“THE SECRET” KİTABINDAN SEÇMƏLƏR

Xüsusi

Həyatınızda elə olubmu ki, qəmli bir şey haqqında düşünərkən, siz daha dərindən kədərlənmisiniz. Məsələ bundadır ki, eyni şey haqqında müəyyən müddət düşünərkən cazibə qanunu dərhal ona bənzər fikirləri sizə yönəldir. Bir neçə dəqiqə ərzində siz o qədər bir-birinə oxşar kədərli fikirləri qəbul edirsiniz ki, düşündükcə ovqatınız daha da pisləşir. Nə qədər çox düşünürsünüzsə, daha artıq sarsılırsınız.

Təsəvvür edin ki, bolluq içində, firavan yaşayırsınız və siz bu firavanlığı özünüzə cəzb edəcəksiniz. Bu hər zaman, hər kəs üçün işləyir.

Əgər siz nədənsə razı deyilsinizsə, cazibə qanunu sizə tabe olaraq həyatınıza daha çox narazılığınıza səbəb olan hadisələri cəzb edəcəkdir. Kiminsə giley-güzarını dinləyərkən fikirlərinizi orada toplayırsınızsa, tərəfkeşlik edib onunla razılaşırsınızsa, o zaman bu kimi hadisələri siz özünüzə də cəzb edirsiniz.

Sizin düşüncələriniz öz həyatınızı qurmaqla yanaşı, dünyanın yaranışına da əlavə güc verir. Əgər bu günə kimi dünya qarşısında aciz və əhəmiyyətsiz olduğunuzu düşünürdünüzsə, bu gün bunu bir daha götür-qoy etməlisiniz. Ətrafınızda, çevrənizdə dünyanı şəkilləndirib quran sizin ağlınızdır.

İnsanlar Nəhəng Sirri anlamağa başlayarkən, daima öz bədbin düşüncələrindən qorxuya düşürlər. Lakin bilməlisiniz ki, nikbin düşüncələr bədbin düşüncələrdən yüz dəfələrlə güclüdür və bu elmi təsdiqini də tapmışdır. Elə buna görə də narahatçılığa son qoya bilərəsiniz.
Əgər siz bir müddət israrla pis niyyətli fikirəri düşünürsünüzsə, problemlər həyatınızda mütləq peyda olmalıdır. Əgər mənfi fikirlərinizin olduğuna görə narahat olursunuzsa, sizə narahatlıq gətirən fikirləri həyatınıza daha çox gətirəcəksiniz. Elə bu andan etibarən xoşgörülü işlər, əməllər haqqında düşünmək qərarına gəlin.
Allaha şükürlər olsun ki, həyatda düşüncələrin ifadə edilməsilə gerçəkləşməsi arasında zaman aralığı mövcuddur. Əgər belə olmasaydı, bu hadisə bizim üçün bir bəlaya çevriləcəkdi. Zaman ünsürü sizin xeyrinizə işləyir və o sizə qərarınızı yenidən düşünümək, istəklərinizi dəqİqləşdirmək və yeni seçim etmək imkanı verir.

Hər fikrə nəzarət etmək mümkün deyil. Alimlər hesab edirlər ki, insan beynində hər gün altmış min fikri yaranır. Təsəvvür edin ki, hər gün altmış min fikrin hamısını nəzarətdə saxlamağa çalışarkən siz hansı vəziyyətə düşərsiniz? Xoşbəxtlikdən bunun daha asan yolu var: bu bizim hislərimizdir. Onlar bizə nə haqqında düşündüyümüzü anlamaq imkanı verir.
Hislərimiz, nəyin haqqında düşündüyümüzü bizə göstərən ilahi bir bəxşişdir.
Hisləriniz çox sürətlə hansı tərzdə düşündüyünüzü sizə çatdırır. Məsələn, pis xəbər eşitdiyiniz zaman, həmin an yaramış duyğunu xatırlayın. Bu vaxt mədənizdə sıxıntı, döşünüzdə sancı hissləri yaranacaq. Yadda saxlayın: hisslər və emosiyalar vaxt itirmədən düşüncələriniz barəsində sizə xəbər verir.
Öz emosiyalarını dərk edərək anlamağı öyrənməlisiniz ki, nə hiss etdiyinizi də biləsiniz. Çünki bu, hansı tərzdə düşündüyünüzü bilməyin ən qısa və asan yoludur.
Sizdə iki cür duyğu tipi var: pis və yaxşı. Siz onlar arasındakı fərqi çox gözəl anlayırsınız; birinə görə özünüzü çox yaxşı, digərinə görə isə çox pis hiss edirsiniz. Sarsıntı, kin, küskünlük, əsəbilik, günahkarlıq – bunlar hamısı neqativ emosiyalardır. Onlar sizə güc və ya yaxşı ovqat vermir.
Əsas bunu bilməsiniz ki, özünü pis hiss edib eyni zamanda yaxşı düşüncələrə malik olmaq mümkün deyil. Əgər özünüzü pis hiss edirsinizsə, deməli, beyninizdə sizi pis olmağa məcbur edən hansısa fikirlər var.
Pis duyğularınızın və pis  əhvalnızın olduğu bir zamanda, daha çox bədbinlik cəlb edən tezliyə düşürsünüz. Cazibə qanunu özünüzü daha pis hiss etdirəcək şəkilləri göndərərək, mütləq sizə cavab verəcəkdir.

Pozitiv hisslər yaşayarkən, özünüzü daha da yaxşı hiss etməyinizə kömək edən oxşar emosiyaları cəzb edirsiniz.

Eyni anda özünü yaxşı hiss edib, həm də xoşagəlməz şeylər haqqında düşünmək mümkün deyil. Yaxşı hisslər, yalnız yaxşı düşüncələr nəticəsində yaranır.

Əgər özünüzü yaxşı hiss edirsinizsə, o zaman siz arzularınıza uyğun olan gələcəyi yaradırsınız. Əgər özünüzü pis hiss edirsinizsə, o zaman siz arzularınızdan uzaqlaşan gələcəyinizi qurursunuz.

Fikirləşdiyimiz və hiss etdiyimiz hər bir şey bizim gələcəyimizi qurur. Əgər narahat olub qorxursunuzsa,  o zaman siz həyatınıza daha çox qorxu və həyəcan gətirirsiniz.
Lakin özünüzü yaxşı hiss edirsinizsə, deməli, pozitiv düşünürsünüz. Xoş anları unutmayın və o hisləri bəsləyin.

Beləliklə insanlar “emosional tıxac” a girilər və nəticədə səhər yerindən kefsiz və ya əzgin qalxdısa, qanı qaralıdısa, günü eləcə də keçir. Onlar təsəvvür etmirlər ki, sadəcə emosiyaları dəyişməklə həm bu günü, həm də bütün həyatlarını dəyişə bilərlər.

Cazibə qanununa görə əgər gününüzü xoş ovqat və yaxşı əhval-ruhiyyədə başladınızsa,özünüzü yaxşı hiss edirsinizsə, gün ərzində əhvalınız dəyişməyəcəyi təqdirdə bu ovqatın ardınca siz daha çox könül açan hadisələr və müsbət enerjili insanları cəzb edəcəksiniz.

Bizlərdən hər birinin elə günü olub ki, uğrsuzluqlar bir-birinin ardınca gəlib. Zəncirvari reaksiya dərk edilib-edilməməsindən asılı olmayarq bir fikirdən başlanır. İlk pis fikir tezliyi özünə xas tezlik yaradır, daha sonra ona bənzər fikriləri daha çox cəzb  edir və işləriniz baş-ayaq gedir. Əgər bir uğursuzluğa görə siz bədbinləşirsinizsə, dərhal uğursuzluğu daha  çox cəbz edirsiniz. Sizin cavab emosiyalarınız həmin şeyləri daha çox cəzb edəcək və fikrilərinizin zəncirvari reaksiyası düşüncələrinizi məqsədli şəkildə dəyişəcəyinizə qədər davam edəcək.

Özünüzü yaxşı hiss etməyiniz çox vacibdir, çünki nikbin emosiyalar sizdən kainata gedən və yaxşılıqları sizə doğru çəkən bir siqnaldır. Beləliklə, nə qədər nikbin olursunuzsa, bir o qədər ruh yüksəkliyinizi artıran və onu qoruyub saxlamağa kömək edən hadisələri cəzb edirsiniz.

Əgər özünüzü pis hiss edirsinizsə, bilin ki, bunu bir göz qırpımında dəyişə bilərsiniz! Ürəyəyatımlı musiqi qoyun və ya zümzümə etməyə başlayın, bu zaman sizin hiss və emosiyalarınız dəyişəcəkdir. Yaxud sadəcə, gözəl bir şey haqqında düşünün.Övladınızı və ya həqiqətən də sevdiyiniz digər bir şəxsi düşünün və bu düşüncəni beyninizdə qoruyub saxlamağa çalışın. Hər şeyi bir kənara qoyun və öz fikrinizi yalnız müsbət düşüncələr üzərində səfərbərliyə alın. Həmin andan özünüzü daha yaxşı hiss edəcəyinizə söz verirəm.

Özünüzün “ovqat  dəyişdirən sirli açarların siyahısı”nı tərtib edin və bunu daima əl altında saxlayın. “Dəyişdirən açar” dedikdə, mən sizin hislərinizi ən tez dəyişən vasitələri nəzərdə tuturam. Məsələn bu, xoş bir xatirə, gələcəyə olan azru, hansısa gülməli anlar, təbiət mənzərəsi, sizə əziz olan insan ya da sevimli musiqiniz ola bilər. Siz kin, kədər və ya əzginlik hiss etdiyiniz zaman öz siyahınıza nəzər salın və oradan birini seçib, diqqətinizi onun üzərində cəmləyin. Müxtəlif zamanlarda kefinizi müxtəlif şeylər yüksəldə bilər, odur ki, bunlardan biri təsir etmədikdə o birini sınayın. Diqqətinizi çəkən foksu dəyişdirərək özünüzü şənləndirin ki, tezlik dəyişsin. Bu çox asandır,cəmi bir neçə dəqiqənizi alacaq!

Siz kiminsə haqqında pis fikirdəsinizsə, bu pisik eynilə sizin həyatınızda gerçəkləşəcəkdir. Neqativ düşüncələrinizlə siz heç kimə deyil, yalnız özünüzə ziyan vura bilrəsiniz. Əgər sizin bütün fikirləriniz sevgi üzərində qurularsa, kimin həyatının  sevgi ilə dolacağını tapa bilərsinizmi? Əlbətə ki, sizin!

Özünüz nə istədiyinizi tam başa düşmürsünüzsə, o zaman cazibə qanunu da arzuladığınızı sizə verə bilməz. Dəqiq olmayan tezliyi şüalandırıb nəticəsini də qeyri-müəyyən alacaqsınız. Yaxşıca fikirləşin, siz  əslində nə istəyirsiniz?

Bu həqiqətən çox maraqlıdır. Kainat sanki sizin kataloqunuzdur. Siz ona göz gəzdirərək bildirirsiniz: “Mən bu təəssüratları yaşamaq istəyirəm, bu əşyanı istəyirəm və belə bir insanla qarşılaşmağı istəyirəm.” Siz öz sifarişinizi kainata edirsiniz. Əslində,bu qədər asandır.

Dəfələrlə istəmək lazım deyil. Bu, kataloqdan sifarişə bənzəyir, siz bir şeyi yalnız bir dəfə sifariş edirsiniz. Axı nəsə sifariş etdikdə, onun qəbul edilib-edilmədiyi barədə narahat olub sifarişinizi dönə-dönə təkrarlamırsınız. Bunu bir dəfə edirsiniz. Yaradıclıq prosesi də eynilə belədir. Siz öz idrakınızda nə istədiyinizi dəqiqləşdirdiyiniz zaman, artıq sifariş etmisiniz, yəni istəmisiniz.

Siz sifarişinizi etdiyiniz üçün rahat olun,  onu alacağınıza tərəddüd etməyin və həyatınızdan zövq almağa çalışın.

İstədyiniz şeylərin artıq özünüzünkü olduğunu təsəvvür edin. Belə olduqda, onların  sizə tərəf gəlməsi zəruriyyətə çevrilir. Onların cəzb olunması isə şəraitdən aslıdır. Buna görə də həyəcanlanıb narahat olmayın. Ona olan ehtiyacınızı düşünməyin. Onlar haqqında, sizə mənsub və sizin ixtiyarınızdaymış kimi düşünün.

Bizlərdən çoxu, istədiklərini necə  əldə edə biləcəkləri barəsində heç bir fikirləri olmadığına görə, onu arzulamağı belə özlərinə yaxın buraxmır.

Kefin kökdürsə, deməli, qəbuledici tezliyə köklənmisən. Bütün yaxşılıqları  cəzb edən tezlikdəsən və könlündən keçənləri alırsan.

Arzuladığın maşını sürərək onu yoxlama sınağından keçirt. Arzuladığın ev üçün bir şey al. Bu zaman arzuladığının artıq  sənin olduğu hissini yarat və bu duyğunu daima xatırla. Arzuladığınıza yaxınlaşmaq üçün atdığınız hər bir addım, sözün əsl mənasında özünüzə cəzb etməyə yardımçı olacaqdır.

Çəkinin qidadan asılı olduğu bircə fikriniz, sizi kökəltməyə bəsdir. Hər şeyin ilkin səbəbinin fikirlər, düşüncələr olduğunu, qalanlarının isə yalnız onların nəticəsi olduğunu yadda saxlayın.

Vücudunuzun hər kvadrat santimetrinə məftun olun, tərifləyin, razılıq  edib onun mükəmməl olduğunu düşünün.

Mənbə: Rhonda Byrne – “The Secret” kitabı 
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EQZÜPERİ – NİN DUASI

Xüsusi

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, sEqzüperinin duasıəndən hər günüm üçün güc verməyini diləyirəm.
Mənə kiçik addımların sirrini öyrət.
Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə.
Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazimi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası, ölçü hissini qorumağı öyrətməyini istəyirəm.
Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et.
Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə.
Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların, həyatın təbii tərkib hissəsi olmasını  adi qəbul edim.
Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin.
Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət.
Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat.
Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.
Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin.
Həyatda nəyinsə gözümdən qaçmağına mane ol.
Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver.
Mənə kiçik addımalrın sirini öyrət, İlahi!


Mənbə: Antuan dö Sant-Eqzüperi – “Balaca Şahzadə” kitabı

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

PARADOKSU QUCAQLAMAQ – 2

Xüsusi

İçində hüzur olmayan həyat, əslində həyat sayılmaz. İçində səssizlik olmayan musiqiyə bənzəyər – o zaman, ürək bulandıran bir gurultudan ibarət olar; insanı xəstə edər.
Gerçək musiqi, səssizlik və səs arasındakı sintezdir. Bu sintez nə qədər uğurlu olsa, musiqi də o qədər dərin olar. Səs, səssizlik yaradar və səssizlik səsi qavramaq üçün şərait yaradar və bu şəkildə davam edər. Səs daha çox musiqi sevgisi, daha çox səssizlik qabiliyyəti yaradar. Yaxşı bir musiqini dinləyərkən, içində yüksək duyğular yaranar. Bütünləşərsən. Özünə dönərsən. Yer və göy birləşər, artıq bir-birindən ayrı deyillər. Bədənlə ruh qarşılaşıb birləşər, tək bir bütün olarlar.
Və bu, o böyük andır, mistik birləşmə anı.
Bu çox köhnə bir qarşıdurmadır  və tamamilə ağılsızcadır, ona görə də xahiş edirəm, diqqətli ol: Seks və səssizlik arasında qarşıdurma yaratma. Yaratsan, seks çirkinləşər, xəstələnər və səssizliyin, sıxıcı və ölü hala gələr. Qoy, seks və səssizlik birləşib bütünləşsin. Əslində ən gözəl səssizlik anları, eşqin ən uc  nöqtələrinə çatdıqdan sonar yaşanar. Və eşqin ən uc  nöqtələrini həmişə  şahanə səssizliklər və təkbaşınalıqlar izləyər. Meditasiya eşqə  yol açar. Eşq meditasiyaya yol açar. Ortaqdırlar. Onları ayırmaq mümkün deyil.

Və seçdiyin anda bir şeyləri qaçırarsan. Nə seçirsən seç, itirəcəksən. 
Mən deyirəm ki, seçmə. Mən deyirəm ki, ikisini birlikdə yaşa. Əlbəttə, bunu edə bilmək üçün bacarıq lazımdı. Birini seçib ona əsasən yaşamaq asandır. Hər ağılsız bunu edə bilər – hətta, sadəcə ağılsızlar belə edər. Bəzi ağılsızlar bu dünyaya, bəzi  ağılsızlar  da o biri dünyaya aid olmağı seçirlər. Ağıllı insan ikisini birdən etmək istəyər. Bax, sanyas bu mənadadır. Hər ikisinə də sahib ola bilərsən- bu zəkadır.
Həyatı bütün ölçüləri ilə qəbullan.

Jean-Paul Sartre, “Cəhənnəm başqalarıdır” deyir. Bu, onu göstərir, o, eşq və meditasiyanın bir-birini tamamlama xüsusiyyətini anlaya bilməyib. “Cəhənnəm başqalarıdır” – hə, əgər sən bəzən təkbaşına olmağı öyrənməsən, bir başqası cəhənnəmə çevrilə bilər.

İnsanlar anlamalıdır ki, heç kim günün 24 saatı eşq yaşaya bilməz; arada dincəlmək lazımdır.  Və heç kim sifarişlə sevə bilməz. Eşq spontan bir hadisədir. Olanda olar və olmazsa olmaz. Bu mövzuda heç bir şey edə bilməzsən. Etməyə çalışsan, saxta bir şey, bir rol yaratmış olarsan.
      Gerçək, ağıllı aşiqlər, bir-birilərini bu şeyə qarşı xəbədar edərlər: “Tək qalmaq istəyirəmsə, bu, səndən imtina etməyim anlamına gəlmir. Əslində mən sənin eşqin sayəsində təkbaşınalığı yaşaya bilirəm.” Beləcə, yoldaşın bir müddətliyinə tək qalmaq istədiyi zaman inciməzsən. İstənmədiyini, eşqinin qəbul edilmədiyini  iddia etməzsən. Onun bir neçə gün təkbaşına qalmaq ehtiyacına sayğı göstərərsən.

Sevgilinin yanına gedərsən və o səninlə birlikdə olmaq istəmirsə və ya elə də mehriban davranmırsa, özünü bərbad hiss edərsən. Eqon incinər. Bu eqo elə də ağıllı bir şey deyil – bütün eqolar axmaqdır. Zəka, eqo tanımaz; zəka sadəcə olan şeyi görər, sevgilinin nə üçün səninlə olmaq istəmədiyini anlamağa çalışar. Səndən imtina etdiyinə görə yox – səni nə qədər çox sevdiyini bilirsən, amma indi tək qalmaq istəyir. Sən də onu sevirsənsə, onu tək qoyarsan; ona işgəncə etməzsən, səninlə sevişməyə məcbur etməzsən. Kişi tək qalmaq istəyirsə, qadın, “Artıq mənimlə maraqlanmır, bəlkə də başqa bir qadın var.” deyə düşünməz. Ağıllı qadın kişini tək buraxar ki, yenidən özünü toplaya bilsin, yenidən paylaşacaq enerjisi olsun. Və bu ritm, gecə və gündüz kimidir, yay və qış kimi; dəyişməyə davam edər.

Əgər iki gerçək aşiqə rast gəlsən, ikisində də bir çox ortaq nöqtə görərsən. Gerçək aşiqlər sanki  bacı-qardaş kimidir. Buna təəccüblənərsən – bacı-qardaş belə, o qədər oxşamaz. İfadələri, yerişləri, danışıqları, mimikaları – iki sevgili həm çox bənzəyər, həm də çox fəqrlidir. Bu  təbii olaraq gerçəkləşər. Birlikdə olanda, yavaş-yavaş eyni tezliyə keçərlər. Gerçək aşiqlərin danışmasına ehtiyac yoxdur – bir-birilərini dərhal anlayarlar, instiktiv olaraq anlayaralar.
     Qadın üzgündürsə, bunu dilə gətirməsə belə, kişi onu narahat etməz. Kişi üzgündürsə, qadın da eyni şeyi edər – onu, bir bahanə tapıb öz halına buraxar. Ağılsız insanlar tam əksini edərlər. Bir-birilərini heç rahat buraxmazlar – davamlı olaraq birlikdədirlər, bir-birilərini yorar və sıxarlar, bir-birilərinə nəfəs alacaq qədər belə yer buraxmazlar.
 Eşq özgürlük verər və eşq, digərinə özü olmağı  üçün kömək edər. Eşq paradoks dolu bir şeydir. Bir yandan,  səni iki bədəndə tək ruh halına gətirər; bir yandan da sənə bənzərsizlik, fərdilik verər. Kiçik mənliklərindən qurtulamağına kömək edər, amma eyni zamanda ən yüksək mənliyinə qovuşmağına səbəb olar. O zaman problem yoxdur: Eşq və meditasiya hər biri bir qanaddır və bir-birilərini tarazlaşdırırlar. Və sən bu ikisinin arasında inkişaf edirsən, ikisinin arasında bütünləşirsən.

 

Mənbə:           Osho – “Aşk, Özgürlük, Tek Başınalık” kitabı
Hazırladı:        Fidan Aslanova 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

PARADOKSU QUCAQLAMAQ – 1

Xüsusi

Təklik gözəldir, aşiq olmaq, insan içinə qarışmaq da gözəldir. Və bunlar bir-birini tamamlayar, ziddiyyət yaratmazlar. Başqaları ilə birlikdə olarkən bundan həzz al, özü də sonuna qədər; bu zaman bunu problem etməyin, təklik haqqında narahat olmağın bir adı yoxdur. Və başqlarından sıxılanda onda təkliyə keç və bundan da sonuna kimi həzz al.
Seçməyə çalışma – seçməyə cəhd etsən, çətin vəziyyətə düşərsən. Hər seçim səndə bir növ dilemma yaradacaq. Niyə seçəsən ki? İkisinə birdən sahib ola biləcəyin halda nəyə görə birini seçəcəksən?
Mənim bütün təlimlərim iki  sözdən ibarətdir, ” meditasiya” və “sevgi”. Sonsuz səssizliyi hiss edə bilmək üçün meditasiya et və sev ki, həyatın bir mahnıya, bir rəqsə, bir bayrama çevrilə bilsin. İkisi arasında gedib gələ bilməlisən və bunu rahat bir şəkildə edə bilsən, özünü məcbur etmədən bunu bacara bilsən, demək ki, həyatdakı ən önəmli şeyi öyrəndin.
Bu, əsrlərdir ən önəmli problemlərdən biri olmağa davam edir: meditasiya və eşq, təklik və münasibət, seks və səssizlik. Sadəcə sifətlər fərqlidir, problem eynidir. Və əsrlərdir, bu problem düzgün başa düşülmədiyinə görə, insanlar acı çəkirlər – insanlar seçim edirlər.
Münasibəti seçənlərə, dünyəvi zövqlərə meyillidir, deyirlər və təkliyi seçənlərin adı keşiş olur, onlar digər dünyaya aiddirlər. Lakin hər iki qrup da acı çəkir, çünki yarımçıq qalırlar və bu da bədbəxtlik gətirir. Bütün olmaq demək, xoşbəxt və sağlam olmaqdır; bütün olmaq qüsursuz olmaqdır. Yarım qalmaq bədbəxtlikdir, çünki digər yarı hər zaman təxribat halındadır, qisas almağa hər an hazırdır. Digər yarı əsla tamamilə ortadan qalxmaz, çünki o sənin digər yarındır! Sənin təməl bir parçandır, götürüb ata biləcəyin bir şey deyil.
Bu, bir dağın, ” Ətrafımda dərə olmasını istəmirəm” deməyinə bənzəyir. Dərələr olmasa, dağlar da olmaz. Dərələr dağın varlığının parçasıdır; dərələr olmadan dağ var ola bilməz; bir-birilərini tamamlayarlar. Əgər dağ, dərəsiz var olmaq istəyirsə, o zaman ortada dağ qalmaz. Əgər dərə, dağ olmadan var olmaq istəyirsə, o zaman da ortada dərə qalmaz. Və ya rola girərsən – dağ, heç dərə yoxmuş kimi davranar. Lakin dərə ordadır – onu gizlədə bilərsən, şüuraltının dərinliklərinə ata bilərsən, lakin orada qalar, inadkardır, varlığının bir hissəsidir, yox edə bilməzsən. Hətta, necə ki, dağ ilə dərə bir bütündürsə, eşq və meditasiya, təklik və münasibət də elədir. Təklik dağı, ancaq münasibət dərələrindən yüksələ bilər.
Əslində, münasibətdən zövq ala bilmirsənsə, təklikdən də zövq ala bilməzsən. Münasibət sayəsində təklik ehtiyacı duyarsan, bu bir ritmdir. Biri ilə dərin bir münasibətə girdiyin zaman, tək qalmağa böyük bir ehtiyac duyarsan. Özünü yorğun, tükənmiş, bitmiş hiss edərsən – xoşbəxtlik yorğunusan, lakin hər həyəcan çox yorucudur. Birlikdə olmaq müdhiş gözəl idi, lakin indi tək qalıb özünü toplamaq istəyirsən, beləcə, yenidən dolub daşa biləcəksən, yenidən ayaqlarının üstündə dayana biləcəksən.
Eşqdə başqasının mənliyinə girdin, özünlə münasibətini qopardın. Boğuldun, sərxoş oldun. İndi isə yenidən özünü tapmağın gərəkdir. Lakin tək qalanda yenə eşq ehtiyacın doğulur. Bir müddət sonra elə dolacaqsan ki, bir başqasının içinə doğru daşmaq, ona özünü vermək istəyəcəksən.
Eşq, təklikdən doğular. Təklik səni dolub daşdırar, eşq bu artıqlığı hədiyyə olaraq qəbul edər. Eşq səni boşaldar, beləcə, yenidən dolmaq şansın olar. Nə zaman eşq tərəfindən boşaldılsan, tək qalaraq qidalanar, yenidən bütünləşərsən. Və bu bir ritmdir.
Bu iki şeyi bir-birindən ayrı olaraq düşünmək, insanın başına gələn ən təhlükəli axmaqlıqdır. Bəzi insanlar dünya nemətlərinə çox düşdülər – onların batareyası bitdi, tükəndilər, boşaldılar. Özlərinə aid bir sahələri yoxdur. Kim olduqlarını bilməzlər; əsla özləri ilə tanış ola bilmirlər. Başqaları ilə, başqaları üçün yaşayırlar. Bir izdihamın parçasıdır onlar, heç biri fərd deyil. Və unutma: Eşq həyatlarında qane olmayacaqlar – yarım qalacaq və bir yarım əsla qane etməz. Sadəcə bütünlük məmnuniyyətə yol açar.
Sonra bir də digər hissəni seçən insanlar var. Manastırlarda yaşayırlar.  Keşiş ( “monk” ) kəlməsi “yalnız yaşayır” mənasındadır; monogami, monoton, manastır, monopoliya kəlmələri ilə eyni kökü paylaşır. Tək, yalnız mənasındadır.
Keşiş yalnız olmağı seçən insandır – lakin bir müddət sonra dolub daşar və özünü hara axıdacağını bilməz. Hara axacaq? Eşqə, münasibətə izin verə bilməz; gedib insanlarla tanış ola bilməz, onlarla qaynaşa bilməz. Və beləcə, enerjiləri, turşumağa üz tutar. Axa bilməyən hər enerji acılaşar. Nektar belə, dayandığı yerdə zəhərə çevrilir – və tam tərsi; zəhər belə axacaq olsa, nektara çevrilir.

Mənbə: Osho – “Aşk, Özgürlük, Tek başınalık” kitabı
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EVLİLİK QƏRARI ALMAZDAN ÖNCƏ…

Xüsusi

Evlilik qərarı almazdan öncə...Evlilik, birlikdə çıxdığımız uzun bir yolçuluq kimidir. Bel çantalarımızı götürüb uzaq bir diyara doğru getmək kimi. Bu uzun yolçuluqda bəzən mən bir çuxura düşəcəm və həyat yoldaşım məni çəkib çıxaracaq, bəzən o, bir çuxura düşəcək və mən onu çəkib çıxaracam. Bəzən dik bir dağa dırmaşacağıq və iplərlə bir-birimizə bağlı olacağıq. Bu, qədər birliyi etmək deməkdir. Bəzən gözəl bir dərə ilə qarşılaşacağıq və o dərədən birlikdə həzz alacağıq. Evlilik dediyimiz hadisə, əslində tam anlamı ilə belə bir YOL YOLDAŞLIĞI və ya HƏYAT YOLDAŞLIĞI olmalıdır. Hər kəs evlənə biləcəyi birilərini tapa bilər. Lakin çox az insan yol yoldaşını, həyat yoldaşını tapar və ya yaradar. Buna görə də əsl məqsədiniz evlənmək yox, YOL YOLDAŞI, HƏYAT YOLDAŞI olmaq olmalıdır.

Evliliklərdə bir çox fərqli psixodinamika ( altda yatan, lakin insanın çox vaxt fərqində olmadığı psixoloji faktorlar ) rol oynayar və bir mənada evlilik münasibətinin gələcəyini müəyyən edər.

Evlilik öncəsi nəzərə alınmalı olan bəzi önəmli kriteriyalar var:

Evlənməyi düşündüyünüz insanın:

Şəxsiyyət strukturu
Evliliyə və həyata baxış bucağı
Həyatda gerçəkləşdirmək istədiklərinizi dəstəkləyici olub olmayacağı
Həyatın çətinliklərində yanınızda olub-ola bilməyəcəyi
Cinsəlliyə baxış bucağı
Uşaq sahibi olmağa və uşaq yetişdirməyə baxış bucağı
Öz ailəsi isə bağlarının sağlam olub-olmaması
Öz ana-atasının bir-biriləri olan münasibətləri
Peşəsi və maddi durumu
Keçirdiyi fiziki və psixoloji xəstəliklər
Ailəsindən asılı bir insan olub-olmadığı
Hər hansı bir şəxsiyyət pozğunluğu və ya patologiyası olub-olmadığı..
və bundan başqa bir çox faktor, necə bir evlilik yaşayacağınızı müəyyən edəcək. Buna görə də evlənməzdən öncə bu kriteriyalar yaxşıca analiz edilməli, evlənməyi düşündüyünüz insanla müzakirə edilməlidir.

EVLƏNMƏZDƏN ÖNCƏ ÖZÜNÜZƏ BU SUALLARI VERİN:

Niyə evlənmək istəyirəm?

Niyə evlənmək istədiyiniz çox önəmli bir sualdır. Ailədən qaçmaqmı, problemlərdən qaçmaqmı, evlilik üçün gecikmək qorxularımı, uşağınız olmasını istədiyiniz üçünmü, yoxsa, həqiqətən bir insanla evlilik bağı ilə bağlanaraq bir ailə qurmaq istəyirsiniz?

Niyə bu insanla evlənmək istəyirəm?

Niyə başqa biri ilə yox, məhz bu insanla evlənmək istəyirsiniz? Bir-birinizi kifayət qədər yaxşı tanıyırsınızmı? Birlikdə ortaq məsuliyyətləri üzərinizə götürdüyünüz zaman, bu, münasibətinizə necə təsir edəcək? Birlikdə eyni evin içində uzun illər boyu bir-birinizi dəstəkləyərək və inkişaf etdirərək yaşaya biləcəksinizmi?

Necə bir həyat  yoldaşı modeli istəyirəm?

Necə bir həyat yodaşı modeli istəyirsiniz? Qoruyucu, modern, ənənəvi, fədakar, sərbəst, fərqli düşünən, ananız kimi, atanız kimi və s.. Evlənməyi düşündüyünüz insan bu həyat yoldaşı modelinə uyğun gəlirmi? Yoxsa evləndikdən sonra onu dəyişdirə biləcəyinizimi düşünürsünüz? ( Boş yerə çabalamayın, bunu əsla bacara bilməzsiniz. ) Cütlüklərin çoxu, evlənməzdən öncəki dönəmlərdə mənfi xüsusiyyətlərini izolyasiya edərək qarşı tərəfə heç hiss etdirməzlər və hər zaman müsbət yönlərini şişirdilmiş bir şəkildə qarşı tərəfə təqdim edərlər. Halbuki bizimlə evlənmək istəyən birinin bizi hər yönümüzlə tanımış və varlığımızı qəbullanmış olmağı çox önəmlidir. Gizlətdiyimiz hər mənfi tərəfimiz, evlilikdə ciddi bir mübahisə və uyğunsuzluq mövzusu olaraq qarşımıza çıxacaq. Buna görə də evlilik öncəsi dönəminizdə özünüzü olduğunuz kimi ortaya qoymalı və heç bir yönünüzü, birlikdə olduğunuz insandan gizlətməməlisiniz.

Həyata baxışımız paraleldirmi?

Həyata, oxşar bir pəncərədən baxa bilirsinizsə, bir-birinizi hər zaman üçün düzgün anlamağınız mümkündür. Siz, hadisələrin hər zaman müsbət tərəfini görən, lakin partnyorunuz həmişə mənfi tərəfini görən bir struktura malikdirsə, bu fərqlilik, hər zaman üçün qarşıdurmalara qaynaq yaradacaq. Həyatı, insanları, hadisələri və durumları oxşar bir səviyyədə qavraya bilirinizsə, demək ki bir-birinizə uyğunsunuz.

Xarakterlərimiz uyğundurmu?

Evlilik öncəsi dönəmlərdə əks xarakterlər bir-birilərini cəlb etsə də, evlilik müddətində uyğun xarakterlərin daha uzun və sağlam münasibətlər yaşadıqlarını görürəm. Həmin dönəmlərdə yaşadıqlarınız, qabaqdakı günlərdə yaşayacağınız əsl  filmin kiçik bir fraqmentidir. Bunu əsla unutmayın və o dönəmdə yaşadıqlarınıza əhəmiyyət verin. “Gələcəkdə dəyişər” kimi bir düşüncə yanılğısına qapılmayın. Evlənməyi düşündüyünüz və sevdiyiniz insanın hansıa bir xarakter pozğunluğu və ya patologiyasının olub olmadığı son dərəcə Evlilik qərarı almazdan öncə...önəmlidir.

Cinsi uyğunluğumuz necədir?

Evliliklərin yarıya yaxını, cinsi uyğunsuzluq və ya cinsi problemlər səbəbilə bitir. Buna görə də evlənməzdən öncə cinsi uyğunluğunuzu kültürünüzə və dəyərlərinizə görə yoxlamaq məcburiyyətindəsiniz. LAKİN EVLİLİK, SADƏCƏ CİNSİ HƏYAT DEMƏK DEYİL. Evlilikdən öncə heç bir cinsəllik yaşamayan və cinsi uyğunluqlarını bilməyən cütlüklər üçün, evləndikdən sonra yaşayacaqları cinsi həyat təcrübəsi, bir mənada kinder yumurtası kimidir. İçindən nə çıxacağını əsla bilməzsiniz. Bəlkə də siz hər gün cinsi həyat yaşamaq istəyən birisiniz, lakin partnyorunuz ayda 1-2 dəfə cinsi həyatı özü üçün kifayət hesab edir. Və ya bunun tamamilə əksindən söhbət gedə bilər. Bu uyğunsuzluq, aldatma və ya aldadılma da daxil olmaqla, evliliyinizdə bir çox problemin təməlini yaradacaq. “Mən həyat yoldaşımı qətiyyən aldatmaram” şəklində düşünə bilərsiniz. Lakin bunun şəxsiyyət quruluşu ilə heç bir əlaqəsi yoxdur. Bu, “İnsan təbiəti” dir. Evliliyinizdə, heç cür qane olmadığınız tərəfiniz, bütün səylərinizə baxmayaraq yenə də həyat yoldaşınız tərəfindən cavablandırılmırsa, getdikcə əsəbi və  hirsli biri olmağa başlayarsınız. Və bu hirs, münasibətinizin hər sahəsinə mənfi yansıyacaq. Buna görə də siz siz olun, evlənəcəyiniz insanla cinsi uyğunluğunuzdan uyğun bir şəkildə xəbərdar olun.

                                   TÖVSİYYƏLƏR

Evlilikdən öncəki dövrü çox uzatmayın:

Münasibətlər, təbiətinin tələbinə görə, inkişaf etmək və irəliləmək məcburiyyətindədir. İnkişaf edə bilməyən və irəliləyə bilməyən münasibətlər, bir müddət sonra daralmağa və acı çəkməyə başlayarlar. Bu dönəmin çox uzun olması halında, evləndikdən sonra cütlüyün tezliklə boşanma nöqtəsinə gəldiyini görürəm. Münasibət, ortalama olaraq 2-3 ildən sonra fərqli bir səviyyəyə keçmək və irəliləmək məcburiyyətindədir.

Münasibətinizə erkən anlam yükləməyin:

Münasibətiniz müəyyən bir yetkinliyə çatmamış, erkən anlamlar yükləməyin. Bu vəziyyət, eynilə yeni doğulmuş bir körpənin üzərinə, ağır bir çuval qoymaq kimi bir təsir yaradacaq. Münasibətlər də, yaşayan canlı bir varlıq, orqanizm kimidir.  Münasibət hələ hazır olmadan ona erkən anlamlar yükləmək, münasibətinizin bu anlamların basqısı altında əzilməsinə və hətta bitməsinə yol aça bilər. Bir çox cütlük, erkən anlam yükləmə xətasına düşərək, əslində çox gözəl ola biləcək münasibətlərinin bitməsinə yol açırlar. Münasibətimiz hələ yetkinləşmədən və güclənmədən evlilik haqqında danışmaq, gələcəyə dair planlar qurmaq, doğulmamış uşağımıza ad qoymaq və s. bu kimi davranışlar, erkən anlam yükləməyə nümunə göstərilə bilər.

Müəyyən bir yaşa çatmamış evlənməyin:

Kişilərin və qadınlarEvlilik qərarı almazdan öncə...ın evlilik məsuliyyətlərini üzərlərinə götürə bilmələri üçün müəyyən bir yaşa çatmaqları gərəklidir. Bu yaş, çox ümumi halda  kişilər üçün ortalama 29-30 yaş, qadınlar üçün isə 25-26 yaşdır. Bundan erkən yaşlarda olan evliliklərdə ciddi problemlər yaşandığını görürəm. İnsanlar bu yaşlarına çatdıqları zaman, “Necə bir həyat istəyirəm?”, “Necə bir münasibət istəyirəm?”, “Necə bir həyat yoldaşı istəyirəm?” qavramlarını yerinə oturtmağa başlayarlar. Buna görə  də müəyyən bir şəxsiyyət quruluşunun yerinə oturması, həyatdan nə istəndiyinin bilinməsi və müəyyən bir yetkinlik səviyyəsinə çatmış olmaq, sağlam bir evlilik üçün qaçınılmazdır. Əks təqdirdə erkən evliik zamanı, cütlükər bir-birilərini və münasibətlərini həddindən artıq yorurlar və ya 30-lu yaşlarına gəldikləri zaman müəyyən bir dəyişiklik keçirərək artıq, münasibəti istəmədiklərinin fərqinə varırlar.

Ailələrlə erkən tanış olmayın:

Münasibətiniz müəyyən bir yetkinliyə çatdıqdan və artıq bu insanla evliliyə doğru bir yolçuluğa çıxmağa qərar verdikdən sonra ailəsi ilə tanış olmağınız daha faydalıdır. Ailə üzvləri ilə tanış olduqdan qısa müddət sonra bir çox münasibətin bitdiyini görürəm. Xüsusuilə qızın, oğlanın ailəsi ilə tanış olmasından qısa bir müddət sonra oğlanın birdən-birə tərk etməyi, terapiyalarımda çox tez-tez gördüyüm bir vəziyyətdir. Təbii  olaraq belə bir vəziyyətdə insan ani bir şok və duyğusal travma yaşayır. Ailə üzvləri ilə tanış olduqdan qısa bir müddət sonra evliliyə getmək yolunda konkret addımlar atmalısınız.

Ailənizə qarşı çıxmaq adına evlənməyin:

Təəssüf ki, basqı edən, mühafizəkar ve idarəçi ana-ata davranışları səbəbilə bir çox gənc qız, tezliklə evlənib o evdən qurtulmaq kimi bir düşüncə ilə evliliyə doğru gedir. Bu, son dərəcə yalnış və sağlam olmayan bir düşüncə formasıdır və adətən insanın gələcəkdə xoşbəxt olmamasına yol açan hadisələr zəncirinin başlanğıcını qoyur. Bəzi insanlar uşaqlıqlarından bəri ailələrinə qarşı topladıqları şüuraltı qəzəblərini  boşaltmaq məqsədilə ailələrinin heç cür dəstəkləməycəkləri həyat yoldaşı seçimi edə bilərlər və o insanla evlənmək uğrunda çılğın səylər göstərə bilərlər.

Bundan əvvəlki münasibətinizə cavab olaraq evlənməyin:

Adətən uzun çəkən və üzücü bir formada sonlanan münasibətlərdən sonra insanlar bir anlamda üzgün və hirsli bir şəkildə qarşılarına qəti məqsəd qoyub, onları əsla üzməyəcək birinə yönəlir və onunla sürətli bir şəkildə evliliyə doğru gedirlər. Bu son dərəcə yalnış bir cəhddir və bu formada edilən evliliklər, adətən boşanma ilə nəticələnir. Əvvəlki münasibətinizin sonrakı münasibətinizə təsir etmənizə icazə verməyin. Bunun üçün, bitən münasibətinizlə bağlı duyğularınız tamamilə yaxşılaşdıqdan və normala dönəndən sonra yeni bir münasibət seçimi etməlisiniz.

Uzun bir müddət sevgililik dönəmi yaşadığınız üçün evlənməyin:

Uzun illər birlikdəliyi olan cütlüklər sanki artıq növbədəki iş evlənmək imiş kimi evliliyə addım atırlar və evlənmək üçün bir-biri ilə uyğun olub-olmadıqlarını gözdən keçirmirləEvlilik qərarı almazdan öncə...r. Münasibətdə yüksək səviyyədə alışqanlıq və asılılıq yaranır və qopa bilmədikləri üçün özlərini adətən evliliyə doğru getmək məcburiyyətində hiss edirlər. Bəzən də xüsusilə qadın tərəf üçün evlənmək qəti bir məqsədə çevrilə bilər. Bundan başqa, uzun illər birlikdə olan cütlüklərin münasibətlərində daha çox korlanmalar olduğunu görürəm. Bütün  bu korlanmalar və üzəri örtülən problemlər, cütlük evləndiyi andan etibarən partlayır və cütlüyü 1-2 il müddətində boşanma nöqtəsinə gətirir. Neçə il sevgili olursunuz olun , sırf keçmişdən qopa bilmədiyiniz üçün evliliyə doğru getməyin və mütləq indiki uyğunluğunuzu yoxlayın. İki tərəfin də artıq keçmişdəki insanlar olduğunu unutmayın.

Ailənizi xoşbəxt etmək üçün evlənməyin:

Hər uşaq neçə yaşına gəlmiş olursa olsun, ana-ata sevgisini və ehtiyacını qazanmaq səyindədir. Ana-ataların uşaqlarının evləndiyini gömrək, nəvə sahibi olmaq kimi gözləntiləri, bəzən uşaqlarının evlilik mövzusunda tələskən davranmaqlarına yol açır. Xüsusuilə, yaşlı və ya xəstə bir ailə üzvü varsa, onu itirməmiş xoşbəxt etmək adına insanlar evlilik mövzusunda tələskən davrana bilir və bu, yalnış seçimlər etməklərinə yol açır. Heç kimi xoşbəxt etmək üçün evlənməyin. Məqsədiniz, öz xoşbəxtliyiniz olmalıdır. Sizin, xoşbəxt bir həyatınız və evliliyiniz olanda, sizi sevən insanlar da gerçək anlamda xoşbəxt olacaqlar.

Minnət və ya acıma duyğuları ilə evlənməyin:

Bir insan, sırf çətin vaxtlarınızda yanınızda olub deyə, onunla evliliyə doğru getməyin. Hər anlamda uyumlu olub-olmadığınızı və xoşbəxt olub-ola bilməyəcəyinizi yaxşı ölçün. “Xəstəxanada başımın üstündə durub gözləmişdi, atam öləndə yanımda o var idi” kimi minnət duyğuları ilə evlilik qərarı almağınız sağlam olmayacaq. Bundan başqa, birlikdə olduğunuz insan asılı bir şəxsiyyət sturukturuna malik insandırsa, sizdə yüksək dozada acıma duyğuları oyandıracaq. Konsultasiya üçün gələn həmsöhbətlərimin, “Ondan ayrılsaydım, məhv olardı, buna görə də onunla evləndim” tərzli sözlərinə artıqlması ilə şahid olmuşam. Lakin bunu deyən insanlar, illər sonra həyat yoldaşlarını tərk edən insanlara çevrilir və onların həyatlarına hər anlamda daha çoz zərər verirlər.

Aşiq olmusunuzsa, evlənməyin:

Kiməsə aşiq olanda, onun hər cür qəribə və ya bizə zidd olan şəxsiyyət xüsusiyyətlərini normal qarşılayan bir halda oluruq. Lakin eşqin kimyası keçdikdən sonra, normallaşdırdığımız o xüsusiyyətlər, münasibətdə bir-bir bizi narahat etməyə başlayar və bir müddət sonra münasibətimiz bizim üçün dözülməz bir səviyyəyə çata bilər. Aşiq ikən əsla evlilik qərarı almayın. Eşq duyğusu keçməyə və məntiqiniz yenidən qayıtmağa başladıqdan sonra evlilik qərarı alsanız, daha sağlam bir qərar olma ehtimalı artacaq.

Evlilik öncəsi konsultasiya dəstəyi alın:Evlilik qərarı almazdan öncə...

Münasibətinizdə bir problem oldu olmadı, mütləq birlikdə evlilik öncəsi konsultasiya dəstəyi almağınızı tövsiyyə edirəm. Cütlüklər adətən uzun illər evliliklərini davam etdirdikdən və münasibətlərində bir çox anlayışı zədələdikdən sonra “bunu da yoxlamamış olmayaq” tərzində bir anlyışla terapiyaya müraciət edirlər. Halbuki  evlənmədən öncə gəlinməsi idealdır. Evlilik öncəsi konsultasiya müddətində cütlüklərin bir çox tərəfdən uyumlu olub olmadığını arşdırırıq.

a. Ailə strukturlarının  uyğunluğu
b. Yetişmə tərzlərinin uyğunluğu
c. Təhsil dönəmləri və kültür uyğunluğu
d. Şəxsiyyət analizləri və şəxsiyyət uyğunluğu
e. İnanclar və dəyərlər sisteminin uyğunluğu 
f. Həyata baxış tərzlərindəki uyğunluq 
g. Peşə uyğunluğu 
h. Cinsi uyğunluq

kimi bir çox önəmli nöqtəni analiz edir və irəlidə yaşanma ehtimalı olan problemləri böyük ölçüdə öncədən müəyyən edərək bu problemləri necə ortadan qaldıra biləcəkləri ilə bağlı addımlar atmağa başlayırıq. Beləliklə, cütlük hər anlamda münasibətləri və bir-biriləri ilə bağlı fərqindəlik qazanaraq digər cütlüklərin düşdükləri tələlərə düşmədən, daha sağlam adımlarla evliliyə girə bilirlər.

Bütün bu bilgilərin işığında, özünüzü və evlənmək istədiyiniz insanı dəyərləndirməlisiniz. Özünüzü aldatmayın. Unutmayın! İnsanın özünü aldatmağı bacardığı kimi heç kim bunu daha yaxşı bacara bilməz.  Romantik bir coşğu ilə yox, gerçəklərlə evliliyə addım atın. Gerçəklərə nə qədər gözlərinizi bağlasanız, bir gün gerçəyin divarına o qədər sürətlə dəyərsiniz. Və evliliklə bağlı ağlınızda ən kiçik belə sual işarəsi varsa, mütləq fərdi və ya cütlük olaraq bir mütəxəssisdən evlilik öEvlilik qərarı almazdan öncə...ncəsi konsultasiya dəstəyi alın. Mütəxəssisin bilgi və təcrübələri mütləq sizə yol göstərəcək.

UNUTMAYIN… HƏYATDAKI ƏN ÖNƏMLİ SEÇİM, HƏYAT YOLDAŞI SEÇİMİDİR. BU SEÇİMİ SAĞLAM VƏ DOĞRU EDƏN FƏRDLƏR, HƏYAT BOYU XOŞBƏXT OLARLAR VƏ HƏR ANLAMDA YÜKƏSLƏRLƏR. SAĞLAM OLMAYAN VƏ YALNIŞ SEÇİMLƏR EDƏNLƏRSƏ, BUNUN BƏDƏLİNİ MADDİ MƏNƏVİ İTKİLƏR VERƏRƏK VƏ HƏR ANLAMDA AŞAĞIYA GEDƏRƏK ÖDƏYƏRLƏR. ƏN ƏSASI DA ƏSLA GERİ DÖNDƏRİLƏ BİLMƏYƏCƏK OLAN ŞEYİ İTİRƏRLƏR. ZAMANI.

 

Mənbə: www.tunctataker.com
Hazırladı: Fidan Aslanova Red

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook