TANRI VƏ İNSAN

tanrı-insanBizi bir tanrının yaradıb yaratmadığını bəlkə də heç bir zaman bilməyəcəyik. Yalnız  bəzimiz tanrının varlığına, bəzimiz də yoxluğuna inanacağıq. Amma qəti olan bir şey var ki, içimizdən bəziləri tarix boyunca bir çox tanrılar yaratmışdır. O qədər tanrılar var ki, içlərindən biri həqiqət olsa belə, bizim bütün insanlıq olaraq ona isabət etməyimiz bir lotoreya çəkilişindəki qədər aşağı bir ehtimal olardı hər halda. Yaxşı, XXI əsr insanları olaraq biz yeni bir tanrı profili çəksəydik, onu necə çəkərdik? Hamımız tək bir tanrı imici yaratma mövzusunda uzlaşsaydıq belə, eyni tanrını 7 milyard insanın 7 milyard fərqli şəkildə təsviri təəccüblü olardımı? Bəzimiz tanrının ədalətli olduğunu vurğulayar, hətta onu ədalətli olmaq məcburiyyətində buraxardıq, amma əlbəttə öz anladığımız adilliklə. Doyumsuz təbiəti önə çıxmış kəslər tanrını comərd bir varlıq olaraq xəyal edə bilərdi. Onlar istədiyi hər şeyi bağışlamaq məcburiyyətində olan bir tanrı profili çəkərdilər. Bəziləri sevgi və şəfqət işığı, bəziləri hökmran və qorxuducu, bəziləri sirrli, bəziləri isə yoldaş kimi aramıza qatılan bir tanrı təsviri edə bilərdi.

Nəfsani olaraq təmizlənmiş, həqiqi və obyektiv düşünən bir zehin də bir növ tanrı sayıla bilməzmi? Hər cür ənənədən, ideyadan, idealdan asılı olmayan düşünmə gücü də tanrısayağı bir hərəkət ola bilməzmi? Bizə dinlər tərəfindən izah edilən və min illərdir var olduğuna inanılan tanrı da eynilə belə azad bir varlıq deyilmi? Limitsiz gücə sahib olan o tanrını bağlayan bir qanun, hərəkətlərini məhdudlaşdıran bir əxlaqi mühakimə və yoxlama varmı? Yoxsa tanrısayağı gücün özüdürmü əxlaqı təyin edən? Dindar və könüldən bağlı olan biri: “Belə bir şeyi tanrıya yaraşdıra bilmədim, bunu ondan gözləməzdim, bunu etməyə haqqı yox idi”, ya da “bunu əsla edə bilməz, etməməlidir” deyə bilərmi? İnanca görə tanrını bağlayan, məhdudlaşdıran heç bir şey ola bilməz. Qərarlarında və hərəkətlərində tamamilə azaddır. Eynilə biz insanlardan bəziləri kimi… Onsuz da tanrıya inanan insanlar, dünyadakı hadisələri tanrıyla əlaqələndirdikdə tanrının nə qədər azad və əsassız olduğunu, istədiyini etdiyini görə bilərsiniz. Tanrının mərhəmətli və qoruyucu olduğunu söyləyərlər, amma 3 yaşında bir uşağın təcavüzə uğrayıb öldürülməsi qarşısında belə bir qoruyuculuq görə bilməyincə axirətdə mütləq ədalətin yerini tapacağını, o uşağa bunu edəni tanrının cəzalandıracağını söyləyirlər. Bunun üçün yalnız bir az gözləmək lazım olacaq. Qiyamət qopana qədər… Amma dünyadakı insan məhsulu olan hüquqa gəldikdə isə bir az uzun sürən işlə əlaqədar olaraq “gecikən ədalət, ədalət deyil” deyirlər. Nəticədə, tanrının vəkilliyini edənlərə tanrının ziddiyyətləri bulaşır.

aciz tanrıQədri-mütləq (mütləq güc, hər şeyə gücü yetən, hər şeydən məsul olan) bir tanrını müdafiə edən insan çox vaxt çətin vəziyyətə düşür. Dünyadakı insan qaynaqlı pisliklərə görə hər nə qədər insanı günahlandıraraq və işin içindən çıxa bildiklərini düşünsələr də, təbiət qaynaqlı pisliklər mövzusunda bir xeyli çətinliyə düşürlər. Şiddətli bir zəlzələdə, ya da bənzər şəkildə dağıdıcı digər təbiət hadisələrində uşaq-muşaq, yaşlı gənc bir çox insanın ölməsini belə bir tanrıyla əlaqələndirmək, içindən çıxılması çətin bir paradoksdur. Zehni, ya da fiziki əlil doğulan körpələr də eləcə. Bütün bunların səbəbi əgər tanrıdırsa, ilk ağla gələn onun bir də ədalətli və mərhəmətli olmadığıdır. Bu çıxmazın ən sonunda çarəsizliyin dəlili olan bu sözlər tökülür dillərindən: “Tanrının niyə belə etdiyini bizlər məhdud ağlımızla bilmərik. Onun mütləq bir bildiyi vardır. Bizə pis kimi görünən şeylər əslində bəlkə yaxşıdır. Orada ölən uşaq yaşasaydı, bəlkə də irəlidə Hitler kimi bir zalım olacaqdı, bir çox insan öldürəcəkdi” kimi fantastik qurğulara yönələrək daha betər batırlar. İnsan qaynaqlı pisliklərdə isə insanı günahlandırmaq ən asanıdır. Allah müdafiəçilərinə görə pislik edən insana mane olmayan tanrının məsuliyyəti, ya da günahı yoxdur bunda. Çünki tanrı azad iradəyə müdaxilə etməz. Amma insanı cəhənnəmlə qorxutmaqdan da çəkinməz. Digər tərəfdən yaxşılığı seçənlərə bir mükafatı da vardır. Bunlara baxmayaraq azad iradədən bəhs edirlər. Qorxuyla toqquşmuş bir zehindən nə qədər azad iradə çıxa biləcəyini bilməzlər. İnsanların; sırf cəhənnəm qorxusundan ya da sırf cənnət arzusundan ötrü yaxşılığı seçmələrinin səmimiyətsizliklə bağlılığından xəbərsizdirlər.

Allah özünü çarəsizcə müdafiə edən inanclı insanlara çox şey borcludur. İnanclı insanlar da tanrını ikinci plana atıb onun yer üzündəki səhvlərini düzəltməyə çalışan inancsızlara borclu qalırlar. İnanclılar təbiət hadisələrini tanrının bir cəzası, ya da xəbərdarlığı olaraq görüb bundan lazımlı dərslər (tanrıya daha çox ibadət edib səbr etmək) çıxarılmalı olduğunu söyləyərkən; tanrını hər işə qarışdırmayan və bunu adi bir təbiət hadisəsi olaraq görən elm adamları da başqa cür dərslər çıxarıb, lazımi tədbirlər görülməli olduğunu söyləyirlər. İronik olan budur ki, elmi və elm adamlarını tanrı düşməni olaraq görən din adamları ümumiyyətlə onların kəşflərindən faydalanmaqdan da çəkinməyiblər. Paratoner icad ediləndə ilk istifadə edən təşkilatlar arasında Almaniyadakı bəzi kilsələr vardı. Bir qismi isə ildırımın tanrıdan gəldiyinə inanmağa və yenə tanrıya güvənməyə davam etmiş; ancaq paratoner istifadə edən kilsələrin zərər görməyib, özlərininki zərər görəndə istifadə etməyə məcbur qalmışlar. Hal-hazırda İslam dünyasında da bənzər bir vəziyyət var. Qərbin dinsiz və əxlaqsız olduğunu, tanrının düşməni olduğunu, özlərinin isə əxlaqlı və namuslu insanlar olaraq bütün dünyaya dinclik və xoşbəxtlik gətirə biləcəklərini söyləyirlər. Ancaq nədənsə özləri dərhal heç bir şey icad etməyib o əxlaqsız (!) Qərbin tapdığı və çıxardığı hər şeyi satın alıb istifadə edirlər.

tanrı və insan-allahHəmişə bir tanrı axtarışında olanlardan, hər cür qəribə və axmaq hadisəni (sadə bir beyin oyunu olan yuxuları belə) bir şəkildə tanrıyla əlaqələndirməyə çalışanlardan soruşmaq istədiyim əsas sual budur: Elmi kəşflər  edən insan zehni də bir növ tanrılıq sifəti olmazmı? İnsan təbiətlə döyüşüb böyük ölçüdə onu nəzarət altına almasaydı, bu gün insanlar olaraq dünyada hələ var ola bilərdikmi? İlk olaraq necə var olduğumuzu qəti olaraq bilmirik, amma bu günlərə gəlməyimizi bir az da özümüzə borclu deyilikmi görəsən? Öz-özümüzün varlıq səbəbi ola bilmərikmi? Təbiətə bəzən etikadan kənar müdaxilə edən və təbiətin həssas nizamlarıyla oynayan insan da bir tanrı sayıla bilməzmi? Canlılara genetik müdaxilə yolu ilə “əcaib” deyə biləcəyimiz canlıların meydana gəlməsini təmin edən insan da bəzən nə etdiyini bilməsə də, tanrısayağı bir hərəkət etmirmi? Təbiətlə qaranlıq oyunlar oynayarkən ona verdiyi qorxunc bio-kimyəvi zərərlərlə bir canlı növünün populyasiya artımına səbəb olub bir dəyərinin yox olması nəticəsinə varanda o canlıların gözündən baxanda insan da bir tanrı sayıla bilməzmi?

İnsandan başqa bütün canlılar təbiətə uyğundur, təbiətə uyğunsuzluğu olan tək canlı insandır. Var oluş istiqamətiylə təbiətə uyuşa bilməyən insan, zəkasıyla təbiəti özünə uyğunlaşdırmağa, özü üçün yaşana bilər bir yer halına gətirməyə məcbur qalmışdır. Nəticədə insanın minlərlə ili, vəhşi və mərhəmətsiz təbiət qarşısında var olma mücadiləsi ilə keçmişdir. Bu gün isə təbiətlə döyüşüb nəzarət altına alma səyini də geridə qoyduq, artıq təbiəti şəkilləndirməyə başlayırıq. Kök hüceyrədən orqan yarada bilirik və orqan nəql edə bilirik. Genetika elmindəki inkişaflarla genetikası dəyişdirilmiş canlılar yarada bilirik. Yenə genetika sayəsində əlil doğulacaq bir körpəni əvvəlcədən təsbit edib lazımlı müdaxilələri edə bilirik. Bütün bunların etik istiqaməti, təbiətə və insana faydası, zərəri müzakirə oluna bilər. Ancaq nəticədə, bu gücə zəkamızla çatdıq. Yenə eyni zəkayla elmdəki səhv addımları və etik pozuntuları aşkar edib doğru istiqamətə yönələ bilərik. Nəticədə, bu kainatı bəlkə bir tanrı yaratdı, lakin onu artıq biz şəkilləndiririk. Allah buna mane olmadığına görə, güman ki, o da bu vəziyyəti problemə çevirmir.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Aygün Ələkbərzadə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın