilməsi üçün başqasının yolunun səhvini sübut məcburiyyətində deyil . Paulo Coelh

Din  ayaqqabı kimidir. Özünə uyğun bir dənəsini tap və gey. Amma ayaqqabılarını mənə geydirməyə çalışma. George Carlin

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +34 (from 36 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

UŞAQLARI NECƏ TƏRBİYƏ EDƏK?

uşaq-tərbiyəsi

Valideyn ilk növbədə anlamalıdır ki, uşaq artıq bir şəxsiyyətdir.

“Uşaqlar gələcəyimizdir “deyirik. Bəs bu gələcəyi necə qururuq? İstəklərimizə uyğun, yoxsa düzgün şəkildə?

Hər bir valideyn övladını sevir, onu gözəl insan görmək istəyir. Hansı valideyndən soruşsaq ki, “Övladınızı necə bir insan görmək istəyirsiniz?”, bütun valideynlər ən müsbət xarakter xüsusiyyətləri sadalayacaq; məsuliyyətli, ağıllı, dürüst, ləyaqətli və s. Amma bunu istəmək çox azdır. Bu xüsusiyyətlər öz-özünə formalaşmır. Onların formalaşması üçün uşağın daxilindəkiləri anlamaq, ora varmaq lazımdır. Bu varma onun daxilinə “qarışmaq” yox, daxildə olanları aşkara çıxarmaq üçün olmalıdır.

Valideyn ilk növbədə anlamalıdır ki, uşaq artıq bir şəxsiyyətdir. Özünün  şəxsi hissləri, istəkləri, arzuları olan insandır. O bizim əksimiz deyil. Onun dünyası özünün qavradıqları ilə formalaşır. Uşağın parlaq dünyasına yersiz müdaxilələrlə, özümüzə tam tabe etmək istəyiylə arzularımızın əksi olan bir insan formalaşdıracağıq. Çünki biz görmək istədiyimiz bir fiqur yaratmaq istəyirik.

3 yaşlı uşaqda “mən ” formalaşmağa başlayır. O, özünü sübut etməyə  çalışır. “Artıq mən varam”, “Mənim istəklərim var”, “Hesablaşmalısınız” mesajlarını verir. Bu dövr “3 yaşın böhranı” adlanır. Bu dövrdə böyüklər uşağın müstəqilliyini, sərbəstliyini lazımi şəkildə təmin edərlərsə, çətinliklər aradan qaldırıla bilər. Uşaq anlamalıdır ki, siz onu bir insan kimi qəbul edir, istəklərinə, tələbatlarına önəm verirsiniz. Lakin biz övladlarımızı heç 18 yaşında da sərbəst görmək istəmirik, onlarla hesablaşmır, fikirlərini önəmsəmirik. Axı o əşya deyil, niyə bunu anlamırıq? Bəyənmədiyimiz hərəkətlərini gördükdə misallar gətiririk: “Biz atamız evə gələndə bunu edərdik.”, “Biz valideynimizin yanında bunu etməzdik”. Deməli, biz özümüz kimi davranmırıq. Atamızı necə görmüşüksə, özümüz də elə ata olmaq istəyirik. Hətta çox zaman bundan narazı olsaq belə. Çox az hallarda valideyn öz düşüncəsi, şəxsi təcrübəsi əsasında tərbiyə üsulu seçir.

uşaq-tərbiyəsi

Usağı istədiyimiz zaman döyə bilirik. Niyə?

Hər zaman aktual olan daha bir üsul. Usağı istədiyimiz zaman döyə bilirik. Niyə? Çünki o bizdən gücsüzdür, hərəkətimizin qarşılığında bizi döyə bilməz. Güclü olduğumuzu uşağa sübut etməyə çalışırııq. Nəticədə çox zəif və aciz olduğumuzu ortaya qoyuruq. Güc, zor bir anın məsələsidir və ən asan üsuldur. Tərbiyə isə uzunmüddətli və çox çətin bir prosesdir. Tərbiyə insandan böyük əmək istər. Cəza və rəğbətləndirmə tərbiyədə istifadə olunan üsullardır. Lakin cəzadan da tərbiyəli şəkildə istifadə etmək lazımdır. Küçədə uşağınız ağlayırsa, zorla nəyisə almanızı istəyirsə, bu sizin düzgün olmayan tərbiyənizin nəticəsidir. Bundan pərt olduğunuz uçun onu küçədə döyürsünüzsə, bu da sizin ciddi nöqsanınız və günahınızdır. Bu ərköyünlüyün əsasını siz qoymusunuz. Bəzən elə xırda, həm də bilmədən etdiyi bir xəta üzündən uşağı elə ciddi cəzalandırırıq ki, növbəti dəfə o belə bir hadisə baş verəndə bunu gizləyir, yalan danışır. Daha bir mənfi xüsusiyyət-yalançılığın əsası qoyuldu.

Övladınızı yaşıdlarıyla, qonşu uşaqlarıyla müqayisə edir, onlardan daha zəif, bəzən yaramaz biri olduğunu sübut etmək istəyirsiniz. Bununla da uşaqda neqativ hisslər, paxıllıq özünü göstərəcək. O həm başqalarının uğurunu qısqanacaq, həm də özünə inamı itirəcək. Maraq göstərdiyi bir işə, məsələn şəkil çəkmək istəyinə “Sən rəssam ola bilməzsən” deməyin. Onsuz da əgər bu istedadı yoxdursa, o bunu zamanla hiss edəcək. Amma sizin bu cür yanaşmanız, onun bəlkə də çox faydalı ola biləcəyi bir sahəyə həvəsini azaldır, yenə də inamını məhv edirsiniz. Hər zaman çalışın ki, hər hansı fəaliyyət növü ilə bağlı uğursuzluğunu, bütövlükdə şəxsiyyətinə aid etməyin.
Bir çin atalar sözündə deyilir : “Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız uçub gedər.”
Əziz valideynlər, övladınızla dost olun, ona bir şəxsiyyət kimi yanaşın, problemlərin həllində onların da fikrini soruşun, suallarını mütləq cavablandırın. Övladınıza dəyərli olduğunu hiss etdirin və özünə güvənli bir insan yetişdirin.

Müəllif: Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 32 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FƏLSƏFƏ GƏRƏKDİRMİ?

fəlsəfə-gərəkdirmi?

Fəlsəfə, ön maraq anlayışı olaraq insanın özünə xas xüsusiyyətləriylə əlaqəlidir

Fəlsəfə, maraq anlayışı olaraq insanın fitrətinə xas xüsusiyyətləriylə əlaqəlidir. Həyatın fərqli və tənqidi bir davranışı olduğu deyilə bilər. Çünki insan özünü önə çıxarıb, təbiətin digər üzvlərindən fərqli həyat sahələrinə sahib olmuşdur. İnsanın öz içində fərqliləşərək insanlıq təbiətini meydana gətirdiyi deyilə bilər. İnsanın həyatın içindəki çeşidlənməsi fərdin fərqli xüsusiyyətlərinə, fərqli həyat formalarına gətirib çıxarmışdır.

İnsan təbiətdən ayrılarkən öz içində də bəzi ayrılıqlar yaşamışdır. Təbiətə yadlaşarkən özünə də yadlaşmışdır. Başlanğıcda heyvanlardan fərqləndirən maraq və ünsiyyət keyfiyyətləri, sonralar insanı özünə də yadlaşdırmışdır. Maraqlandıq dəyişdik, bununla kifayətlənmədik və  istehsal etdik. Həyatın özünə aid bu fərqliliyi 3 nöqtələrdə yaşadıq. Bu maraq, istehsal, sorğulama və dəyişmə xüsusiyyəti daha sonralar fəlsəfə adıyla tanınacaq. Təbiəti sorğulayıb ondan şübhə etməyə zəka, düşüncə, inkişaf dedik. İnsanı sorğulayıb, insanlığı düşünməyə də fəlsəfə deyə bilərik.

Əkinçilik ilə oturaq həyata keçən insanlar qidalanmaq və həyat qayğısı güdməkdən fərqli şeylərə vaxt tapdılar. Dil inkişaf etdi. Əlaqə artdı. Alver çoxaldı. Paylaşacaq şeylər artdı və həyati ehtiyaclar tamamlandı. Sonrası əylənməyə qalmışdı. Əylənməkdən başqa daha fərqli nə edə bilərik? -deyə düşünənlər oldu. İnsanın bura qədərki yolçuluğunu və bundan sonrakı yolunu maraqlananlar oldu. İnsanlığı mövcud inkişafa gətirən maraq, indi özündən sonrakını sorğulayırdı.

Fəlsəfə lazımlıdırmı? Fəlsəfə insanın təbiətindən gəlir. Təbiətdəki minlərlə növün arasındakı insanlıq kimi, fəlsəfə də insanlıq içində “nadir”dir. Həyatı və ona aid elementləri maraq etdiyimiz müddətcə lazımlıdır, həyatidir. Bizi bu günlərə gətirən “marağın marağı”dır.

RİÇARD DAVKİNSFəlsəfə hansı ehtiyaclardan doğumuşdur? Həyatın ehtiyacı nədir? Həyatın ehtiyacı nəysə,  fəlsəfə də onun ocağıdır. Həyatı, insanı inkişaf etdirən hər şeydə fəlsəfə vardır. Hadisələrin ardına baxmaq, anlamağa çalışmaq, qurğulamaq, qane olmamaq, həyat orqanizminin ən orijinal xüsusiyyətləri fəlsəfənin içində birləşmişdir. Məxluqatın və içindəki insanın ən diqqətə çarpan yanı ünsiyyət də bunun vasitəsidir. Təbiətin mənfi təsirlərindən sıyrılmaq üçün “düşüncənin düşüncəsi” olaraq insanlığın böyük bir ehtiyacını qarşılamışdır. Bu gün də təbiətin və həyatın qətl edilməsi qarşısında iştirak etməkdədir. İnsana dair nə varsa onun ardına baxmaqda fəlsəfəyə ehtiyac duyulmuşdur. Daha əvvəl söylədiyimiz kimi, insanlıq qədər nadirdir. Ancaq kainatdakı bir möcüzə şəklində təxəyyül edə bilərik. Çox kiçik bir yer tutur, ancaq təsiri çox böyükdür.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus