İTİRDİKLƏRİMİZ VƏ QAZANDIQLARIMIZ

Xüsusi

16938746_10211870277693600_1808202988999145198_nDövranımızdakı paradoks ondan ibarətdir ki, binalar yüksəldikcə səbrimiz qısaldı, yollar genişləndikcə, düşüncəmiz daraldı. Daha çox vaxt sərf etdikcə, əldə olunanlar azaldı. Daha çox çalışırıq, amma əvvəlki kimi zövq ala bilmirik. Evlərimiz daha böyük, ailələrimiz isə daha kiçikdir. Şəraitimiz var, vaxtımız isə yoxdur. Biliklərimiz çoxaldıqca qərarsız qalarıq, tənqidlərə dözümümüz azalır.
Elm inkişaf etdikcə problemlər də artır, dərmanlar artdıqca xəstəliklərin da artdığı kimi. Biz çox içər, çəkərik, daha az gülər, daha gec yatar, yorğun oyanarıq. Biz zənginləşdikcə dəyərlərimiz yox olub gedər. Biz çox danışar, asanca sevir və asan-asan nifrət edirik. Biz necəsə yaşamağı öyrəndik, amma həyatın nə olduğunu hələ də anlamış deyilik. Biz həyatımıza illər əlavə etdik, amma illərə həyat, rəng qatmağı bacarmadıq. Biz kosmosu fəth etdik, lakin 2 addımlığımızda yaşayan qonşumuzun ziyarət etməyə vaxt tapmadıq!

porodoksBiz gözəlliyi daim səmalarda axtardıq, lakin daxilimizdəki gözəllikləri kəşf edə bilmədik. Daha çox işlər gördük, amma daha faydalı işlər deyildi bunlar. Havanı təmizləməyə çalışırıq, amma ruhumuzu deyil. Atomu parçalamağı bacardıq, amma Eqomuz, önyarğılarımızla bacara bilmədik ki bacara bilmədik! Daha çox yazdıq, lakin daha az öyrəndik. Çox planladıq, az hissəsini həyata keçirdik.
Biz tələsik etməyi öyrəndik, ancaq səbr etməyi yox. Kompüterlərimiz artdıqca öyrəndiklərimiz azaldı, ictimai şəbəkələri artdı, artdı, ancaq bir-birimizdən hal-xatir soruşmaz olduq. İndi “elegant” adamların, xaraktersizlərin, mənfəət güdənlərin, saxta əlaqələrin dövrüdür. Həm “fast-food”suz yaşaya bilmərik deyirik, həm də kökəlməkdən şikayət edirik. İndi xaricdən dəbdəbəli görünən xarabalıqların dövrüdür. Bu günlərdə əxlaqı tərk etdik, xoşbəxtliyi isə bir neçə saatlıq əyləncələrdə axtardıq. Soyuducumuz boşdur, ancaq borc alıb, partilər edirik.

porodoksBu andan etibarən sevdiklərinizə zaman ayırın, yoxsa zaman içində sizdən ayrılacaq. Nə siz, nə də onlar bu dünyada sonsuza qədər qalacaq deyilsiniz.
Bu andan etibarən daim ciddi görsənməyə çalışan, qaraqabaq insanlara gülümsəyin və gözəl söz söyləyin, çünki o insanlar bu yaxınlarda dünyanı tərk edəcəklər.
Bu andan etibarən həmişə yanınızda sizin üçün hazır dayanan insanları qucaqlayın, çünki onlar sizin sahib olduğunuz tək xəzinədir!
Ona “səni sevirəm” dediyiniz an, ən çətin zamanlarda onu öpmək və qucaqlamaq qədər heç bir şey kömək etməyəcək.
Gülümsəyərək əlindən tutduğunuz an, bir gün əllərinizin boş qalacağını fərq edərək… onlara sevginizi verin, sevginizi bölüşdüyünüz anlarda söhbət etmək üçün vaxt ayırın. Düşüncələrinizi, xəyallarınızı, ən gözəl hekayələrinizi paylaşmaqdan çəkinməyin.
Və hər zaman xatırlayın, həyat, aldığımız nəfəslərin sayı ilə deyil, nəfəsimizi kəsən anların sayı ilə qiymətləndirilir!

Müəllif: Corc Karlin
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

OŞO- “HƏYAT BİR SABUN KÖPÜYÜDÜR.”

Xüsusi

Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.

İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.

İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.

Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.

Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.

Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.

Dünya üzərində yaşayın, amma ona aid olmayın.

“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.

Yaşlı bir Brahma rahibi var imiş.  Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur.
Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.

Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.

Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.

Bu dünyada kim hüzur istəməzki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.

Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.

Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.

Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər.

Mənbə: Oşo – “Həyat bir sabun köpüyüdür” kitabı.
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İNTİHAR NƏDİR?

Xüsusi

intiharÖlüm, bioloji reallıqdır. Bu həyatda heç nəyə bu qədər əmin deyilik. O bir gün mütləq bizimdir. Bəs niyə bəzən onun tezləşməsi üçün vasitələr axtarırıq? Heç nəyi həyatımız qədər sevmədiyimiz halda, nəyə görəsə onu yarıda kəsmək qərarına gəlirik?

Gənc və yeniyetmələrdə intihara cəhd çox zaman şantaj və qorxutmaq xarakteri daşıyır. Gənc bu yolla öz istədiyini həyata keçirmək məqsədi güdür. İnsanlar intihar qərarına gəlirlər, lakin ölüm acısı hiss etdikləri an peşman olurlar, geri çəkilmək istəyirlər. Binanın damından atılmaq istəyən insan, gözləməyə başlayır, dərhal addım atmır, sanki “Kömək edin, ölmək istəmirəm” deyir.

Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur.

Aydın olmayan səbəblər üzündən kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər.

İntihar planlayan insanlar ətrafdakılara müəyyən mesajlar verməyə başlayırlar, gizlincə kömək istəyirlər. Ölümə doğru gedən biri, məsələn, artıq müəyyən miqdarda həb qəbul etmiş insan, Tanrıya üz tutur, ondan kömək istəyir. Bir sözlə xilas olmaq istəyir.

intiharMaraqlıdır ki, orta yaşlarda intihara meyl daha güclənir. 40 yaşda insanda qəribəliklər meydana çıxır. Həyata yanaşmada dəyişikliklər yaranır. İnsan həyatı yarı etdiyini düşünür, uğursuzluqlarını göz önünüdən keçirir. Əgər nəticələr onu çox sıxırsa, lazımsız olduğunu düşünür, depressiyaya düşür və intiharı düşünməyə başlayır.

Bəzi insanlar isə daim özünü öldürəcəyini deyir, amma etmir. Bir rola girir və çıxa bilmir bu roldan. Artıq ətrafdakılar da onu ciddi qəbul etmir.

İntiharı çox  zaman cahilliklə bağlayırlar. Amma dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub.

* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.

*  Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini yəqin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O yaxalanmamaq üçün ağzından atəş açaraq özünü öldürüb.

*  Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

*  Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.

*  Sergey Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar etmişdir. Yesenin öz dövrünün ən böyük və səmimi şairi idi.

*  İstedadlı rəssam Van Qoq – “Taxıl zəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. İçkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.

*  İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib.

*  1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

1604405_525809487517797_85048588_nDemək ki, intiharın səbəbi müxtəlif ola bilər. İnsan ya hər şeydən xəbərsizkən, ya da çox şeydən xəbərdarkən intiharı seçir.

Mən isə istənilən halda intiharın səbəbini insanın yalnızlığında görürəm. İntihara qərar verən insanı qınamaq ən asan variantdır. Lakin nəzərə almaq lazımdır ki, bu addımı atan insanın ruhi vəziyyəti yerində olmur, düşüncələri bulanıq şəkildə olur. Əgər, hələki, aydın düşünə biliriksə, ətrafımızdakı içinə çəkilmiş insanlara yaxınlaşaq, onlara bəzən bir söz belə bəs edir, yaşamaqçün.

Müəllif: Psixoloq Rübabə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +43 (from 43 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

PABLO PİKASSO: DAHİ RƏSSAMDAN HƏYATİ MƏSLƏHƏTLƏR

Biz hamımız, məşhur rəssam Pablo Pikassonun adını tanPablo Pikasso: Dahi rəssamdan həyati məsləhətlərıyırıq, o, 20-ci əsrin ən özünəməxsus dahilərindən biridir. O, bir çox sınaqlardan çıxmışdır- yoxsulluq və zənginlik, müharibə və sülh, qadın diqqəti və ümumdünya şöhrəti, 2009-cu ildə Forbes jurnalı, onu dünyanın son 100 il ərzində yaşamış ən yaxşı rəssamı adlandırıb.

Onun uğurunun tarixini yəqin ki, təkrarlmaq qeyri-mümkündür, amma Pikassodan öyrənəsi çox şey var. Bu dəfə sizə dahi ustaddan yaşayıb, yaratmaq ilə bağlı məsləhətlər təqdim edirik.

1. Etmək üçün inanmaq lazımdır.

“Bacaracağına inanan hər kəs, bacara bilir. Bacarmayacağını düşünənlər isə bacara bilmir. Bu, təkzibedilməz və dəyişilməz bir qanundur.”

İnanclar, düşüncə tərzi, fəaliyyətin nəticəsini müəyyən edir, onu nəzarətdə saxlayır. Əgər siz hesab etsəniz ki, bu sizdə alınmayacaq, onda təhtəlşüurda, qeyri iradi olaraq həyəcanlamağa, hətta bilmədən səhv etməyə də başlayacaqsınız. Digər tərəfdən, əgər siz düşünsəniz ki, sizdə alınacaq, onda sizin beyniniz başqa istiqamətdə işləyəcək və onda beyniniz kədərlənmək və şikayətlənmək öz faliyyətini problemin həllinə yönəldəcək. Nəticədə isə problemin həll yolları və imkanları öz-özünə ortaya çıxmağa başlayacaq ki, yağışdan sonra hər yerdə göbələklər çıxır.

2. Öz bilik və bacarıqlarınızın sərhədlərini genişləndirin.

“Mən həmişə bacarmadığım işləri də görürəm ki, yeni nəsə öyrənim.”

İnkişaf üçün özünü qabağa itələmək lazımdır. Bu bir az qorxulu görünə bilər. Sizə bu məsələ ilə bağlı verə biləcəyim ən yaxşı məsləhət belə səslənir: Bacarmadığınız bir işi görəndə, özünün mümkün qədər məhz indiki zamanda, olduğunuz anda hiss edin, gələcək barədə düşüncələrə çox qapılmayın. Bu ciddi şəkildə neqativ həyəcanları və narahatlığı azalda bilər. Sizin şüurununzda və vücudunuzda belə bir fikirlər olmayanda isə diqqəti cəmləmək asanlaşır və siz yaxşı nəticələr əldə edir, yekunda isə öyrənmək istədiyinizi mənimsəmiş olursunuz.

3. İlham pərisini gözləməyin, başlayın.

“İlham pəriləri mövcuddur, amma onlar həmişə iş əsnasında gəlir.”

Bəli, ilham və ya ilham pəriləri deyilən anlayış mövcuddur, amma o sizi mütləq iş başında yaxalamalıdır. “Lazımı” anın yetişməsi üçün küllü miqdarda vaxt itirməyin, əlbəttə ki, ilham pərisi lütf edib təşəbbüs buyursa, lap gözəl, yaradın! Amma yalnız bu möcüzəvi varlığın fəaliyyət müddəti ilə özünüzü məhdudlaşdırmayın. Bəzən özünü, xüususi bacarıq tələb etməyən və sadəlövhcəsinə ilham pərisinin dəstəyini gözləməyə ehtiyacın olmadığı işləri görməyə məcbur etməlisən. İlham pərisi ədviyyat kimidir, ondan lap azacıq lazımdır, amma o, hər şeyi dəyişməyə qadirdir.

4. Daha çox və daha çox hərəkət edin.

“Sabaha yalnız ölənə kimi görmək istəmədiyiniz işləri saxlayın. Hərəkət- uğurun əsas açarıdır.”

Hərəkət olmasa, istənilən bir informasiya faydasızdır. Bu şəxsi inkişafın o hissəsidir ki, adətən onu yaddan çıxarır, ya da ona məhəl qoymurlar. Bəzən sizə elə gələ bilər ki, hərəkətə başlamaq çətindir, ya da indi “həmin an” deyil. Amma daha çox etmək vərdişi çox şeyi dəyişə bilər. Bu nəticələrə nail olmaq üçün ən effektiv vasitədir. Hərəkət prosesində siz özünüzü daha yaxşı tanıyır, dünyagörüşünüzü formalaşdırır və öz sahənizin praktikada üzə çıxan xüsusiyyətlərini mənimsəyirsiniz.

5. Düzgün suallar verin.

“Məndən öncəkilər olanları görür və soruşurlar ki, niyə bu var? Mən isə ola biləcəkləri görür və soruşuram ki, niyə də yox ( niyə də olmasın?)

Özünə yalnış suallar vermək çox asandır. Elə suallar ki, onların cavabları sizin səriştəsiz, axmaq və səhv olduğunuzu bir daha təsdiqləyəcək. O suallar ki, sizi yüksəltmək əvəzinə daha da batıracaq. Pozitiv suallar verin, elə suallar ki, imkanlar qapısını bağlamaq əvəzinə , üzünzə açsın.  Demək olar ki, siz istənilən bir situasiyada özünüzə belə bir sual verə bilərsiniz: bu təcrübənin yaxşı tərəfi nə idi?  Bu minnətdarlıq hissi vasitəsi ilə öz əhval-ruhiyyəni və fikirləri pozitivə doğru dəyişmək üçün yaxşı bir üsuldur.

6. Mühakimə etməyin və siz gizli gözəlliyi görəcəksiniz.

Bu günlə, indiki məqamla yaşayın- onda siz daha az analiz edəcək, az mühakimə edəcək və beyninizi mənasız tapşırıqlar ilə çətinə salmayacaqsınız. Hazırkı anla yaşadıqda ədət etdiyiniz dünya qeyri-adiləşir. Siz ağaclarda, təbiətdə, insanlarda daha çox rənglər və canlılıq görürsünüz. Sizə sıravi, labüd və əhəmiyyətsiz görünən hər şey, birdən birə heyranedici və dəyərli olur, sanki siz dünyaya daha aydın şəkildə baxırsınız.

7. Hələ həyata sevinməyə gec deyil.

“Gəncliyin yaşı yoxdur.”

İctimai fikrə, sizə nəyi edib, nəyi edə bilməyəcəyinizi diktə etməyə imkan verməyin, əgər məsələ, təkcə yaş fərqidirsə. Əksər hallarda, yaş sadəcə sizin beyninizdəki bir qeyddir. Əgər siz öz həyat xəttinizə bir zaman kəsiyi kimi baxsanız, onda nəyisə dəyişmək üçün həqiqətən gec ola bilər. Amma əgər, siz daha çox indiki zamanla yaşamağı öyrənsəniz, belə fikirlərin əksəriyyəti sadəcə qüvvədən düşür, siz başa düşürsünüz ki, şüurlu şəkildə istədiyinizi seçə və edə bilərsiniz. Elə indi.

Mənbə: İsmayıl Vəliyev – “Özünü kəşf et” kitabı.
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

KÖÇƏRİLİK VƏ AZADLIQ

Köçərilik ilə oturaq həyatın fərqi nədir? Köçərilər, mövsümə və ekoloji şərtlərə görə yaşadıqları yeri dəyişdirərlər. Oturaq həyat isə, şərtlərə dözməyi tələb edir. Köçmək, azad qalmaqdır. Yerləşmək isə, boyun əymək və ya boyun əydirmək ilə birlikdə gələr. Köçənlər, hər şeylərini yanlarında daşıyarlar. Müstəqil, yüngül və azaddırlar. Yerləşənlər, tarladan asılıdır. Evləri yerə bərkidilib, çıxa bilməzlər, yükləri vardır.

“Dövlətə qarşı cəmiyyət” adlı kitabında, Pierre Clastres, Amerika yerlilərinin dildə “ibtidai” həyatlarının, əslində, ibtidai oKöçərilik və azadlıqlmadığını bildirir. Köçəri topluluqlar, oturaq həyatı kəşf etməmiş deyillər, oturaq həyatdan qaçınmışlardır. Əslində, bu toplumlar, oturaq əkinçilərdir. Əkinçiliklə məşğul olublar amma bunu tərk edərək köçməyə başlayıblar. Çünki, işğal edilmək istəməyiblər. Oturaq həyat, xarici təhdidlərə açıq olmağı gətirir. Azadlığına düşkün olan topluluqlar, köçəri həyatı ilə müstəqilliklərini qoruyarlar.

Həyatını yanında daşımaq, böyük bir var-dövlətdir. Müasir yaşamlarımız bir yük halına gəlmiş, gedərək ağırlaşmaqdadır. Mülk əldə etmək, varlı olmaq, “yaxşı” bir şeydir? Yarımköçəri topluluqların, dünyanın ən böyük sərvətinə sahib olduğunu söyləyə bilərik. Bu var-dövlət, azadlıqlarıdır. İtirəcək bir şeyi olmamaqdır. Qayğısız yaşamaq və bununla birlikdə ehtiyac duyulan hər şeyə sahib olmaqdır. “Substantiv” bir həyatları vardır. Şəhərlərdəki minlərlə sıxıntı arasında, həyatımız boş yerə xərclənərkən, köçənlər, həyatın özünü təcrübə edərlər. Şəhərdəkilərin əksinə, başqasına görə yaşamazlar, pozulmuş deyillər, öz həyatlarını yaşaya bilərlər.

Şəhər həyatının pozulmuş yaşayışlarındansa, azad bir insan olmaq əsasdır. Türklərin Asiyadan Avropaya getməyini təmin edən hərəkətlilik də buradan gəlir. Risk almaq və həyatı formalaşdırmaqdır. Bağlanacaq bir şeyin olmasa, itirəcək bir sənədin və ya ulu bağların yoxdursa, dünyanı dəyişdirmək üçün yola çıxa bilərsən. Köçərliliyin gətirdiyi azadlıqdan bəhs edərkən, məqsədimiz köçəri həyata keçmək deyil. Asılılığın zərərlərinə işarə etməkdir. Bu bir metaforadır və bizlərə, qaldıra bilməyəcəyimiz yüklərin altına girKöçərilik və azadlıqməməyi nəsihət edər. Dərhal sabah, istədiyiniz yerə gedə bilmədiyinizi düşünün. Tarix, insanı zaman keçdikcə, yerinə bərkitməkdədir. Müasir insan, təbii hərəkətindən bambaşqa bir şəkildə, məhdudlaşmış şəkildədir.

İqtidar artdıqca, fərd məhdudlaşmaqdadır. Müasir insan, etdiyi hər fəaliyyəti dövlətə bildirir. Özü istəməsə də, dövlət özündə bu haqqı görür. Doğumdan ölümə qədər o qədər çox məcburiyyət və sanksiya əsasdır ki, insan həyatı, bunun qısa bir tarixindən ibarətdir, deyə bilərik. Çox zaman “ibtidai” dediyimiz köçəri həyatlarını  düşünəndə, müstəqil olmayan “inkişaf etmiş” həyatları xarakterizə etməkdə çətinlik çəkirik. Varlı dediyimiz də belə deyilmi? Ən inkişaf etmiş ölkələr belə, Tibetli buddist rahiblər qədər xoşbəxt ola bilməzlər. Ən böyük imperatorluqlar, yarımköçəri köçərilərinə hökm edə bilməmişdir. Tarix, qənimət ehtirası ilə özünə artıq yüklənən və həyatı yaşamağı unudan insanlarla doludur. Həyat, bir şeylərə sahib olmaqdırmı? Yoxsa onu tanımaq, təcrübə etməkdirmi? Həyatın içindəki kiçik şeylərə sahib olmağa çalışarkən, həyatı yaşamağı unutmayaq.

Mənbə: www.dmy.info
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook