ÖZÜNÜ DƏYİŞ

Anqlikan kilsəsinin keşişinin qəbri üzərində bu sözlər yazılıb:

“Gənc və xəyallarımın sonsuz olduğu dövrdə dünyanı dəyişmək istəyirdim.Yaşlanıb dünya görüşüm artdıqda dünyanın dəyişməyəcəyini anladım. Mən də istəklərimi bir qədər azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim. Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını yaratdı. Daha da yaşlanarkən son bir cəhdlə ailəmi, yaxınlarımı dəyişdirməyi qərara aldım. Amma çox təəssüf ki, onu da bacarmadım. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim. Onlardan alacağım cəsarətlə məmləkətimi daha da inkişaf etdirərdim. Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim”.

özünü dəyiş-çılpaqQarşımızda olan əslində insanın dəyişmış, deformasiyalara uğramış halıdır. İnsan dəyişərək bu hala gəlmiş. Əgər yenidən dəyişərsə, öz təbii halına, fitrətinə dönər. Bəs insanın yenidən özünə dönməsi niyə bu qədər çətindir? İnsan niyə özü olmaqdan qorxur?
Bəzən insan dərk edir ki, insanlarla nə qədər manipulyasiyalar edib, əgər dəyişərsə onu qəbul etməzlər. Yəni fobik səviyyə yaranır. Anlayır ki, illərlədir əsl “mən”in üzərini örtüb. İnsan o zaman kamil insan olacaq ki, özünü dərk edəcək. Bu kamilləşmə üçünsə, necə deyərlər, “soğan kimi soyulmalısan”. Bütün xaricdən aldığı qiyafəni rədd edən, çılpaq qalan insan özünü tanıyacaq.

“Heç şübhəsiz bir toplumun fərdləri öz iç dünyalarını dəyişdirmədikcə, Allah da o toplumun halını dəyişdirməz.”(Qurani-Kərim 13/11)

Bu ayə cəmiyyət və həyatın inşası üçün insanın özünü inşa etməsini vacib sayır. Yəni Allahın bir cəmiyyətin gedişatı haqqındakı iradəsi, o cəmiyyəti formalaşdıran fərdlərin seçimlərindən bilavasitə asılıdır. Bu ayə gedişatı bəyənməyən insanın qarşısına dəyişimi bir hədəf olaraq qoyur. Bunun başlama nöqtəsi insanın özüdür. Özünü dəyişə bilməyənlər başqalarını dəyişə bilməzlər. İçindən aydınlanmayan çölünü əsla aydınlada bilməz.
İşə özünüzü dəyişdirməklə başlayın. Bunun üçün özünüzü dərk edin. Özünüdərk hər bir inkişafın başlanğıcıdır.

Müəllif :  Psixoloq Rübabə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 28 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

HZ. İSA ZÜHUR EDƏCƏKMİ?

isa-kimdir?Quranda, Nisa surəsi 157-158-ci ayələrdə Hz. İsanın insanlar tərəfindən öldürülmədiyi və Allahın Hz. İsanı öz qatına qaldırdığı söylənilir. Burada keçən “ruh” kəliməsini Quranda qalan bütün ruhlar üçün də işlədir və əslində, Allah bütün ruhları öz qatına qaldırır, sadəcə peyğəmbərləri deyil. Məsələ burasındadır ki, heç bir Quran ayəsində “Hz. İsa ölmədi, sağdır” və ya “Hz. İsa ölmədi və yenidən gələcək” anlayışı yoxdur.
Ayrıca, Ənbiya surəsi 34-35-ci ayələrdə də Məhəmməd peyğəmbərə qədər də, sonra da kimsənin ölümsüz olmadığı vurğulanır. Buradan yola çıxaraq Maidə surəsi 117-ci ayədə Hz.İsanın yalnız öz yaşadığı dövrdə şahidlik etdiyi və Allahın onun canını aldıqdan sonra Özü insanlara şahidlik edəcəyini də Hz. İsanın öz dilindən bəyan edir:

“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.”

Bununla bitmir. Saf surəsi 6-cı ayədə Hz. İsanın vəzifəsi haqqında məlumat verilir və tamamlandığı da açıqdır. Nədir bu vəzifə? Budur: Təsdiq və müjdə. Hz. İsa özünə qədərki peyğəmbər və kitabları təsdiqləyərək insanları dəvət etdi və Hz. Muhammədin gələcəyini müjdə verdi. Özünün yenidən Məsih kimi gələcəyi müjdəsi isə heç bir ayədə göstərilməyib.

Bir zaman Məryəm oğlu İsa demiş­­di: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və mən­­dən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

Hz. İsanın yenidən gəlişi haqda hədislərdə isə onun Ağ minarə adlı yerə zühur edəcəyi, Rəsulallahın şəriəti ilə hökm edəcəyi və donuzları öldürərək xaçları qıracağı bildirilir. Gəlin diqqət edək, Məhəmməd peyğəmbərin zamanında məscidlərdə minarələr olmayıb. Rəsulallahın dövründə minarə anlayışı yox idisə, Rəsulallah bu kəlməni necə işlətdi? Rəsulallahın sünnətində donuz öldürmək harda görülüb? Və ya, xaç qırmaq sünnətdirsə, nədən Rəsulallah müsəlmanları Həbəşistan hökmdarı xristian Nəcaşinin yanına yolladı?

Qiyamət əlaməti olaraq göstərilən Hz.İsanın zühuru anlayışı verilən Zuhruf surəsi 61-ci ayədə isə əlamət isə elə Quran özüdür. Naziya surəsi 42-44-cü ayələrdə Son saatın Rəsulallah tərəfindən belə bilinməməsi qətidir və Allah onun vaxtını gizli saxlayır. Araf surəsi 187-188-ci ayələrlə Qiyamətin qəflətən gələcəyini deyir. Qəflətən gələn şeyin konkret nə əlaməti ola bilər axı? Bu, necə hadisə və zamana bağlana bilər? Zuhruf surəsi 61-ci ayədə keçən əlamətə gəldikdə isə, burda konkret hal və hadisə, zaman və yer yox, bilgi mənbəyi göstərilir. O mənbə ki, enəndən bəri Son saatın mövcudluğu, şiddəti və muttəqi qurtuluşun müjdəsini verir. Ayrıca, ayənin sonunda gələn “hidayət rəhbəri odur” (yəni Quran) cümləsinə qarşılıq Bəqərə surəsinin 2-ci ayəsi gəlir. Hz.İsanın zühuru isə buna qarşılıq heç bir ayədə hidayət rəhbəri olaraq verilmir.

özünü dəyiş1Mehdinin zühuru anlayışı isə ümumiyyətlə, Quranda yoxdur. Və ümumiyyətlə, Quran bizə qurtarıcı anlayışını yalnız Quran olaraq verir və bu qiyamətə qədər belə davam edəcək. Bəs Quran bizdən nəyi istəyir sualına cavabı Mövdudi çox açıq və gözəl şəkildəverir: “Quran bizdən mehdiyi-muntazir (gözlənən yol göstəricisi) gözləməyimizi deyil, mehdiyi munzir (yaşayan yol göstəricisi) olmağımızı istəyir…” Hərəmiz öz üzərimizə düşəni edib camaatla birgə cəhd etsək, Quranın rəhbərliyi ilə müttəqilərin aqibətinə nail olarıq. Necə ki, Allah Rəd surəsi 11-ci ayədə buyurur:

Hər hansı bir toplumun fərdi öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da o toplumun tövrünü dəyişməz. (Rəd 13/11).

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 42 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ÖRTÜNMƏK VƏ DİN

örtü-dəri-amazonBildiyimiz kimi, təbiətdəki bir çox canlılarda olduğu kimi insanda da təbii örtü var. Bu, insan dərisidir. İlk insanlar çılpaq olublar. Tək örtüləri dəriləri olub. Geyim insanoğlunun zamanla təkamül edərək özünü təbiətdən (əxlaqi qorunma deyil) qorumaq üçün kəşf etdiyi bir yöntəmdir. İlk öncə bitkilərdən, heyvan dərilərindən və s. istifadə ediblər. Sonradan bir az daha təkminləşərək parçalar toxuyub xüsusi paltarlar hazırlayıbar. Və bu da zamanla onun mədəniyyətinə çevrilib. Bu da normaldır və indiki insanı paltarsız təsəvvür edə bilmərik.
Amma bu o demək deyil ki, insanın təbii halı natamamdır və dəri örtü sayılmır. Burdan yola çıxaraq deyə bilərik ki, təbii olaraq bütün insanlar örtülüdürlər və bu baxımdan eynidirlər. Geyim mədəniyyəti isə insanın sonradan qazandığı və formalaşdırdığı bir mədəni hadisədir. Buna görə də hər dövrün və hər regionun öz örtü anlayışı və geyim mədəniyyəti olmuşdur və davam etməkdədir. Sonralar bu geyim tərzləri sosial statuslar, dini kriteriyalar daşıyaraq daha ciddi hadisələrə səbəb olmuşdur. Hətta çağdaş dünyamızda geyimin bir dəyər ölçüsü olması daha da yayğınlaşmışdır. Geyim, günümüzdə brendləşərək insanları kütləvi şəkildə sosial parçalanmaya sövq etməkdədir.
dinlərdə geyim-örtü
Bütün bunlardan ziyadə, geyim ən çox dini müstəvidə mövzu omuş və dərin mübahisələrə, kinli ayrımçılıqlara və hətta qan tökülmələrinə qədər yol açmışdır. Hər bir din ortaya çıxdığı ərazidə, digər sosial məsələlər kimi geyimlə də həssas davranmışdır. Mövcud geyim tərzlərinə bir çox status və əxlaqi kriterlər əlavə edərək dəyişikliklər edilmişdir. Bununla da həmən dinin hakim olduğu ərazidə insanların geyimləri ciddi mövzu olmuşdur. Zamanla isə kültürləşmiş, mədəniyyətin bir parçasına çevrilmişdir.
İslam dininin Ərəbistan Yarımadasında ortaya çıxması bütün dünyanın ərəblər kimi geyinməli olduğu anlamına gəlməz. Bu, ayələrə şəkli yanaşmanın nəticəsidir. Halbuki hər bir ilahi mesaj özündə ümumbəşər tezlər daşıyır. Quranda ümumbəşər örtü anlayışına Araf surəsində toxunulur:

Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva (məsuliyyət) libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə,öyüd-nəsihətə qulaq asasınız. 7/26

niqab-hicab-quranBu ayə təqva, yəni məsuliyyət libasından bəhs edir. Məsuliyyət libasina büüunun deyilir.Yəni hər işinizdə olmalı olduğu kimi geyiminizdə də məsuliyyətli olun. O dövrdə toplum üçün məsuliyyətli sayıla biləcək libas Araf surəsindən çox sonra nazil olmuş Nur surəsində biçimləndirilir. O dövrdə Ərəbistan Yarımadasında kafir, müşrik, münafiq deyilən hər kəs Qurana qədər və ondan sonra da baş örtüsündən istifadə etmişdir. Ayədə artıq mövcud olan baş örtüsünün açıq qalan yerlərə də çəkilməsi, ətrafda reaksiya və təhlükə yarada biləcək tərz və davranışların qaydaya salınması əmr olunur. Nur surəsində keçən baş örtüsü ifadəsi müqəddəs bir anlayış deyil, isti ölkələrdə qadınların və kişilərin geyim tərzidir. Nur surəsinin əsas hədəfi, açıq qalan və ətrafda rezonans yaradan tərəflərin, zinət deyilən cəlbetmə və xaos yarada biləcək tərz və davranışların biçimə salınmasıdır.
ZİNƏT -simvolik olaraq bəzək əşyaları, müxtəlif aksessuarlar ola bilər. Amma əslində bu zinətləri də ortaya çıxaran zehniyyətlərdir. Qadının cəlb etmə həvəs və marağı. Əslində, bu insan halıdır. Qadınların fitrətində vardır, deyərdim. Amma məsələ məqsəd və məramda, bunun biçimləndirilməsindədir. Çarşabda olan bir qadın belə, xüsusi effektli danışıq tərzi ilə bir neçə kişinin aglını qaçıra bilər. Demək, bu onun zinətidir.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ƏQİDƏDƏN İMANA

əqidə-imanHz. Muhamməd əqidə gətirmədi, əksinə, əqidələşmiş və qəlibləşmiş təsəvvürləri İMAN mərkəzli bir dinamikaya səslədi.

“Müşriklərdən göyləri və yeri kim yaradıb? -deyə soruşsan, Allah” -deyərlər.” Qurani-Kərim

Yəni statik olaraq, əqidələşmiş Allah təsəvvürü zatən var idi, həmişə olub və olacaq da. Amma məsələ dinamik Allah təsəvvüründədir. O təsəvvür qəlibləşməz, mahiyyətin saxlayaraq daim mövcud zaman və məkanın bağrına səslənər, inşa edər. Bütün zamanların Tanrı təsəvvürləri ilk öncə belə ortaya çıxmış, ilahi mesajlar diri və inşaedici olmuşdur. Zamanla insanlar bu dinamik silsilənin ətrafında kütləviləşərək dindarlaşmış və əqidə qəlibində dini istismar etmişdirlər.

İnanmaq diridir, hər an ayaqda tutar, əminlik üçün sorğulayar və yenilənər. Mərkəzində sağlam inam olan həyat dinamik həyatdır. Amma bu iman mərkəzli dinamik həyat da bir əqidə formalaşdırar zamanla, amma ümumbəşər. Din və dindarlıq adına deyil, insanlıq adına bir əqidə. Hansı ki, orda hər kəsə yer var və bu mühitin yalnız bir adı var:

Mədinə – mədəniyyət və barış. Rəsulullah bunu formalaşdırdı və bizlərə miras buraxaraq belə dedi:

Burda dediklərimi bizdən sonrakılara da çatdırırn, bəlkə onlar daha yaxşı anladılar. Yəni ey dostlar, ey iman ailəmin əhli, siz də davam edib quracaqsız bu iman mərkəzli dinamik həyatı. Statikləşdirsəz donacaq, bütləşəcək və həyatdan çəkiləcək. Necə ki, bu gün bax belədir. Və Quran deyir:

“Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdir”-deyəcək.” Qurani-Kərim

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

MÜQƏDDƏS NƏDİR?

müqəddəslik-dəyərlər-kəbəMƏKAN MÜQƏDDƏSDİR, YOXSA DƏYƏRLƏR?!

Simvollar – dünyada ilk qarşılaşdığımız və üzərindən fikir yürüdüb arxasında olanları anlamağa çalışdığımız maddi və mənəvi gördüklərimizdir. Hərflər də simvollardır. Onları bir yerə düzməklə böyük bir fikri, təxəyyülü və təsəvvürü nümayiş etdirmək istəyirik. Və onlar əsrlərdir dəyişmir, amma onlar vasitəsilə milyonlarla fikirlər və kəlamlar formalaşır. Hərflərdə ilişib qalsaq, mahiyyəti, mənanı, kəlamı itirərik. Təhrif etmək, hərfi yanaşmaq budur, din terminologiyasında.
Əgər əsl mahiyyəti bu cisimlərin arxasından çəksək, onlar ölüdür və passivdir. İnsanın ruhu onun cismini tərk etdiyi kimi. Bəzən cisimlərə o qədər bağlanırıq ki,onun mahiyətini və mesajını unuduruq. O zaman cisim vəya hərəkət anlamsızlaşır və sadəcə təkrar olunaraq bütləşdirilir.
Quran süjetində bu proses və sonucları təsvir olunmaqdadır. Baxaq:

Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz!
Onların Beytullahın yanındakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı. 8/34-35

Kəbə insanlıq evini simvolizə edir, əslində. Ev əmniyyətdir, sığınacaqdır. Dəyərlərin birləşdiyi və daima ayaqda tutulduğu yerdir. Kəbə, ümumbəşərlik simvoludur. Bütün məsələlərə hər rakursdan baxma təklifidir.
Amma bu həmişə belə olubmu? Düşünürəm ki, Rəsulullahın arxa çevirdiyi Kəbə ilə indiki Kəbənin arasında heç bir fərq yoxdur. Məsələ, daş və divarlarda deyil, bunlara mismarlanmış könüllər və bunlarla qıfıllanmış düşüncələrdir.

Ağılsız adamlar deyəcəklər: “(Onları) Üz tutduqları qiblədən döndərən nədir?” De: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. 2/142

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus