UŞAQLARIN ÖLÜM TƏSƏVVÜRÜ

uşaq və ölüm
Uşağa xəbəri verən insan uşağın ən yaxını olmalıdır.

Ölüm, həyatımızın qaçınılmaz və insana ağrı-acı verən gerçəklərindən biridir. Ölümə şahid olmaq və yaxınlarımızdan birinin ölümünü görmək bizi üzür.

Hər ölümün ardınca bir yas dövrü başlayır. Ölən insanla bağlarımız artdıqca, ölümün verdiyi hüzün də artır. Ölən insan ailəmizdən biridirsə, ölümün ağrı-acısına səbr etmək daha da çətin olur. Ölümlə üz-üzə qalan tərəf uşaq və ölən də ata-anası olduğu zaman uşaq üçün böyük bir çətinlik dövrü başlayır. Həyatındakı ana qəhrəmanlardan birinin ölməsi uşağı dərin bir ağrı-acıya qərq edir. Gedəni geri gətirmək mümkün olmur. Lakin doğru davranışlarla uşağın yas müddətini daha sağlam bir şəkildə keçirməsi təmin edilə bilər.

Uşağa ölümün açıqlanması

Bir uşağın yaxını vəfat edəndə, uşağa tez bir zamanda vəfat xəbərini vermək lazımdır. Bir həftə gözləyib sonra xəbər vermək, dəfn işlərinin bitməyini gözləmək gərəksizdir. Uşaq nələrinsə yolunda getmədiyini hiss edər və kimsə ona açıqlama verməszə, böyük bir qarışıqlıq yaşayar. Bu səbəblə, uşaq, ölüm xəbəri alındığı zaman ən qısa zamanda doğru bir şəkildə məlumatlandırılmalıdır.

Uşağa xəbəri verən insan uşağın ən yaxını olmalıdır. Bu insan uşağın anası ya da atasıdır. Ana və atanın birlikdə vəfat etməsi halında isə uşağın özünü ən yaxın hiss etdiyi qohum bu xəbəri uşağa verə bilər.
Uşağa ölüm xəbərini verərkən mətanətli davranmağa, gözyaşlarını gizlətməyə ehtiyac yoxdur. Uşaq xəbəri verən insanın duyğularını və ağrı-acılarını gizlətməyə çalışdığını görsə, özü də ölümdən qaynaqlanan ağrı-acısını gizlətməyə və gözyaşlarını saxlamağa çalışar. Bu uşaq üçün sağlam bir vəziyyət deyil. Bu səbəblə, ölüm xəbərini verən zaman mümkün qədər təbii davranmaq lazımdır. Xəbəri verən insanın içindən ağlamaq gəlirsə, o insan ağlaya bilər. Beləcə, uşaq ölümlə bağlı duyğularını rahat bir şəkildə ifadə edə biləcəyini öyrənər.

Uşağa ölüm, «öldü» və «vəfat etdi» kimi sadə cümlələrlə açıqlanmalıdır. Ölüm bir qəza nəticəsində olubsa, « Bir qəza keçirdi və öldü» demək kifayətdir. Qəzanın detallarını açıqlamaq yersizdir. «Allah yanına apardı», «Uzaq bir səfərə getdi» ,«Quş olub cənnətə getdi», «Allahın evinə getdi» ,«Uzun bir yuxuya getdi» kimi deyimlər uşağın başını qarışdırar. Uşaqda, bu kimi deyimlərin ardınca Allaha qarşı mənfi duyğular, səfərə çıxmağa və yatmağa qarşı isə qayğılar yarana bilər.

Ölüm uşaq üçün var olan insanın bir anda yox olmasıdır. Ölən insanın hara getdiyi uşağa maraqlı gəlir. Konkret düşündüyü üçün ölən insana bir yer, bir məkan isnad etmək istəyir. Əgər dəfn və qəbir ziyarətinə qatılmasa, ölən insanı zehnində itirər. Ölümü qəbul etməkdə çətinlik çəkər. Uşaq, ölən insanın torpağa dəfn edildiyini öyrənəndə və qəbristanı ziyarət etdiyində artıq ölən insana bir yer , bir məkan isnad edir. Bu səbəblə, bir yaxını öləndə uşağın ölən insanın qəbrini qısa müddətdə ziyarət etməsi təmin edilməlidir.

uşaq və ölüm
Uşaqla özümüzün həsrət və kədər duyğumuzu paylaşmaq, uşağın da öz duyğularını paylaşmasını asanlaşdırar.

Ölüm sonrası

Uşaqlar ölüm sonrasında ölüm barəsində çox da danışmaq istəməyə bilərlər. Duyğularını içlərində yaşamağı seçə bilərlər və ya duyğularını ifadə etməkdən qorxa bilərlər. Yeddi yaşdan aşağı uşaqlar ölümün geri dönülməz olduğunu tam anlamazlar. Ölənlərin bir gün qayıdıb gələcəklərini düşünə bilərlər. Necə olub nəfəs ala bilmədiklərini, gözləri olduğu halda niyə görmədiklərini tam qavraya bilməzlər. Bu uşaqlar ölüm xəbərini aldıqları zaman heç bir şey olmamış kimi gedib oyunlarına davam edə bilərlər. Bu hal, onların laqeyd olduğunu yox, ölümün geri dönməzliyini tam anlamadıqlarını göstərir.

Uşaqla ölən insan barəsində danışmaq lazımdır. Beləcə, uşaq içində yığdığı duyğularını boşalda bilər. Ölən adam haqqında danışarkən uşaqdan, ölən insanla yaşanılan müsbət xatirələr haqqında soruşula bilər. Uşağın xatırlamadığı gözəl anlar yenidən detalları ilə danışıla bilər. Uşaqla özümüzün həsrət və kədər duyğumuzu paylaşmaq, uşağın da öz duyğularını paylaşmasını asanlaşdırar. Həftənin bəzi günlərində ölən insanın şəklinə baxmaq, videolarını izləmək, qəbr ziyatəri etmək uşağın duyğularını ifadə etməsini asanlaşdırar. Ölən insanın bir şəklini uşağa hədiyyə etmək gözəl ola bilər.

uşaq və ölüm
Doğum kimi ölüm də bu dünyanın bir gerçəyidir.

Uşaqlarda bir yaxının vəfatı sonrasında müxtəlif reaksiyalar ortaya çıxa bilər. Bunlar, ölümü inkar etmə, həddindən artıq kədər, dərin həsrət, ölüm düşüncəsinin bütün həyatı bürüməsi, özünü təqsirləndirmə , ölümü xatırladan hər cür düşüncədən şiddətlə qaçınma və ölümə qarşı laqeydləşmə kimi reaksiyalardır. Bu reaksiyalar 6 aya qədər normal qəbul edilir. Ancaq 6 ay sonra uşağın bu reaksiyalarında bir azalma görülməzsə, bir mütəxəssisə müraciət etmək faydalı olar. Ölüm sonrasında uşaqda dırnaq yemək, saç tökülməsi, aşırı qorxu, qayğı və tək qala bilməmək kimi davranışlar da ola bilər. Bu davranışların davamlı olması halında yenə bir mütəxəssis köməyi almaq lazımdır.

Ölümlə bağlı digər suallar

Uşağın ölüm xəbəri sonrasında soruşa biləcəyi digər bir sual: «Sən də öləcəksən?» sualıdır. Bu suala «Dünyada yaşayan hər kəs ölür. Ancaq mən daha çox yaşayıb sənin yanında qalacağımı düşünürəm.» deyilə bilər.
Uşaq ölümlə üzləşdikdən sonra « Mən ölmək istəmirəm.» deyə bilər. Bu halda «Amma sən də öləcəksən» deməyə ehtiyac yoxdur. «Heç kim ölmək istəməz, əlbətdəki. Ümid edirəm ki, sən daha çox yaşayacaqsan. Birlikdə çox gözəl vaxtlar keçirəcəyik.» cavabı verilə bilər.
Bəzən də uşaq həddindən artıq həsrət duyğusu ilə «Mən də ölmək istəyirəm» deyə bilər. Bu halda nigarançılığa ehtiyac yoxdur. Bu cümləni işlətdi deyə, uşaq gedib özünü öldürməz. Bunu deyən uşaqlara sakit bir şəkildə «Ölmək istəyirsən, başa düşürəm amma ölümü istəməzlər. Həm də nə zaman öləcəyimizə biz qərar verə bilmərik.» kimi bir cavab verilə bilər. Əgər uşaq, «Mən özümü öldürəcəm» cümləsini çox tez- tez istifadə etməyə başlayırsa, bir mütəxəssisdən kömək alına bilər.
Doğum kimi ölüm də bu dünyanın bir gerçəyidir. Ölümü uşaqlardan qaçırmaq, haqqında danışılması qadağan olunmuş bir şey halına gətirib danışmamaq, uşaqları həyatın bu gerçəyinə qarşı müdafiəsiz edər. Bu səbəblə, nağıllarda, oyunlarda ölümə xəfifçə yer verib uşaqlarımızı bu gerçəklə birlikdə yaşamağa hazırlamaq lazımdır.

Mənbə: www.gencgelisim.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın