TANRI VƏ İNSAN

Xüsusi

tanrı-insanBizi bir tanrının yaradıb yaratmadığını bəlkə də heç bir zaman bilməyəcəyik. Yalnız  bəzimiz tanrının varlığına, bəzimiz də yoxluğuna inanacağıq. Amma qəti olan bir şey var ki, içimizdən bəziləri tarix boyunca bir çox tanrılar yaratmışdır. O qədər tanrılar var ki, içlərindən biri həqiqət olsa belə, bizim bütün insanlıq olaraq ona isabət etməyimiz bir lotoreya çəkilişindəki qədər aşağı bir ehtimal olardı hər halda. Yaxşı, XXI əsr insanları olaraq biz yeni bir tanrı profili çəksəydik, onu necə çəkərdik? Hamımız tək bir tanrı imici yaratma mövzusunda uzlaşsaydıq belə, eyni tanrını 7 milyard insanın 7 milyard fərqli şəkildə təsviri təəccüblü olardımı? Bəzimiz tanrının ədalətli olduğunu vurğulayar, hətta onu ədalətli olmaq məcburiyyətində buraxardıq, amma əlbəttə öz anladığımız adilliklə. Doyumsuz təbiəti önə çıxmış kəslər tanrını comərd bir varlıq olaraq xəyal edə bilərdi. Onlar istədiyi hər şeyi bağışlamaq məcburiyyətində olan bir tanrı profili çəkərdilər. Bəziləri sevgi və şəfqət işığı, bəziləri hökmran və qorxuducu, bəziləri sirrli, bəziləri isə yoldaş kimi aramıza qatılan bir tanrı təsviri edə bilərdi.

Nəfsani olaraq təmizlənmiş, həqiqi və obyektiv düşünən bir zehin də bir növ tanrı sayıla bilməzmi? Hər cür ənənədən, ideyadan, idealdan asılı olmayan düşünmə gücü də tanrısayağı bir hərəkət ola bilməzmi? Bizə dinlər tərəfindən izah edilən və min illərdir var olduğuna inanılan tanrı da eynilə belə azad bir varlıq deyilmi? Limitsiz gücə sahib olan o tanrını bağlayan bir qanun, hərəkətlərini məhdudlaşdıran bir əxlaqi mühakimə və yoxlama varmı? Yoxsa tanrısayağı gücün özüdürmü əxlaqı təyin edən? Dindar və könüldən bağlı olan biri: “Belə bir şeyi tanrıya yaraşdıra bilmədim, bunu ondan gözləməzdim, bunu etməyə haqqı yox idi”, ya da “bunu əsla edə bilməz, etməməlidir” deyə bilərmi? İnanca görə tanrını bağlayan, məhdudlaşdıran heç bir şey ola bilməz. Qərarlarında və hərəkətlərində tamamilə azaddır. Eynilə biz insanlardan bəziləri kimi… Onsuz da tanrıya inanan insanlar, dünyadakı hadisələri tanrıyla əlaqələndirdikdə tanrının nə qədər azad və əsassız olduğunu, istədiyini etdiyini görə bilərsiniz. Tanrının mərhəmətli və qoruyucu olduğunu söyləyərlər, amma 3 yaşında bir uşağın təcavüzə uğrayıb öldürülməsi qarşısında belə bir qoruyuculuq görə bilməyincə axirətdə mütləq ədalətin yerini tapacağını, o uşağa bunu edəni tanrının cəzalandıracağını söyləyirlər. Bunun üçün yalnız bir az gözləmək lazım olacaq. Qiyamət qopana qədər… Amma dünyadakı insan məhsulu olan hüquqa gəldikdə isə bir az uzun sürən işlə əlaqədar olaraq “gecikən ədalət, ədalət deyil” deyirlər. Nəticədə, tanrının vəkilliyini edənlərə tanrının ziddiyyətləri bulaşır.

aciz tanrıQədri-mütləq (mütləq güc, hər şeyə gücü yetən, hər şeydən məsul olan) bir tanrını müdafiə edən insan çox vaxt çətin vəziyyətə düşür. Dünyadakı insan qaynaqlı pisliklərə görə hər nə qədər insanı günahlandıraraq və işin içindən çıxa bildiklərini düşünsələr də, təbiət qaynaqlı pisliklər mövzusunda bir xeyli çətinliyə düşürlər. Şiddətli bir zəlzələdə, ya da bənzər şəkildə dağıdıcı digər təbiət hadisələrində uşaq-muşaq, yaşlı gənc bir çox insanın ölməsini belə bir tanrıyla əlaqələndirmək, içindən çıxılması çətin bir paradoksdur. Zehni, ya da fiziki əlil doğulan körpələr də eləcə. Bütün bunların səbəbi əgər tanrıdırsa, ilk ağla gələn onun bir də ədalətli və mərhəmətli olmadığıdır. Bu çıxmazın ən sonunda çarəsizliyin dəlili olan bu sözlər tökülür dillərindən: “Tanrının niyə belə etdiyini bizlər məhdud ağlımızla bilmərik. Onun mütləq bir bildiyi vardır. Bizə pis kimi görünən şeylər əslində bəlkə yaxşıdır. Orada ölən uşaq yaşasaydı, bəlkə də irəlidə Hitler kimi bir zalım olacaqdı, bir çox insan öldürəcəkdi” kimi fantastik qurğulara yönələrək daha betər batırlar. İnsan qaynaqlı pisliklərdə isə insanı günahlandırmaq ən asanıdır. Allah müdafiəçilərinə görə pislik edən insana mane olmayan tanrının məsuliyyəti, ya da günahı yoxdur bunda. Çünki tanrı azad iradəyə müdaxilə etməz. Amma insanı cəhənnəmlə qorxutmaqdan da çəkinməz. Digər tərəfdən yaxşılığı seçənlərə bir mükafatı da vardır. Bunlara baxmayaraq azad iradədən bəhs edirlər. Qorxuyla toqquşmuş bir zehindən nə qədər azad iradə çıxa biləcəyini bilməzlər. İnsanların; sırf cəhənnəm qorxusundan ya da sırf cənnət arzusundan ötrü yaxşılığı seçmələrinin səmimiyətsizliklə bağlılığından xəbərsizdirlər.

Allah özünü çarəsizcə müdafiə edən inanclı insanlara çox şey borcludur. İnanclı insanlar da tanrını ikinci plana atıb onun yer üzündəki səhvlərini düzəltməyə çalışan inancsızlara borclu qalırlar. İnanclılar təbiət hadisələrini tanrının bir cəzası, ya da xəbərdarlığı olaraq görüb bundan lazımlı dərslər (tanrıya daha çox ibadət edib səbr etmək) çıxarılmalı olduğunu söyləyərkən; tanrını hər işə qarışdırmayan və bunu adi bir təbiət hadisəsi olaraq görən elm adamları da başqa cür dərslər çıxarıb, lazımi tədbirlər görülməli olduğunu söyləyirlər. İronik olan budur ki, elmi və elm adamlarını tanrı düşməni olaraq görən din adamları ümumiyyətlə onların kəşflərindən faydalanmaqdan da çəkinməyiblər. Paratoner icad ediləndə ilk istifadə edən təşkilatlar arasında Almaniyadakı bəzi kilsələr vardı. Bir qismi isə ildırımın tanrıdan gəldiyinə inanmağa və yenə tanrıya güvənməyə davam etmiş; ancaq paratoner istifadə edən kilsələrin zərər görməyib, özlərininki zərər görəndə istifadə etməyə məcbur qalmışlar. Hal-hazırda İslam dünyasında da bənzər bir vəziyyət var. Qərbin dinsiz və əxlaqsız olduğunu, tanrının düşməni olduğunu, özlərinin isə əxlaqlı və namuslu insanlar olaraq bütün dünyaya dinclik və xoşbəxtlik gətirə biləcəklərini söyləyirlər. Ancaq nədənsə özləri dərhal heç bir şey icad etməyib o əxlaqsız (!) Qərbin tapdığı və çıxardığı hər şeyi satın alıb istifadə edirlər.

tanrı və insan-allahHəmişə bir tanrı axtarışında olanlardan, hər cür qəribə və axmaq hadisəni (sadə bir beyin oyunu olan yuxuları belə) bir şəkildə tanrıyla əlaqələndirməyə çalışanlardan soruşmaq istədiyim əsas sual budur: Elmi kəşflər  edən insan zehni də bir növ tanrılıq sifəti olmazmı? İnsan təbiətlə döyüşüb böyük ölçüdə onu nəzarət altına almasaydı, bu gün insanlar olaraq dünyada hələ var ola bilərdikmi? İlk olaraq necə var olduğumuzu qəti olaraq bilmirik, amma bu günlərə gəlməyimizi bir az da özümüzə borclu deyilikmi görəsən? Öz-özümüzün varlıq səbəbi ola bilmərikmi? Təbiətə bəzən etikadan kənar müdaxilə edən və təbiətin həssas nizamlarıyla oynayan insan da bir tanrı sayıla bilməzmi? Canlılara genetik müdaxilə yolu ilə “əcaib” deyə biləcəyimiz canlıların meydana gəlməsini təmin edən insan da bəzən nə etdiyini bilməsə də, tanrısayağı bir hərəkət etmirmi? Təbiətlə qaranlıq oyunlar oynayarkən ona verdiyi qorxunc bio-kimyəvi zərərlərlə bir canlı növünün populyasiya artımına səbəb olub bir dəyərinin yox olması nəticəsinə varanda o canlıların gözündən baxanda insan da bir tanrı sayıla bilməzmi?

İnsandan başqa bütün canlılar təbiətə uyğundur, təbiətə uyğunsuzluğu olan tək canlı insandır. Var oluş istiqamətiylə təbiətə uyuşa bilməyən insan, zəkasıyla təbiəti özünə uyğunlaşdırmağa, özü üçün yaşana bilər bir yer halına gətirməyə məcbur qalmışdır. Nəticədə insanın minlərlə ili, vəhşi və mərhəmətsiz təbiət qarşısında var olma mücadiləsi ilə keçmişdir. Bu gün isə təbiətlə döyüşüb nəzarət altına alma səyini də geridə qoyduq, artıq təbiəti şəkilləndirməyə başlayırıq. Kök hüceyrədən orqan yarada bilirik və orqan nəql edə bilirik. Genetika elmindəki inkişaflarla genetikası dəyişdirilmiş canlılar yarada bilirik. Yenə genetika sayəsində əlil doğulacaq bir körpəni əvvəlcədən təsbit edib lazımlı müdaxilələri edə bilirik. Bütün bunların etik istiqaməti, təbiətə və insana faydası, zərəri müzakirə oluna bilər. Ancaq nəticədə, bu gücə zəkamızla çatdıq. Yenə eyni zəkayla elmdəki səhv addımları və etik pozuntuları aşkar edib doğru istiqamətə yönələ bilərik. Nəticədə, bu kainatı bəlkə bir tanrı yaratdı, lakin onu artıq biz şəkilləndiririk. Allah buna mane olmadığına görə, güman ki, o da bu vəziyyəti problemə çevirmir.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Aygün Ələkbərzadə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

HƏQİQƏT NƏDİR?

həqiqət-nədir-təzahürHəqiqət varmı?
Həqiqət nədir?
Həqiqət mütləqdir, yoxsa nisbi?

Həqiqəti axtarmaq, aramaq var. Bəlkə də axtarmağın özüdür, həqiqət. Həqiqəti aramaq, onun fərqində olmaq və yola dönüşdürməkdir. Yolun hər qarışında onu hiss edə bilməkdir. Həqiqət tapıldısa, o həqiqət deyil. Həqiqət bir zirvə deyil, zirvəyə gedən yoldur. Yol… Arayışı olan yol.

Həqiqət özü sabitdir, amma zaman, insan və kainat sabit qalmaz, dəyişər. O üzdən həqiqətin sabit forması zamanla fərqli ölçülərdə təzahür edər. Ona görə bu fərqliliyin fərqində olmaq lazımdır, bu prosesi yola çevirmək lazımdır, yolçuluq etmək lazımdır. Bəlkə də elə ən böyük həqiqət dəyişmənin- dinamikanın olmasını etiraf etməkdir. Hər şey hərəkətlilik halında, olaylarda anlam qazanır və özünü ifadə edir, öz yerini tapır.

həqiqət-nədir-təzahürHəqiqət özlüyündə sabitdir, amma biz dəyişik olduğumuz üçün onu da fərqli biçimlərdə qavrayır və transformasiya edirik. O üzdən “hər şey nisbidir” deyirik. Həqiqət, elə hər şeyin nisbi olması və həqiqətin özünə çatmanın dinamik olmasıdır, məncə.

Həqiqət mütləq və nisbi olaraq ikiyə bölünməz. Çünki bölünməsi doğru deyil. Bir cür həqiqət var və ÖZ olaraq mütləqdir. Biz onun ÖZ-ü ilə deyil, təzahürü, yansıması ilə məşğuluq. Yəni bizim həqiqət haqqında təsəvvürlərimiz onun təzahürü (yansıması) ilə formalaşır. Nisbi olan da bizim həqiqət haqqında olan təsəvvürlərimizdir.

Kiçicik bir şübhə, böyük bir həqiqətin açılmasına gətirib çıxara bilər. Bir insanın həyatı qədər önəmli olan bir həqiqətin…

İnsanlar bir şey haqqında sadəcə fikirlər yürüdürlər. O şey haqqında ən yaxşı, ən məntiqli və cəlbedici dəlillər əsas alınır. Amma bu da o şey haqqında həqiqət sayımayla bilər. Eyni Tanrı və Tanrı təsəvvürləri kimi. Hamı onun haqqında danışır. Amma o bunlardan hansıdır? Bəlkə də heç biri…

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +27 (from 37 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ƏQİDƏDƏN İMANA

əqidə-imanHz. Muhamməd əqidə gətirmədi, əksinə, əqidələşmiş və qəlibləşmiş təsəvvürləri İMAN mərkəzli bir dinamikaya səslədi.

“Müşriklərdən göyləri və yeri kim yaradıb? -deyə soruşsan, Allah” -deyərlər.” Qurani-Kərim

Yəni statik olaraq, əqidələşmiş Allah təsəvvürü zatən var idi, həmişə olub və olacaq da. Amma məsələ dinamik Allah təsəvvüründədir. O təsəvvür qəlibləşməz, mahiyyətin saxlayaraq daim mövcud zaman və məkanın bağrına səslənər, inşa edər. Bütün zamanların Tanrı təsəvvürləri ilk öncə belə ortaya çıxmış, ilahi mesajlar diri və inşaedici olmuşdur. Zamanla insanlar bu dinamik silsilənin ətrafında kütləviləşərək dindarlaşmış və əqidə qəlibində dini istismar etmişdirlər.

İnanmaq diridir, hər an ayaqda tutar, əminlik üçün sorğulayar və yenilənər. Mərkəzində sağlam inam olan həyat dinamik həyatdır. Amma bu iman mərkəzli dinamik həyat da bir əqidə formalaşdırar zamanla, amma ümumbəşər. Din və dindarlıq adına deyil, insanlıq adına bir əqidə. Hansı ki, orda hər kəsə yer var və bu mühitin yalnız bir adı var:

Mədinə – mədəniyyət və barış. Rəsulullah bunu formalaşdırdı və bizlərə miras buraxaraq belə dedi:

Burda dediklərimi bizdən sonrakılara da çatdırırn, bəlkə onlar daha yaxşı anladılar. Yəni ey dostlar, ey iman ailəmin əhli, siz də davam edib quracaqsız bu iman mərkəzli dinamik həyatı. Statikləşdirsəz donacaq, bütləşəcək və həyatdan çəkiləcək. Necə ki, bu gün bax belədir. Və Quran deyir:

“Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdir”-deyəcək.” Qurani-Kərim

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

KANT VƏ TANRI TƏSƏVVÜRÜ

fəlsəfə-din-kant-məhəmməd“İnsanlar işığı görmürlər, işıqla görürülər.” İmmanuel Kant

Əslində, fəlsəfə adlı bir okeanın incilərinə diqqətlə baxdıqda yaradan təsəvvürü çox daha şəffaflaşır. Nə peyğəmbərlərə filosof, nə də filosoflara peyğəmbər deyəcəm. Çünki bu qavramların hamısı blokadaya alınıb, xüsusiləşib və kateqoriyalaşıb. Mənə önəmli olan bu müdriklik aləmlərindən götürə biləcəyim paydır. Kantın yuxarıda yazdığım o gözəl sözünə yenə də ondan maraqlı bir sitat gətirəcəm:

“Gerçəklər (numenlər) bilinməz, görünənlər (fenomenlər) isə qanunlarla idarə olunur və bilinə bilər.” İmmanuel Kant

Bu iki fikirlə mən öz Tanrı təsəvvürümü belə təsvir edə bilərəm. Quran özü də Allahın nurunu taxçadakı qəndilə bənzədir. Hətta Musanın Onu görmək istəməsi, Onu görə bilməməsi, amma Onun nurundan dağın parçalanmasını görməsi, bu baxışın başqa bir dini metoforasıdır. Buradan yola çıxaraq din təsəvvürünü də bir neçə cümlə ilə xülasə ifadə etmək istərdim. Yenə Kant deyir:

“Davamlılıq, lazımlılıq, bilgi kimi anlayışlar bizə birləşmiş bir dünya bilgisini verir. Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” ilə formalaşır.” İmmanuel Kant

İnsanlar işığı görmürlər, işıqla görürülər.

İnsanlar işığı görmürlər, işıqla görürülər.

Davamlılıq– “İşlərin ən gözəli, davamlı olanıdır.” Məhəmməd peyğəmbər.
Lazımlılıq– Lazımlılıq dünya tarazlığı olaraq Quran süjetinin vacib ünsürüdür.
Əxlaq – Din, özlüyündə əxalqi normativlərin xatırlanması və  aşılanması sistemidir.
Bilgi– “Elm Çində də olsa arxasınca gedin.” Məhəmməd peyğəmbər.
Vəzifə duyğusu- Bu hissənin üzərində bir az xüsusi dayanardım. Vəzifə duyğusu- məsuliyyət fərqindəliyidir, məncə. İnsan özündən və ətrafdan, ətrafla ünsiyyətindən məsuldur və bəlli- lazımi bir vəzifəsi formalaşır, bununla. O üzdən bu vəzifə sistematik deyil, duyğu ilə birgə verilib Kant tərəfindən. Quran süjetində bu anlayışı TƏQVA ilə eyniləşdirə bilərəm, mahiyyət etibarı ilə. Əxlaqı cəmiyyət halına, ictimai şüura çevirən dindir. Din isə təqva ilə ayaqda durmaqdadır. İndi baxaq Kant bunu necə ifadə edir:

“Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” (təqva) ilə formalaşır.”

O zaman din təsəvvürünün ana sütünu olan təqva anlayışı ilə Kantın ifadəsini daha dolğun və praktik anlamaq mümükünləşir, mənimçün. Bir sözlə, yan-yana düzə biləcəyim Kantın bu 3 baxışı ilə indiyədək qavradığım Tanrı və Din təsəvvürümü təsnifləşdirməyə çalışacam:

Tanrı təsəvvürüm:
“İnsanlar işığı görmürlər, işıqla görürülər”. “Gerçəklər (numenlər) bilinməz, görünənlər (fenomenlər) isə qanunlarla idarə olunur və bilinə bilər.”

Din təsəvvürüm:
“Davamlılıq, lazımlılıq, bilgi kimi anlayışlar bizə birləşmiş bir dünya bilgisini verir.” “Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” ilə formalaşır.”

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ХАRАKTЕR HАQQINDА – KANT

Hәr hansı bir adam haqqında sadәcә olaraq, «onun хarakteri var» demәk, onun haqqında nәinki çoх şey demәyә bәrabәrdir, hәm dә bu onun üçün tәrif olması demәkdir. Çünki bu başqalarında hörmәt vә heyrәt oyadır. Bir qayda olaraq şәхsin bu vә ya digәr хarakter sahibi olduğu o demәkdir ki, hәmin adam iradәnin o хüsusiyyәtlәrinә malikdir ki, subyekt onun vasitәsiylә idrak hesabına özü üçün nәsә müәyyәn dәyişmәz praktiki prinsiplәr müәyyәn edir. Hәrçәnd ki, bu prinsiplәr bәzәn әsassız vә yanlış olur, yenә dә möhkәm prinsiplәrә uyğun hәrәkәt etmәk öz-özlüyündә nәsә qiymәtli vә heyrətamizdir. Vә buna görә belәlәrinә nadir hallarda rast gәlmәk olur.

xarakter-kant

Təqlidçinin хarakteri olmur, çünki хarakter mәhz düşüncә tәrzinin orijinallığından ibarәtdir.

1. Təqlidçinin (mәnәviyyat alәmindә) хarakteri olmur, çünki хarakter mәhz düşüncә tәrzinin orijinallığından ibarәtdir. Onu insan öz davranışının açıq tәrzindәn görə bilir. Lakin bu o demәk deyildir ki, bu zaman ağıllı insan özünü qəribə aparmalıdır. Bәli, o, bu cür olmayacaq, belә ki, o hәr kәs üçün әhәmiyyətli olan prinsiplәrә arхalanır. Хaraktersiz adam isә meymun kimi, хarakteri olan adamı tәqlid edir.
2. Kin temperamentin təmayülü kimi hәr nә qədər pisdirsə də, xaraktersiz temperamentin хeyirхahlığından yaxşıdır. Çünki xarakterin sayəsində bu kin-küdurətə qalib gәlmәk olar. Hәtta kinli хarakter sahibi dә heyrәtә sәbәb olur, hәrçәnd ki, öz möhkәm qayәlәrindәn doğaraq onun törәtdiyi zorakılıqlar ikrah oyadır.
Belәcә, eynilә qüdrәtli qәlb dә хeyirхah ürәyә nisbәtәn heyranlıq doğurur, hәrçәnd hәr iki xüsusiyyət eyni bir şәхsdә mövcud olmalı idi ki, hәqiqәtdәn daha çoх idealda olan, yәni qәlbin әzәmәti adlanan sifәti nümayiş etdirsin.
3. İnad, sarsılmazlıq, öz niyyәtlәrini hәyata keçirmәk tәbiәtin vergisi olsa da хarakter üçün çoх əlamətdardır, lakin ümumilikdә müәyyәn хarakter tәşkil etmir, çünki bunun üçün idrak vә mәnәvi-әхlaqi prinsiplәrdәn doğan әхlaq qaydası lazımdır.
Buna görә bu adamda şәr onun хarakterinin әlamәtidir – demәk әdalәtsizlik olardı, lakin insan heç zaman özündә şәri tәqdir etmir vә buna görә әslindә şәr prinsiplәrdәn doğmur. O prinsiplәrә etinasızlıqdan yaranır.

İki cür könül хoşbәхtliyi var:
I. Ruhi sakitlik vә ya taledәn razılıq (qәmli vicdan).
II. Hәmişә şәn ürәk.
Birincisi, insanın özündә heç bir günah hiss etmәmәsi nәticәsindә, dünyәvi firavanlığın heçliyini aydın dәrk etmәklә yaranır, ikincisi isә tәbiәtin bәхşişidir.

xarakter-kant

Təsəvvür böyük rәssamdır, daha artıq, sehrkardır.

Biz öz hisslәrimizin obyektlərini adi hadisәlәr hesab ediriksә, onları elә bu cür dә hesab etmәk lazımdır. Bununla biz etiraf etmiş oluruq ki, hadisәlәrin әsasını «şeylәrin özündә olması» tәşkil edir, hәrçәnd ki, biz bu şeyin özlüyündә necә qurulduğunu bilmirik, onun ancaq tәzahürlәrini, yәni bu namәlum şeyin hisslәrimizә necә tәsir etmәsi üsulunu bilirik. Demәli, zәkamız hadisәlәrin varlığını qәbul etmәklә, «şeylәrin özündә olması» varlığını da qәbul etmiş olur. Buna görә biz deyә bilirik ki, hadisәlәrin әsasını tәşkil edәn mahiyyәtlәri, yәni, ancaq fikri mahiyyәtlәri nәinki təsəvvür edә bilәrik, hәtta hökmәn təsəvvür etmәliyik.

Мәcburi yalana güzәşt getmәk olar, amma ona haqq qazandırmaq olmaz.
Təsəvvür böyük rәssamdır, daha artıq, sehrkardır.
Аğıl әn çoх qaranlıqda yaхşı işlәyir.
Biz ancaq öz elәdiklәrimizi anlayıb başqalarına anlada bilәrik.
İztirab, fәaliyyәtә çağırışdır. Yalnız iztirablar vaхtı biz hәyatımızı hiss edirik.
Bir balaca fikirlәşsәk, o saat özümüzdә hәr hansı günah tapmış olarıq.

Bütün canlıların qulaq asdığı ilahiyyat sәsidir. Heyvanlar dünyaya gәlәn kimi öz qüvvәlәrindәn düzgün istifadә etmәyi bacarırlar, yәni özlәrinә ziyan vurmurlar. Мәsәlәn, qaranquş yumurtadan çıхan kimi, hәlә gözlәri açılmamış elә elәyir ki, nəcisləri yuvaya düşmәsin. Buna görә heyvanların qulluğa (yemәk, istilik vә müdafiә tələbatından başqa) qәtiyyәn ehtiyacı yoхdur.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus