SOYUQDƏYMƏ VƏ QRİP ƏLEYHİNƏ 18 TÖVSİYYƏ

Xüsusi

  1. Soyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəTez-tez əl yumaq vərdişi qazanın. Əllərinə asqrıan xəstələrin toxunduğu əşyalarda, viruslar saatlarla və hətta günlərlə canlı qala bilər. Bu əşyalara toxunan sağlam insanlara viruslar keçə bilər. Əlinizi yumaq imkanınız yoxdursa, əl təmizləyici spreylərdən istifadə edin.
  2. Üz, bədənə giriş olduğu üçün, gözlər, burun və ya ağızla oynamaq və ya toxunmaq vərdişindən çəkinin. Soyuqdəymə və qrip virusları, bir çox hallarda üzlə olan təmasla keçə bilər. Asqırdıqdan sora əllərinizi yumadan gözlərinizə və ya ağzınıza toxunmayın. Bu qaydaya əməl edərək,  xəstənin eyni virusla yenidən xəstələnməsinin qarşısını ala bilərsiniz. 
  3. Burun axıntısını udmayın, çıxarın. Bu, sizin bədəninizdən infeksiyaya səbəb olan mikroorqanizmlərin atılma üsuludur. Hər iki burun dəliyini birdən tıxayaraq axıntını çıxarmağa çalışmaq, qulaqda təzyiqin artmasına və mikrobların qulağa getməsinə səbəb ola bilər. Buna görə də hər bir burun dəliyini ayrı ayrı tıxayaraq digərindən axıntını çıxarın. Asqırarkən və burun axıntısını çıxararkən kağız dəsmaldan istifadə edin və dəsmalı zibilə atın. Kağız dəsmal tapa bilmədiyiniz halda,  sol əlinizin dirsəyinə doğru asqırın.
  4. Bol-bol vitamin qəbul edin. Vitaminləri dərman halında qəbul etmək əvəzinə, tünd yaşıl, qırmızı və sarı rəngli meyvə və tərəvəzlər yeyərək təmin edin. C vitamini immun sisteminizi gücləndirərərk xəstələnməyinizə əngəl olacaq və ya xəstələndiyiniz zaman viruslara qarşı immun sisteminiz üçün  güclü bir dəstək təmin edəcəkdir. Meyvə-tərəvəz yeyə bilmədiyiniz halda, vitamin həbləri tövsiyyə edilə bilər. Sink, kalsium, maqnezium və dəmir kimi minerallar da faydalıdır.
  5.  Toyuq bulyonundan hazırlanmış isti şorba, həm maye, həm də protein qəbulu üçün olduqca faydalıdır. Şorbanın istiliyi, burun və boğaz şikayətlərini azaldar.
  6. Hər gün bir kasa qaymağı götürülümüş qatıq yemək, soyuqdəyməni 25 faSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəiz azaltdığı bəzi araşdırmalarda göstərilib. Qatığın içindəki faydalı bakteriyalar, bədənin soyuqdəymə və qriplə apardığı mübarizədə immun sistemiylə bağlı maddələrin istehsalına yol açdığı üçün faydalı olduğu düşünülür.
  7.  Burun və ağciyərlərimizi döşəyən örtüyün üzərində incə yapışqan bir maye təbəqəsi var. Bu təbəqəni hərəkət etdirərək təmizliyi təmin edən və saniyədə 10 dəfə hərəkət edən süpürgə kimi tüklər var. Siqaret tüstüsü bu yapışqan mayedə qurumağa, tüklərdə iflic halı meydana gətirərək virusların təmizlənməsinə və tənəffüs yollarından uzaqlaşdırılmasına əngəl olur. Bir ədəd siqaretin çəkilməsi ilə tənəffüs yolu tüklərində 30-40 dəqiqəyə qədər iflic halı  meydana gəlir. Elmi araşdırmalar siqaret çəkən insanların daha ağır və daha tez-tez soyuqdəyməyə və qripə tutulduqlarını göstərir. Sadəcə siqaret tüstüsünün olduğu məkanda olmaq belə , immun sisteminə zərər verə bilir.
  8.  Alkoqol istifadəsi immun sisteminə müxtəlif yollarla təzyiq edir. Ağır alkoqol asılılığı olan insanlarda infeksiyalar və çətinliklər daha tez-tez meydana gəlir. Alkoqol, bədəndə su itkisinə də səbəb olaraq zərər verir.
  9.  Qrip mövsümündə sıxlıq olan məkanlardan və xəstələnmiş insanlarla yaxın münasibətdən çəkinin. Əl-ələ görüşmək, qucaqlaşmaq və öpüşmək əvəzinə, yaponlar kimi başınızla salamlaşın. Əgər onlarla əl-ələ görüşmək məcburiyyətində  olsanız,  ilk fürsətdə əllərinizi yuyun.
  10. Xəstələndiyiniz zaman, bədəninizin enerjisinin önəmli bir qismi, immun siteminin artan ehtiyacına veriləcəyi üçün enerji təmin edən sağlam qidalar qəbul edin. Bal, enerji verən, öskürəyi rahatladan və mikrobları öldürücü təsirləri olan bir qidadır. Ağızdan qəbul edilən içkilərə bal əlavə edilə bilər. Lakin bal, 1 yaşından kişik uaqlara verilməməlidir. 
  11. Stress və həddindən artıq yorğunluq, immun sistemini zəiflədən bir faktordur. Stresinizi azaldacaq olan meditasiya, gərilmə məşqləri və istirahət yararlıdır. Axşamlar tez yataraq immun sisteminizin xəstəliklə mübarizəsində gərəkli enerjini təmin etməlisiSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəniz.
  12. Qızdırmanız olmadığı halda, idman məşqlərinizi unutmayın. İdman, bədən temperaturunu artıraraq bədəninizi işğal edən mikrobların yox edilməsinə kömək edər. İdmanla məşğul olan zaman tərləmək və bol maye qəbulu ilə bədən mayeləri təzələnər, toksinlər atılar. Nizamlı edilən idman  məşqləri, bədəninizdə soyuqdəymə və qrip virusları ilə mübarizə aparan hüceyrələri artırar.
  13.  Bədəninizin, gündə 8 stəkan suya ehtiyacı var. Xəstələndiyiniz zaman ən az bu qədər, daha da yaxşı olar ki, bundan artıq miqdarda su içəsiniz. İlıq su, zəncəfil, bal, limon, darçın, adaçayı, ekinezya çayı kimi içkilər yararlıdır. Süd və südlü içkilər bədən ifrazatlarında qatılaşmağa səbəb olacağı üçün soyuqdəymə və qrip zamanı içilməməlidir. 
  14.  Hava şəraitinə görə tərləməyəcək və üşüməyəcək formada geyinin. Sərin yerlərdə qalın papaq, boğazlı jaket, yun corab geyinilə bilər.  İlıq yerlərdə artıq geyimlər çıxarılmalıdır. Soyuğa məruz qalma və ya islanma, immun sistemində zəifləməyə səbəb olur. Əgər soyuğa məruz qalmısınızsa və ya yağışda islanmısınızsa, ən qısa zamanda bədəninizi isitməli və qurulanmalısınız. Buxar vannası, isti hamam və ya sauna şəraiti çox faydalı ola bilər.
  15. Əlavə bir yastıq istifadə etməyiniz, burun tıxanıqlığınızı azaladaraq daha tahat bir yuxu təmin edəcəkdir.
  16. Soyuqdəymə və qrip xəstəlikləri viruslar tərəfindən meydana gəldiyi üçün antibiotiklər bu halda təsirli deyil, istifadə olunmamalıdır. AntiSoyuqdəymə və qrip əleyhinə 18 tövsiyyəqrip dərmanlardan istifadə oluna bilər. Lakin 5-7 gün sonra vəziyyətiniz düzəlmədiyi təqdirdə, bakterial infeksiyalar yarana bildiyi üçün antibiotiklərdən istifadə oluna bilər.
  17. Qrip peyvəndi hər il özünü dəyişdirən qrip virusuna qarşı yenidən istehsal olunan bir peyvənddir. Sentyabr- Oktyabr ayları, qrip peyvəndi üçün ən uyğun vaxtdır. Xroniki xəstəliyi olanlara, immun sistemi zəif olanlara və yaşlı insanlara mütləq tətbiq olunmalıdır.
  18. Soyuqdəymə və ya qrip halında təyyarə ilə səyahət edərkən xüsusilə enmə zamanı  ciddi qulaq problemləri yarana bilər.Mənbə: www.milliyet.com.tr
    Hazırladı: Fidan Aslanova 
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

50 ÖNƏMLİ XATIRLATMA

Xüsusi

1.Sizi xoşbəxt edə biləcək və həyatınızı dəyişdirə biləcək yeganə insan var; o da sizsiniz.
2. Qarşınıza çıxan kiçik şansları dəyərləndirdiyiniz halda, həyatınızı daha yaxşı bir nöqtəyə gətirə bilərsiniz. Bunun üçün ilk və bəlkə də ən çətin addım, özünüzə qarşı dürsüt olmaqdır.
3. Nə qədər stresli olduğunuzu və keçmişdə aldığınız yaraları düşünməkdən əl çəkin. Bundan da pisi ola bilərdi.
4. Önəmli olan, başınıza gələnlər yox, sizin bunlara necə qarşılıq verməyinizdir.
5. Yaşadığıınız anın müsbət tərəflərini düşünün. Hər zamankından daha çətin olsa da, hələ də bir ehtimal olduğunu unutmayın.

6. Yaşadığınız həyata qarşı gülümsədiyiniz zaman, uğrunda gülmsəyəcək bir həyat yaşamış olarsınız.
7. Bunu unutmayın: Özünüzü başqaları ilə müqaysə etmək, gerçək bir xoşbəxtlik oğrusudur. Başqalarının sahib olduğu şeyləri düşünərək bir ömür keçirə bilərsiniz , lakin sonda heç nə əldə edə bilməzsiniz.
8. Başqasının təsdiqinə ehtiyac duyduğunuzu hiss etmədən özünüzü yaxşı his etdiyiniz halda, xoşbəxtlik sizi daha asanlıqla tapacaq.
9. Qarşınıza çıxan insanlara qarşı nəzakətli davranın, sonra onlara yenidən ehtiyacınız ola bilər.
10. Hər kəsə qarşı nəzakətli və sayğılı davranın; onlar sizə qarşı nəzakətli olduqları üçün yox, siz belə bir insan olduğunuz üçün.

11. Nəzakətlilik, zəiflik.. bağışlayıcı.. qəbullanan olmaq demək deyil; nəzakətliliyin olmadığı bir yolun sonunda xoşbəxtlik olmayacağını bilməkdir.
12. Verə bildiyinizin ən çoxunu verin, lakin sizdən sui-istifadə etmələrinə icazə verməyin. Başqalarını dinləyin, lakin öz iç səsinizi itirməyin.
13. Deməli olduğunuz hər şeyi deyin. Doğruları danışın. Heç vaxt deməyə cəsarət edə bilmədiyiniz kəlmələri içinizdə saxlamaqdan daha üzücü bir şey yoxdur.
14. İnsanların sizə necə davrandığını və ya haqqınızda dediklərini dəyişdirə bilməzsiniz. Edə biləcəyiniz yeganə şey, sizin necə qarşılıq verməyiniz və ətrafınızda olması üçün kimləri seçməyinizdir.
15. Müsbət olmayan dostlar həyatda heç bir zaman sizə müsbət şeylər gətirməz. Daha uzun bir zaman kəsiyində nələrə dözə biləcəyinizi düşünün.

16. Siz nəyə icazə versəniz, o gerçəkləşər. Müsbət olmayan insanların və onların fikirlərinin taleyinizlə oynamağına izin verməkdənsə, təkbaşına vaxt keçirmək daha yaxşıdır.
17. Başqaları sizə pis davrandığı zaman uzaqlaşın, gülümsəməyə və özünüz olmağa davam edin. Başqasının pisliyinin sizi başqa bir insana çevirməsinə icazə verməyin.
18. Əgr bir insan sizin dəyərinizi görə bilmirsə, bu, sizin dəyərinizi azaltmır.
19. Həyatda öyrəndiyimiz ən azad şeylərdən biri, kiməsə bənzəmək məcburiyyətində olmadığımız, kiminsə də bizə bənzəmək məcburiyyətində olmadığıdır.
20. Kimsə sizə dəyişdiyinizi deyirsə, bu hər zaman pis bir şey demək deyil. Bəzən, həyatınızı öz bildiyiniz şəkildə yaşadığınız anlamında ola bilər.

21. Hiss etdiklərinizdən əsla utanmayın. İstədiyiniz şeyi hissetmək və sizi xoşbəxt edən yolu izləmək haqqına sahibsiniz.
22. Dünyadakı ən bədbəxt insanlar, başqalarının düşüncələrinə ən çox önəm verənlərdir.
23. Uğur və xoşbəxtliklə bağlı fikirlərinizi, başqalarının fikirlərinə və gözləntilərinə bağlaya bilməzsiniz.
24. Xoşbəxtlik və uğurun yolu, həyatınızı bildiyiniz kimi yaşamaqdan keçir. Özünüz olun. Heç kim sizə bunun yalnış olduğunu söyləyə bilməz.
25. Qalxmaq istədiyiniz nərdivanın ən aşağısında olmaq, istəmədiyiniz nərdivanın zirvəsində olmaqdan hər zaman daha yaxşıdır.

26. Başqalarının yox, sizin doğru hesab etdiyiniz həyatı gerçəkləşdirmək üçün çalışın.
27. Öz-özünüzlə xoşbəxt deyilsinizsə, nə qədər çox olursa olsun, pul sizi xoşbəxt edə bilməz.
28. Bəlkə də qorxduğunuz şey, tam olaraq etməli olduğunuz şeydir. Bəzən həyat, sizdən başqa heç kimin görə bilmədiyi bir xəyal üçün hər şeyi riskə atmaqdır.
29. Mükəmməl zamanı gözləyə bilməzsiniz. Bəzən cəsarət etməyiniz lazım gəlir, çünki həyat, peşmanlıqlar və nələr ola biləcəyi barədə narahatlıq keçiriləcək zamanlar üçün çox qısadır.
30. Gələcəyi təxmin etməyin ən güvənilən yolu, onu yaratmaqdır. Həyatın keçib getməsini izləmək əvəzinə, ona qatılın.

31. Başqalarının edə bilməyəcəyinizi dediyi şeyləri etməkdən daha əyləncəli bir şey yoxdur.
32. Kifayət qədər səbriniz və vaxtınız varsa, hardasa hər şey mümkündür.
33. Böyük çətinliklər həyatı maraqlı edər, onların öhdəsindən gəlmək isə həyatı anlamlı edər. Xoşbəxtliyinizi və uğurunuzu müəyyən edən şey, uğursuzluqlarla necə mübarizə apardığınızdır.
34. Bəhanələrin yox, xətalarınızın sizə motivasiya verməyinə icazə verin. Keçmişdəki müsbət olmayan təcrübələrin gələcəyinizi müəyyənləşdirməsinə icazə verməyəcəyinizə söz verin.
35. Gələcək, keçmişdən daha yaxşıdır. Ümidinizi itirməyin. Gözəl şeylər, bəzən ən az ümidiniz olanda gerçəkləşər.

36. Bir neçə addım atdığınız zaman, düşündüyünüzdən nə qədər uzağa getdiyinizi görüb təəccüblənəcəksiniz.
37. Gözyaşlarına qalib gələn gülümsəmədən daha gözəl və daha güclü bir şey yoxdur.
38. İşlər yolunda gedərkən hər kəs xoşbəxt ola bilər. Lakin, gözlərimizi dolduran zamanlarda gülümsəyə bilmək üçün böyük bir ruh gərəkdir.
39. Nə qədər çəkirsə çəksin, sonda hər şey düzələcək. Çətin zamanlar, insanları gücləndirər.
40. Böyüyüb yetkinləşdikcə, nələrə ehtiyac duyduğumuzun və nələri geridə buraxmağa ehtiyacımız olduğunun fərqinə varmağa başlayarıq. Bəzən getmək, önəmli bir addımdır.

41. Günün  sonunda, göz yaşlarınıza səbəb olan şeyə və ya əhval-ruhiyyənizi qaldıran şeyə fokuslanmaq sizin əlinizdədir.
42. Həyatdakı ən önəmli zəfər anlarından biri, dəyişdirə bilməyəcəyiniz şeyləri arxada buraxmaq cəsarətini göstərdiyiniz anlardır.
43. Nə edirsinizsə edin, lakin gününüzü məhv edən şeyə ilişib qalmayın. Gülümsəyin və şükür edin. Həyat, müsbət olmayan şeylərlə vaxt itirmək üçün çox qısadır.
44. Gözləntiləriniz azaldıqca, həyat daha gözəl olar.
45. Səbr, acı verə bilər, lakin əkdiyiniz meyvələrin toxumları şirin olacaq.

46. Sadə yaşayın. Comərd şəkildə sevin. Dürüst danışın. Dərin nəfəs alın. Edə biləcəyinizin ən yaxşısını edin.
47. Yaşamağı unutduğunuz həyatınızı mükəmməlləşdirmək üçün çox əlləşməyin.
48. Önəmli olan gələcək gözəl günləri gözləmək deyil, həyatınızdan bu gün həzz almaqdır.
49. Kiçik şeylərə önəm verin, çünki, “köhnə, gözəl günləri” üçün həqiqətən darıxdığınız zaman, ən çox darıxdığınız şey, o kiçik detallardır.
50. Uzun piyada gəzintilərə çıxın. Yaşadığınız anın dadını çıxarın.

Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

QIŞA HAZIRIQMI?

Xüsusi

Qışa hazırıqmı?İsti və aydın yay fəslindən sonra günlər qısalmağa başlayır. Bununla paralel olaraq havalar da soyumağa başlayır; bitkilər, heyvanlar və bir bütün olaraq təbiət, özünü qış mövsümünə hazırlayır. Bu hazırlığa insan bədəni də öz-özündən bir növ uyğunlaşır və temperaturun enməsini qavrayaraq yağ toplayıb saxlamağa  başlayır. Təəssüf ki, biz insanlar xüsusilə şəhər şəraitində ruhumuza və bədənimizə təbiətlə bütün içərisində yaşamağı üçün gərəkli olan imkanları təqdim edə bilmirik və bədənimiz kifayət qədər işarə ala bilməməsi səbəbiylə özünü qışa hazırlaya bilmir. Buna görə də qışın hələ ilk günlərində soyuqdəymə halları ilə qarşılaşırıq.

Bu dövrdəki bir çox xəstəlik, şübhəsiz, havaların soyumağı ilə əlaqədardır, amma yeganə faktor bu olsaydı, onda hamı xəstələnmiş olardı. Yaxşı, bəs niyə bəzi insanlara tez soyuq dəyib qrip olduqları halda, bəzi insanlara soyuq heç təsir etmir?

Bildiyimiz kimi zehni, xüsusilə də ruhi baxımdan zəif bir dövr keçiririksə, bədənimiz də zəifləyir və çox asanlıqla xəstələnir. Bu da, ruh və zehin bütünlüyümüzü və aralarındakı qarşılıqlı təsiri göstərir. Lakin hər nə səbəblə olursa olsun, əgər immun sisteminiz zəifdirsə, həm mənfi xarici təsirlərin, həm də ruhi çöküntülərin öhdəsindən gəlmək çətinləşər.

Buna rəğmən, zehin və ruh sağlamlığımızın yerində olduğunu güman edib, immun sistemimizi gücləndirərək qış üçün hazırlıq görə bilərik. İlk addım olaraq, qidalanma ilə başlaya bilərik.

Qidalanma ilə qışa hazırlıq:

– Qidaların 75-80 faizi təzə meyvə-tərəvəzlərdən ibarət olmalıdır.
– Mümkünsə bu meyvə-tərəvəzlər, yerli və təbii olmalıdır.
– Qidalanma balanslı şəkildə olmalıdır.
– Tərəvəzlər gündəlik bişirilməli, meyvə suları isə təzə sıxılıb içilməlidir.
– Tərəvəzlər qızardılmaq  əvəzinə, buxarda bişirilməli və salat şəklində təzə olaraq yeyilməlidir.

Yeməklərin ölçüsü :

Səhər yeməyi ən ağır yemək olmalıdır.
Günorta yeməyi orta ağQışa hazırıqmı?ırlıqda olmalıdır. Çiy və bişmiş qidalardan ibarət ola bilər.
Axşam yeməyi ən xəfif yemək olmalıdır. Məsələn, buxarda bişmiş tərəvəzlər, sulu yeməklər, isti şorba növləri və s. bu kimi.

Yemək yeyərkən sadəcə yeməklə maraqlanmaq lazımdır. ( Yemək yeyərkən televizora baxmaqdan, iş görüşməsindən və ya ailə mübahisələrindən çəkinilməlidir; rahatladıcı bir musiqi zövqə görə seçilə bilər. )

Tərəvəzləri öz fəslində yemək lazımdır.

Rəfinə edilmiş hər cür qidadan qaçınmaq laızmdır. ( şəkər, ağ un, ağ düyü… ) 

Əgər gündəlik həyatda fiziki fəaliyyət yerinə yetirilə bilmirsə, porsiyaları azaltmaq lazımdır.

İmmun sisteminizi gücləndirmək üçün:

– Kifayət qədər yuxu. ( müddəti insana görə dəyişir, lakin dincəlmiş bir halda oyanmaq lazımdır. ) Qış mövsümündə daha çox yuxuya ehtiyacımız olduğunu unutmayaq.
– Günləri nizamlı bir ritmlə keçirmək. – eyni saaatda yuxudan oyanmaq, eyni saatlarda yemək, eyni saatda yatmaq kimi.
– Müsbət düşünmək, şüurlu olaraq və dərin nəfəs almağa çalışmaq ( zehni fərqindəlik məşqləri) .Qışa hazırıqmı?
– Dinc olmağa çalışmaq və hərəkətə önəm vermək.
– Aşırı stresdən çəkinmək, gündəlik həyata sakitliyi daxil etmək.

Amerikada edilən bir araşdırmaya əsasən, çox stress altında olan insanlar, digərlərinə nisbətən iki qat daha tez-tez xəstələnir. Stress vəziyyətlərində böyrəküstü vəziləri həddindən artıq kortizol istehsal edir. Bu hormonun gərəyindən çox istehsal edilməsi, immun sisteminizin zəifləməsinə səbəb olur.

Stressiz həyat yaşamaq şübhəsiz ki, asan deyil,  çünki bizim xaricimizdəki stres yaradan faktorların çoxunu əngəlləyə bilmirik. Yenə də stressdən nisbətən daha az təsirlənməyin yolları mövcuddur. Bu mövzuda rahatlanma üsulları bizə köməkçi olar. Məsələn,

– Açıq ( bol oksigenli ) havada templi gəzintilər
– İdmanla məşğul olmaq
– Soyuq-isti duş qəbul etmək
– Sakitləşdirici musiqi dinləmək
– Bir xobbi ilə məşğul olmaq ( bir növ meditasiyadır )
– Yoqa və ya insana müsbət təsir edən digər fəaliyyətlər ( məsələn, meditasiya.. rəqs.. mahnı oxumaq.. rəsm çəkmək kimi )
– Bədənin fərqindəliyi məşqləri
– Şüurlu olaraq əzələ rahatlatma məşqləri

Bütün bunların yanında ən dəyərli dərmanımız əhval-ruhiyyəmizin sağlam olmasıdır. Ona görə də sizi xoşbəxt edən fəaliyyətlər, sizin üçün yükəsk əhval-ruhiyyə qaynağı olacaq. Bu mövzuda,  havalar soyuyur deyə pessimistliyə qapılmaq əvəzinə, soyuq havada və qaranlıq qış günlərində hansı fəaliyyətləri edəQışa hazırıqmı? biləcətyinizi planlaya bilərsiniz. Məsələn, əl işləri kursları, dil kursları, musiqi, rəqs və s. fəaliyyətlər üçün qış mövsümü gözəl fürsətlər təqdim edə bilər.

Gözəl və sağlam bir qış keçirməyiniz diləyi ilə…

Mənbə: www.ruhsalyasam.com
Müəllif: Şaduman Karaca 
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

MEDİTASİYA NECƏ EDİLİR?

Xüsusi

Meditasiya necə edilir?
Meditasiya bir vasitədir.
Stresin öhdəsindən gəlməyimizə, bədən sağlamlığımızı gücləndirməyimizə, xroniki ağrılarımızı keçirməyimizə, daha yaxşı yatmağımıza, daha xoşbəxt hiss etməyimizə, daha hüzurlu olmağımıza və anda olmağımıza yardımçı olan möhtəşəm bir vasitədir. Daha dərin bir müstəvidə, meditasiya, bilinməyənə açılan bir qapıdır. Kim olduğumuz sirrini aralamağımıza yardımçı olar.

Meditasiyaya ilk dəfə başladığımız zaman zehnimizin nə qədər itaətsiz olduğunu görmüş olarıq. Zehnimizin, davamlı olaraq dağılmasına şahid olarıq. Keçmişlə və ya gələcəklə bağlı təkraralanıb duran düşüncələrlə, mağazadan almalı olduğumuz şeylər kimi gündəlik həyat iç-içə keçmiş vəziyyətdədir. Sanki, çılğın bir filmin tam ortasında dayanmış kimiyik.

Meditasiyaya başladığımız zaman, “necə də idarə edilə bilməyən  bir zehnimiz var” deyə ürəyimiz sıxılmasın.  İlk dəfələrdə zehnimizin çox dağılması təbiidir. Zamanla, düşüncə yığınları ilə  rahatlıqla işləməyi öyrənəcək, biraz şəffaflıq və hüzur təmin edəcəyik.

Meditasiyaya necə başlamalı olduğunuza dair bir neçə sadə ipucu:

1. DURUŞ. İstər stulda oturaq, istərsə də yerdə bardaş qurmuş olaq, başımızın və onurğa iliyimizin dik durduğundan əmin olaq. Əgər çökmüş vəziyyətdə olsaq, zehnimiz də axıb gedər. Bədənimiz tarazlıqdadırsa, zehnimiz də tarazlıqda olacaqdır. Dik dura bilmək üçün başımızın göy üzünə dəydiyini xəyal edək.

2. GÖZLƏR. Gözlərimizi açıq saxlamağa çalışaq. Açıq gözlər, anda daha çox olmağımızı təmin edər. Gözlərimizi xəfifcə endirək və müəyyən bir nöqtəyə baxaq. Gözlərimizi yumduğumuz zaman, düşüncələrə və xəyallara daha çox qapılırıq. Yenə də bizə ən rahat gələni etməyimiz daha önəmlidir. Bəziləri gözlərini bağlayanda, belə onlar üçün daha məhsuldar olur. Nəyin bizə yaxşı təsir etdiyini yoxlayıb görmək laızmdır.

3. DİQQƏT. Adi  şüur vəziyyətində mövcud olan anda çox az oluruq. Məsələn, xüsusuilə zehnimiz düşüncələrlə dolu ikən avtomobili avtomatik pilotda idarə edirik. Birdən gedəcəyimiz yerə gəlirik və yol boyunca olub keçənləri xatırlamırıq.

Buna görə də meditasiya, həyatımıza gözlərimizi açmağın ən möhtəşəm yoludur. Başqa cür təcrübələrimizin çoxunu gözdən qaçırırıq, çünki zehnimizdə davamlı olaraq başqa bir yerlərdəyik. Diqqətimizi nəyə verdiyimizə baxaq. Adi həyatda diqqətlə konsentrasiyanı eyni şey kimi görməyə meyilliyik. Konsentrasiya, intesnsiv bir işıq şüası kimidir. Amma meditasiyada o çeşid bir zehin çox kəskin və hüzursuz olduğuna görə faydalı oMeditasiya necə edilir?lmaz. Meditasiyada fokuslanmaq, fərqindəlik mərkəzinə qoyduğumuz şeyə yumşaq bir şəkildə diqqəti vermək deməkdir. Əksərən, fokus olaraq nəfəsi istifadə etmək tövsiyyə edilir. Nəfəs, “içi” və “çölü” birləşdirən təbii bir qapı kimidir. Zen ustadı Tony Packer-in dediyi kim: ” Diqqət hansısa bir yerdən gəlməz. Səbəbi yoxdur. Kiməsə aid deyildir.”

4. NƏFƏS. Nəfəsə diqqəti vermək, özümüzü bu anda sabitləməyin ən yaxşı yoludur. Nəfəs alıb verməyimizə diqqət edək. Nəfəsimizi idarə etməyək, ehtiyac yoxdur, təbii axarına buraxaq.

5. NƏFƏS SAYMAQ. Əgər meditasiyaya girməkdə çətinlik yaşayırıqsa, ən qədim yollardan biri olan nəfəs saymağa çalışa bilərik. Hər nəfəsdə içimizdən sayaq. Nə zaman düşüncələrin bizi əhatə etdiyini fərq etsək, o zaman əvvələ qaydaq. Bu şəkildə, hər dəfə “bir” dediyimiz zaman indiki ana gəlmiş olarıq.

6. DÜŞÜNCƏLƏR. Düşüncələrin zehnimizi əhatə etdiyini fərq etdiyimiz zaman, diqqətimizi nəfəsimizə yönəldərək düşüncələrin yavaş-yavaş keçib getməyinə izin verək. Düşüncələri dayandırmağa çalışmayaq, belə etmək sinilrərimizi poza bilər. Qapımızda istəmədiyimiz qonaqlarımız olduğunu düşünək, varlıqlarını qəbul edək və nəzakətlə onlardan getməklərini istəyək. Sonra isə diqqətimizin yumşaq işığı nəfəsimizi aydınlatsın.

7. DUYĞULAR. Güclü duyğularla boğuşarkən meditasiya ilə məşğul olmaq çox çətindir. Çünki bəzi duyğular, zehnin qurduğu hekayələri qidalandırmağa meyillilik göstərir. Xüsusilə, hirs, utanc və qorxu zehinlərimizdə davamlı olaraq təkrarlanan hekayələr yaradır. Hirs və utanc, bizi davamlı olaraq keçmişə, keçmişdəki hadisələrə baxdırır. Qorxu isə gələcəyə dair bizi narahat edir. Meditasiyada güclü duyğuların öhdəsindən gəlməyin bir yolu da , duyğunu müşayiət edən fiziki hisslərə fokuslanmaqdır. Məsələn, sinə ətrafında kip bir qorxu zolağı və ya qarında qızğın bir hirs çevrəsi ola bilər. Bu şəkildə duyğularımızı ucaltmış, amma hekayələrə üz verməmiş olarıq.

8. SƏSSİZLİK. Səssizlik şəfadır. Ətrafda xeyli “meditasiya musiqisi” var, amma heç biri bəsit bir səssizliyin yerinə keçə bilməz. Səssizcə oturduğumuz zaman, zehnimizin əslində nələr etdiyini təcrübə etmiş olarıq. Səssizcə oturaraq sakitlik və dinclik gələr. Zamanla, xarici və daxili səssizlik görüşər və anın içində dincəldiyimizi görərik.

9. MÜDDƏT. İlk dəfələrdə sadəcə 10 dəqiqə ilə başlayaq, əgər çox qısa müddət oturduğumuzu hiss etsək, biraz da oturaq. Daha uzun müddətli meditasiya etmək üçün hazır deyiliksə, özümüzü məcbur etməyək. Zaman içində metitasiya müddətimizi 25 dəqiqəyə kimi uzada bilərik.

10. ŞƏRAİT. Otura biləcəyimiz gözəl bir şərait yaratmaq da gözəldir. Meditasiya üçün oturduğumuz yerə bir heykəl, şamlMeditasiya necə edilir?ar və bizim üçün anlamlı olan əşyalar da qoya bilərik. Gəzərkən topladığımız bizə xitab edən daşları, dəniz qabıqlarını və çiçəkləri də ora qoya bilərik.

11. ZÖVQ. Hər şeydən önəmlisi, meditasiyadan keyif almaqdır. Kiçik bir gülümsəmə ilə oturmaq, xoşumuza gələ bilər. Özümüzə qarşı mehriban olaq. Hər gün birazca daha çox oturmağa çalışaq. Meditasiya vərdişi qazanaq.

Mənbə: www.ruhsalyasam.com
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

AFFEKT – RUHİ TƏLATÜMDÜR

Xüsusi

 

affekt.Affekt- ruhi təlatüm, həyəcanlanma deməkdir. Coşğun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir.

Həddən artıq qəzəb, kədər, şadlıq və s. affektə misal ola bilər.
Affekt halları bəzi adamların fəaliyyətinə pozucu təsir göstərir, hətta onların belə hallarda öz hərəkətləri, danışığı üzərindəki şüurlu nəzarəti də zəifləyir. Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, aydın danışığı itirir, bəzi hallarda çox tutularaq bir şöz belə deyə bilmir, “donub qalır”, daşa dönür”, bayılır və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə əlaqədardır. Bu zaman beyində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanmış sahələrə ləngidici təsir göstərir. Mənfi induksiyanın təsirilə başqa sahələrdəki oyanma ocaqları ləngimə halına keçdiyinə görə adam ətrafda baş verən hadisələri aydın dərk etmir. O öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Qabıqaltı sahələr beyin qabığının ləngidici təsirindən azad olduğundan öz fəaliyyətlərini gücləndirir və nəticədə affekt halında insanda bir sıra artıq, lüzumsuz, məqsədsiz hərəkətlər büruzə verir.

Bəzən, affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Başqa halda affekti törədən obyekt diqqətimizi cəlb edir, şüurumuz onun üzərində mərkəzləşir, beyində həmin obyektlə əlaqədar olan oyanma sahəsi yaranır, ətrafdakı oyanmalar ləngimə halına keçir, qabıqaltı mərkəzlər getdikcə fəallaşır və beyin qabığına təsir göstərməyə başlayır, nəticədə insan özünü ələ ala bilmir, hisslərinin əsiri olur. Bundan sonra affekt özünün son həddinə qədər inkişaf edir, bu zaman orqanizmin bütün normal vəziyyəti, fəaliyyəti pozulur, beyin qabığındakı bir sıra mərkəzlərdə dərin ləngimə əmələ gəlir, bununla əlaqədar olaraq bəzən təfəkkür və nitqin də fəaliyyəti pozulur, ixtiyari diqqət zəifləyir, əlin, bədənin ayrı- ayrı üzvlərinin əsməsinə təsadüf olunur. Daxili vəzlərin fəaliyyəti güclənir, tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Adam tərləyir, əlləri və bədəni əsməyə başlayır. Bütün bu dəyişiklik affektin tam şiddətləndiyi vaxt baş verir.
Affekt soyumağa başladıqda onun xarici təzahürləri və daxili təsiri yavaş- yavaş sönüb getməyə başlayır. Bu zaman adam əzgin, yorğun vəziyyətə düşür, ətrafdakı hadisələrə etinasız yanaşır, yuxulu kimi olur.

affektAffekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir. Ən əsası affekti yaradan obyektdən diqqəti yayındırmaq lazımdır.
Qeyd: Əgər bir insanda bu halları müşahidə edirsinizsə və onunla ünsiyyətdəsinizsə söhbəti başqa yöndə dəyişin. Müsahibinizin diqqətini qicıqlandırıcı obyektdən yayındırın. Onun sizə qeyri-adi gələn hərəkətlərinə sakit reaksiya verin. Əgər “bu nə hərəkətdir?”, “artistlik edirsən” və s. buna bənzər cümlələrdən istifadə edərsinizsə, affektin gedişatını daha da qabarda bilərsiniz.

Mənbə: Ə.Əlizadə, Ə.Bayramov Psixologiya
Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı