TANRI, DİN, SEVGİ, QADIN, HƏYAT VƏ ÖLÜM HAQQINDA

Xüsusi

Sənin hazırda Adəm və Həvvanın günahına görə cəza çəkməyin inanılmaz bir şeydir. Bu adamları heç tanımırıq belə, nə zaman yaşadıqlarını, var olub-olmadıqlarını bilmirik, onların etdiklərində heç bir rolumuz olmayıb, yenə də əzab çəkirik?!
Hər insan övladı bu qisasın əzabını çəkəcək? Bu heç də ilahi bir şey kimi görünmür mənə. Tanrı şeytandan daha zalım görünür.

Tanrı səni izləyir. Hər hərəkətini, hər düşüncəni Tanrı bilir, diqqətli ol!
Düşüncələrində belə azad olmağına icazə verilmir. Tanrı səni izləyir.

Əsrlərdir, ən azı beş min ildir ki, din xadimləri insan psixikasını pozmaqla məşğuldurlar.

Müqəddəs kitablara ciddi yanaşma. Qəlbinin səsini dinlə. Təklif edəcəyim tək müqəddəs kitab budur.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Yoldan çıxmaq azadlığın parçasıdır. Hətta Tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən Tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur. Yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.

Mənim sənə əməl etmək üçün deyəcəyim hər hansı bir qaydam yoxdur. Sadəcə, sadə bir anlayış verirəm – Bu sənin həyatındır – ondan həzz al.

Tanrı və kainat haqqında heç nə bilmirsən. Ruh, reinkarnasiya, gələcək və keçmiş yaşam haqqında heç nə bilmirsən. Bildiyin hər şey sadəcə şayiələrdir. İnsanlar ətrafında danışırlar və sən özünə lazım görünüən bütün növ məlumatları toplayırsan. Niyə vacib görünür? – ona görə ki, cahilliyini gizlədir. Səni bilirsənmiş kimi göstərir. Amma xatrıla, bu xeyli böyük bir İmiş kimi-dir. Sən heç nə bilmirsən, bu sadəcə İmiş kimdir.

Özün olmağa çalışmaq lazımdır. Bu zaman nə başqasına paxıllıq edərsən, nə həsəd apararsan, nə narazı olarsan, nə də narahat qalarsan. Əgər öz həyətində yaşıllıq arzulayırsansa, bunu çox asan yolla gerçəkləşdirmək mümkündü. Niyə ömrünü başqasının həyətinə boylanmaqla keçirəsənki? Öz həyətində yaşıllaşdırma apar. Yoxsa hamının bağı bağçası sənə daha gözəl görünəcək həmişə. Sən qibtə hissindən qurtulmayacaqsan və həmişə özünü bədbəxt hiss edəcəksən.

Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get. Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi çoxlu səhv qapı döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.

Sən yalnız özün ol. Cəmiyyət, başqa insanlar sənin haqqında nə düşünürsə, bu onların düşüncəsidir və bunun sənlə heç əlaqəsi yoxdur. Sən başqa insanlar üçün dünyaya gəlmədin, öz həyatını yaşamaq üçünü burdasan.

Kişi və qadın tək bir bütünün iki yarısıdır. Bu səbəblə mübahisə etməklə zaman itirməkdənsə, bir-birinizi anlamağa çalışın. Özünü digərinin yerinə qoymağa çalış; bir kişinin gördüyü kimi görməyə çalış, bir qadının gördüyü kimi görməyə çalış. Və dörd göz hər zaman iki gözdən daha yaxşıdır.

Əgər həyatını doğru-düzgün keçirmisənsə, əgər həqiqətən yaşamısansa, əslTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındaa ölümdən qorxmazsan. Qorxu, ölüm səbəbindən ortaya çıxmaz, yaşanmamış həyat səbəbindən ortaya çıxar.

Yaxınlıq, digərinin sənin içinə girməsinə icazə verməkdir. Səni, sənin gördüyün kimi görməsinə izin vermək; digərinin səni, sənin içindən görməsinə izin vermək, bir insanı varlığının ən dərin nötqəsinə dəvət etməkdir. Modern dünyada yaxınlıq gedərək yox olur. Sevgililər belə yaxın deyil. Dostluq sadəcə bir kəlmədir, artıq. Yaxınlıq itir artıq. Nədən? Çünki paylaşacaq bir şey yox. İçindəki yoxsulluğu kim göstərmək istəyər ki? İnsanlar rol oynamaqla məşğuldurlar.

Mənim yeni insan haqqında dəqiq təsəvvürüm var. Bu insan dinsiz, milliyətsiz, hökumətsiz olacaq.

Yetkin insan çox gözəl başa düşür ki, qarşıda onu güllü-çiçəkli cənnət gözləmir. Başa düşür ki bu həyatdır və qarşısına qızılgüllər də, tikanlar, kol-kos da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla yaşamağa qərar verir və onu özü seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil.

İnsanlıq ümumilikdə eyni cür yaşayır, eyni cür ömür sürür, eyni qaydalara əməl edir. Və bu eyniliyin içində kimsə ayrı cürdürsə, ayrı cür yaşayır və davranırsa, tez diqqət çəkir, təklənir, tənqid olunur. Ancaq azad insanı, ruhuna.. ürəyinə, özünə sayğısı olan insanı bütün bu reaksiyalar, anlaşılmamaq qorxutmur. Çünki öz gerçəkləri, öz doğruları ilə əslində hamıdan xoşbəxt və azaddır.

İnsanlara əsla səhv bir şey etməmələri öyrədilir, onlar da səhv etməkdən o qədər qorxmağa başlayırlar ki, heç bir şey etmirlər. Hərəkət edə bilmirlər. Səhvlər edəcəksən, amma eyni səhvləri təkrar etmə. İnsan belə müdrik olur.

Öz daxilinə gir və soruş, və hiss edəcəksən ki, bütün ağrıların sən onları qoruduğun üçün var. Sən qorumasan heç bir şey var ola bilməz. Sən onlara enerji verdiyin üçün varlar. Əgər onlara enerji verməsən, heç bi ağrı var ola bilməz.

Çoxluq başıboşlardan, xalis axmaqlardan ibarət olur.

Bədən xeyli məhduddur, onun iki əsas qayğısı var: yemək və seks. O bu iki şey arasında hərəkət edir, bundan başqa heç nəylə maraqlanmır. Amma ağılla eyniləşsən, o zaman ağlının çoxlu səviyyələri olacaq. Fəlsəfə, din və elmlə məşğul ola biləcəksən – təsəvvür edə bilməyəcəyin qədər çox şeylə maraqlanacaqsan.

Həyat hardasa səni gözləmir, o daxilində baş verir. Gələcəkdə çatacağın bir şey deyil, o indi burada, bu dəqiqədədir – nəfəTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındas alış-verişində, qanında dövr edir, ürəyində döyünür.

Alın yazısı yoxdur. Etdiyin şeylər öncədən müəyyənləşdirilmiş tale deyil. Varoluş azadlıq, tale isə köləlikdir. Azadlıq, baş verənlərin səndən asılı olduğu deməkdir. Tale isə saxta fərziyyədir.

Hər bir insanın qarşılaşdığı problemlərdən biri, doğulduğu cəmiyyətdir. İnsanın can atdığı şeylərlə cəmiyyətin təklif etdikləri üst-üstə düşmür. Həyat qınağa çəkilir, geyim qınağa çəkilir, azadlıq qınağa çəkilir. Tədricən sənin həyatın qısalır, nə gedirsə səndən gedir, sağlamlığını itirirsən, əsəblərin korlanır, arzularını boğursan. Və kimsə səni inandırır ki, belə də yaşamaq lazımdır. Kiminləsə mübahisə etməyə ehtiyac yoxdur.

Bu gün, mövcud olan hər şeydir; indi sənin var olduğun, hər zaman var olacağın yeganə zamandır. Yaşamaq istəsən ya indi olacaq, ya da əsla olmayacaq.

Sənə söylənilən hər şeyi unut: “Bu doğru, bu səhv!”. Həyat o qədər də qəti deyil. Bu gün doğru olan bir şey, sabah səhv ola bilər; indi səhv olan bir şey, bir sonrakı an doğru ola bilər.

Eşqin ən təməl problemi, əvvəl sənin yetkin hala gəlməyindir. O zaman yetkin bir yoldaş tapacaqsan; o zaman yetişməmiş insanlar sənə daha cazibədar görünməyəcək. Bu eynilə belədir.

Əmr vermək yox, sevgi vermək lazımdır. Təzyiq eləmək olmaz. Uşağın azadlığı toxunulmaz qalmalıdır. Sənin sevgin onun azadlığına mane olmalı deyil. Heç kim, heç vaxt balaca uşağın azadlığı haqqında düşünmür. Nə vaxt düşünəcək? Bu gün körpədir, sabah hələ balacadır. Heç bir ana öz övladına yetkin insan kimi baxmır. Uşaq onun gözündə heç vaxt böyümür. Və hamısına elə gəlir ki, bu normal haldır, belə də olmaldır. Fəxrlə deyirlər: “Ana üçün uşaq heç vaxt böyümür”. Bu dəhşətdir! Çünki bu cür münasibət bir insanın böyümək, yetkinləşmək haqqını əlindən alır. Uşaqla ana arasındakı yaş fərqi nə qədərdirsə, ömür boyu da o qədər qalır. İyirmi ildirsə, həmişə iyirmi olaraq qalır.
Beləliklə, övladına hörmət elə.
Onunla öz kiçiyin kimi davranma.

Sevgi bir ehtiras deyil. Sevgi bir duyğu deyil. Sevgi birinin, bir şəkildə səni tamamladığının dərindən başa düşülməsidir. Sevgidə minnətdarlıq, mehribanlıq və birlik duyğusu vardır. Əgər bu üç duyğunu hiss edirsənsə, sevirsən deməkdir.

Əgər tək bir insanı sevirsənsə və bütün həyatını onunla bərabər keçirmək istəyirsənsə, arada böyük bir yaxınlıq yaranar. Və sevgi sənə yepyeni üzlərini göstərər. Çox tez-tez tərəf müqabilini dəyişdirsən, bu mümkün olmaz. Eynilə bir ağacın tez-tez yerini dəyişdirməsi kimi. O zaman heç bir yerdə kök sala bilməz. Kök salması üçün eyni yerdə qalması gərəkdir. O zaman dərinlərə enər, güclənər.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Hər şeydən əvvəl qadın sürəkli hamilə olmaqdan əzab çəkir. Bətnində böyüyən körpə ona rahat yaşamağa imkan vermir. Ürəyi bulanır, gərgin olur, rahatlığı pozulur, nə yemək yeyə bilir, nə istədiyi kimi hərəkət edə bilir.
Doqquz ay qadın üçün ölümə bərabər olur. Doğuşdan sonra qadına bərpa olunmaq, özünə gəlmək üçün uzun zaman lazım gəlir. Ancaq bu zaman keçməmiş, kişi yeni bir uşaq istəyir. Sanki qadın nəsil artırma fabrikidir.
Bu halda kişi nə iş görür? Neynir kişi? Doqquz ay qadının çəkdiklərini çəkmir, doğuşdakı sancıları, əziyəti yaşamır. Ancaq öz genini davam elətdirmək və bir də seksual həzz almaq üçün qadından istifadə edir.
Bununla belə, dilini dinc də qoymur. “Səni sevirəm” deməyə utanmır.

Partnyorunu əsrlər boyu bütün qadınların elədiyi kimi didişdirməyə davam edə bilərsən. Bu, ancaq onu səndən uzaqlaşdıracaq. Rahat olmaq üçün yad qucaqlar axtaracaq. “Dır-dırdan” başını götürüb gedəcək.

Bir dünyaya bax. İnsanlığa fikir ver. Gör kimləri doğmusan. Başını qaldırıb, burnundan o yanı gör, dünyanı bürüyən bu səfehlər sənin bəh-bəhlə təriflənən doğmaq bacarığının bəhrəsidi. Bunu bütün heyvanlar bacarır. Səni şirnikləndirib aldadıblar. “Qadın müqəddəsir, çünki insan yetişdirir. Ulu Tanrı qadına yaratmaq bacarığı verib”. Sən də key kimi deyilənlərə inanıb bir ucdan doğursan. Kasıb ölkələrdə indiyə kimi qadınlar on iki uşaq dünyaya gətirir. Qadın heyvan kimi durmadan doğub-törəyir.

İnsan təkbaşına xoşbəxt olmalıdı, eyni zamanda insanlarla birlikdə də xoşbəxt ola bilməlidi. İnsan daxili xoşbəxtliyə sahib ola bilməli və eyni zamanda yaşadığı münasibətdə də xoşbxət olmalıdır. İnsan həm içində gözəl bir yuva qurmalı, həm də xaricində. Evini əhatə edən gözəl bir bağçan və eyni zamanda gözəl bir yataq otağın olmalıdır. Bağça yataq otağının əleyhinə, yataq otağı da bağçanın əleyhinə deyil.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Rəqabət və qısqanclıq, bütün əzabların mənşəyidir.

Əgər bütün qadınların öz bacarıqlarını, öz dahiliklərini inkişaf etdirmələrinə icazə versək, çox gözəl bir dünyaya sahib olarıq. Əsas mövzu bu deyil, heç kim nə üstdədir, nə də aşağıda. Qadınlar qadındır, kişilər kişi. Onların təbii ki, fərqli tərəfləri var, amma bu fərqlər heç kimi nə yuxarıya, nə də aşağıya aparır.

Sənə vurulan qadın səni ilhamlandıra bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirər, yaratmaq, qurmaq istəyərsən. Səni elə bir ruh yüksəkliyinə qaldırar ki, özünü gümrah, xoşbəxt, hər şeyə qadir hiss edərsən.

Mən istərdim kişiylə qadın bir varlığa, bir tamlığa çevrilsin, bir-birinə hopsun, qarşsın və eyni zamanda ikisi də tamamilə azad olsun. Sevgi məhbəs deyil axı, sevgi azadlıqdır, sərhədsizlikdir.

Mənbə: Oşo – “Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında” kitabı.
Hazrladı: Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ATALAR YAXŞI DEYİB…

Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Adam, adamın şeytanıdır.

Adam olmayan başqalarını adam saymaz.

Bərəkət, hərəkətdir.

Bir işi başlamağa çalış, özü qurtarar.

Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.

Adam yanıla-yanıla öyrənir.

Araq adamı ardan da qoyar, yardan da.

Az bilmək istəmirsənsə, çox oxu.

Fikirdən iti gedən şey yoxdur.

Ölüm, qaş ilə göz arasındadır.

Pay bölənə pay qalmaz.

Az yeyənin azarı da az olar.

Çalışqan əl nəyə dəysə qızıl olar.

Çox aş ya qarın ağrıdar, ya baş.

Sənət, insan üçün xəzinədir.

Uzaqlaşmaq, yaxınlaşmaq üçün vasitədir.

Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.

Yeməyə kömək, işləməyə də kömək.

Yola çıxan yolda qalmaz.

Zəhməti sevən, işdən doymaz.

Düzlük, xoşbəxtliyin açarıdır.

Söz, həyatın bəzəyidir.

Adam, adam sayəsində adam olar.

İstədiyini deyən, istəmədiyini eşidər.

İstək gözdə olar, məhəbbət ürəkdə.

Toyun əvvəlinə getmə, axırına da qalma.

Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.

Bir gözü alça dərir, bir gözü gavalı.

Nəğdi qoyub, nisyə dalınca düşmə.

Paxıl olmasan, dərdin olmaz.

Pul verməz, can verər.

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ARTUR ŞOPENAUERDƏN SEÇMƏLƏR

ŞopenauerArtur Şopenauer (  1788 –  1860)- Alman  filosofu, yazar və təlimçi. Şopenauer, alman fəlsəfə dünyasındakı ilklərdəndir.

SEÇMƏLƏR:

İnsanlar, ağıl və qəlbi yetkinləşdirməkdən min qat daha çox özləri üçün varlılıq toplamaqla məşğul olurlar. Halbuki, xoşbəxtlik üçün şübhəsiz ki, insanın əlindəki şeylərdən daha çox insanın içindəki şeylər əhəmiyyətlidir.

İnsan, həyatı boyunca, böyük bir uşaq kimi qalmayıb, ciddi, məqbul və məntiqli bir adam olsa, dünyanın çox işə yarayan və ağıllı  bir vətəndaşı ola bilər. Amma artıq dahi ola bilməz.

Əgər gündəlik kiçik hadisələrdə, insan, düşüncəsizcə və yalnız öz lehinə və ya özü üçün uyğun olan, başqalarının haqqına zərər verən şeyləri istəyirsə; hər kəsə aid olan şeyi özü üçün ayırırsa, onun ürəyində ədalət duyğusu olmadığından və ümumi anlamda alçaq biri olduğundan, sadəcə qanun və məcburiyyətlərin əllərini bağladığından əmin ola bilərsiniz.

İntuisiyalarla qərar verə bilmək, çox az adama xas olan bir qabiliyyətdir. İnsanların böyük bir bölümünə isə avtoritet və misallar liderlik edər. Onlar, ancaq başqalarının gözləriylə görərlər. Başqlarının qulaqları ilə eşidərlər.

İnsan ruhuna daha bilavasitə və daha dərin bir şəkildə təsir edən başqa bir sənət yoxdur. Çünki heç bir sənət, dünyanın gerçək özünü, musiqi kimi bilavasitə və dərin bir şəkildə dilə gətirə bilməz. Gözəl və uca melodiyalar duymaq, ruhu yumaq kimidir; insanı bütün pisliklərdən, bütün zavallılıqlardan və bayağılıqlardan arındırar.

Gəncliyin ən başda gələn təhsillərindən biri, yalnızlığa qatlanmağı öyrənmək olmalıdır; çünki təklik, xoşbəxtliyin, ruh dincliyinin qaynaqlarından biridir.

Hər insan, öz baxış sahəsinin sərhədlərini, dünyanın sərhədləri olaraq qəbul   edər..!

Bizi rahat buraxan pislikləri seyr etmək, bizə keyif verər.

İnsanın, içindəkini xaricdəkinə fəda etməsi, sükunətinin, boş vaxtının və müstəqilliyinin bütününü və ya böyük bir hissəsini mövqe, şan-şöhrət, titul və ehtişam üçün qurban etməsi, böyük bir axmaqlılq nümuməsidir.

Bəsit insan, zamanı necə öldürəcəyini, dəyərli insan isə necə qazanacağını düşünər.

Təkliyini sevən və onunla dost olan kəs, qızıl bir damarı tapmışdır.

Bir insan, hər zaman oturub oxuya bilər, lakin düşünə bilməz.

Mümkün qədər az şey diləmək və çox şey öyrənmək istəyirəm.

Hər şey olmağa çalışan insan, heç bir şey ola bilməz.

İnsanların, adətən, alın yazısı dedikləri şey, çox vaxt, sadəcə atdıqları axmaqca addımlardır.

İnsanlar üçün qısqanclıq təbiidir: Yenə də qəsqanclıq həm bir ayıb, həm də bədbəxtlikdir. Buna görə də, onu, xoşbəxtliyimizin düşməni olaraq görməli və pis bir şeytan olaraq boğmağa çalışmalıyıq.

Adi insan, görkəmi və xoşbəxtliyi, toylarda, şənliklərdə və bal gecələrində axtarmağa maraqlıdır. Halbuki, özünə  yetən  ağıllı biri, gerçək görkəmi, dörd divar arasında tək başına tapar.

Yalnızlıq, yerinə heç bir insanı qoya bilməyəcəyiniz qədər dəyərli bir şeydir.

Şeylərin dəyərini, ancaq onları itirdiyimiz zaman anlayarıq.

Hər hansı önəmli bir kitab, ilk oxumanın ardından  vaxt itirmədən bir daha da oxunmalıdır. Çünki, öncəliklə, kitabın məzmunu, bütünü etibari ilə ikinci dəfə oxunanda qavranılır və başlanğıc, ancaq son bilindiyində həqiqətən anlaşılır; və buna əlavə olaraq, kitab ikinci dəfə oxunarkən, insanın içində olduğu ruh halı və zehin quruluşu ilkindən fərqlidir, dolayısı ilə çox vaxt başqa bir təəssürat əldə edilər. Ehtimal ki, məzmun, başqa bir işıqda görünür.

Fəlsəfə, acını bilgiyə çevirir.

Varlılıq, dəniz suyu kimidir. Nə qədər çox içilərsə, o qədər çox susanar. Eyni şey, məşhurluq üçün də keçərlidir.

Hər bir gün, kiçik bir həyatdır: hər oyanış və qalxmaq kiçik bir doğum, hər yeni səhər kiçik bir gənclik, hər istirahət və yuxu, kiçik bir ölümdür.

İki insanın bir-birini sevməyə başladığı an- ingilislərin söylədiyi kimi,bir-birinə heyran olmağa başladığı an-yeni bir fərdin ortaya çıxmağa başladığı ilk an olaraq dəyərləndirilə bilər.

Bacarıqlı, heç kəsin vura bilmədiyi hədəfi vurar. Dahi isə heç kəsin görə bilmədiyi hədəfi.

Sağlamlıq, hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir.

Bir-birlərinə ən çox heyran olanlar, bir-birlərini ən çox tamamlayanlardır.

Alışqanlıq zəncirləri, öncə duyulmayacaq qədər xəfif, sonra qırılmayacaq qədər güclü olar.

Fəlsəfə, yüksək bir dağ yoludur… tənha bir yoldur və yuxarıya doğru getdikcə daha da tənhalaşır. Bu yolu hər kim izləsə, heç qorxmamalı, hər şeyi geridə buraxmalı və qış qarında güvənlə irəliləməlidir… Qısa müddət ərzində altındakı dünyanı görər; qumsalları və bataqlıqları gözünün önündən itər, düzgün olmayan nöqtələri düzələr, yırtıcı səsləri artıq qulağına çatmaz. Və yuvarlaqlığını da görər. Özü hər zaman saf və sərin dağ havasındadır və günəşi görər, halbuki, aşağıdakı hər kəs gecənin qaranlığı ilə əhatə olunmuşdur.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

GÖTE – “FAUST”

Göte- Alman şair, teatr yazarı, yazıçı, hüquqçu, filosof. Yohann Volfqanq Göte ( 1749-1832) Almaniyanın Frankfurt şəhərində, varlı bir ailədə düYohann Volfqanq Götenyaya gəlib. Kiçik yaşlarından etibarən bir neçə xarici dil öyrənib. Fikri, nəzəri və bədii işığını başda öz ölkəsi Almaniya olmaqla, bütün Avropanın orta çağ qaranlığına yansıtmış; Fridrix von Şiller  ilə birlikdə aydınlıqçı, duyğusal və romantik bir axını təmsil edən Veymar Klassisizminin baş rol oyunçularından biri olmuş və Alman ədəbiyyatında izləri silinməyəcək təsirlər buraxmışdır. Aydınlanma dövrü Qərb ədəbiyyatının nəhənglərindən sayılan və dünyaca məşhur “Faust” adlı poetik, fəlsəfi oyunun yazarıdır. Homerin İliadası və Oysesseusu, Dantenin İlahi Komediyası, Şeksprin dramları və Brecht-in oyunları kimi dünya ədəbiyyatının ehtiva etdiyi böyük mövzular, ədəbiyyatın yüzillər boyu davam edən adətləri təsirilə formalaşmışlardır. Bütün bu böyük əsərlərin ehtiva etdiyi mövzular, insana xas çatışmalar və qədərlər, müxtəlif xarakterlər vasitəsilə yansıdılmış və eyni zamanda toplumsal norm və dəyər mühakimələri ilə çatdırılmağa  çalışılmışdır. Lakin bütün bu norm və mühakimələrin qarşısında duran, axına qarşı üzən, var olan qanunlara və toplumsal qadağalara qarşı gələn, soruşan və sorğulayan, cavablar axtaran fərdi başqaldrımalar da dilə gətirilmişdir. Götenin Faustu da bu xarakterlərdən biridir və hər nə qədər kainatın sirlərinə çatmaq adına ruhunu şeytana satmış, dünyəvi zövqlərlə ovsunlanmış görünsə də, şeytan qarşısında qazanmış biri olaraq çıxar, oxucunun qarşısına.

KİTABDAN SEÇMƏLƏR:

Daima ağıllı olun və örnək davranmağa çalışın; məntiq, ağıl, duyğu və ehtiras da daxil olmaqla, bütün xəyallarınızı yansıdın. Lakin bütün bunlara, dəliliyi də əlavə etməyi unutmayın.

Tanrı, yaratdığı insanın ətrafını canlı təbiətlə əhatə etdiyi halda, sənin ətrafın sadəcə duman, pis qoxu, heyvan skeletləri və ölü sümükləri ilə örtülüdür! Sıçra və qaç get! Bayıra, əngin dünyaya çıx!

Ruhlar aləmi qapalı deyil, əksinə, sənin hisslərin paslanmış və ölüdür. Haydı şagird, qalx, o ölümlü ürəyini, səhərin qırmızılığında yaxşıca yu.

Şən bir halqa olun, əl-ələ tutaraq.. gedin və müqəddəs duyğularınızı dilə gətirin. Tanrı tərəfindən yaradıldığınız üçün ona şükür edin!…

Qarşınızdakının sizi sevdiyini hiss edirsinizsə, ona doğru yaxınlaşın, qorxmayın.

Nizamlı, intensiv və sürətli bir çalışmanın ardınca ən gözəl mükafat gələr; böyük əsərin tamamlanması üçün min işçiyə yaxşı bir başçı kifayətdir!

Dünya üzərində qaçdım durdum; hər zövqü daddım, qeyri-kafi olandan əl çəkdim, əlimdən qaçanını isə buraxdım. Sadəcə istədim və hər istədiyimə çatdım, çatdıqca yenisini istədim; həyatımı gücdən istifadə edərək keçirdim; böyük və güclü addımlarla, indi isə onlardan imtina edərək sağlam fikirli və ehtiyatlı davranıram. Yer kürəsini kifayət qədər bilirəm, o biri dünyaya isə baxış qadağandır; qamaşan gözlərini ora çevirən və buludların üstündə özünə bənzəyən varlıqlar olduğunu zənn edənlər dəlidir! İnsan ayaqları üzərində sağlam durmalıdır və bu dünyaya baxmalıdır. Çalışqan olanlar üçün bu dünya laqeyd deyil. Sonsuzluqlarda dolaşmağa nə gərək var! Gördüyü hər şeyə sahib ola bilər, bu şəkildə dünya üzərindəki günlərini formalaşdıra bilər.

Zövq və səfa çəkmək, insanı pisləşdirər.

Yenəmi savaş? Ağlı olan bunu sevməz!

Trubaların səsi qulaqları necə kar edərsə, qısqanclığın oxları da insanı o cür parçalayar.  Hər zaman belə olub!

İnsan yaşlanır, lakin ağıllanırmı, bilinməz.

Güc yerinə sürət!

Suyun olmadığı yerdə şəfa tapılmaz.

Əkilənin məhsulu, zamanla alınar!

Suflyorluq, şeytanın sənətidir!

Olduğum yerdə donub qalmaqda çarə axtarmıram. Ürpərti, insanlığın ən yaxşı tərəfidir; Dünya, insanın duyğularının dəyərini artırdığı kimi həyəcanlandığı zaman da fövqəladə olanı mənliyinin dərinliklərində hiss edər.

Yeni bir sözdən narahat olacaq qədər dar beyinlisən? Öncədən eşitdiklərinimi eşitmək istəyirsən, hələ də?

İnsan, bu zərif həyatın iplilkərini hörərkən üzərində olduqca düşünməlidir.

Yaxşılıq istəyən insan, öncə özü yaxşı olmalıdır.

Budur, günəş də doğur. İşığı, gözlərimi qamaşdırır. Təəssüf ki, gözlərim ağrıyır, başımı o biri tərəfə çevirirəm. İnsanın, ən önəmli istəyinin təsiri ilə bu cür gözləri qamaşar.

Unutma, anlayışlı və səbrli hərəkət etsən, zamanla hər çətinliyin öhdəsindən gələrsən!

Eşq, xoşbəxt olmaları üçü bir cütlüyü bir araya gətirir, lakin ilahi həzzləri yaşatmaq üçün ikini üçləşdirir.

Zamandan yaxşı istifadə edin, çünki tez keçər. Yalnız nizamlı olmaq, sizə zamanın necə qazanılacağını öyrədər.

Vəhşi arzular səssizliyə büründü; sadəcə insan sevgisi var, içimdə.. sadəcə Tanrı sevgisi canlanır, içimdə.

Quşların uçuşunu da heç bir zaman qısqanmıram. Onlardan fərqli olaraq, fikri zövqlər bizi kitabdan kitaba, səhfədən səhfəyə daşıyır! Qış gecələri belə dəyərli və gözəl olur, xoşbəxt bir yaşam bütün bədənimizi isidir. Bir də! Çox dəyərli bir perqamenti (perqament – Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi; Həmin material üzərində yazılmış qədim əlyazması.) açdınmı, bütün göylər sənin yanına.. aşağıya enmiş kimi olur.

Günəş batarkən, insan nə gözəl xəyallara qapılır.

Yeni üfüqlərə doğru çəkir məni, yeni bir gün.

Sözləriniz içdən gəlməlidir, ancaq bu şəkildə dinləyicilərin qəlblərini fəth edərsiniz. Sözləriniz içdən və səmimi olaraq gəlmirsə, qəlblərə çata bilməzsiniz.

Ey dünyanın ruhu, mənə elə yaxınsan ki, içimdəki yaşam gücü artır. Şərab içmiş kimi isinir, içim. Həyatın acı və xoşbəxtliklərinə qatlanacaq, fırtınada gəmi çatlayarkən gəmini tərk edib qaçmayacaq və çətinliklərə sinə gərə biləcək qədər cəsur hiss edirəm, özümü! Buludlar toplanır üzərimdə. Ay işığını gizlədir, lampa sönür. Dumanlar çıxır! Qırmızı işıqlar çaxılır, başımın ətrafında. Yağışa tutuluram birdən!

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook