İNTİHAR NƏDİR?

Xüsusi

intiharÖlüm, bioloji reallıqdır. Bu həyatda heç nəyə bu qədər əmin deyilik. O bir gün mütləq bizimdir. Bəs niyə bəzən onun tezləşməsi üçün vasitələr axtarırıq? Heç nəyi həyatımız qədər sevmədiyimiz halda, nəyə görəsə onu yarıda kəsmək qərarına gəlirik?

Gənc və yeniyetmələrdə intihara cəhd çox zaman şantaj və qorxutmaq xarakteri daşıyır. Gənc bu yolla öz istədiyini həyata keçirmək məqsədi güdür. İnsanlar intihar qərarına gəlirlər, lakin ölüm acısı hiss etdikləri an peşman olurlar, geri çəkilmək istəyirlər. Binanın damından atılmaq istəyən insan, gözləməyə başlayır, dərhal addım atmır, sanki “Kömək edin, ölmək istəmirəm” deyir.

Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur.

Aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.

İntihar planlayan insanlar ətrafdakılara müəyyən mesajlar verməyə başlayırlar, gizlincə kömək istəyirlər. Ölümə doğru gedən biri, məsələn, artıq müəyyən miqdarda həb qəbul etmiş insan, Tanrıya üz tutur, ondan kömək istəyir. Bir sözlə xilas olmaq istəyir.

intiharMaraqlıdır ki, orta yaşlarda intihara meyl daha güclənir. 40 yaşda insanda qəribəliklər meydana çıxır. Həyata yanaşmada dəyişikliklər yaranır. İnsan həyatı yarı etdiyini düşünür, uğursuzluqlarını göz önünüdən keçirir. Əgər nəticələr onu çox sıxırsa, lazımsız olduğunu düşünür, depressiyaya düşür və intiharı düşünməyə başlayır.

Bəzi insanlar isə daim özünü öldürəcəyini deyir, amma etmir. Bir rola girir və çıxa bilmir bu roldan. Artıq ətrafdakılar da onu ciddi qəbul etmir.

İntiharı çox  zaman cahilliklə bağlayırlar. Amma dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub.

* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.

*  Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini yəqin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O yaxalanmamaq üçün ağzından atəş açaraq özünü öldürüb.

*  Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

*  Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.

*  Sergey Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar etmişdir. Yesenin öz dövrünün ən böyük və səmimi şairi idi.

*  İstedadlı rəssam Van Qoq – “Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. İçkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.

*  İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib.

*  1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

1604405_525809487517797_85048588_nDemək ki, intiharın səbəbi müxtəlif ola bilər. İnsan ya hər şeydən xəbərsizkən, ya da çox şeydən xəbərdarkən intiharı seçir.

Mən isə istənilən halda intiharın səbəbini insanın yalnızlığında görürəm. İntihara qərar verən insanı qınamaq ən asan variantdır. Lakin nəzərə almaq lazımdır ki, bu addımı atan insanın ruhi vəziyyəti yerində olmur, düşüncələri bulanıq şəkildə olur. Əgər, hələki, aydın düşünə biliriksə, ətrafımızdakı içinə çəkilmiş insanlara yaxınlaşaq, onlara bəzən bir söz belə bəs edir, yaşamaqçün.

Müəllif: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +43 (from 43 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

LƏYAQƏT (ƏRDƏM) NƏDİR?

ləyaqət-ərdəmLəyaqət / Ərdəm (İngiliscə-virtue)

1. Əxlaq görə: Yaxşı olma, təvazökarlıq, igidlik, düzgünlük kimi xüsusiyyətlərin ümumi adı, fəzilət
2. Fəlsəfəyə görə: İnsanın ruhi kamilliyi.
Fəlsəfə tarixi boyunca ləyaqət anlayışına dəyişik mənalar verilmişdir. Müdriklik, igidlik, düzgünlük, ölçülülük təməl ləyaqətlərə nümunədir.
Qısaca: əxlaqi baxımdan hər zaman və davamlı olaraq yaxşı olma meyli, yaxşı və doğru hərəkətlərə uyğun olma vəziyyətidir. Böyük maneələri aşmaq bahasına, əxlaqi yaxşılığın təmin edilməsi, yaxşılıq uğrunda hərəkət etmə gücüdür. Ümumiyyətlə əxlaq, hikmət, fəzilət sözləriylə birlikdə, ya da bunların yerinə istifadə edilməkdədir. Antik Yunan fəlsəfəsində çox müzakirə olunub. Fəlsəfə tarixinin digər qisimlərində sözün digər ifadələri də istifadə edilmişdir.

Sofistlərə görə:
Sofistlər, ləyaqətin öyrədilə biləcəyini müdafiə edir və öyrədirdilər. Ləyaqətin insanlarda hazır olaraq olmadığını, müəyyən bir müddətcə əldə ediləcəyini bildirirdilər. Müəyyən bir səy nəticəsində əldə edilə bilən ləyaqət, Pifaqora görə, Sokratın nəzərdə tutduğu mənada, yəni hər kəsə istənildiyi səviyyədə tam olaraq öyrədilə bilməz . İstəyən hər kəsə hər mövzuda eyni ölçüdə təhsil verilməsə də, az ya da çox, müəyyən ölçüdə tərbiyə verilmişlər, özlərinə heç tərbiyə verilməmiş olanlara nisbətən hər mövzuda daha yaxşı hala gəlmişlər. Demək ki, hər kəs müəyyən ölçülərdə tərbiyə edilə bilər, yəni ləyaqət sahibi ola bilər.

Sokrata görə:
Bütün insanlar yaxşını istəyərlər və ləyaqət bir bilgidir. Xoşbəxtlik, bilgi ilə əldə edilən ərdəmlərlə yaşanan bir əxlaqi həyatla mümkün ola bilər. Hər kəs, əxlaqi baxımdan yaxşı olanı  istəməkdədir. Lakin əsas problem, insanların yaxşı ad altında hər istədiyinin həqiqətən yaxşı olub-olmadığıdır. İnsanın xoşbəxt olmaq üçün necə bir həyat sürməsi lazım olduğunu, yəni layiqli bir həyatın necə olmasını bilmək lazımdır. Bu bilgi, bir tərəfdən bütünə bağlı bir bilgi ikən, bir yandan da tək-tək vəziyyətlərə bağlı etibarlı olamalıdır. Layiqli bir həyat sürmənin tək yolu bu mövzularda bilgi sahibi olmaqdır.

Platona görə:
Platon, “Ləyaqət nədir?” Sualına ilk dəfə “Gorgias” dialoqunda  cavab verməyə cəhd etmişdir. Bu dialoqda Platon, ləyaqəti ilk dəfə  “ruhun nizamı” olaraq tərif edir. Yalnız ruhun deyil, özündə bir ərdəm olduğundan söz edilə biləcək hər şeyin ərdəmi nizamından gəlir. Ləyaqət, insanların məqsədinə uyğun olaraq təyin olunmuşdur. Məsələn, insana xas fəziləti təsvir etmək istəyən adam, insanın yaranma məqsədini, insan üçün yaxşı olanın nə olduğunu axtarmalıdır. Ləyaqət yaxşılığın, yaxşılıq isə insanın və cəmiyyətin ən yüksək məqsədi olan xoşbəxtliyin reallaşmasını təmin edəcək. Platona görə  ləyaqətli olmaq üçün yalnız ruhun təşkil edilmiş olması deyil, insanın dövlət içində doğru işlə məşğul olması da lazımdır.

israf-ehtiyac-ərdəmAristotelə görə:
Aristotel “Nikhomakos’a Etik” adlı əsərində ləyaqət nədir, ədalət nədir suallarını soruşar. Aristotelin görə yaxşı olma ya da xoşbəxtlik, ərdəmə uyğun fəaliyyətlərlə əldə edilə biləcək bir amacdır . Ləyaqət, ən ümumi mənasıyla ələ alındığında insanın öz məqsədinə uyğun bir vəziyyətdə olmasıdır. Yəni insan, daim təbiətinə uyğun şəkildə fəaliyyətdə olmalıdır . Platonun əxlaq anlayışı kimi Aristotel əxlaqı da bir xoşbəxtlik əxlaqıdır. Çünki insan fərdlərinin və bir bütün olaraq cəmiyyətin yaxşılığını, xoşbəxtliyini məqsəd edər. İnsanın bütün hərəkətləri bu ən yüksək hədəfin əldə edilməsi məqsədinə yönəlmişdir . Ləyaqəti ikiyə ayırar. Etik ləyaqət insanın gündəlik həyatındakı hərəkətləriylə, dianoetik ləyaqət elm, sənət, praktik və nəzəri kimi hərəkətlərlə əlaqədardırlar. Ləyaqət, layiqli davranışı vərdiş edənlər üçün çıxılacaq bir məqsəddir. Ləyaqət , seçimlərə bağlı bir xasiyyətdir.

Sitatlar:

“Xoşbəxtlik sadəcə əxlaqın nəticələrindən biridir. Ləyaqəti bəyənməyən yoxdur, amma tək başına ləyaqət kimsəyə zövq verməz, əks təqdirdə hər kəs ləyaqətli olardı.”  Zenon

“İnsanın özünü islah etməsi ləyaqətlə, başqalarını islah etməsi isə bilgi  ilə olar.”  Konfuçsi

“Yalnız ləyaqətli kimsə azaddır, çünki yalnız o öz istəyinə uyar, çünki onun ruhunda suveren olan ağıldır; ancaq ləyaqətli kimsə öz içində zəngindir, xoşbəxtdir və dincdir.”  Bedia Akarsu

“Ləyaqət, yaxşı insanın bacarığıdır.”  Alister Makintayr

“Ölçülü olmaq ən böyük ləyaqətdir. Müdriklik təbiətə qulaq verərək həqiqəti söyləmək və doğru olanı etməkdir.”  Heraklit

“Bütün ləyaqətlərin təməl xüsusiyyəti, yüksəlmə yolunda davamlı bir səy, daha böyük və dərin bir safa, müdrikliyə, yaxşılıq və sevgiyə istiqamətli doymaq bilməyən bir istəkdir.”  Göte

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +5 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

QISA FƏLSƏFƏ TARİXİ

Milet məktəbi (M.ə  7 əsr)-Fales, Anaksimandr, Heraklit, Anaksaqor
Kainatın hansı maddədən yarandığını araşdırdılar. Fales su, Heraklit atəş dedi. Elmi inkişafına da yol açan bir maraq anlayışı inkişaf etdirdilər. Həqiqətlər yığıb fərziyyə çıxarmaq və bunları sınamaq bu filosofların fikirlərindən törəmişdir.

Sokrat Öncəsi Fəlsəfə (M.ə. 7-5 əsr)-Empedokl, Parmenid, Zenon, Evklid, Pifaqor
Bu mütəfəkkirlər şeylərin özüylə maraqlandılar. Birlik və çoxluq haqqında fikirlər inşa etdilər. Zaman və hərəkət nəzəriyyəsi (Zenon), məntiq və riyaziyyat nəzəriyyəsi (Evklid və Pifaqor)  əhəmiyyətlidir. Parmenidin birlik və Pifaqorun riyaziyyat düşüncələri Platonun formalar fikrinə təsir etmişdir.

Şərq Fəlsəfəsi (M.ə. 6 -5 əsr)-Lao-Tse, Konfutsi, Budda
Konfutsi haqq, ədalət, cəmiyyət və davranışlar haqqında bürokrat gözüylə əsərlər vermişdir. Budda-işıqlanmış adam- həyatın bir sinə gərmək olduğunu, bu ağrını aşmaq (nirvana ) üçün həddindən artıq uclardan çəkinmək lazım olduğunu söylədi. Lao-Tse hər şeyin altındakı həqiqəti axtardı. Tao-yol-adlı anlayışı keçmiş, gələcək və ətraf mühit kimi ünsürlərlə uyğun yaşamağı nəsihət edər.

Böyük üçlük  (M.ə. 5 -4 əsr)-Sokrat, Platon, Aristotel
En böyük üç filosof olaraq xatırlanırlar . Söylədikləri bu gün də fəlsəfənin mərkəzindədir. “Böyük üçlük” deyə adlandırıla bilərlər. Platon Sokratın şagirdi; Aristotel də Platonun şagirdidir. Sokrat insanlarla söhbət edərək onların həyatı sorğulamasını təmin edirdi, buna da doğurtma deyirdi. Fəlsəfəni bir həyat yolu olaraq gördü. Bir şey yazmadı, amma dövlətə qarşı duruşu çox filosofa dərindən təsir etdi. Onunla əlaqədar məlumatların çoxunu Platon dialoqlar halında yazmışdır. Platon “Akademiya” adlı qərbdəki ilk yüksək təhsil mərkəzini quraraq yüzlərlə filosofun yetişməsini təmin etdi. Formalar nəzəriyyəsi maddi dünyanın ideyaların bir əksi olduğunu söyləyər. Bilgi bir xatırlamadır. Gerçək, ideal formaların təzahürüdür. Aristotelə bilginin ən böyük çalışanı deyilə bilər. Biologiya, etika, məntiq, metafizik və s. bütün elmlərin inkişafına gətirib çıxarmışdır. O da ” Kollec” adlı ali təhsil mərkəzini qurmuşdur. İlk məntıqçı və bioloq olaraq təyin olunar. Xristian, İslam, Naturalist ya da Materialist kimi çox müxtəlif fəlsəfi anlayışlarda adı keçər. Platonun formalar nəzəriyyəsini naturalist baxımdan şərh etmişdir.

Hedonizm (M.ə. .4 əsr)-Epikür
Həzzçı əxlaq sistemini inkişaf etdirdi. Zövq ən yaxşı şeydir dedi. Zövqün keyfiyyəti miqdardan daha əhəmiyyətlidir dedi. Atomçu bir anlayışa sahib idi. Hər şeyin görünməz parçacıqlardan yarandığını yazdı. Epiküristlər sərhədsiz dünyalar-qalaktikalar-olduğuna inanırdılar.

Stoacılar  (M.ə. 3-4  əsr)-Zenon, Epiktet, Mark Aurelio
Stoa Zenonun dərs verdiyi heyyətə verilən addır. Dünyanın tanrı tərəfindən qoyulan sarsılmaz qanunlarla idarəsinə inanarlar. Hər şey bir səbəblə olar. İlahi qanunlara uyğunlaşma həyatın məqsədi olmalıdır. Tanrı bir uyğunlaşma yaratmaq məqsədini güdür.

Septiklər -Şübhəçilər (M.ə. 5  M.s. 2 əsr)-Timon, Antisfen, Sektus Empirik
Var olan bütün fikirləri tənqid amacındaydılar. Bütün doqma və doktrinaları rədd etdilər. Heç bir şey tam olaraq bilinə bilməz. Şübhə ağılın ən müdafiə olunan yanıdır. Empirizm və elmi üsulun doğumunu təmin etmişlər.

Kiniklər (M.ə. 4  M.s. 6 əsr)-Dioqen
Zövqlər təbii deyil və zərərlidir. İnsanın özünü tərbiyə etməsi tək yoldur. Doqmalardan və fərziyyələrdən uzaq dayanmaq lazımdır. Fərdi ehtiraslar, zənginlik, şöhrət  pis şeylərdir. İnsanı sürüyən, iştaha bağlı impulsların aradan qaldırılması lazımdır. Həyat sadə bir şəkildə sürdürülürsə  anlamlandırıla və dözülə bilinən olar.

Orta Çağ Fəlsəfəsi (M.s. 6 -15 əsr)-İbn Rüşd, İbn Meymun, İbni Sina, Dante, Dun Skot
Rasionalizmə möhkəm bağlılıq vardır. Bu dövr Xristian fəlsəfəsi və İslam Fəlsəfəsi ilə formalaşır. Ümumiyyətlə tanrı oxlu bir fəlsəfə vardır. Tanrı elm və əxlaqın səbəbi-nəticəsi olaraq xarakterizə edilmişdir. Var oluşa  və ilahi dizaynlara şərhlər gətirildi. Səbəb axtarmanın insanlığı tək başına qurtaramayacağı müdafiə olundu.

Böyük Elmi Addımlar (15-17 əsr)-Bekon, Kopernik, Kepler, Qalileo
Köhnə düşüncələr nəzərdən keçirildi. Ptolomeyin dünya mərkəzli kainat fikri Kopernik tərəfindən tənqid olundu. Onun Günəş mərkəzli sistem və göy hərəkətləri haqqındakı şərhləri kilsəyə zidd idi. Bütün dünyanın içində olduğu ruh halı bu astronomik səylələr dəyişdirildi. Kepler bunu riyaziyyat təməllərə dayandırdı . Qalileo riyaziyyat və elmi birləşdirərək yeni elmi fikirlər ortaya  qoydu. Teleskopu ilk dəfə istifadə etdi. Kopernikin fikirlərinin doğruluğunu sübut etdi. Francis Bekon elmin atalarından biridir. Vəkil və yazar olmasına və bir kəşf belə etməməsinə baxmayaraq induktiv metoda səs gətirdi. Bilginin müşahidə və təcrübə ilə işlənməsini müdafiə etdi. Skolastisizmin tam əksinə olan fikirləri müasir fəlsəfəyə yol açdı.

Müasir Fəlsəfənin Doğuşu (17-18  əsr)-Hobbes, Dekart, Nyuton
XVII əsr və sonrası Bekon və Qalileonun açdığı yoldan gedən Hobbes kimi mütəfəkkirlər formalaşdı . “Elmlərin elmi” ya da öncül bilgi qurulmağa çalışıldı. Beləliklə təbiət , insan və cəmiyyət bilgisinə fəlsəfə ilə yaxınlaşıldı. Maddi kainatın varlığın hərəkəti olduğu Hobbes tərəfindən müdafiə olundu. Hobbes “Levifan” adlı kitabında avtoritar rəhbərliyi müdafiə etmişdir. Həyatın yorucu, acı, tək və qısa olduğunu söyləmişdir. Müasir fəlsəfənin atası olaraq xarakterizə edilən Dekart isə şübhəçiliyin binasını inşa etmişdir. Yalnız özünün düşündüyündən şübhə etməmişdir. Qalan hər şey şübhəlidir. “Düşünürəm o halda varam” cümləsi ilə tanınan filosof  rasionalizmi bu günlərə daşıyan düşüncələrə malikdir. Riyaziyyat və metafizikaya əhəmiyyətli qatqılarda olmuşdur. Nyuton  isə fizikanı elmləşdirən adamdır. Klassik fizikanın qanunlarını qeydə keçirmişdir. Kainatın işləyişi baxımından filosofların böyük bir köməkçisi olmuşdur. Onun fizikanı  qaydalaşdırdığı kimi, daha sonra İmmanuel Kant  fəlsəfənin qanunlarını meydana gətirməyə çalışacaq.

Müasir Fəlsəfənin əsasları (17- 19 əsr)- Spinoza, Leybniz, Lokk, Berkli, Yum , Russo, Kant
Spinoza və Leybniz, Dekartın “Kartezyen dualizmi” adını verdiyi düşüncədən təsirləndi. Öz metafizik sistemlərini meydana gətirdilər. Dekart, Spinoza və Leybniz yaxşılıq xəttli bir tanrı düşünmüşdülər. Spinoza kainatın təşəkkülü ilə tanrını bir tutdu. Panteizmin bu dövrdəki mərkəzidir deyilə bilər. Deus Sive Natura-Yəni “tanrı ya da təbiət” cümləsi ilə tanınır. İkisi bir-birinin yerinə istifadə edilə bilər. Leybniz “Monadoloji” adlı işiylə tanınır. Monad adını verdiyi metafizik vahidlərin maddəni meydana gətirdiyini söyləyir. Zehni və ya fiziki hər şeyin Monad adını verdiyi birimlərlə meydana gəldiyini söyləyir. Bunlar bölünə bilməz . Kainatdakı dəyişmələr də hər Monadın işinə görə formalaşır. Şeylər-hadisələr yalnız tanrının müdaxiləsi asılıdır. Con Lokk, Bekon təcrübəsi ilə Dekartın şübhəçiliyini birləşdirdi. Fəlsəfəni problem həll etmə vasitəsi olaraq təyin etdi. İnsanın boş bir lövhə kimi doğulduğunu hər şeyin təcrübədən gəldiyini söylədi. Corc Berkli adlı yepiskop isə maddənin yalnız zehinin bir təmsili olduğunu söylədi. Berkli  Lokka ,David Yum da Berkliyə  qarşı çıxdı. Şübhəçiliyin bilgi və gerçək yolunda var sayıla biləcək ən əhəmiyyətli nöqtə olduğunu söylədi. Kantı yuxudan oyandırdı. Russo etik və siyasi fəlsəfə ilə maraqlandı. “Cəmiyyət müqaviləsi”, “Etiraflar”  kimi işlərində insanın  “yaxşı” olaraq doğulduğunu və cəmiyyətin onu pozduğunu söylədi. İmmanuel Kant fəlsəfə tarixində ən çox başa düşülməyə çalışılan adamdır. Çox adama görə ən fəlsəfi sualları o soruşmuşdur.  Dekart, Spinoza və Leybnizin Rasionalizmi ilə Lokk, Berkli və Yumun təcrübəsini eyni məxrəcə gətirmişdir. Ziddiyyəti eyni fəlsəfədə birləşdirdi. “Saf ağılın tənqidi” adlı işində ifadə etdiyi kimi: “Gerçəklər ( numenlər ) bilinməz, görünənlər ( fenomenlər ) isə qanunlarla idarə olunur və bilinə bilər.” Bilginin duyğudan gəlmədiyini müdafiə etdi. Davamlılıq, lazımlılıq, bilgi  kimi anlayışların bizə birləşmiş bir dünya bilgisini verdiyini, əxlaqi hərəkətlərin “vəzifə duyğusu ” ilə formalaşdığını söylədi

Kant Sonrası mütəfəkkirlər (19 əsr)-Şopenhaur, Hegel,  Marks
Şopenhaur gerçəyin itələyici gücünün ” istək” olduğunu söylədi. Ona görə həqiqəti anlamaq üçün içəri baxmalıyıq , çölə deyil. Yəni kainatın xarici ya da ruh kimi sirrlərini deyil, özümüzü araşdırmalıyıq. Ona görə bütün insanlıq məşğuliyyət boşunadır. Həyatın dərmanı ” Vaz keçməkdir “. Hegel tez, antitez, sintez üçləməsini məşhur hala gətirdi. Tanrı və ağıl birliyini müdafiə etdi. Dövləti ən yüksək əxlaqi təşkilat olaraq təyin etdi. Karl Marks Hegelin diyalektindən yola çıxaraq sinif qarşıdurmasını təsvir etdi . Marks, Siyasi fəlsəfənin və siyasətin ən məşhur adıdır. Kapitalist-idarə olunan iqtisadi bərabərsizliyi və sənayeləşən cəmiyyətin görünüşünü ən yaxşı o izah etdi.

Humanist Fəlsəfə – Modern Elmin Doğuşu  (19-20 əsr)-Komte, JS Mill, Darvin
Komteni ümumiyyətlə pozitivist fəlsəfə ilə əlaqələndirilər . Metafizikanı mənasız görən bu fəlsəfəyə görə elmi metod problemlərin həllində yeganə yoldur . İnsanın sorğulamalarına müşahidə və təcrübə ilə cavab verilə bilər. “İnsanlıq Dini” dediyi bir fakt ilə dünyəvi bir anlayış gətirməyə çalışdı. JS. Mill ondan təsirləndi. “Azadlıq Üzərinə” adlı çalışması ifadə və qadın azadlıqları üzərinə baş əsəridir. Bioloq Darvin “Növlərin Mənşəyi” adlı işiylə insanlıq qəbulunu kökdən dəyişdirmişdir. Təkamül və təbii seçimə fikirləri tarixi təsir edən ciddi addımlardandır .

Nihilizm – Eqzistansiyalizm (19-20 əsr)-Kyerkeqor , Heydeqqer, Nitşe, Dostoevski, Kafka, Hesse
XIX  və XX  əsr  varoluşçularına görə var olmaq özdən əvvəl gəlir. Kyerkeqor düşüncənin qurucusu olaraq məşhurlaşar. Qorxu və titrəmə insanı var olması fərq etməyə sürüyər. Heydeqqerə görə ölüm fikri bir heçlik hissi meydana gətirər , insanlar təbii olmayan vərdişlərə sığınaraq azad iradələrini tərk etmək istəyərlər. “Biz özəlliklə təkik ” deyər. Dünyaya tək gəlib tək getməkdəyik. Nihil-Latınca ” heç” həqiqətə dair bəyanları rədd edən, doğru ya da səhvə inanmayan düşüncəyə verilən addır. Nitşe, “Güc İstənci”-də Nihilizmin köklərini izah etmişdir. Kölə və əfəndi əxlaqını izah etmiş, ikisinin ayrimlarini ifadə etmişdir. Xristianların kölə əxlaqına sahib olduğunu , insanlığın əzik tərəfini təmsil etdiyini söyləyər. Gerçək və fakt deyə bir şey yoxdur. Bunlar bir şərhdir. İnsanlığın tək ümidi “Üstinsan”-a çatmaq və dini aşmaq olmalıdır.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FİLOSOF KİMDİR?

Türkcədə ilk olaraq “Kutadqu Bilik” adlı əsərdə keçər. Filosof adlandırmasını istifadə edən ilk adam Pifaqordur. Pifaqor filosof sözlüyünü “sorğulayıb tapmağa çalışan” mənasında istifadə edirdi. Bundan əvvəl filosoflar  müdrik, alim kimi sözlərlə çağırılırdı . İlk filosofun Miletli Fales (mö. 624-546) olduğu fərz edilir. Tarix boyunca müdrik kəslərə filosof sözü deyilmişdir . Elm adamları XVIII əsrə qədər “təbiət filosofları” olaraq xatırlanmışdır. “Filosof ” hər hansı bir mövzuda düşüncələrin kənarını araşdıran, sorğulayan, arxa pərdəsini tapmağa çalışan kəslərə yaraşdırılan bir ünvan olmuşdur. Filosof adını istifadə edən ilk kəslər Yunanlı müdrikləridir . Qərb Anadolu, Trakya və Mora yarımadası ətrafında istifadə edilməyə başlanan ad gedərək bütün dünyaya yayıldı. Yunan mədəniyyəti üzərinə yüksələn Roma İmperatorluğu baş faktor idi. Siseronun yazılarında filosof, fəlsəfə və Yunanlılar haqqında tez-tez oxuyuruq.

Fəlsəfə tarixi-filosofFəlsəfənin başladığı tarix olaraq milad öncəsi VI yüz illiyi deyilər. Budda, Konfutsi və Fales bu əsrdə yaşamışdır. Fales (mö.624 – 546) özünə filosof demirdi, amma sonradan ilk filosof sayıldı. Qautama Budda (mö. 563-483) hələ də qərbdə təsiri davam edən, daha çox müdrikliklə xatırlanan bir bilgindir. Konfutsi (mö.551 – 479) isə əhəmiyyəti sonradan aydın olan bir düşünürdür. Üçünün eyni anda yaşadığı bu zaman başlanğıc qəbul edilsə də, sonradan fəlsəfə adını alan bu müdriklik hərəkəti daha köhnələrə uzanmaqdadır. Hər şeyin bir təsiri və bir reaksiyası olduğu kimi fəlsəfənin də səbəbləri var. Fəlsəfə, Kantın dediyi kimi boş zamanı olan yunanlar tərəfindənmi icad edilmişdir? Bəlkə sistematik olması Yunanlılardandır, ancaq müdriklik, sorğulama, maraq etmə insanın köhnə zamanlarına qədər çatar. Aristotelin dediyi kimi: “insan təbii olaraq bilmək istər” Fəlsəfədə təbii bir yan olmalıdır. Bir şey fəlsəfəyə səbəb olmuşdur.

Fəlsəfə nəyə reaksiya göstərmişdir? Filosof, müdrik, alim deyilən kəslərin xüsusiyyətləri nələrdir? Filosoflara baxdığımızda, izdihamların arxasına düşdüyü gündəlik həvəslərdən və maddi zövqlərdən təmizlənmiş, xilas olmuş kəslər görərik. Ehtiras yalnız sorğulamalarında vardır. Əksəriyyətin və kütlənin etdiyini, yaşamaq üçün yox etməyi etməzlər. Şərq alimlərinin çoxu bir canlını incidərəm deyə bir yerə getməz, bəzi paxlalı və tərəvəzlər xaric bir şey belə yeməzdilər. Qərbdə da filosofluq, xalqa məsləhətçilik edən, dolanışığını müəllimlik və ya sadə işlərdən qarşılayan adama bərabər gəlirdi. Tarix boyunca bənzər xüsusiyyətlər yaraşdırılmış, yaşanmışdır. Bir şey daha yaraşdırılar – Qarşı çıxmaq.  Filosof təbii olaraq sorğulamaq istər. Çünki müdriklik digərlərindən fərqli olmaqdır. Müdrikin yaxşı ya da pis olması bir yana, fərqli olması lazımlıdır.

Digər insanlardan fərqli olaraq filosof əzməz , istismar etməz . Ən başda müdriklik, filosofluq belə çıxmışdır. Sorğulanacaq bəzi şeylər vardır. Məsələn, insanın ən fundamental xüsusiyyətləri sorğulamağa dəyərdir. “Eqoizm” ən başda gəlir. İnsan çox eqoist olmalı ki , filosofda ən az olan xüsusiyyətlərdən biridir. Fəlsəfəni doğuran da filosofun bu eqoizmi fərq etməsidir. İnsanın özündən uydurub özün istədiyi kimi inanmasını axmaq sayan və tənqid edənlərə filosof deyilir. Ümumiyyətlə, insanın geri dönülməyəcək ölçüdə pozulduğunu söyləyən, xəbərdar edən, ölçülü olmağı tövsiyə edən kəslər filosofdur. Filosoflar ümumiyyətlə fikirləri adına bir hərəkətə keçməzlər. Yalnız söyləyərlər. Fəlsəfədə tətbiq mərhələsinə keçmək çox nadirdir. Platonun 2400 il əvvəl dediyi kimi “filosofların iqtidarı” heç mümkün olmamışdır. Çünki tətbiqə keçəcək bir şey yoxdur. Zorla fəlsəfə olmaz. İnsanlar olan yaxşılıqdan də soyuyarlar. Sokrat kimi “doğurtma üsulu” tətbiq olunur. Sokrat  bazarda xalqa söhbət edir, fəlsəfə edirdi. Cavabları vermək yerinə müzakirə, insanlara ip ucları verərək özləri üçün kəşf təmin edirdi. Beləliklə, filosof həm özünə, insanlığa fayda təmin edirdi, həm də ətrafdakı bütün varlıq aləminə fərqli baxış bucaqlarından yaxınlaşa bilirdi.

fəlsəfə və elm-filosoflarLüdviq Vigtenşteyn bütün filosofları suyu bulandırmaqda” günahlandırmış, fəlsəfə etmək yerinə əməli işlərdə çalışmağı öyüdləmişdir . Marks, filosofları yalnız tədqiq edərək tənqid etmişdi. Steven Hokinq kimi fiziklər fəlsəfənin öldüyünü və elmlərlə yarışamadığını söyləmişdi. Bir çox filosof və alim fəlsəfəni və filosofları tənqid etmişdi. Fəlsəfəni öldürdüyünü söyləyən bir çox insan vardı. Təəssüf ki, bütün bu şəxslər olmasa da fəlsəfə dediyimiz fəaliyyət qalacaqdır. İnsanlıq belə yox olsa, fəlsəfə şübhəsiz vardır. Lüğətlərə baxmayıb, ümumən tənqid edən bir fəlsəfə anlayışını göz önünə alsaq, kainatda hər zaman fəlsəfi bir istiqamət olduğunu görərik. Filosof insanın pis yanını fərq edib dəhşətə düşən, sonrasında fəlsəfi sorğulamalar edən insanların ümumi adıdır.

Toro gözəl deyirdi:
“Filosof olmaq heç də, sadəcə olaraq zərif fikirlərə malik olmaq, hətta bir məktəb yaratmaq da deyildir. Bu, müdrikliyi sevmək və onun diqtəsinə uyğun bir şəkildə sadəliyin, özgürlüyün, alicənablığın və etibarın mücəssəməsi olan bir həyatı yaşamaqdır. Əgər biz təkcə müdrikliyi tapa bilsə idik, əmin ola bilərdik ki, digər şeylər də bizimki olardı.”
Bekon bizə belə bir  nəsihət veridi:
“Əvvəlcə öz ağlının yaxşı tərəflərini axtar, belə olduğu halda qalan şeylər ya öz-özünə təmin olunacaq, ya da onların itkisini heç duymayacaqsan.”

Mənbə: www.dmy.info;  “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

FƏLSƏFƏ HAQQINDA

fəlsəfəFəlsəfə – Qədim Yunan dilində  (philosophía φιλοσοφία) -“müdriklik sevgisi” mənasını verməkdədir. Filosof (Philósophos φιλόσοφος) isə “müdriklik sevən” deməkdir. Ümumi qənaətə görə,  bu kəlimə “müdrik” sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi, özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu təvazökarlıq, ancaq “müdriklik sevən” deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir. Fəlsəfə ilə məşğul olmaq, Antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir. Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir. Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil. Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik. Bu tamamlamaq, düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd, əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.

Fəlsəfəyə, müdriklikdən sonrakı mərhələdir, deyilə bilər. Müdrik olmağı aşmaq isə təvazökarlıq ilə reallaşar. İnsan müdrik/bilikli olduqdan sonra bundan sıyrıla bilərsə, fəlsəfə ilə məşğul ola  bilər. Bunu, həyatın hər anında da yaşaya bilər, müəyyən bir mövzu üzərinə də cəmlənə bilər. Fəlsəfəni yaşayanlara filosof deyilir. Həyatlarının hər anında fəlsəfi yaşayar, gündəlik hadisələri fəlsəfələrinin bir nümunəsi olaraq görərlər. Fəlsəfə, hadisələrin, faktların təməllərinə və dayaqlarına enər. fəlsəfə-haqqındaBir mövzuda məlumat sahibi olmaq adamı ağıllı edə bilər. Yalnız bilgi ilə filosof olunmaz. Filosof məlumatın kənarındadır. Öyrənmək, əldə etmək deyil, onu sorğulamaq, şübhə etmək istəyindədir. Araşdırmaq, incələmək, ardına baxmaq onların fəaliyyətidir. Fəlsəfə xaricdən əldə edilməz, xaricdən öyrənilməz. Məlumatı başqa insanlardan əldə edə bilərik, amma fəlsəfəyə özümüz çatmalıyıq. İnsan ancaq məlumat, şəxsiyyət, zənginlik, zövq kimi istəkləri tərk edə bilsə, filosof ola bilər. Fiziki dünya, fəlsəfi sorğulamanı çətinləşdirər. Ən yaxşı və ən sadə düşüncələr belə xaricdən gəlməz. Fəlsəfə öyrənilməz. Fərd öz-özünə fəlsəfi sorğulamalar etməlidir. Fəlsəfə üçün təvazökar və maraqlanan olmaq lazımdır. Bunun səbəbi də əvvəlcə maddi dünyadan sıyrılmaq, ardından çöldən baxaraq hadisələri anlaya bilmək üçün maraqlanmaqdır. Əvvəl gündəlik ehtiraslardan sıyrılmaq, sonra da izah edə bilmək üçün sadə və təvazökar olmaq filosofun təməl xüsusiyyətlərindəndir.

FƏLSƏFƏNİN SAHƏLƏRİ

Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:
Məntiq -təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
fəlsəfə haqqındaEstetika -ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu-sənətin fəlsəfəsidir.
Etika -ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq -cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, domekratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika -hər bir şeyin “son reallığ”-ı haqqında təlimdir. Bu, fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır; qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca, mənası: idrak nəzəriyyəsi).

Mənbə:  www.dmy.info , “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı:  Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +18 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus