ŞÜURALTININ GÜCÜ – Cozef Murphy

şüuraltıDÜŞÜNCƏLƏRİNİZİ DƏYİŞDİRSƏNİZ, QƏDƏRİNİZİ DƏ DƏYİŞDİRƏRSİNİZ!

Təsir düşüncənizin, Reaksiya isə şüuraltınızın verdiyi qarşılıqdır.

Bütün diləkləriniz reallaşacaq deyə bir qayda yoxdur. Hər kəs bunu bilər. Şübhəçi kəslər, bunu duaların işə yaramadığına dair bir dəlil olaraq şərh edərlər. Ancaq göz ardı etdikləri bir nöqtə vardır:

Unutmayın, şüuraltınız nə vaxt bir fikri qəbul etsə, dərhal bunu tətbiqə başlar. Bunun üçün bütün əhəmiyyətli qaynaqlarını və potensiallarını  istifadə edər. Dərin zehininizin bütün zehni qanunlarını hərəkətə keçirər. Bu qanun yaxşı fikirlər üçün də, pis fikirlər üçün də etibarlıdır. Nəticə olaraq, əgər şüuraltınızı mənfi şəkildə istifadə etsəniz, bu problemə, müvəffəqiyyətsizliyə və qarışıqlığa səbəb olar. Düşüncəli  şəkildə istifadə etsəniz  bələdçilik, azadlıq və zehni dinclik gətirəcək.

 Düşüncələriniz müsbət, yaradıcı və sevgi dolu olduğunda, doğru cavabı almanız qaçınılmazdır. Bu səbəblə müvəffəqiyyətsizliyin öhdəsindən gəlmək üçün etməniz lazım olan tək şey  şüuraltınızın fikirinizi ya da istəyinizi qəbul etməsini təmin etməkdir. Siz bunun həqiqətini qəbul edin, zehninizin qanunu gerisini həll edəcək. İstəyinizi inanca etibarla və şübhəsiz təhvil verin; şüuraltınız bu vəzifəni götürəcək və sizə cavab verəcək.

Nə vaxt şüuraltınızı sizin üçün bir şey etməyə məcbur etmək istəsəniz, müvəffəqiyyətsiz olarsınız. İstədiyiniz nəticədə yaxınlaşmaq yerinə uzaqlaşar. Şüuraltınız zehni  məcburetməyə reaksiya verməz. İnancınıza ya da şüurunuzun qəbuluna reaksiya verər.

şüuraltı2İNTİZAMLI  OBRAZLAMA NECƏ MÖCÜZƏLƏR YARADAR?

Şüuraltından qarşılıq almanın ən yaxşı yollarından biri intizamlı ya da elmi təxəyyüldür. Şüuraltı bədənin memarı və inşaatçısıdır. Bütün həyati funksiyalarınıza nəzarət edər.

 İnanmaq, bir şeyi doğru qəbul etmək, o varmış kimi yaşamaqdır. Bu ruh halını qoruduğunuz müddətcə, diləklərinizin reallaşacağına şahid olmanın kefini yaşayarsınız. Bir diləyin reallaşması üçün 3 mərhələyə ehtiyac vardır:

1. Problemi fərq etmək ya da qəbul etmək

2. Problemi, ən yaxşı həlli ya da çıxış yolunu bilən şüuraltına təhvil vermək

3. Reallaşdığına dərindən inanaraq dinclik tapmaq

Şübhələr və tərəddüdlər diləyinizin reallaşmasını mane olar. Öz özünüzə, “kaş ki yaxşılaşa bilsəydim” ya da “ümid edirəm işə yarayar” deməyin. Ediləcək iş haqqındakı duyğunuz, gedişatı təyin edər. Uyğunlaşma sizindir. Sağlığında sizin olacağını bilin.

Sağlam fikirini tam bir inancla şüuraltınıza təhvil verin, sonra rahatlanın. Özünüzü onun gücünə buraxın. Vəziyyətə və şərtlərə, “bu da keçəcək” deyin. Rahatlama və inanc yoluyla, şüuraltınızı peyvənd edin. Bu,  fikrin altındakı kinetik enerjinin dövrəyə girməsini və fikri həyata keçirməsini təmin edəcək.

MƏCBUR ETMƏ TƏRS TƏSİR EDƏR

 Emile Coue konfransları sayəsində ABŞ-da bir çox heyran və təqibçi qazanan əhəmiyyətli bir psixoloqdur. Ən əhəmiyyətli fikirlərindən biri budur:

“Arzularınızla təxəyyülünüz zidd düşdüyündə, qazanan qaçınılmaz olaraq təxəyyülünüz olar.”

şüuraltı-morphyBuna tərs təsir qanunu adını verirdi.

Yerdə dayanan dar bir taxtanın üzərində getməniz lazım olduğunu düşünün. Bunu heç şübhəsiz asanca edərsiniz. Bir də eyni şeyi yüksəklikdə etməyə cəhd edin. Asan mı gələcək? Hərhalda xeyr. Taxta boyunca getmə arzunuz, təxəyyülünüzlə zidd düşərdi. Taxtanın üzərində titrədiyinizi və baş aşağı düşdüyünüzü xəyal edərdiniz. Getməyi çox istəyərdiniz, amma düşmə qorxunuz sizə mane olardı. Təxəyyülünüzün öhdəsindən gəlmək və bunu basdırmaq üçün səy sərf etdikcə, düşmə fikri daha güclü hala gələrdi.

“Müvəffəqiyyətsizliyimin öhdəsindən gəlmək üçün iradə gücümü istifadə edəcəyəm” düşüncəsi, müvəffəqiyyətsizliyi  gücləndirər. Zehni səy, istənən şeyin tərsini yaradaraq adamın öz uduzmasına səbəb olar. İradə gücünü artırmaq üzərində sıxlaşmaq, gücsüzlük vəziyyətini vurğulamaqdadır. Bu yaşıl bir hipopotamı düşünməmək üçün əlinizdən gələn hər şeyi etməyə qərar verməniz kimidir. Qərar, yaşıl hipo fikirini zehinində basqın hala gətirər, şüuraltı basqın fikrə hər vaxt daha çox reaksiya verər. Şüuraltınız, ziddiyyət təşkil edən iki mülahizədən daha güclü olanı qəbul edəcək.

Özünüzü bunları düşünərkən tapa bilərsiniz:

1. Yaxşılaşmaq istəyirəm. Niyə yaxşılaşa bilmirəm?

2. Çox məşğul oluram, niyə nəticə ala bilmirəm?

3. Özümü daha çox məcbur etməliyəm

4. Sahib olduğum bütün iradə gücünü istifadə etməliyəm.

Səhvinizin harada olduğunu görməlisiniz. İradə gücünüzü istifadə edərək şüuraltınızı fikirinizi qəbul etməyə məcbur etməyin. Bu cür cəhdlər sizi başarızlığa məhkum edər.

Daha əvvəl başınıza belə bir şey gəldimi? Bir imtahana girmək məcburiyyətindəsiniz. Dərsə hazırlaşaraq və mövzuları nəzərdən keçirərək çox zaman xərclədiniz. Hər şeyi çox yaxşı bildiyinizi hiss edirsiniz. Ancaq boş imtahan kağızıyla üz-üzə gəldiyinizdə, zehininizin daha boş olduğunu fərq edirsiniz. Bütün bildikləriniz başınızdan uçub getmiş. Ağılınıza mövzuyla əlaqədar tək bir şey gəlmir. Dişlərinizi sıxır, iradənizin bütün gücünü yığırsınız; amma siz səy sərf etdikcə, məlumatlar daha da uzaqlaşır sanki.

Xəyal qırıqlığına uğramış bir halda imtahan salonundan çıxırsınız. Zehni təzyiq sonda əriyir. Bir neçə dəqiqə əvvəl ümidsizcə tapmağa çalışdığınız cavablar birdən zehininizə hücum edir. Özünüzə mövzuları bildiyinizi söyləmişdiniz, bilirdiniz də, amma ehtiyac duyduğunuz anda deyil. Səhviniz, özünüzü xatırlamağa məcbur etməniz idi. Əks təsir qanunu gərəyi  sizi müvəffəqiyyətə deyil, müvəffəqiyyətsizliyə sürüdü. Dualarınızın tərsiylə qarşılaşdınız.

Mənbə: www.holyharmony.wordpress.com
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +31 (from 35 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

SƏNƏT VƏ YARADICILIQ

Ancient-Architecture-ancient-history-9232021-1280-800Sənət, insanın sadəcə bioloji varlıq olmamasının ən gözəl nişanıdır. Minilliklərdir insan bioloji və fizioloji inkişaf edib təkamül etdikcə, hələ də qaya üstü rəsmlərə qayıdır, onları qoruyur və sanki nələrisə xatırlayır. Onlarla bir bağlılığımız vardır. Nədir bu bağlılıq?
Sənət, insan təkamülünün süjet xəttidir. İlk vaxtlar təbiətdə hazır qida arayan bəşər övladı zamanla əkinçilik, maldarlıq kimi həyat fəaliyyətini formalaşdırdı, sonralar bu fəaliyyətlərin əmək alətlərini ortaya qoyaraq böyük bir sənət yolunu keçdi. İnsan daim təkamüldədir, təkamüllə də formalaşır. Kamillik elə bu yolun nızamındadır. Hazır heç nə yoxdur. Bütün statik nemətlər dinamikaya, hərəkətliliyə möhtacdır.
Sənət, statikanı dinamikləşdirmək, kəşf etmək, ortaya çıxarmaqdır. Bu bir qulluqdur. Düşünürəm ki, Adəm obrazı insanın sənətkarlıqla formalaşdırdığı bir insanlıq nümunəsidir. Sənət, Tanrı ilə münasibətin doğru qurulmasıdır. Bir insanın yaradıcılığı yoxdursa, o münasibəti doğru qurmamışdır deməkdir. Yaradıcılıq, müxtəliflikdən müxtəlif şeylər düzəltməkdir.
4459955-R3L8T8D-650-david

SƏNƏT, ARTIQLARI TƏMİZLƏYİB ATARKƏN ORTAYA ÇIXANDIR!

Məşhur heykəltaraş və rəssam Mikelancelodan soruşurlar:
– Siz bu sənət əsərlərini necə düzəldirsiz?
Mikelancelonun cavabı möhtəşəmdir:
– Mən sadəcə artıqları yonub atıram…və ortaya çıxanın adı sənətdir.

Bəli, əsl sənət elə həqiqəti anlamaqdır. Sənətkar bunu anlamışdı. O anlayırdı ki, həyatın özəyində gözəlliklər var, bizə düşən sadəcə artıqları təmizləyib o gözəlliyə varmaqdır. İşimizin adı ortaya çıxarmaq olarsa, onda həm vəzifəmizin təmizləmək olduğunu, həm də sadəcə var olanı ortaya çıxaracağımızı anlayarıq.
Amma qeyd edim ki, hər kəsin artıq deyə təmizləyərək ortaya çıxardıqları da eyni deyil. Məsəslən, mən də bir qaya parçasını yonaraq bir şeylər çıxara bilərəm, amma DAVİD əsəri kimi bir heykəli ərsəyə gətirmək üçün həm də MİKELANCELO kimi zəngin təsəvvür və təxəyyülə sahib olmaq lazım.

O zaman gəlin artıqları yonub ortaya çıxaracağımız gözəlliyin ilk öncə xəyalın quraq. Elə xəyal edək ki, hər artığı təmizlədikə onun necə reallaşdığını və düşündüyümüzdən də gözəl olduğunu görə bilək.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ABSTRAKT VƏ MƏNTİQİ DÜŞÜNCƏ. İQ NƏDİR?

abstark düşüncə İQAbstrakt (mücərrəd) düşüncə nədir? Abstrakt (mücərrəd) düşüncə həqiqi varlıqlar barədə əldə olunan məlumatları rəmz halına çevirib onları manipulyasiya etmək bacarığına yiyələnmək, hər hansı bir həll yolunu tapmaq və bu həll yollarını yenə də praktiki olaraq həmin varlıqlar (obyekt) üzərində tətbiq etməkdən ibarətdir. Belə bir səviyyə elmi işlərlə məşğul olan müasir insanlarda kifayət qədər inkişaf etmişdir. Belə ki, elm müasir insanın həyatının böyük bir hissəsini tutmuşdur. Belə bir bacarıq fizika və riyaziyyat alimlərində daha çox inkişaf etmişdir. Uşaqlarda abstrakt düşüncə buludlara “əjdaha” dediyi zaman başlayır. Əgər zabit masanın üzərinə sərdiyi xəritənin lazım olan yerlərinə bir neçə kartof qoyur sonra da hazırladığı planla döyüşdə qalib gəlirsə, bu onun güclü abstrakt bacarığına malik olmasından və bunun sayəsində mövcud çətinliyi həll edə bilməsindən xəbər verir. Yəni əslində abstrakt planı reallığa çevirə bilir. Riyaziyyatdakı bütün bərabərliklər yalnız müəyyən abstrakt düşüncə səviyyəsinə sahib olmaqla həll olunur. Dilin özü isə rəmzlər yığımıdır. Belə ki, inək sözü ilə inəyin özü tam fərqli şeylərdir. İnsan isə sonradan icad etdiyi müxtəlif rəmz və əlamətlərin sayəsində bir çox uğurlu əməliyyatlar apara bilmişdir. Hərbi sahədə istifadə olunan “morz” əlifbasını və ya görmə qabiliyyətindən məhrum olan şəxslərin istifadə etdikləri əlifbanı buna misal çəkmək olar. Rəmz və işarələrlə fikir bildirmək qabiliyyətinə tək insanlar deyil, demək olar ki, bir çox heyvanlar da malikdirlər. Meymunların təhlükə hiss etdikləri zaman çıxardıqları səs və etdikləri hərəkət buna misal ola bilər.

abstark düşüncə İQMəntiqi düşüncənin inkişafı Məntiqi düşüncənin inkişafı – bu bütün proseslər üçün lazım və vacibdir. Bəs məntiq özü nədir? Yunan dilində “logika” kimi tələffüz olunan bu sahə “mülahizələr haqqında elm”, “fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm” – məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elm kimi başa düşülməlidir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o, düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məlum məsələdir ki, məntiq elmi eramızdan əvvəl Qədim Yunanıstanda meydana gəlmiş və o zamanlar insanlar bu günün müasir insanı kimi düşünə bilməmişdir. Lakin bu günün müasir insanı kifayət qədər düşünə, fikirlərini ifadə edə və çətinliklərini həll edə bilir. Belə olduğu bir halda müasir insanın da məntiqə ehtiyacı var? Heç şübhəsiz ki, ehtiyac duyur və bəlkə də yarandığı və arada olan müddətdən daha çox. Çünki insanın düşünmə qabiliyyəti inkişaf etdikcə fərqli fikirlər meydana gəlir, bu isə çoxsaylı ixtilafların yaranmasına səbəb olur. Bunun üçün də doğrunu yanlışdan ayrıd etməyin tək yolu məntiqdir. Şerlok Holmsın açdığı cinayətlərə nəzər saldıqda onun cinayətlərinin məhz məntiqi mülahizələr əsasında üzə çıxardığını görürük. Məntiqin gücləndirilməsi üçün hər dövrün özünəməxsus üsulları olmuşdur. Məsələn, Qədim Roma və Yunanıstanda labirintlər qurar, onlardan müxtəlif sahələrdə istifadə edərdilər. Müasir dünyamızda azyaşlı uşaqlar üçün pazllardan, müəmmalı şəkillərdən istifadə olunur. İki oxşar şəkil arasındakı fərqlərin tapılmasını, qarışıq yollarla məqsədə çatdıran oyunları, rəqəmlər hazırlanan oyunları buna misal çəkmək olar. Tarixi dəqiq məlum olmayan şahmat və sonrakı dövrlərdə meydana gələn dama, domino kimi oyunlar da məhz məntiqin inkişaf və gücləndirilmə məqsədilə icad olunur.

abstark düşüncə İQİQ nədir? İnsan təbiəti hər zaman ixtiyarında olanları müəyyən miqdarda qiymətləndirməyə can atır. Məsələn, insanın intellektual səviyyəsinin müəyyən olunması üçün “İQ”-dan (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) istifadə edilir. İQ 140-a bərabərdir? Bəs 140 nəyə? Hansı ölçü vahidi ilə? İQ testi əslində insanın intellekt səviyyəsini müəyyən etmək üçün deyil, insan üzərində manipulyasiya etmək üçün yaradılmışdır. Və alət olaraq o özünü çoxdan doğrultmuşdur. Lakin ən böyük nöqsan insanların İQ testlərinə inanmalarındadır. Zaman keçdikcə İQ testləri dəbə düşür və bu günlər kimdən soruşsan dərhal öz İQ deyə bilər. Onlar düz deyir, ya yox, bu artıq başqa məsələdir. Əsas odur ki, hər kəs İQ testinin nə olduğunu bilir. Bəs hansı əsasla İQ testlərini ciddi qəbul etmək olmaz? Əvvəla ona görə ki, bu kimi testlər “təxmini” xarakter daşıyır. Və testin suallarının 80%-ni 1-dən 6-dək olan rəqəmlər və A-dan F-dək olan hərflər təşkil edir. Bu isə bir çox hallarda təsadüfi nəticələr verir. Dəqiq cavab tələb edən suallar vəziyyəti nisbətən stabilləşdirsə də onu köklü şəkildə dəyişə bilmir. İkincisi, ona görə ki, vahid meyarı yoxdur. İQ testləri kifayət qədər çoxdur. Onlar yalnız müxtəlif istiqamətlərdən yönələn suallardan ibarət deyil, o, həm də müxtəlif ölçü miqyasından ibarətdir. Belə ki, testlərdən birində siz 140-dan artığını yığa bilməsəniz də başqa birində asanlıqla 180 yığa bilərsiniz. Üçüncüsü, ona görə ki, testlərin hazırlanmasında onların tərtibatçılarının düşüncə tərzi öz təsirini qoymuş olur. Necə olmasa, onlarda insan həm də olduqca savadlı olur. Dördüncü, ona görə ki, testlərdə məlumatlar çox olduqca səhvlər az olur. Məsələn, testlərdə 40 sual olur ki, bu da çox azdır. Ən əsası isə bu suallar heç nə barədə dəqiq məlumat vermir. Belə ki, suallar müxtəlif sahələrdən, amma yüksək səviyyədə seçilir. Məsələn, aparılan testlərdə yüksək musiqi təhsili olan bir şəxs bir neçə dahi bəstəkarın adını əzbər bilən şəxslə əsla fərlənməyəcək. Bütün bunlardan belə məlum olur ki, intellektual səviyyənin müəyyən olunması üçün istifadə edilən müasir üsullar elə də etibarlı deyil. Və bunlar sadəcə manipulyasiya vasitələridir.

Müəllif: İsmayıl Əhməd

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus