ARTUR ŞOPENAUER- “HAQLI ÇIXMA SƏNƏTİ” NİN, “SON HİYLƏ” Sİ.

Xüsusi


Artur Şopenauer- "Haqlı çıxma sənəti"nin "Son hiylə"si.Artur Şopenauer (  1788 –  1860)- Alman  filosofu, yazar və təlimçi.
Şopenauer, alman fəlsəfə dünyasındakı ilklərdəndir.

1831-ci ildə, “Eristik dialektika- haqlı çıxma sənəti” kitabı yayımlanıb. Şopenauer bu əsərində, mübahisə və müzakirə vaxtı istifadə olunan boş sözlərin, yersiz arqumentlərin iç üzünü, onları müdafiə edən tərzdə açıb sarkastik bir şəkildə oxucuya təqdim edir. Eristik dialektika, mübahisədə haqlı çıxmaq sənətidir, həqiqəti tapmaq sənəti deyil.

 

“SON HİYLƏ”:

Rəqibimizin üstün olduğunu görüb, haqsız çıxacağımızı görəndə bu işi şəxsiləşdirərək, təhqir, hörmətsizlik və zor gücə müraciət edə bilərik. Şəxsiləşdirmək, mübahisə mövzusundan yayınaraq (çünki, o oyun onsuz da uduzulub ) rəqibin şəxsiyyətinə hücum etməkdir. Bunu ad hominem arqumentasiyadan ayrımaq üçün ad personam olaraq adlandıraq. Argumentum ad hominem mövzu haqqında obyektiv mülahizədən uzaqlaşmaqla yanaşı, rəqibin bununla bağlı dediklərinə və qəbul etdiklərinə yönəlir. Halbuki, şəxsiləşdirmə edərkən, rəqibin keyfiyyətlərinə qarşı hücum edirik: Yaralayıcı, bədxah, alçaldıcı və kobuArtur Şopenauer- "Haqlı çıxma sənəti"nin "Son hiylə"si.d oluruq. Bu, mənəvi gücün madiyyata və yaxud heyvaniliyə müraciətidir. Fərdiləşdirmə çox sevilən bir üsuldur, çünki, hamı istifadə edə bilər və buna görə də çox istifadə olunur. Əsas problem, belə hücumlara qarşılıq verməyimizdir. Əgər biz də eyni üsuldan istifadə etsək, çox keçmədən özümüzü bir dava və ya duelin ortasında, ya da bir təhqir üstündə açılmış bir məhkəmədə görərik.
Bununla belə, özümüz şəxsiləşməsək, bunun bəs edəcəyini düşünmək, böyük bir səhv olardı. Çünki, sakit halda, rəqibimizə haqsız olduğunu, yəni, səhv mühakimə etdiyini və səhv düşündüyünü göstərsək ( bütün dialektik qələbələrdə görünən bir vəziyyət), ona təhqirlə verəcəyimiz bir cavabdan daha pis təsir edəcək və əsəbiləşdirəcək. Niyə? Çünki, Hobbs demişdir: 
“Bütün zövq və sevinclər, insanın özünü onlarla müqayisə edərək, üstün görəcəyi başqa insanların mövcudiyyətinə bağlıdır.”
   
 Heç bir şey kibirdən əhəmiyyətli deyil və heç bir yara, insanın canını qürurun yaralanması qədər ağrıtmır. “Şərəf, həyatdan daha vacibdir.” kimi sözlər də bundan qaynaqlanır. Kibrimizin mövcudiyyəti insanın özünü başqaları ilə müqayisə etməsindən asılıdır. Bu müqayisə hər baxımdan edilə bilər, amma xüsusilə mənəvi, zehni güc sahəsində əhəmiyyətlidir. Buna görə də, ən təsirli və sərt halda, mübahisələrdə zühur edir. Mübahisə zamanı məğlub olanın özünə haqsızlıq etməsə də əsəbiləşməsi və son çarə olaraq bu hiyləyə əl atması məhz bu səbədəndir. Belə bir şeydən yalnız nəzakətlə xilas olmağımız mümkün deyil. Amma, tamamilə soyuqqanlı olamaq çox kömək edir. Rəqib, məsələni şəxsiyyətə bağlamağa başlayanda sakitcə bunun mübahisənin mövzusu ilə əlaqəsi olmadığını deyirik və dərhal əsas məsələyə qayıdaraq təhqirlərinə məhəl qoymadan rəqibin fikrinin yalnış olduğunu sübut etməyə davam edirik. Lap, Femistoklun (Afina sərkərdə ), Evribiada ( Spartalı sərkərdə) dediyi kimi: “Vur məni, amma dinlə!” Amma , əlbəttə, bu hamının edə biləcəyi bir şey deyil.
 Ona görə də, ən etibarlı əks-tədbir, Aristotelin “Mözvular” əsərinin son hisəsində göstərdiyi kimidir:

Hər qabağına çıxan adamla mübahisə etmə.

 Təkcə yaxşı tanıdığın, axmaq şeyləri müdafiə etməyəcək qədər dərrakəli və utanılacaq vəziyyətə düşməyəcəyini bildiyin adamlarla mübahisə et.

Nüfuzunun diktə etdiklərinə görə deyil, səbəblərə, əsaslara söykənərək mübahisə etməyi bilənlərlə mübahisə et.

Təqdim olunan səbəbləri dinləyib nəzərə alanlarla;

Reallığa dəyər verən, rəqibin ağzından belə olsa, yaxşı səbələri məmnuniyyətlə dinləyən və rəqibi, doğru sözlər belə deyəndə, yəni, özü haqsız olanda da bunu həzm edəcək qədər ədalət hissinə malik olanlarla münahisə et. 

Deməli, yüz adam Artur Şopenauer- "Haqlı çıxma sənəti"nin "Son hiylə"si.içində müzakirəyə layiq bir nəfər belə çətin çıxır. Qalanı isə, qoy nə istəsələr, onu danışsınlar, çünki, sarsaqlıq, insani bir hüquqdur; Volterin dediyini də xatırlayaq: Sülh həqiqətdən daha qiymətlidir; və bir ərəb atalar sözü: “susqunluq ağacının meyvəsi sülhdür
      Əslində, ağıl və düşüncələrin qarşılaşması, toqquşması şəklində mübahisə, çox vaxt qarşılıqlı fayda verir. Öz fikirlərimizi düzəltməyə, yeni fikirlər istehsal etməyə imkan verir. Amma, bunun üçün mübahisə edən tərəflərin bilik və zehin gücü baxımından bir-birinə olduqca yaxın səviyyədə olması lazımdır. Birinin məlumatı, əksikdirsə, hər şeyi anlaya bilməz, səviyyəli deyil. Zehin gücü kifayət deyilsə, bunun gətirdiyi qəzəb, onu saxtakarlığa, fırıldaqçılığa və nəzakətsizliyə sürükləyəcək.

Mənbə: Artur Şopenauer- “Eristik dialektika- haqlı çıxmaq sənəti” kitabı.
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

RONDA BERN “SİRR”

RONDA BERN-sirrƏlimdə bir “Sirr” tutmuşam. Ronda Bernin mənə verdiyi “Sirr”i. İnsanlar onlara etibar edilən sirləri saxlamağa çalışar, mən isə bu sirri sizinlə də bölüşmək istəyirəm.

Kitab avstraliyalı televiziya yazıçısı və prodüsseri Ronda Bernin eyni adlı filmi əsasında, mənəvi özünə yardım janrında yazılmışdır.

BU SİRR NƏDİR?

Biz hamımız hədsiz-hüdudsuz gücün qarşılıqlı təsiri sahəsində yaşayırıq. Harada olmağımızdan asılı olmayaraq – biz eyni güclə üzləşirik.
Bu cazibə qüvvəsidir!
Həyatın sirri – cazibə qüvvəsindədir!
* Siz həyatınıza daxil olan hər şeyi özünüz-özünüzə cəzb edirsiniz. Daima ağlınızda tutduğunuz obrazları özünüzə cəzb edirsiniz. Bunlar sizin həyat haqqındakı düşündüklərinizdir. Deməli, ağlınıza gələn hər şeyi özünüzə cəzb edirsiniz.
* Cazibə qanunu bildirir: “Hər tezlik özünə bənzər tezliyi cəzb edir” və bu o deməkdir ki, siz düşünərkən şüalandırdığınız tezlik dalğaları Kainatda olan ona bənzər tezlik sahəsi ilə birləşir.
* Düşüncələr maqnit xassəlidir, onlar xüsusi tezliyə malikdirlər. Siz düşündüklərinizi Kainata göndərərkən, onlar həmin dalğalar tezliyində olan hər şeyi sizə doğru yönəldir. Nə olmasından asılı olmayaraq Kainata göndərilən hər şey, öz mənbəyinə geri dönür, mənbə isə sizsiniz.
* Siz öz fikirlərinizlə müəyyən tezlik translyasiya edən, insan vücudunda yerləşən ötürücü stansiyaya çevrilirsiniz. Əgər həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, düşüncə tərzinizi dəyişərək, başqa tezliyə köklənin.
* Sizin indiki fikirləriniz gələcək həyatınızı qurur. Ən çox nə haqqında fikirləşir və ya diqqətinizi hansı düşüncəyə səfərbər edirsinizsə, onlar mütləq həyatınızda təzahür edəcəkdir.
* Fikirləriniz əşyaviləşəcəkdir.

SİRR SADƏLİKDƏN İBARƏTDİR

* Cazibə qanunu hissiyatsızdır.
* Öz ardıcıl düşüncələriniz vasitəsilə israrla çağırmadığınız müddətcə həyatınıza heç nə daxil olmayacaq.
* Nə düşündüyünüzü bilmək üçün, özünüzdən nə hiss etdiyinizi soruşun. Nə düşündüyümüzü bizə çatdıran ən qiymətli vasitə -emosiyalarımızdır.
* Kefsiz olub eyni zamanda yaxşı şeylər düşünmək mümkün deyil.
* Xoş xatirələr, təbiət mənzərələri, sevdiyiniz musiqi sizin ovqatınızı bir göz qırpımında dəyişərək, başqa bir tezliyə köklənmənizə yardım edir.
* Sevgi hissi- şüalandıra biləcəyimiz tezliklərdən ən yüksəyidir. Sevgini nə qədər çox hiss edirsinizsə və şüalandırırsınızsa, demək bir o qədər böyük güc sizin xeyrinizə işləyir.

SİRDƏN NECƏ İSTİFADƏ EDƏK

Yaradıcılıq prosesi cəmi üç addımla istədiyinizi yaratmağa kömək edir: İstəmək, İnanmaqQəbul etmək
İstəmək– Kainatdan öz arzunuz barəsində istəməyiniz, özünüzün nə istədiyinizi anlamaq imkanıdır. Siz yalnız bunu özünüz üçün aydınlaşdırdığınız zaman istəyirsiniz.
İnanmaq– istədiyinizi sanki artıq almısınızmış kimi düşünmək, danışmaq və hərəkət etmək mənasını verir. Bu tezliyi şüalandırdığınız zaman cazibə qanunu insanları, hadisələri və şəraiti bütövlükdə sizi istədiyinizə çatdırmaq üçün hərəkətə keçirir.
Qəbul etmək– arzunuzun yerinə yetəcəyi zaman hiss edəcəklərinizi əvvəlcədən duymağınız deməkdir.

ƏN TƏSİRLİ ÜSULLAR

ÜMİD– nəhəng cəzbedici qüvvədir. İstəmədiyinizi gözləməyin, istədiyinizin olacağına ümid edin.

MİNNƏTDARLIQ– istədiyinizi həyata gətirmək üçün edilən səyləri artıran ən təsirli üsuldur. Sahib olduqlarınız üçün minnətdarlıq edin və siz daha çox yaxşılıqlar cəzb edəcəksiniz. Əvvəlcədən öz istəyiniz üçün edilən minnətdarlıq, Kainata ən güclü siqnalı göndərər, arzunuza xüsusi güc verər.

TƏXƏYYÜL– idrakınızda arzuladığınızı mənimsəməyinizin təsirinin yaranması üsuludur. Təxəyyül zamanı siz arzuladığınızın artıq sizə mənsub olması kimi hisslər və düşüncələr əmələ gətirirsiniz. Cazibə qanunu isə bunu- xəyalınızda gördüyünüzü gerçəkləşdirib sizə geri verəcəkdir.
Cazibə qanunundan yalnız bir səbəb üçün deyil, bunu adətə çevirmək və hər zaman başqa səbəblər üçün də istifadə edin, onu həyat tərzinizə çevirin.
Hər günün sonunda, yatmazdan əvvəl günün bütün hadisələrini yada salın. Əgər hadisələr sizi qane etmirsə, onları şüurunuzda sizin üçün daha xoş ola biləcək şəkildə yenidən səhnələşdirin.

PUL QAZANMAĞIN SİRLƏRİ

* Pulu cəzb etmək  istəyirsinizsə, siz fikirlərinizi zənginlik üzərində səfərbər edin. Daima onun çatışmazlığı barədə düşünərək, həyatınıza daha çox pul cəzb edə bilməzsiniz.
* İstədiyiniz qədər pulun artıq sizdə olmasına özünüzü inandıraraq təxəyyül qurmaq sizin xeyrinizədir. Zənginlik oyunu oynayın və bu zaman maliyyəyə olan münasibətdə özünüzü daha yaxşı hiss edəcəksiniz, xoş ovqatla köklənən zaman həyatınıza daha çox pul gəlməyə başlayacaqdır.
* Pulu ürək açıqlığı ilə verin, onu həyatınıza daha çox cəlb edəcəksiniz. Hər zaman “Buna imkanım çatar”, “Mənim varımdır”- deyə düşünün.

MÜNASİBƏTLƏRİN SİRRİ

* Əgər siz lazımi münasibətləri cəzb etmək istəyirsinizsə, fikirlərinizin, sözlərinizin, hərəkətlərinizin və çevrənizin sizin arzunuza qarşı olmadığına əmin olun.
* Sizin vəzifəniz- Sizsiniz. Özünüzü tam təmin etmədiyiniz müddətdə başqalarına verməyə heç nəyiniz yoxdur.
* Özünüzə sevgi və hörmətlə yanaşın, bu vaxt sizi sevən və hörmət edən insanları özünüzə cəzb edəcəksiniz.
* Fikirlərinizi özünüzdə dəyər verdiyiniz cəhətlər üzərində səfərbər edin və cazibə qanunu sizi öz gözünüzdə böyüdəcək.
* Münasibətlərinizi yoluna qoymaq üçün, digər insanın çatışmazlıqları üzərində deyil, dəyər verdiyiniz keyfiyyətləri üzərində durun. Nə zaman ki, siz onun müsbət keyfiyyətləri barəsindəki fikirlərinizə daha çox yer ayıracaqsınız, o zaman bunu sizə daha çox göstərən hadisələrlə qarşılaşacaqsınız.

SİRR- SAĞLAMLIQ ÜÇÜN

* Plasebo effekti – cazibə qanunu fəaliyyətinin bir nümunəsidir. Xəstə ona verilmiş həbin dərman olduğuna inanır və öz inandığı dərmanı qəbul etdiyini düşünərək sağalır.
* Kamil sağlamlıq üzərində fikirlərini topla, ətrafımızda nə baş verməsindən asılı olmayaraq, bu özümüz üçün edə biləcəyimiz yeganə şeydir.
* Gülüş sizə fərəh gətirər, bədbin hissləri sizdən uzaqlaşdırar və sağlamlığa doğru aparar.
* Xəstəlik vücudumuzda fikirlərimizi və diqqətimizi onun üzərində topladığımız üçün qalır. Yüngül nasazlıq hiss etdiyinizdə onu daha çox qəbul etmək istəmirsinizsə, bu barədə danışmayın. Əgər öz xəstəliyindən şikayət edən insanları dinləyirsinizsə, onların xəstəliklərinə öz enerjinizi də əlavə etmiş olursunuz. Bunun yerinə mövzunu dəyişin, ürək açan şeylər danışın.
* Yaş və qocalıq barədə düşünməyin.

SİRR- DÜNYA ÜÇÜN

* Siz müqavimət göstərdiklərinizi cəzb edirsiniz, çünki bütün duyğularınızla onun üzərində səfərbər olursunuz.
* Siz fikirlərinizi neqativ hadisələr üzərində səfərbər etdikdə dünyaya heç bir yardım göstərə bilməzsiniz.
* Dünyadakı problemlər, müharibələr haqqında düşünməkdənsə, diqqət və enerjinizi sevgi, etibar, bolluq, təhsil, mehribanlıq, barış və sülhə yönəldin.
* Dünyadakı hər şeyi tərif və xeyir-dua edin.

SİRR-SİZİN ÜÇÜN

* Siz mənəvi məxluqsunuz, enerji sahəsisiniz. Enerji isə nə yaranar, nə də məhv olar, o yalnız formasını dəyişər. Məhdudiyyət tanımayan ideyalar mənbəyi sizin üçün əlçatandır. Gələcəyin bütün bilikləri, kəşfləri və ixtiraları hazırda Universal Zəkada bir ehtimal kimi mövcud olub, insan zəkasının onu nə zaman gerçəkləşdirəcəyini gözləyir.
* Sizin gücünüz- sizin düşüncələrinizdədir, bundan agah olun. Başqa sözlə desək: “Xatırlamağı xatırlayın”.

SİRR- HƏYAT ÜÇÜN

* Siz arzuladığınız hər bir şeyi taleyinizin yazı lövhəsində yazmaq imkanı əldə etmisiniz.
* Sizə yalnız bir işi görmək düşür- özünüzü elə indi xoşbəxt hiss edin.
* Öz möhtəşəmliyinizi qəbul edin, daxilinizdəki gücdən daha çox istifadə edin.
* Sevdiyiniz işləri görün.Əgər sizə nəyin sevinc gətirdiyini anlamırsınıza, o zaman özünüzdən soruşun: “Məni nə sevindirir”? Və Siz onunla maraqlandıqca, ondan zövq aldıqca, sevinc hissləri şüalandırır, sizə sevinc bəxş edən şeyləri cəzb edirsiniz.

Hazırladı : Psixoloq Rübabə

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +29 (from 33 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

JİDDU KRİŞNAMURTİ-“İLK VƏ SON AZADLIQ”

Jiddu KrişnamurtiJiddu Krişnamurti ( 1895-1986), Hindistan əsilli məşhur filosof, natiq və yazıçıdır. 14 yaşında, “Teosophical Society” tərəfindən “dünya müəllimi “seçilmişdir. Həyatını, bütün dünyanı dolaşaraq, insanlarla həyata və dünyaya dair söhbətlər edərək keçirmiş, lakin onları hansısa bir dinə çəkməmişdir. Dünya üzərindəki milyonlarla insan, fərqindəliyin işığını yaymağa çalışan bu insandan çox şey öyrənmişdir. “İlk və son azadlıq” kitabında, Jiddu Krişnamurtinin  müxtəlif  mövzular barədə fikirləri ilə tanış ola bilərsiniz.

KİTABDAN SEÇMƏLƏR: 

“Sevgi haqqında”
Bir çoxumuz üçün sevgi nə anlam daşıyır? Birinə sevdiyimizi dedikdə nəyi nəzərdə tuturuq? O insana sahiblənməyi nəzərdə tuturuq. Bu sahiblənmədən də qısqanclıq yaranır, onu itirsəm, nə baş verər? Özümü boş , kimsəsiz hiss edərəm, ona görə də bu qısqaclığı qanuniləşdirirəm, ondan bərk-bərk yapışıram. Bir kimsədən bərk yapışmaqla, həmin insana sahiblənməklə qısqanclıq, qorxu və saysız-hesabsız münaqişələr yaranır. Belə bir sahiblənmənin sevgi olmadığı açıq-aşkardır, elə deyilmi?
Həssaslıq və emosionallıq eqoizmin bir növüdür. Hisslərlə dolu olmaq sevgi deyil, çünki həssas insan hisslərinə cavab almadıqda, öz hisslərini ifadə edə bilmədikdə qəddar bir adam ola bilər.
Sentimental, öz dini uğrunda göz yaşları tökən bir insan, sevgi hissindən məhrumdur.
Əsl hörmət olmayan yerdə sevgi yoxdur, istər xidmətçiniz olsun, istərsə də dostunuz olsun, əgər siz ona hörmət etmirsinizsə, burada sevgi yoxdur.
Özünüzdən aşağı hesab etdiyiniz qulluqçunuza qarşı sayğılı, mərhəmətli və səxavətli deyilsiniz, bunu nə vaxtsa müşahidə etmisiniz? Siz ancaq özünüzdən yüksəkdə duran şəxslərə hörmət edirsiniz: müdirinizə, milyonçuya, böyük evi olan adama, yüksək titullu insana, sizə yüksək vəzifə verə bilən adama hörmət edirsiniz. Ancaq sizdən vəzifəcə aşağı olanları vurursunuz, onlarla danışmağa xüsusi diliniz var. Ona görə də hörmət olmayan yerdə də sevgi yoxdur, mərhəmət, şəfqət, rəhmdillilik olmayan yerdə sevgi yoxdur.

Əgər həqiqətən də hörmət edirsinizsə, o zaman ən aşağı təbəqəyə də yüksəkdəkilərə qoyduğunuz hörmətlə yanaşın: belə olmadığınız müddətcə sevgi də olmaz.

«Nəyin axtarışındayıq?»
Problem ondadır ki, biz çox səbrsizik. İrəli getmək, bir nəticə əldə etmək istəyirik, ona görə də özümüzü incələməyə, nə də dərk etməyə vaxtımız var. Buna  alternativ olaraq, müxtəlif fəaliyyətlərə daxil oluruq- pul qazanmağa, uşaqlarımızı böyütməyə çalışırıq. Özümüzdən o qədər uzaqlaşmışıq ki, özümüz haqda düşünməyə, özümüzü müşahidə etməyə, öyrənməyə vaxtımız yoxdur.
Özünü dərketmənin bir sonu yoxdur – bu məsələdə bir uğur əldə edə və ya bir nəticəyə gələ bilmərsiniz. O sonu olmayan bir çaydır. İnsan onu öyrəndikcə, ona daldıqca, hüzur tapar.

«Özünü dərk etmək»
Özünü dərk etmə prosesi bizə başqa bir insan tərəfindən aşılana bilməz, hansısa bir kitabdan yararlanaraq bunu əldə də bilmərik. Onu kəşf etməliyik, kəşf etmək üçün də ortada niyyət, axtarış, araşdırma olmalıdır. O öyrənmə, dərin şəkildə araşdırma zəif olduğu və ya ümumiyyətlə olmadığı zaman səthi şəkildə özünü dərk etmə istəyinin də bir mənası yoxdur.
Cəsarət çox vacibdir, bu insanı azad edir. Ancaq cəsarətlə kəşf edə bilər, yaşaya bilərsiniz.
Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var.

«Təhsilin Funksiyası»
Zəkanın nə olduğunu bilirsiniz? Əlbəttə, azad şəkildə, qorxmadan, heç bir düstura bağlı olmadan düşünmə tutumudur ki, beləcə nəyin gerçək, nəyin doğru olduğunu öz-özünüzə öyrənməyə başlayarsınız. Lakin qorxsanız, əsla ağıllı ola bilməzsiniz. Maddi və ya mənəvi hər cür ehtiras narahatlıq və qorxu doğurur. Bu səbəblə, ehtiras sadə, açıq, bilavasitə və ağıllı bir zehin yaratmağa kömək etməz.
Həyat çevirdiyimiz bu çirkin şey deyil, həqiqətən çox gözəl bir şeydir və onun zənginliyi, dərinliyi, qeyri-adi gözəlliyini, ancaq hər şeyə qarşı – təşkilatlı dinlərə, adətə, bugünkü çürümüş cəmiyyətə – üsyan edəndə təqdir edə bilərsiniz  və beləcə, insan olaraq həqiqəti öz-özünüzə öyrənərsiniz. Təqlid etmək deyil, kəşf etmək – təhsil budur, elə deyilmi? Cəmiyyətinizin,valideynlərinizin və ya müəllimlərinizin sizə dediklərinə qulaq asmaq çox asandır. Bu etibarlı və asan bir varolma yoludur, amma yaşamaq deyildir. Çünki içində qorxu, çürümə və ölüm vardır.Yaşamaq, həqiqəti öz-özünüzə tapmaq deməkdir və bunu ancaq azad olanda, daxilinizdə içə çevrili daimi bir inqilab olanda edə bilərsiniz.

«Tanrıya inanmaq haqqında»
Bəs həqiqət nədir? Tanrı nədir? Tanrı söz deyil, cisim də deyil. Ölçülməyəni, zamana aid olmayanı bilmək üçün ağıl zamandan asılı olmamalıdır və bu da ağlın bütün düşüncələrdən, tanrı haqqındakı fikirlərdən qurtulması anlamına gəlir. Tanrı və ya həqiqət barəsində nə bilirsiniz? Bu həqiqət haqqında heç nə bilmirsiniz. Bütün  bildiyiniz sözlər,  başqalarının təcrübələri,  ya da daha özünüzün belə anlamadığınız təcrübələrdir. Bu, qətiyən tanrı deyil, həqiqət deyil, zamandan kənarda deyil. Zamandan kənarda olanı bilmək üçün zaman prosesi, yəni düşüncə, nəsə olma prosesi, bilik anlaşılmalıdır. Bu, ağlın arxa planıdır. Ağlın özü arxa plandır. Şüurlu və şüursuz, həm kollektiv, həm də fərdi. Bu səbədən ağıl bilinəndən azad olmalıdır ki-bu da ağlın tamamilə səssiz olması deməkdir-tanrını dərk etsin.

«Münasibətdə olmaq və yalnızlaşma»
Sərhədləriniz olduğu müddətcə- dini, milli, sosial və ya iqtisadi sərhədlər –dünyada heç bir zaman sülh ola bilməz. Bu danılmaz bir faktdır.
Güc axtarışında olmaq təbii olaraq həm də yalnızlıq deyilmi? Məncə, bunu anlamaq vacibdir, çünki sülh dünyası, müharibələrin, dəhşətli qırğınların və saysız-hesabsız səfalətlərin olmadığı bir dünya istəyən insan bu vacib məsələni anlmalıdır,elə deyilmi?
Sevən, mehriban insanın hakimiyət hissi olmur və buna görə də belə bir insan hansısa bir milliyətə, bayrağa bağlı bir insan deyil. Onun bayrağı yoxdur.
Milliyətçilik bir bəladır,çünki milliyətçilik, patriotçuluq ruhu ilə o insan təcrid divarı quracaqdır. Ölkəsinə o qədər bağlıdır ki, başqalarına qarşı divar hörmüşdür. Bir şeyə qarşı divar hörsəniz, nə baş verər? Həmin o şey daima divara çırpılmağa davam edər. Bir şeyə müqavimət göstərdiyiniz zaman həmin müqavimət onu göstərir ki, siz digəri ilə qarşıdurmadasız. Beləliklə də təcridolunma prosesi olan və güc axtarışının nəticəsi olaraq meydana gələn milliyətçilik də dünyada sülh yarada bilməz. Milliyətçi olan və qardaşlıqdan danışan adam yalançıdır, paradoksal həyat yaşayır.
İnsanın bir başqasıyla münasibət quraraq özünü dərk etməsi vacib məsələdir. O zaman bu münasibət təcridedici bir proses deyil, öz məqsədlərinizi, öz düşüncələrinizi, öz amalınızı kəşf etdiyiniz bir hərəkət olar və o kəşfin özü azadlığın və dəyişmənin başlanğıcını qoyar.

«Milliyətçilik haqqında»
Milliyyətçilik, çöl dünyada insanlar arasında ayrılıqlara, sinifləndirmələrə, savaşlara və çöküşə gətirib çıxarır; əgər diqqətlə baxsanız, bunun belə olduğunu görərsiniz.

«Dua və meditasiya haqqında»
İnsan özünü dərk edəndə doğru düşünür və əməlləri də doğru olur.

«Müharibə haqqında»
Müharibənin səbəbi əlbəttə ki, güc, mövqe, prestij və pul arzusudur; bundan əvvəl milliyətçilik adlanan xəstəlik, yəni bir bayrağa tapınmaq; bir də mütəşəkkil din adlanan xəstəlik, hansısa bir doqmaya tapınmaq da müharibəyə səbəbdir. Bütün bunlar müharibənin səbəbləridir; siz bir fərd olaraq mütəşəkkil dinlərdən hansısa birinə mənsubsunuzsa, güc arzulayırsınzsa, qısqancsınızsa,  sonu çürümə olan cəmiyyət yaratmağınız qaçınılmazdır. Ona görə də hər şey sizdən asılıdır, liderlərdən deyil. Bütün bunlar sizdən və məndən asılıdır, amma belə görünür ki, biz bunun fərqində deyilik. Bir dəfə atdığımız addımın məsuliyyətini hiss etsək, bütün bu müharibələrə, bu qorxunc səfalətə necə də tez son qoyardıq.
Dünyada sülh yaratmaq, bütün müharibələri dayandırmaq üçün hər bir fərd, siz və mən iç dünyamızda inqilab etməliyik. İç dünyada bu inqilab olmadan iqtisadi inqilabın mənası yoxdur, çünki aclıq psixoloji hallarımzın – acgözlük, qısqanclıq, ədavət və sahiblənmə kimi – yaratdığı iqtisadi şərtlərin nəticəsidir. Kədərə, aclığa, müharibəyə son vermək üçün psixoloji bir inqilab olmalıdır, amma çox az insan bunlarla üzləşməyə hazırdır. Sülh haqqında müzakirə apara, yeni qanunlar hazırlaya, yeni birliklər yarada bilərik, Birləşmiş Millətlər və s. kimi.. amma sülhə çata bilmərik, çünki vəzifəmizdən, hakimiyyətimizdən, pulumuzdan, mülkümüzdən, axmaq həyatlarımızdan əl çəkmək istəmirik. Başqalarına bel bağlamaq, çox faydasızdır; başqaları bizə sülhü gətirə bilməz. Heç bir lider, heç bir hökümət,  heç bir ordu, heç bir ölkə sülhü bizə verə bilməz. Sülh ancaq içdə olacaq və bu da çöl dünyada bir çevrilmə yaradacaq. İç dünyada çevrilmə təcrid olunmaq deyil. Əksinə, ancaq düzgün düşüncə olduğu zaman düzgün əməl oluna bilər; özünü dərk etmə olmadığı zaman düzgün düşüncə də olmaz. Özünü dərk etmədən sülh ola bilməz.
Çöl dünyadakı müharibəyə son vermək üçün öz içinizdəki müharibəyə son verməyə başlamalısınız. Sizlərdən kimsə başını aşağı salaraq «razıyam» deyəcək və çölə çıxıb son 10 ya da 20 ildə etdiyinizi yenə də təkrarlayacaqsınız. Razılığınız  sadəcə sözdədir və bunun heç bir mənası yoxdur, çünki dünyadakı səfalət və müharibələr sizin heç bir məna kəsb etməyən razılığınızla dayanacaq deyil. Onlar yalnız təhlükənin fərqinə vardığınız zaman, məsuliyyətinzin fərqinə vardığınız zaman, onu başqa birisinin öhdəsinə buraxmadığınız zaman duracaq. Əzabın fərqinə varsanız, təxirəsalınmaz işlərin vacibliyini görsəniz və onu təxirə salmasanız, o zaman özünüzü dəyişdirə bilərsiniz; sülh ancaq hüzurlu olduğunuz zaman, qonşunuzla sülh şəraitində olduğunuz zaman yaranar.

«Var olan» a təslim ol.
Biz var olanı anlamaq, dərk etmək istəmirik, var olana önyarqı, qınama, eyniləşdirmə eynəkləri ilə baxırıq; var olana baxmaq üçün bu eynəkləri çıxararaq baxmaq çox çətindir. Şübhəsiz ki, var olan həqiqətdir, doğrudur və bundan başqaları qaçışdır, həqiqət deyil.Var olanı anlamaq üçün ikiliyin mübarizəsi sona çatmalıdır, çünki var olandan başqa bir şey olma şəklindəki mənfi reaksiya var olanın anlaşılmasını inkar edir.
Qınamadan, ya da bir ad qoymadan dərk etməliyik. Davamlı olaraq, qınayan və etiketləyən bir zehin dərk edə bilməz; sadəcə içində saxladığı bir şeyi anlaya bilər. Var olanı anlamaq, dərk etmək, var olanın fərqində olmaq fövqəladə dərinlikləri ortaya çıxarır. Həqiqət, xoşbəxtlik və sevinc buradadır.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İMMANUEL KANT

İmmanuel Kant 1724-cü il aprelin 22-də Köniqsberq şəhərində kasıb yəhərçi ailəsində doğulmuşdur. Müqəddəs İmmanuelin şərəfinə ona bu ad qoyulmuşdur. Teoloq doktor Frans Albert Şulsun təkidi ilə İmmanuel “Fridrixs-Kolleqium” gimanziyasını bitirib Könniqsberq Universitetinə daxil olmuşdur. Atasının vaxtsız vəfatı ona universiteti bitirməyə imkan verməmiş və İmmanuel 10 yaşı olarkən ev müəllimliyi etməyə başlamışdır. 1755-ci ildə Kant dissertasiya müdafiə etdiyi və doktoluq dərəcəsi aldığı üçün universitetdə müəllim kimi dərs demək ixtiyarı qazanmışdır. 1770-1797-ci illərdə Kant universitetdə daha geniş sahədə – fəlsəfə, riyaziyyat, fizika elmləri sahəsində müəllimlik etmişdir. Sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur etmişdir. Buna görə də əksər dostlarından daha çox yaşamışdır. Ailəli olmamışdır.

İmmanuel Kantİmmanuil Kant fəlsəfədə çevriliş etmişdir. O, idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirmişdir. İlk dəfə fəlsəfədə dərk edilən substansiyanın strukturunu deyil, idrakın predmet və üsulunu müəyyənləşdirən, başlıca amili dərk edilən subyektin spesifikası nəzərdən keçirilmişdir.

Kant qnoseologiyanı əsas fəlsəfə etdi, onun predmeti isə nə təbiət, nə dünya, nə də insan idi. Qnoseologiyanın predmeti subyektin idraki fəaliyyəti, həmçinin insan əqlinin qanunları və onların hüdudularının müəyyən edilməsi hesab olundu. Ontologiyanın yerinə Kant qnoseologiyanı qoydu, substansiyanın metafizikasından subyektin idraki qabiliyyətinin tənqidi təhlilinə keçdi.

Kanta görə, xarici aləm hisslər materiyasını verir, lakin bizim əqlimiz həmin materiyanı məkan və zamanda qaydaya salır, eləcə də anlayış hazırlayır ki, həmin anlayışın köməyi ilə biz təcrübəni başa düşürük. Bizim hisslərimizin səbəbi olan dünya özündə şeydir və dərkedilməzdir. Bu dünya, yəni şey özündə məkan və zamanda yerləşmir və substansiya deyildir. Məkan və zaman subyektivdir, onlar subyektin qavrayışı məhsullarıdır (əgər biz mavi eynək taxırıqsa, o zaman bizə hər şey mavi görünür. Biz elə bil əqlimizdə məkan eynəkləri taxırıq və sonra düşünürük ki, məkanda hər şeyi görürük.) Beləliklə, həndəsə bu mənada apriordur ki, bütün qavranılan hər şeyin həqiqəti olmalıdır, lakin bizim qavramadığımızın analoji olaraq belə olduğunu qəbul etməyə haqqımız yoxdur. Kantın fikrincə, idrak prosesinin çətinliyi qarşılıqlı olaraq bir–birini rədd edən əql mühakimələri (daha dəqiq desək, antinomiyalar) doğurur. Onların hər biri həqiqi kimi sübut oluna bilər. Kant belə antinomiyalardan 4–nü misal gətirir (onların hər biri tezis və antitezisdən ibarətdir):

  • Birinci antinomiya: “Dünya zamanda başlanğıca malikdir və yalnız məkanda məhduddur” (tezis). “Dünya zamanda başlanğıca malik deyil və məkanda sonsuz-dur. O, həm məkanda, həm də zamanda sonsuz”dur (antitezis).
  • İkinci antinomiya: sübut edir ki, hər bir mürəkkəb substansiya sadə hissələrdən həm ibarətdir, həm də ibarət deyildir.
  • Üçüncü antinomiya: iki növ səbəbiyyət mövcudur; biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa (tezis); təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur (antitezis).
  • Dördüncü antinomiya: sübut edir ki, mütləq zəruri varlıq həm mövcuddur, həm də mövcud deyildir.

kantKantın antinomiya haqqında təlimi Hegelə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, onun dialektikası antinomiyalar yolu ilə qurulmuşdur. Kantın etikası, yaxud əqlin əməli tətbiqi təlimi “Əməli idrakın tənqidi” və qısa şəkildə desək, “Proleqomenlər” əsərlərində nəzərdən keçirilmişdir. Kantın etikası tarixi– fəlsəfi əhəmiyyətə malikdir ki, burada da “qəti imperativ” mühüm yer tutur. Məsələ burasındadır ki, Kantı əxlaqa utilitar yanaşma təmin etmirdi. Çünki burada əxlaqın məqsədləri onun özündən kənarda hesab olunur. O, tam təcrid olunmuş əxlaq metafizikasını əldə etməyə çalışırdı. Özü də bu əxlaq nə teologiya, nə də başqa bir şeylə şərtlənmir. Kant hesab edirdi ki, bütün əxlaqi anlayışlar öz yeri və mənşəyinə görə əqldə tam aprioridir. Əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərdiyi zaman mövcud olur. Həm də borcu tələb etdiyi səviyyədə olan fəaliyyət kifayət deyildir. Tacirin düzlüyü əgər onun marağı ilə şərtlənirsə o, yaxşı hesab oluna bilməz. Əxlaqın mahiyyəti qanun anlayışından çıxarılmalıdır.

Qanun əqlin əmridir, əmrin formulu isə imperativ adlanır. Kanta görə iki imperativ var:

  • Şərti imperativ (siz filan– filan məqsədə çatmaq istəyirsinizsə, filan– filan işləri görməlisiniz)
  • Qəti imperativ apriordur. Qəti imperativ müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz obyektiv olaraq zəruridir.

“Proleqomenlər…”də yazırdı: “Antologiyaya məxsus olan tam şəkildə empiriklikdən təmizlənmiş təmiz əxlaq fəlsəfənin işlənib hazırlanması olduqca zəruridir…” Əxlaqi qanun mütləq zərurətdir: “yalan danışma” nəsihəti, məsələn, təkcə adamlar üçün gerçəklik deyil, ümumiyyətlə ağıllı canlıların hamısı üçün vacibdir. Deməli, borcun əsasını təkcə insanın təbiətində deyil, yaxud onun sürüldüyü şəraitdə deyil, əksinə, aprioridə sırf şəkildə təmiz idrakın anlayışlarında axtarılmalıdır. Yalnız bir qəti imperativ var ki, o da Kanta görə aşağıdakı kimidir: “Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası ümumi qanun ola bilsin”. Yaxud da “Elə hərəkət et ki, sənin iradənin əxlaq qaydası eyni zamanda ümumi qanun-vericilik prinsipi qüvvəsinə malik olsun”. Kant bunu belə aydınlaşdırırdı. Pul borc almaq düzgün deyil. Çünki hamı borc alarsa, pul qalmaz. Beləliklə, qəti imperativ tərəfindən oğurluq, adam öldürmək və s. mühakimə olunurdu. Bu və ya digər hərəkət yalnız o zaman əxlaqi hesab olunurdu ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kantın insanın borcu və ləyaqəti haqqındakı mühakimələri də bununla əlaqədar idi. Belə bir sual verilirdi: insan üçün qiymətli nədir? Ləyaqət, yoxsa həzz? Ləzzətdə, həzzdə keçən həyat heç bir qiymətə malik deyildir. Öz ləyaqətini qoruyan insan hər şeyi, hətta həyatını itirməyə hazırdır. Ləyaqətin mənbəyi və şərhləri nədir? Bu, insanın özünün özü üzərində yüksəlməsidir. İnsan borcunu başa düşərək yaşayır və fəaliyyət göstərir. Deməli, o, həzz xatirinə yaşamır.

Kantın konsepsiyasının təhlilinin sonunda qeyd edə bilərəm ki, o, cəmiyyət haqqında da maraqlı fikirlər söyləmişdir. Onun “Əbədi sülh haqqında” traktatında azad dövlətlər federasiyasının yaradılması ideyası irəli sürülmüşdür. Həmin dövlətlər müharibəni qadağan edən müqavilələr bağlayırlar. Əql müharibəni mühakimə edir, onu aradan qaldırmaq isə Beynəlxalq hökumətin işidir. Ayrı-ayrı dövlətlərin vətəndaş konstitusiyaları respublikaçı olmalıdır.

Kant fəlsəfəsi, Hegel, Fixte, Şiller, Feyerbax və s. kalssik alman fəlsəfəsi nümayəndələrinin işlərinə güclü təsir etmişdir.

Mənbə: http://az.wikipedia.org
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNANC NƏDİR?

İNANMAQ SÜLHDÜR.

Bir insan nə qədər intellektual, nə qədər mədəni, mənəviyyatı nə qədər zəngin isə, anlama bacarığı bir o qədər az olar. Barbarlar saysız-hesabsız batil inanca sahibdirlər, müasir dünyada da belədir. Daha düşüncəli, daha ayıq, daha diqqətcil olanlar əslində bəlkə də daha az inanan insanlardır. Bunun səbəbi inancın insanı bağlaması, onu təcrid etməsidir; bunun belə olduğunu dünyanın hər yerində görürük, həm iqtisadi, həm siyasət aləmində, həm də mənəviyyat deyilən aləmdə. Siz Tanrının var olduğuna, mən isə var olmadığına inanıram; ya da siz dövlətin hər şeyi və bütün fərdləri tamamilə idarə etməsinin lazım olduğuna inanırsız, mən isə fərdi sahibkarlığa və onun gətirdiyi hər şeyə inanıram; siz sadəcə bir Xilaskarın olduğuna və onun vasitəsilə məqsədinizə çatacağınıza inanırsız, mənsə inanmıram. Beləcə siz öz inancınızla, mən də özümkülərlə-özümüzü göstərmiş oluruq. Amma ikimiz də sevgidən, sülhdən, insanlığın bir olmasından, bir tək həyatdan bəhs edirik, bunların isə bir mənası yoxdur; çünki o inancın özü bir təcridolunma prosesidir. Siz bir Brahmansız, mən isə Brahman deyiləm, siz Xristiansız, mən isə Müsəlmanam və sairə. Siz qardaşlıqdan bəhs edirsiz, mən də həmin qardaşlıqdan, sevgidən və sülhdən bəhs edirəm; amma həqiqətdə isə biz ayrıyıq, özümüzü bir-birimizdən ayırırıq. Sülh istəyən, yeni, xoşbəxt bir dünya yaratmaq istəyən insan hansısa bir inanc vasitəsi ilə özünü təcrid etməz. Bu başa düşülürmü? Sözdə başa düşülə bilər, amma söylədiyimin əhəmiyyətini, tutarlılığını görsəz, o hərəkət etməyə başlayacaq.

Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus