TANRI VƏ İBLİSLƏRİMİZ

bakis-acisiXırda münaqişələrdən tutumuş müharibələrə, dini və ideoloji savaşlara qədər hər şeyin kökündə bir şey dayanır: Fərqli tanrı təsəvvürləri

İnsanlar müxtəlif olduğu kimi həyatı qavramaları da müxtəlifdir, tam olaraq eyni ola bilməz. Baxın, azacıq eynilik dostuğa, dostluq ailəyə, ailələr icmaya, icmalar cəmiyyətə,cəmiyyətlər isə dövlətə, millətə çevrilir. Bunlar öz içlərində bir uyğunlaşma halındadırlar. Sadalananların hərəsinin öz miqyası olduğu üçün, hərəsinin toqquşması da öz miqyası qədər olur. Tanrı təsəvvürü bütün bunların üzərində olmaqla ən böyük uyğunlaşma və ən böyük mübarizə ilə təzahür edib həmişə. Onun miqyası ən böyük miqyasdır.

Müxtəlif duyğular, qavrayışlar, düşüncələr müxtəlif tanrı təsəvvürləri yaradır. Beləliklə də, müxtəlif tanrılar yaranır. Hər kəsin xasiyyətinə uyğun tanrısı formalaşır. Bax əsl dəhşət də bu müxtəlifliklərin toqaquşması zamanı baş verir. Hər bir tanrı özünə qarşı olana tanrıya iblis deyə bir ad qoyur. Nəticədə isə iblis də bir tanrıdır. Öz tanrısını haqq bilən, o birininkinə iblis deyir, onun iblisə uyduğunu zənn edir. O iblisə uyan isə özününkünü tanrı, digərininkini isə iblis zənn edir. Beləcə tanrıların savaşı baş verir, insanların simasında. Ya da insanlar tanrıların simasında savaşırlar.

Untitled-1İnsan özü ilə də bu cür savaş içindədir. Özündə qəbul etdiyi yönlərinə tanrı təcəllisi, qəbul etmədiyinə isə şeytan vəsvəsəsi deyir. İnsan öz-özündə ikiləşir. O üzdən özünü tanıması da çətinləşir. Bu azmış kimi, cəmiyyətin içində olduqca müxtəlif fərdlərin müxtəlifliyini, ikili yönlərini də görür. Əslində özündə olan tanrı və tanrı olmayandan (iblis deyir buna) başqalarında da olduğunu görür. Uyğun olanla dostlaşır, uyğun olmayanla düşmən olur. Beləcə öz içindəki dost və düşmənçiliyi cəmiyyətə də daşıyır. Bax bu üzdən, xırda münaqişələrdən tutmuş böyük fəlakətlərə qədər, hər şey ilk öncə insan zehniyyətində bir savaşa çevrilir, sonra cəmiyyətə daşınır.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın