“TESTDAF” İMTAHANI NƏDİR? (BİRİNCİ YAZI)

Xüsusi

TestDaF, Federativ Almaniya Respublikasında ali təhsil almaq istəyən və ya ən
azından dil səviyyəsini göstərən rəsmi bir sənədə ehtiyac duyan almanca öyrənənlər üçün
bir imtahandır.
testdaf nedirTestDaF imtahanı Hagendəki TestDaFİnistutu tərəfindən mərkəzi şəkildə inkişaf etdirilib, qiymətləndirilən və təxmini 80 ölkədə lisenziyalı test mərkəzləri tərəfindən tədbiq edilməkdədir.
Bütün imtahan iştirakçılarına eyni suallar təqdim edilir. İmtahanlar bu sahədə kifayət qədər təcrübəsi olan mütəxəssislər tərəfindən qiymətləndirilməkdədir.
İmtahan nəticəsi, 3 səviyyədə qiymətləndirilir.

TestDaF Səviyyə 5 (TDN 5)

TestDaF Səviyyə 4 (TDN 4)

TestDaF Səviyyə 3 (TDN 3)

Bu dil səviyyələri B2.1C1.2 səviyyələri ilə eynilik təşkil edir

Ali Təhsil İcazəsi üçün Hansı TestDaF səviyyəsi lazımlıdır?

imtahanƏgər hər imtahan hissəsində TDN 4 səviyyəsinə çatdınızsa artıq yolunuzda
Almaniyada təhsil almaq üçün rəsmi mənada heç bir maneə yoxdur (təbii
olaraq digər lazımlı rəsmi şərtləri də yerinə yetirməlisiniz ). Əgər əldə etdiyiniz
imtahan nəticəsi TDN 5 isə Yüksək Təhsilə başlamaq üçün lazımlı olan səviyyənin
üstündə çox yaxşı dil səviyyəsinə çatmısınız deməkdir.
Almaniyadakı bəzi ali məktəblərdə təhsilə başlaya bilmək üçün, TDN 4
səviyyəsindən daha aşağı səviyyələr də kafi ola bilməkdədir.
Hər bir ali məktəbin öz qəbul şərtləri vardır. Ali təhsil üçün müraciət etmədən
əvvəl hansı dil səviyyəsi və şərtlərin istəndiyini araşdırın. Bəzi ali məktəblər qeydiyyat
şərtlərini internet səhifələrində elan edirlər.
Almaniyada ali təhsil üçün məlumat əldə edə biləcəyiniz Web ünvanları:

 http://www.daad.de

http://www.hochschulkompass.hrk.de

http://www.uni-assist.de

http://www.deutsch-uni.com

http://www.sprachnachweis.de

http://www.deutsche-kultur-international.de

http://www.campus-germany.de

Kimlər TestDaF imtahanına qatıla bilər?

  • Yaxşı və irəliləmiş səviyyədə Almanca biliklərinə sahib olanlar və bu səviyyələrini fərqli şəkildə yoxlamaq istəyənlər
  • Almaniyada ali təhsil almaq istəyənlər öz ölkələrində Almanca səviyyələrini sənədləşdirmək istəyən universitet tələbələri
  • Almaniyada bir ali məktəbdə akademik iş görməyi düşünən və dil səviyyələrini yoxlamaq istəyən elmi işçilər

testdafƏgər ki, xarici dil təhsilinizin ən başındasınızsa TestDaF imtahanına müraciəti üçün bir az daha səbr etməli və Almancanızı inkişaf etdirməlisiniz. “TestDaFa hazır” olub olmadığınızı sınamaq istəyirsinizsə TestDaF İnstutunun Web saytındakı səviyyə təyin etmə imtahanını verə bilərsiniz.
Orada 10 dəqiqə içində dil səviyyənizlə əlaqədar təxmini bir nəticəyə gələcəksiniz

Hazırladı : Müşfiq Osmanlı

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

SATIŞLARINIZI ARTIRMAQ ÜÇÜN 10 İPUCU

Xüsusi

satış metodları-bazarHal hazırda, satış peşəsi günü gündən inkişaf edir. Göz açıb bağlayana qədər yeni rəqiblər çıxır və bir-birinə bənzər məhsullar bazara girir. Hansı sektorda olduğunuzun heç bir əhəmiyyəti yoxdur, bir neçə il əvvəl işə yarayan şeylər bu gün işə yaramırlar. Sınaq və yanılma üçün zaman yoxdur. Zaman, satma zamanıdır. İndi sizə işdə satış performansınızı artırmanıza və satış xərcinizi aşağı salmağa köməkçi olacaq 10 ipucu verməyə çalışacağıq:

 

1 – Hədəfinizi təyin edin
Hədəfinizi anlayaraq işə başlayın. Ən yaxşı bacardığınız şey nədir? Etdiyiniz şeyə kimlərin ehtiyacı var? Potensial müştərilərinizə necə yaxınlaşacaqsınız? Müştəriləriniz məhsulunuz və ya xidmətiniz üçün nə qədər ödəyəcəklər? Bu suallara dəqiq cavablar verin.

2 – Missiyanızı müəyyən hədəflərə bölün
İdarə edə biləcəyiniz hədəflərinizi ( gündəlik axtarışlar, aylıq təkliflər vs. kimi ) yazın. İrəliləmənizi ölçmək üçün nəticə hədəflərini ( aylıq satışlar, satış başına məbləğ, satış başına qazanc vs. kimi ) təyin edin və yaxından izləyin. Faliyyətinizi artırın və nəticələri qiymətləndirin. Hədəflər fikirlərinizi cəmləmənizə və hərəkətə keçmənizə köməkçi olacaqdır.

3 – Müştərinin ehtiyaclarına görə satın
Müştərilərin, yalnız ehtiyac duyduqları şeyləri satın aldıqlarını fərz edin. Belə bir ehtiyacları olduğuna dair onları necə razı salacaqsınız? Məhsulunuzun və ya xidmətinizin xərcləri aşağı salan və problemləri həll edən xüsusiyyətlərini vurğulayın. Lazım olsa məhsulunuzu yenidən mövqeləndirin. Satış və marketinq mövzusunda yaradıcı olun.

4 – Diqqəti cəlb edin
Təsirli marketinq, istinadlar, güclü satış bacarıqları və strateji suallar diqqəti cəlb etmənin açarlarıdır. Yaxşı müştəri xidmətləri varsa bu sizə qarşı marağı daha da artırmanın açarıdır.

5 – Məqsədə görə satın
Həm nə etdiyinizi həm də niyə bunu etdiyinizi bilin. Kimləri hədəfləyirsiniz və niyə bu kəsləri hədəfləyirsiniz? Onlara nə söyləyəcəksiniz və niyə bunları söyləyəcəksiniz? Onlardan nə istəyəcəksiniz və niyə istəyəcəksiniz? Necə bir təklif təqdim edəcəksiniz və niyə belə bir təklif təqdim edəcəksiniz? Satış müddətinin hər addımından əmin olmanız lazım olduğunu ağılınızdan çıxarmayın.

6 – Soruşun, dinləyin və hərəkətə keçin
Satış müvəffəqiyyətini bu üç söz yekunlaşdırır. Sualınız yaradıcı, planlı, əlaqəli və doğrudan olmalıdır. Dinləmə bacarıqlarınız çox yaxşı olmalıdır. Müştərini dinlədiyinizi sübut etmək üçün cavab vermək və hərəkətə keçmək məcburiyyətindəsiniz.

7 – Məsuliyyəti qəbul edin
Qrup lideri olduğunuzun fərqində olun. Ehtiyacınız olduğunda, sizin üçün əlindən gələnin çoxunu edəcək güclü bir dəstək qrupu qurun. Qrupunuzun arxasında olun və işlər tərs gedərsə günahı üzərinizə almağı bacarın.

8 – Təməl prinsiplər üzərində işləyin
Hər zaman irəliləməyə və inkişafa açıq olun. Zəif istiqamətlərinizi inkişaf etdirin və xoşlanmadığınız şeyləri etmək üçün hədəflər təyin edin. Araşdırma və təqdimat bacarıqlarınızda daha yaradıcı olun. Mükəmməl satışçını xəyalınızda canlandırın və ideal olanla özünüzü müqayisə edin.

9 – Tutumunuzu inkişaf etdirin
Tutumunuzu idarə edə bilərsiniz. Qorxularınızın öhtəsindən gəlin. Müvəffəqiyyətinizə maneə törədən inanclarınızı dəyişdirin. Düşüncə vərdişləriniz dayanıqlılığınızı, coşğunuzu, səbrinizi, elastikliyinizi, xoşbəxtliyinizi və etibarınızı idərə edir. Bunların fərqində olun, hansılarının səmərəsiz olduğuna qərar verin və dəyişdirmək üçün özünüzə söz verin. Zaman və səy ilə istədiyiniz insan ola bilərsiniz.

10 – Zamanınızı düzgün idarə edin
Hədəflərinizə fokuslanın. Əhəmiyyətinə və vacibliyinə görə hər hərəkəti test edin. Bir iş proqramı hazırlayın. Unutmayın ki, günün yalnız bir saatını belə daha məhsuldar şəkildə istifadə etməniz, bir ildə ən az altı həftə daha məhsuldar olmanızı təmin edəcəkdir.

Mənbə: yeniisfikirleri.net
Tərcümə etdi: Müşviq Osmanlı

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

ÖLÜM QORXUSU VƏ DİN

Xüsusi

ölüm-qorxusu-ve-xurafatlarÖlüm qorxusunun ağıl almaz inanclar doğurduğu gerçəyi ilə qarşı-qarşıyayıq. İnsanoğlu, təəssüf ki, sırf daha uzun yaşaya bilmək adına və ya öldükdən sonra da yaşayacağını düşünərək özünü rahatlaşdırmaq adına bir çox xurafat və boş söz uydurmuş və buna ilk olaraq özü inanmışdır. Daha doğrusu, inanmaq məcburiyyətində qalmışdır. Çünki heç bir mistik inanc, insanın öz azad iradəsi ilə seçdiyi bir seçim deyil. Bu inanca ya cəmiyyətin məhəllə təzyiqi, ya da öz içindəki duyğuların rahatlaması arzusu səbəb olmuşdur.

Qısaca, bütün mistik və metafizik inancların təməlində “qorxu” var deyə bilərik. Halbuki “ölüm qorxusu” ilə baş edə bilmək və sonsuza qədər yaşamaq arzusunu bəsləmək üçün “boş söz və xurafat” yolunu seçiməyə heç də ehtiyac yoxdur. Çünki, ölüm qorxusunu basdırmaq və ya sonsuza qədər yaşamaq arzusunu təmin etmək məqsədiylə uydurulan xurafatlar, daha dəhşətli və önü alına bilməz qorxular doğurur. İnsan bu nöqtədə, sanki yağışdan qaçarkən doluya düşür.
Məsələn, cəhənnəm qorxusu (üstəlik bu adamın odla pis bir xatirəsi varsa) ölüm qorxusundan daha betər bir qorxu deyilmi? Həmçinin, öz yaratdığı və qədərini çəkdiyi adamı cəhənnəmə atacaq qədər zalım bir Yaradıcı təsəvvür etmək, adamın qorxularına daha da böyütməzmi? Mərhəmətini və ədalətini yalnız özünə itaət edənlərə həvalə edən bir Məlik (bütün dinlərin Tanrıları bir Məlik; yəni kraldır) nə qədər dost canlı (və ya insan canlı) ola bilər ki?

Qaldı ki, dəyərli işlər edən və həyata məna qatan kəslər üçün, “ölüm qorxusu” xarici bir qorxudur. Baxın bu mövzuda Epikür belə deyər:

“Ölümdən niyə qorxum ki? Mən varkən o yoxdur, o gəldiyində də mən olmayacağam.”

Məsələ bu qədər açıq və yalın olduğu halda, insanlıq, ağıl almaz cəhalətiylə öz başına corab hörən və öz quyusunu qazan  “əcaib bir qorxu mədəniyyəti” icad etmişdir. Ölüm qorxusunun öhdəsindən gələ bilmək üçün “daha dəhşətli və şəfasız qorxular” çıxarmış və işin pis tərəfi, öz çıxardığı qorxuların əsiri olmuşdur. Bu gün, milyardlarla insan (hansı din və məzhəbdən olursa olsun) öz Tanrısına itaət etməməyi və onun əmrlərinə qarşı gəlməyi, yandırıcı və şiddətli bir əzabla ekvivalent görür. Və təəssüf ki, ağlı başında bir öndər də çıxıb: “Əzizlərim, Allah, o qədər kaprizlidirmi ki, insanı yandıraraq təhdid etsin!”

Kdua-ğlüm qorxusu-xurafateçən gün bir xəstəxana dəhlizində “ölüm döşəyində olan xəstələrinə Quran oxuyan bir qrup insan” gördüm. Üç dənə körpə qız atalarının ölməməsi üçün dua edirdilər. Anaları da əlinə aldığı müqəddəs mətni onlarla birlikdə oxuyurdu. Onların bu içdən olan halı və səmimiyyəti gözlərimi yaşartdı və məni uzun müddət ağlatdı. Mən də “Ümid edirəm ki, atanız vəfat etməz” deyərək içdən-içə qatıldım onlara. Lakin bir az sonra: “amma bu rüşvətdır!” deyə düşünməyə başladım. Uzaqdan uzağa ağrılarını paylaşdığım bu insanların davranışı, məndə “rüşvət” düşüncəsinin hasil olmasına səbəb oldu. Çünki, onlar: “Allahım, sevdiyimiz insanı bizdən alma da sənə göndərdiyin kitabın ayələrini oxuyaq” deyirdilər hallarıyla. Bu sözləri, ağlı başında olan hər kəs duya bilər. Sonra mövzuyla əlaqədar bir az düşününcə, əslində bu şəxslərin haqsız olmadıqlarını gördüm; çünki onlara öyrədilən davranış qəlibini icra etdikləri qənaətinə gəldim. Çünki onlara Allah, “almadan verməyən” bir mənfəət xəstəsi şəklində təlqin edilmişdi. Və əgər dua etdikləri ataları ölsə (ki öldü) bu inanc, “alsa da, verməyən” şəklində yenidən formalaşacaqdı  zehinlərində. İndi bu qızlar və anaları, hansı üstün gücün qoruması altına girib iltica edəcəklər? Bütün ümidlərini suya salan və verdikləri “rüşvət” müqabilində özlərinə atalarını bağışlamayan mərhəmətsiz bir Tanrı inancı şəkillənməyəcəkmi bu körpə zehinlərində?

İndi, təkrar mövzunun başına dönək:
Ölüm qorxusu, boş söz və xurafatların formalaşmasına və insan zehinini zəbt edib mühakimə qabiliyyətini iflasa uğratmasına səbəb olur, demişdim. Və bunun sadə bir nümunəsi, bir xəstəxana dəhlizində müşahidə oldu. Bu sadə, amma dəhşətli olaydır.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ƏN ÇOX VERİLƏN 20 SUAL

Xüsusi

 

Dünyanın ən məşhur elmi dərgilərindən olan “BBC Focus” illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib. Həmin 20 sualı və onların cavablarını təqdim edir:

1. OK (Yaxşı) nəyin qısaltmasıdır?
Bununla bağlı ən populyar ehtimal budur: “All Correct”in (hər yer yaxşıdır) qısaldılmış “Oll Korreckt” formasında səhv yazılmış olması və elə “OK” kimi də qalması.

2. Solaxaylar daha ağıllıdılar?
Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

3. Niyə qızdırmamız olanda üşüyürük?
Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.

4. Soğan doğrayanda niyə ağlayırıq?
Soğan doğrayanda havaya “lachrymatoryfactor” adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.

5. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır?
Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.

6. Dəniz havası almaq şəfalıdırmı?
Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. “Dəniz havası”, yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.

7. Hamı evində qalsa, qrip qurtarar?
Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.

8. Bitkilər qocalıb ölə bilərmi?
Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.

9. Saqqız mədədə həmişəlik qalır?
Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.

10. Öz-özünə danışanlar dəlidir?
Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.

11. Kişilərdə sellülit olur?
Portağal qabığı kimi dəri təkcə qadınlarda yox, kişilərdə də olur. Kişilərdə sellülit əsasən boyun və qarın bölgələrində rastlanılır.

12. Quşlar həqiqətən islanmır?
Quşlar dimdiklərində hazırladıqları yağı tüklərə sürtürlər. Bu da suyun yağı keçərək tükə keçməsinin qarşısını alır. Yəni quş tükləri suya davamlıdır.

13. Kosmosdakı ən soyuq yer haradır?
Dünyanın 5 min işıq ili uzaqlığında olan böyük toz və qaz buludu Bumeranq Nebulada temperatur mənfi 272 dərəcədir.

14. Rəqəmsal fotolar 100 il qalır?
Kağızda çap olunsa, ya da gün işığından qoruna bilən CD-də saxlansa, qalar.

15. Havaya atılan su necə buz kimi düşə bilər?
Mənfi 30 dərəcədə havaya atılan su yerə buz kimi düşür.

16. Niyə qaşınırıq?
Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.

17. Niyə ozon təbəqəsini ozon qazı ilə doldurmuruq?
Antarktika üstündəki ozon dəliyi Amerikanın sahəsindən daha böyük ərazini tutur və oranın yenidən doldurulmaq üçün on milyonlarla ton ozon lazımdır. Bu miqdarda ozonun nəqlinin qiyməti isə stronomik dərəcədədir.

18. Qüsursuz görmə nədir?
Göz həkimlərinin gözü yoxlamaq üçün istifadə etdikləri lövhələrdəki hərflərin hamısını 6 metrlik uzaqlıqdan görmək qüsursuz görmə sayılır.

19. Mikroblarda da mikrob olur?
Bəli. Mikroblara yapışan daha balaca mikroblar da var.

20. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biri ilə eyni deyil?
Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da, tamamilə eyni deyillər. Xarici görünüş genləri müəyyən etmir. Barmaq izləri isə bədəndəki hormonlarla əlaqəlidir. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün barmaq izləri də eyni olmur.

Mənbə: “Min bir məlumat” Facebook səhifəsi

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

UŞAQLARIN ALLAHDAN İSTƏDİKLƏRİ

Xüsusi

Sevgili Tanrı, insanları öldürüb yenisini yaratmaq əvəzinə niyə sağ olanları saxlamırsan? Jeyn – 5 yaş
Sevgili Tanrı, indi mənə lazım olanları yazıram: təzə velosiped, kimya dəsti, it, kino göstərən aparat, beysbol əlcəyi. Hamısını göndərə bilməsən, eybi yox, bir az da olar. Qeyd: Bilirəm ki, Noel baba yoxdur. Səni sevən Erik
Tanrım, insanlara həmişə ruhları düz paylayırsan? Səhv edə bilərsən haa… Audrey – 8 yaş
Sevgili Tanrı, zürafələri istəyərək elə görünüşdə yaratmısan, yoxsa səhvən olub? Norman – 4 yaş
Sevgili Tanrı, necə bildin ki, sən Tanrısan? Charene – 3 yaş
Sevgili Tanrı, əgər öləndən sonra yaşayacağıqsa, bizi niyə öldürürsən? Mindy – 5 yaş
Sevgili Tanrım, oğlanlar qizlardan daha üstündür? Bilirəm, sən də onların tərəfindəsən amma yenə də ədalətli olmağa çalış… Silviya – 5 yaş
Yəqin ki, hər gün qarışqaları əzməyimin sənin üçün fərqi yoxdur. Alis – 6 yaş

ŞƏRHİM:

uşaq və AllahOla bilsin, bu inandırıcı olmasın. Çoxumuz deyə bilərik ki, bu yaşda uşaq necə elə suallar verə bilər? Hələ də kimə kimə, Tanrıya.. Bəkə də deyəcəyik ki, bunu ateistlər hazırlayıb. Olsun.  Məsələ bu deyil, əzizlərim. Bir baxaq, bu sualları vermək üçün elə uşaq kimi saflaşmaq lazım olmurmu bizə. Amma biz nə uşaq olmağı, nə də bu sualları verməyi özümüzə sığışdırmarıq. Axı biz Tanrı haqqında hər şeyi bilirik. Bizim işimiz onu sorğulamaq deyil, Ona görə hər kəsi sorğulamaq, Ona görə ölmək və öldürməkdir…

Nədən suallardakı təəccübə deyil, sulların verilməsinə təəccüblənirik?
Nədən biz böyüklər bu sualların özünü sorğulayırıq?
Nədən biz də belə suallar verə bilmirik?

Biz böyümüşük, biz böyüklərik, onlar isə uşaqlar. Uşaq kimdir, uşaq olmaq nədir? Uşaq olmaq demək, təəccüblənməyi bacarmaq, heyrətlənə bilmək deməkdir. Uşaqlar bu üzdən yeni şeylərlə qarşılaşmaqdan çəkinməzlər. Onlar ona görə mühakimə edərlər ki, öyrənmək istəyirlər. Ona görə öyrənmək istəyirlər ki, tanış olmaq, kəşf etmək ehtiyacları var. Onlar bunu etdikcə təəcüblənirlər, heyrətlənirlər.
Biz tez böyüdük. İtirdik bu qabiliyyətlərimizi. Biz ancaq öyrətmək üçün mühakimə edirik. Çünki təəccüblənmək deyil, başqalarını təəccübləndirmək və  heyrətə salmağı sevirik. Çünki elə özümüzü Tanrı kimi aparırıq. Biz böyüklər Tanrıdan qorxan tanrılarıq. Əslində, biz Tanrı üçün deyil, Tanrı adına öz tanrılığımız üçün mübahisə edir, savaşır və öldürürük…
tanrı-uşaq-allah-duaTanrı uşaqları tez eşidir deyirik. Niyə? Çünki uşaqlar dinləmək istəyir, öyrənmək istəyir. Uşaqlar bütün hüceyrələrini qulağa çevirirlər, dua etdikləri zaman. Çünki, uşaqların duaları içdən gələn istəkləridir, ritualları deyil. Uşaqların tək ritualı var, o da öyrənmək. Böyüklər isə qulaqların tutub ancaq sual verilər kimi davranarlar. Onlar öyrəndiklərini təsdiq etmək üçün qulaq asır, öyrənirlər. Böyüklər ritualları ilə öyünərlər. Onlar üçün Tanrı ilə danışmaq ritualdır.Burada vurğum yaş üzərinə uşaqlıqdan və böyüklük üzərinə deyil tam olaraq. Onları simvolik olaraq ələ aldım. Bir də var, böyük ikən uşaq olmaq. Uşaq kimi olmaq. Demək ki, uşaq olmaq böyüməmək, böyümək isə uşaq olmamaq deyil. İnsan hər yaşında saf, suallara açıq, dinləməyi sevən biri ola bilər. İnsan hər yaşda Tanrı ilə içdən danışa bildikdə uşaq sayılar. Çünki, biz bunları edənə uşaq deyirik…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus