DİNLƏRİN GƏLƏCƏYİ YOXDUR

Bir müsəlman olmayan kəs yazmışdır ki, İslam dərin böhran içindədir və onun gələcəyi yoxdur. Mən bu iddia ilə bir şərtlə razıyam ki, zamanəmizdə təkcə İslam deyil, bütün dinlər böhran içindədirlər və onların gələcəyi yoxdur. Sədəcə İslamın durumu daha ağırdır, çünki onu siyasətə qatıblar.

şeytan-daşlama, dinlərin gələcəyi

Dinlər ən əski çağlarda, insanların hələ təbiətin qanunlarını bilmədiyi çağlarda yaranmışlar

Nə üçün mən belə düşünürəm? Çünki dinlər ən əski çağlarda, insanların hələ təbiətin qanunlarını bilmədiyi çağlarda yaranmışlar. O zaman hələ gəlişmiş toplumlar da olmamışdır. İnsanlar ibtidai idilər. O zamanı insanlığın uşaqlığı adlandırmaq olar. Uşağa isə ata-ana gərəkdir ki, onu yönəltsin, tərbiyə etsin. Elə bu səbəbdən də o zamanlar dinlərin çox böyük önəmi olmuşdur.

Ancaq sonra hətta azca gəlişən toplumlar üçün dini ehkamlar boğucu olmuşdur. Onlar artıq ehkamlarla yaşamaq istəmirdilər, çünki din onları gəlişmədən, gələcək perspektivlərdən məhrum edirdi. Axı din, adət, həmişə keçmişə yönəlir. İrəliyə baxan adamlar üçün deyil. İrəliyə baxanlar artıq böyuyublər, uşaqlıq dönəmini bitiriblər. Onlar yaradıcı, bağımsız, özgür olmaq istəyirlər.

Elə o zamanlar da dinlərdən yayınmalar olmuş, kahinlərlə savaşlar getmişdir. O savaşlar hər zamanlarda açıq ya gizli getmişdir. Hətta keçmişdə elmli, gəlişmiş, aydın adamların demək olar tam çoxluğu dinə biganə idilər, onu tənqid edirdilər. Ancaq xalqların çoxu dini inanc içində olmuşdur, çünki ümumi səviyyə hələ yüksək deyil idi. İnsanların çoxu uşağlıqdan çıxmamışdırlar. Onlar üçün din bir ata kimi idi, onda güvənlik axtarırdılar.

Beləliklə, ayrıca insanlar ya da toplumlar, nə qədər irəliləyirlər, gəlişirlər, aydınlaşırlar, elmlənirlər və nə qədər ictimai tərəqqi əldə edirlər, o qədər də dindən yayınırlar, ona biganə olurlar. Səbəb də həməndir. İrəliləmiş adam ya da toplum artıq uşağlıqdan çıxmış, bağımsız və ehkamsız yaşam sürmək istəyirlər. Onların artıq ata-anaya ehtiyacı olmur. Onlar özləri atalıq etmək istəyindədirlər.

Bizim zamanımız da hər bir baxımdan irəliləyişə çatıb. İstər texniki, istər mədəni, istər mənəvi irəliləyiş göz qabağında. İnformasiya texnologiyaları gəlişmiş, insanlığın çoxu savadlı olmuşdur. Deməli onlar uşağlığa qayıtmaq istəməzlər. Onlar artıq böyüyüblər və həyatlarını özləri həll etmək istəyirlər. Onlar həm də yaradıcı olmaq, təbiəti dəyişmək, öz bacarıqlarını irəli sürmək və s. istəyirlər. Dində isə bu mümkün deyil. Çünki din insanları uşaq kimi tərbiələndirir və tabeçiliyə çağırır. Bu isə böyümüş, uşaqlıq dönəminə “sağol” insan üçün qəbuledilməzdir.

dinin gələcəyi

Ancaq tərəqqi dərinləşdikcə onlar da uşaqlıqdan çıxacaqlar.

Bu gün də uşaqlıqda qalan adamlar və millətlər vardır. Din onlar üçündür. Ancaq tərəqqi dərinləşdikcə onlar da uşaqlıqdan çıxacaqlar. Artıq insanlığın yarısı böyüyüb, dini səviyyədən çıxıb. Qalan yarısı da bu mərhələni keçib uşaqlığa “sağol” deyəcəklər. Dinlərin məhz buna görə gələcəyi yoxdur.

Gəlişmiş, irəliləmiş insanlar üçün din yalnız onların şəxsi, ürəklərində daşıdıqları inancları ola bilər, ya da milli mədəniyyətin bir hissəsi kimi qəbul edilər. Onlar ehkamlar içində yaşamazlar. Artıq gəlişmiş insan özü tanrı olub dünyanı yaradır və dəyişir. Ona daha ata-ana gərək deyil.

Sanki Tanrı da buna dəstək verir. Çünki indiki zamanda nə peyğəmbər gəlir, nə də möcüzələr baş verir. Deməli Tanrı hər şeyi, bütün səlahiyyətləri ötürüb yaradıcı və modern insanlara. O insanların böyüməsini istəyir, kölə olmalarını yox. Köləlik zamanı yavaş-yavaş bitir. İndi insanın böyüklüyü dönəmidir.

Müəllif: Aydın Əlizadə

VN:F [1.9.16_1159]
Rating: +17 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus