KEYFİYYƏTLİ HƏYAT ÜÇÜN 95 QIZIL TÖVSİYYƏ

Keyfiyyətli bir həyat yaşamaq, hamımızın ortaq arzusu və haqqıdır. Həyat tərzinizdə edəcəyiniz müəyyən dəyişikliklər, standartlarınızı yüksəltməyinizə köməkçi ola bilər.

1. Səhər yeməyini vərdiş halına gətirin. Səhərlər, səhər yeməyi yeyərkən günə yüksək enerji ilə başlamağınızı təmin edən qidalar yeməyi unutmayın.
2. Bir həftəliyinə qlutensiz qidalanın. Aparılan araşdırmalar, üzərində işlənmiş taxılların həzmə əngəl olduğunu göstərir. Həyatınızdan buğdanı və ya arpanı çıxararaq enerji səviyyənizi yüksəldin.
3. Yemək bişirin. Yemək kitabları alaraq ya da internetdə reseptlər araşdıraraq yemək bişirməyi öyrənin. Həm daha qənaətcil, həm də daha sağlam qidalanın.
4. Qeyd dəftəri istifadə edin. Etdiyiniz qeydləri əlinizlə yazmaq, daha asan xatırlamağınıza kömək olar. Tamamladığınız işləri işarələmək isə ayrı bir zövq verəcəkdir.
5. Bitki yetişdirin. Əgər bir baxçanız yoxdursa, pəncərənizin kənarında, çiçək, meyvə və ya tərəvəz yetişdirin.
6. Tullantılarınızı gübrəyə çevirin. Bioloji olaraq torpaqda həll ola bilən qidalar, gübrə olaraq çox təsirlidir. Xüsusilə, baxçanız varsa, tullantılarınızı gübrəyə çevirin.
7. Könüllü olun. Həm özünüzə, həm də çevrənizə faydalı olacaq işlər görə bilmək üçün könüllü olun. Könüllü işlərdə çalışırsınızsa, sahə və ya məkan dəyişikliyi edin.
8. Hər gün özünüz üçün bir şey edin. Özünüzə, sadəcə zövq aldığınız fəaliyyətlər  üçün zaman ayırmağı unutmayın.
9. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin. Özünüzü inkişaf etdirmək üçün hər zaman fürsətiniz vardır. İşə, e-poçtlarınızı daha anlaşıqlı və yazı qaydalarına uyğun şəkildə yenidən hazırlayaraq başlaya bilərsiniz.
10. Divarlarınızın rəngini dəyişdirin. Ən yaxın inşaat marketinə gedərək hər hansı bir rəngdə boya alın və otaqlarınızı boyayın. Dəyişim və spontanlıq, hər kəs üçün yaxşıdır.
11. Konfranslara qatılın. Nə qədər təcrübəniz olursa olsun, özünüzü inkişaf etdirmək, yeniliklərdən xəbərdar olmaq və fərqli baxış bucaqları ilə tanış olmaq üçün konfranslara qatılın.
12.  Yeni bir idmana başlayın. Qaçın, qolf oynayın və qayaya dırmaşın. Seçiminizi edərkən çox pul xərcəməməyə və asan olan addımdan başlamağa diqqət edin.
13. Yeni bir xarici dil öyrənin. Ana dilinizə yaxın qrammatika formalı xarici dilləri öyrənmək daha asandır. Əlavə bir xarici dil öyrənmək üçün səy göstərin.
14. Təqaüdünüz üçün yığmağa başlayın. Gəliriniz nə qədər olursa olsun, təxirə salmadan və gecikdirmədən təqaüdünüz üçün pul toplmağa başlayın.
15. Mebellərinizin yerini dəyişdirin. Mebellərinizin yerləşməsini dəyişdirərək, sürətli və asan bir şəkildə evinizin havasını dəyişdirin.
16. Yoqa ilə məşğul olun. Günün stressindən qurtulmaq, əzələlərinizi işlətmək və dinc hiss etmək üşün yoqa ilə məşğul olmağa başlayın.
17. İstifadə etmədiyiniz geyimlərinizi bağışlayın. Beləcə, həm dolabınızda yer açılacaq, həm də comərdlik sizi yaxşı hiss etdirəcək.
18. Söz dağarcığınızı inkişaf etdirin. Hər gün yeni bir kəlmə öyrənərək həm öz dağarcığınızı, həm də liberal təhsilinizi inkişaf etdirin.
19. Çalışarkən, klassik musiqi dinləyin. Daha məhsuldar çalışa bilmək və dinc hiss edə bilmək üçün çalışarkən klassik musiqi dinləməyi yoxlayın.
20. Klaviaturanı, daha sürətli istifadə etməyi öyrənin. İnternetdəki yazı yazma oyunları və ya proqramları ilə klaviaturadan istifadə etmə sürətinizi və dolayısı ilə məhsuldarlığınızı artırın.
21. Bir kitab klubu qurun və ya bir kluba üzv olun. Bir kluba üzv olaraq, kitab oxuma motivasiyanızı artırın.
22. Təcili vəziyyət fondu yaradın. Həyatda, qarşınıza nə zaman nə çıxacağı bəlli olmaz. Pul toplamağınızla yanaşı, təcili vəziyyət fondu da yaratmağı unutmayın.
23. Başqalarının nə düşündüyünə önəm verməyin. Özünüz olun və başqalarının sizin haqqınızdakı düşüncələrini özünüzə dərd etməyin.
24. Heyvanları tanıyın. Zooparkları və ya akvariumları ziyarət edərək həm heyvanlar haqqında bilginizi inkişaf etdirin, həm də xoş vaxt keçirin.
25. Ağız sağlamlığınıza diqqət edin. Nizamlı olaraq ağız baxımınızı edin. Ehtiyaclarınıza uyğun bir diş fırçası və məcunundan istifadə edin.
26. Hədiyyə verin. Özünüz üçün alış-veriş edərkən, sevdikləriniz üçün kiçik hədiyyələr alaraq onları gülümsədin.
27.  Evinizin havasını dəyişdirin. Yaşadığınız yerdə hava filteri istifadə edərək, nəfəs alamada istifadə etdiyiniz havanı, burnunuza, hava yollarınıza və ağciyərlərinizə zərərli hissəciklərdən arındırın.
28. Həyatdakı gözləntilərinizin fərqində olun və arxasınca gedin. Nə istədiyinizi bilin. Hədəflərinizi müəyyən etdikdən sonra hərəkətə keçin.
29. Fərdi inkişaf CD-lərini dinləyin. Xüsusuilə də yolda keçirdiyiniz zamanı dəyərləndirə bilmək üçün fərdi inkişaf CD-ləri əldə edin.
30. Alət çalmağı öyrənin. Yeni bir alət çalmağı öyrənin və özünüzü inkişaf etdirə bilmək üçün nizamlı olaraq zaman ayırın. Online kurslardan yararlanın.
31. Dünyadan xəbərdar olun. Ölkələrin paytaxtlarını, pul vahidlərini və bayraqlarını öyrənin. Oyunlardan yardım alaraq, prosesi zövqlü hala gətirin.
32. Kiçik şeylərdən zövq alın. Gözəl bir qoxudan ya da ləzzətli bir içkidən zövq alın.
33. Avtomobilinizi təmizləyin. Avtomobilinizi hər gün istifadə edirsinizsə, təmiz və səliqəli olmağına diqqət edin. Kirli və dağınıq bir nəqliyyat vasitəsi sizi əlavə stressə salacaq.
34. Hər gün sizi qorxudan bir şey edin. Çəkindiyiniz şeylərdən uzaq durmaq sizi rahatlatsa da, kəşf edə bilmək və inkişaf edə bilmək üçün güvənli bölgənizdən çıxın.
35. Kompliment edin. Kompliment etmək, nəzakətin göstəricisidir və qarşınızdakının yaxşı yönlərini görməyinizi təmin edər.
36. Daha öncə heç yemədiyiniz şeylər yeyin. Həm damaq dadınızı inkişaf etdirin, həm də yeni dadlar kəşf edin.
37. Həftədə 3 dəfə ağırlıq qaldırma ilə məşğul olun.  Evinizdə bir neçə dəqiqənizi ayıraraq ağırlıq qaldırma məşqləri edin, bədəninizdəki əzələ səviyyəsini artırın.
38. Gündəlik proqramınızda öncəlik sırası edin. Ediləcəklər siyahınızın ən önəmli və çətin maddələrini ilk sıralara keçirin. Beləcə, maddələri tamamladıqca rahatlaya bilərsiniz.
39. Müəllim olun. Özünüzü, yetkin hiss etdiyiniz hər hansı bir mövzudakı bilginizi, öyrənmək istəyənlərlə paylaşın.
40. Çox təvazökar olmayın. Siz qabiliyyətlərinizi kiçik hesab edəndə, qarşınızdakılara da bunu etmək üçün fürsət verirsiniz. Özünüzü önəmsiz görməyin.
41. Evinizdə və iş yerinizdə yaşıla yer açın. Mühitdəki oksigen istehsalını artırmaq və otağınıza canlılıq qatmaq üçün bitkilərdən yardım alın.
42. Ailənizi tanıyın. Ailənizlə birlikdə böyümüş olsanız da, onlar haqqında bilmədiyiniz çox şey ola bilər. Onları tanımaq üçün zaman ayırın.
43. Fikir sahibi olun. Sizin üçün önəmli olan bir mövzu haqqında araşdırma apararaq bilgi və fikir sahibi olun. Fikirlərinizi, başqaları ilə paylaşmaqdan çəkinməyin.
44. Sosial şəbəkədə keçirdiyiniz zamanı azaldın. Bu müddətdə, sosial şəbəkə üzərindən ünsiyyət qurduğunuz dostlarınızla üz-üzə görüşün.
45. Mənfilikləri neytrallaşdırın. Pessimist olmaq gerçəkçi olmağa daha yaxın olsa da, mənfiliklərə də yaxşı tərəfindən baxmağa çalışın.
46. Qara şokolad yeyin. Qara şokolad, antioksidant baxımından olduqca zəngindir. Sağlamlığınız üçün şəkər istehlakını azaldaraq qara şokolad yeyin.
47. Bədəninizi sevin və ona yaxşı baxın. Sahib olduğunuz ən yaxşı vasitə bədəninizdir. Sağlamlığınıza diqqət edin və bədəninizi sevin.
48. Heyran olduğunuz birinin bioqrafiyasını oxuyun. Oxuduqlarınızdan özünüz üçün dərslər və ipucları çıxarın.
49. Çətin işlərinizi hissələrə ayırın. Beləcə, çatılmağı daha asan hədəflərə sahib ola bilərsiniz.
50. Canlı bir caz musiqisi performansı dinləyin. Cazın rahatladıcı temposuna uyun.
51. Sığınacaqlardakı heyvanları sahiblənin. Ev heyvanları yaxın bir dost olmaqla yanaş, baxım bacarıqlarınızı da inkişaf etdirər. Sığınacaqlardakı sahibsiz heyvanlara sahib çıxın.
52. Sağlam olmayan qəhvə istehlakına yox deyin. Öz qəhvənizi özünüz hazırlayın ya da yerli qəhvə dükanlarındakı fərqli qəhvələrin dadına baxın. Qəhvəyə qatılan siroplardan qaçının.
53. Gündəlik tutun. Gündəlik tutmaq, fikirlərinizi kağıza tökməyinizi, yeni fikirlər istehsal etməyinizi və özünüzü ifadə etməyinizi təmin edər.
54. Düşərgə qurun. Dostlarınızla birlikdə qısa düşərgə proqramları hazırlayın. Həm təbiətlə bütünləşərək yenilənin, həm də texnologiya detoksu edin.
55. İanə verin. Pul yığmaq nə qədər önəmlidirsə, sahib olduqlarını paylaşmaq da o qədər hüzur vericidir. Özünüz üçün önəmli bir mövzu taparaq nizamlı olaraq həmin mözvuda maddi dəstək olun.
56. Televizorunuzu söndürün. Televizor qarşısında başqa insanların etdiklərinə baxmaq əvəzinə, öz hədəfləriniz üçün çalışın.
57. Özünüzü inkişaf etdirin. İşə, hər zaman diqqətinizi çəkən, amma daha öncə öyrənmə fürsəti tapa bilmədiyiniz bir mövzu ilə başlayın.
58. Ehtiyacınız olanda yardım istəyin. Yeni bir şeylər öyrənərkən ya da bir mövzuda həll tapa bilmədiyiniz zaman yardım istəməkdən çəkinməyin.
59. Rəqs dərsləri alın. Rəqs etmək, koordinasiya bacarıqlarınızı artırar. Bundan başqa formada qalağın  də ən zövqlü yoludur.
60. Qısqanc olmayın. Etdiyiniz işdə sizdən daha yaxşı biriləri hər zaman olacaq. Qısqanmaq yerinə, öz müsbət yönlərinizə fokuslanın.
61. Bol-bol su için, meyvə-tərəvəz yeyin. Bədəninizin ehtiyaclarına görə öz qida piramidanızı müəyyən edin və ona bağlı qalın.
62. Başladığınız işi bitirin. Hər hansı bir işə başladığınız zaman hədəfinizə çatana qədər səy göstərin.
63. Tez-tez ara verin. Etməyiniz lazım olan işləri tamamladıqca ara verərək özünüzə zaman ayırın.
64. Kin saxlamayın. Bağışlamaq, həyata baxışınızı dəyişdirəcək. İçinizdən hirsi çıxararaq sevgiyə yer açın.
65. Orkestr konsertlərinə ya da operaya gedin. Hər kəsin həyatında ən az bir dəfə yaşaması lazım olan bu təcrübəni siz də edin.
66.  Gələcəyiniz üçün narahatlıq keçirməyin. Narahatlıq keçirmək sizi əlavə stressə salacaq və sizə zərər verəcəkdir. Narahatlıqlarınızı bir kənara buraxın.
67. Ölkə xaricinə səyahət edin. Həyat bir kitabdırsa, tək bir ölkə haqqında bilgi sahibi olmaq, kitabın tək bir səhfəsini oxumağa bərabərdir. Fərqli ölkələri ziyarət edərək, fərqli mədəniyyətlər haqqında bilgi sahibi olun.
68. Kredit kartı istifadənizi azaldın. Çox sayda kredit kartı istifadə etmək, maddi durumunuzu idarə altına almağınızı çətinləşdirər.
68. Aromaterapiyadan yardım alın. Stressdən arınaraq rahatlaya bilmək üçün aromaterapiya seansları təşkil edin.
69. Özünüzə gülməyi öyrənin. Xətalarınızı qəbul edə bilməyi və özünüzə gülməyi öyrənin.
70. Başqalarının özgüvənini artırmasına kömək edin. Ətrafınızdakılardan, yaxşı olduqları mövzuları sizə öyrətmələrini istəyin. Həm özünüzü inkişaf etdirin, həm də onların özgüvənlərini təzələyin.
71. Başqalarının tövsiyyələrinə qulaq verin. Ətrafınızdakılardan gələn tövsiyyələrə qulaqlarınızı tıxamayın.
72. Bir radio proqramını nizamlı olaraq dinləyin. Həm yeni bir alışqanlıq inkişaf etdirin, həm də zövqlü zaman keçirin.
73. Öz kartvizitinizi yaradın. İşiniz xaricində, özünüz üçün bir kartvizit yaradın.
74. Sağlam və nizamlı yatın. Yatmazdan öncə rahatlayaraq ehtiyacınız olan yetərli və dərin yuxunu alın.
75. Yeni bir xobbiniz olsun. Yaradıcılığınızı qidalandırmaq və bacarıqlarınızı inkişaf etdirmək üçün xobbilərə sahib olun.
76. Özünüzə zaman ayırın. Bu zamanı, spa salonuna getmək və ya şəxsi baxımınızı etdirmək üçün dəyərləndirin.
77. Bəhanələr istehsal etməyin. Daha da önəmlisi, istehsal etdiyiniz bəhanələrə inanan  hala gəlməyin. Əngəllərinizi ortadan qaldıraraq, imkanlarınızı artırın.
78.  Gülümsəyin. Gülümsəmək həm əhvalınızı düzəldəcək, həm də xarici görünüşünüzü gözəlləşdirəcəkdir.
79.  Sənət qalereyalarını ziyarət edin. Dostunuzla və ya təkcə sənət qalereyalarını ziyarət edərək mədəniyyət səviyyənizi artırın.
80. Nəfəsinizin fərqində olun. Nəfəs məşqləri etməyi öyrənərək, özünüzü sakitləşdirin.
81. Orqanik qidalanın. Böcək dərmanları və kimyəvi dərmanlamalar, sağlamlığınıza pis təsir edir. Orqanik qidalar istehlak etməyə diqqət edin.
82. Rejiminizin xaricinə çıxın. Səhər idmanlarını axşam saatlarına keçirin, işə avtobus yerinə velosipedlə gedin.
83. Başqalarından dəstək gözləməyin. Həytatınızla bağlı önəmli mövzularda məsuliyyəti öz üzərinizə götürün.
84. Masaj etdirin. Masaja gedərək, bədəninizdəki əzələ düyünlərinin yaratdığı narahatlıqlardan qurtulun.
85. Ətrafınızdakı tarixi məkanları kəşf edin. Öncə araşdırmanızı edərək bilgi sahibi olun, sonra ziyarət edin.
86. Duruşunuzu düzəldin. Donqar dayanmayın. Pilates kimi duruşunuzu düzəltməyinizə köməkçi olacaq məşqlər edin.
87. Bilməcə həll edin. Fərqli bilməcələr həll edərək beyninizə də məşq  etdirin.
88. “Gələn” qutunuzu nizama salın. “Gələn” qutunuzda dosyalama sistemləri yaradaraq təqibinizi asanlaşdırın.
89. Görüş təyin edin. Biri ilə görüşmək üçün yaxınlığınız olması gərəkli deyil.
90. Orqanik süd için. Orqanik südün dayanıqlıq müddəti daha uzundur. Bundan başqa, omega 3, vitaminlər və antioksidantlar baxımından daha zəngindir.
91. İçinizdəki gözəliyi kəşf edin. Sahib olduqlarınıza yox, kim olduğunza fokuslanın.
92.  Yuxulayın. 5-30 dəq. müddətlə yuxu araları verərək yenilənin.
93. İşlərinizi yığıb saxlamayın. İşlərinizi etməniz lazım olan zamanda edərək, ailənizə və sevdiklərinizə zaman ayırın.
94. Ayaqlarınıza yaxşı baxın. Ayaqlarınıza uyğun gələn, rahat ayaqqabıları seçin. Günün sonunda ayaqlarınıza rahatladıcı baxım etməyi unutmayın.
95. Səbrli olun. Səyləriniz hər zaman mükafatlandırılmaya bilər. Özünüzü inkişaf etdirə bilmək üçün səbrli olmağı öyrənin.

Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova


Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 7 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

GÖTEDƏN SEÇMƏLƏR

Göte- Alman şair, teatr yazarı, yazıçı, hüquqçu, filosof. Yohann Volfqanq Göte ( 1749-1832) Almaniyanın Frankfurt şəhərində, varlı bir ailədə düYohann Volfqanq Götenyaya gəlib. Kiçik yaşlarından etibarən bir neçə xarici dil öyrənib. Fikri, nəzəri və bədii işığını başda öz ölkəsi Almaniya olmaqla, bütün Avropanın orta çağ qaranlığına yansıtmış; Fridrix von Şiller  ilə birlikdə aydınlıqçı, duyğusal və romantik bir axını təmsil edən Veymar Klassisizminin baş rol oyunçularından biri olmuş və Alman ədəbiyyatında izləri silinməyəcək təsirlər buraxmışdır. Aydınlanma dövrü Qərb ədəbiyyatının nəhənglərindən sayılan və dünyaca məşhur “Faust” adlı poetik, fəlsəfi oyunun yazarıdır. Xüsusilə, bu oyunda ortaya qoyduğu insan kimyası, bitki morfologiyası və heyvan dünyasının bir-birilərindən  qarşılıqlı təsiri, işıq və rənglərin xarakterləri, çağırışımları kimi mövzularda fəlsəfi yanaşmalar etmiş, öz çağını aşan elmi nəzəriyyələr ortaya atmışdır. Modern halı və diqqət çəkən fikirləri ilə sadəcə Almaniyanı deyil, bütün Avropanı təsiri altına almış, modern və aydınlanmış Qərb mədəniyyətinin  musiqisinin, şeirinin və fəlsəfəsinin təkamül  müddətində bir çox sənətçi üçün ilham qaynağı olmuşdur.

SEÇMƏLƏR:

Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.

Kifayət qədər zamanımız həmişə vardır, təki  doğru istifadə edək.

Faydasız bir həyat, erkən bir ölümdür.

Ən gözəl təsir, iki oxşar ruhun bir-birinə etdiyi təsirdir.

Tələsmə, amma tənbəllik də etmə.

Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

Az ümid edib çox əldə etmək həyatın həqiqi bir sirridir.

Hər an özümüzü dəyişdirməli, yeniləməli və gəncləşdirməliyik, yoxsa qatılaşarıq.

Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.

Dünyada sevgiyə və coşğuya açıq bir qəlb qədər dəyərli bir şey yoxdur.

Qabiliyyət, sükunət içində ortaya çıxar. Xarakter isə dünyanın fırtınaları içində.

İnsan özünü yalnız insanda tanıyar.

Malını itirən, bir şey itirmişdir. Şərəfini itirən bir çox şey itirmişdir. Amma cəsarətini itirən hər şeyini itirmişdir.

Heç zaman güvənməmək,  hər zaman güvənmək qədər böyük bir yalnışdır.

Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.

Bütün ərdəmlərin təməl xüsusiyyəti, yüksəlmə yolunda davamlı bir səy, şəxsən özünlə cəng halında olmaq, daha böyük və dərin bir saflığa, müdrikliyə, yaxşılıq və sevgiyə istiqamətli doymaq bilməyən bir istəkdir.

Gilasların və tutların dadını uşaqlardan və sərçələrdən soruş.

Tənqid, müasir yazarların vərdişindən başqa bir şey deyil.

Danışacaq olsan, necə danışardınsa, elə də məktub yaz. O zaman gözəl yazarsan.

Lazım gələrsə,  məktəblərimiz var, hətta dünyaca məşhur universitetlərimiz də var amma insanın və xarakterinin gerçək təhsili üçün qurulmuş heç bir şeyimiz yoxdur. Buna görə də içimizdə çoxumuz  xaraktersizdir.

Yüz növ şeyi yarımçıq bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirər.

Mənfəət güdməyən yaxşılıq ən yüksək və ən gözəl faizi gətirər.

İnsanı dostca münasibətdən daha çox yetişdirən, daha saf və canlı olaraq oyanıq saxlayan  nə var?

Məqsədinə çatmaq istəyirsən? Onda öz yolunu kəsmə.

Qadınlar ilk təəssüratlarına güvənəcək və bunları cəsarətlə dilə gətirəcək qədər xoşbəxtdirlər.

Evin qiyməti,  ancaq axşam olduğu zaman anlaşılar.

Hər irəliləmə bir cəsarət işidir və ancaq cəsarət sayəsində qəti olaraq irəliləmək olar.

Gənclik, şərabsız sərxoşluqdur.

Gənclik yol göstərilmək ehtiyacı duyar.

Təəssüratları təptəzə və güclü qəbul etmək, gəncliyin qibtə ediləcək bir xoşbəxtliyidir, tənqidi  bilgi artdıqca o saf zövqlərin də qaynağı quruyar.

Gördüyüm, eşitdiyim nə varsa hamısını topladım və dəyərləndirdim. Əsərlərim müxtəlif minlərlə insanla qidalandı. Cahillər, müdriklər, başlı insanlar, axmaq başlar, uşaqlar, yaşlılar.. hamısı mənə gəlib düşüncələrini, qabiliyyətlərini, ümüdlərini, varlıq biçimlərini təqdim etdilər. Çox zaman başqasının əkdiyi yerdən məhsul topladım. Əsərim, tərtib edən birinin əsəridir və adı da Götedir.

İnsan dünyanın xoşuna gələcək bir şey etdimi, o zaman dünya belə bir şeyi ikinci dəfə etməyimiz üçün əlindən gələni edər.

Heç kim yoxlamadan gücünün nəyə  çatdığını bilməz.

Peşəmdə yazar olmağımda böyük yığın nə istəyir, hər kəsə necə faydalı olaram, deyə heç soruşmamışam. Hər zaman məqsədim özümü daha qavrayışlı və daha yaxşı hala gətirmək, şəxsiyyətimin özünü yüksəltmək, sonra yaxşı və doğru bildiyim şeyləri dilə gətirmək olub.

Yalın gözəli gözəldən anlayan dəyərləndirər, süslənmiş  isə yığına xitab edər.

İki zidd baxışın ortasında həqiqət yer alır.

Həyat bizə hər addımda doğru yolu göstərir.

Həyata inan! O xətibdən və kitabdan daha yaxşı öyrədir.

Həyatın biçim qazansın, düşüncən həyat, canlandırıcı gücün hər zaman yetişdirici olsun.

İnsanların bizə uyğunlaşmasını gözləmək böyük bir dəlilikdir. Mən bunu heç etmədim, insanları hər zaman incələməyə və xüsusiyyətlərini tanımağa çalışdığım bir fərd olaraq gördüm, lakin simpatiya gözləmədim. Müxtəlif xarakterlər haqqında bilgi və həyatda lazımlı bacarıqlar yalnız belə əldə edilə bilər.

Ruhların gerçək uyumu halında olan insanlar bir-birlərinə durmadan yaxınlaşarlar. Görünüşdə bir-birilərindən uzaqlaşsalar, belə.

Yaşlandığım kimi həm də ağıllan.

Bir dostda yanılmaq, dostlarını yanıltmaqdan yaxşıdır.

Bu gündən dəyərli heç bir şey yoxdur.

Bir mübahisə əsnasında, hirsləndiyimiz anda gerçək üçün məşğul olmağı buraxar, özümüz üçün məşğul olmağa başlayırıq.

Edə bilərsiniz. Çünki etməlisiniz!

Xarici dil, insanın özünü yenidən tapdığı fərqli  bir aynadır.

Memarlıq əsərini donmuş bir musiqi olaraq təsvir edərdim.

İnsan hər gün bir parça musiqi dinləməli, yaxşı bir şeir oxumalı, gözəl bir tablo görməli və mümkünsə, bir neçə məntiqli cümlə söyləməlidir.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

BEYİN ÜÇÜN 20 TÖVSİYYƏ

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz.

4. Zehni gimnastika/məşq edin. Bunun üçün müxtəlif bilməcələri həll edə bilərsiniz. Şahmat kimi zəka oyunları oynayın.

5. Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin. Ən azından bir günlük televizor pultunu tez-tez istifadə etmədiyiniz əlinizdə tutun.

6. İntellektual zövqlərinizi inkişaf edtirmək üçün hər gün mütləq yaxşı bir aforizm antologiyasından bir neçə cümlə oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın.

7. Hər gün gözəl bir rəsmə və ya fotoya baxmağa çalışın. Estetik qavrayışınız, gördüyünüz estetik şeylər qədər inkişaf edər.

8. Sevdiyiniz bir musiqini bir müddət gözləriniz bağlı dinləyin. Klassik musiqinin zəkaya 7 xal əlavə edə bildiyi iddia edilir.

9. Gün ərzində ağlınızdan 60 min – 80 min arası düşüncə keçir. Bu düşüncələr nə haqqındadırsa, həyatınız da ona görə formlaşır. Unutmayın, beyninizdə ən çox nəyi düşünsəniz, həyatınızda da onu çoxaldarsınız.

10. Bir mövzu haqında düşünərkən, necə düşündüyünüzü də müşahidə edin. Düşünmək haqqında düşünmək, beyin və düşüncə gücünü artırır.

11. Yaxşı bir yuxu, keyfiyyətli bir beyin üçün şərtdir. Çox yatıram deyə, narahat olmayın. Eynşteynin, hər gün 10 saatdan çox yatdığı söylənilir. 24 saatı keçən yuxusuzluq beyində sərxoşluğa bənzər bir təsir yaradır.

12. Bol və təmiz oksigen beyin üçün çox önəmlidir. Beynimiz, ağırlıq cəhətdən bədənimizin 2 faizini meydana gətirdiyi halda, bədənə gələn oksigenin 25 faizini istehlak edir. Oksigensiz qaldığımız zaman ölümü həyata keçən ilk orqanımız beynimizdir. Otağınızın pəncərəsini açaraq özünüzə bol- bol oksigen ismarlayın.

13. Fərqli düşünmə tərzləri beyninizi inkişaf etdirir. Uşaqlar və heyvanlarla daha çox vaxt keçirin. Sizdən fərqli düşünən insanlarla danışın.

14. İstifadə edilməyən orqan paslanar. Davamlı olaraq televiziya seyr edərək beyninizi “aşağı sürətdə” işlətməyin.

15. Beynin ən təhlükəli tərəfi «əks səy» qaydasına əsasən işlədiyi anlardır. Başınıza gəlməsindən ən çox qorxduğunuz şeyə diqqətinizi versəniz, qorxduğunuz şey başınıza gələr. Buna «əks səy» qaydası deyilir. Beyin, diqqətin toplandığı hədəf mənfi olsa belə, bunu gerçəkləşdirmək üçün işləyir. İnsanlar qarşısında çıxış edərkən –görəsən həyəcanlanaram?- deyə düşünsəniz, həyəcanlanarsınız.

16. Beyni yoran monotonluqdur. Həyatınızı nə qədər rəngləndirsəniz, beyninizi o qədər şadlandırarsınız.

17. Beyin, qısamüddətli hafizədə beş-yeddi arasında məlumat üzərində işləyə bilər. Yeni bir məlumat gələndə, bu məlumatlardan birini atar. Buna «sehirli say» qaydası deyilir. Bu qayda pozulub, məlumat yüklənməsi nəticəsində beynimiz « xidmət xarici» olur. Həyatınızın ən böyük qərarlarını aldığınız zaman « başdan» yox, eynilə beşrəqəmli iki sayın üzərində vurma əməliyyatı apardığınız kimi bir kağız üzərinə yazaraq nə edəcəyinizi hesablayın.

18. Sağlam beyin, sağlam bədəndə olar. Fiziki gümrahlıq, zehni gümrahlığı gətirir. Uzun müddət hərəkətsiz qalmaq, zehini də hərəkətsizləşdirir. İdmanla məşğul olmağa, artıq çəkilərinizdən qurtulmağa diqqət edin. Kifayət qədər su için. Çünki insan beyninin 78 faizi su ilə örtülüdür.

19. Dərs çalışarkən ilk öyrənilənlər, son öyrənilənlər, tez-tez təkrarlananlar və maraqlı gələnlər ən çox beyində qalanlardır. Dərsləri qısa aralar verərək çalışmaq ağıllı bir işdir.

20. Bu həftə beyninizi daha yaxşı neçə işlədə biləcəyiniz haqqında daha çox düşünün. Unutmayın, beynimizi daha yaxşı işlətmək üçün istifadə edəcəyimiz orqan yenə də beynimizdir. “Ağlınıza başınıza toplayın” və istifadə edin.

Mənbə:       www.dersimiz.com
Hazırladı:    Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +41 (from 43 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN 10 ƏSAS ADDIM.

1-ci addım:
QƏTİ QƏRAR VERİN: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.

2-ci addım:
PROQARMINIZ TƏQVİMLİ OLSUN: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.

3-cü addım:
PROQRAMINIZA ƏMƏL EDİN: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.

4-cü addım:
NİZAMLI ÖYRƏNMƏYİN: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.

5-ci addım:
ƏZBƏRLƏMƏYİN: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, “yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri  və cümlələr qurun: “Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.

6-cı addım:
SƏSLİ TƏKRAR EDİN: Şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın. Film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın. Bu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər çox yararlı olduğunu özünüz görəcəksiniz. Dilin sözləri və cümlələri öz-özünə ağlınıza gələcək. Kursa gedirsinizsə, kursdan verilənləri, getmirsinizsə, inernetdən tapdıqlarınızı bol-bol oxuyun, izləyin. Eyni mövzuları başqa qaynaqlardan çalışın, dinləyin. Bu mövzuda bir kitab evinə getdiyiniz zaman və internetdə o qədər çox köməkçi qaynaq var ki, heç bir zaman çətinlik çəkməzsiniz. Sadəcə olaraq, siz, tapdığınız bu qaynaqların haqqını verin.

7-ci addım:
DOST TAPIN: Dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, Twitter, Msn, Gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.

8-ci addım:
ALT YAZI OLMADAN FİLM İZLƏYİN: Xarici dil öyrənərkən hər kəs filmlərdən faydalanır. Ancaq çoxumuz alt yazı ilə (öz doğma dilimizdə və ya bildiyimiz hər hansı bir dildə) izləyirik ki, filmi anlayaq. Bunu beyninizdən silin. Filmlərdə alt yazı istifadə etməyin. İstifadə edəcəksinizsə də, öyrəndiyiniz dilin alt yazısı olsun. Sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəndə, özünüz də təəccüblənəcəksiniz.

9-cu addım:
GÜNDƏLİK TUTUN: Deyə bilərsiniz ki, heç öz dilimdə gündəlik  tutmuram, qalmış xarici dildə tutum. Mənim demək istədiyim odur ki, öyrənmə gündəliyi tutun. “Bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.

10-cu addım:
CƏSUR OLUN, SƏHV EDİN: Ən önəmli addımı ən sona saxladım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da  sizə pulsuz müəllim. Öz-özünüzə səhv etsəniz də, doğrusu ilə qarşılaşdığınız zaman şüuraltınız sizi doğrusuna yönləndirəcək. Çünkü səhvi bəlkə bir dəfə edəcəksiniz amma doğrular bir çox yerdə qarşınıza çıxacaq. Şüuraltı hər zaman çoxluğun tərəfindədir. Buna görə də dil öyrənəndə, “Cəsur ürək” olun və dayanmadan yalnış doğru dilə hücum edin.

Xarici dil öyrənmək çox çətin kimi görünən amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın,  gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.

Xarici dil öyrənmə müddətinizdə sizə uğurlar diləyirəm. Bir gün başqa bir dildə görüşmək arzusu ilə.

Mənbə: dahibeyin.blogspot.com
Müəllif : Adem Özbay
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +91 (from 99 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus