BƏDƏN, ÖLÜM, HƏYAT..

Xüsusi

Amerikan ağlı, indiyə qədər görülmüş ən dayaz və ən acgöz ağıldır. Çox maddiyyatçıdır. Buna görə də Amerikanın ən üst gerçəkliyi, iş adamıdır. Digər hər şey, fonda itib gedər; iş adamı, yəni pulu idarə edən adam, ən üst səviyyə gerçəklikdir.

Pul, ən rəqabətçi mühitdir. Kültürlü olmağına ehtiyac yoxdur, pulunun olması kifayətdir. Musiqi və ya şeir haqqında bir şey bilməyinə ehtiyac yoxdur. Ədəbiyyat, tarix, din, fəlsəfə haqqında bilgi sahibi olmağının heç lüzumu yoxdur. Yox, bilməyinə ehtiyac yoxdur. Bank hesabın qabarıqdırsa, önəmli olarsan.

Pulunla və əşyalarınla davamlı olaraq öyünərsən, çünki bahalı şeylərin önəmli olduğu zənn edilir.

Amerikalının həyatı qısadır. Bədən dayansa, amerikalının sonu gələr. Bu səbəblə, amerikalı ölümdən çox qorxar. Ölüm qorxusuna görə həyatını bəzən gülməli bir şəkildə uzatmağa çalışıb durar. İndi bir çox amerikalı, xəstəxanalarda və ruhi xəstəxanalarda  bitki həyatı yaşayır. Əslində yaşamırlar; çoxdan ölüblər. Onları həkimlər, dərmanlar və müasir cihazlar canlı saxlayır. Bir şəkildə həyata asılırlar.

Ölüm qorxusu çox böyükdür. Bir dəfə getdin mi, sonsuza qədər yoxsan  və geridə heç bir şey qalmır, çünki amerikalı bədən xaricində heç bir şey bilmir. Sadəcə bədəni bilsən, çox yoxsul qalarsan. Hər şeydən öncə hər zaman ölümdən qorxarsan və ölümdən qorxan biri, yaşamaqdan da qorxar  – çünki həyatla ölüm elə bir şəkildə iç-içə keçib ki, ölməkdən qorxursansa, yaşamağa da qorxarsan. Ölümü gətirən həyatdır, o halda ölümdən qorxursansa, həyatı necə sevə bilərsən? Qorxu hər zaman orda olacaqdır. Sənə ölümü gətirən həyatdır; onu bütünüylə yaşamayacaqsan. Əgər ölüm hər şeyin sonudursa, əgər sənin inanc və anlayışın budursa, o zaman həyatın tələsməkdən və qovalamaqdan ibarət olacaqdır, çünki ölümün nəfəsi arxandadır və səbrli davrana bilməzsən. Bax beləcə, Amerikalıların sürət manyaklığını anlaya bilərsən: hər şeyin tez edilməsi lazımdr, çünki ölüm yoldadır; ölmədən əvvəl əlindən gəldiyi qədər çox şey etməyə çalışmalısan. Ölmədən əvvəl mümkün olduğu qədər çox təcrübə yaşamalısan, çünki öldünmü, hər şey bitir.

Bu, böyük bir anlamsızlıq yaradır və təbii ki, acı və narahatlıq da. Əgər bədəndən sonra heç bir şey qalmayacaqsa, etdiklərin çox dərin şeylər ola bilməz. O zaman, etdiklərin səni qane edə bilməz. Əgər ölüm sondursa və geriyə heç bir şey qalmırsa, həyatın hər hansı bir anlamı və ya önəmi ola bilməz. O zaman həyat, axmağın birinin ağzından dinlədiyin qəzəb və quru səs-küy dolu anlamsız bir hekayədən başqa bir şey deyil.

Baul ( şüuru olan insan ) bədənin içində olduğunu, lakin bədəndən ibarıət olmadığını bilir. Bədəni sevər, ora onun evi, yuvasıdır. Bədənə düşmən deyil, çünki öz yuvana düşmən olmaq axmaqlıqdır, amma materialist deyil. Dünayadan xəbəri var, amma materialist deyil. Çox gerçəkcidir, amma materialist deyil. Bilir ki, ölümdə əslində heç bir şey ölməz. Ölüm gələr, lakin həyat davam edər.

Belə bir hekayə eşitmişəm:
Dəfn mərasimi sona çatmışdı və mərasimdə qulluq edən şəxs Desmond, yaşlı bir kişinin yanında dayandığını gördü.
“Qohumlardan birisiz?” deyə soruşdu.
“Bəli, elədir,” dedi yaşlı kişi.
“Neçə yaşınız var?”
“Doxsan dörd.”
“Hmmmm,” dedi Desmond, “o zaman yaxşısı budur burda qalın, onsuz da bu yaxınlarda yenə gələcəksiz.”

Hər şey bədənsəl həyat üzərinə qurulub: yaş doxsan dörddürsə, iş bitmişdir. O zaman evə getməyə dəyməz; ən yaxşısı ölməkdir. Niyə o qədər yolu ayaq döyəsən ki? Onsuz da tezliklə cənazə evinə geri qayıtmalı olacaqsan.  Heç dəyməz…əgər tək gerçək ölümdürsə, o zaman 24 və ya 94 olmağın nəyi dəyişdirər? Aradakı fərq sadəcə bir neçə ildən ibarətdir. O zaman gənclər özlərini yaşlı hiss etməyə başlayarlar və uşaqlar da indidən ölüdür. Bu bədənin ilk və son həyat olduğuna inanırsansa, o zaman bütün bunların nə anlamı var? Niyə yaşayırıq?

Camus, insan üçün ən təməl metafizik problemin intihar olduğunu yazır. Onunla eyni fikridəyəm. Əgər bədən yeganə gerçəklikdirsə və içində bədəndən o tərəfə heç bir şey yoxdursa, əlbəttə ki, üzərində düşünüləcək, baş sındırılacaq tək şey bədən olar. Niyə intihar edilməsin? Niyə doxsan dördə qədər gözlənilsin? Nəyə görə o qədər vaxt müxtəif dərd və sıxıntı çəkilsin? Niyə sabah səhər yenidən oyanaq? Bu çox lüzumsuz görünür.

Bir tərəfdən Amerikalı təcrübə qazanacam deyə davamlı olaraq ordan-ora qaçır, heç bir şeyi qaçırmamaq üçün. Dünyanın ətrafında qaçmaqla məşğul olur, şəhərdən-şəhərə, ölkədən -ökəyə, oteldən- otelə tələsir. Bir guru-dan digərinə, bir kilsədən o birinə qaçır, axtarır, çünki ölümün nəfəsi axasındadır. Bir yanda dəlicəsinə, dayanmaq  bilməyən bir qovalamaca, digər yanda hər şeyin boş olduğuna dair bir inanc var, çünki ölümlə hamısı sona çatacaq. Yəni varlı və ya kasıb yaşamağın, ağıllı və ya axmaq, sərsəri və ya öz halında olmağın nəyi dəyişdirər? Sonda ölüm gələr və hər kəsi bərabərləşdirər: ağıllını və axmağı, müdriki və günahkarı, aydınlanmışı və cahili, hamısı torpağa girib itib gedər. O zaman bütün hər şeyin anlamı nədir? Budda və ya İsa və ya Yəhuda olmağın nə fərqi var? İsa çarmıxda ölər, ertəsi gün Yəhuda intihar edər: ikisi də torpağa girər.

Digər tərəfdən sənin bir şeyləri qaçıracağın və digərlərinin tapacağına dair bir qorxu vardır; əldə etsən belə əslində ortada bir şey olmadığını bilməyin yaratdığı narahatlıq vardır; bacarsan da bunun anlamsız olduğu, çünki ölümün gəlib hər şeyi məhv edəcəyi gerçəyi vardır.

Şüurlu insan bədəndə yaşayar, bədənini sevər, bundan zövq alar, amma bədəndən ibarət deyil. İçində bütün ölümləri aşacaq bir şey barındığını bilər. İçində sonsuz, zamanın yox edə bilməyəcəyi bir şey olduğunu bilər.  Bunu meditasiya, eşq, dua sayəsində hiss edə bilmişdir. Bunu öz varlığının içində hiss edə bilmişdir. Ölümdən qorxmaz, çünki həyatın nə olduğunu bilər. Xoşbəxtliyin dalınca qaçmaz, çünki bilər ki, Tanrı ona milyonlarla fürsət verəcək; tək etməli olduğu şey bunlara icazə verməkdir.

Ağacların yerə kök  saldığını görmürsən? Onlar heç bir yerə gedə bilmirlər, lakin yenə də xoşbəxtdirlər. Xoşbəxtliyin dalınca qaçmazlar; durub da xoşbəxtik axtara bilməzlər. Kökləri yerin dibindədir, tərpənə bilmirlər, lakin xoşbəxtliklərini görmürsən? Yağış  yağan zaman sevinclərini, külək əsdiyi zaman xoşbəxtliklərini grmürsən? Rəqs etdiklərini hiss etmirsən? Kökləri var, heç bir yerə gedə bilməzlər. Yenə də həyat onlara gələr.

Hər şey gələr. Sən sadəcə alacaq qabiliyyəti yaradarsan; hər şey gələr. Sən sadəcə qapını açarsan. Həyat sənə gəlməyə hazırdır. Sən o qədər çox əngəl qoyursan ki! Yarada biləcəyin ən böyük əngəl də, həyatın dalınca qaçmağındır. Qovmağının və tələsməyinin ucbatından həyat nə vaxt gəlib qapını döysə, sən evdə olmursan. Həmişə başqa bir yerdə olursan. Həyatın dalınca qaçmağa  davam edirsən və həyat da sənin… və görüş əsla gerçəkləşmir.

Var ol… sadəcə var ol və gözlə və səbrli ol.


Mənbə: Osho – ” Beden ile zihni dengelemek”

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

TƏKLİK VƏ YALNIZLIQ – 1

Xüsusi

Sənə lazım olan, yalnızlığını unutduracaq bir şeylər deyil. Sənə lazım olan, bir gerçəyin, yəni təkliyinin fərqinə varmağındır. Və bunu yaşamaq o qədər gözəldir ki, çünki bu sənə, çoxluqdan və həyatındakı insandan azad olmağın üçün köməkçi olar. Yalnızlıq qorxuna qalib gəlib, səni azad edəcək şey budur.

İlk olaraq anlamalı olduğun şey budur, istəsən də, istəməsən də, yalnızsan. Təklik sənin təbiətində var. Bunu unutmağa çalışa bilərsən, dost və ya sevgili tapıb çoxluğa qarışaraq yalnız qalmamaq üçün əlləşə biərsən… Amma, nə edirsənsə et, hamısı səthi olacaq. İçinin dərinliklərində sənin yalnızlığın əlçatmaz, toxunulmaz olaraq dayanır.
Hər insanın başına qəribə bir qəza gələr: Dünyaya gələndə, bir ailə şəraitinin içində doğular. Bunun başqa yolu yoxdur, çünki insan balası təbiətdəki ən zəif məxluqdur. Digər heyvanlar tam inkişaf etmiş doğularlar. Bir it, ömrü boyunca it olaraq qalacaqdır, inkişaf edib təkamül keçirməyəcək. Bəli, yaşlanar, amma inkişaf etməz, dəyişməz, fərqindəliyi artmaz, aydınlanmaz. Bu anlamda bütün heyvanlar eynilə doğulduqları nöqtədə qalırlar; heç bir təməl özəllikləri dəyişməz. Ölümləri və doğumları üfüqi ilərləyər- eyni xətt üzrə.
Sadəcə, insanoğlunun sırf üfüqi yox, şaquli gedə bilmək şansı var. İnsanlığın çoxsu, digər heyvanlar kimi hərəkət edər: həyat yaşlanmaqdan ibarətdir – böyümək, inkişaf etmək yoxdur. Böyüməklə yaşlanmaq çox fərqli təcrübələrdir.
İnsan başqa insanların içinə, bir ailəyə doğular. İlk andan etibarən yalnız deyil; bu səbəbdən hər zaman insanlarla birlikdə olmaq kimi bir psixologiyaya sahib olur. Təkbaşına olanda qorxmağa başlayar… bilinməyən qorxulardır bunlar. Nədən qorxduğunu tam olaraq anlaya bilməz, amma çoxluqdan ayrılan zaman bir şəkildə hüzursuzluq duyar. Başqaları ilə birlikdə olarkən özünü yaxşı və rahat hiss edər.
Bu səbəbdən təkliyin gözəlliyini əsla dada bilməz. Bir qrupun içərisinə doğulduğu üçün hər zaman bir qrupun parçası olaraq qalar və yaşlandıqca yeni qruplar, yeni bağlar, yeni dostlara sahib olar. Mövcud qruplar onu məmnun etməz – millət, din, siyasət, partiya – beləcə yeni bağlar qurar, Rotary Klub və ya Lions Klub kimi. Lakin bütün strategiyalar əslində tək bir məqsədə xidmət edər: əsla yalnız qalmamağa.
Bütün həyat təcrübəsi, insanlarla birlikdə olmaq üzrə qurulmuşdur. Təklik hardasa ölüm kimi gələr. Bir anlamda ölümdür; sənin, çoxluğun içində yaratdığın şəxsiyyətin ölümüdür. Bu sənə digərlərinin hədiyyəsidir. Qrupdan qopduğun zaman, o şəxsiyyətindən də sıyrılırsan.
Heç kəs bir heç olmaq istəməz. Amma əslində hər birimiz bir heçik.
Arayışa başlayan birinin ilk anlamalı olduğu şey, təkliyin təbiətidir. Bu, “heç kim” mənasındadır; sənə, toplumun hədiyyəsi olan şəxsiyyətindən vazkeçmək anlamına gəlir. Qrupdan uzaqlaşdığın zaman və özünlə tək qaldığın zaman bu hədiyyəni özünlə götürə bilməzsən. Təkliyində özünü yenidən kəşf etməyin lazımdır və heç kim, sənə orda birini tapa biləcəyinin qarantiyasını vermir.
Təkliyinə çatanlar, orada heç kimi taparlar. Həqiqətən heç kim demək istəyirəm – ad yoxdur, forma yoxdur, amma saf bir varlıq , adsız və formasız bir həyat var. Bu, tam anlamı ilə yenidən dirilməkdir və həqiqətən cəsarət işidir. Ancaq çox cəsur insanlar heç kimsəliklərini, heçliklərini sevinclə qəbullana biliblər. Heçlikləri onların saf varlıqlarıdır; həm ölməkdir, həm dirilmək.
Təkliyində eqondan və şəxsiyyətindən qurtulacaqsan və özünü həyatın ta özü, sonsuz və ölümsüz olaraq tapacaqsan. Yalnız qalmaq bacarığın yoxdursa, gerçəyi arayışın uğuruz olmağa məhkumdur.
Əslində biriləri ilə birlikdə olmaq çox çətindir, amma biz doğulduğumuz gündən etibarən buna alışırıq. Bədbəxtlik yarada bilər, işgəncə kimi ola bilər, amma biz buna öyrəşmişik; ən azından yaxşı bildiyimiz bir şeydir bu. İnsan, zonasının  xaricindəki qaranlığa çıxmaqdan qorxar, amma kollektiv maska zonasının  ardına keçmədiyin müddətcə özünü tapa bilməzsən.
Təkliyində, var olmağın nə  demək olduğunu kəşf edəcəksən. Mağazada.. bazarda belə yalnız ola bilərsən. Hər zaman fərqində, tətikdə, oyanıq olmağın kifayətdir; öz fərqindəliyindən ibarət olduğunu unutma. O zaman harada olursan ol, yalnız qala bilərsən. Çoxluq içərisində və ya dağın başında ola bilərsən; heç fərq etməz, sən eyni şüursan. Çoxluq içərisində insanları izləyərsən; dağ başında dağları izləyərsən. Gözlərini açıb varoluşu izləyərsən; gözlərini qapayıb özünü izləyərsən. Sən busan: bir izləyici.
Yalnız doğularıq, yalnız yaşayarıq və yalnız ölərik. Təklik bizim təbiətimizdə var, amma fərqində deyilik. Fərqində olmadığımız üçün də özümüzə yad qalırıq və təkliyimizi möhtəşəm bir gözəllik və xoşbəxtlik olaraq görmək əvəzinə yalnış anlayar, yalnızlıq sanarıq.
Təklikdə bir gözəllik və ucalıq, müsbət bir şey var; yalnızlıq zavallı, mənfi, qaranlıq, boğucudur.
Sıradan bir insan yalnızlığını unutmağa çalışar, meditasiya ilə məşğul olan bir insan isə, zamanla təkliyi ilə olan dostluğunu inkişaf etdirər. Dünyayı geridə buraxar, yalnız qalmaq üçün mağaralara, dağlara, meşələrə gedər. Kim olduğunu öyrənmək istəyər. Çoxluq içərisində bunu etmək çətindir; narahat edən ünsür çoxdur. Və təkliklərinin fərqində olanlar, insanın yaşaya biləcəyi ən böyük xoşbəxtliyə çatarlar – çünki sənin öz varlığın xoşbəxtliklə doludur.
Öz yalnız halınla eyni tezliyə  keçdikdən sonra xariclə maraqlana bilərsən; o zaman münasibətlərin sənə böyük zövq verəcək, çünki onları yalnızlıq qorxundan qurmazsan. Təkliyini kəşf etdiyin zaman, yaradıcı olarsan, bir çox işi birdən bacara bilərsən, çünki bunları edərkən özündən qaçmış olmazsan. Özünü ifadə etmiş olarsan; artıq bu sənin potensialının izharı halına gələr.
Lakin ən təməl olanı, öz təkliyini A-dan Z-ə tanımaqdır.
Buna görə də sənə deyirəm ki, bunu unutma, yalnızlıqla təkliyi qarışdırmamalısan. Yalnızlıq xəstəlikdir; təklik sağlamlığın  özüdür ki var. Həyatın anlam və önəmini anlamağa yönəlmiş ilk və ən təməl addımın,  öz təkliyinə girməklə başlayar. Bu sənin məbədindir; Tanrının yaşadığı yer oradır və onu başqa heç bir yerdə tapa bilməzsən.

 

Mənbə: Oşo -“Aşk, Özgürlük, Tek başınalık” kitabı
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

OŞO- “HƏYAT BİR SABUN KÖPÜYÜDÜR.”

Xüsusi

Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.

İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.

İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.

Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.

Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.

Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.

Dünya üzərində yaşayın, amma ona aid olmayın.

“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.

Yaşlı bir Brahma rahibi var imiş.  Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur.
Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.

Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.

Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.

Bu dünyada kim hüzur istəməzki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.

Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.

Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.

Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər.

Mənbə: Oşo – “Həyat bir sabun köpüyüdür” kitabı.
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ÖLMƏYƏ HAZIR OLMAQ

Xüsusi

Həyat uzun bir zamana yayılar – yetmiş il, yüz il. Ölüm intensivdir, çünki o yayılmayıb – o, tək bir anın içindədir. Həyat yüz və ya yetmiş ili keçirmək məcburiyyətindədir, çox intensiv ola bilməz. Ölüm tək bir anda gələr, o, bütün olaraq gələr, parçalar halında yox. O çox intensiv olacaqdır, ondan daha intensiv bir şey tanıya bilməzsən. Lakin, əgər qorxsan, əgər ölüm gəlmədən öncə qaçsan, əgər qorxu üzündən şüursuz hala gəlsən, qızıl fürsətlərdən birini, qızıl qapını qaçırmış olarsan. Əgər bütün həyatın boyunca bir şeyləri qəbul etmisənsə, ölüm gəldiyi zaman səbrli bir şəkildə, hər hansı bir qaçma səyi olmadan passiv olaraq qəbul edəcək və onun içinə girəcəksən. Passiv olaraq ölümə girə bilsən, səssizcə, hər hansı bir səy olmadan.., ölüm qeyb olar.
Upanishadlar-da hər zaman sevdiyim köhnə dövrlərdən qalma bir hekayə var. Yayati adında böyük bir kral 100 yaşına çatır. Bu kifayət idi; yaxşı bir biçimdə yaşamışdı. Həyatın mümkün qıldığı hər şeydən zövq almışdı. Dövrünün ən böyük krallarından biri idi. Hekayə gözəldir…
Ölüm gəldi və Yayati-yə dedi ki, “Hazırlaş. Sənin vaxtın gəldi və səni aparmaq üçün gəldim. ” Yayati ölümü gördü və o, böyük bir savaşçı idi, bir çox döyüşü qazanmışdı. Yayati tir-tir əsməyə başladı və dedi ki, “Amma.. çox tezdir!” . Ölüm, “Çox tezdir?!  Yüz ildir həyatdasan. Hətta uşaqların da qocaldı. Ən böyük oğlun 80 yaşındadır. Bundan artıq nə istəyirsən”, dedi.
Yayati-nin yüz oğlu var idi, çünki yüz qadınla evli idi. Ölümdən soruşdu- “mənə bir yaxşılıq edərsən? Kimisə aparmalı olduğunu bilirəm. Əgər oğullarımdan birini yola gətirə bilsəm, məni bir 100 il də rahat buraxıb onlardan birini apara  bilərsən?” Ölüm, – “bu yaxşı olar, əgər başqa biri getməyə hazırdırsa. Lakin düşünmürəm… əgər sən hazır deyilsənsə və sən atasan və daha çox yaşadın, hər şeyin dadını çıxardın, niyə oğlun hazır olsun?” – dedi. Yayati, yüz oğlunu da çağırdı. Böyük oğuları səssiz qaldılar. Böyük bir səssizlik var idi, heç kim heç nə söyləmirdi. Sadəcə biri, sadəcə 16 yaşındakı ən gənc oğlan ayağa qalxdı və “Mən hazıram” dedi. Ölüm belə uşağa üzüldü və dedi ki: “Böyük ehtimal sən çox məsumsan. 99 qardaşının tamamilə səssiz olduqlarını görmürsən? Biri 80, biri 75, biri 78, biri 70, biri 60 yaşındadır – yaşayıblar – lakin hələ də yaşamaq istəyirlər. Və sən heç yaşamadın. Hətta mən belə səni aparacağım üçün üzgün hiss edirəm. Bir də düşün.”
Oğlan dedi ki “Yox, sadəcə bu vəziyyəti görəndə tamamilə əmin oldum. Üzgün və ya pis hiss etmə: mütləq fərqindəliklə gedirəm. Əgər atama yüz il kifayət etmədisə, burda olmağın anlamı nədir? Mən necə doya bilərəm? Doxsan doqquz qardaşımı görürəm; heç kim doymayıb. Elə isə zamanı boşuna xərcləmək nəyə lazım? Ən azından atama bu yaxşılığı edə bilərəm. Bu qoca vaxtında, 100 ilin də zövqünü çəkməsinə icazə ver. Lakin mən bitdim. Heç kimin doymadığı bu vəziyyəti görərək bir şeyi tamamilə anlayıram ki, yüz il yaşasam belə mən də doymayacağam. Buna görə də, bu gün və ya 90 il sonra getmək önəmli deyil. Sən sadəcə məni apar.” Ölüm oğlanı apardı. Və yüz il sonra geri qayıtdı. Yayati eyni vəziyyətdə idi. Dedi ki, “bu yüz il çox tez keçdi. Bütün oğullarım öldü, lakin başqa bir topluluğa sahibəm. Sənə bir neçə oğul verə bilərəm. Sadəcə mənə mərhəmət et.”
Bu davam etdi – heakyə belə davam etdi – min il boyunca. On dəfə ölüm gəldi. Doqquz dəfə hansısa oğulları apardı və hər dəfə Yayati yüz il də yaşadı. Sonra onuncu dəfə Yayati dedi ki, “ilk dəfə gəldiyin zamanki qədər doyumsuz olsam da, indi istəməyərək, istəksizcə olsa da gedəcəm, çünki yaxşılıq isyəməyə davam edə bilmərəm. Bu çox olar. Və bir şey mənim üçün dəqiqləşdi; əgər min il mənim doymağıma kifayət etmədisə, o zaman on min il belə kifayət etməyəcəkdir.”
Bu bağlanmadır. Sən yaşamağa davam edə bilərsən, lakin ölüm düşüncəsi belə, sənə daha çox təsir edər,  tir-tir titrəməyə başlayarsan. Lakin heç bir şeyə bağlı deyilsənsə, ölüm tam bu anda gələ bilər və sən xoş qarşılayan bir ruh halında olarsan. Getməyə tamamilə hazır olarsan. Belə bir adamın qarşısında ölüm məğlub olar. Ölüm sadəcə hər hansı bir könülsüzlük olmadan, hər an ölməyə hazır olanlar tərəfindən məğlub edilər. Onlar ölümsüz olarlar, onlar budda halına gələrlər.
Bu azadlıq bütün dini arayışların məqsədidir. Asılılıqlardan azad olmaq, ölümdən azad olmaqdır. Asılılıqlardan azad olmaq, doğum və ölüm döngüsündən azad olmaqdır.
Asılılıqlardan azad olmaq səni evrensəl işğa girəbilmə və onunla bir ola bilmə qabiliyyətinə sahib edər. Və bu ən böyük nemətdir, o tərəfində başqa heç bir şeyin var olmadığı son vəcd. Sən evə gəlmisən.

Mənbə: www.oshotherapy.com
Hazırladı: Fidan Aslanova

…..

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

VALİDEYNLƏRƏ 10 GÖZƏL NƏSİHƏT

Xüsusi

Utopiya məktəblərinin məsləhətçisi ingilis əsilli Penny Tassony, uşaqların hər zaman gələcəyini düşünmək gərəkdiyini deyir. Tassony-dən, uşaqlarımızı gələcəyə hazırlayarkən onları xoşbəxtliyə aparacaq 10 möhtəşəm paylaşma:

1- BİRLİKDƏ YEMƏK BİŞİRİN.

Uşağınızla birlikdə yemək bişirərkən ona inana bilməyəcəyiniz qədər çox şey öyrətmiş olarsınız. Yemək bişirmək, həqiqətən də çPenny Tassonyox önəmlidir. Bu məşğuliyyət zamanı uşaqların nələr kəşf edəcəyi ilə tanış olaq:

– Nəyin yeyilməsi, nəyin yeyilməməsi gərəkdiyini öyrənərlər.

– Əl bacarıqları inkişaf edər.

– Özlərini yetkin hiss edərlər.

– Önəmli olduqlarını hiss edərlər.

– “Mən hazırladım, buna görə gözəl oldu” hissini yaşayarlar.

– Əlaqələndirmə, uyğunlaşdırma bacarıqları inkişaf edər.

– Yazı yazmaqları asanlaşar.

– Özgüvənləri və “edə bilərəm” duyğuları inkişaf edər.

– Riyaziyyat bilgiləri inkişaf edər. ( Məsələn, reseptdəki miqdarları təyin edərkən və ya 2 nəfərlik resepti, 4 nəfərə təyin edərkən )

– İnformatika bilgiləri inkişaf edər. ( Məsələn, əti uzun müddət bayırda saxlasa niyə xarab olar, sobada bişən yeməyin rəngi niyə dəyişər? )

2- BİRLİKDƏ MUSİQİ İLƏ MƏŞĞUL OLUN.

Birlikdə mahnı oxumaq və birlikdə rəqs etmək, uşağınızla aranızda möhtəşəm bir bağ yaradar. Təshilli uşaq, fərqli yaşam biçimlərini təcrübə etmiş uşaqdır.

– Eşitmə ilə bağlı təhlili gerçəkləşdirər.

– Musiqi bacarıqlarının inkişaf etməsinə səbəb olar.

– Stres atmağın yaxşı bir yoludur.uşaq

– Özünü ifadə etməyin yaxşı bir yoludur.

– Musiqi, bir araya gəlməyin də gözəl bir yoludur.

– Fərqli musiqi növlərini dinləmək, musiqi zövqünü inkişaf etdirər.

3- BİRLİKDƏ HƏR GECƏ KİTAB OXUYUN.

Uşağınız 10 yaşına çatana kimi mütləq ona hər gecə kitab oxuyun. Kitablarını seçərkən sevmədiyiniz bir kitabı almayın. Siz oxuyarkən zövq almadığınız üçün o da almayacaqdır. 10 yaşından sonra isə eyni kitabı həm siz, həm də o eyni anda oxuyun. Sonra oxuduqlarınızı paylaşıb fikir alış-verişi edin. Unutmayın ki, bu məşğuliyyət zamanı həm uşağınızın söz xəzinəsi inkişaf edəcək, həm də birlikdə çox keyfiyyətli zaman keçirmiş olacaqsız.

4- BİRLİKDƏ AĞAC VƏ YA TOXUM ƏKİN.

Şəhərdə böyüyən uşaqların bir şeylərin böyüdüyün görməyi gərəklidir. Birlikdə əkdiyiniz fidan və ya toxumun böyməsini birlikdə izləyin. Ata-anası ilə birlikdə böyütdüyü limon və ya almanın dadını unutmayacaqlar. Uşaqlarınızın xatirəsi olun.

-Təbiəti,

– Tarazlığı,

– Sirkulyasiyanı,

– Zaman dilimini,

– Fəsilləri,

– Səbrli olmağı öyrənərlər.uşaq

Ölmək də həyatın bir parçası olduğu üçün; fidanın quruduğunu, yarpaqların töküldüyünü görmək, təbii prosesləri anlamağını təmin edər.

5- BAŞQASINI XOŞBƏXT ETMƏYİN YOLLARINI ÖYRƏDİN.

Yaşlı bir insana baş çəkməyin xoşbəxtliyini, qonşu üçün tort bişirməyin həzzini öyrədin.

Uşaqların, başqalarını xoşbəxt etməyə alışdırılmaqları gərəkdir. Sosiallaşmağın və başqalarını anlamağın ən yaxşı yolu budur. Bir iş ediləcəksə, o insana kömək etmək, o insanı xoşbəxt etmək çox önəmlidir:

– Ana evə gələndə onu sevindirək.

– Yatağımızı toplayaq, ananı sevindirək.

– Süfrəni hazırlayaq, atanı sevindirək.

6- UŞAĞINIZA OYUN ÖYRƏDİN.

Nərd, şahmat, monopoliya, domino, lotoreya… İnternet oyunları yox, gerçək oyunlar. Bu oyunlar sayəsində məntiq, riyaziyyat, taktika bilgisi inkişaf edəcək, strategiya inkişaf etdirməyi öyrənəcək. Erkən olduğunu düşünməyin. Məntiq sahəsində inkişaf etdiyini görəcəksiniz. Bol-bol praktika etmək lazımdır. Uşaqlar qazanmağı, itirməyi, itirdiyi zaman dünyanın sonu olmadığını, yetkin olmağı öyrənəcəklər. Bəzi uşaqlar necə itirəcəyini bilməz həyatda. Halbuki, həyatda hər zaman qazanmayacaq. Ata-analara ən böyük tövsiyyəm, uşaqlarına hər zaman qazanmağı öyrətməsinlər. Oyunlar;

-sosial bacarıqlarını inkişaf etdirər.

– bir çox qabiliyyət qazandırar.

– riyaziyyat bilgilərinin inkişafına qatqısı olar.

7- BİRLİKDƏ BAYIRDA BİR ŞEYLƏR ETMƏYİ PLANLAYIN.

Uşağınızla birlikdə xəritədə bir yer təyin edin. Google maps və ya normal xəritədə. Beləcə, xəritə oxumağı öyrənər. Uşaqların səviyyəsinə görə gəzintidə ehtiyac duyulacaq əşyaların siyahısını hazırıayın. Jaket, su qabı və s… Çamadanlarını özlərinin hazırlamasına imkan yaradın. Büdcə planlaması eduşaqin. Təyyarə və ya avtobus biletləri, muzey girişləri, yemək-içmək xərcləri… Zaman idarəsini də bu sayədə öyrənəcəkdir.

8- BİRLİKDƏ SIFIRDAN BİR ŞEY EMAL EDİN.

Məsələn, maket təyyarə, qab-qacaq… Birlikdə bir şeyi həyata keçirməyin xoşbəxtliyini yaşayacaq, qüruru oxşandığı üçün özünə güvəni gələcəkdir.

9- BİRLİKDƏ BİR OTAĞIN DEKORASİYASI İLƏ MƏŞĞUL OLUN.

Bəzi uşaqlarda inanılmaz gizli qabiliyyətlər vardır. Bir otağı birlikdə dekorasiya etmək, bu gizli qabiliyyətlərini anlamağınıza, ortaya çıxarmağınıza yardımçı olacaqdır. Bir otağın dizaynını tərtib etmək, mağazaları gəzib məhsul seçmək, siyahıya almaq, tətbiq etmək… Uşaq, bu sayədə qavrayaraq, yavaş – yavaş bir şey etməyi öyrənir. Həm tələskən, həm də hər şeyi dərhal istəyən bir uşaqdırsa, bəzi şeylərin yavaş olacağını öyrənər. 

10- BİRLİKDƏ OCAQ QALAYIN.

Ocaq möhtəşəmdir, gözəl bir şeydir. Uşağınıza ocaq qalamağı bir dəfə də olsa mütləq öyrədin. Bunu ömür boyu unutmayacaq. Bu heyranedici prosesi birlikdə izləyin və yaşayın. Odun da hava, su kimi təməl bir ehtiyac olduğunu anlatın.

Mənbə: www.ruhsalyasam.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 13 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook