XOŞBƏXT OLMAQ VƏ XOŞBƏXT ETMƏK


Külək sənə tərəf əsir. Günəş sən olduğun yerdə də doğur. Torpaq səni yetişdirir və sən sadəcə özün üçün yaşayırsan. Həyatdakı hər şey başqa bir səmtə doğru gedir, amma sən öz ətrafında fırlanırsan. Sən də başqası üçün yaşayacaqsan. Bu təbiətin qanunudur. Yaşamaq üçün başqasını yaşadacaqsan. Xoşbəxt olmaq üçün başqasını xoşbəxt edəcəksən. Bu sənin təməlindir. Borcunu ödəyərkən özünü inkişaf etdirmiş olacaqsan. Qurulmuş nizam içərisində böyüklük iddiasını buraxıb nə qədər önəmsiz olduğunun fərqində olacaqsan. O zaman gözəllik, məşhurluq, zənginlik və s. anlayışların sadəcə “komik” olduğunu görəcəksən.
Deyək ki, həyat bir yuxu, nə görmək istərdin? Zəngin olduğunumu? Məşhur olduğunumu? Bəlkə də, sadəcə xoşbəxt olduğunu görmək istərdin.
İndi hazır ol! Həyat gerçəkdən də bir yuxu. Görüntüdən başqa bir gerçək yox. Sadəcə görüntüdən ibarət olan bu dünyada nə olsun istəyirsən? Özünlə götürə biləcəyin heç nə yoxdur. Xatırlayarkən səni xoşbəxt edən anlardan başqa gələcəyə daşıya biləcəyin heç nəyə sahib deyilsən.
Başqalarını ötüb keçmək üçün mübarizə aparırsansa, dayan!
Başqalarından artıq olmaq üçün çalışırsansa, yorul!
Həyatın yalnızca bir görüntü olduğunu bildiyin halda, bu görüntüdə başqasıyla mübarizədəmi görünməyi istəyirsən? Bu fraqmentdə başqasına pislik edərkənmi görünəcəksən?
Həyat görüntüsündə söyüşlər eşidilməz, eqon hiss edilməz, bahalı paltarların qaş-qabaqlı sifətini örtməz.
Həyat, əslində, tam olmasını istədiyin kimi. Özünə görə maraqlı anlar və xoşbəxtliklərlə dolu. Hər kəs əkdiyini biçəcək. Bu görüntüdə gülümsəməyimi, başqasına pislik etməyimi istəyirsən? Məgər, ancaq sənmi güləcəksən?
Hamıyla birlikdə xoşbəxt olduğumuz bir görüntü daha gözəl olardı. Xoşbəxt olmaq və xoşbəxt etmək bu qədər vacib. Həyatda sizə faydası olacaq tək şey bu.
Xoşbəxtlikdə əsgəri şərt bu; bərabər xoşbəxt olma. Ən azından hər şeyi unudub, sadəcə xoşbəxt ola biləcəyiniz biri olmalı. Ən çətin anında göz-gözə gəlməklə səni gülümsədə bilən biri yoxdursa, kimsəsizsən demək. Yalnızca güldüyü üçün güldüyün biri yoxdursa, heç kimi tanımamısan. Canın sıxıldığında birini görməyə gedə bilmirsənsə, o gözləri boşuna daşıyırsan. Yaxşı söz eşidə bilmirsənsə, qulaqların da boşuna. Gözəl söz söyləmirsə dilin, dil də boşuna. Heç sevməmisənsə, qəlb də boşuna. Başqasını xoşbəxt etməyən həyat boşuna. Xoşbəxt etməyən ölümü də gözləmir. Onun görüntüsü çoxdan hazır. Yalnız və qaranlıq.

Müəllif: Doğuhan Murat Yücel
Tərcümə etdi: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın