USTAD NƏSİMİ!

İmadəddin NəsimiFİLOSOF ŞAİR.

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.
                 * * *    * * *   * * *
Ey bülbülü qüdsi nə giriftari qəfəssən? 
Sındır qəfəsi tazə gülüstan tələb eylə.

İmadəddin Nəsimi…
Düşünürəm ki, Nəsimini bizə sadəcə şair kimi öyrədiblər, tanıdıblar. Amma əslində o böyük filosof, böyük mücadilə insanı, dahi bir yolçudur. Şeir, sadəcə onun öz fəaliyyətini əks etdirdiyi bir vasitədir, üsuldur. Təəssüf ki, biz həmişəki kimi vasitədə, üsulda ilişib qaldıq. Nəsiminin nə demək istədiyinə deyil, nə dediyinə aşıq olduq, feyziyyab olduq, duyğulandıq və sadəcə ovunduq.

Nəsiminin dərdi nə idi, nə idi davası?
Nə idi ona “Ölümümüz də insanların maariflənməsinə xidmət etməlidir” dedirdən? Kültlə nifrətini və hökmdarlar qəzəbini gözə alaraq anlatmaq istədiyi nə idi?
Allahsız dedik, atesit dedik, panteist dedik, hurufi dedik, şair dedik, amma heç cür onun nə demək istədiyini, nə uğruna yaşayıb-yaratdığını öyrənmək istəmədik. Qorxdular, qorxuzdular. Onunla tanış olaraq özümüzlə üzbəüz qalmaqdan, anlamaqdan, itirməkdən, mücadilə insanı olmaqdan qorxduq. Onu öydük, təriflədik ,heykəlini ucaltdıq, göylərə uçurtduq, amma heç cür onun tərif etdiyini anmadıq, anlamadıq. Onun cisminə zülm etdilər, biz də zahirini tərifləyərək bir az da zülm etdik. Amma “Gedən cismimdir, ruhum sizinlədir” demişdi…
O uçdu, uçdu və haqqın dərgahına doğru irəlilədi. Böyüdü, bunu duydu və duyurmağa çalışdı. Amma… Amma Nitşenin dahiyanə dediyi bir sözü ilə Nəsimini belə ifadə edərdim:
“Nə qədər yüksələrsək, uçmayanlara bir o qədər kiçik görsənərik.”

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +16 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın