HÜQUQ NƏDİR?

Hüquq nədir?Cəmiyyətin ümümi yararını təmin etmək üçün qoyulan və ictimai güc ilə dəstəklənən qaidə, haqq və qanunların bütünüdür. Fərdlərin bir-biri ilə, cəmiyyətlə və dövlətlə münasibətlərini yoluna qoyar. Qısaca, “Cəmiyyət hakimiyyəti ilə təmin edilən nizam” dır, deyə bilərik. Hüquq normaları, mövcud  olduğu cəmiyyətin dəyər mühakimələrini daşıyar. Buna görə, insanın davranışlarına nəzarət edər. Hər kəs üçün doğru olanı məqsəd qoyar amma heç bir zaman ümumi-keçərli olmamışdır. Hər zaman müzakirə olunmuş, zaman içində çox fərqli şəkillərdə qəbul edilmişdir.

Qəti gerçəklərə deyil, mövcud anlayışa söykəndiyi deyilə bilər. Nisbi olduğunu: müxtəlif hüquqi nizamlardan, mühakimə etmə quruluşundan, milyonlarla məhkəmə faylından anlaya bilərik. Onsuz da, ümumi keçərli bir hüquqi baza olsaydı, məhkəmələr olmazdı.  Vəkillər isə faydalı işlərlə məşğul olmaq məcburiyyətində qalardı. Hüquq: əxlaq, din və adət-ənənə kimi cəmiyyəti tənzimləyici qaydalardandır. Yalnız dövlət tərəfindən qorunmaya alınmağı və cəbri sanksiyalara sahib olması ilə bunlardan ayrılır.

Din qaydaları: İnsanın tanrı ilə münasibətini nizamladığı kimi, fərdlər arası və fərd-toplum münasibətlərinə də təsir edir. Dini qaydalar: mütləq riayət edilməyi lazım olan, dəyişkən olmayan qaydalardır. Sanksiyası, mənəvidir.

Əxlaq qaydaları: İnsanın özünə və başqalarına qarşı məsuliyyətləridir. Qınamaq, ayıblamaq, təcrid edilmək kimi sanksiyalara malikdir.

Ədəb qaydaları: Cəmiyyətdə riayət edilməsi lazım olan hörmət və incəlik qaydalarıdır. Yazılı deyil. Sanksiyası, mənəvidir. Cinayət təşkil etməz, ancaq qınamaq, ayıblamaq kimi sanksiyaları vardır.

HÜQUQ ANLAYIŞININ NÖVLƏRİ:

1. Pozitiv (müsbət ) hüquq:  Ölkədə qüvvədə olan yazılı və ya yazısız hüquq qaydalarının bütünüdür. Konstitusiya, qanun, nizamnamə, məhkəmə ictihadları olduğu kimi, ənənə və adətlər də bu çərçivədədir.
2. Qanunvericilik ( məktub) hüququ: Ölkədə, müəyyən bir dövrdə qüvvədə olan hüquq qaydalarının sadəcə yazılı olanlarıdır. Qanun, qanun hökmündə qərarnamə, nizamnamə kimi qaydalar qanunvericilik adını alır.
3. İdeal ( təbii) hüquq:  Ədaləti ən uyğun şəkildə qarşılayacağı düşünülən hüquq növüdür. Ən mükəmməl, ideala uyğun olan hüququ təmin etməyə çalışır.
4. Tarixi hüquq:  Keçmişdə tətbiq olunan və hal-hazırda praktikada olmayan hüquq qaydalarıdır.
5. Obyektiv hüquq: Cəmiyyət həyatında tətbiq olunması zəruri olan qaydalardır.
6. Subyektiv hüquq: Şəxslərlə bağlı, subyektə aid qaydalardır.

HÜQUQ QAYDALARININ NÖVLƏRİ:

1. Əmredici hüquq qaydaları: Uyulmağı məcburi olanlardır. Konstitusiya, nizamnamə, istiqamətvericilik kimi cəmiyyətin ümumisini düşünür və ümumi əxlaqa istiqamətlidir.
2. Tamamlayıcı hüquq qaydaları: Ortaya çıxan boşluqları dolduran qaydalardır. Bir müqavilədə, faiz nisbəti müəyyən olunmamış isə, qanuni faiz nisbətləri keçərlidir. Bu, tamamlayıcı bir qaydadır.
3. Təsviri hüquq qaydaları: Hüquqi bir anlayışın təsvirini edərlər. Bir terminin qanuni tənzimləmə baxımından nə anlama gəldiyi göstərilir. Təsviredici qaydalarla qanunvericinin iradəsi ifadə edilir. Təsviredici qaydalarla ifadə edilən anlayışların əksi iddia edilə bilməz.
4. Şərhçi hüquq qaydaları: Tərəflərin iradələri ilə açıq şəkildə ifadə edə biləcəkləri halda, ifadə edə bilmədikləri, bir mövzunun aydınlığa qovuşdurulmasını və ya bəyan və ya hərəkətin ixtilaf halında nə anlama gələcəyini göstərən qaydalardır.

HÜQUQ QAYDALARININ KEÇƏRLİ OLMAĞININ QAYDALARI

Hüquq qaydalarının da qaydaları vardır. Filosoflar tərəfindən, müxtəlif şəkildə ifadə edilmiş, hüququn ümümi bir formasına çatılmağa çalışılmışdır. 20-ci əsr hüquqçularından olan Lon Fuller belə bir sıralama edib:

1. Qanunlar ümüumi olmalıdır.
2. Qanunlar, vətəndaşların bağlı olacaqları standartları bilməklərinə imkan vermə üzrə elan edilməlidir.
3. Keçmişə doğru gedən qaydalar və tətbiqlər, minimuma endirilməlidir.
4. Qaydalar, anlaşıla bilən olmalıdır.
5. Qaydalar, bir-bir ilə ziddiyyət təşkil etməməlidir.
6. Qaydalar, xitab etdikləri insanlardan, qabiliyyətlərini aşan davranışlar ehtiva etməməlidir.
7. Qaydalar, nisbətən sabit olmalıdır. ( Tez-tez dəyişdirilməməlidir )
8. Elan edilən qanunlarla, onların feli şəkildə tətbiq olunmağı arasında bir uyğunluq olmalıdır.

HÜQUQUN TƏNQİDİ:

Hüquq, ərəbcə ( huqüq) haqqlar deməkdir. Haqq isə, “doğru, uyğun, gerçək” deməkdir. İngiliscə, “law” kəlməsi, proto-alman dillərində, “yerləşdirmək-nizamlamaq”  anlamına söykənir. Hüququn ictimai güclə təmin olunan nizam anlamının xaricində: “haqqlar və ya dostluq münasibətləri” kimi  anlamları da vardır.

“Hüquq nədir?” sualına ictimai gücə söykənən nizam cavabını veririksə, cəmiyyətin istəkləri, ən əhəmiyyətli mövzudur. Cəmiyyətə əsaslandığına görə, bəs cəmiyyət necə bir doğru anlayışına sahibdir? Bunu sorğulayaraq, hüququn və qanuni nizamın keçərli bir izahını edə bilərik. Cəmiyyətə əsaslansaq, bütün qanuni nizamlar məntiqə uyğun olmaqdadır. Məsələn, şəriətə uyğun və ya sekulyar nizamlar xalqa görə haqlı və ya haqsız ola bilər. Hüquqda, gerçəkdən çox, “gerçək görünən”in olduğunu; haqlıdan çox, “haqlı çıxan”ın olduğunu, minlərlə illik haqq anlayışından görə bilərik. Buna görə, ümumi keçərli bir anlayışdan çox, uyğun olanını hədəfləmək, bizim insanlığa olan borcumuzdur. Başqaları üçün doğru olanı etməkdənsə, azadlığa və fərqliliyə hörmət edərək, fürsət vermək yoluna getməliyik.

Fəlsəfə, hər nə qədər doğruya və gerçəyə çatmağa çabalasa da, bunun öncəsində sorğulama fəaliyyəti vardır. Hər şey sorğulmağa açıqdır və hər baxış ifadə edilməyə layiqdir. Buna görə də hər kəsi, hüququn ümumi bir sorğulamasını etməyə dəvət etmək gərəkdir. Toplumdakı insanları bir arada tutan, bir-birinə güvənməkdir. Ədalətin təmin     ediləcəyi fərziyyəsi ilə ilə yaşamaqdayıq. İctimai gücün haqları təslim  edəcəyinə olan inancımız, bizi bir çox zərərli hərəkətdən saxlayar. Buna görə də, fərqli haqq anlayışlarının necə təmsil edildiyini düşünməliyik. Hal-hazırda, din işlərini, dövlət işlərindən ayrı tuturuq, ancaq şəriət nizamının da xalqın tələbinə görə yaşanması gərək deyilmi? Əgər xalq, şəriət nizamına uyulacağını sanaraq qanun gücünə tabe olursa, başqa cür davranmağın keçərliliyi nədir? Bəlkə populist bir hüquq sistemi ilə haqqını axtaran çarəsiz insanların zərərləri aradan qaldırılar.

İllərlə ədliyyələrdə etdiyim müşahidələr nəticəsində, hüququn nisbiliyini təcrübə etdim. Ədliyyələrdə gördüyüm şey, vəkillərin özgüvəninə qarşılıq olaraq, sadə insanlar nə edəcəklərini bilmirdilər. Bürokratiya ilə əlaqəsi olmayan, qanunlarla uğrHüquq nədir?aşmamış insanlar fərqli bir hüquq dünyasında yaşayırdı.  Vəkil tuta bilənlər, vəkilin insafına qalmışdı.  Haqqı, doğrunu axtaran bir düzənin insanı bu dərəcə möhtac vəziyyətə salması çox maraqlı idi. Minlərlə səhifəlik qaydalar, ictihadlar, praktikalar haqq axtarışını əngəlləyir və haqqı pulla bağlı bir mövzuya çevirirdi.  Cəmiyyətin nizamını təmin etməyə istiqamətli bir fəaliyyətin cəmiyyətə uyğun olmaması vəziyyətində, əzilənin daha da əzilməsi; əzənin də daha da güclənməsi deməkdir.

Siz də ədliyyələrə gedərək məhkəmələri dinləyə bilərsiniz. Əksi ifadə edilmədiyi təqdirdə məhkəmələr hər kəsə açıqdır. Lakin müraciətlər zamanı bəzən çətinliklər ola bilir. Böyük ədliyyələrdə şansınızı yoxlayın. Ya da bununla bağlı, “Məhkəmə”, “12 hirsli adam”, “Bül-bülü öldürmək”, “Şeytanın vəkili” kimi filmləri izləyə bilərsiniz. Eyni adlı kitabları və ya ümumi şəbəkədəki  məhkəmə protokolları da düşüncənizə köməkçi olacaq.

Mənbə: www.dmy.info
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 16 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

NƏ ƏKƏRSƏN, ONU DA BİÇƏRSƏN…

Bitkilər toxumlar buraxaraq çoxalar. Toxum, bitkinin çox kiçik bir qismidir. Buğda kimi dənəli bitkilərdə dənələr yenidən əkilərsə bitkinin hamısı yetişəcək. Hər hansı bir əkin əməliyyatında əkdiyimiz toxum, aldığımız məhsulun hissəsidir və eyni məhsulu yetişdirər. “Nə əkərsən, onu da biçərsən” atalar sözü də bu işi nəzərdə tutaraq, fərqli mənalara işarə edir. Şifahi xalq mədəniyyətinə aid bu söz, minlərlə illik fəlsəfi bir problemə toxunur.

Xalq mədəniyyəti, cəmiyyətin ortaq məhsulları və kənardan formalaşan təcrübələrin cəmidir. Digər mədəniyyət məhsullarından fərqi, hər kəsin ortaq bir şəkildə, qəsdən və ya qeyri-ixtiyari iştirak etdiyi təbii təcrübə olmasıdır. Bu səbəblə, insan ilk suallarından bəri öz içində təbii cavablara sahib olmuşdur. Bu gün fəlsəfənin axtardığı kainatın mənası ilk olaraq xalq dastanlarında işlənmişdir. Tibbin axtardığı çarələr ilk olaraq şamanlarda, şəfaçılarda aranmışdır. İncəsənət elementlərinin ilk şəkillərini də laylalar, ağılara qədər xalq ortaya qoymuşdur.

Nə əkərsən onu biçərsən. Nyuton qanunu: təsir əks təsirə bərabərdir

Təsir əks təsirə bərabərdir

Bu atalar sözü ümumi bir problemin el dilində və sadə şəkildə ifadəsidir. Hər şeyin bir qarşılığı olduğunu izah edir. Heç bir şey qarşılıqsız deyil. Hər şeyin bir nəticəsi olacaq. “Nə əkərsən, onu da biçərsən” deməklə, etdiyimiz işin qarşılığının işə bağlı olduğu nəzərdə tutulmaqdadır. Bundan başqa bir şey gözlənilməməlidir, mənası da vardır. Qısaca: Hər işin özünə görə bir nəticəsi var, başqa bir şey gözlənilə bilməz mənasını verir.

Fizikaçılar, bunu bir neçə əsrdir söyləyirlər. Filosoflar, iki min ildir, buna yaxın şeylər söyləsə də, Kant ilə ciddi şəkildə gündəmə gəlmişdir. Kant universal fizika qanunlarını fəlsəfəyə uyğunlaşdırmaq istəmişdir. Nyutonun qanunları kimi, hər təsirə bərabər şəkildə bir reaksiya vermək lazım olduğunu bildirir. Heç bir şeyin səbəbsiz olmadığını, bərabərliyin kəşf edilməsinin lazım olduğunu söyləyir. Fəlsəfənin edəcəyi iş, bu bərabərliyi həyata tətbiq etmək və heç bir şeyin səbəbsiz olmadığını göstərməkdir. “Nə əkərsən, onu da biçərsən” sözü də tam olaraq bunu bildirir. Heç bir şey səbəbsiz deyil. Yoxdan var olmaz. Var olan da yox olmaz. Əkmədiyimizi tələb edə bilmərik.

Nə əksən onu bıçərsən

Həqiqətən dünyada artıqdan bir şey ola bilərmi?

Həqiqətən, dünyada artıqdan bir şey ola bilərmi? Yəni əkmədiyi məhsulu biçən insanlar varmı? Nə fizikaya, nə Kanta, nə də xalqa görə belə bir şey mümkün deyil. İnsan yaşatdığını yaşayar. İnsanı meydana gətirən hər atomun fizikası bunu söyləyir. Artıqdan bir şey görünsə də, bu yalnız bir təsirdir, reaksiyasını gözləyir. Görünüşdən bir şey çıxaraq. Özü, fitrəti anlamalıyıq. Çöldən görünən yanıldıcı ola bilər. Özümüzdən yola çıxaraq, öz içimizdəki gerçəyi tapmalıyıq.

Əkdiyimizi biçməriksə, yaşamağın nə mənası olardı? Qarşılığını ala bilmirsinizsə, yaşamağın mənası olardımı? Hamımız əslində bunun fərqindəyik. Bunun üçün yaşayırıq. Bu bərabərliyi, xalq, yaradıcılığında da yaşatmışdır. Bunu bilir və tətbiq edirik. Ancaq bəzən təsirlərə qarşı reaksiyanın gecikdiyini düşünürük. Bunlar hər nizamda olan kiçik problemlərdir. Bizə düşən, bu reaksiyanın qətiliklə olduğunu, yalnız məhsul zamanını gözlənildiyini anlamaqdır. Hər cür hərəkət üçün söyləyirəm, əkin zamanı varsa, məhsul zamanı da vardır. Yalnız doğru zamanı gözləmək və verilən əməyin qarşılığını almaq lazımdır. “Nə əkərsən, onu da biçərsən” sözü də tarix boyunca bizə bunu söyləməkdədir.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

KİMDİR OĞRU?!

Kimdir oğru? Nədir şəriət?

Çörək oğurluğunun günahı hamımızdadır!

Bir yaşlı qadın bir dükandan çörək oğurlamaq istəyərkən tutulur və sonra həmin yaşlı qadının fotosu dükan sahibi tərəfindən çəkilərək marketin şəkil lövhəsinə vurulur. Doğrusu bu məsələyə üzüldüm. İlk növbədə yaşlı bir qadının marketdən oğurluq edəcək qədər bir durumda qalması hamımızın günahıdır. İkinci növbədə isə dükan sahibi tərəfindən bu cür “cəza” çox utancvericidir. Qadına bəraət vermirəm. İstənilən halda icazəsiz bir şey götürmək yaxşı hal deyil. Amma məsələ bu qədər bəsit də deyil. Bu olay üzərindən bir məsələyə toxunmaq istərdim. Məsələnin hər tərəfdən üzücü olduğunu nəzərə alaraq özümə belə bir sual verirəm:
– Kimdir oğru?

Əziz dostlar, gəlin bu məsələyə şəriət ilə baxaq. Bəli, Quran mərkəzli bir şəriətlə baxaq. Şəriət – qavram etibarı ilə “suyun qaynağına doğru getmək, mənbəyə doğru yol” anlamını verir. Şəriət, şərait yaratmaqdır. Olayın, hadisələrin mənbəyinə gedib, səbəbin araşdırıb kökündən həll etmək üçün yaradılmalı olan şərait. O şərait ki, hər kəs ədalət qarşında bərabərdir və güvəndədir. Demək, hüquq (şəriət), əslində o an görüntüyə görə hökm vermək yox, məsələni araşdırıb həqiqəti ortaya çıxarmaq, məsələnin mənbəyinə gedtməkdir. Nədir bu yol? Necə anlayaq bu qavramı?

Kimdir oğru? Nədir şəriət?ARAŞDIRIB TAPIN ƏSL OĞRUNU VƏ ONUN ƏLİNİ KƏSİN CƏMİYYƏTDƏN!

Amrı Misirə vali yollayan xəlifə Hz. Ömər deyir:
– Ey Amr, oğurluq üçün hansı cəzanı verəcəksən?
– Əlini kəsdirəcəm ey Ömər – deyir Amr.
Bunun qarşılığında Hz. Ömər belə deyir:
-Ey Amr, əgər Misirdən Mədinəyə bir  yoxsulluqdan şikayətçi gəlsə, mən də sənin əlini kəsdirəcəm.

Məhz o  yekə əllərdir oğurluğa şərait yaradan. Bəlkə onların əllərini bu işdən kəssək daha effektli olar? Məsələni kökündən həll etmiş olarıq? Nədən gördüklərimizi əsas olaraq, araşdırmamış hər işə oğurluq, hər kəsə oğru deyirik? Biz nə etdik, heç sorduq, soruşdurduq mu? Hər kəs birisinə divanə deyər, amma dərdi nədir bilmək istəməz. Deməli biz həll etmək istəmirik, cinayətkar, günahkar görmək istəyirik.

ƏBU LƏHƏBİN “ƏLLƏRİNƏ” SU TÖKƏN BİZİK, O ÜZDƏN QURUMUR!

O əllər bizdən bəslənir, gücümüzü bilək!

O əllər bizdən bəslənir, gücümüzü bilək!

Qurandakı “Əbu Ləhəbin əlləri qurusun” ifadəsi bu mənanı əks etdirir:

O əllər ki, dünyadan bərk bərk yapışıb və mövcud bütün cinayətlərdə ya birbaşa, ya da bilavasitə rol oynayır. O əllər qurusun ki, onu elə cahilcəsinə bizlər sulayırıq, bəsləyirik. O əlləri cinayətlərdən kənar tutmaqla dibinə su tökür, hadisənin zahirinə baxıb növbəti digər cinayəti törədirik. Bizik bu işdən məsul.
Qurudun o əlləri, qurudun. Çünki mən qurumasını istədim – deyir Allah.
Bunu isə suyun qaynağına gedib doğru qərarlar verməklə – ƏSL ƏLİ tapmaqla edə bilərik. Yoxsa həmən hökm çıxarıb əlimizdə olan su ilə o “əllər”ə xidmət edərək işi daha da bulandırmayaq. O əllər bizdən bəslənir, gücümüzü bilək!

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

LAO TZE-DƏN İNCİLƏR

Ağıllı adam yarışmaz, beləcə kimsə ona qarşı qazana bilməz.
Başqalarını bilən kimsə məlumatlı, özünü bilən kimsə müdrikdir.
Bilənlər danışmır, danışanlar bilmir.
Bilmədiyini bilmək ən yaxşısıdır. Bilməyib də bildiyini sanmaq təhlükəli bir xəstəlikdir.
Çətinliklərin öhdəsindən gəlmək yüngüldən, əzəmətliliyin həyata keçməsi azacıqdan başlayır, ona görə ki, dünyada çətinliklər asanlıqdan, əzəmətlilik isə azacıqdan törənir.
Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər.
Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.
Həyat qısadır – ona görə də vaxt itirməyə dəyməz, ondan həzz almaq lazımdı.
Kim ki düşünür – o hər şeyi dərk edir, deməli, heç bir şeyi bilmir!
Qanun və qərarların çoxluğu cinayətlərin az olması demək deyildir, əksinə.
Ləyaqətlilərin qanunu – yaxşılıq edib və savaşmamaqdı.
Minlərlə kilometrlik bir səfər belə, tək bir addımla başlar.
Minlərlə kilometrlik bir səyahət ilk addımla başlar.
Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar – əməlin başlanğıcıdır.
Pisliyi ədalətlə, yaxşılığı yaxşılıqla qarşıla.
Sizi idarə edənlər – sizi qəzəbləndirənlərdi.
Üzdən sərt və daxildən yumşaq olmaqdansa, üzdən həlim, daxildənsə möhkəm olmaq yaxşıdı.
Yontu ustasının işini etməyə qalxan əlini şikəst etməzsə şanslı sayılır.
Yaxşı bir səyyahın məqsədi bir yerə çatmaq deyil.
Zəka – şeylərin mahiyyətinin anlaşılmasıdır.

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

NİGAH VƏ KƏBİN

548363_10202686102854969_832100896_n

Ailə, fərdlərin bir birlərinə verdiyi sevgi və dəyərin ən gözəl ictimai və sosial formasıdır. Bunun ilk addımı da bu sosial və ictimai qurumun qanunlar üzərə qəbulu və təsdiqlənməsidir. Bundan daha ilki isə insanlar, toplum tərəfindən qəbul olunması və təsdiqlənməsidir. Bunun üçün toy-yəni mərasim qurulur, insanlar şahidlik edirlər. Və eyni zamanda ailənin gələcək fəaliyyəti üçün onun daxil olduğu ərazi-ölkədəki mövcud qanunlar ortaya qoyulur və fərdlər bunlara imza atır. Burada qarşılıqlı mülkiyətçilikdən tutmuş vərəsəliyə qədər qanunlar var. Bunun əsasında ailə qanuni hesab edilir. Zatən bütün bu qanun qaydanın, ədalət və şahidliyin tamamı Allahın həyat içi qoyduğu qanunlardır, bunlara da bacarılan qədər riayət olunur. Digər qurumsal dini törənlərin dindarlara xidmət etməkdə olduğunu görürəm.

Din həyatdır. Bir dəfə bunu bütün psixologiyamıza oturtsaq bir çox şey aydın olar məncə. Həyatın bizdən istədiyi və bizə verə biləcəklərini anlamaq, bunun üzərinə bir işlər görmək lazımdır düşünürəm. Dini kəbin bu gün insanları daha məsuliyyətsiz ilişkilərə sövq edir. Bir oğlanla bir qız bir birini sevirlər, görüşürlər. Sonra yadlarına düşür ki, naməhrəmdilər və əl-ələ tutmaq olmaz. Neyniyək, nə edək, dini kəbin kəsdirib halal olaq?

Deyən lazım, a bala, əgər elə narahatsan get VVAQ idarəsinə və qayda-qanunla kəbin kəsdir. Deyir “YOOOX!” Niyə? Çünki MƏSUL olacaq, məsuliyyət daşıyacaq. Vəsiqəsində evli yazılacaq, sənədləşəcək. Bir dənə əl-ələ tutmaq üçün buna nə gərək?
Amma, əşşi “Allahın Kəbini” dedikləri dini kəbinlə yola vermək olar, onsuz da ciddi bir şey deyil ki.
Ayrıca, əgər bu dini kəbin həqiqətən halal edirsə, əl-ələ tutmaq üçün kəbin kəsdirənləri rəsmi ər-arvad qəbul etmək olar. Artıq onlar arasında hər cür ilişki mövcud ola bilər. Amma bunu özlərinə desən səni biabır edər.

İndi düşünək, diniləşdirib, müqəddəsləşdirib sonra bu şəkildə nəyi ələ salırıq? Ölkəmizidəki Ailə məcəlləsi, qanunlar, dövlət kəbini niyə qane etmir, orda Allahın ümumbəşər qayda və qanunlarına zidd nə var? Buyuraq baxaq:

Azərbaycan respublikasının Ailə Məcəlləsi:

Maddə 3. Bu Məcəllənin vəzifələri
3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus