UTANCAQLIQ PROBLEMİ

Utancaq bir insansınız? Utancaqlıq, ətrafınızda insanlar olduğu zaman, gərgin və bacarıqsız hiss etməkdir. Kim oluruqsa olaq, elə vaxtlar olur ki, hamımız utancaqlıq hiss edirik. Məsələn, iş yerindəki ilk gününüzdə, bir yığıncağa qatıldığınız zaman və ətrafınızda olan hər kəs yad ikən ya da xoşunuza gələn bir əks cinsdən olan insanın yanında olarkən, hətta dinləyici kütləsinin qarşısında çıxış edərkən hamımız bu hissi duyarıq.

Utancaqlıq, ətrafınızda insanlar olduğu zaman, gərgin və bacarıqsız hiss etməkdir.

Utancaqlığın əlamətləri nələrdir?

Utancaq olduğumuz vəziyyətlər qarşısında bir sıra fiziki əlamətlər ortaya çıxır. Bunlar, üzün qızarması, tərləmə, ağız quruluğu, döyüntü, nəfəs kəsilməsi, nəfəs darlığı, mədə-bağırsaq sistemində narahatlıq, əzələ gərginliyi, titrəmə kimi problemlərdir. Bu əsnada ağıldan keçən düşüncələr “gücsüzəm, çirkinəm, bəyənilmirəm, sevilməyə layiq deyiləm, səhv etməməliyəm, mükəmməl olmalıyam, qayğılı olduğumu bəlli etməməliyəm, rahat davranmalıyam, qüsursuz görünməliyəm, hər kəs tərəfindən bəyənilməliyəm” kimi düşüncələrdir.

Utancaqlıq hissi ilə qarşılaşdığımız zaman, çoxumuz, özümüzü qorumaq üçün müəyyən bir davranışlar formalaşdırırıq. Kimimiz təkcə dayanmağa üstünlük veririk. Bəzilərimiz içinə qapanır. Bəziləri isə, bu vəziyyətdən tamamilə qurtulmağa cəhd edir. Bu kimi davranışları davam etdirmək, sizi, rahat hiss etdirsə də, bunlar, tam olaraq müsbət davranışlar deyil. Məsələn, sizi utandıran bir vəziyyətdən qaça bilərsiniz, lakin bu davranışlarınız sadəcə öz beyninizdə qurduğunuz rahatlıqdan artıq bir şey deyil. Yad adamlardan və sosial dəvətlərdən qaçdığınız müddətdə günün sonunda yenə eyni insan olaraq qalırsınız. Yəni nə özünüzü inkişaf etdirə bilirsiniz, nə də yeni sosial əlaqələr qura bilirsiniz.

Bu cür davranışlardandan qaçmaq əvəzinə, niyə də utancaqlığınıza qalib gəlmək üçün çalışmayasınız?

UTANCAQLIĞA SƏBƏB OLAN ŞEYİN NƏ OLDUĞUNU TAPIN- Utancaqlığınıza səbəb olan vəziyyətlər nələrdir? Əslində, hər zaman utancaq deyilsiniz. Məsələn, ən yaxın dostunuzun yanında olarkən, ətrafınıza yönəlməkdə və özünüz kimi davranmaqda daha rahatsınız.  Utancaqlığınız, sadəcə müəyyən bir vəziyyətlərdə baş qaldırır.

Utancaqlığınıza nəyin səbəb olduğunun fərqinə varmaqla başlayın. Əvvəllər, utancaqlığınıza səbəb olan beş vəziyyəti müəyyən edin. Məsələn, yad bir adamla tək qaldığınız zaman, bəzi müəyyən mövzular haqqında danışarkən ya da böyük bir insan kütləsinin içində olduğunuz sizi utandıran vəziyyətlər kimi. Sonra bu vəziyyətləri analiz edin. Bu vəziyyətlərdə sizi utandıran şeylər nə ilə əlaqədardır? Bilməlisiniz ki, utancaqlıq duyğusunun başında güvənsizlik duyğusu yatır. Özünüzü rahat hiss etməmənizə səbəb olan şeyin nə olduğunu tapsanız, bu baxımdan nələrsə edə bilərsiniz.

Utancaqlıq hiss etdiyiniz yerdən qaçaraq qurtulmağa çalışmayın.

ÖZÜNÜZƏ GÜVƏNMƏDİYİNİZ MÖVZULARDA ÖZÜNÜZÜ İNKİŞAF ETDİRİN- Güvənsizlik hiss etdiyiniz vəziyyətləri müəyyən etdikdən sonrakı mərhələ bu mövzuda bəzi addımlar atmaqdır. Məsələn, iş yerində təqdimat etmək sırası sizə gələndə, utancaq ola bilərsiniz. Əgər problem budursa, təqdimat etmək bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Bu mözvu üzərində təkrarlı olaraq  praktika edin. Güvənsiz hiss etdiyiniz vəziyyətlərlə bağlı özünüzü inkişaf etdirməyə nə qədər çox vaxt ayırsanız, utancaqlığınız da təbii olaraq o qədər itəcəkdir.

GÜCLÜ TƏRƏFLƏRİNİZİ MÜƏYYƏN EDİN-Bir çoxumuz hansı mövzularda yaxşı olduğumuza diqqət etmək yerinə, yaxşı olmadığımız mövzulara diqqət edirik. Bu səbəblərdən, özümüzdə, ətrafımızdakıları təsirləndirəcək bacarıqlar olmadığını düşünərək özümüzü bacarıqsız hiss edirik. Artıq bundan əl çəkib, güclü olan tərəflərimizə diqqət vermənin vaxtıdır.

Hansı mövzuda yaxşısınız? Keçmişdəki uğurlarınız nələrdir? Bacardığınız üçün həqiqətən qürur duyduğunuz şeylər nələrdir? Bunları müəyyən etmək üçün bir az vaxt sərf edin. Yaxşı olduğunuz mövzulardan ibarət uzun siyahını görəndə təəccüblənəcəksiniz. Əslində, artıq alışdığınız üçün fərqində olmadığınız, özünüzə xas çox gözəl şeylər var.  Yaxşı olduğunuz yönlərin fərqinə varmaq, özünüzə olan güvəninizi artırmağınıza kömək edər. Unutmayın ki, əslində hamımız öz içimizdə qazanan tərəfik.

DİGƏR İNSANLARI MÜŞAHİDƏ EDİN-Utancaqlığınızdan qurtulmağın bir yolu da ətrafınızdakı insanların davranışlarını müşahidə etməkdir. İnsanların sizi necə qəbul etməsi mövzusunda narahatçılıq keçirdiyiniz müddəti azaldın (yadınıza salın ki, bunların hamısı əslində, sizin beyninizdədir) və ətrafınızı izləyərək digər insanların sosial davranışlarını müşahidə edin. Nə deyirlər? Necə hərəkət edirlər? Onlardan nə öyrənə bilərsiniz? Öyrəndiyiniz bu şeyləri gələcəkdəki davranışlarınıza necə uyğunlaşdıra bilərsiniz?

Utancaqlıq hiss etdiyiniz yerdən qaçaraq qurtulmağa çalışmayın. Nəticədə, bu sizin utancaqlığınıza çarə olmayacaqdır. Bu vəziyyətlə üzləşməyə çalışın. Sizi qorxudan bu vəziyyəti, inkişaf etmək üçün  köməkçi bir  lövhə olaraq istifadə edin. Və özünüzdən soruşun: Niyə belə hiss edirəm? Mənim belə hiss etməyimə səbəb olan şey nədir?

Çoxlu insan olan və tanımadığınız bir yerdəsiniz və özünüzü olduqca gərgin hiss edirsiniz. Bütün fikriniz  özünüzdədir. Bu vəziyyətdən uzaqlaşaraq diqqətinizi ətrafınızda olan insanlara verin. Bəlkə ətrafda sizin kimi utancaqların olduğunu görmək sizi rahatlada bilər.

Bir şeyin fərqində olmaq, onu düzəltməyin yarısıdır. Utancaqlığınızın, özünüzün, nəyin sizi narahat etdiyinin fərqinə varın. Sizi qorxudan nədir? Bütün cavablar sizdədir. Siz sadəcə eşitmək istəyin.

Utnacaqlıq və bunun nəticəsi olan gərginlik hiss etdiyiniz an dayanın. Özünüzü pisləmək yerinə sizə aid olan bu duyğunu sevin, onu görməməzlikdən gəlməyə çalışmayın. Onu görməməzlikdən gəlməyə çalışdıqca hələ çox hadisə sizin utancaqlığınızı ortaya çıxarmağa çalışacaq. O hisslərin içinizdə olduğunu qəbul  edin. Özünüzü bir az da olsa rahatlanmış hiss edirsiniz?

Mənbə:  www.probilgi.com; www.listemiste.com; www.pudra.com
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +37 (from 37 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın