QADINLIQ VƏ YAŞAM

Xüsusi

qadınlıq və yaşamBizi aldatdılar.

Bizi həyata qarşı aldatdılar həm də. Yalnızca bir məqamda, bir halda deyil… Biz aldanışa doğulduq. Yalan hekayələrin üzərində addımlarımızı atdıq.  Bizə özümüzü tanımağa imkan vermədilər, “sən belə olmalısan” deyə uydurma anlatdılar. Bizdən düzəldəcəkləri şeyi  ərsəyə gətirmək üçün uğraşdılar. Həm də bizimlə uğraşdılar. İçimizdə nə vardısa söküb yırtıb almağa çalışdılar. İçimizdə içimizdən nə qaldısa, nə göründüsə  onu yasaq, murdar elan etdilər və bizi özümüzdən ürkütdülər. Əllərimizdən utandıq, ayaqlarımızdan utandıq, saçlarımızdan, dırnaqlarımızdan, sonra qəlbimizdən, hislərimizdən, istəklərimizdən utandıq. Yalanların içində sadəlövhcə, axmaqca çabalayıb qaldıq. Hədəf alındığımızı heç anlamadıq. Ən qorxulu, ən təhlükəli məxluq bizdik. Və buna görə ətrafımıza çəpərlər çəkdilər.

Bizə həyatı yasaqladılar.

Yolları, küçələri, kəndləri, şəhərləri- dünyanı bizə yasaqladılar. Bizi gizləmək üçün hündür,  dəbdəbəli evlər tikdilər, divarlar ucaltdılar. O divarlardan kənara atdığımız addımları təkrar-təkrar, vasvasılıqla, dəqiqliklə ölçdülər, hesabladılar, vurdular, böldülər.  Hər addımımızda onların şübhə dolu, sınayıcı, aşağılayıcı baxışlarıyla üzləşdik.  Biz bu dünyaya doğulmadıq, bu yer, bu torpaq bizim olmadı. Yollarında yalnız onların təsdiqlədiyi addımları ata bildik, onlar bəlirlədiyi saatlarda və onlar bəlirlədiyi qaydalarla hərəkət edə bildik. Biz bu həyatı yaşaya bilmədik. Həyatımızı bizdən oğurladılar, ya da qəsb etdilər. Və bizə həyasızcasına başa salmağa çalışdılar ki, həyatımız onlarındı və biz həyatımızla onlara borcluyuq, çünki onların qövmündənik.

Biz öz cinsiyyətimizin içinə həbs olunduq.

Hər şey və hər kəs bizə cinsiyyətimizin ardından baxdı. Cinsiyyətimizdən çıxıb insan ola bilmək şansını bizə tanımadılar. Hər şeyi, yaşam şərtlərini bizə cinsiyyətimizlə bəlirlədilər. Cinsiyyətimizin içində çarmıxa çəkildik, hərəkət edə, tərpənə, qımıldaya bilmədik.  Tərpənmək, qımıldamaq, yaşamaq, hiss etmək istədikcə acılara boğulduq.Cinsiyyətimizlə bizə yaşamağı, hiss etməyi yasaqladılar.

Bizi sevmədilər.

Sevgilərini yalnızca yonub-yonub yapdıqları məxluqa yönəltdilər. Onlar  içimizdəki bizdən  ürkdülər, nifrət etdilər. Biz yalnızca uşaqkən onların nəsilartırma  instiktindən doğan məncil məhəbbətlərinə tuş gəldik. Bizi ona görə sevdilər ki, onlarındıq, onlardandıq. Bizim onlardan olmadığımızı hiss etdikləri an düşmənə,  içimizdəki daha fərqli birini görüncə yırtıcıya çevrildilər. Biz də onları sevə bilmədik. Çünki biz görürdük, sevgilərinin arxasında silahlarını da yerə qoymağı unutmazlar. Çünki biz çox yaxşı bilirdik, onlar özlərinə çevirdiyi bizləri sevirlər –  içimizdə gizlədiyimiz, sıxıb-sıxıb saxlamağa məcbur olduğumuz bizləri görməyə gözləri yoxdur. Çünki biz yaxşı bilirdik, ənənələrə, qaydalara, ətrafa sadiq  sevgi saxta və qorxaqdı. Çünki biz duyurduq, onlardan gizlənməyə, qorunmağa məcburuq və bu dostca deyil.

qadın və yaşamOnlar ədaləti öldürdülər.

Onlar yalanlara boğulub bizi də qurban etdikcə ədaləti öldürdülər. Onlar yalançı idilər, haqsız idilər, qorxaq idilər, saxtakar idilər, ədalətsiz idilər, zalım idilər. Və biz onlara tapınmalı idik. Ama yaratdıqları bütlər bir-bir gözlərimizdə əriyib sabun köpüyü kimi yox olurdu. Və onlar özləri də yox olurdu. Gün gəldi və bizi onlara ancaq əllərindəki silahlar bağlaya bildi. Artıq ortada heç bir dəyər qalmadı. Artıq onlar yalnızca onlar olduqlarından dolayı bir dəyərə malik deyildilər. Onlar acımasızdı, biz də acımasız olduq. Mərhəmət istəməyəcək və mərhəmətsiz hala gəldik. Mərhəmət istəməyəcəkdik, çünki hər güzəşt bizlərdən nəsə verməkdi, təslim etməkdi.  Mərhəmət göstərməyəcəkdik, çünki hər güzəşt bizlərdən nəsə verməkdi, təslim etməkdi. Onların mərhəməti bizim ədalətsizliyimizə – ölümümüzə  hesablanmışdı.

Onlar bizi öldürdülər.

Onlar ölü idilər. Bir zaman onları da öldürmüşdülər. Və onların görəvi bizi öldürməkdi. Onlar bizdə ölünü görmək istərlər, tam varlıqları ilə ölümə heyrandılar. Ölümü hüzürlə və rahatlıqla seyr edərlər. Ölümə o qədər vurğundular ki, bir yaşam qığılcımından it kimi ürkərlər, təlaşa düşərlər və dərhal öldürmək üçün düzəvlərini qurarlar.

Bir gün birlikdə böyüdüyümüz, uşaqlığımızı, məsumiyyətimizi, saflığımızı və inamımızı paylaşdığımız öz qardaşlarımız yanlarımızdan əskildi. Onlara tabe oldu, onların qaydalarının, inanclarının içinə kökləndi. Və biz bir gün, dəhşətlər içində çılğınca və məsumca bağırdıq: “Artıq sən  əvvəlki kimi yaxın deyilsən, artıq mən sənə əvvəlki kimi hər şeyi danışa bilmirəm”. Və o zaman dəhşətlə başa düşdük ki, həqiqətən o – qardaşımız bizə əvvəlki kimi yaxın deyil və biz ona əvvəlki kimi hər şeyi anlada bilmirik. Bəlkə də onun qəlbi yoxdur. Demək, o da bir ölüdür. Öz qardaşında, öz doğma qardaşında – halbuki, bir qədər əvvəl capcanlı idi, saf  idi, sevgi və həyat dolu idi, dost idi – ölünü seyr etməyin və onu əbədilik itirməyin dəhşətini yaşadıq. Beləcə,  doğma qardaşlarımız bir gün  bizi gözətləyən ölü jandarmlara- nəzarətçilərə çevrildi. Və biz onların da gözlərində bir gün o yad, sınayıcı, şübhəli baxışları gördükdən sonra anladıq ki, biz yalnız buraxılmışıq.

qadınlıq və yaşam-aldatmaqVə biz də onları aldatdıq.

Artıq onları aldatmaq bizimçün faciə deyildi. Bizim varlığımızı danan, onu hesaba almayan, onu başqa şəklə salmağa çalışan onları aldatmaq faciə deyildi. Biz onları aldadaraq  qabığımızın içində varlığımızı saxlamağa çalışdıq. Onlar bizim həyatımızı çalmışdılar, qarşılığında onların həqiqət payını çaldıq. Bütün həyatını yalanlara sığınıb yaşamışdılar, biz də öz gerçəklərimizi onlardan saxladıq.

Bir gün “bu həyatı bizə niyə yasaq etdiniz” deyə hesab sorduq,

“yalanların içinə niyə bizi gömdünüz” deyə. Bir gün ardımızda hər şeyi – onları, qardaşlarımızı, bacılarımızı, atalarımızı, analarımızı  buraxaraq hər kəsdən və hər şeydən çıxıb getdik. “Bu həyat, bu küçə, bu şəhər, bu kənd bizimdir, onları bizə heç kim yasaq edə bilməz” dedik və bəlirlənməmiş bir saatda, bəlirlənməmiş bir nədənlə, bəlirlənməmiş istiqamətə addımladıq.  Özümüzdən, hislərimizdən, istəklərimizdən, əllərimizdən və ayaqlarımızdan utanmadıq. Gecə saat 2, 3, 4, 5 gündüz saat 5, 6, 9, 10, torpaq və günəş, qaranlıq və işıq, şəhərlər və kəndlər, küçələr və evlər- hamısına sahibləndik.   Və  dünyaya nəhəng dalğaların içinə düşmüş kiçik bir yarpaq kimi kimsəsizcəsinə və sahibsizcəsinə yenidən gəldik.

Müəllif: Sevinc Sultan

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

NİTSŞEDƏN SEÇMƏLƏR

Fridrix Vilhelm Nitsşe- Alman filoloq, filosof, kültNitsşedən seçmələrür tənqidçisi, şair və bəstəkar. Din, əxlaq, modern kültür, fəlsəfə və elm haqqında metafora, ironiya və aforizm dolu bir üslubla tənqidi yazılar yazmışdır. Həqiqətin dəyəri və obyektivliyi haqqında apardığı kökdən sorğulaması, geniş miqyaslı şərhlərin mərkəzini meydana gətirir və təsiri, xüsusilə, qitə fəlsəfəsi ənənəsində, varoluşçuluq, postmodernizm, post-strukturalizm də daxil olmaq üzrə davam etməkdədir.

Nitsşenin fəlsəfə təlimi, öz çağına tamamilə  bir qarşı çıxış olaraq görülməkdədir. Bütün dərdi, insanı ağılçılıq qısqacından qurtarıb özü üzərindən düşünməsini təmin etməkdir. Nitsşeyə görə, Tanrı ölmüşdür və insanlar Dünyada tək qalmışlardır. Buna görə, insanlar Tanrıdan gözlədikləri ümid və istəkləri bir kənara buraxıb özlərini Dünyaya həsr etməlidirlər. Beləliklə, düşüncə ilə həyat arasında bağ qurulması daha asan olar.

Bəzən insanlar, illuziyalarının yox olmasını istəmədikləri üçün, həqiqəti eşitmək istəməzlər.

Haqlılıqda israr etməkdənsə, haqsız olduğunu qəbul etmək daha böyük bir davranışdır. Xüsusilə də, haqlı ikən.

Fərd, hər zaman, sürü tərəfindən udulmamaq üçün mübarizə aparmalıdır.
Əgər bunu yoxlasanız, adətən, yalnız qalarsınız və hətta bəzən qorxa bilərsiniz.
Lakin heç bir bədəl, özünüzə sahib olmaq ayrıcalığından daha dəyərli deyil.

İçimizdəki ən cəsur belə, həqiqətən bildiyi şeyi etməyə nadir hallarda cəsarət edər.

Yığından olan, havayı yaşamaq istəyər.
Dad verə bilmədiyin yerdə dad almaq istəməməlisən.

Bizim çağdaş “azadlıq” qavramımız, instinktiv bir korlanmanın sübutudur, artıq!

Canavarlarla savaşarkən, onlardan biri olmamaq üçün diqqətli olun.

Hər seçkin insan, motivasyonlu olaraq izdihamdan, çoxluqdan, əksəriyyətdən qurtulduğu, onlardan ayrılmış biri olaraq, qayda “adamlarını” unuda bildiyi, sığınacağı qalasının və gizlinin dalınca qaçar.

Yaradıcılıq və kəşf, acıda və yalnızlıqda gizlidir.

Dünyada heç bir şey, insanı, kin bəsləmə duyğusu qədər çürütməz.

Gündə on dəfə məğlub etməlisən özünü; bu yaxşı bir yorğunluq verər və könlünə tiryək kimi təsir edər.

Yaxından qorxuram səndən, uzaqdan sevirəm səni; qaçışın çəkir, axtarışın qaçırır məni, acı çəkirəm, amma sənin üçün hansı acıya sevə-sevə qatlanmaramki!

Qadının öncə bir nemət olduğunu, bütün dərinliyi ilə hiss etmək gərəklidir.

Özünü görməzdən gəlmək, yaxşı görmək üçün gərəklidir.

Həyat planınız sizin əlinizdə deyilsə, varlığınızı təsadüfə buraxmısınız, deməkdir.

Mən, iki insanın, daha uca həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.

Musiqinin səsini eşitməyənlər, rəqs edənləri dəli zənn  edirlər.

Bəzən susmaq, danışmaqdan daha çox şey ifadə edər.

Düzəltməyə, özündən başla.

Yalnız olan varmı ki! Qorxaq yalnızlığın nə olduğunu bilməz: stulunun arxasında hər zaman bir düşməni vardır. Ah, kaş, birisi, bizə yalnızlıq deyilən o incə duyğunun hekayəsini anlata bilsə!

Həqiqətin düşməni, qadağalar və inanclardır.

Həyatı itirməyin sahilinə yaxınlaşanlar, onu daha yaxşı tanıyırlar.

Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacasqan; sən özün pusquda gözləməlisən özünü…

Bəzi sirlər vardır, yalnız dostlara anlatılacaq.
Bəzi sirlər vardır, dostlara belə anlatılmayacaq.
Bəzi sirlər vardır, özümüzə belə açıqlanmayacaq.

Kimisinə görə yalnızlıq, xəstə insanın qaçışıdır.
Kimisinə görə də, xəstə insanlardan qaçışdır.

Bütün zamanlarda olduğu kimi, insanlar,  indi də kölələr və azadlar kateqoriyalarına ayrılmaqdadır; çünki günün üçdə ikisini özünə ayırmayan hər hansı biri, kim olursa olsun: istər dövlət adamı, istər iş adamı, istər məmur, istər alim olsun, əsasən bir kölədir.

İnsan, digər insanlardan heç bir şey istəməməyə, onlara hər zaman verməyə alışdığı zaman, fərqində olmadan böyük bir şəxsiyyət qazanmış olur.

Əgər, evli insanlar bir yerdə yaşamasaydı, yaxşı evliliklər daha çox olardı.

Səni sevirəmsə, bundan sənə nə!

Az bilən və az düşünən çox danışar.

Sabit fikir, sahibini həbs edər!

Bir uşaq istəməyə layiq bir insanmısan?

Dəri dəyişdirməyən ilan ölür.. Eynilə, düşüncə dəyişdirməsinə əngəl olunan beyinlər kimi..

Və dostlarından birinin, sənə bir pislik etməsi halında, ona belə de: Mənə qarşı etmiş olduğun davranışı sənə bağışlayıram; amma özünə qarşı etdiyin davranışı mən necə bağışlaya bilərəm.

Ən insani davranış, bir insanın, utanılacaq vəziyyətə düşməsinin qarşısını almaqdır.

Musiqisiz bir həyat, xətadır..

İnsan əskik, tamamlanmamış bir varlıqdır, açıqdır, hər şeyə: Geridən geriyə də gedə bilər, sağa sola da dönə bilər, yuxarılara da yüksələ bilər.

Əgər xidmət edən olacaqsansa, sənin xidmətindən ən yaxşı faydalanacaq olanı tap!

Əlimizdə bir çiçək var ikən, gözümüzə sadəcə tikanları görünər. Uzaqlarda isə bir tikan vardır, gözümüz hər zaman çiçəyini görər…!

İnsan bütün bir il susduğu zaman, çərənləməyi unudar , amma, danışmağı öyrənər.

Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha böyük bir şeydir.

Bir gənci pozmağın ən yaxşı yolu, onunla eyni düşünənə, fərqli düşünəndən daha çox sayğı duymağı öyrətməkdir..

Hərəkətləri danışanda, insan öz çənəsini qapalı saxlamağı bilməlidir.

Sözə qulaq asan, özünü eşitməz.

İçinə qoyacaq bir şeyiniz varsa, bir günün min cibi vardır.

Öz-özünə inanmayan hər zaman yalan söyləyər.

Özündən heç danışmamaq çox böyük bir ikiüzlülükdür.

Həyata qarşı məsuliyyətimiz, daha yüksəyini  yaratmaqdır. Daha alçağını deyil.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

QADINLAR HAQQINDA AFORİZMLƏR

* Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)

* Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)

* Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)

* Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. (Seneka)

* Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. (Budda)

* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. (Z.Freyd )

* Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. (Chamfort)

* Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)

* Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? (Z.Freyd )

* Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır». (XVI Ludovik)

* Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. (Oskar Vilde)

* Qadın, hər şeyi görən gözü belə aldadar. (F. Dostoyevski)

* Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. (Madam De Stall)

* Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rowland)

* Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır.
(Viktor Hüqo)

* Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər…
(Paulo Coelho)

*Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur.
(Giyom de Buşe)

* Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)

* Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbetr)

* Qadın hökmdarlıq edir, amma idarə etmir. (D.Jirarden)

* Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram. (Uilyam Şekspir)

*Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. (Onore de Balzak)

*Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
(Çin atalar sözü)

*Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. (Migel de Servantes)

* Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir.(L. Bayron)

* Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )

* Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. (Ç. Bukovski )

* Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. (Şəms Təbrizi )

* Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür. Birincisi briliyant, ikincisi xəzinədir

* Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (Aleksandr Duma)

* Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökümranlıq edəsən. (Viktor Hüqo)

*Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Pavlovic Çexov)

* Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. (F. Dostoyevski )

* Qadınlar onları güldürən kişilərdən xoşlanır sözü yalandır, unutma. Çünki, qadınları sadəcə xoşlandıqları kişilər güldürə bilir əslində. (Can Dündar)

* Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. (F. Dostayevski)

* Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. (P. Neruda)

* Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. (Danimarka atalar sözü)

* Bir qadın sevdiyi kişinin başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can çəkişərkən görməyi tərcih edər. (Q.Q.Markez)

* Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər.
( J. Crange)

* Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. (Bob Dylan)

* Ağlamaq qadının tələsidir. (C. Rumi)

* Aldadan kişi yoxdur, göz yuman qadın var.

* Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)

* Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. (Ç.Bukovski )

* Kişilər önəm verdikləri qadından heç kimə danışmaz, qadınlar isə əksinə önəm vermədikləri kişilərdən.

* Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (R.Kiplinq)

* Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. (Oskar Vilde)

* Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də ! (P. Koelho)

Hazırladı :  Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +39 (from 43 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

QADINLAR NİYƏ BELƏ HƏSSASDIR?

10419524_678813088894547_7752305841344964411_nSual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü?

Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir. Kişinin bütün dünyası öldürmək ya da öldürülməkdir. Bütün həyatı, fikri bacardıqca çox silah əldə etməyə yönəlmişdir. Belə görünür ki, II Dünya müharibəsi ona bəs etməyib və III Dünya müharibəsinə hazırlaşır. Unutmayın ki, cəbhədə bir əsgər ölərkən, bir ata ölür, oğul ölür, bir ər ölür. Kişilər döyüşür, bir-birlərini öldürürlər, acısını qadın çəkir. Buna görə də, yüzillər boyu, acı çəkdikcə, üzüntüyə, zövqə, acıya və məmnuniyyətə qarşı daha duyarlı, daha həssas olurlar. Buna görə də, “Niyə bu qədər həssas olmuşam?” deyə soruşmayın. Həssas doğulmusunuz və bu sizin doğuşdan haqqınızdır. Həssas hiss etməyəndə soruşmalısınız ki, mən niyə həssas deyiləm?
Həssaslıq (duyarlılıq), ilahiliyin, ilahi olmağın təbiətidir.
11066562_678804068895449_5563093686225219062_n
Əsrin ən yaxşı yazarlarından biri sayılan, Corc Bernard Şoun hekayəsini sizə danışım. Bir adam, usta, sənətçi, yazıçı Bernard Şoun evinə görüşməyə gələrkən , Bernardın bağçasında o qədər çox gözəl güllər olduğunu görür ki, inana bilmir. Yazıçının evinə çatanda isə otaqda tək bir gül belə olmadığını görüb təəccüblənərək soruşur: “Bağçanda o qədər gözəl çiçəklərin var, demək olar ki, lap bolluqdur, niyə bir azını toplayıb evində güldanlara qoymamısan?” Usta cavab verir: “Mən uşaqları da çox sevirəm, onlar da hər çiçək qədər gözəldirlər, amma evimi bəzəmək üçün başlarını kəsmirəm. Çiçəklər açacaq, yağmurda rəqs edəcəklər, günəşdə, küləkdə… Onlar orda canlıdırlar. Və mən qəssab deyiləm. Mən özüm insan, canlı, həyat qaynağı ola-ola bir çiçəyi kəsə bilmərəm. Və otağımda cəsədlər istəmirəm.”
O haqlı idi. Və o həssas, duyarlı adam idi, həm də çox duyarlı.
“Həssaslığım nə ilə bağlıdır?” deyə soruşursunuz. O, ən içinizdən gələndir. Qıraqda, uzaqda, fərqli bir yerdə qaynaq axtarma. Bu sənin təbiətindir.
11041409_678808432228346_143941481_n
“Həssaslığı paylaşmaq mümkündürmü?” – Təbii ki. İnsanlarla əl sıxışdığınızda bunu görə bilərsiniz, bir ağacın ölü budağı ilə əl sıxışır kimi hiss edərsiniz. Həyat yox, istilik yox, bir enerji yox . Bunu da yaşamış ola bilərsiniz; Elə bir adamla görüşərsən ki, elə bir adama toxunarsan ki, ondan bir enerji axışı olar. Enerjiləriniz arasında bir transfer reallaşar. Bir istilik, bir sevgi. Və bir səmimiyyət hiss edərsiniz. Bax bu tip insanlar, onlarla birlikdə olarkən, demək olar, bəsləndiyinizi, qidalandığınızı hiss edərsiniz. O quru budağa bənzəyən adamlarla oturduğunuzda isə sömürüldüyünüzü, enerjinizin əmildiyini hiss edərsiniz.
Həssaslıq, özünüzə yeni bir səyahətin başlanğıcıdır. Qorxmayın. Siz yüksəyə və daha yüksəyə çıxmağa davam edin. Daha da çox, diqqətli həssas olun. Ümid edirəm, bu sizə insanlığın ən gözəl parlaqlığını gətirəcəkdir.

Müəllif: Oşo
Tərcümə edən: Nərmin Heydərova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

İDEAL CÜTLÜK

Bir çox insanın prioritetli xəyalları arasında xoşbəxt və sağlam bir birlikdəliyə sahib olmaq var. Məşhur psixoloq, yazıçı və sosial alim David Niven,  ’The 100 Simple Secrets of Great Relationships’ kitabında ( Mükəmməl münasibətlərin 100 sadə sirri ) mükəmməl bir münasibətə çatmağın sirlərini açıqladı. Marie Claire jurnalı bu özəl sirləri tərtib edib..

Etdiyi araşdırmalar səbəbi ilə Ohio Dövlət Universiteti və Harvard universiteti tərəfindən bir çox dəfə mükafata layiq görülən məşhur yazar David Niven xoşbəxt ailələrin, sağlam və uğurlu insanların 100 sirrindən sonra “İnsan münasibətlərinin 100 sirri” adlı kitabı ilə xoşbəxt və sağlam bir bərabərliyə gedən yolda atılmağı lazım olan addımları oxucuları ilə paylaşır.

MÜQAYİSƏ ETMƏYİN

Niven xoşbəxtliyə çatmaq istəyənlərə müqayisə etməkdən qaçınmağı tövsiyyə edir. Həyatımızı başqalarınınkı ilə müqayisə etmək onu dəyişdirməz. Lakin yazarın fikrinə görə öz həyatımız ilə bağlı necə düşündüyümüzü dəyişdirər! Beləcə, bir yoldaşımızın, mükəmməl bir münasibətin xoşbəxtliyini yaşadığını gördüyümüz zaman öz münasibətimizi sorğulmağa başlayırıq. Problemlər yaşadığını gördüyümüz zaman da öz münasibətimizin daha yaxşı olduğunu düşünürük.

PƏRİ NAĞILLARINA ALDANMAYIN

Yazarın fikrinə görə, hər nə qədər hekayələrdə yaşanan böyük sevgiləri yaşamağı gözləməsək də, içdən-içə bunun xəyalını qururuq. Nivenə görə, etməli olduğumuz, xəyalını qurduğumuz sehri, partnyorumuza qarşı duyduğumuz sevgidə görmək və nağıllarda yaşanan şeylərin gözləntisində olmamaqdır.

ORTAQ BİR MARAQ SAHƏSİ YARADINİdeal cütlük

Günümüzün çox hissəsini  kariyera arxasınca qaçmaq və gündəlik vəzifələrimizi yerinə yetirməklə keçiririk. Bu da insanların münasibətlərində ortaq maraq sahələri tapmağa çalışmalarını son dərəcə önəmli edir. Çünki ortaq maraq sahələri, partnyorlar arasında pozitiv bir ünsiyyət və əyləncənin yaranmağını dəstəkləyir.

ZEHNİNİZİ OXUMAĞINI GÖZLƏMƏYİN

Üzücü bir vəziyyətdə olduğunuz zaman partnyorunuzun, sıxıntınızı öz-özündən anlamağını gözləməyin. Qarşı tərəf, zehninizi oxuya bilməz. Əksəriyyətimiz, partnyorumuza duyğularımızı anlatmadan, onu, bizi yalnız buraxmaqda ittiham edirik. Etməli olduğunuz, partnyorunuza hiss etdiklərinizi anlatmaqdır.

TƏLƏSMƏYƏ EHTİYAC YOXDUR

İnsanların evlənməyə və uşaq dünyaya gətirməyə qərar verdiyi yaş dilimi, son yüz ildə, hər on ildə bir artır. Yazarın fikrinə görə, bu halın maddi basqılar və azadlğını elan etmək kimi bir çox səbəbi var. Tələsməyinizə ehtiyac yoxdur. Çünki münasibətlər, birinci gələnin mükafatlandırıldığı bir yarış deyil. Kitabda yer alan araşdırma, gec yaşda evlənməyin nə həyat, nə də yaşanan münasibət üzərində neqativ bir təsiri olmadığını sübut edir.

YUMOR HİSSİNİZİ İNKİŞAF ETDİRİN

Yazarın fikrinə görə bir qadın vİdeal cütlükə kişi münasibətində yaxşı bir yumor anlayışına sahib olmağın orta bir günü daha əyləncəli etməyə və pis bir günün yükünü azaltmağa faydası olar. Yazar, bu yomor hissinin pozitiv bir yönü olmağı gərəkdiyinin altından xətt çəkir. Çünki neqativ zarafatlar sadəcə təzyiqi artırır.

KEYFİYYƏTLİ VAXT

Əgər birlikdə ən çox zaman keçirmək istədiyimiz  insanı tapmışıqsa,  niyə də onunla mümkün olan ən keyfiyyətli zamanı birlikdə keçirməyək! Çünki münasibətlər birlikdə keçirilən zamanın miqdarı ilə yox, keyfiyyəti ilə inkişaf edir!

GƏLƏCƏK ÖNƏMLİDİR

Yazarın fikrinə görə bəzi insanlar münasibətlərinin uğurlu bir keçmişi varsa  o zaman edilməsi lazım olan hər şeyin  öhdəsindən gəlinmiş  olduğunu düşünmə yanılğısına qapılmış olur.  Halbuki, münasibət  keçmişə  yox, gələcəyə doğru inşa edilər.

AÇIQ OLMAQ ŞƏTDİR

Bir münasibətin xoşbəxt və ya xoşbəxt olmadığını düşünün. Partnyorların bir-biriləri ilə necə ünsiyyət qurduqları çox önəmlidir.  Yazarın fikrinə görə sağlam bir münasibət içində olan cütlüklər, yaxşı ya da pis hər nə yaşayırlarsa, bunu partnyorları ilə paylaşırlar. “Heç bir şeyi içinizdə saxlamayın! Çünki öz gerçəkliyinizi paylaşdığınız zaman həyatınızı da paylaşmış olacaqsınız və bu müddətdə partnyorunuz ilə aranızda yaranacaq olan bağ hər şeyin öhdəsindən gəlməyinizdə sizə kömək olacaqdır! ”

ONUNLA DOST OLUNİdeal cütlük

Fərz edin ki, biri ilə maşında uzun müddət davam edən bir yolculuğa çıxacaqsınız.! Bu müddət ərzində bu insana son dərəcə yaxın olacaqsınız. Dolayısı ilə həmin insanın eyni zamanda dostunuz olmağını da istəyərsiniz. Münasibəti davam etdirən, keçici həyəcan və ya zövqlərdən daha çox dostluq, qarşılıqlı hörmət, heyranlıq və maraq olacaqdır. Uzun müddətli münasibətlər, inkişaflarını və həyatda qalmalarını sağlam bir dostluq təməlinə borcludurlar!

XOŞBƏXTLİYİ ÖNCƏ ÖZÜNÜZDƏ AXTARIN

İnsanlar, sevgi dolu münasibətlərə ehtiyac duyarlar. Hamımız yaxın sosial münasibətlərdən fayda görərik. Lakin çoxumuz, münasibətin bizi tamamlayacağına, həyatımızdakı boşluqları dolduracağına inanarıq! Halbuki, gerçəkdə kim olduğunuzla bağlı olaraq xoşbəxt deyilsinizsə, bir münasibət bu vəziyyəti dəyişdirməyəcəkdir! Bu, sağlam bir münasibəti davam etdirməyinizi də çətinləşdirəcəkdir!

PULUN ÖNƏMİ AZALIR

Xəyalımızdakı partnyor varlı biri ola bilər. Lakin varlı bir insanla bir münasibət yaşamağa başladıqdan sonra pulun önəmi , münasibətinizi dəyərləndirərkən təsirsiz bir hala gələcək! Kitabda yer alan araşdırma nəticəsinə görə, sadəcə gəlirin hakim olduğu bir münasibətin uğuru ilə bağlı bir söz demək  imkansızdır! Çünki sərvət , bir münasibətin uzunluğu və məmnuniyyət  dərəcəsi üzərində əlaqəsizdir!

ONA ƏHƏMİYYƏT VERİN

Fikir, zövq və seçimlərinizin mükəmməl bur uyğunluqla görüşdüyü  bir münasibəti təəssüf ki, yaşamayacaqsınız! Niven, bu boş fantaziyaya üstünlük verməməyinizdə də  israr edir..  Ziddliklərin daima münasibəti canlı tutduğunu, uyuşuqluq hissindən uzaqlaşdırdığını və fərd olaraq inkişafı artırdığını müdafiə edir. Münasibətinizdəki çətin zamanlarda sizin üçün ən önəmli olanın nə olduğunu qarşı tərəfə göstərməlisiniz! Fərqliliklərə rəğmən ona dəyər verdiyinizi göstərməyiniz , sağlam bir münasibətin təməlini yaradar.

SORĞULMAĞI BURAXIN

Çoxumuz,  birlikdə olduğumuz insanın keçmişi ilə maraqlanırıq. Xüsusilə də ciddi münasibətləri ilə. Bu, zamanla narahatlıq, müqayisə etmə və sonda  dalaşmaq həddinə gətirib çıxaracaqdır. Siz, birlikdə olduğunuz insanın keçmişdəki partnyorları ilə  yarış içində deyilsiniz.

ÖZÜNÜZƏ İNANIN

Münasibət bir ehtiyac deyil. Əslində, sağlamlığınız və xoşbəxtliyiniz üçün bir münasibətə ehtiyacınız yoxdur. Yaşadığınız münasibət bəlkə də həyatınızın önəmli bir hissəsini təşkil edə bilər, amma siz həyatda qalmaq və inkişaf etmək üçün gərəkli olanlara onsuz da sahibsiniz! İçində olduğunuz vəziyyət hər nə olursa olsun, özünüzə inanın və öncə tək başınıza ayaqda dura bildiyiniz gerçəyini qəbul edin.

ÇEVRƏNİZDƏKİLƏRİN FİKİRLƏRİNİ DİNLƏMƏYİNİdeal cütlük

Önəmli bir qərar verməli olduğunuz zaman adətən,  ikinci bir fikir alırıq! Niven, bu cəhdi  qətiyyən dəstəkləmir. İki insanın yaratdığı dünyanı, aradakı ünsiyyət ya da elektrikin seyrini üçüncü insanların əsla analiz edə bilməyəcəyini  vurğulayır və maraqlı  fikirlər söyləyir : “Birincisi, heç kim sizin həqiqtən nəyə ehtiyac duyduğunuzu  və nəyə dəyər verdiyinizi sizdən yaxşı dəyərləndirə bilməz.  İkincisi , insanlar başqalarının münasibətləri mövzusunda öz münasibətlərinə nəzərən daha mənfidirlər. Qısası, fikrini aldığınız insanlar,  münasibətinizdə neqativ yönləri görməyə pozitiv yönləri gömrəkdən daha çox meyillidir! ”

QORXUYA MƏĞLUB OLMAYIN

Öz ayaqları üzərində duran, nə istədiyini bilən bir qadın olmağınıza rəğmən mənliyinizi doğru şəkildə yansıtmağınız,  bəzi zamanlar mümkün olmaya bilər. Fobiyalar, münasibətlərə mənfi yöndə təsir edən səbəblər arasındadır. O, əslində necə biridir, keçmişdə yaşadıqlarınızı yenə yaşayacaqsınızmı, sizdən necə bir birlikdəlik gözləyir, məncildirmi, məsuliyyətsizdirmi? Bu kimi suallar hər qadının həyatının bir dönəmində zehninə toplana  bilər. Halbuki, mənfi bir vəziyyət ilə qarşılaşdığınız zaman münasibətinizi sorğulamağı buraxmağınız lazımdır.

İŞLƏRİNİZİ EVƏ GƏTİRMƏYİN

İş gününüz bitəndə işiniz tamamilə ofisdə qalmalıdır. Zehninizdən də silinməlidir! Kitabda yer alan bir araşdırma nəticəsinə görə işləməyə ya da iş düşünməyə hardasa heç ara verməyən iş düşkünlərinin  digər insanlara nisbətən özəl yaşamlarından məmnun olduqlarını söyləməmələrinin 3 qat daha mümkün bir hal olduğu bildirilir.

ACILARINIZI UNUTMALISINIZ!

Qırıldınız və sonra sizdən üzr istənildi. Çox acı çəkdiniz amma qarşı tərəfi bağışlamağa qərar verdiniz. Lakin içinizdəki acı dərhal ortadan itmir və hiss etdiyiniz bu acının travmasını içinizdə daşıyırsınız. Lakin bu acını geridə buraxa bilməyi öyrənməlisiniz! Çünki acını içinizdə tutmağınız, yaranın təzə qalmasına səbəb olar.

MÜKƏMMƏLİ AXTARMAĞI BURAXIN

Günümüzdə xoşbəxt olmayan birlikdəliklərin bəlkə də ən böyük səbəbi, “Daha mükəmməlini yaşaya bilərəm” düşüncəsindən qaynaqlanır. Sağlam və qane edici bir münasibət daima mövcuddur ya da yaradıla bilər! “Mükəmməl münasibət” deyə bir anlayış əsla var olmamışdır. Bu səbəblə, hər mövzuda sizinlə həmfikir olan ya da hər an sizi xoşbəxt edə biləcək biri ilə qarşılaşmağı israrla gözləmək yerinə, sizi ən çox qane edən münasibəti yaşıllaşdırmağı yoxlamalısınız.

 Mənbə:  www.kigem.com
Tərcümə etdi:  Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook