Hər təqdim olunan nömrədəki xarakterik xüsusiyyətdən sizə ən çox uyğun olanını seçib qeyd edin:
1.
a) narahat, bir yerdə qərar tutmayan
b) şən və həyatsevər
c) sakit və soyuqqanlı
d) utancaq, həyalı
2.
a) özünü ələ ala bilən
b) enerjili, işgüzar
c) işdə ardıcıl, dəqiq
d) yeni şəraitdə özünü itirən
3.
a) hövsələsiz, səbirsiz
b) başladığı işi axıra çatdırmayan
c) ehtiyatlı və tədbirli
d) yeni adamlarla ünsiyyətdə çətinlik çəkən
4.
a) adamlarla ünsiyyətdə kəskin və düzgün
b) özünü yüksək qiymətləndirən
c) gözləməyi bacaran
d) öz gücünə inanmayan
5.
a) təşəbbüskar, qətiyyətli
b) yeniliyi tez tutmağa qabil
c) boş-boşuna danışmağı sevməyən
d) tənhalığı asan keçirə bilən
6.
a) tərs
b) işlərində ardıcıl olmayan
c) rəvan, mimikasız danışığa malik
d) uğursuzluq zamanı məyus və ya özünü itirən
7.
a) vəziyyətdən çıxış yolu tapan, hazırcavab
b) uğursuzluqdan, pis xəbərdən tez təsirlənən
c) özünü ələ ala bilən, hövsələli
d) özünə qapılmağa meylli
8.
a) Risqə meylli
b) yeni, müxtəlif şəraitə tez uyğunlaşan
c) başladığı işi axıra çatdıran
d) tez yorulan
9.
a) həmişə deyil, arabir işləyən
b) hər bir yeni işə həvəslə başlayan
c) boş yerə gücünü sərf etməyən
d) zəif, bəzən pıçıltı səviyyəsinə enən nitqə malik
10.
a) kin-küsü saxlamayan, qorxan
b) iş onu maraqlandırmayanda asanlıqla ondan soyuyan
c) işə ciddi əməl edən
d) həmsöhbətinin xarakterinə zorən uyğunlaşan
11.
a) sürətli, qarışıq nitqə malik
b) yeni işə dərhal başlayan, bir işdən o birinə dərhal keçən
c) asanlıqla hisslərini idarə edən
d) göz yaşı tökməyə qədər həssas
12.
a) müvazinətsiz, hər işə tez qarışmağa meylli
b) yeknəsək, ağır işdən tez sıxılan, bezən
c) rəğbətləndirmə və cəzaya o qədər də əhəmiyyət verməyən
d) rəğbətləndirmə və cəzaya qarşı hədsiz dərəcədə həssas
13.
a) davakar
b) ünsiyyətli və həssas
c) kinsiz, xoşxasiyyət, ünvanına deyilən acı sözə güzəştə gedən
d) özünə və ətrafdakılara qarşı şübhələnməyə meylli
14.
a) çatışmamazlıqlara, qüsurlara dözməyən
b) dözümlü və işgüzar
c) öz münasibət və maraqlarında sabit
d) həssas və tez qəlbən inciyən
15.
a) ifadəli mimikanın olması
b) sürətli, aydın, ifadəli mimikanın olması, hərəkətli nitq
c) işə gec başlayan, bir işdən o birinə tez keçən
d) çox həssas, hər şeyi ürəyinə salan
16.
a) hər hansı işə dərhal girişib, onu tez həll edən
b) gözlənilməyən mürəkkəb şəraitdə özünə sahib ola bilən
c) hamıya eyni cür münasibət bəsləyən
d) qapalı və ünsiyyətsiz, öz fikirlərini bölüşməyən
17.
a) yorulmadan yeniliyə cəhd göstərən
b) daim gumrah əhval-ruhiyyəyə malik olan
c) hər şeydə səliqəni sevən
d) aktiv olmayan və cəsarətsiz
18.
a) kəskin, sərt hərəkətlərə meylli
b) tez yuxuya gedən və tez ayılan
c) yeni şəraitə çətinliklə alışan
d) az fəal və itaətkar
19.
a) qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün inadkar
b) çox vaxt məsələni həll edərkən tələsən
c) özünü ələ ala bilən
d) asanlıqla təsir altına düşə bilməyən, başqasının halına acıyan, kömək göstərmək istəyən
20.
a) əhvalı kəskin dəyişməyə meylli
b) bəzən üzdən hərəkət edən, fikirlərinin yayımağa meylli olması
c) adamları ən çox işgüzar olduğuna görə qiymətləndirməyə meylli
d) ətrafdakılardan onun halına yanmağı və köməklik göstərməyi gözləyən
(Ayzenq testi)
Qeyd: “a”, “b”, “c”, “d” variantlarını neçə dəfə seçdiyinizi sayıb, cavablar blankında qeyd edin və hər birini ayrılıqda 5-ə vurun. Məsələn, siz seçmisiniz:
a- 6 dəfə x 5=30
b- 3 dəfə x 5=15
c- 10 dəfə x 5=50
d- 1 dəfə x5= 5
Beləliklə, siz hər bir variantın faizlə miqdarını hesabladınız. Unutmayın ki, bütün variantların faizlə hesabı toplandıqda 100- ə bərabər olmalıdır.
Variantlar temperamentin tiplərini təmsil edir.
a- xolerik, b- sanqvinik, c- fleqmatik, d- melanxolik
Əgər hər hansı bir variantda nəticə 40%-dən yuxarıdırsa, deməli o temperament tipi üstünlük təşkil edir. 30-35% bal toplanıbsa, həmin tip xeyli nəzərə çarpır. 21-29% bal toplanıbsa bu tipi də nəzərdən qaçırmaq olmaz, 20% çox zəif nəzərə çarpır, 10% nəzərə alınmır.
Hazırladı : Psixoloq R_M
Bu testi təqdim etdiyiniz üçün təşəkkürlər əziz psixoloq
Salam. Mende xolerik ve melanxolik eyni çıxdı, bu ne derecede düzgündü, yada ola bilermi bele bir wey ?
Salam. Bəli, mümkündür ki, hər iki temperament tipi eyni səviyyədə özünü göstərsin. Melonxolik ən zəif, xolerik isə ən güclü sinir sistemi tipidir. Onların eyni dərəcədə sizdə olması bir tarazlıq yaradır.
Salam men nece bile bileremki fleqmatik nece bir tipdir ve bu tipde neler tewkil edir?
Fleqmatik – bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.
Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
45% sanqvik 35% fleqmatik 15% xolerik 5 % melonxolik
sag olun -cavab ucun!!!
utancaq heyali
salam zehmet olmasa xoleriki xususiyyetlerin deyerdiniz
Fleqmatik))
Men tam 70% sangvinikem.diger xolerik 10%,melonxolik ve fleqmatik ise 5% dir ki,bunlar artiq nezere alinmir..70% sangvinik olmaq mence o qeder de yaxwi deyil
Məncə bu, müəyyən durumlar zamanı aşkar olan fərqlilikdir. Ümumən isə daha şox müşahidə olunan tərəf əsas götürülür
xolerik
men nece bileremki xolerik nece tipdir ve bu tipde neler teskil edir?
Salam mənə xolerik çıxdı. Bu nədir? Nə deməkdir? Xolerik haqqında məlumat verərdiniz zəhmət olmasa.
30 xolerik 70 sanqvinik.digərləri 0
eladi cox sagolun
50faiz xalerik 5faiz melanxolik))
a-6×5=30
b-6×5=30
C-5×5=25
d-3×5=15
Izahi nece ola biler?uygun olmadi?
Salam.Məndə 35% melanxolik çıxdı.Zəhmət olmasa xüsusiyyətlərini yazardınızda
Bu tip insanlar sakit ancaq həssasdırlar.Onlar heç nəyə biganə qalmırlar.Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər.Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər.Dönə-dönə bu hadisəni xatırlayırlar,kədərlənirlər,öz aləmlərində ölçüb-biçirlər.Heç bir tip onlar qədər “yüz ölç bir biç”məsləhətinə riayət etmir.Bu dünyada ən çox özlərindən narazıdırlar.Özlərinin heç bir bacarığını dəyərləndirmirlər.Özlərinə tənqidi yanaşırlar.Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər.Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır.
95
30
6
10
a
15-xolerik
50-sanqvinik
10-fleqmatik
25-melanxolik
İzahı nədir?
Salam. Sanqvinik tip üstünlük təşkil edir.
Sanqvinik-
Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir.
Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək
fəallığa malik olduğuna görə çox işgüzar olurlar,
hər bir yeni işə dərhal girişir, həmişə birinci
olmağa çalışır, yorulmadan uzun müddət işləyə
bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl
edən olurlar. Hissləri asanlıqla bir-birini əvəz edir.
Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast
gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir,
bir işdən digərinə asanlıqla keçə bilirlər. Bu tipə aid
insanlar emosional, zirək və diribaş olurlar. O
qədər zirəkdirlər ki, onları 1 dəqiqə bir yerdə
saxlamaq qeyri-mümkündür. Həmişə hara isə
tələsir, gedir, gəlirlər. Oturaq iş onlarlıq deyil.
Onların maraqları davamsız və qeyri-sabitdir.elə
ona görə də böyük həvəslə, coşqunluqla
başladıqları işdən son dərəcə süstlüklə də əl
çəkirlər. Son dərəcə emosional olsalar da
yaddaşları zəifdir. Onlar üçün yalnız bu gün, bu an,
bu saat var. Bu tip insanlar təsir altına tez
düşürlər. Elə buna görə də bu insanlardan bəziləri
son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə
olaraq, intizamlıdırlar.