VÜSALƏDDİN RÜSTƏMOV

1496402_10202853640083295_695139362_oMən, Vüsaləddin Rüstəmov İmdad oğlu, 1983-cü ildə Bərdə şəhərində anadan olmuşam. Hal-hazırda Bakı şəhərində yaşayıram. Ailəliyəm, iki qızım var. İxtisasca mühəndisəm. Həyat fəaliyyətim bununla çərçivələnmir və daha geniş, mənalı və məqsədli bir həyat yolu üçün cəhd edirəm. Həyat, gördüyümüz və görmədiklərimizdir. Gördüyüm hər şeyin mahiyyətinə varmağa, anlamağa, sorğulamağa və bütün bunları ifadə etməyə çalışıram. Filosof deyiləm, amma fəlsəfəni çox sevirəm. İnanclıyam, kainatın, həyatın yaradıcısı olduğuna, onun möhtəşəm düzən və dinamika sahibi olduğuna, bizimlə sabahlar qurduğuna inanıram. Dini təhsil almamışam. Doğrusu özümü dindar da hesab eləmirəm. Mən sadəcə həyatdan və tarixdən anladıqlarımı və düşündüklərimi ifadə edir, azad və özüm olaraq yaşamağa çalışıram
Deyirlər mən insanların əsrlədən qalan dini, məzhəbi dünyagörüşünü pozuram. Mən pozmuram, yazıram. Amma mənim yazmam, başqaları üçün pozma kimi görsənir. Bəlkə də kiminsə ideologiyası üzərinə yazıram, amma məqsədim sadəcə ifadə etməkdir.

Əlaqə:

vusaladdin1983@mail.ru
https://www.facebook.com/vusaladdin.rustamov

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Bir cavab yazın