TANRI, DİN, SEVGİ, QADIN, HƏYAT VƏ ÖLÜM HAQQINDA

Sənin hazırda Adəm və Həvvanın günahına görə cəza çəkməyin inanılmaz bir şeydir. Bu adamları heç tanımırıq belə, nə zaman yaşadıqlarını, var olub-olmadıqlarını bilmirik, onların etdiklərində heç bir rolumuz olmayıb, yenə də əzab çəkirik?!
Hər insan övladı bu qisasın əzabını çəkəcək? Bu heç də ilahi bir şey kimi görünmür mənə. Tanrı şeytandan daha zalım görünür.

Tanrı səni izləyir. Hər hərəkətini, hər düşüncəni Tanrı bilir, diqqətli ol!
Düşüncələrində belə azad olmağına icazə verilmir. Tanrı səni izləyir.

Əsrlərdir, ən azı beş min ildir ki, din xadimləri insan psixikasını pozmaqla məşğuldurlar.

Müqəddəs kitablara ciddi yanaşma. Qəlbinin səsini dinlə. Təklif edəcəyim tək müqəddəs kitab budur.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Yoldan çıxmaq azadlığın parçasıdır. Hətta Tanrıya qarşı gəlmək ləyaqətin parçasıdır. Bəzən Tanrıya qarşı gəlmək çox gözəl olur. İradəli olmağın yolu budur. Yoxsa milyonlarla iradəsiz insan var, onlardan biri olardın.

Mənim sənə əməl etmək üçün deyəcəyim hər hansı bir qaydam yoxdur. Sadəcə, sadə bir anlayış verirəm – Bu sənin həyatındır – ondan həzz al.

Tanrı və kainat haqqında heç nə bilmirsən. Ruh, reinkarnasiya, gələcək və keçmiş yaşam haqqında heç nə bilmirsən. Bildiyin hər şey sadəcə şayiələrdir. İnsanlar ətrafında danışırlar və sən özünə lazım görünüən bütün növ məlumatları toplayırsan. Niyə vacib görünür? – ona görə ki, cahilliyini gizlədir. Səni bilirsənmiş kimi göstərir. Amma xatrıla, bu xeyli böyük bir İmiş kimi-dir. Sən heç nə bilmirsən, bu sadəcə İmiş kimdir.

Özün olmağa çalışmaq lazımdır. Bu zaman nə başqasına paxıllıq edərsən, nə həsəd apararsan, nə narazı olarsan, nə də narahat qalarsan. Əgər öz həyətində yaşıllıq arzulayırsansa, bunu çox asan yolla gerçəkləşdirmək mümkündü. Niyə ömrünü başqasının həyətinə boylanmaqla keçirəsənki? Öz həyətində yaşıllaşdırma apar. Yoxsa hamının bağı bağçası sənə daha gözəl görünəcək həmişə. Sən qibtə hissindən qurtulmayacaqsan və həmişə özünü bədbəxt hiss edəcəksən.

Özünə hörmət et, daxili səsinə qulaq ver və onun arxasınca get. Unutma, səni doğru yola aparacağına zəmanət vermirəm. Dəfələrlə səhv yönləndirəcək, çünki həqiqət qapısına çatana kimi çoxlu səhv qapı döyməlisən. Həyat belədir. Əgər birdən-birə doğru qapıya rast gəlsən, onun doğru olduğunu anlaya bilməzsən.

Sən yalnız özün ol. Cəmiyyət, başqa insanlar sənin haqqında nə düşünürsə, bu onların düşüncəsidir və bunun sənlə heç əlaqəsi yoxdur. Sən başqa insanlar üçün dünyaya gəlmədin, öz həyatını yaşamaq üçünü burdasan.

Kişi və qadın tək bir bütünün iki yarısıdır. Bu səbəblə mübahisə etməklə zaman itirməkdənsə, bir-birinizi anlamağa çalışın. Özünü digərinin yerinə qoymağa çalış; bir kişinin gördüyü kimi görməyə çalış, bir qadının gördüyü kimi görməyə çalış. Və dörd göz hər zaman iki gözdən daha yaxşıdır.

Əgər həyatını doğru-düzgün keçirmisənsə, əgər həqiqətən yaşamısansa, əslTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındaa ölümdən qorxmazsan. Qorxu, ölüm səbəbindən ortaya çıxmaz, yaşanmamış həyat səbəbindən ortaya çıxar.

Yaxınlıq, digərinin sənin içinə girməsinə icazə verməkdir. Səni, sənin gördüyün kimi görməsinə izin vermək; digərinin səni, sənin içindən görməsinə izin vermək, bir insanı varlığının ən dərin nötqəsinə dəvət etməkdir. Modern dünyada yaxınlıq gedərək yox olur. Sevgililər belə yaxın deyil. Dostluq sadəcə bir kəlmədir, artıq. Yaxınlıq itir artıq. Nədən? Çünki paylaşacaq bir şey yox. İçindəki yoxsulluğu kim göstərmək istəyər ki? İnsanlar rol oynamaqla məşğuldurlar.

Mənim yeni insan haqqında dəqiq təsəvvürüm var. Bu insan dinsiz, milliyətsiz, hökumətsiz olacaq.

Yetkin insan çox gözəl başa düşür ki, qarşıda onu güllü-çiçəkli cənnət gözləmir. Başa düşür ki bu həyatdır və qarşısına qızılgüllər də, tikanlar, kol-kos da çıxacaq. Bütün bunları qavrayaraq seçim edir. Başqa bir insanla yaşamağa qərar verir və onu özü seçir. Düşünərək, dərk edərək, əminliklə seçir. Havalı, romantik, hisslərə qapılmış vəziyyətdə deyil.

İnsanlıq ümumilikdə eyni cür yaşayır, eyni cür ömür sürür, eyni qaydalara əməl edir. Və bu eyniliyin içində kimsə ayrı cürdürsə, ayrı cür yaşayır və davranırsa, tez diqqət çəkir, təklənir, tənqid olunur. Ancaq azad insanı, ruhuna.. ürəyinə, özünə sayğısı olan insanı bütün bu reaksiyalar, anlaşılmamaq qorxutmur. Çünki öz gerçəkləri, öz doğruları ilə əslində hamıdan xoşbəxt və azaddır.

İnsanlara əsla səhv bir şey etməmələri öyrədilir, onlar da səhv etməkdən o qədər qorxmağa başlayırlar ki, heç bir şey etmirlər. Hərəkət edə bilmirlər. Səhvlər edəcəksən, amma eyni səhvləri təkrar etmə. İnsan belə müdrik olur.

Öz daxilinə gir və soruş, və hiss edəcəksən ki, bütün ağrıların sən onları qoruduğun üçün var. Sən qorumasan heç bir şey var ola bilməz. Sən onlara enerji verdiyin üçün varlar. Əgər onlara enerji verməsən, heç bi ağrı var ola bilməz.

Çoxluq başıboşlardan, xalis axmaqlardan ibarət olur.

Bədən xeyli məhduddur, onun iki əsas qayğısı var: yemək və seks. O bu iki şey arasında hərəkət edir, bundan başqa heç nəylə maraqlanmır. Amma ağılla eyniləşsən, o zaman ağlının çoxlu səviyyələri olacaq. Fəlsəfə, din və elmlə məşğul ola biləcəksən – təsəvvür edə bilməyəcəyin qədər çox şeylə maraqlanacaqsan.

Həyat hardasa səni gözləmir, o daxilində baş verir. Gələcəkdə çatacağın bir şey deyil, o indi burada, bu dəqiqədədir – nəfəTanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqındas alış-verişində, qanında dövr edir, ürəyində döyünür.

Alın yazısı yoxdur. Etdiyin şeylər öncədən müəyyənləşdirilmiş tale deyil. Varoluş azadlıq, tale isə köləlikdir. Azadlıq, baş verənlərin səndən asılı olduğu deməkdir. Tale isə saxta fərziyyədir.

Hər bir insanın qarşılaşdığı problemlərdən biri, doğulduğu cəmiyyətdir. İnsanın can atdığı şeylərlə cəmiyyətin təklif etdikləri üst-üstə düşmür. Həyat qınağa çəkilir, geyim qınağa çəkilir, azadlıq qınağa çəkilir. Tədricən sənin həyatın qısalır, nə gedirsə səndən gedir, sağlamlığını itirirsən, əsəblərin korlanır, arzularını boğursan. Və kimsə səni inandırır ki, belə də yaşamaq lazımdır. Kiminləsə mübahisə etməyə ehtiyac yoxdur.

Bu gün, mövcud olan hər şeydir; indi sənin var olduğun, hər zaman var olacağın yeganə zamandır. Yaşamaq istəsən ya indi olacaq, ya da əsla olmayacaq.

Sənə söylənilən hər şeyi unut: “Bu doğru, bu səhv!”. Həyat o qədər də qəti deyil. Bu gün doğru olan bir şey, sabah səhv ola bilər; indi səhv olan bir şey, bir sonrakı an doğru ola bilər.

Eşqin ən təməl problemi, əvvəl sənin yetkin hala gəlməyindir. O zaman yetkin bir yoldaş tapacaqsan; o zaman yetişməmiş insanlar sənə daha cazibədar görünməyəcək. Bu eynilə belədir.

Əmr vermək yox, sevgi vermək lazımdır. Təzyiq eləmək olmaz. Uşağın azadlığı toxunulmaz qalmalıdır. Sənin sevgin onun azadlığına mane olmalı deyil. Heç kim, heç vaxt balaca uşağın azadlığı haqqında düşünmür. Nə vaxt düşünəcək? Bu gün körpədir, sabah hələ balacadır. Heç bir ana öz övladına yetkin insan kimi baxmır. Uşaq onun gözündə heç vaxt böyümür. Və hamısına elə gəlir ki, bu normal haldır, belə də olmaldır. Fəxrlə deyirlər: “Ana üçün uşaq heç vaxt böyümür”. Bu dəhşətdir! Çünki bu cür münasibət bir insanın böyümək, yetkinləşmək haqqını əlindən alır. Uşaqla ana arasındakı yaş fərqi nə qədərdirsə, ömür boyu da o qədər qalır. İyirmi ildirsə, həmişə iyirmi olaraq qalır.
Beləliklə, övladına hörmət elə.
Onunla öz kiçiyin kimi davranma.

Sevgi bir ehtiras deyil. Sevgi bir duyğu deyil. Sevgi birinin, bir şəkildə səni tamamladığının dərindən başa düşülməsidir. Sevgidə minnətdarlıq, mehribanlıq və birlik duyğusu vardır. Əgər bu üç duyğunu hiss edirsənsə, sevirsən deməkdir.

Əgər tək bir insanı sevirsənsə və bütün həyatını onunla bərabər keçirmək istəyirsənsə, arada böyük bir yaxınlıq yaranar. Və sevgi sənə yepyeni üzlərini göstərər. Çox tez-tez tərəf müqabilini dəyişdirsən, bu mümkün olmaz. Eynilə bir ağacın tez-tez yerini dəyişdirməsi kimi. O zaman heç bir yerdə kök sala bilməz. Kök salması üçün eyni yerdə qalması gərəkdir. O zaman dərinlərə enər, güclənər.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Hər şeydən əvvəl qadın sürəkli hamilə olmaqdan əzab çəkir. Bətnində böyüyən körpə ona rahat yaşamağa imkan vermir. Ürəyi bulanır, gərgin olur, rahatlığı pozulur, nə yemək yeyə bilir, nə istədiyi kimi hərəkət edə bilir.
Doqquz ay qadın üçün ölümə bərabər olur. Doğuşdan sonra qadına bərpa olunmaq, özünə gəlmək üçün uzun zaman lazım gəlir. Ancaq bu zaman keçməmiş, kişi yeni bir uşaq istəyir. Sanki qadın nəsil artırma fabrikidir.
Bu halda kişi nə iş görür? Neynir kişi? Doqquz ay qadının çəkdiklərini çəkmir, doğuşdakı sancıları, əziyəti yaşamır. Ancaq öz genini davam elətdirmək və bir də seksual həzz almaq üçün qadından istifadə edir.
Bununla belə, dilini dinc də qoymur. “Səni sevirəm” deməyə utanmır.

Partnyorunu əsrlər boyu bütün qadınların elədiyi kimi didişdirməyə davam edə bilərsən. Bu, ancaq onu səndən uzaqlaşdıracaq. Rahat olmaq üçün yad qucaqlar axtaracaq. “Dır-dırdan” başını götürüb gedəcək.

Bir dünyaya bax. İnsanlığa fikir ver. Gör kimləri doğmusan. Başını qaldırıb, burnundan o yanı gör, dünyanı bürüyən bu səfehlər sənin bəh-bəhlə təriflənən doğmaq bacarığının bəhrəsidi. Bunu bütün heyvanlar bacarır. Səni şirnikləndirib aldadıblar. “Qadın müqəddəsir, çünki insan yetişdirir. Ulu Tanrı qadına yaratmaq bacarığı verib”. Sən də key kimi deyilənlərə inanıb bir ucdan doğursan. Kasıb ölkələrdə indiyə kimi qadınlar on iki uşaq dünyaya gətirir. Qadın heyvan kimi durmadan doğub-törəyir.

İnsan təkbaşına xoşbəxt olmalıdı, eyni zamanda insanlarla birlikdə də xoşbəxt ola bilməlidi. İnsan daxili xoşbəxtliyə sahib ola bilməli və eyni zamanda yaşadığı münasibətdə də xoşbxət olmalıdır. İnsan həm içində gözəl bir yuva qurmalı, həm də xaricində. Evini əhatə edən gözəl bir bağçan və eyni zamanda gözəl bir yataq otağın olmalıdır. Bağça yataq otağının əleyhinə, yataq otağı da bağçanın əleyhinə deyil.Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında

Rəqabət və qısqanclıq, bütün əzabların mənşəyidir.

Əgər bütün qadınların öz bacarıqlarını, öz dahiliklərini inkişaf etdirmələrinə icazə versək, çox gözəl bir dünyaya sahib olarıq. Əsas mövzu bu deyil, heç kim nə üstdədir, nə də aşağıda. Qadınlar qadındır, kişilər kişi. Onların təbii ki, fərqli tərəfləri var, amma bu fərqlər heç kimi nə yuxarıya, nə də aşağıya aparır.

Sənə vurulan qadın səni ilhamlandıra bilər, yaradıcı nəfəsini açar, səni cuşa gətirər, yaratmaq, qurmaq istəyərsən. Səni elə bir ruh yüksəkliyinə qaldırar ki, özünü gümrah, xoşbəxt, hər şeyə qadir hiss edərsən.

Mən istərdim kişiylə qadın bir varlığa, bir tamlığa çevrilsin, bir-birinə hopsun, qarşsın və eyni zamanda ikisi də tamamilə azad olsun. Sevgi məhbəs deyil axı, sevgi azadlıqdır, sərhədsizlikdir.

Mənbə: Oşo – “Tanrı, Din, Sevgi, Qadın, Həyat və Ölüm haqqında” kitabı.
Hazrladı: Fidan Aslanova

 

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

9 comments

  1. Demək olar ki, bütün qeydləri ilə razıyam və bütün fikirlərimi, düşüncələrimi əks elətdirir. Çox gözəl izah eləyib. Bu günə qədər gördüyüm bir çox yazılardan üstün oldu bu yazı. Təşəkkürlər!

    Biri var aşağılarda, ona da bir xəncər verin ☺

Bir cavab yazın