UŞAĞIM SÖYÜŞ SÖYÜR!

söyüşBəzən  uşağımızın  pis  sözlər  danışdığını, ətrafındakıları  təhqir  etdiyini,  söyüş  söydüyünü  görürük. Elə isə  nə  etməli?  Bunun  qarşısını  almaq  üçün  hansı  addımları  atmalı?…

Bu  məsələdə  yol  verdiyiniz  ən  böyük  səhvlərdən  biri  də  uşağın  ağzından  pis  söz  eşidən  kimi  sərt   reaksiya  verməyimizdir:

“Bir daha  bu  sözü  səndən  eşitməyim, yoxsa  pis  olar”, “Ağzına  bibər  sürtərəm”, “Bu  sözləri  həyətdə  öyrənirsən, bir  də  məndən  icazəsiz  həyətə  düşməyəcəksən”, “Sən bu bu sözləri  bağçada  öyrənmisən?” və s. Bu  sözlər, bəlkə  də  problemin  müvəqqəti  həll etməyə  kömək  edə  bilər. Ancaq  uşaq  valideynin yanında  söyüş  söyməsə  də, buna  mane  olmayan  hər  hansı  bir  mühitə  düşdükdə  yenə   söyüş  söyməkdə  davam  edəcək. Yəni, burada  əsas  məsələ  uşağın  söyüş  söyməyi  ata-anasından  qorxduğu  üçün yox,  pis  hərəkət  olduğunu  başa  düşdüyü  üçün  tərgitməsidir. İndi  isə  bu problemin  qarşısını almaq  üçün  lazım  olan  tədbirləri  nəzərdən  keçirək.

Hər  şeydən  əvvəl  uşağı  söyüş  söyməyə  və   ya  ümumiyyətlə  pis  söz  danışmağa  sövq  edən  səbəblər  araşdırımalıdır. Buna  səbəb  dostlardırmı? Yoxsa, diqqəti  cəlb  etmək  üçün  belə  edir? Bəlkə  bu  şəkildə  daha  güclü  olacağını  düşünür? Yoxsa  sadəcə  olaraq  ona  maraqlı  olduğu  üçün  söyür?…

uşağım söyüş söyürƏgər  səbəbin uşağınızın  dostları olduğunu  düşünürsünüzsə, onun  dostları  ilə əlaqələrini  tamamilə  kəsməyin. Əvəzində  alternativ  “dostlar” təklif  edin və ya  uşağınızın  vaxt  keçirmək  imkanlarını  artıraraq  “mühitini” dəyişdirin. Beləliklə,  uşaq  dostlarını uzun  müddət  görə  bilmədiyi  üçün tədricən  bu  sözləri  unudacaq.

Səbəbin  diqqəti  cəlb  etmək  üçün olduğunu  düşünürsünüzsə,  uşağınız  söyüş  söyərkən  sərt  reaksiya  verməyin. Əks  halda  uşaq  bununla diqqəti  özünə  cəlb  etdiyini düşünəcək  və  söyüşlərinin  sayını  artıracaq. Ən  yaxşısı, məsələni  böyütməyin  və   uşağınız  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  yanaşı  uşağınızın  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  bərabər  uşağınızın  söyüş  söymədiyi  vaxtları  müəyyənləşdirin  və  bu  vaxtlarda  ona  diqqətinizi  artırın. Hər  dəfə  nəsihət  vermək  əvəzinə  onunla  söyüşə  bağlı  keçmişdə  yaşadığınız  hadisələri  bölüşün. Əgər  uşağınızın  söyüş  söyməsinin  səbəblərini  bilmirsinizsə,  və  ya  müəyyən etdiyiniz  səbəbin  qarşısını  almaqda  çətinlik  çəkirsinizsə, bir  mütəxəssislə  məsləhətləşin.

Hazırladı: Psixoloq Esmira Teymurova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın