UŞAQLARIN TƏRBİYƏSİ

uşaqların tərbiyəsiUşaqları tərbiyə etmək nədir? Bu necə baş verir? 
Biz nə etməliyik? Hansı metodlarla uşaqları gələcəyə hazırlamalıyıq?

İstərdim bir misalla bu prosesə nəzər salaq:

Uşaqların dil öyrənməsi necə baş verir? Uşaq dil öyrənir, ailəsində, ətrafında, cəmiyyətdə danışılan dili. Amma bunun üçün heç bir valideyn uşağına xüsusi dil dərsi keçmir. Heç kim uşağa mübtəda-xəbər, qrammatika, frazoloji birləşmələr və s. də öyrətmir. Bunu biz lap sonralar, məktəblərdə öyrənirik. Uşaqlar dili öz-özünə öyrənir. Bunun üçün valideynlərin etdiyi tək şey sadəcə özlərinin danışmağıdır. Gündəlik məişət söhbətləri. Hətta cavab verə bilməsə də körpələrlə də danışırlar, sanki o başa düşəcək və onlara nəsə başa salacaqlar kimi. Budur dil öyrənmə tərbiyəsi. Sən öz yerində olursan, öz üzərinə düşəni edirsən, uşaq isə bunu müşahidə edir, qavrayır və cəmiyyətə qaytarır. Valideynlərə düşən isə sadəcə danışmaq və bu danışığın keyfiyyətinə diqqət etməkdir. Onlar nəyi necə danışacaqlarsa, uşaq da onu qavrayacaq və sonradan qazanacağı bütün informasiyaları bu qəliblər üzərinə formalaşdıracaq.

Uşağı tərbiyə etmək, öz tərbiyəsi üzərində işləmək və özünü tərbiyələndirməkdir. Uşaqlar bunu mənimsəyəcək.
Uşağa bir şey öyrətmək, öz öyrəndiklərinə diqqət etmək və öyrənməyə davam etməkdir. Uşaqlar bunu mənimsəyəcək.

uşaqların tərbiyəsiBir mütəfəkkir demişdir: “Uşaqlarınızı tərbiyə etməyin , özünüzü tərbiyə edin. Uşağınız onsuzda necəsə sizə oxşayacaqlar.”
Bəli, uşaqları tərbiyə, elə özünü tərbiyədir əslində. Valideynlərə düşən təmsil etməkdir, bildiyi və qazandıqlarını, dəyər və gözəlliklərin öz şəxsiyyətində təmsil olunması. Bu eyni zamanda uşaqların özgür yetişməsini də təmin edər. Nəticədə onlara öz şəxsiyyyətlərini formalaşdırmaq üçün sadəcə münbit şərait yaradılmış olar, nəinki valideyn təzyiqi ilə yasmsılamaya təhrik. Buraxaq uşaqlar həyatlarını özləri kəşf etsinlər. Buna yaxşı şahidlik etməmiz yetərlidir məncə.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın