METAFİZİKA NƏDİR?

Qədim Yunan filosofu Aristotel, Fizika adı verilən bir qrup kitab yazmışdır. İlk versiyalarından birində Aristotelin araşdırmaları, bəzi kitab qrupları Fizikadan dərhal sonra yer almışdır. Bu kitablar fəlsəfi sorğulamanın əsas sahəsi ilə əlaqəlidir və o dövrdə bir adı yox idi. Bu səbəblə ilk Aristotel mütəxəssisləri bu kitablara  “ta meta ta fizika” yəni “fizika ilə bağlı kitablardan sonra gələn kitablar” adını veriblər. Bu, “metafizika” kəlməsinin qaynağıdır.

Dolayısı ilə etimoloji olaraq metafizika, Aristotelin toplu olaraq Metafizika adı verilən kitablarının mövzusudur. Etimoloji mənada “metafizika” sadəcə Aristotelin Metafizika kitabının araşdırma mövzusu mənasındadır.

Aristotelin bu kitablarının mövzusu nə idi? Metafizika 3 bölməyə ayrılmışdır:

Ontologiya
Teologiya
Kainat- elm.

Metafizika, fəlsəfənin bir qoludur. İlk fəlsəfəçilər tərəfindən, “fizika elmlərinin kənarında qalan” mənasını verən “metafizika” sözü ilə fəlsəfəyə qazandırılmışdır.

İncələmələri varlıq, varoluş, universal, xüsusiyyət, əlaqə, səbəb, kosmos, zaman, tanrı, hadisə kimi qavramlar haqqındadır.

Fizika, müşahidə edə bildiyimiz şeyləri açıqlamağa çalışır və ətrafımızda gördüyümüz hər şeyin necə olduğunu söyləyir. Metafizika isə ətrafımızda və içimizdə var olan şeylərin “niyə” si ilə maraqlanır,  görünən ilə görünməyən arasındakı əlaqəni ortaya çıxarmağa çalışır. Qısası, fizika isbata söykənir, metafizikanın isə qəti bir isbatı yoxdur.

Belə düşünə bilərik, bir meşədə olan  axar su, biz orada olmayanda səs çıxarmağa davam edərmi? Səs dediyimiz şey bizim hislərimizə xitab etdiyinə görə və axar suyun yanında olmadığımız üçün axar suyun səs çıxarmadığını söyləməyimiz doğru qəbul edilə bilər. Çünki eşitmədiyimiz bu hava titrəşmələri o anda tam olaraq səs deyil. Ətrafımızda bir şey olanda, onu duyğularımızla qəbul edirik, yaxşı,  bəs bizim hissiyyatlarımız xaricində gerçəkləşən şeylərin varlığını mənimsəməliyikmi? Metafizika, bunu çözməyə çalışır. Buna görə də fizika, bilinən və anlaşıla bilən şeyləri açıqlayarkən, metafizika fizikanın bir açıqlama edə bilmədiyi nöqtələrdə işə keçir.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +26 (from 30 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ƏXLAQİ İNKİŞAF – DƏYİŞİM.

Jan Piajeyə görə əxlaq inkişafı:

1. Xarici qaydalara bağlılıq dövrü (6-12 yaş): Uşaq qaydaların dəyişməzliyinə inanar. Mühakimə, yalnız məhdud olaraq müşahidə gerçəklərə söykənəndir və qayda pozulmasının cəza , avtomatik olaraq verilməlidir. Davranışın gerisindəki səbəblər nəzərə alınmaz.
2. Əxlaqi muxtariyyət dövrü: Qaydaların insanlar tərəfindən yaradıldığı və lazım olduğunda dəyişdirilə şüuruna çatar. Cəza, qaydalar pozuntu edildiyində avtomatik olaraq verilməz, pozuntu edilmə səbəbləri də əhəmiyyətlidir. Qaydaları pozanın niyyətləri və içində olduqları hallar da nəzərə alınır.

Laurens Kölberqə görə əxlaq inkişafı:

1. Cəza və itaət: Ənənə əvvəli dönəmdir. Qaydalara cəzalandırılmamaq üçün boyun əyilər, qaydaların doğruluğu əhəmiyyətsizdir.
2. Vasitəli əlaqə: Ənənə əvvəli dövrdür. Digər insanların da ehtiyacları fərq edilər, ancaq birinci planda özləri vardır.

3. Fərdlərarası uyğunlaşma : Ənənəvi dövrdür. Fərd xarici dünyaya və öz xaricindəki hadisələrə öz xaricindəki bir dünyagörüşündən yaxınlaşmağa başlayır. Artıq cəza almamaq yerinə başqalarını xoşbəxt etmək üçün də davranılır .
4. Hüquq və Düzən: Ənənəvi dövrdür. Əxlaqi davranış ətrafdakı əhəmiyyətli kəslərin gözləməsinə görə deyil, cəmiyyətin qanunlarına və normalarına görə formalaşır.
5. Sosial sözləşmə: Ənənə sonrası dövrdür. Ümumiyyətlə ictimai normlarla dəyərlərə uyulur.İnsani dəyərlərlə zidd düşən qanuni tənzimləmələr dindirilir . Bunları rədd edə bilər. Qanunları demokratik dəyişməsini müdafiə edər.
6. Universal Əxlaq: Ənənə sonrası dövrdür. Adam əxlaq qanunlarını özü meydana gətirər. Bu prinsipləri pozan qanunlara uyğun gəlməz. Ədalət qanunun üstündədir. Fərdin hüquqlarına hörmət əsasdır.

Nəticə olaraq əxlaqın cəmiyyətin köklərindən biri olduğunu ancaq fərdi azadlıqlara qəsd edə bildiyini söyləməliyik. Zaman və məkana görə çox dəyişik əxlaq anlayışları ola bildiyi kimi, əxlaqsızlıq anlayışı bundan tamam ayrı bir şəkildə araşdırılmalıdır . Bundan 400 il əvvəl köləliyə qarşı çıxmaq əxlaqsızlıq idisə, bu gün tam tərsi əxlaqsızlıqdır.

Sitat:

“Dünyanın əxlaqsız deyə adlandırdığı kitablar dünyaya öz utancını göstərənlərdir.” Oskar Vayld

Öldürmək qadağandır, bu səbəbdən bütün qatillər cəzalandırılır; təbii ki, kütlə halında və trampet səsləri ilə öldürmədikləri müddətcə.Volter

Həddindən artıq əxlaqlı olmayın. Həyat boyunca özünüzü aldatmaq məcburiyyətində qala bilərsiniz. Əxlaqdan yuxarısını  hədəfləyin. Yalnız yaxşı olmayın, yaxşı bir şeylər edin.”  Henri Devid Toro

Əxlaq mövzusunda inandığım qanun budur; bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqi, əgər özünü pis hiss edirsənsə o qeyri əxlaqıdır.Ernest Heminquey

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ƏXLAQ

images (1)Əxlaq, aktual mənada cəmiyyət içində fərdlərin uyğun gəldikləri davranış formaları və qaydalardır. Tərəfsiz və ümumi bir ifadəylə yaxşı və pis arasında niyyət, qərar və fəaliyyət fərqliliyidir. İkinci məna daha ümumi keçər . Xalq arasında əxlaq, doğru və haqlı olan məcburi davranış formasıdır. Ümumi bir görüş olaraq baxıldığında isə “üzərində uzlaşılan fərdlər arası qaydalar” mənasındadır. Əxlaqın fəlsəfi olaraq sorğulanmasında daha çox “etika” adı istifadə edilir. Aristotel ilə inkişaf edən  “etika”, daha çox ümumi mühakiməyə  varan sistemli əxlaq anlayışı kimi başa düşülür. Əxlaq isə fərdlərin doğru və səhv qəbulunu təsvir etmək  üçün istifadə edilmişdir. Türkcədə ikisinə də əxlaq qarşılığı verilmişdir.

Əxlaq-termin olaraq:
1. Müəyyən bir dövrdə müəyyən insan topluluqlarınca mənimsənmiş olan, fərdlərin bir-birləriylə əlaqələrini təşkil edən etik davranış qaydalarının, qanunlarının, prinsiplərinin toplumu. Müxtəlif cəmiyyətlərdə və çağlarda əhatəsi və məzmunu dəyişən əxlaqi dəyərlər sahəsi.
2. Bir adam ya da bir insan ifadəsi ilə  mənimsənən hərəkət və qaydaların toplumu.
3. Əxlaqi olan şeylərlə əlaqəsi olan bir görüşlər sistemi (tək adamın, bir ulusun, bir cəmiyyətin, bir çağın).
4. Fəlsəfənin bir budağı olaraq:
a) Əxlaq üzərinə konseptual təlimlər. b) İnsanların fərdi və ictimai həyatdakı əxlaqi hərəkətlərinə bağlı problemləri araşdıran fəlsəfə təlimləri.

Qavramsal lüğətdə:
Ərəb: əxlaq “yaradılış, xasiyyətlər” kökündən gəlir. Bəzən yaxşılıq, ya da düzgünlük sözləriylə yoldaş mənada istifadə olunur. Cəmiyyətin xoş gördüyü davranış formalarıdır. Əxlaqi olan “insanların qarşı çıxmadığı” dır deyilə bilər. Əxlaqsızlıq isə bunun tam tərsidir. Hadisə anındakı fərziyyələrə əks davranışdır. Ümumiyyətlə fəlsəfə, din, cəmiyyətin birləşdiyi bir mülahizə vardır. “Qızıl qayda” adıyla bilinən bir qanun “əxlaqi davranış” ın özünü sərgiləyər . “Özünə davranılmasını istədiyin kimi davran” Bu, Immanuel Kantdan İsa peyğəmbərə qədər qəbul görmüş əxlaqi özdür.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus