SEVGİ VƏ EQO

Xüsusi

Əgər sevsən, özünlə bağlı sahib olduğun bütün fikirləri buraxmaq məcburiyyətində qalacaqsan. Əgər sevsən,  eqo ola bilməzsən, çünki eqo, sevgiyə icazə verməyəcək. Onlar uzlaşa bilməzlər. Əgər eqonu seçsən, sevgini seçə bilməyəcəksən. Əgər sevgini seçsən, eqonu buraxmaq məcburiyyətində qalacaqsan, bundan dolayı qorxunu da. Sən nə zaman sevsən, ölümdən daha böyük bir qorxu səni pəncələrinə alar. Buna görə də sevgi yer üzündən silinib. Nadir olaraq, çox nadir olaraq  sevginin axması hadisəsi gerçəkləşir.

Sənin sevgi dediyin şey sadəcə saxta bir puldur: Sən onu kəşf etmisən, çünki sevgisiz yaşamaq çox çətindir. O çətindir, çünki sevgi yoxkən həyatın heç bir anlamı yoxdur; o anlamsızdır. Sevgi olmadan həyatın içində heç şeir yoxdur. Sevgi olmadan ağac var, amma əsla çiçəklər yoxdur.
Sevgisiz yaşamaq mümkün deyil, bu səbəblə insanlıq bir hiylə yaradıb. İnsanlıq bir hiylə, bir saxta sistem yaradıb. Bu sistem budur: Saxta sevginin içində yaşa ki, beləliklə, eqon davam edə bilsin. Heç bir şey dəyişməz və sən sevgi içində olduğun oyununa davam edə bilrəsən: Sevdiyini düşünməyə davam edə bilərsən. Sevdiyinə inanmağa davam edə bilərsən. Lakin sevginə bir bax – onun içindən nə çıxar ? – iztirabdan başqa heç bir şey, cəhənnəmdən başqa heç bir şey, qarşıdurmadan, münaqişədən, şiddətdən başqa heç bir şey.

Sevgi münasibətlərinə dərindən bax. Onlar sevgi münasibətindən çox nifrət münasibətinə bənzəyir. Onları sevgi münasibəti olaraq adlandırmaqdansa, nifrət münasibəti olaraq adlandırmaq daha yaxşıdır. Lakin hər kəs eyni şəkildə yaşadığı üçün əsla fərqinə vara bilməzsən. Hər kəs saxta pulu gəzdirir; əsla fərqində ola bilməzsən. Sevginin gerçək pulu çox bahalıdır. Onu, sadəcə özünü itirmək bahasına satın ala bilərsən. Bunun başqa bir yolu yoxdur.

Eqo saxta bir varlqıdır, sadəcə bir məfhumdur, varlığının göyündəki bir buluddur. Sadəcə duman, maddi bir şey deyil; bir yuxu. Sevgi, sənin sahib olmadığın şeyi buraxmalı olduğunu gərəkli edir və sevgi sənə sahib olmuş olanı və hər zaman sahib olacağını verməyə hazırdır. Sevgi sənə ÖZ -ünü geri verir; eqo səni özündən gizlətməyə davam edir, sevgi səni özünə açar. Lakin qorxu vardır. Qorxu təbiidir və insan qorxusuna rəğmən getmək məcburiyyətindədir.

Cəsur ol, qorxaq olma. Varlığının gerçək cəsarəti, sadəcə sevgi ortaya çıxdığı zaman test edilər. Ondan öncə heç bir zaman nə cür bir cəsarətdən yaradıldığını bilə bilməzsən. Gündəlik həyatda, iş həyatında, onu və ya bunu edərkən, arzunun dünyasında və güc siyasətlərində gerçək cəsarətin əsla test edilməz. Əsla odun içindən keçə bilməzsən.

Sevgi oddur.

Sevgi nə üçün çox acı verir?

Sevgi acı verər, çünki o səadət üçün yol açar. Sevgi acı verər, çünki o dəyişdirər, sevgi mutasiyadır.

Hər dəyişmə acı verici olacaq , çünki köhnə yeni uğruna tərk edilmək məcburiyyətindədir. Köhnə tanışdır, güvənlidir, təhlükəsizdir, yeni olan tamamilə bilinməzdir. Heç yelkən açmamış okeanlara doğru hərəkət etmə halındasan. Yeni olanla zehnindən istifadə edə blməzsən; köhnə olanla zehin bacarıqlıdır. Zehin sadəcə köhnə olanla işləyə bilər; bütünüylə istifadəyə yararsızdır.

Buna görə də qorxu yüksəlir və köhnəni, komfortlu olanı, güvənli dünyanı, rahatlığın dünyasını tərk edərkən qorxu yüksəlir. Bu, uşağın anasının bətnindən çıxarkən hiss etdiyi acının eynsidir. Bu,  quşun yumurtadan çıxarkən çəkdiyi acının eynisidir. Bu, quşun ilk dəfə qanadlanmağa çalışdığı zaman hiss edəcəyi qorxunun eynisidir. Bilinməyən qorxusu və bilinənin güvənlik duyğusu, bilinməyənin güvənsizliyi, bilinməyənin təxmin edilməzliyi insanı son dərəcə qorxudur.

Və dəyişmə, bir özün olmama halına olacağı üçün iztirab çox dərindir. Lakin sən, iztirabın içindən keçmədən, xoşbəxtlikdən özünü itirə bilməzsən. Çünki qızıl saflaşdırılacaqsa, oddan keçməlidir.

Münasibət bir güzgüdür və sevgi nə qədər safdırsa, sevgi nə qədər yüksəkdirsə, güzgü o qədər təmiz olacaqdır. Lakin, daha yüksək sevgi, sənin açıq olmağını gərəkli edir. Daha yüksək sevgi sənin kövrək olmağını gərəkli edir. Zirehini buraxmaq məcburiyyətindəsən. Bu, acı verir. Davamlı olaraq müdafiədə olmamalısan. Hesabçı zenini buraxmaq məcburiyyətindəsən. Riskə getmək məcburiyətindəsən. Təhlükəli bir şəkildə yaşamaq məcburiyyətindəsən. Digəri səni incidə bilər; kövrək olmaqla bağlı qorxu budur. Digəri səni istəməyə bilər; aşiq olmaqdakı qorxu budur.

Digərində tapacağın öz yansıman çirkin ola bilər; problem budur. Güzgüdən uzaq dur. Lakin, güzgüdən uzaq duraraq gözəlləşə bilməyəcəksən. Uçurumdan qaçınaraq inkişaf edə bilməyəcəksən. Meydan oxuma qəbul edilmək məcburiyyətindədir.

İnsan, sevginin içinə girmək məcburiyyətindədir. Bu, Tanrıya doğru ilk addımdır və o, aradan çıxardıla bilməz. Sevgi pilləsini aradan çıxarmağa çalışanlar, Tanrıya çata bilməyəcəkdir.

Sevgi açıq bir göy üzüdür. Sevmək qanadlanmaqdır. Lakin sərhədsiz göy üzü mütləq qorxu yaradar.

Və eqonu buraxmaq çox acıdır, bizə, eqonu yetişdirməyimiz öyrədilmişdir. Eqonun, bizim yeganə xəzinəmiz olduğunu zənn edirik. Biz onu qorumaqla məşğuluq, biz onu bəzəməklə məşğuluq, biz onu davamlı olaraq parlatmaqla məşğuluq və sevgi qapını döyəndə, sevginin içinə girmək üçün edilməli olan yeganə şey, eqonu bir kənara buraxmaqdır. Mütləq acı verər.

Sevgi problem yaradar. Bu problemlərdən, sevgidən qaçaraq qurtula bilməzsən. Lakin, bunlar son dərəcə həyati problemlərdir. Onlarla üzləşmək, qarşılaşmaq məcburiyyətindəsən; onlar yaşanmaq məcburiyyətindədir və onların içindən və o tərəfinə keçmək gərəkdir. Və o  tərəfinə keçmək üçün yol içindəndir.

Biz artıq sevgi deyilən macəraya atılmaq üçün kifayət qədər cəsur deyilik.

Buna görə də insanlar sekslə maraqlanırlar. Çünki seks riskli deyil. O anlıqdır, daxil olmursan. Sevgi daxil olmaqdır; o təslimiyyətdir. O anlıq deyildir. Bir dəfə kökləndiyiniz zaman, o sonsuza qədər qala bilər. O həyat boyu davam edən bir daxil olmadır. Sevginin yaxınlığa ehtiyacı var və sən sadəcə yaxın olduğun zaman digəri bir güzgüyə çevrilir. Bir kişi və ya qadınla cinsi olaraq görüşdüyün zaman,  görüşmüş belə sayılmazsan; əslində digər insanın ruhundan qaçmısan. Sadəcə bədəndən istifadə etdin və qaçdın və digəri də sənin bədənindən istifadə etdi və qaçdı. Əsla bir-birinizin original üzünü açığa vuracaq qədər yaxın olmadınız.

Sevgi ən böyük Zen koan-ıdır.

O acı verər, amma ondan qaçma. Ondan qaçsan, ən böyük inkişaf fürsətindən qaçmısan. Onun içinə gir, sevginin iztirabını yaşa, çünki iztirab vasitəsilə böyük bir xoşbəxtlik gələr. Bəli, bir eqo olaraq ölməli olacaqsan, ama əgər eqo olaraq  ölə bilsən, bir Tanrı olaraq, bir Budda olaraq doğulacaqsan. Və sevgi sənə Tao-nun, Təsəvvüfün, Zen-in ucundan ilk dəfə dadına baxdırar. Sevgi sənə Tanrının olduğunun, həyatın anlamsız olmadığının ilk sübutunu verər.

Bir damla olaraq yox ol və bir okean ol , amma sevgi qapısından keçməli olacasan.

Və mütləq insan bir damla olaraq yox olmağa başladığı zaman  və insan uzun müddətdir ki, bir damla olaraq yaşamışkən bu acı verər. Çünki insan, “Mən buyam və indi bu gedir. Ölürəm.” zənn edər. Sən ölmürsən, amma bir xəyal ölür. Sən xəyalla eyniləşmişdin, doğrudur, amma xəyal hələ də bir xəyaldır. Və sadəcə xəyal getdiyi zaman sən kim olduğunu görə biləcəksən. Və bunun ortaya çıması,  səni sevincin, səadətin, şənliyin ən yüksək zirvəsinə aparar.


Mənbə: Osho – “Eqo” kitabı

Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

EQZÜPERİ – NİN DUASI

Xüsusi

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, sEqzüperinin duasıəndən hər günüm üçün güc verməyini diləyirəm.
Mənə kiçik addımların sirrini öyrət.
Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə.
Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazimi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası, ölçü hissini qorumağı öyrətməyini istəyirəm.
Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et.
Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə.
Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların, həyatın təbii tərkib hissəsi olmasını  adi qəbul edim.
Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin.
Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət.
Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat.
Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.
Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin.
Həyatda nəyinsə gözümdən qaçmağına mane ol.
Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver.
Mənə kiçik addımalrın sirini öyrət, İlahi!


Mənbə: Antuan dö Sant-Eqzüperi – “Balaca Şahzadə” kitabı

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ARZULARINIZI EDİN!

Xüsusi

muxt%c9%99lif-insanlarHal hazırda dünyanın müxtəlif nöqtələrində yaşayan 3 nəfər insanla fikir mübadiləsi aparıram. Hər biri ilə aramda minlərlə km var. Bu insanların heç biri bir birini tanımır. Müxtəlif yaşdadırlar: 55, 44, 27. Müxtəlif dini baxışları vardır: Provaslav; deist və müsəlman. Lakin onları birləşdirən səlist məntiq, iti zəka, inanılmaz daxili güc və çox dərin insan olmalarıdır. Hər üçünü çox istəyirəm. Cünki hər dəfə hər biri ilə söhbətdə bunu onlara deməsəmdə nə isə öyrənirəm. Müxtəlif mövzulara müxtəlif yanaşmaları analız edib bəzi məqamları bölüşmək istəyirəm.

Arzu və ona münasibət
Əzəldən insan oğlu istənilən məsələyə yalniz ikili baxış formasından yanaşmışdır. Yaxşı və ya pis, güclü gücsüz, ağıllı dəli, savab günah, ürək beyin, gecə gündüz və s . Zənnimcə arzuya yanaşmadada insanlar iki qrupa bölmək olar.
arzu-v%c9%99-x%c9%99yal1-ci qrup Arzu edib lakin bu arzuya nail olmaq üçün heç bir addım atmayan insanlardır. Əslində cəmiyyətin böyük əksəriyyətin bu tip insanlardan ibarətdir. Onlar öz arzuların beşikdəcə boğurlar. Bunuda maddiyyat, mənəviyyat, zaman, məkan, ətraf mühüt, cəmiyyət bəhanələri ilə əsaslandırırlar. Əslində isə problemin kökündə yalnız təlim və tərbiyyədəki problemlərdən doğan özünə inamsızlıq hissi durur. Bu isə zəifliyin ən əsas göstəricisidir. Will Smith-in çəkildiyi “Ümüdünü itirmə” ( В погоне за счастьем) filmində gözəl bir səhnə var. Will Smith ogluna nəsiyyət olaraq deyir: Sən nə isə bacarmayacaqsan deyən heç kimə qulaq asma. Hətta mənə belə. Başa düşdün? Əgər arzun varsa onu qoru. Heç nə bacarmayan insanlar, səndə alınmayacaq deyə səni inandırmağa çalışacaqlar. Sən isə qarşına məqsəd qoy və ona nail ol. Nöqtə.
2-ci qrup Arzularına nail olmaqdan qoxmayan və bu yolda bütün güclərini sərf edən insanlardır. Bu insanlar başa düşürlər ki, hərəkətsiz arzu istək olaraq qalır. Onlar güclü xüsusiyyətləri ilə yanaşı nüvəsində özünəinam hissi olan azad fikrə malikdirlər. Onlar üçün digərlərinin fikri məsləhətdən başqa bir şey deyil. Azad fikrli olduqları üçün həmişə müstəqil qərar vermək kimi bacarığa sahibdirlər. Onlar başa düşürlər ki, istənilən vəziyyətdə verəcəkləri qərarın düzgün olub olmamasından aslı olmayaraq hərəkətsizlik özünəinamın itməsi ilə nəticələnəcəkdir. Cünki verilən qərar düz olduğu təqdirdə bu arzuya çatmaq, həyat sevgisini dahada artırmaqdısa, səhv olduğu tədqirdə nəticəni bilməklə onu digərlərindən fərqləndirən mərdlik və özünəinam hissini qorumaqdır , bu isə yeni arzuları gedən yolda mayakdır. Lakin qətiyyətsizlik, qərar verməkdən qorxu hissi, nəticənin səhv və ya düz olacağından aslı olmayaraq qalan ömrünü atmağa qorxduğun addımın təəsüfü ilə yaşamaq qədər əzabverici heç nə yoxdur. Daha bir misal kimi Jek Nİkolsonun çəkildiyi Ququşü yuvası üzərindən uçarkən (Пролетая над гнездом кукушки) filmində psixiatrik dispanserin xəstəsi olan Jek həkimdən onlara dünya çempionatına baxmağa icazə verməsini istəyir. Lakin həkim buna icazə vermir və bu məsələni səs verməyə çıxarır. Pasientlərin əksəriyyəti həkimdən qorxaraq Jekin əleyhinə səs verir və dünya çempionatına baxmaqdan imtina edirlər. Sonrada Jek otağın ortasında olan beton plitəni çıxarıb həmən deşikdən qaçaraq şəhərdə bu yarışa baxacağını bildirir. Yenədə ətrafındakı insanlar ona inamsızlıqlarını ifadə edir, bu betonun çıxarılmasının mümkünsüzlüyünü bildirir və onunla mərc edirlər. O isə bütün gücünü sərf edərək betonu çıxartmağa çalışır, sözsüz ki bu onda alınmır. O ətrafdakı baxışları süzərək, ilk baxışda adi amma əslində özünəinamın göstəricisi olan MƏN HEÇ OLMASA CƏHD ETDİM… deyir.

2-ci qrupa aid insanlar həyatdan nə istədiklərin dəqiq bilirlər. Bu qrupa aid insanlar özləridə 2 qrupa bölünür:
2.1 -lər. Bu insanlar nə istədiklərin hətta bu arzuya gedən yolu da dəqiq bilirlər. Onlar qətiyyətlidirlər. Arzuya gedən yolda zəif insan başlarını taptalamaqdan belə çəkinmir, güclülər qarşısında isə əksinə ikiqat təzim edirlər. Nəticə olaraq onlar bir çox hallarda Arzularına çatırlar.Əslində onlara ləyaqətsiz, şərəfsizdə demək olar amma inanın ki, bu onların heç vecinədə deyil.
2.2-lər. Onlarda öz arzularından qorxmur. Hər zaman irəli getmək haqqında düşünürlər. Onları boz kütlədən asanlıqla seçmək olar. Onlar gülərkən sanki ətrafa nur saçırlar. Qətiyyətlidirlər. Əksər hallarda arzularına çatırlar. Lakin onların azrusu digərlərinin xoşbəxtliyinə xələl gətirə biləcəyi halda onlar bu arzudan imtina etməyi bacarırlar.Cünki onlar dünyanı dərk etmişlərdirlər. Onlar əsl xoşbəxtdirlər.
arzuSonda Həyat haqqında nə düşünürsünüz? Hər şey bizim əlimizdədirmi?
Bəli. Hər şey bizim əlmizdədir. Xoşbəxtlik kiçik detallardadır. Kəpənəyin uçmasında, qarın yağmasında, sevdiklərinizin gülüşündə. Arzularınızdan qorxmayın. Xoşbəxt və azad olmaq sizin haqqınızdır. Onsuzda bu dünyadan heç bir halda heç kim sağ qurtara bilməyəcəkdir. Xoşbəxt olun!!!

Müəllif: Vüqar Əliyev

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

MEDİTASİYA NECƏ EDİLİR?

Xüsusi

Meditasiya necə edilir?
Meditasiya bir vasitədir.
Stresin öhdəsindən gəlməyimizə, bədən sağlamlığımızı gücləndirməyimizə, xroniki ağrılarımızı keçirməyimizə, daha yaxşı yatmağımıza, daha xoşbəxt hiss etməyimizə, daha hüzurlu olmağımıza və anda olmağımıza yardımçı olan möhtəşəm bir vasitədir. Daha dərin bir müstəvidə, meditasiya, bilinməyənə açılan bir qapıdır. Kim olduğumuz sirrini aralamağımıza yardımçı olar.

Meditasiyaya ilk dəfə başladığımız zaman zehnimizin nə qədər itaətsiz olduğunu görmüş olarıq. Zehnimizin, davamlı olaraq dağılmasına şahid olarıq. Keçmişlə və ya gələcəklə bağlı təkraralanıb duran düşüncələrlə, mağazadan almalı olduğumuz şeylər kimi gündəlik həyat iç-içə keçmiş vəziyyətdədir. Sanki, çılğın bir filmin tam ortasında dayanmış kimiyik.

Meditasiyaya başladığımız zaman, “necə də idarə edilə bilməyən  bir zehnimiz var” deyə ürəyimiz sıxılmasın.  İlk dəfələrdə zehnimizin çox dağılması təbiidir. Zamanla, düşüncə yığınları ilə  rahatlıqla işləməyi öyrənəcək, biraz şəffaflıq və hüzur təmin edəcəyik.

Meditasiyaya necə başlamalı olduğunuza dair bir neçə sadə ipucu:

1. DURUŞ. İstər stulda oturaq, istərsə də yerdə bardaş qurmuş olaq, başımızın və onurğa iliyimizin dik durduğundan əmin olaq. Əgər çökmüş vəziyyətdə olsaq, zehnimiz də axıb gedər. Bədənimiz tarazlıqdadırsa, zehnimiz də tarazlıqda olacaqdır. Dik dura bilmək üçün başımızın göy üzünə dəydiyini xəyal edək.

2. GÖZLƏR. Gözlərimizi açıq saxlamağa çalışaq. Açıq gözlər, anda daha çox olmağımızı təmin edər. Gözlərimizi xəfifcə endirək və müəyyən bir nöqtəyə baxaq. Gözlərimizi yumduğumuz zaman, düşüncələrə və xəyallara daha çox qapılırıq. Yenə də bizə ən rahat gələni etməyimiz daha önəmlidir. Bəziləri gözlərini bağlayanda, belə onlar üçün daha məhsuldar olur. Nəyin bizə yaxşı təsir etdiyini yoxlayıb görmək laızmdır.

3. DİQQƏT. Adi  şüur vəziyyətində mövcud olan anda çox az oluruq. Məsələn, xüsusuilə zehnimiz düşüncələrlə dolu ikən avtomobili avtomatik pilotda idarə edirik. Birdən gedəcəyimiz yerə gəlirik və yol boyunca olub keçənləri xatırlamırıq.

Buna görə də meditasiya, həyatımıza gözlərimizi açmağın ən möhtəşəm yoludur. Başqa cür təcrübələrimizin çoxunu gözdən qaçırırıq, çünki zehnimizdə davamlı olaraq başqa bir yerlərdəyik. Diqqətimizi nəyə verdiyimizə baxaq. Adi həyatda diqqətlə konsentrasiyanı eyni şey kimi görməyə meyilliyik. Konsentrasiya, intesnsiv bir işıq şüası kimidir. Amma meditasiyada o çeşid bir zehin çox kəskin və hüzursuz olduğuna görə faydalı oMeditasiya necə edilir?lmaz. Meditasiyada fokuslanmaq, fərqindəlik mərkəzinə qoyduğumuz şeyə yumşaq bir şəkildə diqqəti vermək deməkdir. Əksərən, fokus olaraq nəfəsi istifadə etmək tövsiyyə edilir. Nəfəs, “içi” və “çölü” birləşdirən təbii bir qapı kimidir. Zen ustadı Tony Packer-in dediyi kim: ” Diqqət hansısa bir yerdən gəlməz. Səbəbi yoxdur. Kiməsə aid deyildir.”

4. NƏFƏS. Nəfəsə diqqəti vermək, özümüzü bu anda sabitləməyin ən yaxşı yoludur. Nəfəs alıb verməyimizə diqqət edək. Nəfəsimizi idarə etməyək, ehtiyac yoxdur, təbii axarına buraxaq.

5. NƏFƏS SAYMAQ. Əgər meditasiyaya girməkdə çətinlik yaşayırıqsa, ən qədim yollardan biri olan nəfəs saymağa çalışa bilərik. Hər nəfəsdə içimizdən sayaq. Nə zaman düşüncələrin bizi əhatə etdiyini fərq etsək, o zaman əvvələ qaydaq. Bu şəkildə, hər dəfə “bir” dediyimiz zaman indiki ana gəlmiş olarıq.

6. DÜŞÜNCƏLƏR. Düşüncələrin zehnimizi əhatə etdiyini fərq etdiyimiz zaman, diqqətimizi nəfəsimizə yönəldərək düşüncələrin yavaş-yavaş keçib getməyinə izin verək. Düşüncələri dayandırmağa çalışmayaq, belə etmək sinilrərimizi poza bilər. Qapımızda istəmədiyimiz qonaqlarımız olduğunu düşünək, varlıqlarını qəbul edək və nəzakətlə onlardan getməklərini istəyək. Sonra isə diqqətimizin yumşaq işığı nəfəsimizi aydınlatsın.

7. DUYĞULAR. Güclü duyğularla boğuşarkən meditasiya ilə məşğul olmaq çox çətindir. Çünki bəzi duyğular, zehnin qurduğu hekayələri qidalandırmağa meyillilik göstərir. Xüsusilə, hirs, utanc və qorxu zehinlərimizdə davamlı olaraq təkrarlanan hekayələr yaradır. Hirs və utanc, bizi davamlı olaraq keçmişə, keçmişdəki hadisələrə baxdırır. Qorxu isə gələcəyə dair bizi narahat edir. Meditasiyada güclü duyğuların öhdəsindən gəlməyin bir yolu da , duyğunu müşayiət edən fiziki hisslərə fokuslanmaqdır. Məsələn, sinə ətrafında kip bir qorxu zolağı və ya qarında qızğın bir hirs çevrəsi ola bilər. Bu şəkildə duyğularımızı ucaltmış, amma hekayələrə üz verməmiş olarıq.

8. SƏSSİZLİK. Səssizlik şəfadır. Ətrafda xeyli “meditasiya musiqisi” var, amma heç biri bəsit bir səssizliyin yerinə keçə bilməz. Səssizcə oturduğumuz zaman, zehnimizin əslində nələr etdiyini təcrübə etmiş olarıq. Səssizcə oturaraq sakitlik və dinclik gələr. Zamanla, xarici və daxili səssizlik görüşər və anın içində dincəldiyimizi görərik.

9. MÜDDƏT. İlk dəfələrdə sadəcə 10 dəqiqə ilə başlayaq, əgər çox qısa müddət oturduğumuzu hiss etsək, biraz da oturaq. Daha uzun müddətli meditasiya etmək üçün hazır deyiliksə, özümüzü məcbur etməyək. Zaman içində metitasiya müddətimizi 25 dəqiqəyə kimi uzada bilərik.

10. ŞƏRAİT. Otura biləcəyimiz gözəl bir şərait yaratmaq da gözəldir. Meditasiya üçün oturduğumuz yerə bir heykəl, şamlMeditasiya necə edilir?ar və bizim üçün anlamlı olan əşyalar da qoya bilərik. Gəzərkən topladığımız bizə xitab edən daşları, dəniz qabıqlarını və çiçəkləri də ora qoya bilərik.

11. ZÖVQ. Hər şeydən önəmlisi, meditasiyadan keyif almaqdır. Kiçik bir gülümsəmə ilə oturmaq, xoşumuza gələ bilər. Özümüzə qarşı mehriban olaq. Hər gün birazca daha çox oturmağa çalışaq. Meditasiya vərdişi qazanaq.

Mənbə: www.ruhsalyasam.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

OŞO – “GÜC, SİYASƏT VƏ DƏYİŞİKLİK”

Xüsusi

OŞO - "GÜC, SİYASƏT VƏ DƏYİŞİKLİK"KİTABDAN SEÇMƏLƏR:

Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.

Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.

Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!

Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr.

Nixon, başqalarının telefon danışıqlarını dinləyərkən yaxalandı və nəhayət, prezidentlikdən  istefa etmək məcburiyyətində qaldığı zaman, Mao Zedongun şərhi diqqətə layiq idi. “Bunu hər siyasətçi edər. Bunda özəl bir durum yoxdur, niyə bu qədər  böyüdürlər? Zavallı Nixon sadəcə olaraq bunu edərkən yaxalandı.” dedi.

Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü  ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.

Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.

Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil.

Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış.

Fərqindəliklə edilən hər şey gözəl ola bilər; eyni hərəkət, fərqindəlik olmadan çirkinləşə bilər.

Dolayısı ilə xatırlanmalı olan ilk şey, qorxu ilə hərəkət etməyin doğru yol olmadığıdır.

Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.

Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur.
İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.

Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır.. irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.

Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən.
Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən.

Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən,  ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir.

İşıq, sevgi və yaradıcılıq, heç kimə hökm etməklə maraqlanmaz. Nə üçün?  Başqası başqasıdır; nə sən kiməsə hökm etmək istəyərsən, nə də başqasının sənə hökm etməyini istəyərsən. Azadlıq, sadəcə birazca oyanıq olmağın ləzzətidir.

Dünyada indi yaşayan çox az insan var. Həmişə ya keçmişdə, ya da gələcəkdə yaşayırlar.

Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik.

Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı öyrədirəm və gözləməməyi.

Qadınlar kişilərdən nə aşağıdır, nə də üstündür. İkisi insanlığın iki fərqli cinsidir, müqayisə edilə bilməzlər. Müqayisənin özü axmaqlıqdır və müqayisə etməyə başlasan, başına dərd açacaqsan.

Sadəcə axmaqlar müharibə etməyə davam etdi; bütün ağıllı insanlar nəyin doğru, nəyin yalnış olduğuna qərar verməyin yollarını tapmaqla məşğul idi.

Hindistanda, hər filosofun bütün Hindistanı gəzməyi, digərlərinə meydan oxumağı bir ənənə idi. Meydan oxumaq düşməncə deyildi, bunu anlamalısan. İkinci səviyyədə düşmənlik yoxdur; iki tərəfdə də həqiqəti axtaran insanlar vardır. Dostca bir vəziyyətdir, dava deyil; ikisi də həqiqətin qalib gəlməyini istəyər. Heç kim digərinə qalib gəlməyi istəməz. Məsələ qətiyyən bu deyil.

Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: “Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır.”  Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.

Azadlıq, müsbət bir anlayışdır.

Və bir araşdırmaçı,  nəyin yaxşı, nəyin pis olduğu barədə düşünməməlidir; sadəcə araşdırmalı, izləməli, müşahidə etməlidir.

Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır.
Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.

“Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər.  Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır.

Həyat vicdanlı deyilmiş, adil deyilmiş kimi gəlir, çünki əlimzidən bir oyuncaq aldı. İnsan, belə böyük nəticələrə gəlməkdə təsəlməməlidir. Bir az da gözlə. Bəlkə bütün dəyişikliklər hər zaman yaxşılığadır. Sadəcə kifayət qədər səbrli olmalısan. Həyatı bir az daha sərbəst buraxmalısan.

Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook