TESTOSTERON VƏ İDMAN

testosteron-nədirTESTOSTERON NƏDİR?

Testosteron androgen sinifinə aid və steroid hormon sayılan “kişilik” hormonudur. Testosteron hormonu kişilər və qadınlarda hasil olunan hormondur.  Qadınlarda, kişilərə nisbətən çox az testosteron hormonu hasil olunur. Eyni zamanda, kişilərdə də, estrogen, yəni qadınlıq hormonu daha az hasil olunur. Testosteron, sümük və əzələlərin güclənməsini və inkişaf etməsini, cinsəl istəyin artmasını və digər “kişilik” xarakteristikalarının inkişaf etməsini təmin edir.   Yetkinlik dövründə libido və enerjinin yüksək olması, məhz testosteron hormonu ilə bağlıdır. Çünki, yetkinlik dövründə testosteron, daha çox hasil olunur. Testosteron, 25 yaşdan sonra normal səviyyəyə düşməyə başlayır. 30 yaşdan sonra isə, azalmağa başlayır. 60 yaşında isə, kişilərin 20%-ində ən az səviyyənin altına düşür.

TESTOSTERON VƏ İDMAN

testosteron-idman

Testosteron, “body building və fitness” idman növlərində ən başlıca şərtlərdəndir. Testosteron, protein sintezinə təsir göstərdiyi üçün, əzələlərin inkişafını sürətləndirir. Yəni, nə qədər çox testosteron hasil olunarsa, o qədər də güc və əzələ inkişaf edir. Normal testosteron səviyyəsi olan bir idmançının bədənində, ağırlıq başına 1-2 qram protein sintez olunarkən, steroid hormon istifadə edən idmançının, ağırlıq başına aldığı protein miqdarı qat-qat çox olur.  “Body building və fitness” idman növləri ilə professional məşğul olanlar, bəzən, protein sintezini artırmaq üçün, kənardan testosteron qəbul etməyə başlayır. Yetərsiz qidalanmaq, yəni günlük ehtiyacınız olan miqdardan daha az protein, kalori və yağ qəbulu testosteron hasilatını yavaşladır. Ağır stress də, testosteronun azalmasına təsir göstərir. Çünki, ağır stress zamanı kortizol hormonu hasil olunur. Kortizol hormonunun yüksək olması, testosteron səviyyəsinin düşməsinə səbəb olur. Kortizol hormonu yüksək olduğu halda, orqanizm enerjini ilk olaraq karbohidratlar və yağlardan deyil, əzələ kütləsindən almağa başlayır.

Tütün və spirtli içkilər, metabolik xəstəliklər, diabet, böyrək, qaraciyər və.s kimi xəstəliklər də, testosteronu azaldır. Testosteron səviyyəsini qorumaq üçün, bədən ağırlığınıza uyğun olaraq günlük kalori və protein qəbuluna diqqət edilməlidir.  Günlük, ağırlıq başına  ən az 0,8 qram protein qəbul etmək lazımdır. Günlük yağ istifadəsinin az olması da, testosteron miqdarını azaldır. Bunun üçün, sağlam yağlardan istifadə etmək lazımdır. Testosteronu artıran digər yollardan biri də, ayaq idmanıdır. Ayaq idmanı testosteronu artırır, amma bu artış, tək başına əzələ inkişafı üçün yetərli olmur. Nə qədər çox testosteron, bir o qədər çox güc və əzələ deməkdir.

Müəllif: Abdunnur Rüstəm

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Bir cavab yazın