HƏYATIN ANLAMI NƏDİR?

Həyatın Mənası  Nədir?

Həyat nə deməkdir? Niyə yaşayıram? Yaşamaq nədir? – deyərək keçirdiyim illərdən sonra “Həyatın Mənası – Həyatın Mən Tərəfi” deyə bir yazı yazdım. Ədəbiyyat kimi yaxşı deyil, ancaq suallara cavab baxımından unikal oldu. Evdə öz başıma divarlara baxaraq həll etməyə çalışdığım mənanı izah etməyə çalışdım. Həll etmiş insan obrazı yaratmayacam. Ancaq açmamış də deyiləm. Ən azından çox maraqlandığımı söyləməliyəm. Bu sual üçün maraqlandım. Həyatı izlədim, canlıları oxudum. Özümü və varlığı düşündüm. Bütünə baxmağa çalışdım. Əhəmiyyətli olan da bu idi. İnsanın bu tərəfinə suallar verdim. Əziyyətim həyatın bu tərəfi üçün xoş və faydalı oldu.
Həyatın mənasının bir cavab formasında mövcud olmadığını anladım. Həyatın içindəki kiçik bir vasitəylə, dillə, həyatın mənası müəyyənləşə bilməz. Ancaq heç olmasa təsvir edilə bilər. Kiçik uşaqların mənasını bilmədiyi şeyləri bənzətməsi kimi həyatı həyatdakı şeylərə bənzədə bilərik. Bu, həm uşaqların, həm də bizim ehtiyaclarımızın müvəqqəti olaraq görülməsini təmin edər. Əlimizdəki vasitələr, bütünü tərif edə bilmirsə də, onu təsvir etməyə cəhd edərik. Hər insan həyatın içindəki hadisələrdə “nədən, necə?” deyə sual vermişdir. Həyatın içindəki kiçik səylərimizi bilmək istədik. Bildiyimiz bütün səylərin içində olduğu həyat səyini soruşmağın yalnız bir ölçü fərqliliyi olduğunu düşünsək, hər kəsin məna axtarışında olduğunu güman edə bilərik.

Həyatın Mənasını Axtarmaq.

Həyatın mənası elə məna axtarmaqdır

Həyatın mənası, elə məna axtarmaqdır

Maraqlandıq, min  illərlə soruşduq, kəşf etdik. Afrikadakı primitiv qəbilələrdən, bu günki primitiv şəhərlilərə gəlib çatdıq. Xoşbəxtlik və həyat olaraq irəli getdiyimizi deyə bilmərik. Bəlkə də öncə belə getdik deyə bilərik. Ancaq “sual” olaraq çox şey qazandığımız açıqdır. Hər yeni kəşf, daha çox sualı gətirdi. Dilin inkişafı, dillərin fərqliliyi bir çox problemi ortaya çıxardı. İnsan öz içində bir dünya qurarkən suallar artdıqca artdı. Başlanğıcda “nədən, necə?” kimi suallar görünən şeylərə görə idi. Gündəlik problemlərimiz vardı. Praktik sual anlayışını qoyduq. Artıq görünən-görünməyən hər şeyə dair bir sualımız vardı. Məsələn, kainatın mərkəzini dünya sanırdıq. Belə olmadığını kəşf etdik, sonrasını maraqlandıq. Dünyanın mikroskopik bir parça olduğunu anlamaq, marağımız sayəsində uzun çəkmədi. Həyatın sandığımız əhəmiyyətə sahib olmadığını anlamaq sualları artırdı. Hər şeyin mərkəzindəki insan imici yıxılılanda həyatın mənası da daxil olmaqla, bir çox problem ortaya çıxdı. Qədimdən Tanrının, Tanrı-kralın və onların elçilərinin rahatlığı üçün yaşayan insanlar özgürləşdi. Öz rahatlığını həyatının məqsədi edən iqtidarlar yıxılanda fərd sual verməyə başladı. Artıq əmr edilən məqsədlər yerinə öz məqsədimizi təyin etməli idik.
İkinci Dünya Müharibəsi ilə suallar artmağa başladı. Mövcudçuluq, dövründəki güc mübarizələrini sorğulayaraq inkişaf etdi və həyatın mənası sualını mövzu götürdü. Var olmaq nədir, niyə yaşayırıq, həyat nədir kimi suallar insanın iqtidardan azad olması ilə meydana çıxdı. Başqasının məqsədlərinə, güc mübarizələrinə alət olmayan insan həyatın mənası ilə maraqlandı. Daha açıq bir ifadə ilə: istismar edən iqtidarlarca, insanlığa minlərlə il boyunca həyatın mənası verilmişdi. Bu olmayanda insan sualla baş-başa qaldı.

Nə imiş həyatın mənası? Nədir bu həyat?

Özgür olmaq, suallarla baş-başa qalmaqdır

Özgür olmaq, suallarla baş-başa qalmaqdır.

Başqalarınca məna verilməmiş həyatlar, həyatın mənasını axtararlar. Azad qalmış düşüncələr bunu şübhəsiz axtaracaq. Fəlsəfə də belə bir maraqla başlamışdır. İlk filosoflar kainatın başlanğıcına, ilk səbəbə dair suallarla yola çıxmışdır. Özünü azad etmək, sualla baş-başa qalmaqdır. Zəncirlərindən xilas olanlar cavab axtarmağa başlayanlar olmuşdur. Problemin cavabı isə, ən başda söylədiyimiz kimi “ifadə” problemi ilə gəlir. Hər kəsin uzlaşacağı bir cavab tapmaq çətin ola bilər. Həyatın mənası, məna axtarışı da ola bilər. Bizim burada söyləmək istədiyimiz şey, həyatın mənası sualının, cavabdan daha prioritetli və maraqlı olmasıdır. Özünü azad edən insan bu suala yetişirsə, həyatın mənası sualının mənası nə ola bilər?

Suala ya da problemin sualına bir cavab tapmağın daha çox suala gətirib çıxaracağı aşkardır. Fərz edək ki: həyat bir imtahandır. O zaman necə bir imtahandır? Nəyi ölçür? Müəllimlər kim? İstədiyimiz sualdan başlaya bilərikmi? kimi minlərlə sual ağlımızı qurdalayacaqdır. Həqiqətən də bu sualla yatıb qalxan insanlar var. Bütün ehtimallara inanıb tək-tək sorğulayan və heç bir imkanı çöldə buraxmayan maraqlananlar var. Hayatın anlamçıları deyə biləcəyimiz bu kəslər işin sonunda qəribə bir gülümsəməklə qalırlar. Həyatın mənası var, ya da yoxdur demək əvəzinə həyatın mənasını yaşama yolundadırlar. Bu da heçlik ilə varlıq arası bir fəlsəfəyə bərabər gəlir. Hər şeyin mənalı və mənasız olduğu bir düşüncə dünyasına sahib olmaqdır. İçində olduğumuz həyatın mənası kimi yaşamaqdır.

Hayatın mənası nədir deyə soruşduq, ancaq cavab vermədik. Cavab ünsiyyət olaraq mümkün olmaya bilər. Üzərində uzlaşdığımız sözlərlə, üzərində uzlaşmadığımız həyatın mənasını ifadə edə bilmərik. Bir də üsul problemi var. Hayat, hal-hazırda içində dolandığımız bir hərəkətdir. Çoxumuz səbəbini, mənasını soruşmayıb bu dönüş içində ayaqda dayanmağa çalışarıq. Həyatın mənasını soruşmaq bir səhv kimi gələcəkdir. Bəziləri axtarmaqda israr etsə də xaricinə çıxmadıqca bu nizamı görmək imkanına sahib deyil. İçində bir çox problem əldə etdiyimiz həyatın nə olduğunu bilmədən necə yaşayırıq? Nə olduğunu belə bilmədiyimiz həyatı necə yaşayırıq?

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +29 (from 39 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

LƏYAQƏT (ƏRDƏM) NƏDİR?

ləyaqət-ərdəmLəyaqət / Ərdəm (İngiliscə-virtue)

1. Əxlaq görə: Yaxşı olma, təvazökarlıq, igidlik, düzgünlük kimi xüsusiyyətlərin ümumi adı, fəzilət
2. Fəlsəfəyə görə: İnsanın ruhi kamilliyi.
Fəlsəfə tarixi boyunca ləyaqət anlayışına dəyişik mənalar verilmişdir. Müdriklik, igidlik, düzgünlük, ölçülülük təməl ləyaqətlərə nümunədir.
Qısaca: əxlaqi baxımdan hər zaman və davamlı olaraq yaxşı olma meyli, yaxşı və doğru hərəkətlərə uyğun olma vəziyyətidir. Böyük maneələri aşmaq bahasına, əxlaqi yaxşılığın təmin edilməsi, yaxşılıq uğrunda hərəkət etmə gücüdür. Ümumiyyətlə əxlaq, hikmət, fəzilət sözləriylə birlikdə, ya da bunların yerinə istifadə edilməkdədir. Antik Yunan fəlsəfəsində çox müzakirə olunub. Fəlsəfə tarixinin digər qisimlərində sözün digər ifadələri də istifadə edilmişdir.

Sofistlərə görə:
Sofistlər, ləyaqətin öyrədilə biləcəyini müdafiə edir və öyrədirdilər. Ləyaqətin insanlarda hazır olaraq olmadığını, müəyyən bir müddətcə əldə ediləcəyini bildirirdilər. Müəyyən bir səy nəticəsində əldə edilə bilən ləyaqət, Pifaqora görə, Sokratın nəzərdə tutduğu mənada, yəni hər kəsə istənildiyi səviyyədə tam olaraq öyrədilə bilməz . İstəyən hər kəsə hər mövzuda eyni ölçüdə təhsil verilməsə də, az ya da çox, müəyyən ölçüdə tərbiyə verilmişlər, özlərinə heç tərbiyə verilməmiş olanlara nisbətən hər mövzuda daha yaxşı hala gəlmişlər. Demək ki, hər kəs müəyyən ölçülərdə tərbiyə edilə bilər, yəni ləyaqət sahibi ola bilər.

Sokrata görə:
Bütün insanlar yaxşını istəyərlər və ləyaqət bir bilgidir. Xoşbəxtlik, bilgi ilə əldə edilən ərdəmlərlə yaşanan bir əxlaqi həyatla mümkün ola bilər. Hər kəs, əxlaqi baxımdan yaxşı olanı  istəməkdədir. Lakin əsas problem, insanların yaxşı ad altında hər istədiyinin həqiqətən yaxşı olub-olmadığıdır. İnsanın xoşbəxt olmaq üçün necə bir həyat sürməsi lazım olduğunu, yəni layiqli bir həyatın necə olmasını bilmək lazımdır. Bu bilgi, bir tərəfdən bütünə bağlı bir bilgi ikən, bir yandan da tək-tək vəziyyətlərə bağlı etibarlı olamalıdır. Layiqli bir həyat sürmənin tək yolu bu mövzularda bilgi sahibi olmaqdır.

Platona görə:
Platon, “Ləyaqət nədir?” Sualına ilk dəfə “Gorgias” dialoqunda  cavab verməyə cəhd etmişdir. Bu dialoqda Platon, ləyaqəti ilk dəfə  “ruhun nizamı” olaraq tərif edir. Yalnız ruhun deyil, özündə bir ərdəm olduğundan söz edilə biləcək hər şeyin ərdəmi nizamından gəlir. Ləyaqət, insanların məqsədinə uyğun olaraq təyin olunmuşdur. Məsələn, insana xas fəziləti təsvir etmək istəyən adam, insanın yaranma məqsədini, insan üçün yaxşı olanın nə olduğunu axtarmalıdır. Ləyaqət yaxşılığın, yaxşılıq isə insanın və cəmiyyətin ən yüksək məqsədi olan xoşbəxtliyin reallaşmasını təmin edəcək. Platona görə  ləyaqətli olmaq üçün yalnız ruhun təşkil edilmiş olması deyil, insanın dövlət içində doğru işlə məşğul olması da lazımdır.

israf-ehtiyac-ərdəmAristotelə görə:
Aristotel “Nikhomakos’a Etik” adlı əsərində ləyaqət nədir, ədalət nədir suallarını soruşar. Aristotelin görə yaxşı olma ya da xoşbəxtlik, ərdəmə uyğun fəaliyyətlərlə əldə edilə biləcək bir amacdır . Ləyaqət, ən ümumi mənasıyla ələ alındığında insanın öz məqsədinə uyğun bir vəziyyətdə olmasıdır. Yəni insan, daim təbiətinə uyğun şəkildə fəaliyyətdə olmalıdır . Platonun əxlaq anlayışı kimi Aristotel əxlaqı da bir xoşbəxtlik əxlaqıdır. Çünki insan fərdlərinin və bir bütün olaraq cəmiyyətin yaxşılığını, xoşbəxtliyini məqsəd edər. İnsanın bütün hərəkətləri bu ən yüksək hədəfin əldə edilməsi məqsədinə yönəlmişdir . Ləyaqəti ikiyə ayırar. Etik ləyaqət insanın gündəlik həyatındakı hərəkətləriylə, dianoetik ləyaqət elm, sənət, praktik və nəzəri kimi hərəkətlərlə əlaqədardırlar. Ləyaqət, layiqli davranışı vərdiş edənlər üçün çıxılacaq bir məqsəddir. Ləyaqət , seçimlərə bağlı bir xasiyyətdir.

Sitatlar:

“Xoşbəxtlik sadəcə əxlaqın nəticələrindən biridir. Ləyaqəti bəyənməyən yoxdur, amma tək başına ləyaqət kimsəyə zövq verməz, əks təqdirdə hər kəs ləyaqətli olardı.”  Zenon

“İnsanın özünü islah etməsi ləyaqətlə, başqalarını islah etməsi isə bilgi  ilə olar.”  Konfuçsi

“Yalnız ləyaqətli kimsə azaddır, çünki yalnız o öz istəyinə uyar, çünki onun ruhunda suveren olan ağıldır; ancaq ləyaqətli kimsə öz içində zəngindir, xoşbəxtdir və dincdir.”  Bedia Akarsu

“Ləyaqət, yaxşı insanın bacarığıdır.”  Alister Makintayr

“Ölçülü olmaq ən böyük ləyaqətdir. Müdriklik təbiətə qulaq verərək həqiqəti söyləmək və doğru olanı etməkdir.”  Heraklit

“Bütün ləyaqətlərin təməl xüsusiyyəti, yüksəlmə yolunda davamlı bir səy, daha böyük və dərin bir safa, müdrikliyə, yaxşılıq və sevgiyə istiqamətli doymaq bilməyən bir istəkdir.”  Göte

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus