DÜNYADAKI ƏN NADİR ŞƏXSİYYƏT TİPİ: INFJ

Xüsusi

Şəxsiyyət xüsusiyyətlərinizin,  dünya əhalisinin sadəcə 1,5 -nin sahib olduğu bir şəxsiyyət tipinə bağlı olduğunu bilsəniz, nə hiss edərdiniz?

Dünya miqyasında etibar edilən Myers – Briggs şəxsiyyət testi, məşhur psixiatr Carl Yung-un təlimlərindən yaranmışdır. Carl Yung-un nəzəriyyəsi, bütün insanların dünyanı necə gördüklərinin 4 əsas fiziloji funksiyaya bağlı olduğu idi. Myers – Briggs -ə əsasən bunlar, yəni qavrayış, sezgi, duyğu və düşüncə fərqli ağırlıqlarla bir araya gələrək 16 fərqli şəxsiyyət tipini meydana gətirir. Bu şəxsiyyət tiplərinin dünyada ən nadir tapılanı, dünya əhalisinin təxminən 1,5-ni əmələ gətirən INFJ -dir.

İNFJ ŞƏXSİYYƏT TİPİ NƏ DEMƏKDİR?

I – İntrovert ( içə dönük )

N – Intuitive ( duyumsal )

F – Feeling ( Hiss mərkəzli )

J – Judging ( Mühakimə edici )

Müşahidə edici, maraq dolu və prinsiplərinə bağlı bir xarakter olan INFJ, çoxluq əvəzinə az sayda dosta, gurultu əvəzinə sakitliyə üstünlük verən sakit bir şəxsiyyət tipidir. Konkret yox mücərrəddir, kiçik detallarda boğulmayaraq böyük rəsmi görməyi bacarır. İnsani duyğuları obyektiv dəyərləndirmələrin önündə tutan INFJ, sosyal əlaqələri məntiqdən daha çox önəmsəyir.

INFJ -nin bu qədər nadir olması, çoxlarının toplumsal həyatda ayaqda qalmaq üçün dəyişmək məcburiyyətində olmaqlarına bağlanır. Doğuşdan gələn xüsusiyyətlərini əngəlləmək, ətrafları tərəfindən daha qəbul edilə bilən bir xarakterə bürünmək məcburiyyətində qalmaları, içə dönük və duyumsal xüsusiyyətlərini itirməklərinə səbəb olur.

INFJ – ni, DİGƏR ŞƏXSİYYƏT TİPLƏRİNDƏN AYIRAN 10 ÖZƏLLİK:

1. Dünya ilə güclü bir bağları var: İnsanlar ətraflarında olub keçənin  çoxsunu fərq etməz ikən, INFJ şəxsiyyət daha algısal, alıcıdır. Çevrələri və eləcə də digər insanlarla daha möhkəm bağlar qurur, anlam yükləyirlər. Buna görə də bu şəxsiyyət tipinin digər insanlara kömək edə biləcəkləri peşələr seçməsi təsadüfi deyil.

2. İdealist və qərarlıdırlar: Eleanor Roosevelt ve Nelson Mandela kimi iki önəmli liderin INFJ şəxsiyət tipinə malik olması, bu xarakterin idealizmiylə bağlı bir fikir verir. Başqasının duyğularını anlama bacarıqları ilə insanları özlərinə heyran edən INFJ-lər, dünyanı sadəcə olduğu kimi yox, olmasını istədikləri kimi görməyi bacarırlar.

3. Qərar vermə müddətləri uzundur: Bütün variantlarını dəyərləndirməyi sevən INFJ, qərar verə bilməməsiylə bəzən ərafındakıları dəli edə bilər.

4. Stres altında ikən özləri olmaqda çətinlik çəkirlər: INFJ-lərin digər şəxsiyət tipləri ilə müqayisədə stresi daha çox hiss etmələri, bu basqı altında özləri kimi olmamaqlarına səbəb ola bilər. Topluma ayaqlaşmaq, onlar üçün bir növ mübarizə mexanizması halına gələ blər.

5. Öyrəndiklərini hissləri ilə əlaqələndirirlər: INFJ-lər yeni öyrəndikləri bilgini, duyğuları ilə əlaqələndirdikləri zaman, öyrəndiklərini uzun müddət yadda saxlamaqları və təkrar xatırlamaları asanlaşır.

6. Anlamlı münasibətlərin axtarışındadırlar: Onları həqiqətən anlayan az sayda insanı, sıradan bir çox insanla çevrələnməkdən üstün tutan INFJ, adətən münasibətlərində də idealist və mükəmməliyyətçi olduğu üçün bəzən çətinlik çəkir.

7. Dürüst reaksiyalara dəyər verirlər: İstər yumşaq olsun, istərsə sərt, INFJ-lər dürüst olduğu müddətcə, şərhlərə və reaksiyalara dəyər verir. Eyni şəkildə, özərindən də soruşulduğu müddətcə, öyüd və tövsiyyə verməyi sevən inanlardır.

8. Pozitiv iş şəraitlərində hamıdan daha məhsuldar olurlar: Heç kim, neqativ enerjinin yayıldığı bir yerdə işləmək istəməz, amma INFJ  bu mövzuda ən həssas şəxsiyət tipidir. Bununla yanaşı, poztiv bir iş şəratindən ən çox fayadalananlar da onlardır.

9. Sakit və uyumludurlar: Yaxşı dinləyici olan, içə dönük INFJ şəxsiyyət titpi qarışıq problemlərlə üzəşməkdə adətən problem yaşamır. Yanlarında özlərini narahat hiss etdikləri və ya onlara qarşı əks reaksiyası olduğunu düşündükləri insanların yanında isə adətən içlərinə çəkilirlər.

10. Təbiətdə olmağı çox sevirlər: Dünyaya bağlı, həssas şəxsiyyətləri və stresə qarşı verdikləri reaksiyadan anlaşıldığı kimi, INFJ-lər həmişə daha hüzurlu ortamların axtarışındadır. Bu səbəblə, şəhərdənsə təbiətə üstünlük verir, mümkün qədər yaşıla və maviyə yaxın yaşamağa çalışırlar.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

MÜASİR DÖVRÜN KABUSU: TƏXİRƏ SALMAQ VƏRDİŞİ

Müasir dövrün kabusu: Təxirə salamq vərdişiƏgər siz, önəmli işlərinizi davamlı olaraq təxirə saldığınızın fərqindəsinizsə, tək deyilsiniz.

Təxirə salmaq, gecikdirmək kimi mənalarda olan “procrastination” bir çox insanın yaşadığı bir prosesdir. Özünüzü, bu vəziyyətə çox vermək, potensialınızı ortaya çıxarmağınıza və uğura nail ola bilməyinizə əngəl ola bilər.

Təxirə salmaq vərdişi nədir?

Təxirə salmaq vərdişi, sadə bir təriflə, müəyyən bir anda etməli olduğunuz şeyi etmək yerinə, daha çox keyif aldığınız və ya sizi daha yaxşı hiss etdirən şeylər edərək etməyiniz lazım olan şeyi təxirə salmaq davranışdır. Digər bir təriflə, uzun müddətli işlər yerinə, qısa müddətli keyifləri seçmək halıdır.

Psixoloq Professor Clarry Lay’a görə, təxirə salma, edilmək istənilən və etmək məcburiyyətində olunan davranışlar arasında müvəqqəti fərqliliklər olmasından qaynaqlanır. Yəni təxirə salmaq, insanların bir işi etmək istədiyi zamanla, etdikləri zaman arasında fərq olması səbəbiylə ortaya çıxır.

Təxirə salmaq vərdişinə qalib gəlmək.

Təxirə salmaq  davranışını nəzarət altına ala bilmək üçün, müəyyən addımları təqib etməyinizlazımdır. Bu addımlar qısaca; təxirə salmağa başladığınız anı fərq etmək, davranışınızın səbəblərini anlamaq və zamanınızı idarə edə bilmək üçün aktiv şəkildə addım atmaqdır.

1-ci addım: Fərqinə varın.

Təxirə salmağa başladığınız anı fərq edə bilmək üçün, əhəmiyyətli olan özünüzə qarşı dürüst olmağınızdır. Təxirə salmaq davranışının ən çox görülən əlamətləri:

Çalışmağa, prioritet sırasında sonlarda olan işlərdən başlamaq.
Hərəkətə keçmək yerinə etməyiniz lazım olanlar üzərində təkrar təkrar düşünmək.
İşinizin başına oturduğunuz an, yenidən vanna otağına  getmək və ya qəhvə hazırlamaq  kimi ehtiyaclarınızın doğulması.
Əhəmiyyətli olsa belə, ediləcəklər siyahısından uzun müddət silmədiyiniz işlərinizin olması.
Müəyyən işlərinizi etmək üçün həmişə “doğru zaman” ı gözləmək.

Önəmli olmayan işlərinizi təxirə salmaq və ya etməyiniz lazım olan şeyləri keçərli bir səbəblə təxirə salmaq bura daxil deyil. “Təxirə salmaq” vərdişinin əlamətlərindən biri, etmək istəmədiyiniz şeylər üçün davamlı Müasir dövrün kabusu: Təxirə salmaq vərdişiolaraq bəhanələr yaratmaqdır.

Clarry Lay’in təxirə salma davranışı haqqında 1986-cı ildə Journal of Research on Personality’də nəşr olunan məqaləsinə görə; bu davranış, müvəffəqiyyət, enerji və ya özünə inam hisslərindən asılı olmayaraq reallaşar. Digər bir deyimlə, qabiliyyətlərinizə güvənməyiniz, enerjinizin yüksək olması ya da bacarmaq əzmi, etməniz lazım olanları etməməyinizə maneə deyil.

2-ci adım: Səbəblərini tapın.

İşlərinizi davamlı olaraq təxirə salmağınızın səbəbi, sizinlə və ya etməli olduğunuz işlə əlaqədar ola bilər. Lakin səbəbin tam olaraq hansı olduğunu müəyyən etmək, bu istənilməyən davranışı məğlub edə bilmək üçün doğru üsulu seçməyinizə yardımçı olacaq.

Etməli olduğunuz iş sizə keyif vermirsə: Bu nöqtədə, o işləri təxirə salmaq yerinə, işinizin əyləncəli qisimlərinə fokuslanmaq və sizə keyif verməyən yönləri ilə bağlı işləri bir an öncə bitirmək çözüm olacaqdır.

Proqramsız çalışmaq: İşlərinizi davamlı olaraq təxirə salmağınızın  səbəbi proqramsız çalışmaqdırsa; nizamlanmaq, prioritet sırasına görə hazırlanmış bir ediləcəklər siyahısı hazırlamaq və proqramınıza bağlı qalmaq, daha idarəli hərəkət etmənizə köməkçi olaraq sizi bu davranışdan qurtaracaq.

Müvəffəqiyyət qorxusu: Müvəffəqiyyətsizlik qorxusu qədər müvəffəqiyyətdən qorxmaq da, təxirə salmanın səbəbi ola bilər. Sizi sıxan işləri  müvəffəqiyyətlə tamamlamağın, eyni cür işləri daha çox etməyinizə səbəb ola biləcəyi düşüncəsi, etdiyiniz işi gecikdirməyinizə səbəb olur.

Mükəmməlliyyətçilik: Qəribə  olsa da, mükəmməliyyətçilik, təxirə salmanın ən çox rast gəlinən səbəblərindəndir. Ediləcək iş üçün özünüzü kafi görməmək və ya  ən yaxşı şəkildə necə edəcəyinizə qərar verə bilməməyiniz, təxirə salmaq yolunu seçməyinizə səbəb ola bilər.

Qərarsızlıq: Təxirə salmağın əhəmiyyətli səbəblərindən bir digəri də, qərarsızlıqdır. Nəyi əvvəl edəcəyinizi seçə bilməmək, səhv başlanğıclar etmə qorxusu ilə birlikdə, təxirə salma davranışına sürükləyər.

3-cü addım: Strategiya yaradın.

Təxirə salmaq vərdişi alışqanlığa çevrilibsə, bu alışqanlıqdan qurtulmaq zaman ala bilər. Aşağıdakı tövsiyyələr, fərqli səbəblərlə təxirə saldığınız işləriniz üçün motivasiyanızı artırmağınıza yardımçı olacaq.

Özünüzü mükafatlandırın: Etməli olduğunuz önəmli bir işi tamamladığınız zaman fasilə verin və özünüzü mükafatlandırın.
Kömək istəyin: Ətrafınızdan birini, sizi yoxlaması üçün vəzifələndirin. Kontrol hissinin üzərinizdə yaradacağı basqı, sizi hərəkətə keçirə bilər.
Düşünün: İşinizi etməyəndə qarşılaşabiləcəyiniz mənfilikləri düşünmək, sizi motivasiya edə bilər.
Maliyyətinizi hesablayın:  Əgər başqası üçün çalışırsınızsa; yaxşı bir çalışan olma istəyi və məsuliyyət duyğusu, işlərinizi bitirməniz üçün lazım olan itələyici güc ola bilər.

Təxirə salmağınızın səbəbi, təşkilatçılıq olmadan çalışMüasir dövrün kabusu: Təxirə salmaq vərdişimağınızdırsa, planlı olmağınıza köməkçi ola biləcək  tövsiyyələr:

Ediləcəklər siyahısı hazırlayın. Beləliklə, önəmli işlərinizi unutmazsınız.
Öncəlik sıranızı müəyyən edin. Vaxtınızı daha məhsuldar istifadə edə bilmək üçün öncəlik sıralamasında yuxarıda olan maddələrdən başlayın.
Zaman məhdudiyyəti olan hədəflər qoyun. Beləcə, işlərinizi təxirə salmaq  üçün vaxtınız qalmaz.
Adım-addım irəliləyin. İçində olduğunuz anda, sadəcə o an etdiyiniz işə fokuslanın.

Etdiyiniz işin məsuliyyəti artıq gəlirsə və ya iş sizi sıxırsa, etməyiniz gərəkli olan yanaşma bu şəkildədir:

Bölün: Layihənizi daha kiçik və gerçəkləşdiriləbilən hissələrə ayırın. Hər hissəni  o ankı hədəfiniz olaraq müəyyən edin.
Kiçik addımlarla başlayın: Hər bir addımı tamamladıqca, bir sonrakı üçün motivasiyanız artacaq.

Son olaraq, təxirə salmaq yoluna müraciət etməyinizin səbəbi, işinizin sıxıcı olduğunu hesab etməyinizdirsə,

Gözünüzdə böyütməyin. Etməli olduğunuz iş, düşündüyünüz qədər sıxıcı olmaya bilər. Qərar vermədən öncə təcrübə edin.
Mənfilikləri düşünün. Etmədiyiniz işin yarada biləcəyi mənfi nəticələri xəyal edin.
Mükafatlandrın. Keyif almadığınız bir işi tamamladığınız zaman, özünüzü mükafatlandırmağı unutmayın.

Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook