TANRIN DA BELƏDİR, ZƏNNİNCƏ…

Fərqində olmamız lazımdır.Bir gün bir üstad, bir kəndlini göz yaşları içində səcdədə yanıqlı-yanıqlı dua edərkən görür. Adam belə dua edirmiş: – “Ya Rəbbim! Ah,  kaşki o mindiyin eşşəyin harda olduğunu bilsəydim! Bilsəydim, ona ən gözəl palanı düzəltmək, o palanı isə ehtişamına layiq formada ən nadir ləl-cəvahirlə bəzəmək istərdim. Ah, Ya Rəbb! Kaş ki, o mindiyin eşşəyin harda olduğunu biləydim! Bilsəydim, üzünün suyu hörmətinə ona xidmət edər, heç nəyini əsirgəməzdim.”
Üstad, adamın duasını eşidəndə özünü saxlaya bilməyib payını verir: – “ay cahil, ay həddini bilməz, ağzından çıxanı qulağın eşitsin! Belə duanı necə edərsən? Tövbə et! Allahın eşşəyimi olar?” Bu şiddətlə tənbeh qarşısında təəccüblənən kəndli, bir şey demədən utanaraq ordan uzaqlaşır. Bu qissədir axı, o gecə yuxusunda üstada belə deyilir: – “Sən o adamcığazı burax da öz halına bax! O yazıq öz halınca, öz idrakınca, öz taqətincə mənə şükr edir. Məni necə bilirsə, elə zikr edir, bildiyi qədər və bildiyinə münasib mədh edir. Mən onun mədhinə mədhlə qarşılıq verib onu mükafatlandırdım.

İnsanların Haqq təsəvvürləri müxtəlifdir. Hər kəs Haqqı öz məqam və mərtəbəsindən, öz məqam və mərtəbəsi qədər bilər və tanıyır. Öz nəfsini bilməsi nədirsə, o qədərilə dərk edər, dərk edə bilər. Heç kim öz kölgəsinin xaricinə sıçraya bilməz. Haqq bir qüdsi hədisdə belə deyir:
أنَا عِنْدَ ظَنِِّ عَبْدِى بى فليظنَّ بي ما شآء
Mən qulumun zənni üzrəyəm, məni necə dilərsə elə zənn etsin!
Zənn edilməsin ki, qulun zənni qul baxımından zənndir. Elə deyil, əksinə haqqdır, elmdir, məqam və mərtəbəsinin icazə verdiyi elm ancaq o qədərdir. Zənn kəlməsinin burda qula nisbəti, Haqq tərəfindəndir. Haqq tərəfindən olan da haqqdir. tanrın da belədir. zənnZahirdə necə zənn vardır ki haqqdır, necə haqq bilinən təsəvvür vardır ki, həqiqətə uyğunluğu olmayıb zənndir. Deməli Haqqa aid hər təsəvvür, təsəvvür sahiblərinə görə haqqdır, fəqət haqq nəzdinə (həqiqətdə) hamısı da zənndən ibarətdir. Zira təsəvvürün özü zənndir. Zənnin çoxunun həqiqətə nisbəti yoxdur. Həqiqətə nisbəti (nisbəti-tamməsi) olmayan, həqiqət ilə munasibəti olmayan hər məlumat insanı yanıldır, aldadır, başqalarının da yanılmasına, aldanmasına səbəb olur.
BİLMƏYƏNLƏR, öz zənnlərinin, öz görüşlərinin, öz düşüncələrinin israrla haqq olduğunu iddia etməkdə sadəcə üzrlü deyil, eyni vaxtda haqlıdırlar. Çünki zənn etdikləri, gördükləri, bildikləri o qədərdir. Problem onda başlayır ki, bu kimsələrin çoxu, zənn, görüş və düşüncələrinin haqqdan ibarət olduğunu iddia etməklə kifayətlənməz, haqqın özü olduğunu iddia edərlər. Beləliklə həm batillə haqqın üzərini bulandırmağa, örtməyə çalışırlar, həm də haqqın batil tərəfindən əhatə oluna biləcəyinə inanırlar. Bəsit yanlışdır. Zahirdə batini, zənndə elmi təsbit etmək, kölgədə işığı, rəngarənglikdə ağı tapmağa çalışmaq kimidir.
Haqqı haqqla, elmi elmlə bilməli, sevgilini daim sevgilinin özü tapmalıdır. Ləyəndə ay işığını seyr edənlər, başlarını qaldırıb gözlərini sevgilinin üzünə (ayın özünə) çevirməyi bilməyənlərdir. Tənbeh edilməməli, əksinə üzrlü hesab edilməlilər. (tərc. burda ifadə edilən, xalqda haqqı və haqqda haqqı seyr etməkdir) İdrakın mərtəbələri vardır, hər kəs öz idrakınca haqqı və həqiqəti dərk edər. Bəziləri hissən, bəziləri xəyalən, bəziləri vəhmən, bəziləri də əqlən.
Hər idrakın idrak olmaq etibarı ilə mərtəbəsi haqqdır. Lakin insan hansı mərtəbədədirsə, idrakı sadəcə həmin mərtəbənin sərhədləri içərisində haqqdır. İdrak mərtəbələri yüksəldikcə, əvvəlki idrakı batil olur (dəyişir), sadəcə özü üçün qətilik ifadə edən elmi, bir addım sonra zənnə dönür.
Ey talib, görüşündən, düşüncəndən yox, görüşündə, düşüncəndə inad etməkdən utan! Ağlınca qavradığını zənn edirsən, halbuki qavranan sənsən ancaq fərqində deyilsən.
Tanrın belə zənnincə.Ədalətin qədər və ya zülmüncə.
Könlün qədər, və ya darlığınca.
Üfüqün qədər, və ya korluğunca.
Unutma tanrın belə səncə, fəqət daim səncə.
Müəllif: Dücanə Cündioğlu
Tərcümə edən: Bəhruz Nurməmmədov
VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın