QURBAN ƏNƏNƏSİ TARİXİ

Xüsusi

türk-qurbanQurban ənənəsi Hinduizmdə çox əhəmiyyətli bir yerə malikdir. Tanrılara üçün edilən hər şey qurbandır. Hinduizmdə qansız qurbanlar daha yayğındır. Ancaq yaz və qış gün yubileyləri münasibəti ilə qanlı qurbanların da Tanrılara təqdim edildiyini görə bilərik. Bu qanlı qurbanların ən böyüyü və xüsusi bir mərasim tələb edənlər “Soma” qurbanıdır. Somada keçi və inək kimi heyvanlar qurban edilir. Tanrıların hirslərini təskinlik etmək məqsədilə təqdim edilən bu qurbanların yanında, xüsusi hədiyyələr də Tanrılara təqdim edilmişdir. Hinduizmdə sunaklarda ən yaxşı heyvanların qurban edilməsi və ətlərinin yaxşı qisimlərinin yenə buradakı atəşdə yandırılma ənənəsi vardır. Hinduizmin bir xüsusiyyəti də ölmüş kəslər üçün qurban kəsmə şərtini gətirmiş olmasıdır. Hinduizmin görə, ölülər qurbansız ac qalırlarmış.

qurban ənənəsi.Qədim çağlarda insan qurban edilməsi, bir növ təmizlənmə və sehr vasitəsi idi. Ailənin ilk uşağı Tanrıya aid qəbul edilir və qurban edilməsi lazım idi. Misirlilər isə it başlı olaraq təsvir etdikləri insanlara “Ani” deyirlər və onları “Ay Tanrısı”-na qurban olaraq təqdim edirdilər.

M. Eliade, Anadoluda xüsusilə ilk çağlarda məhsul mövsümü ilə əlaqədar edilən insan qurbanı və baş kəsmə ayinlərinə nümunə olaraq Frigyalıları ələ alır.

Frigyalılar əsrlər əvvəl məhsul yığımı zamanı insanları, başlarını kəsmək surətiylə qurban etdiklərini, hətta əldə mövcud dəlillərə görə, o zamanlar bu adətin Şərqi Aralıq dənizinin hər tərəfində məşhur olduğunu qeyd.

ibrahim-qurbanİslam öncəsi Ərəblərin də qədim dövrlərdə insan və ağ dəvə qurban etdikləri, əhəmiyyətli bütlərdən olan Uzzaya, oğlanlar, qızlar və əsirlər qurban edildikləri irəli sürülməkdədir. Sonradan isə insandan imtina, heyvan qurbanına keçilmişdi.

Bütlərə xüsusi qurban kəsdikləri kimi Səfa və Mərvə təpələrində tikilmiş qaya bütlərə də qurban kəsərdilər. Bu qayaların biri İsaf, digəri Nailə adlı bütdür. İsaf və Nailə iki sevgili idi və Kəbənin müqəddəsliyini kirlətdikləri üçün öldürülmüş, daha sonra əfsanələşərək müqəddəsləşmişdilər. Ərəblər, bütlərə nəzir da verirdilər. Diləkləri reallaşdığında, əhəmiyyətli işlərində və uzun səyahətlərində əhd kəsərdilər. Əhdlərinin çoxu da ilk uşaqlarının kişi olması üçün idi.

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

QURBAN, YOXSA ƏT BAYRAMI?

Qurban  kəliməsi ərəbcədən yaxınlıq, yaxınlaşma, yaxın olma mənalarını verir. Qurəba, əqrəba – yaxın qohumlar kimi bilinən kəlimələr də bu kökdəndir.  Qərib, qürbət – başqa diyara gedənə, yaxınlıq göstərilməsi vacib olduğu üçün bu ad verilir. Qürbətən ilallah ifadəsi də “Allaha yaxınlıq” deməkdir. Demək Qurban – Allaha yaxınlaşmaq üçün edilən bir hərəkət, məqsədi yaxınlıq yaratmaq üçün olan əməl, fəaliyyətdir. Həccdə bunun bir vasitəsi də heyvan kəsib ətini Allaha yaxınlaşmaq üçün ehtiyacı olanlara paylamaqdır.

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Allah sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan edənlərə müjdə ver! 22/37

qurban yaxınlaşmaqdırQoç kəsmək, Qurban (yaxınlaşmanın) anlamının simvolu ola bilər, amma özü deyil. Əgər Allaha bizim TƏQVA (məsuliyyətli davranmamız) lazımdırsa, onda məsul olaq. Bu gün ehtiyaclılara nə lazımdır, onlara necə yaxın olaraq Allaha yaxınlaşa bilərik? – bax bundan məsul olaq. Əgər o dövrdə əsas qida heyvanların əti idisə, indiki dövrdə ehtiyaclı insanın hər hansı bir ehtiyacını ödəyərək yardım etməsi də Qurban qəbul edilə bilər. Bunun üçün hamının Həccə getməsi də önəmli deyil.
Qurban-Allaha yaxınlaşmaqdır. Allah isə Kəbədə oturmur, O hər yerdədir, hər anda hər məkandadır. Sadəcə Yaxınlaşmaq lazımdır, nəyisə vermək, sevdiyimiz şeylərdən paylamaq lazımdır. Bir şeyləri Qurban vermək lazımdır. Ehtiyacı olana bir təbəssüm də qurban olar.

Qurban fədakarlıqdır. Allahın razılığını qazanmaq üçün etdiyin hər cür fədakarlıq Qurban sayılır.

Nümunə:
Bir nəfərin yaşamağı üçün böyrəyə ehtiyacı var və bu böyrək ancaq səndədir. Əgər böyrəyinin bir dənəsini bu adama bağışlaya bilirsənsə, bu qurbandır. Buna ət də daxil ola bilər. İnsanların ac olduğu bir dövrdə sənin gündəlik gəlirini ödəyən iki inəkdən ən azı birini onlara kəsmələri üçün verə bilməyindir, qurban. Canını Allaha verə bilməyindir. Xülasə, qurban sevdiyin şeylərdən Allah yolunda xərclədikdə onların aldığı addır.

Qurban deyiminə doğru bir məna endirsək, bu məna qurbanın heyvan da ola biləcəyi ehtimalını rədd etməz, əksinə, daha geniş fədakarlıq aşılayar. Amma bunu təkcə heyvan şəklində qəbul etsən, bu yanlış olar.

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +28 (from 30 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus