OŞO – “EMOSİYALAR”

Xüsusi

KİTABDAN SEÇMƏLƏR:emosiyalar

Nə qədər ki vaxtınız, imkanınız var, özünüzə “qərq” olun, özünüzü müşahidə edin. Özünüzə yenidən, daha yaxın gedin, öz varlığınızın həqiqətinə daha çox yaxınlaşdıqca, özünüzü daha çox anlayacaqsınız.

Əgər siz hirsinizi tökdüyünüz adam ağıllı adamdırsa, burda heç bir problem yoxdur. O razı olacaq ki, siz hirsinizi ona töküb sakitləşəsiniz. Amma elə ki, hirsinizi tökdüyünüz adam nadandır – o sizə reaksiya verəcək. O da hirsini sizə tökəcək. O sizin üstünüzə daha çox hirs tökəcək. Bu halda zəncir yaradırsınız, hirsinizi ona tökürsünüz, o da sizə. Sonda düşmən olursunuz.

Hirsinizi heç kimin üstünə tökməyin.
Hirsiniz də qusmaq kimi bir şeydir. Qusmağınız gələndə gedib kiminsə üstünə qusmursunuz axı. Hirsi də qusmaq kimi qaytarmaq lazımdır. Qusmağınız gələndə hamama gedib qusursunuz, bütün bədəniniz təmizlənir. Əgər qusmasanız, bu bədəniniz üçün çox təhlükəlidir. Qusanda isə bədəniniz təmizlənir, boşalır, sanki ağır yükdən xilas olur, sağlam olursunuz. Yediyiniz yeməkdə nəsə bir problem olmuşdu, qusmaqla ondan imtina etmiş oldunuz.

Birincisi odur ki, reaksiya ilə cavab arasında fərq var. Reaksiya başqa şəxs tərəfindən idarə olunur. Kimsə sizi təhqir edir, siz acıqlanırsınız, siz acıqlı hərəkət edirsiniz. Bu, reaksiyadır. Müstəqil deyilsiniz, istənilən adam sizi bu və ya digər başqa yola çəkə bilər. Sizə tez təsir etmək olur, siz asanlıqla şantaj olunursunuz. Reaksiya emosinal şantajdır. Siz acıqlı deyildiniz. Kimsə sizi təhqir etdi, onun təhqiri sizdə acıq oyatdı, indi sizin hərəkətinizə səbəb də acıqdır.
Cavab isə azadlıqdan doğur. Cavab başqa bir şəxsdən asılı deyil. Başqa adam sizi təhqir edə bilər, amma siz acıqlı olmursunuz. Əksinə siz fikirləşirsiniz, götür-qoy edirsiniz, öz-özünüzə sual verirsiniz ki, axı o sizi niyə təhqir etdi? Bəlkə o təhqir etməkdə haqlıdır? Əgər həqiqətən də belədirsə, siz ona hirslənməkdənsə ona minnətdar olmalısınız.
Bəlkə sizi təhqir edən səhv edib? Əgər o səhv edibsə, niyə onun səhvi ucabtından ürəyinizi hirslə zədələməlisiniz?

Alkoqol insanı necə kor edirsə, emosiyalar da eləcə kor edir.

Qəzəbin psixologiyası belədir ki, siz nəyisə istədiniz, kimsə sizə onu əldə etməkdə mane oldu. Kimsə yolunuzda durdu. Sizin bütün enerjiniz nəyisə əldə etməyə yönəlir, kimsə bu enerjinin yolunu kəsdi, siz istədiyinizi ala bilmədiniz. Bax, onda bu alt-üst edilə enerji qəzaba dönür – arzunuzu həyata keçirmək imkanınızı darmadağın edən, sizə mane olan o şəxsə qarşı.

İrəliyə doğru hərəkət edin, daha dərinliyə gedin, elə bir yerə çatacaqsınız ki, orda qəzəb yoxdur.
İçinizdə, mərkəzdə heç bir qəzəb yoxdur.

Qəzəb heç vaxt mərkəzdən gəlmir, o, eqodan gəlir. Eqo da saxta obyektdir.

Əgər siz içinizin daha dərinliyinə getsəniz, görərsiniz ki, qəzəbiniz kənardan, çöldən gəlir, mərkəzdən yox. Qəzəb mərkəzdən gələ bilməz, mərkəzdə boşluqdur, tamamilə boşluq. Qəzəb eqodan gəlir, eqo isə cəmiyyət tərəfindən yaradılan saxta obyektdir, o nisbidir. Qəflətən kimsə sizə “zərbə” endirir, budur, eqo incidilir, qəzəb peyda olur.

Sizin bütün varlığınız içinizdə boğduğunuz qəzəblə zəhərlənib. Siz qəzəblə yeyirsiniz. Qəzəblə yeməyən şəxsi müşahidə etsəniz,  görərsiniz ki, onun fərqli keyfiyyəti var, ona baxmaq xoşdur, çünki o, qəzəblə yemir. Ola bilsin ki, o ət yesin, amma qəzəblə yemir. Ola bilsin ki, siz tərəvəz, meyvə yeyirsiniz, əgər içinizdə qəzəb boğmusunuzsa, siz qəzəblə yeyəcəksiniz. Çünki yemək yeyərkən dişləriniz və ağzınız vasitəsilə içinizdəki qəzəbi çölə çıxarırsınız.Siz ağzınızdakı yeməyi elə əzirsiniz ki, sanki düşməninizdir.

Qəzəbinizi kiminsə üstünə tökməyinizə ehtiyac yoxdur. Qəzəbli olanda hamama girə bilərsiniz, piyada uzun bir yol gedə bilərsiniz. Bu o deməkdir ki, içinizdə olan qəzəbdən azad olmaq üçün sürətli fəallıq lazımdır. Qəzəbli olanda yavaş sürətlə qaçın, onda görəcəksiniz ki, qəzəbdən azad olmuşsunuz. Ya da heç qaçmayın, yastığı götürüb onu əzişdirin, dişləyin. Onda əlləriniz və dişiniz sakit olacaq. Cəmi beş dəqiqəlik katarsis nəticəsində siz sakitləşəcəksiniz, sanki yükdən azad olacaqsınız. Bircə unutmayın ki, qəzəbinizi başqasının üstünə tökmək axmaqlıqdır.

Xalis qəzəb gözəldir, çünki bütövdür, içində hər şey var. İsanın başına gələnlərə bir baxın. O bir gün böyük bir məbədə gedir, orada pul dəyişənləri və onların masalarını görüb cin atına minir, qəzəblənir – mərhəmətin və sevginin içində olan eyni enerji. Yalın əllə, siahsız bütün pul dəyişənləri qovub məbəddən çıxardır, onların masalarını aşırdır. Həqiqətən də o çox qəzəbli olub. Çünki bir neçə puldəyişəni məbəddən yalın əllə qovub çıxarmaq o qədər də asan deyil.
Onun içindən gələn qəzəb əsl, xalis qəzəb idi.

Dediyim odur ki, heç kimin qəzəbdən əzab çəkməyinə ehtiyac yoxdur. Sadəcə, qəzəbinizi dərk edin, həmişə ayıq-sayıq olun. Qəzəb qalxanda onu dərk etməklə siz onu dəyişəcəksiniz. Qəzəbini dərk edən şəxs qəzəbli olmur, tamahkarlığı dərk edən şəxs tamahkar olmur, qısqanclığı dərk edən şəxs qısqanc olmur. Dərk etmək- qızıl açardır.

Qəzəbin niyə baş verdiyini anlamağa çalışın.
Anlayın görün o haradan qalxır, onun kökləri haradadır.
Onun necə baş verdiyindən agah olun, onun sizə necə qalib gəldiyini öyrənin, anlayın görün qəzəbli olanda siz dəliyə necə dönürsünüz.
Qəzəb əvvəllər də olub,
indi də baş verir.
Ancaq indi ona bir element də əlavə edin.
Bu elementin adı anlamaqdır.
Onda qəzəbin keyfiyyəti dəyişəcək.
Bundan sonra yavaş-yavaş,
tədricən anlayacaqsınız ki,
siz qəzəbi nə qədər çox anlasanız
o bir o qədər də az olacaq.
Elə ki, siz qəzəbi tamamilə anlayırsınız
onda o yox olur.
Anlama istilik kimdir.
İstilik müəyyən dərəcəyə – 100-ə çatanda su yox olur.

Deyirlər ki, qəzəb pisdir.
Hamı sizə qəzəbin pis olduğunu deyib, amma heç kim sizə deməyib ki, qəzəbi necə anlamaq olar.

Hamı deyir ki, seks pis şeydir. Sizə öyrədiblər ki, seks çox pisdir. Amma heç kim seksin nə olduğunu, onun nə olduğunu öyrəməyi sizə deməyib. Seks haqqında atanızdan soruşun, o dəqiqə özünü narahat hiss edəcək. O deyəcək: “Belə pis şeylər haqda danışma!” Amma axı onun pis dediyi bu şeylər faktdır. Hətta, atanız da bu pis “fakt”dan xilas ola bilməyib, belə olmasaydı, siz heç dünyaya gəlmzədiniz. Siz əsl faktsınız.

Bir şeyi də unutmayın-
axtaran üçün bunu anlamaq çox vacibdir.
Öz faktlarınızla bir yerdə qalın,
Onları öyrənməyə cəhd edin.
Cəmiyyəti izləməyin
Cəmiyyətin ideologiyasını özünüzə tətbiq etməyin.
Özünüzə başqalarının gözüylə baxmayın.
Axı öz gözləriniz var, siz kor deyilsiniz.
Öz daxilinizdə faktlarınız var.
Öz gözlərinizi işlədin!

Öz ideyalarınızın, fikirlərinizin, bu vaxta qədər qəbul etdiklərinizin əksi olanla qarşılaşdığınız an, qızıl bir andır. Əgər qarşılaşdığınız düzdürsə, ondan niyə qorxasınızki?

Qısqanclıq müqayisədir.
Biz isə müqayisə etməyə öyrəşmişik.
Biz müqayisə etməyə öyrəşmişik, həmişə müqayisə etməyə adət etmişik.
Kiminsə qeşəng evi var,
kiminsə daha yaxşı bədən forması,
kiminsə çoxlu pulu var.
Kiminsə daha çox xarizmatik şəxsiyyəti var.
Yanınızdan keçən istənilən şəxslə müqayisə edin özünüzü
Nəticə – qısqanclıqdır…
Bax, müqayisə etməyə adət etməyin “meyvə” si budur.
Əks təqdirdə isə, yəni siz müqayisə etməyə son qoyandan sonra qısqanclıq da yox olur. Bu halda anlayırsınız ki, siz kimsiniz, heç kim siz ola bilməz, buna ehtiyac da yoxdur. Nə yaxşı ki, siz özünüzü ağaclarla müqayisə etmirsniz, yoxsa içinizdə qısqanclıq oyanardı ki, niyə siz də ağac kimi yaşıl deyilsiniz? Deyərdiniz ki, niyə Tanrı sizə qarşı sərt olub, niyə sizə də meyvə verməyib? Yaxşı ki özünü quşlarla, çaylarla, dağlarla müqayisə etmirsiniz? Yoxsa həmişə elə əzab çəkərdiniz. Özünüzü yalnız insanlarla müqayisə edirsiniz, çünki siz yalnız insanlarla müqayisə etməyə öyrəşmişsiniz. Siz özünüzü tovuz quşları, tutuquşları ilə müqayisə etmirsiniz, yoxsa daha çox qısqanclıq olardı içinzidə. Yoxsa elə qısqanc olardınız ki, yaşamağa gücünüz də çatmazdı.
Müqayisə çox axmaq bir münasibətdir, çünki hər bir insan özlüyündə unikaldır, nadirdir, müqayisə edilməzdir.
Elə ki, siz bunu dərk edirsiniz, qısqanclıq da yox olur.
Unutmayın, hər bir insan unikal və müqayisə edilməzdir.
Siz yalnız özünüzsünüz.
Heç kəs heç vaxt sizin kimi olmayıb.
Və heç kəs heç vaxt sizin kimi olmayacaq.
Elə isə sizin də başqa birisi kimi olmağa ehtiyacınız yoxdur.
Tanrı yalnız orijinalları yaradır.
Tanrı nüsxələrə inanmır.

Cəmiyyət fərdləri elə müxtəlif yollarla istismar edib ki, artıq ona inanmaq mümkün deyil. Cəmiyyət elə qurğular yardıb ki, siz heç onların qurğu olduğuna da inana bilmirsiniz, çünki çox inandırıcıdır. Bu qurğuların hamısı fərdləri istismar etmək üçün, onların bütövlüyünü darmadağın etmək, onların malik olduğu hər şeyi onların əlindən almaq üçündür – cəmiyyət bunu elə alır ki, fərdlər bunu heç duymur da.

Mən sizə nəyisə “fikirləş, götür-qoy et” deyəndə, müşahidə etməyi nəzərdə tuturam. Öz daxili dünyanızda alim olun. İmkan verin beyniniz laboratoriyanız olsun, siz isə müşahidə edin – ittiham etmədən.

Heç bir mühakimə yürütmədən müşahidə edəndə nə baş verir?
Siz açıq-aydın görməyə başlayırsınız. Qısqanclıq çox şəffaf olur, siz onun axmaqlığını görürsünüz, siz onun sarsaqlığını görürsünüz. Artıq siz görürsünüz ki, qısqanclıq axmaqdır. Əgər belə qərar vermişsinizsə, onda əsas məqamı unudursunuz. Unutmayın! Mən demirəm ki, siz qısqanclığın axmaq olması qərarını verəsiniz. Bu axmaqlıqdır. Əgər belə qərar versəniz vacib olan məqamdan yan keçirsiz. Siz sadəcə qısqanclığı müşahidə edin, onun nə olduğunu görün.
Nədir qısqanclıq?
Qsqanclıq adlanan bu enerjinin adı nədir? Qızılgülü necə müşahidə edirsinizsə, qısqanclığı da eləcə müşahidə edin – onun içinə baxın. Heç bir nəticəyə gəlməyənlərin gözü daha aydın görür. Qısqanclığı müşahidə edin, içinə baxın. Bu vaxt o, çox şəffaf olacaq. Görəcəksiniz ki, o axmaqlıqdır. Onun axmaq olduğunu biləndən sonra o öz razılığı ilə itir. Onu tullamağınıza ehtiyac yoxdur.

Hətta sevdiyiniz insanın başqasıyla necə xoşbəxt olmasına heç bir dəqiqə də baxa bilməzsiniz. Amma fikirləşirdiniz ki, sevdiyiniz o şəxs üçün ölərdiniz, hər şeyə dözərdiniz. Sadəcə, içinizə baxın, görün o insana qarşı içinizdə olan nədir – bu vaxt qısqanclıq qeyb olur. Çox hallarda sizin sevginiz də qısqanclıq ucbatından qeyb olur. Bəlkə də belə yaxşıdır. Qısqanclıqla dolu olan sevgi, heç sevgi deyil, ona nə ehtiyacınız varki?
Əgər qısqanclıq yox olandan sonra da sevginiz qalırsa, deməli, həyatınızda yaxşı nəsə var, buna sahib olmağa dəyər.

Qısqanclıq özünüz, başqalarınız, əlaqələriniz haqqında ən geniş yayılmış psixoloji nadanlıqdır.

Hamıya elə gəlir ki, onlar sevginin nə olduğunu bilirlər, amma əslində bilmirlər. Onların sevgi haqqındakı anlaşılmazlığı qısqanclıq yaradır. İnsanların çoxu “sevgi” deyəndə, müəyyən bir inhisar, xüsusi mülkiyyət başa düşürlər. Sadə bir faktı anlamaq istəmirlər ki, canlı varlığa sahib olmaqla onu öldürmüş olurlar.

Mənbə: Oşo – “Emosiyalar” kitabı
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ELM NƏDİR

Xüsusi


elm və fəlsəfə.FƏLSƏFƏDƏN ELMƏ

Elm, təcrübəyə əsaslanan üsullar və həqiqətdən faydalanaraq nəticə çıxarmağa çalışan nizamlı məlumatdır. İçində yaşadığımız həyatı şərh etməyə çalışır. Varlığın necə olduğunu, niyə meydana gəldiyini araşdırır. Olaylar üzərində təsvir, açıqlama və fərziyyə etmək imkanı verir, təcrübələri tətbiqlərlə inkişaf etdirir, mövzuları yoxlamaq, mühakimə etmək imkanı yaradır.

Elm adına ilk səylər miladdan əvvəl IV minillikdə Mesopotamiyada ortaya çıxmışdır. Şümerli rahiblər ulduzları müşahidə edərək qeydlər etmişlər. Babil, Misir və Yunan sivilizasiyaları da sonrakı minilliklərdə müşahidələrini qeyd etmiş və bənzəri təsbitlər edərək inkişaf etdirmişlər. Yunanlı filosof Aristotelin (e.ə. 384-322) zamanında elm deyilə biləcək fəaliyyət fəlsəfə ilə əlaqəli olmuşdur. O zaman bugünkü mənada elmi fəaliyyət yox idi. Amma antik dövrdə filosoflar indiki elm adamlarının soruşduğu sualları soruşur və təbiəti şərhə etməyə çalışırdılar.

İsak Nyutonun (1642-1727) zamanında da elm fəlsəfənin bir sahəsi olaraq görülməkdə idi. “Təbiət fəlsəfəsi” fizika, kimya, biologiya kimi elmləri əhatə edən bir fəaliyyət idi. Daha sonra təbiət fəlsəfəsi olmaqdan çıxıb fərdi sahələr halına gələn fənn elmləri ilə müasir elm ortaya çıxdı. Biologiya canlıların həyatı, fizika dünyanın necə işlədiyi və enerji mübadiləsi, kimya kainatın atomlardan orqanizmlərə qədər necə bir araya gəldiyi ilə maraqlandı. Getdikcə artan ixtisaslaşma nəticəsində 600-dən çox elm sahəsi meydana gəldi.

Ətrafımızdakı hər şey elmin mövzusu ola bilər. Elmi fəaliyyət əvvəlcə müşahidə ilə başlayır. Müşahidə edildikdən sonra şüurlu bir təxmin, hipotez (fərziyyə) həyata keçirilir. Daha sonra, fərziyyəni təcrübə və müşahidə ilə sınaqdan keçirərək açıqlamaq lazımdır. Ümumi bir vəziyyət olduğunu dəstəkləmək “qayda” yaradılması adlanır. Bu qaydalar əks bir dəlil olmadığı müddətcə etibarlıdır. Elm tənqidi və məntiqi düşünməyə əhəmiyyət verir. Tənqid edilməyən məlumat elmi deyil. Bir şeyin elm ola bilməsi üçün sınanması və müşahidə olunması lazımdır.

təbiət fəlsəfəsiTƏBİƏT FƏLSƏFƏSİNDƏN ELMƏ KEÇİD

Mesopotamiyadakı elmi inkişafların sistematik olmaması nəticəsində elmin başlanğıcının antik yunan filosofları olduğu qəbul edilir. Bunun səbəbi, Şərqdə mədəniyyətin davamlı olmamasındadır. Yunanın digər mədəniyyətlərdən ayrıldığı nöqtə mədəniyyətin transferi oldu. Fəlsəfənin də başlanğıcı buralara bağlıdır. Müdriklik, düşünmə intizamı hər mədəniyyətdə vardır, ancaq bunu sistem halına gətirən və tarix boyunca davamlılıq təmin edən yunanlılar.

Yunanlılar dövründə elm yerinə fəlsəfə ilə məşğul olurdular. Bütünə olan maraq, həyatın işləyişini axtarmaq və sistemi həll etmə istəyi filosoflardan başlamışdır. Təbiət fəlsəfəsi min il ərzində elmin keçmişini meydana gətirmişdir. İntibah ilə fərqli ixsisaslar ortaya çıxmış və filosofların sormadığı sualları elm adamları soruşmağa başlamışlar. Elmin fəlsəfədən ayrılması kapitalın himayəsi ilə gündəmə gəlmişdir. Qısacası, fəlsəfənin içinə pul girincə elm fəlsəfədən kənarlaşdırılmışdır. Müşahidə və təcrübə də pulun mümkün qıldığı labaratoriyalara sövq edilmişdir.

NyutonNyutonun şah əsəri olan Philosophiae Naturalis Principia Mathematica adından da aydın olacağı üzrə “Natural fəlsəfənin riyazi başlanğıcı” adını daşıyır. XVIII əsrə qədər davam edən fəlsəfə aktuallığı XIX əsrdən etibarən itməyə başlamışdır. Günümüzə qədər də fəlsəfə elmdən ayrılmış, hətta günümüzdə elmə qarşı olan bir sistem olaraq qəbul edilmişdir. Fəlsəfənin atılmasının Sənaye inqilabı bərabər gəlməsi və günümüzün də çılğın bir istehlak mədəniyyətinə aid olması maraqlıdır. Fəlsəfə satıla bilən bir məhsul vermədiyi üçün elm qədər gündəmdə deyil. Burada elmin fəlsəfədən törəyib onu qınamasına diqqət çəkməliyik. Fəlsəfədən doğan elmin fəlsəfəni rədd etməsinə qədər gəlmiş vəziyyətdəyik.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNSANLIĞN ANASI – QADIN!

Xüsusi

dünyaya dünya bəxş edən ana-qadınDoğum evində mama vəzifəsində çalışıram. N sayda qadının dünyaya bəxş etdiyi yeni dünyaya şahid olmaq sevincini yaşayıram. Hər bir qadının analıq vəzifəsinə başladığına şahid olmaq o vəzifəni yaşamaqdan çətin və şərəfli ola bilməz…

Qadınlar… Hər biri fərqli, hər biri fərdi xarakterə malik. Hər biri dünyaya yeni bir dünya bəxş etmək prosesini – doğum prosesini bir daha yaşamamağı çəkdikləri ağrının əzabından diləyirlər. Amma, əllərinə aldıqları an baxışlarda canlanan məna bunun tam əksini deyir. Bu gözəlliyi yaşamağa dəyərmiş, deyirlər. Hər qoyunlarına alaraq ilk qidalarını onlara verdikləri an keçirdikləri hiss – duyğu o əzabı unutdurur. Belecə, ana nəvazişi, qayğısı, sevgisi artmağa başlayır. Hələ bətnindəykən yaranan bu dəyər bir ömür boyu yaşamaqla daha da dəyərlənir…

Bu dəyərə məsul olduqlarını isə əksəriyyət anlamır. Sayca neçənci övladı dünyaya gətirən qadınlar var. Əksəriyyət düşünəcək ki, bu normaldir. Qadının vəzifəsi budur. Xeyr. Qadının vəzifəsi tək nəsil artırmaq olsaydı, İmam Əlinin bu kəlamı var olmazdı: “Qadın insanlığın anasıdır.” Bir ömür boyu bütün ehtiyyaclarını ödəməli olduğunu bilməli olduğunu unudan qadınmı..?! Xeyr…! Onu buna məcbur edən cəmiyyət – vəzifə anlayışlı baxışlarla qurulan cəmiyyət! Aydın baxışlı qadın – ana olan bir insan çox yaxşı anlayır ki, dünyaya yeni bir insan gəlir. Dəyərli bir canlı varliq. Bəli… Dəyərlər toplumu olan canlı varlıq… Bu dəyərləri yaşayıb yaşatmalı olan canlı varlıq. Ana bu anlayışa sahib olmasa, dünyaya gətirdiyi övladı necə böyüdəcək? Bütün qadınlar bunu anlayırmı, dərk edirmi? Əksəriyyət etmir. Onlar cəmiyyətin təsiri altında bu ada sahib olurlar. Sahib olmaq isə kifayət deyil, layiq olmaq gərəkdir! Layiq..! Hər qadın layiq deyil..! Bu gün canından ayrılan canı tərk edən qadınlar var! Bu gün canından ayrılan canı dünya nemətinə – nəfsinə satan qadınlar var! Bu gün canından ayrılan canı ona qocalıqda qulluq etsin deyə yetişdirən qadınlar var! Bu gün canından ayrılan canı öz mənfəətinə, şan-şöhrətə görə ( cinsinə görə və s.) dünyaya gətirib yetişdirən qadınlar var! Bu gün canından ayrılan canı nə zamansa olmaq istədiyi, amma, ola bilmədiyi üçün görmək istəyi ilə yetişdirən, beləliklə gələcəkdə robot yaradan qadınlar var! Bu gün ana sözünün əsl anlamını bir ömür dərk etməyən qadınlar var! Bütün bu qadınları yetişdirən cəmiyyət var! Bu cəmiyyətin bu vəziyyətdə olduğunu unudan, xeyr, göz yuman insanlar var.

Qadın sahib olduğu varlığı ilə necə bir sevgi mənbəyi olduğunu hər kəsə yaşatmaqla ilahi bir gücə şahidlik edərlər. İlahi güc sevgi, ağıl, aydın fikir, düşüncədirsə, yaratdığı da ona uyğun olacaqdır. Hər yaradılışdan yaranan da ona uyğun olacaqdır.

qadın-anaMüşahidə edin, xanımlar. Özünüzü müşahidə edərək tanıyın. Yaradılış missiyanızı dərk edin.

Unutmayın, yaradılan hər şey gözəldir, bu gözəlliyi duyub sevmək daha gözəldir, bu sevgini paylaşaraq sevinc bəxş etmək ondan da gözəldir. Həyat gözəldir, həyatı sevmək daha gözəldir, həyat bu gözəlliyi duyanlarla birgə ondan da gözəldir. Bu gözəllikləri içində tam edib dünyaya bəxş edənlərin tutduğu yolda yürümək gözəldir, hər anın dəyərini bilib doğru yoldan istifadə etməyi unutmayanların həyatına şahid olmaq ondan da gözəldir. Özümüzə şahid olmaq gözəlliklər içində gözəllik yaratmaqdır.

Müəllif: Elya Öz

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

YARADILIŞ VƏ NİZAM

Xüsusi

mono lizaBəzi insanlar iddia edir ki, kainatın yaranmasına səbəb hər hansı bir qüvvə (tanrı) və bu qüvvənin yaratdığı nizamdır. Daha sonra qeyd edirlər ki, hər bir işin, hadisənin yaradıcısı var və biz bunu empirik formada anlaya bilirik.

Məsələn, götürək Da Vinçinin “Mono Liza” rəsmini. Əlbəttə, bu əsəri Da Vinçi yaradıb. Təsadüfi şəkildə peyda olmayıb. Əgər biz kağız üzərinə bir neçə boya qabı qoysaq və təsadüfən bir it o boya qablarına toxunarsa, dağılan boyalardan heç vaxt ” Mono Liza ” kimi bir şəkil yaranmayacaq. Çünki itin gördüyü işdə şüurluluq yoxdur, amma Da Vinçi şüurlu olduğu üçün elə rəsmini bu şüurun nəticəsində çəkmiş və məqsədli iş görmüşdür. Bu kimi nümunələrlə sübüt etmək istəyirlər ki, deməli, kainatı da kimsə yaradıb. Ümumiyyətlə, nəinsə şüurlu yaranmağı üçün səbəb lazımdır və bu səbəbə biz yaradıcı deyiriksə, deməli, hər bir yaradıcı özünün yaranması üçün səbəbi (yaradanı) də axtarmalıdır. Bu iddia qırılmaz bir zəncirə söykənir, bir zəncirin digər bir zəncirə bağlanması üçün bir əlavə zəncirə və ya başqa bir vasitəyə ehtiyac var, onun da bu birinə, bunun da o birinə bağlanması vacibdir. Ona görə də biz bunu sonsuza qədər uzada bilərik. Yox, əgər biz bu zənciri hardasa qırmağa məcburuqsa, deməli, məntiqin üstündən xətt çəkməliyik.

Hindistanlılardan soruşublar ki, dünya nəyin üstündə dayanıb? Cavab veriblər ki, tisbağanın. Bəs tisbağa nəyin üstündə dayanıb? Cavab veriblər ki, filin üstündə. Bəs fil? Cavab veriblər ki, bəlkə mövzunu dəyişək? Buradan aydın olur ki, müşahidə edə bilmədiyimiz, test apara bilmədiyimiz və qəti qərara gələ bilmədiyimiz hadisələr sadəcə, fərziyyədir və sübut oluna bilmir. Yəni biz kainatın hər hansı bir fövqaltəbii qüvvənin yaratmasını sübut edə bilmirik. Çünki onun əlamətlərini nə müşahidə edirik, nə də birbaşa həmin qüvvənin təzahürünü ciddiliklə kainatın üzərində görə bilmirik. Dini kitablarda yazılanlar isə heç bir elmi fakta söykənməyən fikirlərdir. Çünki hər hansı bir hadisənin səbəbini elm izah edir. Əgər din izah edə bilirsə, onda buyursun, elmə öz töhvəsini versin, ona yol göstərsin. Hər halda indiyə qədər fizika, kimya və s. elmlərin adını bilirik, l akin “din elmi” deyə bir şey nə eşitmişik, nə də görmüşük. Ya biz “yaradanın yaradanı var” fərziyyəsini qəbul etməliyik, ya da sübuta yetirilmədiyi üçün əmin olmamalıyıq.

yaradılış-din-elm-nizamDigər bir yanaşma isə nizam məsələsidir. Deyirlər ki, məsələn, insanın məhz gördüyümüz formada olmasında bir nizam var. Bütün orqanlarımızın quruluşunda nizamı xüsusilə vurğulayırlar və yenə də bu nizamın özbaşına yaranmasını rədd edirlər.

Nizam, ətrafımızdakı canlı və cansız varlıqları əvvəlcədən hansı formada görməyimizdən, ağlımızda necə canlandırdığımızdan və necə dərk etməyimizdən asılıdır. Əgər biz bütün insanları 5 əlli görsək və bilsək, bu bizim üçün nizamdır. Lakin sonradan doğulan bir insanın 2 əli olarsa, artıq biz buna nizamsızlıq deyəcəyik. İndiki halda isə siyam əkizləri, qulağı kar, gözü kor, bir sözlə normal insan parametrlərini daşımayan körpələr doğulursa, burada nizam pozulmuş olur. Deməli, nizam deyəndə biz qayda və qanunun adını çəkməliyik. Əgər bu qayda pozulursa, deməli, o nizam deyil, sadəcə formadı, quruluşdu və lazım gələrsə, dəyişilir. Nizam deyəndə biz cazibə qüvvəsini yada salmalıyıq, çünki bütün cisimlər müəyyən məsafədən yerə düşməyə məcburdur. Amma bu o demək deyil ki, yerin cazibə qüvvəsi nə vaxtsa pozulmuş olmasın. Çünki təbiətdə baş verən hadisələr dəyişkəndir və xarici amillər daim yer kürəsinə təsir edir və nə vaxtsa hansısa fiziki qanunu pozub onu dəyişə bilər. Amma hal-hazırda cazibəsi qüvvəsi var və bu həmişə baş verməkdədir. Amma bu nə zamansa pozularsa, onda nizamlıqdan əsər-əlamət qalmayacaq.

Daha bir versiya irəli sürülür ki, komyuterin klaviaturasında bir sözü anlaqlı şəkildə yazmaq üçün yenə də şüurlu müdaxilə lazımdır. Amma eynilə bu sözün təsadüfən yazılması üçün təxminən milyard sayda əməliyyatîn baş verməsi lazımdır. Deməli, bu söz təsadüf nəticəsində yazıla bilər. Fərqi yoxdu, 50000-ci əməliyyatdan sonra, yoxsa daha çox və ya daha az əməliyyatdan sonra. Fakt təsadüf də olsa, yarana bilər.

yaradılış-din-elmƏgər mən kitabı klaviaturanın üzərinə atan zaman monitorda “betid” sözü yazılarsa, deməli, bu sözü elə bir dəfəyə təsadüfən yazmış oldum.Halbuki, milyard təsadüfi əməliyyatı bu sözə də aid etmək olardı.

Göründüyü kimi iddia tərəfdarları düşüncə qabiliyyətindən istifadə etməyən insanları asanlıqla manipulyativ yolla nələrəsə inandırırlar.

Unutmayaq ki, biz təbiətdən asılıyıq, təbiət bizdən yox. Küləyin olması üçün yelkenli qayıq lazım deyil, yelkənli qayığın yaranması üçün külək lazımdır.Əgər yer kürəsindəki mühit aydakı kimi olsaydı, onda nə biz mövcud olardıq, nə də bu düşüncələr. Kainatın yaranması 13.8 milyard, yer kürəsinin yaranması 4.5 milyard, canlılığın yaranması 3.2 milyard il əvvələ aiddir.Demək ki, kainatdakı proseslər onun qanunları çərçivəsində aram-aram, lazım gələrsə, təsadüfən baş verir.

Müəllif: Adil Xantəmirov

VN:F [1.9.16_1159]
Rating: +4 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

HƏYATI NECƏ YAŞAMALIYIQ?

həyatı necə yaşamalıyıq“Həyatı necə yaşamalı?”, “Həyatda nə etməli?” kimi suallar soruşuruq. Bu suallar, fərdin gün ərzində edəcəklərini deyil, insanın həyatdakı mövqeyini sorğulayır. Bir hadisəni ya da edilənləri deyil, hadisələrə yanaşma tərzini şərh etmək hədəfi var. İnsanın özü ilə danışmasında, insanlığı düşünməsindədir. İnsanlıq ömrünü necə keçirəcəkdir? Olması lazım olan bir davranış varmı, necə yaşamaq lazımdır? Dərhal söyləməliyik ki, belə bir lazımlılıq yoxdur. İlk öncə, təbiətdəki digər varlıqların var oluşlarına baxaraq universal bir həyat tərzinin olmadığını söyləyə bilərik. Tam əksinə, fərqliliyin həyatın bir qanunu olduğu deyilə bilər. Yenə də, cəmiyyət halında yaşayan insanların bir-birini azad edən, eyni zamanda maneə törədən həyat sahələri vardır.

Həyatın gedişatı onu fərq edənləri çaşdırar. Həyatı sorğulayanlar həyat mexanizminin mürəkkəbliyi qarşısında heyrətə düşər. Həyatı müşahidə etməyənlər, parçası olduqları bütünə qarşı yadlaşırlar. Əslində, yadlaşmalarının fərqinə varırlar da deyilə bilər.
həyatı necə yaşamalı
Hər kəsin fərqli şəkillərdə yaşaması təbii vəziyyətdir. İnsan özündən başqasını narahat etməyəcək şəkildə yaşamalıdır. Başqalarının varlığına hörmətli olma, xoşgörüşlü davranma, ən əhəmiyyətli öncəliklərdir. Ancaq birlikdə varıq. Bütün varlıqlar bir-birinə bağlıdır. Həyatı necə keçirəcəyimizə dair ilk prioritetimiz birlik anlayışıdır. İnsan tək başına insan deyil. Heç tək başına olmamışdır. Ola da bilməz.

Həyatı necə yaşamalı sualına veriləcək cavablardan birincisi, “birlikdə” olmaqdır. Bu, ətraf mühitə qarşı məsuliyyətimizdir. İkinci prioritet də özümüzə dair məsuliyyətdir. Fərd olaraq yaşamanın bir səbəbi vardır. Biz həyatın müxtəlif sınaqlarıdır. Ayrı bir bütün olmağımızın səbəbləri vardır. Fərqlilik və təcrübə həyatın bilinən ən diqqətə çarpan xüsusiyyətləridir. İnsan, fərqlilik məxluqatda təbiətdən bir xeyli ayrılmış vəziyyətdədir. Millətlər, ailələr, qruplar, fikirlər deyərkən öz dünyalarımızı meydana gətirmiş vəziyyətdəyik. Təbii gedişatımız fərqli olmaq və dəyişik yanaşmalar sərgiləməkdir.

Yaşamaq tərzimizə bağlı ilk prioritetimiz birlikdəlik, ikinci prioritetimiz fərqlilik olmalıdır. Bir-birinə zidd olsa da, bu ikisi, insanın xəzinəsidir. Cəmiyyət olaraq insanlıq fərqliliyini formalaşdırırıq. Fərqliliyimiz də cəmiyyəti istiqamətləndirən, ona təcil qazandıran və ətrafımıza təsir xüsusiyyətimizdir. Fərd, digərlərinin diqtəsinə uymamalıdır. Özü mühakimə etmə və sorğulama qabiliyyətinə sahib olmalıdır. İnsanlıq tarixi ictimai birlikdəlik və fərdi fərqlilik sayəsində formalaşmışdır. Hər şeyi düşünüb, sorğulayaraq tətbiq etməliyik. Bir-birindən nifrət edən insanlar və sorğulamayan kölələr yox olmağa məhkumdur. Başqalarının varlığına hörmətli və sorğulayıcı fərdlərdən ibarət olan cəmiyyətlər hədəf olmalıdır. Həyatı ətrafımızla və düşünərək yaşamalıyıq.

Mənbə: www.dmy.info
Tərcümə edən: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus