TƏKLİK VƏ YALNIZLIQ – 2

Xüsusi

Sən özünlə yaşamırsan. Nə vaxt tək qalsan, hüzursuz olursan; dərhal narahatlıq keçirirsən. Nə etməli? Hara getməli? Kluba, kilsəyə və ya kinoya gedə bilərsən – təki bir yerlərə gedəsən, başqaları ilə qaynayıb-qarışasan. Və ya alış-verişə çıx. Varlılar üçün alış-veriş ən böyük oyundur, yeganə idmanlarıdır; onlar alış-verişə çıxırlar. Kasıbsansa, mağazaya getməyin lazım gəlmir, vitrinlərə baxaraq küçədə gəzə bilərsən. Təki get!
Yalnız olmaq çox çətindir, alışılmışın çox xaricində, fövqəladədir. Bəs yaxşı niyə? – çünki yalnız qalanda bütün anlamın yox olar. Barı, get dükandan bir şeylər al; ən azından satıcı sənə bir anlam verəcək… aldığın şey yox, çünki lazımsız şeylər almağa davam edirsən. Sırf, almaq üçün alırsan. Lakin satıcı və ya dükan sahibi, onlar sənə kral kimi baxır. Sanki həyatları sənə bağlıymış kimi davranırlar – və sən rola girdiklərini bilirsən. Dükançılar belə davranar. Əslində, satıcı səni önəmsəmir; gülümsəməsi də saxtadır. Hər kəsə yalandan dişlərini ağardır, sənə məxsus bir hal deyil. Amma sən əsla bunlara baxmazsan. O yalandan dişlərini ağardır və səni sevilən bir qonaq kimi qarşılayıb dəvət  edər. Özünü rahat hiss edərsən, sən kimsə-sən, sənə güvənən insanlar var; bu dükançı səni gözləyirdi.

“Tək” olan insan kimdir? Ehtiyac duyulma ehtiyacı ortadan yox olmuş insandır, səndən, sənin gözlərindən və davranışlarından bir anlam gözləməyəndir. Xeyr! Eşqini versən, minnətdar olar, ama vermsən də şikayətlənməz. Verməsən, yenə yaxşı davranar. Ziyarətinə getsən, xoşbəxt olar, amma, getməsən də xoşbəxtdir o. Bir topluluq içində isə bundan həzz alacaqdır, amma, əgər bir manastırda yaşayırsa, bundan  da zövq alar.
“Tək” olan bir insanı bədbəxt edə bilməzsən, çünki özü ilə yaşamağı və xoşbəxt olmağı öyrənib. Özü -özünə kifayət edər. Buna görə də, bir-biri ilə qohumluq bağı olanlar, digər insanın  ruhsal olmağını əsla istəməzlər – ər meditasiyaya yönəlsə, həyat yoldaşı narahat olar. Niyə? Nələr olduğunun və ya nə üçün hüzursuzluq duyduğunun belə fərqində olmaya bilər. Və qadın bu istiqamətində irəliləyəcək olsa, əri bundan narahat olar. Niyə?
Şüura şüuraltı bir qorxu yerləşər. İnsanın həyat yoldaşı özünə yetəcək hala gəlməyə çalışır; budur qorxu. Qadına bu cür seçim təqdim edilsə, “Ərinin bir sərxoş mu olmağını, yoxsa meditasiya ilə məşğul olmağını istəyərsən?” desələr, sərxoşluğu seçəcək. Eyni formada, kişiyə, “Həyat yoldaşının sanyasin olmağını, yoxsa düz yoldan çıxmağını mı istəyərsən?” deyə soruşulduğu zaman, kişi ikincini seçəcək.
Sanyasin özünə kifayət edən, heç kimə ehtiyacı olmayan, heç bir halda asılı olmayan insan mənasındadır. Və bu, qorxu yaradar – o zaman işə yaramaz hala gələrsən. Öncədən bütün varlığın onun sənə olan ehtiyacı üzərində qurulu idi. Sən yoxkən o bir heç idi, sənsiz bomboş idi, səhra kimi; ancaq səninlə birlikdə yaşıllaşırdı. Amma əgər tək başına ikən də çiçək aça bildiyini fərq etsən, o zaman dava yaranar, çünki eqon incinər.
Kim tək başınadır? İsa, yalnızlar müqəddəsdir, deyir…. Bunlar, tək başına ikən, bütün dünya yanında imiş kimi rahat yaşayıb, balaca uşaqlar kimi özlərini məşğul edə bilən insanlardır.

Bəli, başqaları ilə əlaqə yarada bilərsən, amma bu əsla bir münasibətə çevrilməz. Əlaqə qurmaq çox yaxşıdır. Hər ikisi, “tək başına” olan iki insan, əlaqə qura bilər, amma bir münasibətə girə bilməzlər.
Münasibətə, əsla yalnız qala bilməyənlər ehtiyac duyar. İki yalnız insan, bir münasibətin içinə düşər. İki “tək başına” insan əlaqə qurub görüşərlər, amma yenə də təkliklərini qoruyarlar. Təklikləri pozulmaz, saf və bakir qalar. Başı buludlara dəyən Himalay təpələri kimidirlər. İki təpə əsla bir araya gəlməz, amma yenə də küləyin, yağışın, göllərin, günəşin və ulduzların sayəsində bir-birilə əlaqə yaradarlar. Bəli, bir görüş yaşanar, bir çox dialoq keçər aralarında. Bir-birlərinə pıçıldayarlar, lakin təklikləri əsla pozulmaz, bu barədə əsla güzəştə getməzlər.

Tək başınalığında rəqs et, mahnı oxu, onu dolu-dolu yaşa!
Mən sənə sevmə demirəm. Hətta əslində ancaq tək başına olan bir insanda sevmək qabiliyyəti var. Yalnız inanlar sevə bilməzlər. Onların ehtiyacı o qədər böyükdür ki, sadəcə yapışarlar – necə sevə bilərlər axı? Yalnız insanlar sevə bilməz, ancaq istismar edə bilərlər. Yalnız insanlar aşiq roluna girərlər; əslində sadəcə sevgi almaqdır dərdləri. Verəcək sevgiləri yoxdur, verəcək heç bir şeyləri yoxdur. Sadəcə tək başına və keyifli olmağı bacara bilən bir insanın içi o qədər sevgiylə doludur ki, onu paylaşa bilər. Sevgisini yadlarla paylaşa bilər.

Və unutma, təkbaşına olmağı bilən insan əsla yalnız qalmaz. Tək başına olmağı bilməyən insanlar, bax onlar yalnızdır.

Mənbə: Osho – “Aşk, Özgürlük, Tek başınalık” kitabı.
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

TANRI, DİN, SEVGİ, QADIN, HƏYAT VƏ ÖLÜM HAQQINDA

Xüsusi

Sənin hazırda Adəm və Həvvanın günahına görə cəza çəkməyin inanılmaz bir şeydir. Bu adamları heç tanımırıq belə, nə zaman yaşadıqlarını, var olub-olmadıqlarını bilmirik, onların etdiklərində heç bir rolumuz olmayıb, yenə də əzab çəkirik?!
Hər insan övladı bu qisasın əzabını çəkəcək? Bu heç də ilahi bir şey kimi görünmür mənə. Tanrı şeytandan daha zalım görünür.

Tanrı səni izləyir. Hər hərəkətini, hər düşüncəni Tanrı bilir, diqqətli ol!
Düşüncələrində belə azad olmağına icazə verilmir. Tanrı səni izləyir.

Əsrlərdir, ən azı beş min ildir ki, din xadimləri insan psixikasını pozmaqla məşğuldurlar.

Müqəddəs kitablara ciddi yanaşma. Qəlbinin səsini dinlə. Təklif edəcəyim tək müqəddəs kitab budur.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Yoldan çıxmaq azadlığın parçasıdır. Hətta Tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən Tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur. Yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.

Mənim sənə əməl etmək üçün deyəcəyim hər hansı bir qaydam yoxdur. Sadəcə, sadə bir anlayış verirəm – Bu sənin həyatındır – ondan həzz al.

Tanrı və kainat haqqında heç nə bilmirsən. Ruh, reinkarnasiya, gələcək və keçmiş yaşam haqqında heç nə bilmirsən. Bildiyin hər şey sadəcə şayiələrdir. İnsanlar ətrafında danışırlar və sən özünə lazım görünüən bütün növ məlumatları toplayırsan. Niyə vacib görünür? – ona görə ki, cahilliyini gizlədir. Səni bilirsənmiş kimi göstərir. Amma xatrıla, bu xeyli böyük bir İmiş kimi-dir. Sən heç nə bilmirsən, bu sadəcə İmiş kimdir.

Özün olmağa çalışmaq lazımdır. Bu zaman nə başqasına paxıllıq edərsən, nə həsəd apararsan, nə narazı olarsan, nə də narahat qalarsan. Əgər öz həyətində yaşıllıq arzulayırsansa, bunu çox asan yolla gerçəkləşdirmək mümkündü. Niyə ömrünü başqasının həyətinə boylanmaqla keçirəsənki? Öz həyətində yaşıllaşdırma apar. Yoxsa hamının bağı bağçası sənə daha gözəl görünəcək həmişə. Sən qibtə hissindən qurtulmayacaqsan və həmişə özünü bədbəxt hiss edəcəksən.

Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get. Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi çoxlu səhv qapı döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.

Sən yalnız özün ol. Cəmiyyət, başqa insanlar sənin haqqında nə düşünürsə, bu onların düşüncəsidir və bunun sənlə heç əlaqəsi yoxdur. Sən başqa insanlar üçün dünyaya gəlmədin, öz həyatını yaşamaq üçünü burdasan.

Kişi və qadın tək bir bütünün iki yarısıdır. Bu səbəblə mübahisə etməklə zaman itirməkdənsə, bir-birinizi anlamağa çalışın. Özünü digərinin yerinə qoymağa çalış; bir kişinin gördüyü kimi görməyə çalış, bir qadının gördüyü kimi görməyə çalış. Və dörd göz hər zaman iki gözdən daha yaxşıdır.

Əgər həyatını doğru-düzgün keçirmisənsə, əgər həqiqətən yaşamısansa, əslTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındaa ölümdən qorxmazsan. Qorxu, ölüm səbəbindən ortaya çıxmaz, yaşanmamış həyat səbəbindən ortaya çıxar.

Yaxınlıq, digərinin sənin içinə girməsinə icazə verməkdir. Səni, sənin gördüyün kimi görməsinə izin vermək; digərinin səni, sənin içindən görməsinə izin vermək, bir insanı varlığının ən dərin nötqəsinə dəvət etməkdir. Modern dünyada yaxınlıq gedərək yox olur. Sevgililər belə yaxın deyil. Dostluq sadəcə bir kəlmədir, artıq. Yaxınlıq itir artıq. Nədən? Çünki paylaşacaq bir şey yox. İçindəki yoxsulluğu kim göstərmək istəyər ki? İnsanlar rol oynamaqla məşğuldurlar.

Mənim yeni insan haqqında dəqiq təsəvvürüm var. Bu insan dinsiz, milliyətsiz, hökumətsiz olacaq.

Yetkin insan çox gözəl başa düşür ki, qarşıda onu güllü-çiçəkli cənnət gözləmir. Başa düşür ki bu həyatdır və qarşısına qızılgüllər də, tikanlar, kol-kos da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla yaşamağa qərar verir və onu özü seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil.

İnsanlıq ümumilikdə eyni cür yaşayır, eyni cür ömür sürür, eyni qaydalara əməl edir. Və bu eyniliyin içində kimsə ayrı cürdürsə, ayrı cür yaşayır və davranırsa, tez diqqət çəkir, təklənir, tənqid olunur. Ancaq azad insanı, ruhuna.. ürəyinə, özünə sayğısı olan insanı bütün bu reaksiyalar, anlaşılmamaq qorxutmur. Çünki öz gerçəkləri, öz doğruları ilə əslində hamıdan xoşbəxt və azaddır.

İnsanlara əsla səhv bir şey etməmələri öyrədilir, onlar da səhv etməkdən o qədər qorxmağa başlayırlar ki, heç bir şey etmirlər. Hərəkət edə bilmirlər. Səhvlər edəcəksən, amma eyni səhvləri təkrar etmə. İnsan belə müdrik olur.

Öz daxilinə gir və soruş, və hiss edəcəksən ki, bütün ağrıların sən onları qoruduğun üçün var. Sən qorumasan heç bir şey var ola bilməz. Sən onlara enerji verdiyin üçün varlar. Əgər onlara enerji verməsən, heç bi ağrı var ola bilməz.

Çoxluq başıboşlardan, xalis axmaqlardan ibarət olur.

Bədən xeyli məhduddur, onun iki əsas qayğısı var: yemək və seks. O bu iki şey arasında hərəkət edir, bundan başqa heç nəylə maraqlanmır. Amma ağılla eyniləşsən, o zaman ağlının çoxlu səviyyələri olacaq. Fəlsəfə, din və elmlə məşğul ola biləcəksən – təsəvvür edə bilməyəcəyin qədər çox şeylə maraqlanacaqsan.

Həyat hardasa səni gözləmir, o daxilində baş verir. Gələcəkdə çatacağın bir şey deyil, o indi burada, bu dəqiqədədir – nəfəTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındas alış-verişində, qanında dövr edir, ürəyində döyünür.

Alın yazısı yoxdur. Etdiyin şeylər öncədən müəyyənləşdirilmiş tale deyil. Varoluş azadlıq, tale isə köləlikdir. Azadlıq, baş verənlərin səndən asılı olduğu deməkdir. Tale isə saxta fərziyyədir.

Hər bir insanın qarşılaşdığı problemlərdən biri, doğulduğu cəmiyyətdir. İnsanın can atdığı şeylərlə cəmiyyətin təklif etdikləri üst-üstə düşmür. Həyat qınağa çəkilir, geyim qınağa çəkilir, azadlıq qınağa çəkilir. Tədricən sənin həyatın qısalır, nə gedirsə səndən gedir, sağlamlığını itirirsən, əsəblərin korlanır, arzularını boğursan. Və kimsə səni inandırır ki, belə də yaşamaq lazımdır. Kiminləsə mübahisə etməyə ehtiyac yoxdur.

Bu gün, mövcud olan hər şeydir; indi sənin var olduğun, hər zaman var olacağın yeganə zamandır. Yaşamaq istəsən ya indi olacaq, ya da əsla olmayacaq.

Sənə söylənilən hər şeyi unut: “Bu doğru, bu səhv!”. Həyat o qədər də qəti deyil. Bu gün doğru olan bir şey, sabah səhv ola bilər; indi səhv olan bir şey, bir sonrakı an doğru ola bilər.

Eşqin ən təməl problemi, əvvəl sənin yetkin hala gəlməyindir. O zaman yetkin bir yoldaş tapacaqsan; o zaman yetişməmiş insanlar sənə daha cazibədar görünməyəcək. Bu eynilə belədir.

Əmr vermək yox, sevgi vermək lazımdır. Təzyiq eləmək olmaz. Uşağın azadlığı toxunulmaz qalmalıdır. Sənin sevgin onun azadlığına mane olmalı deyil. Heç kim, heç vaxt balaca uşağın azadlığı haqqında düşünmür. Nə vaxt düşünəcək? Bu gün körpədir, sabah hələ balacadır. Heç bir ana öz övladına yetkin insan kimi baxmır. Uşaq onun gözündə heç vaxt böyümür. Və hamısına elə gəlir ki, bu normal haldır, belə də olmaldır. Fəxrlə deyirlər: “Ana üçün uşaq heç vaxt böyümür”. Bu dəhşətdir! Çünki bu cür münasibət bir insanın böyümək, yetkinləşmək haqqını əlindən alır. Uşaqla ana arasındakı yaş fərqi nə qədərdirsə, ömür boyu da o qədər qalır. İyirmi ildirsə, həmişə iyirmi olaraq qalır.
Beləliklə, övladına hörmət elə.
Onunla öz kiçiyin kimi davranma.

Sevgi bir ehtiras deyil. Sevgi bir duyğu deyil. Sevgi birinin, bir şəkildə səni tamamladığının dərindən başa düşülməsidir. Sevgidə minnətdarlıq, mehribanlıq və birlik duyğusu vardır. Əgər bu üç duyğunu hiss edirsənsə, sevirsən deməkdir.

Əgər tək bir insanı sevirsənsə və bütün həyatını onunla bərabər keçirmək istəyirsənsə, arada böyük bir yaxınlıq yaranar. Və sevgi sənə yepyeni üzlərini göstərər. Çox tez-tez tərəf müqabilini dəyişdirsən, bu mümkün olmaz. Eynilə bir ağacın tez-tez yerini dəyişdirməsi kimi. O zaman heç bir yerdə kök sala bilməz. Kök salması üçün eyni yerdə qalması gərəkdir. O zaman dərinlərə enər, güclənər.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Hər şeydən əvvəl qadın sürəkli hamilə olmaqdan əzab çəkir. Bətnində böyüyən körpə ona rahat yaşamağa imkan vermir. Ürəyi bulanır, gərgin olur, rahatlığı pozulur, nə yemək yeyə bilir, nə istədiyi kimi hərəkət edə bilir.
Doqquz ay qadın üçün ölümə bərabər olur. Doğuşdan sonra qadına bərpa olunmaq, özünə gəlmək üçün uzun zaman lazım gəlir. Ancaq bu zaman keçməmiş, kişi yeni bir uşaq istəyir. Sanki qadın nəsil artırma fabrikidir.
Bu halda kişi nə iş görür? Neynir kişi? Doqquz ay qadının çəkdiklərini çəkmir, doğuşdakı sancıları, əziyəti yaşamır. Ancaq öz genini davam elətdirmək və bir də seksual həzz almaq üçün qadından istifadə edir.
Bununla belə, dilini dinc də qoymur. “Səni sevirəm” deməyə utanmır.

Partnyorunu əsrlər boyu bütün qadınların elədiyi kimi didişdirməyə davam edə bilərsən. Bu, ancaq onu səndən uzaqlaşdıracaq. Rahat olmaq üçün yad qucaqlar axtaracaq. “Dır-dırdan” başını götürüb gedəcək.

Bir dünyaya bax. İnsanlığa fikir ver. Gör kimləri doğmusan. Başını qaldırıb, burnundan o yanı gör, dünyanı bürüyən bu səfehlər sənin bəh-bəhlə təriflənən doğmaq bacarığının bəhrəsidi. Bunu bütün heyvanlar bacarır. Səni şirnikləndirib aldadıblar. “Qadın müqəddəsir, çünki insan yetişdirir. Ulu Tanrı qadına yaratmaq bacarığı verib”. Sən də key kimi deyilənlərə inanıb bir ucdan doğursan. Kasıb ölkələrdə indiyə kimi qadınlar on iki uşaq dünyaya gətirir. Qadın heyvan kimi durmadan doğub-törəyir.

İnsan təkbaşına xoşbəxt olmalıdı, eyni zamanda insanlarla birlikdə də xoşbəxt ola bilməlidi. İnsan daxili xoşbəxtliyə sahib ola bilməli və eyni zamanda yaşadığı münasibətdə də xoşbxət olmalıdır. İnsan həm içində gözəl bir yuva qurmalı, həm də xaricində. Evini əhatə edən gözəl bir bağçan və eyni zamanda gözəl bir yataq otağın olmalıdır. Bağça yataq otağının əleyhinə, yataq otağı da bağçanın əleyhinə deyil.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Rəqabət və qısqanclıq, bütün əzabların mənşəyidir.

Əgər bütün qadınların öz bacarıqlarını, öz dahiliklərini inkişaf etdirmələrinə icazə versək, çox gözəl bir dünyaya sahib olarıq. Əsas mövzu bu deyil, heç kim nə üstdədir, nə də aşağıda. Qadınlar qadındır, kişilər kişi. Onların təbii ki, fərqli tərəfləri var, amma bu fərqlər heç kimi nə yuxarıya, nə də aşağıya aparır.

Sənə vurulan qadın səni ilhamlandıra bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirər, yaratmaq, qurmaq istəyərsən. Səni elə bir ruh yüksəkliyinə qaldırar ki, özünü gümrah, xoşbəxt, hər şeyə qadir hiss edərsən.

Mən istərdim kişiylə qadın bir varlığa, bir tamlığa çevrilsin, bir-birinə hopsun, qarşsın və eyni zamanda ikisi də tamamilə azad olsun. Sevgi məhbəs deyil axı, sevgi azadlıqdır, sərhədsizlikdir.

Mənbə: Oşo – “Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında” kitabı.
Hazrladı: Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

CƏSARƏTİNİZ VARMI?

Xüsusi

Əgər cəsur deyilsənsə, səmimi ola bilməzsən
Əgər cəsur deyilsənsə, sevə bilməzsən
Əgər cəsur deyilsənsə, güvənə bilməzsəncəsarət
Əgər cəsur deyilsənsə, həqiqətin arxasınca gedə bilməzsən
Buna görə də, əvvəl cəsarət gələr
Və digər hər şey onu izləyər ( Osho ) 

Cəsarətiniz nə vəziyyətdədir? Yaxşı bəs cəsarətinizdən axrıncı dəfə nə vaxt istifadə etmisiz? Cəsarət əzələ kimidir. Əgər istifadə etməsəniz, itib gedər. Cəsarət təhlükə ilə, çətinliklə, qeyri-müəyyənliklə və ya acı ilə üzləşəbilmə gücüdür. Bəli, deyildiyi kimi, cəsarət ürək işidir. Vəziyyətlər qorxutsa belə, doğru görünəni etmək bacarığıdır.

Cəsarəti inkişaf etdirməyin bir neçə yolu:

Yeni bir şeylərə başlayın. Yeni bir şeyə baş vurmaq hər zaman çətindir. Yeni bir şey öyrənmək və daha təcrübəli insanlar arasında şagird olmaq cəsarət istəyər.

Bundan əvvəl getmədiyiniz bir yerə gedin. Həyatımızı  çox vaxt, bildiyimiz yoldan çox az kənara çıxaraq yaşayarıq. İşdən evə hər zaman eyni yoldan gəlirsiz? Yemək yeməyə hər zaman eyni restorana gedirsiniz? Yeni bir yerə getməyi sınayaq.

Ürəyinizdən keçəni söyləyin. İçinizdəki gerçək hisslərin bayıra çıxmasına əngəl olursunuz? Hamımız bəzən bunu edirik. Bizi geriyə çəkən şey qorxudur. Cəsarəti inkişaf etdirməyin yaxşı bir yolu da, deyəcəyimiz şeyi insanların necə qarşılayacaqlarına dair gərgin hiss etsək belə, müəyyən bir insan haqqında müsbət şeylər söyləməkdir.

Tanımadığınız bir insanla danışın. Çox insanı tanımadığımız bir partidə olduğumuzu düşünək. Düzdür, çəkinə bilərik. Lakin cəsarətlənib heç tanımadığımız bir insanla söhbətə başladığımız zaman da, daha yaxşı hiss edərik. Yeni tanış olduğumuz insanlardan  nə ilə məşğul olduqlarını, harada yaşadıqlarını, nələri sevdiklərini soruşaq. 

Başqasının da haqqını müdafiə edin. Əgər iş yerində birinə qarşı pis davranıldığını görsəniz, nə edərsiniz? Səsinizi çıxararsınız, yoxsa səssiz qalarsınız? İş yeri dedi-qoduları da, həmçinin. Yerdən-yerə vurulan bir insanı arxasından müdafiə edərsiniz? Başqasının da haqqını müdafiə etməyə çalışaq. Beləliklə, cəsarətimizin artdığını hiss edəcəyik.

Qışqırmağı öyrənin. Əgər uzaq şərq döyüş sənətlərini öyrənirsinizsə, ilk öyrəndiyiniz şeylərdən biri, qışqırmaqdır. Əksər insan, xüsusilə də qadınlar necə qışqırmağı artıq unudublar. Özlərinə güvənləri o qədər azdır ki, səslərini necə yüksəltməli olduqlarını belə bilməzlər. Qışqırmağı öyrənməyə çalımalıyıq. Uzaq şərq döyüş sənətlərinə gedib, plyajda gəzintiyə çıxıb və ya bir yastığa qapanıb qışqıra bilərik. Qarından gələn qışqırıq, böyük bir enerji və cəsarət qaynağıdır. 

Necə istəyirsinizsə, elə geyinin. Toplumumuzun, müəyyən vəziyyətlərdə necə gcəsarəteyinməli olduğumuza dair güclü qaydaları vardır. İş yerində uymalı olduğumuz bir “dress code” ola bilər. Özümüzə aid zamanımızda necə istəyiriksə, elə geyinək. Geyindiklərimizlə özümüzü ifadə edək.

Bunlar kiçik addımlar olsa belə, cəsarətimizi toplamağımıza kömək edər. 

Mənbə: www.ruhsalyasam.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

OŞO – “GÜC, SİYASƏT VƏ DƏYİŞİKLİK”

Xüsusi

OŞO - "GÜC, SİYASƏT VƏ DƏYİŞİKLİK"KİTABDAN SEÇMƏLƏR:

Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.

Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.

Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!

Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr.

Nixon, başqalarının telefon danışıqlarını dinləyərkən yaxalandı və nəhayət, prezidentlikdən  istefa etmək məcburiyyətində qaldığı zaman, Mao Zedongun şərhi diqqətə layiq idi. “Bunu hər siyasətçi edər. Bunda özəl bir durum yoxdur, niyə bu qədər  böyüdürlər? Zavallı Nixon sadəcə olaraq bunu edərkən yaxalandı.” dedi.

Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü  ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.

Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.

Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil.

Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış.

Fərqindəliklə edilən hər şey gözəl ola bilər; eyni hərəkət, fərqindəlik olmadan çirkinləşə bilər.

Dolayısı ilə xatırlanmalı olan ilk şey, qorxu ilə hərəkət etməyin doğru yol olmadığıdır.

Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.

Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur.
İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.

Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır.. irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.

Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən.
Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən.

Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən,  ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir.

İşıq, sevgi və yaradıcılıq, heç kimə hökm etməklə maraqlanmaz. Nə üçün?  Başqası başqasıdır; nə sən kiməsə hökm etmək istəyərsən, nə də başqasının sənə hökm etməyini istəyərsən. Azadlıq, sadəcə birazca oyanıq olmağın ləzzətidir.

Dünyada indi yaşayan çox az insan var. Həmişə ya keçmişdə, ya da gələcəkdə yaşayırlar.

Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik.

Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı öyrədirəm və gözləməməyi.

Qadınlar kişilərdən nə aşağıdır, nə də üstündür. İkisi insanlığın iki fərqli cinsidir, müqayisə edilə bilməzlər. Müqayisənin özü axmaqlıqdır və müqayisə etməyə başlasan, başına dərd açacaqsan.

Sadəcə axmaqlar müharibə etməyə davam etdi; bütün ağıllı insanlar nəyin doğru, nəyin yalnış olduğuna qərar verməyin yollarını tapmaqla məşğul idi.

Hindistanda, hər filosofun bütün Hindistanı gəzməyi, digərlərinə meydan oxumağı bir ənənə idi. Meydan oxumaq düşməncə deyildi, bunu anlamalısan. İkinci səviyyədə düşmənlik yoxdur; iki tərəfdə də həqiqəti axtaran insanlar vardır. Dostca bir vəziyyətdir, dava deyil; ikisi də həqiqətin qalib gəlməyini istəyər. Heç kim digərinə qalib gəlməyi istəməz. Məsələ qətiyyən bu deyil.

Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.”  Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.

Azadlıq, müsbət bir anlayışdır.

Və bir araşdırmaçı,  nəyin yaxşı, nəyin pis olduğu barədə düşünməməlidir; sadəcə araşdırmalı, izləməli, müşahidə etməlidir.

Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır.
Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.

“Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər.  Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır.

Həyat vicdanlı deyilmiş, adil deyilmiş kimi gəlir, çünki əlimzidən bir oyuncaq aldı. İnsan, belə böyük nəticələrə gəlməkdə təsəlməməlidir. Bir az da gözlə. Bəlkə bütün dəyişikliklər hər zaman yaxşılığadır. Sadəcə kifayət qədər səbrli olmalısan. Həyatı bir az daha sərbəst buraxmalısan.

Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EVLİLİK VƏ AZADLIQ

Xüsusi

Evlilik və azadlıqSevgi insanı azad edir… Lakin yenə də sevmək, azadlıq qədər dəyərli deyildir.

Sevgi böyük, dərindən varlığını hiss etdiyin bir dəyərdir, lakin azadlıqdan daha dəyərli deyildir.

İnsanların, bir başqasına sahib olmaq səyi, bir başqası tərəfindən sevilmək arzusu fərdi bir həbsxanaya çevrilər. Eqonun əsarəti görünməzdir. İnsan sevmək istəyər, amma sevginin tez və ya gec xəyallarını yıxmasını istəməz. Sevilmə arzusu nə qədər böyükdürsə, arzu nə qədər çoxdursa, əsarət də o qədər böyük olar. Sevgi də bir o qədər əldən qaçar, uzaqlaşar.

Sevgi bir başqasına sahib olmaq, onu dəyişdirməyə çalışmaq deyildir. Bu, qarşındakı insanı bir əşyaya, bir alış-verişə endirməkdir. Həyatda çox az şey, qarşındakı insanı bir əşyaya endirməyin qədər pisdir.

Nə qədər az sahib olsan, o qədər azad olarsan. Əgər heç sahib deyilsənsə, sevdiyin insanı sırf özü olduğu üçün qəbul edərək dərindən bir şəfqətlə sevirsənsə, bu bütünlüyü yaşayırsansa, sevgi gerçək ifadəsini tapar.

Heç kəs, heç kəsə sahib ola bilməz. Ər arvadına, müdir işçisinə, dövlət vətəndaşına sahib deyildir. Sahiblik, bir kölə-əfəndi münasibətidir. Onlar arasında gerçək bir münasibət belə yoxdur.

Gerçək bir sevgi münasibəti azadlığın rəqsidir, yaradıcılığın ifadə tapmasıdır. Ər arvadını, qadın da ərini nə qədər dəyişdirməyə çalışırsa çalışsın uğursuz olar. Çünki nə özünü, nə də qarşısındakı insanı olduğu kimi qəbullanmışdır.

Ər arvadından, qadın ərindən asılı haldadır. İkisi də bir-birindən tələb halındadır. İkisi də bir-birilərini istismar edərlər, bir-birilərindən istifadə edərlər, bir-birilərinə hökm etməyə çalışarlar. Beləcə, evlilik səmimi duyğuların qidalandırılıb paylaşıldığı, insanın fərqindəlik yolunda inkişaf etdiyi, aydınlatdığı bir ortaq inşa olmaq əvəzinə bir quruma çevrilər. Bu qurumun, dövlətdən bir fərqi yoxdur. Azadlıq yoxdur, aevlilik və azadlıqmma bol-bol sanksiya vardır, qadağa vardır. 

Məsələn, Miçiqan əyaləti qanunlarına görə qadınların saçları qanuni olaraq ərlərinə aiddir. Bu səbəblə, qadınların, ərlərindən icazə almadan saçlarını kəsdirməkləri qadağandır. Bunun nə qədər absurd, nə qədər alçaldıcı olduğunun fərqindəsən? Bu artıq bir oyun  deyildir, bu bir güc  hakimiyyətidir. Bu sevmək yox, hökm etməkdir.

Kişi, yüz illər boyunca qadına hökm edə bilmək üçün onu təhsildən, öyrənməkdən, azadlıqdan yoxsul buraxmışdır. Bunu edərkən də, gücünü dinlərdən, ənənələrdən, dövlətdən almışdır. Qaba güc istifadə edərək, onu davamlı olaraq alçaldaraq özünə olan güvənini zəiflətmişdir. Buna görə də evlilik, bir növ saqqıza bənzədilir. Saqqız, siqareti buraxmaq və yemək atışdırmamaq üçün bir bəhanədir. Saqqızın əzilməsi və çeynənməsi lazımdır. Evliliklərdə də kim dişlidirsə, əzməyə çalışır.

İki insanın, sevginin ən gözəl varlığı olmaq yerinə, bir-birinə hökm etməyə çalışması, bir-birilərini bir əşyaya endirmələri, bir-birilərinə bir cənnət sunmaq yerinə birlikdə bir cəhənnəmi yaratmağına səbəb olur. Bütün evliliklər belə deyildir, amma dünyanın bir çox yerində gerçəkləşən evliliklər bir qurumdan fərqsizdir.

Əgər özün olmaq məsuliyyətini üzərinə götürsən, özünü olduğun kimi qəbul edib sevsən, özünə sayğı duyarsan. Özünə sayğı duyduğun zaman, qarşındakı insana da sayğı duymaq, onu anlamaq üçün köklərin dərinləşər. Sənin köklərin, onun kökləri ilə görüşər. Varoluşun torpağı, bir-birinə uzanan iki kökü, iki əli birləşdirəcək qədər comərddir.

Anlayış yoxdursa, müstəqillik yoxdur, davamlı bir qarşıdurma halı vardır. Bu qarşıdurma davamlı olaraq böyüyən, gərilən bir huzursuzluğu doğurar. Daha xoşbəxt olmaq istəyən iki insan, əvvəlkindən daha gərgin, daha bədbəxt, daha anlayışsız hala gələr. 

Şairlərin, sənətçilərin, filosofların, elm adamlarının çoxu isə, müstəqilliklərinə çox  meyllidirlər. Onlar üçün bir duruma bağlanmaq, bir insanı sevərək davamlı olaraq ona bağlı olmaq çox çətindir. Onların qurduğu münasibət, sevgi və azadlıqdan çox bir növ laqeydlikdir.

Azad qala bilmək üçün sevdikləri insanı çox yaxınlarına buraxmaq istəməzlər, beləcə, öz çevrələri içində yaşayaraq azadlıqlarını qoruyacaqlarını düşünərlər. Onlar qarşılarındakını dərindən anlamaqdan, daha dərindən sevməkdən qorxarlar, çünki azadlıqlarına sevgidən daha meyllidirlər. Onların azadlığı, onlar üçün bir əsarət halını alır. Tək tərəfli bir bağlılıq məsələsi olur ortada. Buna görə də bir çox şair, sənətçi üçün evlilik, tragediyanın səhnələndiyi bir komediyadır.

Gerçək bir münasibətdə, iki tərəf də nə asılı, nə də müstəqildir. Onlar, sadə bir şəkildə  öncə özləri olmaq məsuliyyətini almışdırlar. Onlar özlərini  sevərlər, beləcə qarşısındakı insanı da olduğu kimi qəbul etməkdən qorxmazlar, əksinə qarşısındakının, özünü yaşadığı müddətcə xoşbəxt olduğunu bilərlər. 

Onların bağı, asılılıq və ya müstəqillikdən fərqlidir. Bir-birilərinin varlığını içdən gələn bir xoşbəxtliklə qəbul edərlər, coşğu ilə uyum içində rəqs edərlər. Bu çox nadir hallarda gerçəkləşsə də, cütlüklər, tək bir ruh olmaq üçün birləşərlər. İki bədəndəki tək bir ruh kimi… Bu nə zaman gerçəkləşərsə, sevgi bir yağış kimi üstlərinə yağar.

Digər münasibətlər bor növ alış-verişdir, ər arvadındanevlilik və azadlıq, qadın ərindən gözləyər. Onlar bəsit anlaşmalardır, istər sosial, istər psixoloji olsun. Halbuki, iki insanın özü qalaraq, digərini dəyişdirməyə çalışmadan olduğu kimi qəbul edib sevdiyi münasibət ruhani bir təcrübədir. 

Ehtiyac halı bir sevgi deyildir. Ehtiyaclar münasibəti yönləndirər, hökm edər.

Sevgi bir hədiyyə halıdır, hədiyyə verdiyini düşünmədən gerçəkləşdirdiyin bir çiçəklənmədir. Kimsə kiməsə hökm etməyə çalışmadığı zaman, hər kəs sevdiyi insanın etməyi xoşladığı şeyləri anladığı zaman, ona sayğı duyub qatıldığı zaman, öncə özünün özgürləşdiyini fərq edər. Sevgi öncə sevəni özgürləşdirər, sonra seviləni.

Bir körpə doğulduğu zaman anasına bağlıdır. Onun anasına, südə ehtiyacı vardır. Kim onun ehtiyaclarını doyursa, onu axtaracaq, ona bağlı olacaqdır. Bir körpə anasından sadəcə süd yox, sevgi də alar və bu sevgi onun ruhi qidasıdır.

Bəzi insanlar nə qədər yaşa dolursa dolsunlar..böyüməməkləri, sevgi qidası almamaqlarındandır, diqqətin şəfqətini yaşamamaqlarındandır. Onların psixoloji olaraq hər zaman bir körpə, uşaq kimi qalmaqları bir acıdır,  çünki, bu davamlı olaraq həsrət halında yaşamaqdır. Sevgiyə duyulan həsrət…

Bu həsrətin yerinə, sevgini tələb etmək yerinə gerçəkdən sevməyə özündən başaldığı zaman, yetkinləşər. Özgürləşdiyini köklərində hiss edər. Artıq o bir tələb halında deyildir, xaricə bağlı deyildir. Artıq özləmək yerinə, varlığında duyduğu sevgini yaşayar. Bu sevgi kökləndikcə, həyata yansıdıqca böyüyər və daşar.

İçindən sevgi daşmayan birinin bir başqasını sevməyi mümkün deyildir.

İçi çiçəklənməmiş biri, bir başqası ilə baharı yaşaya bilməz. Həyatın dadını, keyfini çıxaran, həyatı bir rəqs, bir şeir kimi olan insan bir başqası ilə eyni şeirdə, eyni rəqsdə görüşə bilər.

Ancaq sahib olduğun şeyi bir başqasına verə bilərsən. Sahib olmadığın bir şeyi istədiyin zaman da bir dilənçidən fərqin qalmaz.

Azad olmayan insanlar aşiq olduqları zaman ilk öncə bir-birilərinin azadlıqlarına hücum edərlər. Qarşısındakı insanı, özü kimi bir əsir etmək üçün, evliliyi bir quruma çevirib məhbusluq yaratamaq üçün istifadə edərlər.

Bir-birini sevənlər isə bir-birilərinin azad ola bilməkləri üçün bir-birilərinə kömək edərlər, onları əsir edən şərtləri, bağları fərq edərək özgürləşmək üçün bir-birilərinə dəstək olarlar.Evlilik və azadlıq

Azadlıq yoxdursa, heç bir zaman xoşbəxtlik yoxdur. Sevgi yoxdur. Azadlıq, həm qadının, həm də kişinin varoluşundakı gözəl qoxudur, özüdür. Və sevgi, ancaq bu azadlıq olduğu zaman bir su kimi axar.

Sevgi bir zərurət, bir şərt, və ya bir tələb deyil, varoluşun içindən daşmasıdır. O daşdığı zaman sən də paylaşmağa, verməyə, xoşbəxt olmağa başlayarsan.

Tələb etmək əvəzinə sevdiyin zaman, sevginin necə veriləcəyi, necə daha dərindən ifadə tapacağı, necə şərtsizcə yaşanacağı önəm qazanar. Bu, azadlığın insana gəlməsidir. Ancaq azad bir insan bağlı deyildir. Ancaq azad insan sevgi suna bilər, çünki yalnız o sevgi ilə doludur.

O zaman sevgin bir duruma, bir əşyaya, bir insana bağlı deyildir. Çünki gerçək sevgi bir münasibət halı deyildir, bir durumdur.

Sevgi sadəcə bir kəlmədir, sevmək isə fəaliyyətdir. Sevgi sadəcə ürəyinin dərinliklərindən sevdiyin zaman gerçəkdir. Gerçək hədiyyə da budur, varoluşun sənə sunduğu ən gözəl hədiyyə…

Hazırladı: Fidan Aslanova
Mənbə: blog.milliyet.com.tr

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook